Məhkəmə qərarları › İş №2(103)-3937/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3937/2023

11.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3937/2023 11.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: əmlak və zinət əşyalarının qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi-vəkili Vəkil iştirakları ilə , İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1386/2022 saylı, 28 sentyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları

1. Tərəflər 01 mart 2019-cu il tarixdə nikaha daxil olmuşlar. Həmin nikah Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Hazırda iddiaçı iddia ərizəsində əmlakların cavabdehdən alınıb ona qaytarılmasını xahiş edir, Cavabdeh isə iddianı qəbul etmir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdə qalmış ona məxsus qızıl-zinət əşyaları: ağ komplekt qızıl-boyunbağı kulonlu, üzük, sırğa, qolbaq-cəmi 2200 manat; nişan üzüyü (ağ qızıl)-800 manat; qolbaq (sarı qızıl)-300 manat; üzük (sarı qızıl)-100 manat; klon (sarı qızıl)-200 manat, ümumi dəyəri 3600 manatlıq qızılzinət əşyalarının, mediatora ödədiyi 50 manatın və məhkəmənin hesabına ödədiyi 58 manat dövlət rüsumu məbləğin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, onun cavabdehlə 01 mart 2019-cu il tarixli aralarında bağlanmış nikah Suraxanı Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli 2(010)5391/2021 saylı qətnaməsi ilə pozulmuşdur. Birgə nikahdan olmuş uşaqları halhazırda onun himayəsindədir. Onların nikahları hələ pozulmamışdan əvvəl aralarında baş vermiş mübahisələr nəticəsində cavabdeh onu yaşadıqları evdən çıxarmış və bu zaman ona aid olan qızıl-zinət əmlakını ona verməmiş və bugünkü vaxta qədər də özündə saxlayır. Bu barədə o, cavabdehlə dəfələrlə telefon vasitəsilə əlaqə saxlasa da, cavabdeh ona aid olan qızıl-zinət əmlakını qaytarmaq istəmir. Qızıl-zinət əşyalarının cavabdeh tərəfindən ona qaytarması probleminin həlli ilə bağlı o, Mediasiya Şurasına müraciət etmişdir. Lakin qarşı tərəf mediator tərəfindən xəbərdar edilməsinə baxmayaraq, mediasiya sesiyasında iştirak etmədiyinə görə məsələnin həlli ilə bağlı ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir.

4. Cavabdeh iddianı qəbul etməyərək qeyd etmişdir ki, iddia ərizəsində qeyd olunmuş qızıl-zinət əşyalarından 200 manat dəyərində yazdığı kulon cavabdeh tərəfindən iddiaçıya heç vaxt alınmamış və ona hədiyyə verilməmişdir. Cavabdeh tərəfindən iddiaçıya aldıqları ağ komplekt qızılların dəyəri 1200 manat, nişan üzüyünün dəyəri isə 350 manat olmuşdur. Həmin qızıl-zinət əşyaları həmişə iddiaçının özündə olmuş və iddiaçı evdən gedərkən həmin əmlakları özü ilə aparmışdır. İddiaçının yalan danışdığı ondan bəlli olur ki, cavabdeh onu heç vaxt evdən qovmamışdır. Yaşadıqları müddətdə aralarında mübahisələr olmuş və iddiaçı hər dəfə valideynlərinin evinə getmişdir. Hətta iddiaçı özünə məxsus olan cehiz əmlaklarını da 08 iyun 2019-cu ildə götürüb evdən aparmışdır. Buna baxmayaraq cavabdeh hər dəfə ailəsini qorumaq üçün iddiaçı ilə barışmış və onu yenidən evlərinə aparmışdır. Lakin görünür ki, iddiaçının məqsədi cavabdehlə ailə qurmaq olmamışdır. Sonuncu dəfə tərəflərin arasında heç bir mübahisə olmadan 2020-ci ilin noyabr ayının 17-də iddiaçı anası ilə həkimə getmək bəhanəsi ilə evdən çıxıb getmiş və bir daha geri qayıtmamışdır. Sonradan cavabdehə məlum oldu ki, iddiaçı boşanmaq niyəti ilə evdən çıxıb getmişdir. Gedərkən bir daha qayıtmayacağını bildiyi üçün iddiaçıya toy zamanı alınmış qızıl-zinət əşyalarını, hətta anasına məxsus olan qızıl tros sepidə götürüb özü ilə aparmışdır. Dəfələrlə təkid etməsinə baxmayaraq iddiaçı cavabdehlə artıq yaşamaq istəmədiyini bildirərək boşanmaq üçün özü məhkəməyə müraciət etmişdir. Hesab edir ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının məqsədi ağlına gələn şişirdilmiş qiymətlər yazaraq cavabdehdən pul qoparmaqdır.

5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1386/2022 nömrəli, 28 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək İddiaçı məxsus olan 1 ədəd komplekt (klonlu boyunbağı, üzük, sırğa, qolbağ) ağ qızıl, 750 əyarlı, 2 karat, çəkisi 18.1 qram, 1 ədəd nişan üzüyü ağ qızıl, 750 əyarlı, çəkisi 5.5 qram, brilyant qaşlarla bəzədilmiş, 1 ədəd qolbağ sarı qızıl və 1 ədəd üzük sarı qızıl, 583 əyarlı, çəkisi 2 qramdan ibarət qızıl-zinət əşyalarının Cavabdeh alınaraq İddiaçı qaytarılması; qətnamə icra olunan zaman qızıl-zinət əşyalarının naturada mövcud olmadığı aşkar olunarsa, onun dəyəri 2520 manat məbləğində pul vəsaitinin Cavabdeh alıanaraq İddiaçı ödənilməsi qət edilmişdir.

6. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iclasında tədqiq olunmuş sübutlardan, iddiaçının evdən hansı şəraitdə getməsi halından təsdiq olunur ki, iddiaçı evdən valideynlərinin evinə qonaq qismində getmiş və özü ilə qızıl-zinət əşyalarını aparmamış, həmin qızıl-zinət əşyaları cavabdehin yaşadığı mənzildə qalmışdır. Cavabdehin nümayəndəsinin izahatından müəyyən olunmuşdur ki, 1 ədəd komplekt və 1 ədəd nişan üzüyü alınmış və toy ərəfəsində iddiaçıya hədiyyə verilmişdir. Şahid ifadəsindən müəyyən olunur ki, 1 ədəd qolbağ onun tərəfindən toyda iddiaçıya hədiyyə verilmişdir. İddiaçıya toy ərəfəsində qızıl-zinət əşyalarının alınması və ona hədiyyə verilməsi, həmçinin hədiyyə edilmiş əmlakın cavabdehdə qalması iş üzrə sübutlarla təsdiq olunur.

7. Məhkəmə şahid ifadələrinə, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 9/3744 nömrəli ekspertiza rəyinə istinad etməklə, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.2, 225.2; Ailə Məcəlləsinin 34.1, 34.2-ci maddələrinə istinad etməklə iddianın qismın təmin ediəməsi qənaətinə gəlmişdir.

Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri

8. Cavabdeh qətnamədən apellyasiya şikayətini verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1386/2022 nömrəli, 28 sentyabr 2022-ci il tarixli qətnaməsinin qətnaməsinin iddianın təmin olunmuş hissədə ləğv olunması, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2019-cu ildə cavabdehlə ailə qurmuş xx.xx.2021-ci il tarixdə nikahları məhkəmə qaydasında pozulmuşdur. İddiaçı iddia edir ki, evdən gedərkən cavabdeh tərəfindən toy zamanı hədiyyə olunmuş 3600 manat dəyərində qızılzinyətəşyaları onda qalmışdır. O, isə bildirir ki, iddiaçı evdən gedərkən həmin əşyaları özü ilə götürüb aparmışdır. Suraxanı rayon Məhkəməsinin hakimi qərar çıxararkən yalnız iddiaçı tərəfin və onun şahidlərinin ifadəsini sübut kimi əsas tutaraq qiymətləndirmişdir. İddiaçının bundan əvvəl evdən dəfələrlə getdiyini, hətta cehiz əşyalarını da elə ilk əvvəldən götürüb apardığını və barışdıqdan sonra həmin cehiz əşyalarını iddiaçı ilə cavabdehin birgə yaşadığı evə qaytarmadığını, yəni iddiaçının cavabdehlə elə əvvəldən barışmaq niyyətində olmadığını nəzərə almamışdır. İşin hallarından da gösrənir ki, iddia qaldırılan anda tələb olun əşya cavabdehin sahibliyində və qanunsuz istifadəsində olmamışdır və olmasıda qeyrimümkündür.

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, 2019-cu il tarixində ailə həyatı qurmuşlar, 2020-ci ilin ortalarında evdən çıxıb getmişdir. İddiaçı ən azı 3 dəfə onun evinə gəlib-gedibdir. Birinci dəfə valideynləri gəlib götürüblər. İkinci dəfə gedən zaman iddiaçı 30 saylı Polis Bölməsinə şikayət veribdir. Polisdə vurmaqla bağlı ərizə vardır. İddiaçı birinci dəfə evdən gedən zaman bütün əşyalarını götürüb aparıbdır. İddiaçı gedən zaman səs yazı vardır, bəli, əsəbindən həmin sözləri demişdir. Daha sonra onların arasında barışıq olmuşdur. O, iddiaçıya telefona qədər almışdır. Hazırda həmin telefon yoxdur. Üçüncü dəfə iddiaçı xəstəlik adı ilə əşyalarını yığaraq getdi, xəstəlikdən qabaq ayağı tutulmuşdu, onu Leyla Şıxlinski xəstəxanasına aparıblar. Xəstəxanada Ramil olmamışdır, valideynləri aparmışdı. Xəstəxanadan gedən zaman koronadan test vermişdi. Üçüncü dəfə gedən zaman iddiaçı anasına yaxınlaşaraq Ramilin onu qoymayacağını deyərək imkan varsa anasıgilə göndərilməsini xahiş etmişdir. O, evə gələn zaman atası ona Xatirəni evlərinə aparmağımı dedi. O, da razılaşdı. O, bilməzdi ki, Xatirə bütün əşyalarını yığaraq evlərinə aparar. İddiaçı deyir ki, qızıl-zinət əşyaları onun anasındadır. Əvvəllər cavabdehin anasında olsa da, daha sonra iddiaçı qızıl-zinət əşyalarının ona məxsus olduğunu, ona verilməsini istəmişdir. Ona görə də anası qızıl-zinət əşyalarını iddiaçıya verdi. Bundan başqa bildirir ki, şəkildə ona uşaq vaxtı verilən qızıl üzük görsənir, lakin hazırda o qızıl zinət-əşyaları yoxdur. Həmçinin suallara cavab olaraq bildirmişdir ki, iddiaçı korona olan vaxtı onun yanına gedib-gəlmişdir. İddiaçı atasıgilin evinə gedən zaman onun korona olmasından məlumatı olmayıbdır. İddiaçını atasıgilə qoymurdu getməyə, lakin daha sonra evlərinə apardı. Bir ay ərzində iddiaçının yanına gedib-gəlmişdi. İddiaçını atası evinə o, özü aparmışdır. Qızıl-zinət əşyaları ilə bağlı birka çıxardıblar, lakin həmin qiymətlər həddindən çoxdur. İddiaçıya bağışlanmış qızıl-zinət əşyalarının qiymətlərindən onun məlumatı olmayıbdır, hamsının alınmasında valideynləri iştirak edibdir. 2019-cu ilin mart ayında evləniblər, aprel-may aylarında iddiaçı atası evinə getdi. Daha sonra onun ailəsi gəldi onu apardı. Üstündən bir müddət sonra Ramilin bibisi gələrək onları barışdırdı. Bu hadisədən 3 ay sonra iddiaçı onu polisə verdi, həmin vaxt qardaşıgil onu gələrək apardılar. O, həmin vaxt Xatirəyə aldığı telefonu vurub sındırdı. Həmin vaxt iddiaçı əşyasız öz evinə getdi. Ondan sonra Ramil rayona getdi. Üçüncü dəfə korona hadisəsi baş verən vaxt öz evinə çıxıb getdi. İddiaçı ona zəng edərək qızdırması olduğunu atasıgilə getmək istədiyini dedi. O, icazə vermədi, lakin atası aparmağını bildirdi, apardıqdan sonra 1 ay ərzində Ramil onun yanına gedib-gəlirdi. Həmin ərəfədə telefon vasitəsilə münasibətləri pozuldu. Qızıllar iddiaçının özündə idi. Bununla bağlı aralarında söz-söhbət oldu ki, qızıl qızındırsa qızda qalmalıdır. Daha sonra onlar razılaşıb bütün qızıl-zinət əşyaları Xatirənin özünə veriblər. Sonuncu dəfə evdən gedəndə hamilə idi. Koronadan sonra evə qayıtmayıbdır. Uşaq dünyaya gələndə o, xəstəxanaya getməyib. Uşaq dünyaya gələndə heç onun xəbəri olmayıb. 12.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi-vəkili Vəkil qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh rəsmi şəkildə ailə həyatı qurublar. Qısa müddətdən sonra yola getməyiblər. Birinci dəfə iddiaçı evdən getdikdən sonra evin bütün əşyalarını dağıdaraq cehiz əşyalarını da götürmüşdür. Sonra barışıq əldə olunmuşdur, lakin iddiaçı cehiz əşyalarını geri gətirməmişdir. Birinci dəfə iddiaçı evdən çıxan zaman qızıl-zinət əşyalarını aparmamışdır. İkinci dəfə gedən zaman isə münasibətləri yaxşı olmuş, iddiaçı anasıgilə müalicə olunmaq adı ilə getmişdir. Cavabdeh dəfələrlə iddiaçını evə gətirmək istəməsinə baxmayaraq iddiaçı daha evə qayıtmaq istəmədiyini bildirmiş, Ramillə yaşamaq istəmədiyini demişdir. İddiaçı evdən çıxan zaman qızıl-zinət əşayalarını da özü ilə aparmışdır. Məhkəmə isə belə qiymət vermişdir ki, qızıl –zinət əşyalarını iddiaçı aparmamışdır. Hətta qızıl-zinət əşyalarının qiyməti artıqlaması ilə yazılmışdır. Təkcə kulonu çıxmaq şərti ilə bütün qızıl-zinət əşyalarının qiyməti iddiaçının dediyi məbləğdə yazılmışdır. Cavabdeh qızıl-zinət əşyalarına qoyulmuş qiymətlərdən də narazıdır. Cavabdeh tərəfindən məhkəməyə birkalar verilməsinə baxmayaraq məhkəmə onlara qiymət verməmişdir. Məhkəmə birtərəfli qərar çıxararaq iddianı təmin etmişdir.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı qeyd etmişdir ki, birinci dəfə o, evdən çıxan zaman onun bütün əşyaları geri qayıdıb, lakin zinət əşyaları geri qayıtmadı, çünki zinət əşyaları qaynanasında olubdur. Digər gəlinin də qızıl-zinət əşyaları qaynanasındadır. Hamısı bir yerdə saxlanılır. Bir aydan sonra münasibətləri düzəldi, o, cavabdehin evinə qayıtdı. İkinci dəfə isə o, hamilə idi, qızdırması qalxdı, qaynanası bildirdi ki, o, qızdırmalı hamilə qadına baxa bilməz, anasının ona baxmalı olmasını dedi. Keçmiş həyat yoldaşı evə gəldi, onu bir dəst paltarla anasıgilin evinə apardı. O elə bir dəst paltarla maşına minərək atasıgilin evinə gəldi. Daha sonra analiz veriləndə bildi ki, koronaya yoluxub. Bir ay müddətində ona anasıgil baxdı, bunlardan heç kim gəlib-getmədi. Daha sonra qaynatasının ad günü idi, 55 yaşı olurdu, ona zəng edərək gəlmək istədiyini bildirdi. Keçmiş həyat yoldaşı yığaraq ona təhqirlər etdi, həyatında başqasının olduğunu, onu istəmədiyini bildirdi. Həmçinin suallara cavab olaraq bildirmişdir ki, korona ilə bağl mesaj qaynanasının telefon nömrəsinə gəlmişdir. Ona korona olduğunu qaynanası zəng vuraraq dedi. O, həmin ərəfədə telefon işlətmirdi. Birinci dəfə evdən çıxan zaman dalaşaraq getmişdi. Əvvəlki məhkəmə prosesində qaynı şahid qismində iştirak edərək toyda qoluna qızıl qolbaq bağlayaraq hədiyyə etdiyini bildirdi, lakin qaynanası elə bir şey olmadığını bildirdi. Birinci dəfə gedən zaman bütün əşyalarını yığıb getdi, lakin geri qayıdanda heç bir əşyası geri qayıtmadı, sadəcə paltarları geri qayıtdı. Cavabdehin bibisi onların qonşusudur. Onun vasitəsilə iddiaçının paltarları geri qayıtdı, lakin qızıl-zinət əşyaları geri qaytarılmadı. O, atasının evinə qayıdan zaman boynunda keçmiş qaynanası tərəfindən həri zamanı hədiyyə edilmiş boyunbağını gətirmişdi. Boyunbağı gündəlik istifadəsində olduğu üçün onun üzərində qayıtmışdı. Bildirir ki, süpürgə məsələsi yalandır, elə bir şey olmayıbdır. Birinci dəfə gedən zaman çox böyük söz-söhbətlər oldu, hətta onun əli kəsilmişdi. Bibisinin 50 yaşı olanda onu aparmadılar, bunun üstündə söz-söhbət oldu. Daha sonra eşitdi ki, qaynanası cavabdehə deyir ki, onu boşasın. O, ev telefonunu götürərək otağa keçib qapını bağlamış, evdəkilərə yığaraq artıq dözmədiyini, burada yaşaya bilmədiyini deyib. Keçmiş yoldaşı bunu görərək gəlib qapını sındırmışdır. Həmin gün o, həm qaynanası, həm qaynı və həm də yoldaşından şiddət görüb. Daha sonra qapını bağladılar. Valideynlərinə zəng edərək onun dəli olduğunu, hər yeri dağıtdığını bildirdilər. Daha sonra əlinə tikiş vuruldu, o, keçmiş yoldaşının evinə qayıtdı. Yoldaşı evdə yox idi. Atasıgil onlara gəldi, atası onlardan nə istədiyini soruşdular. Onlar Xatirəni istəmədiklərini bildiriblər. Bundan sonra onun bütün paltarları yığıldı və atasının evinə qayıtdı. Daha sonra o, cavabdehi polisə verdi, hər yeri göm-göy idi. Bir ay sonra oğlan gəldi və onlar barışdılar, evə qayıtdılar. Daha sonra uşaq problemi oldu, o, hamilə olanda qızdırması var idi.

Apellyasiya baxışının hədləri

14.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 15.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 16.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 17.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin iddianın təmin olunmuş hissədə ləğv olunması, iddia tələbinin təmin edilməməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin olunmuş hissəsində yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18.157.1-ci, 157.2-ci, 157.4-cü və 157.8-ci maddələrinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, MM-də və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 19.225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

20.Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır).

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

21.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın “təmin olunan” hissəsində dəyişdirilməlidir. 22.Belə ki, mülkiyyət hüququnun müdafiəsinin əşya-hüquqi vasitələri onunla xarakterizə olunur ki, bu vasitələr mülkiyyət hüququnun mütləq subyektiv hüquq kimi müdafiəsinə istiqamətlənib, hər hansı bir konkret öhdəliklə bağlı deyildir. Əşya-hüquqi iddialara aşağıdakılar aiddir: əmlakın başqasının qanunsuz sahibliyindən tələb edilməsi barədə iddia (vindikasiya iddiası); sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması ilə haqqında iddia (neqator iddia); mülkiyyət hüququnun tanınması haqqında iddia. 23.Mülki Məcəllənin 157.2-ci maddəsində mülkiyyət hüququnun vindikasiya iddiası vasitəsi ilə müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 24.Vindikasiya iddiası dedikdə, əmlaka sahiblik etməyən mülkiyətçinin, əmlakın faktiki sahibinə qarşı yönəlmiş, əmlakın naturada qaytarılması barədə müqavilədənkənar tələbi başa düşülür. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün aşağıdakı şərtlər eyni zamanda olmalıdır. - iddiaçı əmlakın mülkiyyətçisi olmalıdır; - mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalıdır; - mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalıdır və başqa şəxsin faktiki sahibliyində olmalıdır; - vindikasiya iddiası qaydasında yalnız fərdən-müəyyən olunan əşya tələb oluna bilər, yəni bu iddia mülkiyyətçinin sahibliyindən çıxmış, məhz həmin əşyanın qaytarılmasına istiqamətlənir; - cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır; - vindikasiya iddiası müqavilədənkənar xarakter daşıyır və mülkiyyət hüququnu mütləq subyektiv hüquq kimi qoruyur. Əgər mülkiyyətçi və faktiki sahib mübahisəli əşya üzrə bir-biri ilə müqavilə və ya digər öhdəlik hüquq münasibətləri ilə bağlıdırlarsa, əşya yalnız müvafiq müqavilə iddiası üzrə tələb oluna bilər.

25. Baxılan mülki işdə mübahisələndirilən hal mübahisə predmeti olan əşyaların üzərində iddiaçının faktiki sahiblikdən məhrum olub-olmaması və cavabdehin həmin əşyalara faktiki sahiblik edib-etməməsidir. Həmçinin qızıl-zinət əşyalarının sayı və dəyəri işin mübahisələndirilən hallarına aiddir.

26. Qeyd edilən mübahisələndirilən hallar üzrə sübut etmə yükünü iddiaçı daşıyır. İddiaçı sübut etməlidir ki, o, cavabdehin qanunsuz hərəkətləri nəticəsində mülkiyyət hüququ ilə ona mənsub olan əşyalardan məhrum olmuş və həmin əşyalar məhz cavabdehin faktiki sahibliyindədir. Bu hallar sübut edildiyi təqdirdə sübut etmə vəzifəsi (əşyaların iddiaçıya qaytarılması üzrə) mülkiyyətçinin xeyrinə cavabdehə keçəcəkdir.

27. Məhkəmə kollegiyası hesab edir ki, qızıl-zinət əşyalarının hal-hazırda kimin sahibliyində olmasını aydınlaşdırmaq üçün iddiaçının evi tərk etdiyi şərait nəzərə alınmalıdır. Bu məsələ üzrə birinci instnasiya məhkəməsi tərəfindən araşdırma aparılmış və işin faktiki hallarına düzgün qiymət verilmişdir. Tərəflərin izahatlarından aydın olur ki, iddiaçı evi tərk edərkən münasibətləri gərgin olmuşdur, onun boşanma niyyəti olmamışdır. Məhkəmə, gərgin münaqişədən sonra iddiaçının belə şəraitdə cavabdehin və onun valideynin müdaxiləsi olmadan evə yenidən gəlib, özünə aid əşyaları götürə bilməsini inandırıcı hesab etmir. Ona görə də hədiyyə şəklində iddiaçıya alınan və hal-hazırda cavabdehin sahibliyində olan qızıl-zinət əşyaları ona qaytarılmalıdır.

28. Həmçinin iddia ərizəsində göstərilən lakin fotoşəkillərdə mövcudluğu müəyyən edilməyən qızıl qolbağın (sarı) iddiaçıya hədiyyə edildiyi faktı, cavabdehin vəsatətinə əsasən dindirilmiş şahid ifadəsi ilə öz təsdiqini tapmışdır.

29. Mülki Prosessual Məcəllənin 222.1-ci maddələrinə əsasən, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir.

30. Maddənin məzmunundan görünür ki, əmlakın dəyəri cavabdehdən o zaman tutulur ki, alınmalı əmlak qətnamə icra edilən vaxt mövcud olmasın. Yəni əmlak cavabdeh tərəfindən natura şəklində qaytarılarsa, onun dəyərinin tutulması istisna olunur. Beləliklə, cavabdeh əşyaların dəyərini qəbul etmirsə, həmin əşyaların özünü qaytarmaqla onların dəyərini ödəmək vəzifəsini daşımayacaqdır. Həmin əşyaların dəyərinin tutulması cavabdehin özünün hərəkətlərindən asılıdır.

31. Həmçinin əşyaların iddia ərizəsində göstərilən dəyəri ilə bağlı qeyd edilməlidir ki, həmin məbləğlər ekspert rəyində göstərilən hazırki bazar qiymətləri nəzərə alınmaqla məntiqli və ağlabatandır. Lakin birinci instnasiya məhkəməsi qətnaməsində qızıl qolbağın cavabdehdən alınaraq iddiaçıya verilməsini qət etsə də bu əşyanın dəyərinin ekspert rəyində göstərilmədiyini nəzərə almamışdır. Ümumiyyətlə məhkəmə 4 əşyanın iddiaçıya qaytarılmalı olmasını göstərərək, bu əşyalar olmadığı təqdirdə ekspert rəyində müəyyən edilmiş 3 adda qızıl-zinət əşyasının dəyərinin tutulması barədə nəticəyə gəlmişdir. Həmçinin həmin əşyaların ayrı-ayrılıqda dəyərini göstərmədən, gələcəkdə mübahisələndirilən qətnamənin icrasını çətin və ya qeyri-mümkün etmişdir.

32. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 9.2-ci bəndində qeyd edilmiş hüquqi mövqeyə görə, əmlak tələbi barədə iddialar təmin olunduqda, gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda, həmin əmlakın dəyərinin pulla ödənilməsi də qətnamədə həll olunmalıdır.

33. Beləliklə adları çəkilən əşyalar, həmin əşyalar qətnamə icra olunan vaxt mövcud olmasa onların dəyəri Cavabdeh alınıb İddiaçı verilməlidir: dəyəri 1.810 manat , əyarı 750, karatı 2, çəkisi 18 qram olan 1 ədəd ağ qızıllı komplekt (kulon, boyunbağ, üzük, sırğa, qolbağ), dəyəri 550 manat, əyarı 750, çəkisi 5,5 qram olan brilyant qaşlarla bəzədilmiş 1 ədəd ağ qızıllı nişan üzüyü, dəyəri 100 manat, əyarı 583, çəkisi 2 qram olan 1 ədəd sarı qızıllı üzük, dəyəri 300 manat olan 1 ədəd sarı qızıllı qolbaq.

34. Belə ki, baxmayaraq ki, ekspert rəyi ilə əyarı 583, çəkisi 2 qram olan 1 ədəd sarı qızıllı üzüyün müəyyən olunan dəyəri tələb olunan dəyərdən yüksəkdir, kollegiya hesab edir ki, irəli sürülmüş tələb həddində işə baxıldığından, cavabdehdən iddiaçının tələb etdiyi məbləğdə, yəni 100 manat məbləğində pul tutulmalıdır. 1 ədəd sarı qızıllı qolbaq tədqiqatın aparılması üçün məhkəməyə təqdim edilmədiyindən məhkəmə Mülki- Prosessual Məcəllənin 97.5-ci maddəsinin tələblərinə uyğun olaraq bu əşyanın iddia ərizəsində yazılmış qiyməti ilə razılaşır.

35. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.

36. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, iddianın qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

37. MPM-nin 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1386/2022 nömrəli, 28 sentyabr 2022-ci il tarixli qətnaməsi iddianın təmin olunan hissəsində dəyişdirilsin. Həmin hissədə iddia qismən təmin edilsin. Adları çəkilən əşyalar, həmin əşyalar qətnamə icra olunan vaxt mövcud olmasa onların dəyəri Cavabdeh alınıb İddiaçı verilməlsin: dəyəri 1.810 manat, əyarı 750, karatı 2, çəkisi 18 qram olan 1 ədəd ağ qızıllı komplekt (kulon, boyunbağ, üzük, sırğa, qolbağ), dəyəri 550 manat, əyarı 750, çəkisi 5,5 qram olan brilyant qaşlarla bəzədilmiş 1 ədəd ağ qızıllı nişan üzüyü, dəyəri 100 manat, əyarı 583, çəkisi 2 qram olan 1 ədəd sarı qızıllı üzük, dəyəri 300 manat olan 1 ədəd sarı qızıllı qolbaq. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar