Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-395/2020 28.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Bank VTB (Azərbaycan)” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh1 müqavilə üzrə xx xxxxxx 2015-ci il tarixə banka borclu olduğu 21129,52 ABŞ dolları məbləğində əsas borcun, 4634,14 ABŞ dolları məbləğində faizin və 1195 ABŞ dolları məbləğində cərimənin, cəmi 26958,66 ABŞ dolları məbləğində pulun (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun, həmçinin ipoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada alınaraq “Bank VTB (Azərbaycan)” ASC-yə ödənilməsi, tələbin xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Bakı şəhəri Nizami rayonu E.Süleymanov küçəsi 148 nömrəli evin 1-ci mərtəbəsində istifadədə olan, 32,6 kv.m ümumi, 17,6 kv.m yaşayış, 15,0 kv.m yardımçı səhadən ibarət 1 otaqlı 101 nömrəli mənzilə yönəldilməsi, həmin fərdi yaşayış evində qeydiyyatda olan Cavabdeh2 qeydiyyatdan çıxarılması, onların istifadə hüquqlarının itirilmiş hesab edilməsi və mənzilin məcburi qaydada boşaldılaraq açıq hərracdan satılması və əmlakın açıq hərracdan satılaraq əldə edilən vəsaitdən qeyd edilən pul məbləğlərinin “Bank VTB (Azərbaycan)” ASC-yə ödənilməsi, “Bank VTB (Azərbaycan)” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 117427-1-8866 saylı Baş kredit razılaşmasının və xx.xx.2013-cü il tarixli 117427-1-8866/1 saylı, Kommersiya krediti müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə “Bank VTB (Azərbaycan)” ASC arasında bağlanmış xx xxxxxxxx 2013-cü il tarixli 117427-1-8866 saylı Baş kredit razılaşmasına əsasən, həmin Razılaşma ilə müəyyən olunmuş şərtlər əsasında tam və hissələrlə verilən kreditlər üçün “Bank” tərəfindən “Kredit alan”a xx xxxxxxxx 2013-cü il tarixdən xx xxxxxxxx 2023-cü il tarixədək 200000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Qeyd edilən Razılaşmaya əsasən, kreditlərin bu Razılaşma əsasında tərəflər arasında “Kredit müqaviləsi” və “Bank qarantiyasının verilməsinə dair Razılaşma”, o cümlədən Bərpa olun(may)an kredit xətti müqavilələri formasında bağlanmış müqavilələr və razılaşmalar arasında verilməsi nəzərdə tutulmuşdur. Buna görə də Cavabdeh1 ilə “Bank VTB (Azərbaycan)” ASC arasında bağlanmış xx xxxxxxxx 2013-cü il tarixli 117427-1-8866/1 saylı Kommersiya krediti müqaviləsinə əsasən Cavabdeh1 istehlak məqsəd(lər)i üçün (kreditin təyinatı: istehlak) 36 ay müddətinə illik 24 faiz hesablanmaqla 30000 ABŞ dolları məbləğində kredit verilmişdir. Bank tərəfindən verilmiş kreditin təminatı kimi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Bakı şəhəri Nizami rayonu E.Süleymanov küçəsi 148 nömrəli evin 1-ci mərtəbəsində istifadədə olan, 32,6 kvadrat metr ümumi, 17,6 kvadrat metr yaşayış, 15 kvadrat metr yardımçı sahədən ibarət, 1 otaqlı, 101 nömrəli mənzil ipoteka qoyulmuş və bu barədə xx xxxxxxxx 2013-cü il tarixli 117427-NEDVİJ-1729 saylı Daşınmaz əmlakın ipoteka müqaviləsi bağlanmışdır. Həmçinin Cavabdeh1 ilə xx xxxxxxxx 2013-cü il tarixli 117427-NEDVİJ-1729 saylı ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə 1 saylı Razılaşma əldə olunmuşdur. Baş kredit razılaşmasına əsasən, “ipoteka qoyan” “Bank” tərəfindən açılmış 200000 dollar məbləğində kredit xəttini 120 ay müddətinə istifadə etməyi və müvafiq ödəniş cədvəllərinə uyğun olaraq həmin kredit xəttindən istifadəsinə görə müvafiq faizləri ödəməyi və krediti qaytarmağı öhdəsinə götürmüşdür. Eyni zamanda Kommersiya krediti müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh2 ilə Bank arasında xx xxxxxxxx 2013-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2013-cü il tarixli Kredit məsələləri üzrə Razılaşma Protokoluna və əlavə şərtlərin yerinə yetirilməməsinə görə faiz dərəcəsinin artırılması haqqında xx.xx.2014-cü il tarixli Razılaşma Protokoluna əsasən xx.xx.2013-cü il tarixli 117427-1-8866/1 saylı kredit müqaviləsi üzrə faiz dərəcəsini 1% qaldırmışdır. Borclu Cavabdeh1 xx.xx.2014-cü il tarixdə Banka yazılı müraciət edərək, onunla “Bank VTB (Azərbaycan)” ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli 117427-1-8866/1 saylı Kommersiya krediti müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi üçün 6 aylıq güzəştli müddətin verilməsini xahiş etmişdir. Bank tərəfindən Cavabdeh1 3 aylıq (xx.xx.2014, xx.xx.2014, xx.xx.2014) möhlət verilmişdir. Cavabdeh1 müqavilə üzrə kredit vəsaitindən istifadə etsə də, həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri xx.xx.2015-ci il tarixdən lazımınca yerinə yetirməmiş, nəticədə borc yaranmışdır. Həmin iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(007)-13/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək “Bank VTB (Azərbaycan)” X7 ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxxx 2013-cü il tarixli 117427-1-8866 nömrəli Baş kredit razılaşması və xx xxxxxxxx 2013-cü il tarixli 117427-1- 8866/1 nömrəli Kommersiya krediti müqaviləsinin ləğv edilməsi, xx xxxxxxxx 2013-cü il tarixli 117427-1-8866 nömrəli kredit müqaviləsi üzrə 21114,10 ABŞ dolları əsas borc, 4633,37 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə olmaqla, cəmi 26247,47 ABŞ dolları borcun qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə, ödənilmiş 30 manat dövlət rüsumunun, ipotekanın qeydə alınması üçün ödənilmiş 30 manat pulun əvəzinin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada “Bank VTB (Azərbaycan)” X4 xeyrinə tutulması, tutmanın Cavabdeh1 məxsus olan və banka ipotekaya qoyulmuş Bakı şəhəri Nizami rayonu E.Süleymanov küçəsi 148 saylı evin 101 saylı mənzilinə yönəldilməsi və həmin mənzilin açıq hərracdan satılaraq əldə edilən vəsait hesabına “Bank VTB (Azərbaycan)” X2 borcun ödənilməsi, Bakı şəhəri Nizami rayonu E.Süleymanov küçəsi 148 saylı evin 101 saylı mənzilinin hərracda ilkin satış qiymətinin 37000 manat məbləğində müəyyən edilməsi, hərrac yolu ilə əldə edilən pul vəsaitindən “Bank VTB (Azərbaycan)” X2 borca ödənildikdən sonra artıq pul vəsaiti qaldığı halda Cavabdeh1 verilməsi, hərrac yolu ilə satıldıqdan sonra Bakı şəhəri Nizami rayonu E.Süleymanov küçəsi 148 saylı evin 101 saylı mənzilinin boşaldılması qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 onun ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi şəraitində çıxarılmış, gəlinən nəticə işin hallarına uyğun deyildir. Kredit müqaviləsinin müddəti bitməmişdir, öhdəliklərinin yerinə yetirməməsinin səbəbi isə ölkədə yaranan iqtisadi problemlərlə bağlıdır. Evin ilkin satış qiyməti 2013-cü ilin sentyabr-oktyabr ayı üçün müəyyən edilən qiymət əsasında qoyulmuşdur. Halbuki, mənzilin qiymətləndirilməsindən 6 il keçmiş, mənzilin hazırkı bazar qiyməti fərqlidir. Hazırkı real bazar qiyməti 65000-70000 manat təşkil edir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Qüdrət Həsənov apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq iş üzrə cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(007)- 13/2019 saylı qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan sənədlərlə müəyyən olunur ki, iddiaçı “Bank VTB (Azərbaycan)” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxxx 2013-cü il tarixli Baş kredit razılaşmasına əsasən bank kreditalana xx xxxxxxxx 2013-cü il tarixdən xx xxxxxxxx 2023-cü il tarixədək 200000 ABŞ dolları məbləğində kredit xətti açmışdır.xx xxxxxxxx 2013-cü il tarixli Kommersiya krediti müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 24% ödəmək şərti ilə 30000 ABŞ dolları məbləğində kredit verilmişdir.“Bank VTB (Azərbaycan)” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxxx 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən, Cavabdeh1 mülkiyyət hüququ ilə ona məxsus olmaqla Bakı şəhəri Nizami rayonu Elşən Süleymanov küçəsi 148 nömrəli evin 1ci mərtəbəsində istifadədə olan, 32,6 kv.m ümumi, 17,6 kv.m yaşayış və 15,0 kv.m yardımçı sahədən ibarət 1 otaqlı 101 nömrəli mənzili həmin tarixli kredit müqaviləsi üzrə götürdüyü kreditin təminatı olaraq ipoteka qoymuşdur. Bankın ipoteka hüququ qeydə alınmışdır. “Bank VTB (Azərbaycan)” ASC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxxxx 2013-cü il tarixli zaminlik müqaviləsinə əsasən, həmin zamin sözügedən kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün borcalan ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Lakin cavabdehlər müqavilə ilə üzərlərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişlər. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə cavabdehə bildiriş göndərilmiş, həmin bildiriş də qeydə alınmışdır. “xxxxxxx” MMC tərəfindən ipoteka predmeti olan əmlakın qiymətləndirilməsi həyata keçirilmiş, evin bazar dəyərinin 37000 manat təşkil etdiyi müəyyən olunmiuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2017-ci il tarixli 8344 nömrəli rəyindən görünür ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və xx xxxxxxxx 2013-cü il tarixli 117427-1-8866/1 saylı Kommersiya krediti müqaviləsinin şərtlərini əsas götürməklə Cavabdeh1 banka olan borcu xx.xx.2014cü il tarixə illik 24%-lə (sualda göstərilən tarixə) 26568,27 ABŞ dolları məbləğində və xx.xx.2015-ci il tarixə illik 25% (sualda göstərilən tarixə) banka olan borcu 25747,47 ABŞ dolları məbləğində müəyyən olunur. O cümlədən, xx.xx.2014-cü il tarixə əsas borc üzrə 26374,86 ABŞ dolları, faiz borcu üzrə 193,42 ABŞ dolları, xx.xx.2015-ci il tarixə əsas borc üzrə 21114,10 ABŞ dolları, faiz borcu üzrə 4633, 37 ABŞ dolları müəyyən olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-mühasibatlıq ekspertizasınınxx.xx.2018-ci il tarixli 12335 nömrəli rəyindən görünür ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və xx xxxxxxxx 2013-cü il tarixli 117427-1-8866/1 saylı Kommersiya krediti müqaviləsinin şərtlərini əsas götürməklə Cavabdeh1 banka olan borcu xx.xx.2014cü il tarixə illik 24%-lə (sualda göstərilən tarixə) 27160,78 ABŞ dolları məbləğində və xx.xx.2015-ci il tarixə illik 25% (sualda göstərilən tarixə) banka olan borcu 26942,47 ABŞ dolları məbləğində müəyyən olunur. O cümlədən, xx.xx.2014-cü il tarixə əsas borc üzrə 26374,86 ABŞ dolları, faiz borcu üzrə 193,42 ABŞ dolları, cərimə borcu üzrə 592,5 ABŞ dolları, xx.xx.2015-ci il tarixə əsas borc üzrə 21114,10 ABŞ dolları, faiz borcu üzrə 4633, 37 ABŞ dolları, cərimə borcu üzrə 1195 ABŞ dolları müəyyən olunur. Apelyasiya icraatı zamanı iş üzrə alınmış “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2019-cu il tarixli rəyindən məlum olur ki, evin hazırkı bazar dəyəri 37000 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi, borclu kredit müqaviləsi üzrə götürdüyü öhdəliklərini yetirməyərək müqaviləni əhəmiyyətli dərəcədə pozmuş, iddiaçı bank həmin müqavilələrin ləğv edilməsini tələb etməkdə haqlı olmuşdur. Buna görə də kredit müqaviləsinin müddəti başa çatmamış bankın hazırkı iddianı qaldırmasının düzgün olmaması barədə apelyasiya şikayətinin dəlili əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; Cavabdeh apelyasiya şikayətində ipoteka predmeti olan mənzilin real dəyəri yuxarı olduğu halda, müstəqil qiymətləndirici tərəfindən evin qiymətinin aşağı müəyyən edilməsini bildirmişdir. Lakin apelyasiya icraatı zamanı alınmış mütəxəssis rəyi ilə yataqxana tipli mənzil olan ipoteka predmetinin bazar qiymətinin 37000 manat olması bir daha öz təsdiqini tapmışdır. Apelyasiya şikayətinə əlavə olunmuş “xxxxxxxx” MMC tərəfindən verilmiş Daşınmaz əmlakların qiymətləndirilməsi barədə xx.xx.2019-cu il tarixli mütəxəssis rəyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin rəy kifayət qədər əsaslandırılmamış, rəy vermiş şəxsin kimliyi, qiymətləndirmə sahəsində ixtisaslaşması və bu sahədə neçə il fəaliyyət göstərməsi qeyd olunmamışdır. Həmin MMC tərəfindən qiymətləndirmə barədə rəy verilərkən həmin rəyin konkret hansı internet resurslarından, rieltor qurumlarından və digər mənbələrdən əldə edilmiş məlumatlar əsasında verilməsi qeyd olunmamışdır. Cavabdeh1 müraciəti əsasında “xxxxxxx” MMC tərəfindən verilmiş qiymətləndirmə hesabatı və apelyasiya icraatı zamanı məhkəmənin qərardadı əsasında “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş qiymətləndirmə hesabatı daha əsaslandırılmış və bir-birinə uyğun olduğundan, məhkəmə kollegiyası ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin 37000 manat olmasını qəbul edir. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamənin yoxlanılan hissəsində mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 385.2, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(007)-13/2019 saylı qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu Cavabdeh1 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-395/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-395/2020
28.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver