Məhkəmə qərarları › İş №2(103)-395/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-395/2025

21.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-395/2025 21.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qaraqurbanlı (Musayev) Həmzə Bəhlul oğlunun Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi, torpaq sahəsindən istifadə qaydasının müəyyən edilməsi X1 (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3, İddiaçı Qaraqurbanlı (Musayev) Həmzə Bəhlul oğlunun, Cavabdeh iştirakı ilə, İddiaçı Qaraqurbanlı (Musayev) Həmzə Bəhlul oğlunun Cavabdeh qarşı “paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi, torpaq sahəsindən istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-312/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Məmmədxan küçəsində istifadədə olan 0,0271 ha. torpaq sahəsində yerləşən 1 mərtəbəli, 6 otaqlı, 93,1 kv.metr yaşayış, 95,5 kv.metr köməkçi sahədən ibarət 76 nömrəli fərdi yaşayış evi İddiaçı 3 otaq – 46,9 kv.metr, Cavabdeh 3 otaq - 46,2 kv.metr adlarına paylı mülkiyyət hüququ ilə xx.xx.2007-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.

2. Hazırkı icraatdan əvvəl Cavabdeh İddiaçı qarşı “küçəyə çıxış yolunun açılması ilə əlaqədar sahənin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətinə məxsus yaşayış sahəsinə aid 5 metrə yaxın divar zolağının qarşısında tikilmiş hasarın sökülərək ünvan üzrə Rəsulzadə qəsəbəsi, M.Məmmədxan küçəsinə çıxış yolunun açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4296/2010 nömrəli, 19 oktyabr 2010-cu il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 iyul 2010-cu il tarixli qətnaməsi qismən, yəni iddianın özbaşına tikilinin sökülməsi barədə hissəsinin rədd olunması hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə təmin edilmiş, Cavabdeh məxsus, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə aid divar zolağının qarşısında tikilmiş özbaşına tikilinin sökülməsi qərara alınmışdır.

3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2420/2011 nömrəli, 06 may 2011-ci il tarixli qətnaməsi ilə İddiaçıın Cavabdeh qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsini üçüncü şəxs qismində cəlb edilməklə) “məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğv edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Məhkəmə göstərmişdir ki, iddiaçı, paylı mülkiyyətçinin razılığı olmadan maraqlı şəxs kimi məhkəmə qaydasında qeydiyyatın ləğvini tələb etmək hüququna malik deyildir.

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-79/2014 nömrəli, 7 fevral 2014cü il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. Belə ki, İddiaçı 22 iyul 2013-cü il tarixdə həmin məhkəmə tərəfindən Azərbaycan Respublikası İXM-nin 313-1.1-ci maddəsi ilə təqsirli bilinərək ona inzibati tənbeh olaraq 500 manat məbləğində cərimə tətbiq edilməsinə baxmayaraq, bundan sonrakı müddətdə də, yəni 13 avqust 2013-cü il tarixədək Bakı Apellyasiya Məhkəməsinin qətnaməsini icra etməkdən qərəzli olaraq yayınmış, yəni qətnamədə göstərilən qanunsuz tikilini sökməmişdir. Bundan sonra tikili sökülsə də, yerində hasar kimi bir divar qalmışdır ki, bu da sözügedən qətnamənin hələ də tam olaraq icra olunmadığını göstərir.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7438/2017 nömrəli, 24 noyabr 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “divar zolağının bərpa edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Məhkəmə qeyd etmişdir ki, məhkəmə qətnaməsində nəzərdə tutulmayan divar zolağının da qanunsuz sökülməsi və nəticədə iddiaçıya məxsus həyətə giriş açılmasını müəyyən etmək mümkün olmamışdır.

6. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-18006/2015 nömrəli, 06 dekabr 2021-ci il tarixli qərarı ilə İddiaçı Bakı şəhəri Binəqədi İcra şöbəsinə qarşı (Cavabdeh üçüncü şəxs qismində cəlb edilməklə) “hərəkətlərin qanunsuz hesab edilməsi və divar zolağının bərpa edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır.

7. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Məmmədxan küçəsi 76 nömrəli fərdi yaşayış evinin qanuni istifadəsində olan 225,33 kv.metr həyətyanı torpaq sahəsinə çıxarışın verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, İddiaçı iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. Həmin məhkəmə tərəfindən aparılmış araşdırma zamanı ünvanlanmış sorğulara cavab məktublarından məlum olmuşdur ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi bağışlama müqavilələri əsasında Musayev Bəhlul Həmid oğlu tərəfindən İddiaçı və Cavabdeh bağışlanmışdır. 1992-ci ildə tərtib olunmuş texniki pasportda olan məlumatlardan görünür ki, sözügedən evin yerləşdiyi faktiki torpaq sahəsi 400,8 kv.metr (istifadədə olmaqla), tikinti altı sahəsi isə 271 kv.metr təşkil edir. Göründüyü kimi, həqiqətən də fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi ilə bağlı Cavabdeh mərhum atasının adına texniki inventarlaşdırma orqanı tərəfindən texniki pasport tərtib edilmişdir ki, həmin texniki pasportda həyətyanı torpaq sahəsinin ölçüləri göstərilmiş və ən əsası isə texniki pasport xx.xx.2001-ci il tarixədək tərtib olunmuşdur. İddiaçı 400,8 kv.m. torpaq sahəsinin 225,33 kv.m. onun həyətyanı torpaq sahəsidir əsası ilə həmin sahənin yerinin müəyyən edilməsi və çıxarış və texniki sənədlərinin verilməsini cavabdehdən tələb edə bilməz. Bakı İnzibati Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli qərarı əsasında Cavabdeh iddiası təmin edilməmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı Cavabdeh qarşı iddia və iddianın dəqiqləşdirilməsi barədə ərizələrlə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Məmmədxan küçəsində istifadədə olan 0,0271 ha. torpaq sahəsində yerləşən 1 mərtəbəli, 6 otaqlı, 93,1 kv.metr yaşayış, 95,5 kv.metr köməkçi sahədən ibarət 76 nömrəli fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə onun mülkiyyətində olan 3 otaq – 46,9 kv.metr, köməkçi sahələrin – faktiki istifadəsində olan ümumi sahəsi 115,07 kv.metr, o cümlədən yaşayış sahəsi 99,76 kv.metr, yardımçı sahəsi 15,31 kv.metr natura şəklində bölünməsi, istifadə qaydasının müəyyən edilməsi və evinin altında və həyətində yerləşən 209,93 kv.metr torpaq sahəsindən istifadə qaydasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına uyğun olaraq onunla əsaslandırılmışdır ki, o, xx.xx.1989-cu il tarixdə verilmiş etibarnamə əsasında keçmişdə yaşadığı Ermənistan Respublikası Kalinin rayonu, Qızıl Şəfəq kəndində olan evini hazırda yaşadığı evlə dəyişdirmişdir. Həmin vaxtdan həmin evdə ailə üzvləri ilə birlikdə yaşamağa başlamışdır. Bakı şəhəri Kirov rayon XDS-nin İcraiyyə Komitəsinin 55/465 saylı, 25 avqust 1989-cu il tarixli qərarı ilə ailə üzvləri ilə birlikdə həmin evə qeydiyyata alınmışdır. Eyni zamanda onun mərhum atası da keçmişdə yaşadığı evini onunla eyni ünvanda olan, evin divarı ilə təcrid olunmuş şəkildə yerləşən evlə dəyişdirmişdir. Atası anası ilə birlikdə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 92 saylı, xx.xx.1992-ci il tarixli qərarı ilə həmin evə qeydiyyata alınmışdır. Hər iki ev bir-birindən evin divarı ilə təcrid olunmuş şəkildə olsa da, ünvan nömrələri onlara qədər eyni – 76 nömrəli ünvan kimi qeydə alınmışdır. Cavabdeh 1994-cü ildə ailəsi ilə birlikdə Rusiyadan qayıdaraq atasına məxsus evdə yaşamağa başlamışdır. Atası evin özünə məxsus hissəsini xx.xx.2007-ci il tarixdə cavabdehə bağışlamışdır. xx.xx.2007-ci il tarixdə evin həmin hissəsi və ona məxsus evin dam hissəsinin bir hissəsi yanmışdır. Atası xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. Atasının vəfatından sonra cavabdehlə mübahisə başlamış, bugünədək davam etməkdədir. ünvan 3 ünvanda yerləşən evin paylar üzrə 3 yaşayış otağı onun, üç yaşayış otağı isə cavabdehin mülkiyyəti kimi qeydiyyata alınmışdır. Eyni zamanda, xx.xx.2007-ci il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Məmmədxan küçəsində (keçmiş 20-ci Qurultay) istifadədə olan 0,0271 ha. torpaq sahəsində yerləşən 1 mərtəbəli, 6 otaqlı, 93,1 kv.metr yaşayış, 95,5 kv.metr köməkçi sahədən ibarət 76 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə 46,9 kv.metr sahəli 3 otaq onun, 46,2 kv.metr sahəli 3 otaq isə cavabdehin adına qeydiyyata alınmışdır. xx.xx.1992-ci il tarixdə tərtib olunmuş texniki parportun surətindən görünür ki, paylı mülkiyyətdə olan evin ümumilikdə altında və həyətində yerləşən torpaq sahəsinin ümumi sahəsi 400,81 kv.metrdir. Ona məxsus payın altında və həyətində yerləşən torpaq sahəsinin və evinin eskiz layihəsi tərtib edilərkən müəyyən olunmuşdur ki, ümumi torpaq sahəsi 209,93 kv.metr, evin sahəsi isə 140,91 kv.metrdir.

10. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim etmiş və bildirmişdir ki, mülk atası Bəhlul Musayevə məxsus olmuşdur. Sağlığında atası mülkün yarısını ona, yarısını isə qardaşı Həmzəyə bağışlamışdır. Atasının adına olan fərdi yaşayış evinin texniki pasportunda həmin evin həyətyanı sahəsi 400,8 kv.metr göstərilmişdir. O, öz adına çıxarış aldıqdan sonra evini və obyektlərini layihələndirmiş, ona məxsus fərdi yaşayış evinin qanuni istifadəsində olan həyətyanı torpaq sahəsi 225,33 kv.metr müəyyən edilmişdir. Ona məxsus fərdi yaşayış evində 2007-ci ildə yanğın baş vermiş, bundan sonra İddiaçı ona məxsus məhv olmuş daşınmaz əmlakın qeydiyyatının ləğv edilməsi barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, məhkəmənin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən ona məxsus yaşayış sahəsinə aid divar zolağının qarşısında tikilmiş özbaşına tikilinin sökülməsi qərara alınmışdır. Həmin qərarı İddiaçı icra etmədiyindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 9 ay müddətinə islah işləri cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2015-ci il tarixli qərardadına əsasən İddiaçı Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə qarşı (3-cü şəxs Cavabdeh) cavabdeh şöbənin 3-cü şəxsin mülkiyyətində olan M.Məmmədxan küçəsi 76 saylı ünvanda yerləşən yaşayış evinin iddiaçının həyətinə bitişik qanunsuz sökülmüş güc götürən divar zolağın sökülməsi barədə hərəkətlərinin qanunsuz sayılması və həmin güc götürən divar zolağının əvvəlki vəziyyətə cavabdeh şöbənin vəsaiti hesabına bərpa edilməsi tələbindən ibarət iddiası mümkün sayılmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 noyabr 2017-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ona qarşı divar zolağının bərpa edilməsi barədə iddiası onun mülkiyyətində olan evin həyətyanı totpaq sahəsinin sərhəddində mövcud olmuş qanunsuz sökdüyü divar zolağının onun vəsaiti hesabına əvvəlki vəziyyətə bərpa edilməsi barədə iddiası rədd edilmişdir. Hazırda iddiaçı ona məxsus, qeyd olunan ünvandakı həyətyanı torpaq sahəsində qeyri-qanuni inşa etdiyi özbaşına tikilini və həmin özbaşına tikintiyə aid zəbt etdiyi torpaq sahəsini hüquqi qaydada öz adına rəsmiləşdirmək istəyir. Halbuki, həmin özbaşına tikintiinin sökülməsinə dair məhkəmə qətnaməsi var və həmin qətnaməni icra etmədiyinə görə İddiaçı barəsində məhkəmə hökmü vardır.

11. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/2674 saylı müvafiq rəyində göstərilmişdir ki, çıxarışda mübahisə predmeti olan tikilinin yerləşdiyi torpaq sahəsinin 0,0271 ha olduğu qeyd olunmuşdur. Lakin baxış zamanı aparılan ölçü işləri nəticəsində həmin torpaq sahəsinin mülki iş materiallarında olan Texniki İnvertarlaşdırma bürosu tərəfindən verilmiş mübahisəli tikiliyə dair 1992-ci il iyul ayında tərtib edilmiş texniki pasport sənədində də qeyd olunduğu kimi 0,4 ha (400,8 kv.m.) olduğu müəyyən olunmuşdur. Həmin torpaq sahəsinə 2 hissədən giriş-çıxış mövcuddur və həmin giriş-çıxış yolları texniki pasport sənədində öz əksini tapmışdır. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Məmmədxan küçəsində yerləşən paylı mülkiyyətdə olan 76 saylı evin və torpaq sahəsinin təcrid şəklində naturada ayrılması mümkündür. Bölgü variantı rəyə əlavə edilmiş sxemdə ətraflı qeyd edilmişdir.

12. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(001)-312/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Məmmədxan küçəsində istifadədə olan 0,0271 ha. torpaq sahəsində yerləşən 1 mərtəbəli, 6 otaqlı, 93,1 kv.metr yaşayış, 95,5 kv.metr köməkçi sahədən ibarət 76 nömrəli fərdi yaşayış evi və torpaq sahəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/2674 saylı ekspert rəyinə əlavə olunmuş sxemə uyğun olaraq onların arasında naturada bölünməsi, iddiaçının və cavabdehin Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Məmmədxan küçəsində istifadədə olan 0,0271 ha. torpaq sahəsində yerləşən 1 mərtəbəli, 6 otaqlı, 93,1 kv.metr yaşayış, 95,5 kv.metr köməkçi sahədən ibarət 76 nömrəli fərdi yaşayış evi və torpaq sahəsindən istifadə qaydasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/2674 saylı ekspert rəyinə əlavə olunmuş sxemə uyğun olaraq müəyyən edilməsi və həmin qaydalara uyğun olaraq onların bərabər vəsaiti hesabına bu torpaq sahələri arasında sərhəd hasarının çəkilməsi, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur (hakim Etibar Mustafayev).

13. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddia tələbində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Məmmədxan küçəsində istifadədə olan 0,0271 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 6 otaqlı, 93,1 kv.metr yaşayış, 95,5 kv.metr köməkçi sahədən ibarət 76 nömrəli fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə onun mülkiyyətində olan 3 otaq – 46,9 kv.metr, köməkçi sahələrin – faktiki istifadəsində olan ümumi sahəsi 115,07 kv.metr, o cümlədən yaşayış sahəsi 99,76 kv.metr, yardımçı sahəsi 15,31 kv.metr natura şəklində bölünməsi, istifadə qaydasının müəyyən edilməsi və evin altında və həyətində yerləşən 209,93 kv.metr torpaq sahəsindən istifadə qaydasının müəyyən edilməsinə dair qeyd etmişdir ki, 76 nömrəli fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə iddiaçının mülkiyyətində olan 3 otaq - 46,9 kv.metr, köməkçi sahələrin – faktiki istifadəsində olan ümumi sahəsi 115,07 kv.metr, o cümlədən yaşayış sahəsi 99,76 kv.metr, yardımçı sahəsi 15,31 kv.metr natura şəklində bölünməsi yalnız iddiaçı tərəfin mövqeyini ifadə etdiyindən digər tərəfə münasibətdə bölgünü tam əhatə etmədiyindən, habelə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 sentyabr 2022-ci il tarixli, 10/2674 saylı rəyində ümumi istifadə olan həm torpaq sahəsi, həm də fərdi yaşayış yerinin sərhədləri tam göstərildiyindən, eləcə də hər iki sahəyə giriş-çıxışın haradan olması qeyd edildiyindən məhkəmə hesab etmişdir ki, iddia qismən təmin olunmalı, bölgü Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/2674 saylı rəyinə əlavə olunmuş sxemə uyğun aparılmalıdır.

14. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.2-ci, 215.1-ci, 220.2-ci, 220.3-cü və Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 119.1-ci, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

15. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

16. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı ilə aralarında dəfələrlə torpaq sahəsindən istifadə qaydası barədə mübahisələr olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-149/2010 nömrəli, xx.xx.2010-cu il tarixli qətnaməsi ilə onun cavabdeh İddiaçı qarşı “küçəyə çıxış yolunun açılması ilə əlaqədar sahənin boşadılması barədə” iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4296/2010 nömrəli, xx.xx.2010-cu il tarixli qətnaməsi ilə Binəqədi Rayon Məhkəməsinin 2(001)-149/2010 nömrəli, xx.xx.2010-cu il tarixli qətnaməsi qismən, iddianın özbaşına tikilinin sökülməsi barədə hissəsinin rədd olunması hissəsində ləğv edilmiş, iddia tələbinin qalan hissədə təmin edilməsi, ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi M.Məmmədxan küçəsindəki 76 saylı yaşayış sahəsinə aid divar zolağının qarşısında tikilmiş özbaşına tikilinin sökülməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamə İddiaçı tərəfindən icra edilmədiyi üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)- 79/2014 nömrəli, xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 20%-i dövlət nəfinə tutulmaqla 9 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2420/11 nömrəli, xx.xx.2011-ci il tarixli qətnaməsi ilə İddiaçı ona və 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “məhv olmuş daşınmaz əmlakın qeydiyyatının ləğv edilməsi” tələbinə dair iddia tələbi təmin edilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7438/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı ona qarşı “divar zolağının bərpa edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 4296/2010 nömrəli, xx.xx.2010-cu il tarixli qətnaməsi ilə sökülməsi qət edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi M.Məmmədxan küçəsindəki 76 saylı yaşayış sahəsinə aid divar zolağının qarşısında tikilmiş özbaşına tikili hazırda ona məxsus hissədən giriş-çıxış yerində yerləşmişdi. Həmin özbaşına tikili onun giriş-çıxışını bağladığı və evinə başqa giriş-çıxış olmadığı üçün həmintikili sökülmüşdür. Hazırkı qətnamə ilə də onun həmin giriş-çıxışı bağlanmış olacaqdır. Evinə isə başqa giriş-çıxış yoxdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə icraatında olan iddiaçı Qaraqurbanlı (Musayev) Həmzə Bəhlul oğlunun Cavabdeh qarşı Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Məmmədxan küçəsində yerləşən paylı mülkiyyətdə olan 76 saylı evin yerləşdiyi torpaq sahəsindən istifadə qaydalarının müəyyən edilməsi barədə 2(001)-312/2022 saylı mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspertiza Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin mühəndis-texniki ekspertizası şöbəsinin eksperti Ziya Tağıyev tərəfindən aparılmış və xx.xx.2022-ci il tarixli 10/2674 saylı ekspert rəyi verilmişdir. Rəydə Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Məmmədxan küçəsində yerləşən paylı mülkiyyətdə olan 76 saylı evin və torpaq sahəsinin təcrid şəklində naturada ayrılmasının mümkün olması qeyd edilmiş, bölgü variantı rəyə əlavə edilmiş sxemdə ətraflı şərh edilmişdir. Sxemdən aydın olur ki, bölgü mövcud giriş-çıxış qapısı yerləşən ərazidə ”yaradılmalı sərhəd hasarı” çəkilməsi ilə mümkündür. Rəyin həmin hissəsi əsassızdır, ekspert rəy verərkən iş üzrə mövcud vəziyyəti və toplanmış sübutları nəzərə almamışdır, rəy işdəki məlumatlara istinadən deyil, ekspertin şəxsi ehtimalları əsasında tərtib olunmuşdur. Belə ki, tərəflər arasında Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Məmmədxan küçəsində yerləşən paylı mülkiyyətdə olan 76 saylı ev və torpaq sahəsi barədə bir neçə məhkəmə mübahisələri olmuş və həmin məhkəmə mübahisələri üzrə yuxarıda şərh edilən qanuni qüvvəyə minmiş məhkəmə qərarları vardır. Qanuni qüvvəyə minmiş həmin məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, Həmzə Qaraqurbanlı (Musayev) bölgünün mümkün olmasının ekspert rəyində ayrıc sərhədi çəkilməsi qeyd edilən yerdə qanunsuz tikili inşa etmişdir. Ona məxsus Bakı şəhəri Məmmədxan küçəsinə giriş-çıxışı bağlayıb həmin qanuni ünvanını zəbt etmişdir. Ekspert qanuni qüvvəyə minmiş və icrası bütün fiziki və hüquqi şəxslər üçün məcburi olan məhkəmə qərarlarını Azərbaycan Respublikası Əmlak Layihə Smeta Bürosunun 2020-ci ilin hüquqi sənədini və bölgü sxemində onun ünvanına aid olmayan qonşu (Hacı İsmayılov küçəsini) giriş-çıxış göstərməklə, qanuni ünvanının ünvan 5 poçt göndərişlərinin həmin ünvana göndərilməsini nəzərə almadan rəy vermişdir. Əgər rəydə göstərilən qaydada bölgü aparılarsa, onun ünvanı dəyişdirilməlidir, Hacı İsmayılov küçəsindən ünvanına giriş-çıxış yolu almaq üçün müvafiq icra hakimiyyətindən razılıq alınmalıdır. Ona görə də həmin rəy obyektiv hesab oluna bilməz. Qeyd etdiyi hallar fotoşəkillərdə əks olunmuşdur. Hər iki evin yerləşdiyi torpaq sahəsinin hamısı şəxsi mülkiyyətdə deyildir. Torpaq sahəsinin bir hissəsi Bələdiyyə mülkiyyətindədir. O, bütün kommunal xərclərini həmin ünvandan həyata keçirmişdir. Hazırkı məhkəmə qətnaməsi ilə ünvanının dəyişdirilməsi zərurəti yaranacaqdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. İddiaçı Qaraqurbanlı (Musayev) Həmzə Bəhlul oğlu apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, hər iki evin bir ünvanı olmuş, giriş-çıxış qapısı bir olmuş, münasibətlər pozulandan sonra cavabdeh ayrı qapıdan istifadə etmişdir. Cavabdeh özü etiraf edir ki, paylı mülkiyyətdə olan evin 3 otağı onun, 3 otağı isə özünün istifadəsində olmaqla təcrid olunmuşdur, lakin naturada bölünməsi barədə məhkəmə qətnaməsi yox idi. Bu səbəbdən məhkəmə payların və istifadədə olan torpaq sahəsinin naturada bölgüsünü həll etmişdir. Eyni zamanda cavabdehin onun istifadəsində olan torpaq sahəsindən girişçıxış qapısının açılması ilə bağlı tələbinin rədd edilməsi barədə məhkəmə qətnaməsini özü məhkəməyə təqdim etmişdir. Həmin sahə cavabdehdən çox əvvəl - 1989-cu ildən onun istifadəsində olmuş, hazırda da istifadəsindədir. Cavabdehin digər küçədən giriş-çıxış qapısının olması həmin qətnamə ilə müəyyən edilmişdir. Eyni zamanda, hələ 2007-ci ildən sonra, yəni atasının vəfatından sonra cavabdehlə aralarında mübahisə başlamış, xx.xx.2008-ci itarixdə onun şikayəti əsasında Binəqədi RPİ-nin 4-cü Polis Bölməsinin təhqiqatçısı tərəfindən araşdırma aparılmış və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Cavabdeh təhqiqat zamanı izahat verərək göstərmişdir ki, 1998-ci ildə o, atalarından icazə alaraq cavabdehin adına olan otağın pəncərəsinin qarşısında mebel sexi tikmiş və həmin yeri həmin vaxtdan istifadə edir. Qərar mülki işə əlavə edilmişdir. Bundan əlavə Binəqədi RİH-nin M.Ə.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəsinin 27-xx.xx.2010-cu il tarixli, 4966 və 104 saylı arayışlarından görünür ki, onun evinə giriş-çıxış qapısı Mirzə Məhəmmədxan küçəsinə, cavabdehə məxsus evin giriş-çıxış qapısı isə xx.xx.1992-ci ildə verilmiş texniki pasportda qeyd olunduğu kimi H.Ə.İsmayılov (Amangəldi) küçəsinə çıxır. Eyni zamanda həmin ünvanda digər şəxslərə məxsus evlərin ünvanları M.Məhəmmədxan küçəsi göstərilsə də, onların evlərinə girişçıxış qapısı H.Ə.İsmayılov (Amangəldi) küçəsinə çıxır. Bundan əlavə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4100/10 saylı xx.xx.2012-ci il tarixli qətnaməsini icra edən Binəqədi rayon icra məmuru Qədir Mikayılov qətnaməni icra edərkən qanunsuz olaraq cavabdehə məxsus evin pəncərəsi olan divar zolağının səhvən sökülməsini Bakı İnzibati Məhkəməsinin hakimi Fəqan Əhmədova ünvanladığı ərizədə etiraf etmişdir. Yəni cavabdeh öz evinin divarını sökərək 2-ci giriş-çıxış yolu almaq məqsədi ilə qəsdən mübahisə yaratmışdır. Həmin mübahisə bu gün də davam edir. Bu vaxta qədər uzun müddət cavabdehlə aralarında mübahisələr olmuş, həmin mübahisələr məhkəmə qətnamələri ilə öz həllini tapmışdır. Ekspert qarşısında qoyulan suallar üzrə bölgünün mövcud giriş-çıxış qapısı yerləşən ərazidə “yaradılmalı sərhəd hasarı” çəkilməsi mümkündür hissəsində ekspertin rəy əsassızdır. Ekspert rəy verərəkən iş üzrə mövcud vəziyyəti və toplanmış sübutları nəzərə almamışdır, rəy ekspertin şəxsi ehtimalları əsasında tərtib olunmuşdur. Cavabdehin göstərdiyi arqumentin də hüquqi əsası yoxdur. Belə ki, iş üzrə 2 ekspert rəyi mövcuddur. Hər iki rəy bir biri ilə üst-üstə düşür və cavabdehin arqumentini inkar edir. Eyni zamanda “yaradılmalı sərhəd hasarı”nın qarşısında hər hansı tərəfə məxsus giriş-çıxış darvazası mövcud deyildir. Həmin sahə 1989-cu ildən onun istifadəsindədir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, o, mümkün olmayan ayrıc sərhədi çəkilməsi qeyd edilən yerdə qanunsuz tikili inşa etmişdir. Ona məxsus Bakı şəhəri, Məmmədxan küçəsindəki qanuni ünvanını zəbt etmişdir. Belə ki, ayrıc sərhədi çəkilməsi nəzərdə tutulan yer cavabdehdən çox əvvəl, hələ onun evini 1989-cu ildə erməni ilə dəyişib həmin evə köçəndən bu günə qədər onun istifadəsindədir. Həmin sahədə əvvəllər dülgər sexi fəaliyyət göstərirdi. Məhkəmə qətnaməsinə əsasən sökülsə də torpaq sahəsi onun istifadəsində qalmaqdadır. AR Smeta Layihə Bürosunun 2020-ci ilin hüquqi sənədini və bölgü sxemində onun ünvanına aid olmayan qonşu küçəni -qanuni ünvanına aid olmayan küçəni nəzərə almadan ekspert rəyi verilmişdir. Cavabdeh bu halda da hüquqi əsası olmayan sənədə istinad edərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi əsası olmayan sənədinə istinad edir. Halbuki, həmin sənəd hüquqverici sənəd kimi qiymətləndirilə bilməz. Belə ki, cavabdeh özünün etiraf etdiyi kimi evi yanmış, yanğından sonra özünə otaqlar inşa etməmişdir. Lakin həmin layihə sənədində saxtakarlığa yol verilərək yaşayış otağının olması göstərilmişdir. Hazırki iddia tələbi payların müəyyən edilməsi barədə deyildir, torpaq sahəsinin istifadə qaydasının müəyyən edilməsi barədədir. Cavabdeh bu halda diqqətsizliyə yol vermişdir. Hakim mübahisəli sahəyə yerində müayinə etməmiş və tədqiq etməmişdir. Cavabdehin bu arqumenti də əsaslı deyildir. Belə ki, iki ekspert rəyi mövcud olduğu halda məhkəmənin mübahisəli sahəni müayinə və tədqiq etməsi lüzumsuzdur. Çünki tədqiq və müayinə olunan sahə xüsusi bilik tələb edir. Əlavə ekspertiza təyin edilməsi və pay verən ekspertin dindirilməsi barədə vəsatət verilsə də vəsatət müzakirə olunmamışdır. Ayrıc xətti üfiqi deyil şaquli xətlə aparılması onun hüququnu pozmazdı. Ekspert rəyinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli bölgü sxemindən göründüyü kimi tərəflərin faktiki istifadəsində olan torpaq sahəsi F şəkilli olmaqla bir-birinin davamı kimi göstərilmişdir. Tərəflərin hər birinin faktiki istifadəsində olan torpaq sahəsi düzgün olaraq sxemdə göstərilən qaydada istifadə qaydası müəyyən edilmişdir. Başqa variantı mümkün deyildir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7619/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə hazırki iş üzrə cavabdehin 1 saylı Bakı Ərazi idarəsinə və ona qarşı “Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Məmmədxan küçəsində 76 nömrəli fərdi yaşayış evinin qanuni istifadəsində olan 225,33 kv.metr həyətyanı torpaq sahəsinə çıxarışın verilməsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi maddi hüquq normalarını və prosessual hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Qətnamə cavabdehin formal mülahizələrinə görə ləğv edilə bilməz.

Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

18. Apellyasiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/2674 saylı rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Məmmədxan küçəsində yerləşən tərəflərin paylı mülkiyyətində olan 76 saylı evin altındakı və həyətyanı torpaq sahəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/2674 saylı ekspert rəyində nəzərdə tutulan qaydada bölündüyü təqdirdə tərəflərin paylarına düşən sahələrin qismən fərqli olmaqla bərabər olmadığı müəyyən olunur. Belə ki, bölgü zamanı iddiaçı X2 payına düşən torpaq sahəsinin ölçüsü - 211,8 kv.m., Cavabdeh payına düşən torpaq sahəsinin ölçüsü isə - 189,0 kv.m. olacaqdır. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Məmmədxan küçəsində yerləşən paylı mülkiyyətdə olan 76 saylı evin altındakı və həyətyanı torpaq sahəsi tərəflərin paylarına uyğun bərabər şəkildə bölünməsi inşaat norma və qaydaları 2.08.01.89*1.1, 2.2, 2.4 bəndlərində və məhkəmə tikinti-texniki ekspertizasının həlli metodlarının tələlərinə, elecə də “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000 il 4 sentyabr tarixli, 160 nömrəli qərarı”na əsasən M.Məmmədxan küçəsi istiqamətində yeni qapının açılması ilə mümkündür. Cavabdehin payına düşən hissədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/2674 saylı ekspert rəyində nəzərdə tutulan giriş-çıxış qapısının (Hacı İsmayılov küçəsi istiqamətində açılan) faktiki olaraq mövcud olduğunu və mülki iş materiallarında olan (cild İ, səh. 70) mübahisə predmeti olan fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasport sənədində qeyd olunduğunu nəzərə alaraq həmin giriş-çıxış qapısının “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000 il 4 sentyabr tarixli, 160 nömrəli qərarı”na uyğun olduğu müəyyən olunur. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Məmmədxan küçəsində yerləşən paylı mülkiyyətdə olan 76 saylı evin yerləşdiyi torpaq sahəsinin kimə məxsus olmasını müəyyənləşdirmək ekspertin səlahiyyətlərindən kənar olduğu üçün bu sual üzrə tədqiqat aparılmadı. Qeyd: Bölgü zamanı cavabdehin payına düşən torpaq sahəsinə girişçıxış M.Məmmədxan küçəsi istiqamətinə verilmiş, həmin qapının açılması üçün iddiaçının istifadəsində olan 2,5 metr enində, 3,5 metr uzunluğunda tikilinin sökülməsi nəzərdə tutulmuşdur. Həmin sahə mülki iş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-79/2014 nömrəli mülki iş üzrə, xx.xx.2014- cü il tarixli və Bakı Apellyasiya Məhkəməsinin qüvvəyə minmiş 1(103)-462/2014 nömrəli mülki iş üzrə xx.xx.2014-cü il tarixli qərarı ilə qanunsuz tikili olduğu müəyyən edilmişdir.

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-153/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - apellyasiya baxışının predmeti olan hissədə ləğv edilmiş, həmin hissədə mülki iş üzrə yeni qətnamə qəbul edilməklə, iddianın həmin hissədə qismən təmin edilməsi, iddiaçının və cavabdehin Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Məmmədxan küçəsində yerləşən 1 mərtəbəli, 6 otaqlı, 93,1 kv.metr yaşayış, 95,5 kv.metr köməkçi sahədən ibarət 76 nömrəli fərdi yaşayış evinin altındakı və həyətyanı torpaq sahəsindən istifadə qaydasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2- 10/4800 saylı ekspert rəyinə əlavə olunmuş sxemə uyğun olaraq müəyyən edilməsi qət olunmuşdur (hakimlər Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Fuad Babayev və Günay Axundova).

20. Apellyasiya instansiya məhkəməsi ilk öncə qeyd etməyi zəruri saymışdır ki, tərəflərə mülkiyyət hüququ ilə məxsus olan evdən fərqli olaraq bu evin altındakı və ətrafındakı torpaq sahəsi onlara yuxarıda qeyd edildiyi kimi hər hansı əşya hüquq ilə məxsus olmamaqla məhz həmin evə xidmət edir. Yəni həmin sahə tərəflərin istifadəsindədir. Bu baxımdan hazırki qətnamə ilə mübahisəli torpaq sahəsindən istifadə qaydasının müyyən olunması nə onun təyinatını, nə də statusunu dəyişdirmir, həmin torpaq sahəsinə münasibətdə hər hansı hüquqlarının əmələ gəlməsinə əsas yaratmır. Torpağın eyni ölçüdə bölünərək tərəflərin istifadəsinə verilməsi məhz mübahisənin həllinə xidmət edir. Əks yanaşma onsuz da uzun müddət davam edən hazırki mübahisənin daha da uzanmasına gətirib çıxara bilər.

21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/2674 saylı ekspert rəyi ilə tərəflərin faktiki istifadələrində olan torpaq sahəsinin təcrid şəklində ayrıla bildiyi müəyyən edilmiş, lakin rəydə faktiki vəziyyətdə bölgünun məhz bu qaydada həyata keçirilməsinin zəruriliyi əsaslandırılmamış, həmçinin qanunsuz tikili olduğu yer boş torpaq sahəsi kimi göstərilmişdir. Göründüyü kimi, ekspert tərəfindən iddiaçının təqdim etdiyi sxem təkrarlanmaqla müəyyən edilmiş istifadə (bölgü) qaydası tərəflərin mənafeyinə, mülkiyyətlərində olan evdən bərabər istifadə şərtlərinə, habelə aralarında mövcud olmuş məhkəmə mübahisələrinin nəticələrinə uyğun deyildir. Bununla əlaqədar kollegiya apellyasiya baxışı zamanı təkrar məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsini labüd hesab etmiş, iş üzrə yenidən müvafiq ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3- 16-16/2-10/4800 saylı ekspert rəyi alınmışdır. Belə ki, xx.xx.2023-cü il tarixli, 3-16-16/2- 10/4800 saylı ekspert rəyi ilə fərdi yaşayış evinin bölgüsünə uyğun torpaqdan istifadə qaydalarının texniki cəhətdən mümkünlüyü öz təsdiqini tapmışdır. Tərəflərin paylarına düşən sahələrin bərabər bölündüyü təqdirdə iddiaçının və cavabdehin payına düşən torpaq sahələrinin ölçüləri - 200,4 kv.m olacaqdır. Bölgü zamanı cavabdehin payına düşən torpaq sahəsinə giriş-çıxış M.Məmmədxan küçəsi istiqamətinə verilməsi, həmin qapının açılması üçün iddiaçının istifadəsində olan və əvvəlki məhkəmə aktlarına əsasən sökülməsi nəzərdə tutulan 2,5 metr enində, 3,5 metr uzunluğunda tikilinin özbaşına tikili olması müəyyən edilmişdir. Həmçinin sözügüdən bu tikilinin mövcudluğu mübahisəli ünvan üzrə 1963-cü ilin dekabr ayında və 1992-ci ilin iyul ayında tərtib edilmiş texniki pasportlarda, həmçinin xx.xx.2007-ci il tarixli, MH seriyalı ******* nömrəli Çıxarışda öz əksini tapmadığı aşkardır

22. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(103)- 4296/2010 nömrəli mülki iş üzrə xx.xx.2010-cu il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, birinci instnasiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara, yəni, mübahisəli ünvan 8 ünvanında həyətin sol tərəfində texniki pasportda həyətyani sahə kimi göstərilən hissənin bağlanaraq otaq kimi istifadə olunan tikili özbaşına tikildir. Bu səbəbdən həmin qətnaməyə əsasən İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Məmmədxan küçəsində yerləşən paylı mülkiyyətdə olan 76 saylı ev ünvanında tikilmiş özbaşına tikilinin sökülməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-79/2014 nömrəli, xx.xx.2014-cü il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. Müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2013-cü il tarixdə həmin məhkəmə tərəfindən Azərbaycan Respublikası İXM-nin 313-1.1-ci maddəsi ilə təqsirli bilinərək ona inzibati tənbeh olaraq 500 manat məbləğində cərimə tətbiq edilməsinə baxmayaraq, bundan sonrakı müddətdə də, yəni xx.xx.2013-cü il tarixədək Bakı Apellyasiya Məhkəməsinin qətnaməsini icra etməkdən qərəzli olaraq yayınmış, yəni qətnamədə göstərilən qanunsuz tikilini sökməmişdir. Bundan sonra tikili sökülsə də, yerində hasar kimi bir divar qalmışdır ki, bu da sözügedən qətnamənin hələ də tam olaraq icra olunmadığını göstərir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7438/2017 nömrəli mülki iş üzrə, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə (iş materiallarına, yerli baxış nəticələrinə və və ekspert rəyinə əsasən) müəyyən edilmişdir ki, qətnamə icra olunarkən hazırki iş üzrə cavabdehin təşəbbüsü ilə məhkəmə qətnaməsində nəzərdə tutulmayan divar zolağının da qanunsuz sökülməsi və nəticədə iddiaçıya məxsus həyətə giriş açılmasını müəyyən etmək mümkün olmamışdır. Buna görə də, məhkəmə hesab etmişdir ki, İddiaçı Cavabdeh qarşı “divar zolağının bərpa edilməsi” barədə iddia ərizəsi, Cavabdeh mülkiyyətində olan ünvan 8 ünvanında yerləşən yaşayış evinin həyətyani torpaq sahəsinin sərhədində mövcud olmuş qanunsuz sökdüyü divar zolağının cavabdeh vəsaiti hesabına əvvəlki vəziyyətinə bərpa edilməsi barədə iddia rədd edilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7619/2021 nömrəli, 06 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Məmmədxan küçəsi 76 nömrəli fərdi yaşayış evinin qanuni istifadəsində olan 225,33 kv.metr həyətyanı torpaq sahəsinə çıxarışın verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, İddiaçı iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. Həmin məhkəmə tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı 400,8 kv.m. torpaq sahəsinin 225,33 kv.m. onun həyətyanı torpaq sahəsidir əsası ilə həmin sahənin yerinin müəyyən edilməsi və çıxarış və texniki sənədlərinin verilməsini cavabdehdən tələb edə bilməz. İddia təmin edilməmişdir.

23. Məhkəmə kollegiyası birdə vurğulamışdır ki, mübahisəli torpaq sahəsi üzərində tərəflərin hər hansı hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da fərdi yaşayış evinin onlar arasında naturada bölünməsi torpaqdan istifadə qaydasının müəyyən edilməsini də zəruri edir. Çünki, tərəflər onsuzda qeyd olunan həyətyanı torpaq sahəsindən uzun illərdir ki, istifadə edir və faktiki olaraq onların sahibliyində və istifadəsindədir. Evin naturada bölgüsündən sonra bölgüyə uyğun torpaq sahəsinin hansı hissələrindən kimin istifadə edəcəyi də dəqiq olmalıdır. Əks halda evin naturada bölünməsinin əhəmiyyəti də itmiş olacaqdır. Çünki, bölünən evlərin hər birinə giriş-çıxış ayrı olacaqsa, demək evlərə aid torpaq sahəsi də ayrılmalıdır. Bundan başqa, torpağın eyni ölçüdə bölünərək tərəflərin istifadəsinə verilməsi məhz mübahisənin həllinə xidmət edir. Əks yanaşma onsuz da uzun müddət davam edən hazırki mübahisənin daha da uzanmasına gətirib çıxara bilər.

24. Bununla belə birinci instansiya məhkəməsi xüsusi mülkiyyətdə olmayan torpaq sahəsinə tərəflərin istifadə qaydasını müəyyən edərkən tərəflərin paylarına düşən sahələrin bərabər olmadığını, həmçinin cavabdehin payına düşən torpaq sahəsinə girişçıxışın M.Məmmədxan küçəsi istiqamətinə verilməsi, həmin istiqamətinə qapının açılması və bölgünün bərabər şəkildə həyata keçirilməsi üçün iddiaçının istifadəsində olan 2,5 metr enində, 3,5 metr uzunluğunda tikilinin qanuni qüvvəsini almış məhkəmə aktlarına görə sökülməli olan özbaşına tikili olduğunu nəzərə almamış, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin ayrılmalı olduğunu qeyd edərkən iddiaçının öz hüquqlarından suiistifadə etməsi üçün şərait yaratmışdır. Halbuki qanunsuz tikilinin altında olan torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olmasına əsaslanaraq tərəflərin paylarına düşən sahələrin qeyri-bərabər şəkildə bölünməsi üçün hər hansı əsas yoxdur.

25. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 139.1-ci, 180ci, 215-ci, 220-ci, 241-ci, 243-cü, 560.3.4-cü, Torpaq Məcəlləsinin 10.4-cü, Mülki Prosessual Məcəllənin 4.1-ci, 14.2-ci, 77.1-ci, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Kassasiya instansiyası məhkəməsindəki icraat

26. Qətnamədən iddiaçı Qaraqurbanlı (Musayev) Həmzə Bəhlul oğlu kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

27. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

28. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2118/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

29. Kassasiya məhkəmə öz mövqeyi ilə bağlı qeyd etmişdir ki, nəzərə alınmalıdır ki, iş üzrə ekspert rəyləri mülki iş üzrə əldə edilən sübutlar sırasında olmaqla, MPM-in 88-ci maddəsinə əsasən onların da məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşin hallarından asılı olaraq, yaxud qanunun birbaşa göstərişinə əsasən məhkəmə işə baxılması zamanı ekspertiza təyin etmişsə və ya müvafiq dövlət orqanlarından rəylər almışsa, hər bir halda alınmış rəyi məhkəmə prosesi zamanı tədqiq etməli, tərəflərlə müzakirə etməli və digər sübutlarla yanaşı qiymətləndirməlidir. Məhkəmənin sübutlardan biri kimi ekspert rəyi və ya onun müəyyən hissələri ilə razılaşmamaq hüququ olduğu kimi, MPM-in 103.2-ci maddəsinə əsasən, bu halı qəbul etdiyi qətnamədə və ya qərardadda əsaslandırmaq vəzifəsi də vardır

30. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 818 nömrəli Fərmanla yaradılan torpaqların elektron kadastr uçotu informasiya sisteminin və rəqəmsal kadastr xəritəsinin əsas məqsədlərindən biri məhz torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılması olmuşdur. Fərmanın 2.1-ci bəndinə əsasən bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq, dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasını və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsini bu Fərmanın 6.1-ci bəndində nəzərdə tutulmuş Tədbirlər Planına müvafiq olaraq 2020-ci ilədək təmin edilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılmışdır. Fərmanın icrası qaydasında Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu işləri aparılmış və həmin məlumatlar Torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) və AZCAD-a inteqrasiya edilmişdir.

31. Apellyasiya instansiya məhkəməsi isə təqdim edilmiş sübutlar əsasında işin bu faktiki halları, həmçinin apellyasiya şikayətinin dəlilləri ilə bağlı ətraflı araşdırma aparmamış, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarının tələblərinə zidd olaraq işin hallarını ekspert rəyində xüsusi biliklər tələb edən məsələ üzrə verilmiş nəticələr əsasında deyil, gəldiyi subyektiv qənaət əsasında müəyyən etmiş, bu halda mübahisəli ünvanda yerləşməklə tərəflərin faktiki istifadəsində olan torpaq sahəsinin kimə məxsus olmasını başqa qaydada da yoxlamadan iddianın qismən təmin edilməsi barədə düzgün olmayan qənaətə gəlmiş, bununla iş üzrə istinad etdiyi maddi hüquq normalarını da düzün tətbiq etməmişdir.

32. Kassasiya instansiya məhkəməsi öz mövqeyini AR Konstitusiyasının 13-cü, Mülki Məcəllənin 139.1-ci, 180-ci, 215-ci, 220-ci, 241-ci, 243-cü, Torpaq Məcəlləsinin 10.4-cü, 109-cu, 111-ci, Mülki Prosessual Məcəllənin 14.2-ci, 76-77.1-ci, 88-ci, 97-ci, 101-103-cü, 175-ci, 217.4-cü, 372-ci, 407.2-ci, 416-418-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

33. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir

34. Məhkəmə iclasında iddiaçı Qaraqurbanlı (Musayev) Həmzə Bəhlul oğlu apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin və etirazın məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

35. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

36. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.3-ci maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxsüçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz; 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 215.3-cü maddəsinə əsasən paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər: - əşyanın dəyərini və işlənməyə yararlığını saxlamaq üçün ondan istifadə üzrə hərəkətlərin yerinə yetirilməsini tələb etmək, belə hərəkətlər yerinə yetirilmədikdə isə onların yerinə yetirilməsi barədə məhkəmənin qərar çıxarmasını tələb etmək səlahiyyəti; - əşyaya dəymək qorxusu olan və ya dəyə biləcək zərərin qarşısını almaq üçün dərhal görülməli olan tədbirləri bütün şərikli sahiblər hesabına müstəqil həyata keçirmək səlahiyyəti. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; 221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər; 241.3-cü maddəsinə əsasən bu Məcəllənin 243-cü maddəsində nəzərdə tutulan hallarda torpaq sahəsindən istifadə hüququnu binanın, qurğunun və digər daşınmaz əmlakın mülkiyyətçisi də əldə edə bilər; 243.1-ci maddəsinə əsasən başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir; 243.2-ci maddəsinə əsasən özgə torpaq sahəsində yerləşən daşınmaz əmlaka mülkiyyət hüququ başqa şəxsə keçərkən, o, torpaq sahəsinin müvafiq hissəsindən istifadə hüququnu daşınmaz əmlakın əvvəlki mülkiyyətçisi ilə eyni şərtlərlə və eyni həcmdə əldə edir. Torpaq sahəsinə mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisinin sahədən istifadə hüququnun xitamı və ya dəyişdirilməsi üçün əsas deyildir; 243.3-cü maddəsinə əsasən özgə torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququna, habelə müvafiq binaları və qurğuları uçurmaq hüququna malikdir.

37. Azərbaycan Respublikası Torpaq Məcəlləsininb10-cu maddəsinin 4-cü hissəsinə əsasən torpaq kateqoriyalarının məqsədli təyinatı və hüquqi rejimi qanunvericiliklə müəyyən edilir, şəhərsalma və yerquruluşu sənədlərində əks etdirilir. Kateqoriyalar daxilində torpaqlardan istifadə qaydaları onların təbii-təsərrüfat rayonlaşdırılması, zonalaşdırılması, istifadəsinin ərazi planlaşdırılması və yerquruluşu sənədlərinə uyğun olaraq mülkiyyətçilər, istifadəçilər və icarəçilər tərəfindən müəyyən edilir.

38. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri

39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

40. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

41. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarında şərh olunan göstərişləri nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kassasiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir.

42. Hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarındakı göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, məhkəmə kollegiyası həmin göstərişlərlə razılaşır və həmin göstərişləri nəzərə alıb, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsinin xahiş edilməsinə baxmayaraq, qətnamə nəticə etibarı ilə iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən, qətnamə yalnız iddianın təmin edilən hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin və etirazın dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiyası məhkəməsinin qətnaməsi yoxlanılan hissədə qismən, yəni “torpaq sahəsinin naturada bölünməsi, fərdi yaşayış evindən istifadə qaydasının müəyyən edilməsi və torpaq sahələri arasındakı sərhəd hasarın çəkilməsi (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/2674 saylı ekspert rəyinə əlavə olunmuş sxemdə göstərilən “yaradılmalı sərhəd hasarı” istisna olmaqla)” hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia həmin hissədə rədd edilməlidir. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Məmmədxan küçəsində istifadədə olan 0,0271 ha. torpaq sahəsində yerləşən 1 mərtəbəli, 6 otaqlı, 93,1 kv.metr yaşayış, 95,5 kv.metr köməkçi sahədən ibarət 76 nömrəli fərdi yaşayış evi xx.xx.2007-ci il tarixdə paylı mülkiyyət hüququ üzrə iddiaçının 3 otaq – 46,9 kv.m və cavabdehin 3 otaq - 46,2 kv.m adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

45. Paylı mülkiyyətdə olan fərdi yaşayış evi və ona xidmət edən həyətyani torpaq sahəsi hasar daxilindədir və tərəflər öz mülkiyyətlərindən (mülkiyyətlərinə uyğun olaraq evin 3 otağı iddiaçının, 3 otağı isə cavabdehin istifadəsində olmaqla təcrid edilmiş) biri birindən təcrid olunmuş şəkildə istifadə edirlər, buna uyğun evin iki giriş-çıxış qapısı var. İddiaçı mülkiyyətinə M.Məmmədxan küçəsindən, cavabdeh isə Hacı İsmayılov küçəsindən daxil olur. Fərdi yaşayış evinə dair 1992-ci ildə tərtib edilmiş texniki pasportda hər iki giriş əks olunmuşdur.

46. Hazırda iddiaçı paylı mülkiyyətdə olan fərdi yaşayış evinin və həyətyani torpaq sahəsinin bölünməsini, istifadə qaydasının müəyyən edilməsini, evinin altında və həyətində yerləşən 209,93 kv.metr torpaq sahəsindən istifadə qaydasının müəyyən edilməsini tələb edir. Cavabdeh iddiaçının tələb etdiyi bölgü ilə razı deyil, iddiaçının onun sahəsində özbaşına tikinti inşa etdiyini və bu bölgü nəticəsində həmin sahəni zəbt etmək, eyni zamanda, onun M.Məmmədxan küçəsinə olan giriş-çıxışının qarşısını almaq istədiyini bildirir.

47. Məhkəmə kollegiyası iddianın paylı mülkiyyətdə olan fərdi yaşayış evinin bölünməsi hissəsi ilə bağlı qeyd edir ki, tərəflər öz paylarından dövlət reyestrində aparılmış qeydiyyata uyğun qaydada istifadə edirlər, həm birinci, həm də ikinci ekspert rəyinə əlavə edilmiş sxemdə də mülkiyyətdə olan əmlakın hər hansı fərqli qaydada bölünməsi müəyyən edilmir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi fərdi yaşayış evini Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/2674 saylı ekspert rəyinə əlavə olunmuş sxemə uyğun olaraq tərəflərin arasında naturada bölməklə düzgün qənaətə gəlmişdir.

48. Məhkəmə kollegiyası tərəflərin istifadəsində olan torpaq sahəsi ilə bağlı qeyd edir ki, həmin evin naturada bölünməsi tərəflərin istifadəsində olan torpaq sahəsinin də naturada bölünməsi üçün əsas yaratmır. Həmin torpaq sahəsi onlara hər hansı əşya hüququ ilə məxsus deyil, məhz həmin evə xidmət edir və bu əsasla onların istifadəsindədir. Bu baxımdan hazırki vəziyyətdə həmin torpaq sahəsinin də naturada bölünməsi üçün hər hansı əsas mövcud deyil.

49. Digər tərəfdən artıq qeyd edildiyi kimi, tərəflərin mülkiyyətində olan əmlaklar uzun illərdir ki, biri-birindən təcrid olunmuş vəziyyətdədir və tərəflərin özləri tərəfindən istifadə edilir. Ekspert rəyinə əlavə edilmiş sxem üzrə bölgünün aparılması da tərəflərə biri-birinin mülkiyyətində olan paylardan istifadə etmək imkanı yaratmış olmur, nəticə etibarı ilə əmlaklar yenə də biri-birindən təcrid olmuş vəziyyətdə qalmaqda davm edir. Belə olan halda, fərdi yaşayış evindən istifadə qaydasının müəyyən edilməsinin hüquqi baxımdan hər hansı əməhiyyəti olmur. Bu səbəbdən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu hissələrdə (torpaq sahəsinin naturada bölünməsi və evdən istifadə qaydasının müəyyən edilməsi) mövqeyi ilə razılaşmır və belə qənaətə gəlir ki, qətnamə həmin hissələrdə ləğv edilməklə, iddia həmin tələblərə aid hissədə rədd edilməlidir.

50. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, fərdi yaşayış evinə xidmət edən torpaq sahəsinin hasar daxilində olmaqla tərəflərin istifadəsində olması ondan istifadə qaydasının müəyyən edilməsini mümkün edir, eyni zamanda, belə bir qaydanın müəyyən edilməsi həmin torpaq sahəsinin nə təyinatını, nə statusunu dəyişir, nə də ki, ona münasibətdə tərəflərin hər hansı hüquqlarını yaratmış olur. Məhkəmə kollegiyası istifadə qaydasının məhz birinci ekspert rəyinə uyğun müəyyən edilməsini əsaslı hesab edir və birinci instansiya məhkəməsinin bu tələb üzrə mövqeyi ilə razılaşır.

51. Eyni zamanda, məhkəmə kollegiyası bu tələb üzrə cavabdehin mövqeyi ilə bağlı (iddiaçının onun sahəsində özbaşına tikinti inşa etdiyini və bu bölgü nəticəsində həmin sahəni zəbt etmək, eyni zamanda, onun M.Məmmədxan küçəsinə olan giriş-çıxışının qarşısını almaq istədiyini bildirir) qeyd etməyi zəruri hesab edir ki, cavabdeh iddiaçıya qarşı “küçəyə çıxış yolunun açılması ilə əlaqədar sahənin boşaldılması” tələbinə dair iddia qaldırmışdır. Həmin iddia Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi ilə rədd edilsə də, qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş və nəticədə cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə aid divar zolağının qarşısında iddiaçı tərəfindən tikilmiş özbaşına tikinti sökülmüşdür.

52. Lakin həmin iş üzrə cavabdehin M.Məmmədxan küçəsinə qiriş-çıxışın açılması tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli həyətə dair 1992-ci ildə sonuncu texniki pasport tərtib edildikdən sonrakı dövrlərdə, həmçiin, mübahisəli ünvandakı yaşayış evi bölünərək, 1998 və 2007-ci illərdə tərəflərin mülkiyyəti kimi qeydiyyatdan keçməsinə baxmayaraq, hərənin öz mülkiyyətinə müvafiq həyət sahəsi müəyyən edilməklə onlara texniki pasport tərtib edilmədiyindən, mənzillərin giriş-çıxış qapılarının hansı küçədən həyata keçirilməsini təyin etmək mümkün olmamışdır. Fərdi yaşayış evinə dair 1992-ci ildə tərtib edilmiş texniki pasportda da tərəflərin ayrı-ayrı girişçıxışları müəyyən edilmiş, o cümlədən cavabdehə M.Məmmədxan küçəsi istiqamətində giriş-çıxış nəzərdə tutulmamışdır. Həmin texniki pasportda həmin hissədə cavabdehin paylı mülkiyyətində olan tikilinin iki pəncərəsi göstərilmişdir. Göstərilən səbəblərdən torpaq sahəsindən həmin istiqamətdə ikinci giriş-çıxış qapısı açılmaqla müəyyən edilməsi barədə cavabdehin mövqeyi əsassızdır.

53. İddiaçı tərəfindən inşa edilmiş özbaşına tikinti isə məhkəmə qaydasında söküldükdən sonra bu barədə məhkəmə qətnaməsinin icrası uzun müddət təmin edilməmişdir. Bunun nəticəsi olaraq iddiaçı hətta cinayət məsuliyyətinə cəlb edilmiş və onun barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən çıxarılmış xx.xx.2014cü il tarixli hökmlə iddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. Həmin hökmdə göstərilmişdir ki, sonradan tikili sökülsə də, yerində hasar kimi bir divar qalmışdır ki, bu da sözügedən qətnamənin hələ də tam olaraq icra olunmadığını göstərir. Bununla belə, nəticə etibarı ilə qanunsuz tikili sökülmüş, onun yerləşdiyi torpaq sahəsi isə mülkiyyətdə deyil, istifadədədir. Digər tərəfdən 1992-ci ilin texniki pasportunda (İ cild, i.v. səhifə 18-19) M.Məhəmmədxan küçəsi tərəfindən ümumi divarla tikililər arasında 3,1 m məsafənin olduğu müəyyən edilir. Həmin sahənin də cavabdehin paylı mülkiyyətinə xidmət etməklə cavabdehin mülkiyyətindən tam təcrid olunmuş vəziyyətdə olduğu açıq şəkildə görünür. İş üzrə 1-ci ekspert rəyinə əlavə edilmiş sxemdə də cavabdehə münasibətdə yaradılmalı sərhəd hasarın ümumi divardan məhz bu məsafədə (3,1 m) qoyulması göstərilmişdir. İkinci ekspert rəyinə əlavə edilmiş sxemdə də eyni məsafə gözlənilmişdir. Başqa sözlə, həmin hissə üzrə sxem, texniki pasportun göstəricilərinə uyğundur. Bu səbəbdən məhkəmə kollegiyası 2-ci rəyi (əlavə edilmiş plan sxemi) 1-ci rəyə (əlavə edilmiş plan sxemə) uyğun olmayan, o cümlədən M.Məhəmmədxan küçəsinə yeni giriş-çıxış qapısının açılması hissəsində mötəbər hesab etmir. Göstərilənlər öz növbəsində apellyasiya şikayətinin dəlillərinin, o cümlədən cavabdehin mövqeyinin əsassız olduğunu təsdiq edir.

54. Məhkəmə kollegiyası 2-ci rəyə əsasən 1-ci rəy üzrə tərtib edilmiş plan sxemdə torpaq sahəsinin ölçü etibarı ilə fərqli olması ilə bağlı qeyd edir ki, bu torpaq sahəsi tərəflərin mülkiyyətində deyil. Bu səbəbdən fərqin əvəzinin pulla ödənilməsi üçün əsas yaranmır. Digər tərəfdən 1-ci rəyə əlavə edilmiş sxemə uyğun olaraq M.Məmmədxan küçəsi istiqamətində yaradılmalı sərhəd hasarının ümumi divardan 3,1 m məsafədə müəyyən edilməsi də nəzərə alınmaqla, torpaq sahəsi (xüsusilə də) digər hissələrdə uzun illərdir ki, mövcud vəziyyətdə tərəflərin istifadəsindədir. Başqa sözlə, cavabdeh nəticə etibarı ilə hazırki ölçülərdə torpaq sahəsindən istifadə ilə razılaşmış, həmçinin, onun istifadəsində olan torpaq sahəsinə çıxarışın verilməsi tələbinə dair iddiası da təmin edilməmişdir.

55. Məhkəmə kollegiyası torpaq sahələri arasında sərhəd hasarının çəkilməsi ilə bağlı bir daha qeyd edir ki, tərəflərin paylı mülkiyyətində olan əmlak və həmin əmlaka xidmət edən torpaq sahəsi biri-birindən təcrid edilmişdir. Bu baxımdan istifadə qaydası müəyyən edilmiş bütün sahə üzrə sərhəd hasarının çəkilməsinə hər hansı zərurət yoxdur. Hasar yalnız 1-ci rəyə əlavə edilmiş sxemdə göstərilmiş sərhəd hasarı tərəflərin bərabər vəsaiti hesabına çəkilməlidir. Bu səbəbdən qətnamə bu hissədə də qismən, yəni rəyə əlavə edilmiş sxemdə göstərilən hasarla bağlı hissə istisna olmaqla ləğv edilməlidir.

56. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnamə yoxlanılan hissədə qismən - “torpaq sahəsinin naturada bölünməsi, yaşayış sahəsindən istifadə qaydasının müəyyən edilməsi və torpaq sahələri arasındakı sərhəd hasarın çəkilməsi (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/2674 saylı ekspert rəyinə əlavə olunmuş sxemdə göstərilən “yaradılmalı sərhəd hasarı” istisna olmaqla)” hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia həmin hissədə rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

57. Ekspert təqdidqatının dəyərini təşkil edən 50 manat pul vəsaitinin 25 manat hissəsi iddiaçı Qaraqurbanlı (Musayev) Həmzə Bəhlul oğlundan, 25 manat hissəsi isə Cavabdeh tutularaq dövlət gəlirlərinə alınmalıdır.

58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384- 385-ci, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-312/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi yoxlanılan hissədə qismən - “torpaq sahəsinin naturada bölünməsi, fərdi yaşayış evindən istifadə qaydasının müəyyən edilməsi və torpaq sahələri arasındakı sərhəd hasarın çəkilməsi (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/2674 saylı ekspert rəyinə əlavə olunmuş sxemdə göstərilən “yaradılmalı sərhəd hasarı” istisna olmaqla)” hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılsın. İddia həmin hissədə rədd edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspert təqdidqatının dəyəri olan 50 manatın 25 manat hissəsi iddiaçı Qaraqurbanlı (Musayev) Həmzə Bəhlul oğlundan, 25 manat hissəsi isə Cavabdeh tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar