Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3968/2021 14.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X5 və Cavabdeh6 qarşı “kreditlər üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimənin cavabdehlərdən tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli 2(005)-287/2020 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh6 və X5 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X5 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 29 sentyabr 2017-ci il tarixli K2301 nömrəli Maliyyələşdirmə üçün ərizəyə əsasən əsas borc 243.229,02 manat, faiz borcu 56.319,32 manat, cərimə borcu 23.693,43 manat olmaqla, cəmi 323.241,77 manat borcun ASC-nin xeyrinə tutulması; 29 sentyabr 2017-ci il tarixli K2301 nömrəli Maliyyələşdirmə üçün ərizə üzrə tutmanın X2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə hərracdan ilkin satış qiyməti 550.000 manat olmaqla; Cavabdeh6 mülkiyyətində olan ünvan 2 mənzilə hərracdan ilkin satış qiyməti 300.000 manat olmaqla yönəldilməsi, qeyd edilən daşınmaz əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 ASC-yə olan kredit borclarının ödənilməsinə yönəldilməsi; əmlaklar satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi; ipoteka predmetlərinin satışından əldə olunan pul vəsaitləri Cavabdeh1 MMC, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun onlardan birgə qaydada tutularaq ASC-nin hesabına ödənilməsi; iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun və 40 manat məbləğində xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ASC ilə Cavabdeh1 MMC arasında 18 mart 2015-ci il tarixdə PB/GTC-051/2015 nömrəli Bank Xidmətlərinin Göstərilməsinə dair X10 imzalanmışdır. Eyni zamanda tərəflər arasında müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən 29 sentyabr 2017-ci il tarixli K2301 nömrəli Maliyyələşdirmə üçün ərizə forması imzalanmış və bank tərəfindən borcalana 29 iyul 2019-cu il tarixinədək illik faiz dərəcəsi 22% (illik cərimə faizi 37%, gündəlik 0,1027%) olmaqla, 346,369 manat məbləğində kredit verilmişdir. 29 sentyabr 2017-ci il tarixli, K2301 nömrəli Maliyyələşdirmə üçün Ərizə forması üzrə borcalanın bank qarşısında öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə: X2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı ASC-nin xeyrinə 29 sentyabr 2017-ci il tarixli İS2158 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. 29 sentyabr 2017-ci il tarixli İS2158 nömrəli sonrakı ipoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda 20 oktyabr 2017-ci il tarixli RX1155036 nömrəli (reyestr nömrəsi: **********06-05101-083002; qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmişdir; Cavabdeh6 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzil İddiaçı ASC-nin xeyrinə 29 sentyabr 2017-ci il tarixli İS2157 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda 20 oktyabr 2017-ci il tarixli RX1155030 nömrəli (Reyestr nömrəsi: **********04-05101-093001; Qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmişdir. Bundan başqa K2301 nömrəli kredit üzrə borcalanın bank qarşısında olan öhdəliyinin icrasını təmin etmək məqsədilə bank ilə Cavabdeh3 arasında 29 sentyabr 2017-ci il tarixli Z2234 nömrəli, Cavabdeh2 arasında 29 sentyabr 2017-ci il tarixli Z2235 nömrəli və Cavabdeh4 arasında 29 sentyabr 2017-ci il tarixli Z2236 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Lakin borcalan K2301 nömrəli kredit üzrə 477 gün ərzində müqavilə üzrə öhdəliklərini icra etməyərək, kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Buna görə də bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək borcalana 22 noyabr 2018-ci il tarixli PBCOS-2918 nömrəli xəbərdarlıq məktubu, zaminlərə isə 22 noyabr 2018-ci il tarixli PBCOS2919, 2920 və 12 sentyabr 2019-cu il tarixli PBCOS-2841 nömrəli bildiriş məktubları göndərilmiş və bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim olunmuş və həmin idarədə qeydə alınmışdırlar. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli 2(005)- 287/2020 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada 29 sentyabr 2017-ci il tarixli K2301 nömrəli Maliyyələşdirmə üçün ərizəyə əsasən əsas borc 243.229,02 manat, faiz borcu 49.405 manat, cərimə borcu 19.000 manat olmaqla, cəmi 311.634,02 manat məbləğində borcun, iddia qaldılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun və 0,40 manat məbləğində xidmət haqqının İddiaçı ASC-nin xeyrinə tutulması, cavabdehlər MMC, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 tutulmalı olan məbləğ-311.634,02 manat məbləğində borc öhdəliyinin təminatı kimi İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh6 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzilə və cavabdeh X2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin ipoteka predmetlərinin açıq hərrac yolu ilə realizə edilməsi, ipoteka predmetlərinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsaitin cavabdehlər Cavabdeh6 və X3 verilməsi, ipoteka predmetləri olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 550.000 manat və Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində yerləşən 189 nömrəli evin 2 nömrəli mənzilinin ilkin satış qiyməti 315.000 manat məbləğində müəyyən olunması, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin və Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində yerləşən 189 nömrəli evin 2 nömrəli mənzilinin açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində boşaldılması və ipoteka predmetlərinin alıcıya təhvil verilməsi, ipoteka predmetlərinin satışından əldə olunan pul vəsaitlərinin Cavabdeh1 MMC, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun Cavabdeh1 MMC, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada tutularaq dövlət büdcəsinə keçirilməsi, aparılmış qiymətləndirmə xərci olan 600 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada tutularaq “X6” MMC-nin xeyrinə ödənilməsi, aparılmış qiymətləndirmə xərci olan 800 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada tutularaq “xxxx” MMCnin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli 2(005)- 287/2020 saylı qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2(005)-287/2020 nömrəli qətnaməsində yol verilmiş yanlışlıq aradan qaldırılmış və qətnamənin “qət etdi” hissəsinin “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun və 0,40 manat məbləğində xidmət haqqının İddiaçı ASC-nin xeyrinə tutulması” hissəsində “0,40 (qırx qəpik) manat məbləğində xidmət haqqı” sözlərinin “40 (qırx) manat məbləğində xidmət haqqı” kimi oxunması qərara alınmışdır. Qətnamədən cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh6 və X5 tərəfindən apelyasiya şikayəti verilmişdir. Cavabdeh1 MMC-nin apelyasiya şikayətində qətnamənin iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinə görə qətnamə qanunsuz və əsassızdır, məhkəmə cavabdehlərdən tutulmalı olan borcun miqdarı ilə bağlı səhvə yol vermişdir, məbləğlər şişirdilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizası keçirilməklə kredit borcunun məbləği obyektiv şəkildə müəyyən edilməlidir. Məhkəmə ipoteka predmetlərinin ilkin satış qiymətlərini müəyyənləşdirilərkən də səhvə yol vermişdir. İlkin ekspertiza hesabatlarında ipoteka predmeti olan qeyri-yaşayış sahəsinin bazar qiyməti ******* manat, mənzilin bazar qiyməti 880000 manat müəyyən edildiyi halda, təkrar ekspertiza hesabatlarında bu məbləğ qeyri-yaşayış sahəsi üçün 550000 manat, mənzil üçün isə 315000 manat müəyyən edilmişdir. Təkrar ekspertiza zamanı ipoteka predmetlərinə vizual olaraq yerində baxış keçirilməmişdir. Əlavə edilmiş fotoşəkillərin bir çoxunun ipoteka predmetləri ilə əlaqəsi yoxdur. İpoteka predmetlərinin qiymətləndirilməsi ilə bağlı təkrar ekspertizanın keçirilməsi barədə vəsatətləri təmin edilməmişdir. Mənzilin satılmasından sonra 1 ay müddətində istifadə hüquqlarının itirilmiş hesab edilməsi və həmin əmlakların boşaldılması barədə məhkəmənin qənaəti qanunsuz və əsassızdır. Bu tələb mülkiyyətçiyə məxsusdur və cavabdehə qarşı belə tələb ayrıca icraatın predmetidir. Cavabdeh Elçin Süleymanovun apelyasiya şikayətində qətnamənin tutmanın ipoteka predmeti olan ona məxsus qeyri-yaşayış sahəsinə yönəldilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, keçirilən məhkəmə iclaslarından və məhkəmə qətnaməsindən xəbəri olmamışdır. Cavabdeh1 MMC ilə İddiaçı ASC arasında 18.03.2015ci il tarixdə PB/GTC-051/2015 saylı “bank xidmətlərinin göstərilməsinə dair X10”nda kreditin verilməsi üçün mühüm şərtlər (kreditin məbləği, müdəti, illik faiz dərəcəsi) göstərilməmişdir. Cavabdeh1 MMC tərəfindən sonradan 29.09.2017-ci il tarixli, K2301 saylı “Maliyyələşdirmə üçün ərizə” forması əsasında bankdan kredit götürülmüş və götürülən kreditin məbləği, müddəti və faiz dərəcəsi həmin “Maliyyələşdirmə üçün ərizə” formasında qeyd edilmişdir. Lakin bu 29.09.2017-ci il tarixli “Maliyyələşdirmə üçün ərizə” formasında əsasında götürülmüş kreditin illik faiz dərəcəsi haqqında ipoteka qoyanın razılığı alınmamışdır. Odur ki, X10nda və ipoteka müqaviləsində kreditin mühüm şərti olan faiz dərəcəsi göstərilmədiyindən və bu barədə sonradan hər hansı onun razılığı alınmadığından onunla İddiaçı ASC arasındakı sonrakı ipoteka müqaviləsi bağlanmamış hesab edilməlidir. Bununla yanaşı ipoteka predmeti barəsində məhkəmə qətnaməsi əsasında müəyyən edilmiş qiymətə gəldikdə qətnamə həmin hissədə də əsassızdır. Ona məxsus əmlak barəsində müəyyən olunan məbləğ olduqca aşağı məbləğdir. Sözügedən qeyri-yaşayış sahəsinin dəyəri hazırda minimun 1.000.000 manat civarındadır. Əmlakın həmin qiymətlə hərraca çıxarılması onun dəyər dəyməzinə satılması deməkdir. Cavabdeh6 apelyasiya şikayətində qətnamənin tutmanın ipoteka predmeti olan ona məxsus mənzilə yönəldilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, keçirilən məhkəmə iclaslarından və məhkəmə qətnaməsindən xəbəri olmamışdır. Cavabdeh1 MMC ilə İddiaçı ASC arasında 18.03.2015-ci il tarixdə PB/GTC- 051/2015 saylı “bank xidmətlərinin göstərilməsinə dair X10”nda kreditin verilməsi üçün mühüm şərtlər (kreditin məbləği, müdəti, illik faiz dərəcəsi) göstərilməmişdir. Cavabdeh1 MMC tərəfindən sonradan 29.09.2017-ci il tarixli, K2301 saylı “Maliyyələşdirmə üçün ərizə” forması əsasında bankdan kredit götürülmüş və götürülən kreditin məbləği, müddəti və faiz dərəcəsi həmin “Maliyyələşdirmə üçün ərizə” formasında qeyd edilmişdir. Lakin bu 29.09.2017-ci il tarixli “Maliyyələşdirmə üçün ərizə” formasında əsasında götürülmüş kreditin illik faiz dərəcəsi haqqında ipoteka qoyanın razılığı alınmamışdır. Odur ki, X10nda və ipoteka müqaviləsində kreditin mühüm şərti olan faiz dərəcəsi göstərilmədiyindən və bu barədə sonradan hər hansı onun razılığı alınmadığından onunla İddiaçı ASC arasındakı sonrakı ipoteka müqaviləsi bağlanmamış hesab edilməlidir. Bununla yanaşı ipoteka predmeti barəsində məhkəmə qətnaməsi əsasında müəyyən edilmiş qiymətə gəldikdə qətnamə həmin hissədə də əsassızdır. Ona məxsus əmlak barəsində müəyyən olunan məbləğ olduqca aşağı məbləğdir. Sözügedən əmlakın likvid qiyməti hazırda minimun 900.000 manat civarındadır. Əmlakın həmin qiymətlə hərraca çıxarılması onun dəyər dəyməzinə satılması deməkdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətlərinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdehlər (nümayəndələri) məhkəməyə gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayətləri qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. İş materialları ilə aşağıdakı faktiki hallar müəyyən edilir. İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında imzalanmış 18 mart 2015-ci il tarixli PB/GTC-051/2015 nömrəli Bank Xidmətlərinin Göstərilməsinə dair X8 və onun ayrılmaz tərkib hissəsini təşkil edən 29 sentyabr 2017-ci il tarixli K2301 nömrəli Maliyyələşdirmə üçün ərizənin müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, bank tərəfindən borcalana 29 iyul 2019-cu il tarixinədək illik faiz dərəcəsi 22% (illik cərimə faizi 37%, gündəlik 0,1027%) olmaqla, 346,369 manat məbləğində kredit vermişdir. İddiaçı ASC -ipoteka saxlayan ilə Cavabdeh6 ipoteka qoyan və Cavabdeh1 MMCborc alan arasında bağlanmış 29 sentyabr 2017-ci il tarixli İS2157 nömrəli sonrakı ipoteka müqaviləsinin müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, 29 sentyabr 2017-ci il tarixli, K2301 nömrəli Maliyyələşdirmə üçün Ərizə forması üzrə borcalanın bank qarşısında öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Cavabdeh6 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzil İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri 300.000 manat məbləğində müəyyən edilmişdir (2.5-ci bənd). İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda 20 oktyabr 2017-ci il tarixli RX1155030 nömrəli (Reyestr nömrəsi: **********04-05101-093001; Qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçı ASC-ipoteka saxlayan ilə X5 ipoteka qoyan və Cavabdeh1 MMC-borc alan arasında bağlanmış 29 sentyabr 2017-ci il tarixli İS2158 nömrəli sonrakı ipoteka müqaviləsinin müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, 29 sentyabr 2017-ci il tarixli, K2301 nömrəli Maliyyələşdirmə üçün Ərizə forması üzrə borcalanın bank qarşısında öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə X2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri 550.000 manat məbləğində müəyyən edilmişdir (2.5-ci bənd). 29 sentyabr 2017-ci il tarixli İS2158 nömrəli sonrakı ipoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda 20 oktyabr 2017- ci il tarixli RX1155036 nömrəli (reyestr nömrəsi: **********06-05101-083002; qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 29 sentyabr 2017-ci il tarixli Z2234 nömrəli zaminlik müqaviləsinin müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, K2301 nömrəli kredit üzrə borcalanın bank qarşısında olan öhdəliyinin icrasını təmin etmək məqsədilə zamin Cavabdeh3 öz üzərinə öhdəlik götürmüşdür. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 29 sentyabr 2017-ci il tarixli Z2235 nömrəli zaminlik müqaviləsinin müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, K2301 nömrəli kredit üzrə borcalanın bank qarşısında olan öhdəliyinin icrasını təmin etmək məqsədilə zamin Cavabdeh2 öz üzərinə öhdəlik götürmüşdür. İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış 29 sentyabr 2017-ci il tarixli Z2236 nömrəli zaminlik müqaviləsinin müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, K2301 nömrəli kredit üzrə borcalanın bank qarşısında olan öhdəliyinin icrasını təmin etmək məqsədilə zamin Cavabdeh4 öz üzərinə öhdəlik götürmüşdür. İddiaçı tərəfindən cavabdehlərə öhdəliklərin icra edilməsi barədə xəbərdarlıq məktubları göndərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ASC-yə ünvanladığı 10 sentyabr 2019-cu il tarixli müvafiq məktublarının məzmunlarından görünür ki, ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması haqqında ərizə həmin idarədə qeydə alınmışdır. İddiaçı ASC-nin 23 sentyabr 2019-cu il tarixli PBCOS-2953 nömrəli maliyyə arayışının məzmunundan görünür ki, borcalanın 18 avqust 2019-cu il tarixinə İddiaçı ASC qarşısında borcu 29 sentyabr 2017-ci il tarixli K2301 nömrəli kredit üzrə əsas borc 243.229,02 manat, faiz borcu 56.319,32 manat, cərimə borcu 23.693,43 manat məbləğində olmaqla, cəmi öhdəlik üzrə borc 323.241,77 manat məbləğində təşkil etmişdir. Gecikmə gününün sayı isə 477 gün müəyyən edilmişdir. İddiaçı ASC-nin 08 noyabr 2019-cu il tarixli PBCOS-3304 nömrəli maliyyə arayışının məzmunundan görünür ki, borcalanın 05 noyabr 2019-cu il tarixinə İddiaçı ASC qarşısında borcu 29 sentyabr 2017-ci il tarixli K2301 nömrəli kredit üzrə əsas borc 243.229,02 manat, faiz borcu 56.319,32 manat (K2301 nömrəli maliyyələşdirmə üçün ərizə üzrə faiz borcu kredit müqaviləsinin müddətinin bitdiyi tarixədək-29 iyul 2019-cu ilədək hesablanmışdır), cərimə borcu 35.442,73 manat məbləğində olmaqla, cəmi öhdəlik üzrə borc 334.991,07 manat məbləğində təşkil etmişdir. Gecikmə gününün sayı isə 525 gün müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehlərin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuşdur. Cavabdehin Bank qarşısında üzərinə götürdüyü öhdəliyin icrasını gecikdirməsi aşkardır. Cavabdeh1 MMC apelyasiya şikayətində qeyd etmişdir ki, tutulmalı olan borcun miqdarı ilə bağlı səhvə yol verilmişdir, məbləğlər şişirdilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 yanvar 2020-ci il tarixli 28595 nömrəli ekspert rəyinin ilə 18 mart 2015-ci il tarixli PB/GTC-051/2015 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 MMCnin 29 iyul 2019-cu il tarixədək olan borcu 298.157,44 manat məbləğində (əsas borc üzrə 248.752,44 manat və faiz borcu üzrə 49.405 manat) müəyyən edilmişdir. Məhkəmə əsas borc məbləğini iddia tələbi həcmində 243.229,02 manat, faiz borcunu isə ekspert rəyinə uyğun olaraq 49.405 manat müəyyən etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə müəyyən edilmiş yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Hesablanmış cərimə məbləğləri əsas borc məbləğinə mütənasib olmadığından cərimə məbləğini azaldaraq 19.000 manat həddində tutmuşdur. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarını və ekspert rəyini qiymətləndirib, yuxarıda göstərilən nəticəyə gəlmişdir. Kollegiya hesab edir ki, tutulmalı olan borc məbləğinə aid hissədə məhkəmə düzgün nəticəyə gəlmişdir, cavabdeh MMC apelyasiya şikayətində borcla razı olmadığını qeyd etsə də, bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmiş, fikrini ümumi sözlərlə əsaslandırmağa çalışmışdır. Hər üç apelyasiya şikayətində ipoteka predmetlərinin ilkin satış qiyməti mübahisələndirilmişdir. Kollegiya bu hissədə apelyasiya şikayətlərinin dəlilini əsaslı hesab edir. İpoteka müqaviləsində Cavabdeh6 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi 189 saylı evin 2 saylı mənzilinin dəyəri 300.000 manat məbləğində müəyyən edilmişdir (2.5-ci bənd). İpoteka müqaviləsində X2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinin dəyəri 550.000 manat məbləğində müəyyən edilmişdir (2.5-ci bənd). “X6” MMC-nin 29 fevral 2020-ci il tarixli 007/20 nömrəli qiymətləndirmə hesabatı ilə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin hazırkı dövrə olan orta bazar qiyməti 1.218.000 manat müəyyən edilmişdir. “X6” MMC-nin 29 fevral 2020-ci il tarixli 008/20 nömrəli qiymətləndirmə hesabatı ilə Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində yerləşən 189 nömrəli evin 2 nömrəli mənzilinin hazırkı dövrə olan orta bazar qiyməti 880.000 manat müəyyən edilmişdir. “xxxx” MMC-nin 19 sentyabr 2020-ci il tarixli QR-317-1M nömrəli qiymətləndirmə rəyi ilə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bazar dəyəri 550.000 manat məbləğində müəyyən edilmişdir. “xxxx” MMC-nin 19 sentyabr 2020-ci il tarixli QR-317-2M nömrəli qiymətləndirmə rəyi ilə Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində yerləşən 189 nömrəli evin 2 nömrəli mənzilinin bazar dəyəri 315.000 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən iki dəfə qiymətləndirmə keçirilmiş, ipoteka predmetlərinin bazar dəyəri müəyyən edilmişdir. Ona görə də Kollegiya tərəfindən ilkin satış (likvid) qiymətinin müəyyən edilməsi məqsədi ilə ipoteka predmetlərinin yenidən qiymətləndirilməsi keçirilmiş, “xxxx” MMC-nin 21.05.2021-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 21.05.2021-ci il tarixinə likvid dəyəri 600000 manat; Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində yerləşən 189 nömrəli evin 2 nömrəli mənzilinin 21.05.2021-ci il tarixinə likvid dəyəri 350000 manat təşkil edir. Kollegiya hesab edir ki, bu hissədə qətnamə dəyişdirilməli və ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti likvid dəyərinə uyğun olaraq 600000 manat; Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində yerləşən 189 nömrəli evin 2 nömrəli mənzilinin ilkin satış qiyməti likvid dəyərinə uyğun olaraq 350000 manat müəyyən edilməlidir. Cavabdeh6 və X2 hər birinin apelyasiya şikayətinin digər bir dəlili ondan ibarətdir ki, X10nda və ipoteka müqaviləsində kreditin mühüm şərti olan faiz dərəcəsi göstərilmədiyindən və bu barədə sonradan hər hansı razılıqları alınmadığından sonrakı ipoteka müqavilələri bağlanmamış hesab edilməlidir. Kollegiya qeyd edir ki, apelyasiya şikayətlərinin qeyd olunan dəlili əsassızdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında imzalanmış 18 mart 2015-ci il tarixli PB/GTC-051/2015 nömrəli Bank Xidmətlərinin Göstərilməsinə dair X8 İV hissəsinin 1.1-ci bəndində göstərilmişdir ki, kredit üzrə faizlərin hesablanması və ödənilməsi qaydası, istifadə və qüvvədə olma müddət, cərimə, məqsəd, Müştəriyə verilməsi qaydası və bu kimi şərtlərin “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunacaq. İddiaçı ASC - ipoteka saxlayan ilə Cavabdeh6 ipoteka qoyan və Cavabdeh1 MMC-borc alan arasında bağlanmış 29 sentyabr 2017-ci il tarixli İS2157 nömrəli sonrakı ipoteka müqaviləsinin, həmçinin İddiaçı ASC-ipoteka saxlayan ilə X5 ipoteka qoyan və Cavabdeh1 MMC - borc alan arasında bağlanmış 29 sentyabr 2017-ci il tarixli İS2158 nömrəli sonrakı ipoteka müqaviləsinin 2.7-ci bəndlərində göstərilmişdir ki, əsas öhdəliklər: İpoteka saxlayan ilə ipoteka qoyan arasında imzalanmış 18.03.2015-ci il tarixli PB/GTC-051/2015 saylı X10 çərçivəsində olan 29.09.2017-ci il tarixli K2301 saylı maliyyələşdirmə üçün ərizə; 2.8-ci bəndlərində isə göstərilmişdir ki, öhdəlik yaradan müqavilənin şərtləri: 29.07.2019-cu il tarixinədək götürülmüş 346,369.00 manat məbləğində birdəfəlik kredit təşkil edir. Yəni, sonrakı ipoteka müqavilələrində ipoteka təminatı verilmiş əsas öhdəliyin həcmi və öhdəliyin icrası ilə bağlı bütün şərtləri əks etdirən konkret kredit müqaviləsinə istinad olunmuşdur. Göründüyü kimi cavabdehlərin istinad etdiyi hal əsassız olmaqla təkzib olunur, odur ki, sonrakı ipoteka müqavilələrin bağlanmamış hesab edilməsi üçün hər hansı əsas yoxdur. Cavabdeh MMC-nin apelyasiya şikayətinin digər bir dəlili isə ipoteka predmetlərinin satılmasından sonra 1 ay müddətində istifadə hüquqlarının itirilmiş hesab edilməsi və həmin əmlakların boşaldılması ilə bağlıdır. Göründüyü kimi ipoteka predmeti biri ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi, digəri isə Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində yerləşən 189 nömrəli evin 2 nömrəli mənzildir. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o, satıldıqda - yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olarsa və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olarsa - ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. İpoteka predmeti olan qeyri-yaşayış sahəsinə münasibətdə cavabdeh MMC-nin qeyd etdikləri ilə qismən razılaşan Kollegiya qeyd edir ki, həqiqətən də qanunvericiliyin qeyd edilən norması yaşayış evinə, mənzilə tutma yönəldilməsi halı ilə bağlıdır, lakin, buna baxmayaraq, hazırki halda da mübahisəli qeyri-yaşayış sahəsinə tutma yönəldildiyi və o satıldığı halda artıq mülkiyyətçinin, yəni cavabdehin həmin qeyri-yaşayış sahəsi ilə bağlı hüququ mövcud olmayacağından, yenidən qeyri-yaşayış sahəsinin boşaldılması barədə ayrıca iddia qaldırılması əlavə məhkəmə mübahisəsinin yaranmasına zəmin yaradacaqdır. Odur ki, Kollegiya hesab edir ki, məhkəmə haqlı olaraq həm mənzilə, həm də qeyriyaşayış sahəsinə tutma yönəldikdən və satıldıqdan sonra bir ay ərzində boşaldılması qənaətinə gəlmişdir. Yəni, burada söhbət yalnız qeyri-yaşayış sahəsinin açıq hərracdan başqasına satılmasından sonra həmin sahənin keçmiş mülkiyyətçisi tərəfindən boşaldılmasından gedir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, Kollegiya hesab edir ki, apelyasiya şikayətləri qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetlərinin ilkin satış qiymətinə aid hissədə dəyişdirilməli, mübahisələndirilən digər hissələrdə isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh6 və X5 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-287/2020 saylı iş üzrə 10 noyabr 2020-ci il tarixli qətnaməsi ipoteka predmetlərinin ilkin satış qiymətinə aid hissədə dəyişdirilsin. ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 600000 manat və Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində yerləşən 189 nömrəli evin 2 nömrəli mənzilinin ilkin satış qiyməti 350000 manat məbləğində müəyyən edilsin. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Aparılmış tədqiqatın dəyərini təşkil edən 600 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh6 və X1 müştərək qaydada tutularaq “xxxx” MMC-nin hesabına (VÖEN:**********; Hesab №AZ33İBAZ********************; Bank: “xxxx” ASC Yasamal filialı, kod 805562; VÖEN:**********; Müxbir hesab:AZ03NABZ********************; SWİFT BİK:İBAZAZ2X) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3968/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3968/2021
14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver