Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4011/2021 04.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, iddiaçı "xxxx” Bank Olmayan Kredit X3 Cəmiyyətinin nümayəndəsi X6 və cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 iştirakları ilə, iddiaçı "xxxx” Bank Olmayan Kredit X3 Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbi barədə ilk iddiasına, Cavabdeh2 iddiaçı "xxxx” BOKT MMC-yə qarşı “müqavilənin ləğv edilməsi, cərimənin silinməsi və artıq ödənilmiş pul vəsaitinin qaytarılması” tələbi barədə qarşılıqlı iddiasına dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)-130/2019 saylı mülki iş üzrə qəbul edilmiş 15 oktyabr 2019-cu il tarixli qətnamədən cavabdehlərin ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə ilk iddianın təmin edilməsi, qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia tələbi üzrə iddiaçıya aid edilməsi qət edilmişdir. Cavabdehlər həmin qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayəti vermişlər. Bakı Appellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)854/2020 saylı işi üzrə 24.01.2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətlərinin təmin edilməməsi və üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 oktyabr 2019cu il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır. Cavabdehlərin kassasiya şikayətləri Ali Məhkəmənin Mülki Kollegiyasının 02.02.2021-ci il tarixli qərarı ilə təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-854/2020 nömrəli iş üzrə 24 yanvar 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apelyasiya baxışına göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx” Bank Olmayan Kredit X3 Cəmiyyətinin nümayəndəsi X6 ərizə ilə müraciət edərək, iddiadan imtinanın qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx” Bank Olmayan Kredit X3 Cəmiyyəti ərizəsində qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(İ03)-4011/2021 saylı iş üzrə iddiaçı "xxxx BOKT” MMC Cavabdeh2 və X1 qarşı SUMG1-10650-6157 saylı 30 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 4 936.16 ABŞ dolları əsas borc və 381.06 ABŞ dolları faiz borcunun alınması tələbi üzrə iddaçı "xxxx BOKT” MMC iddiadan imtina etmək barədə qərar qəbul etmişdir. Mübahisənin məhkəmədən kənar həlli qaydasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə isə iddiaçı olan Cavabdeh2 həmçinin qarşılıqlı iddiadan imtina etmək qərarına gəlmişdir. Mülki Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə, cavabdeh isə iddianı etiraf edə bilər. Həmin Məcəllənin 191.1ci maddəsinə görə isə “İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Yuxarıda göstərilənlərə əsasən “xxxx BOKT” MMC-nin "Cavabdeh2 və X1 qarşı SUMG1-10650-6157 saylı 30 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 4936.16 ABŞ dolları əsas borc və 381.06 ABŞ dolları faiz borcunun alınması tələbi üzrə” iddiadan imtina edilməsinin qəbul edilməsi və icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, iddiaçı ilə aralarındakı mübahisəni həll etdiyini, iddiaçının iddiadan imtina etməsinə etiraz etmədiyini bildirmiş və özünün də qarşılıqlı iddiadan imtinanın qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 ərziəsində qeyd etmişdir ki, “xxxx” Bank Olmayan Kredit X3 Cəmiyyətinin cavabdeh kimi ona və Cavabdeh1 qarşı iddiadan imtina etməsi və eyni zamanda onun da “xxxx” Bank Olmayan Kredit X3 Cəmiyyətinə qarşı qarşılıqlı iddiasından imtina etməyi barədə xxxx” Bank Olmayan Kredit X3 Cəmiyyəti ilə onun arasında olan razilaşmaya əsasən “xxxx” BOKT MMC-yə qarşı qarşılıqlı iddiasından imtina edir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh1 iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.1, 52.5, 191.1, 191.2, 261.0.4, 262-ci maddələrinə uyğun ərizələri nəzərdən keçirib və etirazın daxil olmadığını nəzərə alaraq hesab edir ki, tərəflərin iddiadan imtina etməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, habelə imtinanın qəbul edilməməsi üçün əsaslar olmadığından mülki işin icraatına xitam verilməli, Mülki Prosesual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmələrə müraciətlərlə bağlı ödənilmiş dövlət rüsumları onları ödəyən şəxslərə aid edilməlidir. Diqqətə çatdırılmalıdır ki, iddiadan imtina edilməsi və bunların qəbul edilməsi, bütövlükdə işin icraatına xitam verilməsinə səbəb olduğundan apellyasiya şikayətinə qiymət verilməsinə zərurət qalmır. Şərh olunanlara əsasən və Mülki Prosesual Məcəllənin 370, 377, 384.0.4, 402-406ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehlər Cavabdeh2 (qarşılıqlı iddia üzrə iddiaçı) və Cavabdeh1 apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)-130/2019 saylı mülki iş üzrə qəbul edilmiş 15 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı "xxxx” Bank Olmayan Kredit X3 Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbi barədə ilk iddiasının, Cavabdeh2 iddiaçı "xxxx” BOKT MMC-yə qarşı “müqavilənin ləğv edilməsi, cərimənin silinməsi və artıq ödənilmiş pul vəsaitinin qaytarılması” tələbi barədə qarşılıqlı iddia ərizələrindən iddiaçıların imtinaları qəbul edilsin və mülki işin icraatına xitam verilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4011/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4011/2021
04.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver