Məhkəmə qərarları › İş №2(103)-402/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-402/2023

10.01.2023 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-402/2023 10.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Abşeron rayon İcra şöbəsi cəlb olunmaqla) qarşı iş üzrə (Açar sözlər: X11 protokolun etibarsız hesab edilməsi ) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Rüstəmova Vüsalə Dadaş qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X10 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Abşeron rayon İcra şöbəsi cəlb olunmaqla) “hərrac yekunları barədə protokolun etibarsız hesab edilməsi edilməsi tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(005)-3298/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 10 yanvar 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli, 2(011)- 1303\2018 saylı qətnaməsi ilə 30 dekabr 2014-cü il tarixli, BAKU0-327-3902 saylı razılaşmaya asasan ödəniş gününə qüvvədə olan məzənnə ilə 22641,10 (iyirmi iki min altı yüz qırx bir dollar on sent) ABŞ dolları məbləğində əsas borc 10544,38 (on min beş yüz qırx dörd dollar otuz səkkiz sent) ABŞ dolları məbləğində faiz borcu və 2000 (iki min) ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 35185,48 (otuz beş min yüz səksən beş dollar qırx səkkiz sent) ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı İddiaçı və X1 müştərək qaydada alınaraq "xxxx" Bank Olmayan Kredit X6 Cəmiyyətinə verilməsi, "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə İddiaçı arasında bağlanmış 11 noyabr 2015-ci il tarixli, BAKU0- ***-**** saylı razılaşmaya xitam verilməsi, 11 noyabr 2015-ci il tarixli, BAKU0-327-4882 saylı razılaşmaya əsasən ödəniş gününə qüvvədə olan məzənnə ilə 22709,80 (iyirmi iki min yeddi yüz doqquz dollar səksən sent) ABŞ dolları məbləğində əsas borc, 5605,75 (beş min altı yüz beş dollar yetmiş beş sent) ABŞ dolları məbləğində faiz borcu və 7500 (yeddi min beş yüz) ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 35815,55 (otuz beş min səkkiz yüz on beş dollar əlli beş sent) ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı İddiaçı və X1 müştərək qaydada alınaraq "xxxx" Bank Olmayan Kredit X6 Cəmiyyətinə verilməsi, bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat məbləğində və işə məhkəmədə baxılması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı və X1 müştərək qaydada alınaraq "xxxx" Bank Olmayan Kredit X6 Cəmiyyətinə verilməsi, tələb X2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 1 nömrəli fərdi yaşayış evi və 0,10 ha torpaq sahəsinə yönəldilməsi, ünvan 1 ünvanında yerləşən 1 nömrəli fərdi yaşayış evi və 0,10 ha torpaq sahəsinin ilkin satış qiyməti 60000 (altmış min) manat məbləğində olmaqla açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən "xxxx" Bank Olmayan Kredit X7 Cəmiyyətinə olan borc ödənilməsi, ünvan 1 ünvanında yerləşən 1 nömrəli fərdi yaşayış evi və 0.10 ha torpaq sahəsinə tutma yönəldikdən və o satıldıqdan 1 (bir) ay müddətinə boşaldılması qət edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)- 6758\2018 saylı qətnaməsi ilə iddiaçı "xxxx" BOKT MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin, cavabdehlər İddiaçı və X8 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 16 mart 2018- ci il tarixli, 2(011)- 1303/18 saylı qətnaməsi qismən dəyişdirilmiş, tərəflər arasında bağlanmış 30 dekabr 2014-cü il tarixli, BAKU0-327-3902 saylı razılaşmaya xitam verilməsi və sığorta haqqına görə iddiaçının xeyrinə cavabdehlərdən müştərək qaydada 287,66 (iki yüz səksən yeddi manat, altmış altı qəpik) manat tutulması, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli, BAKU0-327-3902 saylı razılaşmaya görə cavabdehlərdən dəbbə puluna görə 300 (üç yüz) ABŞ dolları, 11 noyabr 2015-ci il tarixli razılaşmaya görə isə 500 (beş yüz) ABŞ dolları (ödənilən gün Azərbaycan manatına uyğun məzənnə ilə) tutulması, ipoteka predmeti olan, ünvan 1 ünvanında yerləşən 1 nömrəli fərdi yaşayış evi və 0,10 ha torpaq sahəsinin ilkin satış qiyməti 110000 (yüz on min) manat müəyyən edilməsi, qətnamə apellyasiya şikayətlərinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

3. Həmin qətnamədən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2-2(102)-2326/2019 nömrəli, 10 aprel 2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)-6758/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən ümumi sahəsi 65,80 kv.m olan ünvan 1, ev 1 saylı fərdi yaşayış evi və 0,10 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ kimi "xxxx" BOKT MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır.

5. Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-nin xx.xx.2020-ci tarixli, 01/99 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişin surətinə əsasən ipoteka predmetini təşkil edən ünvan 1 ünvanında yerləşən 1 nömrəli fərdi yaşayış evi və 0,10 ha torpaq sahəsinə yönəldilməsi, ünvan 1 ünvanında yerləşən 1 nömrəli fərdi yaşayış evi və 0,10 ha torpaq sahəsinin ilkin satış qiyməti 110000 manat, hərracda iştirak üçün 5% miqdarında behin məbləği 5500 manat olmaqla hərraca çıxarılması və hərracın 17 fevral 2020-ci il tarixdə saat 15:15-15:25-dək ünvan 2 ünvanında keçiriləcəyi barədə Abşeron rayon İcra və Probasiya Şöbəsi, "xxxx" MMC-yə və X3 və İddiaçı məlumat verilmişdir.

6. Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-nin xx.xx.2020-ci tarixli, 01/481 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişin surətinə əsasən ipoteka predmetini təşkil edən ünvan 1 ünvanında yerləşən 1 nömrəli fərdi yaşayış evi və 0,10 ha torpaq sahəsinə yönəldilməsi, ünvan 1 ünvanında yerləşən 1 nömrəli fərdi yaşayış evi və 0,10 ha torpaq sahəsinin ilkin satış qiyməti 110.000-15%=93500 manat, hərracda iştirak üçün 5% miqdarında behin məbləği 4675 manat olmaqla hərraca çıxarılması və hərracın 04 mart 2020-ci il tarixdə saat 11:00-17:00-dək ünvan 2 ünvanında keçiriləcəyi barədə Abşeron rayon İcra və Probasiya Şöbəsi, "xxxx" MMC-yə və X3 və İddiaçı məlumat verilmişdir.

7. Açıq X11 xx.xx.2020-ci tarixli, 21/01 nömrəli protokolunun surətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-6758/2018 saylı icra vərəqəsinin, Abşeron rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli, xx/xx-7916-3O saylı sifariş məktubunun və "xxxx" BOKT MMC-nin müvafiq məktubunun icrasına ilkin hərrac qiyməti 110000 (bir yüz on min) manat olan X3 məxsus fərdi yaşayış evini və 0,10 ha torpaq sahəsini 70125 manata ipoteka saxlayan "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X9 əldə etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Abşeron rayon İcra şöbəsi cəlb olunmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Külək" MMC-nin tərtib etdiyi xx.xx.2020-ci il tarixli, 21/01 nömrəli X11 Protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Xətari Rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli, 2(011)-1303/2018 saylı qətnaməsi ilə iddiaçı “TBC Kredit “Bokt MMC-nin İddiaçı və X5 qarşı iddiası qismən təmin edilmişdir. 30 dekabr 2014cü il tarixli, BAKUO327-3902 saylı razılaşmaya əsasən ödəniş gününə qüvvədə olan məzənnə ilə 22641,10 ABŞ dolları məbləğində əsas borc, 10544,38 ABŞ dolları məbləğində faiz borcu, 2000 ABŞ dolları məbləğində dəbbə borcu, cəmi 35185,48 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Eyni zamanda 11 noyabr 2015-ci il tarixli, BAKUO-327/4882 saylı razılaşmaya xitam verərək, həmin razılaşmaya əsasən ödəniş gününə qüvvədə olan məzənnə ilə 22709,80 ABŞ dolları məbləğində əsas borc, 5605,75 ABŞ dolları məbləğində faiz borcu, 7500 ABŞ dolları məbləğində dəbbə borcu, cəmi 35815,55 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Bundan başqa tələb ipoteka ilə yüklü edilmiş və X4 mülkiyyətində olan, ilkin satış qiyməti 60000 manat müəyyən edilmiş ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi və 0,10 ha torpaq sahəsinə yönəldilməsi və həmin əmlak hərracdan satıldıqdan bir ay sonra boşaldılması qət edilmişdir. Belə ki, qətnamədən verdiyi apellyasiya şikayəti qismən təmin edilərək, ipoteka predmeti olan ünvan 4 ünvanında yerləşən 1 nömrəli fərdi yaşayış evi və 0,10 ha torpaq sahəsinin ilkin satış qiyməti 110000 manat müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-6758/2018 saylı icra vərəqəsinin təmin olunması məqsədi ilə Abşeron rayon İcra şöbəsi xx.xx.2020-ci il tarixli, xx/xx-7916-30 saylı sifariş məktubunu hərracın keçirilməsi üçün "xxxx" MMC-yə göndərmişdir. Nəticə etibarı ilə hərrac baş tutmuş və 19.03.20-ci il tarixli X11 Protokola əsasən ipoteka predmeti olan ünvan 4 ünvanında yerləşən 1 nömrəli fərdi yaşayış evi 70125 manata “TBC KREDİTBOKT MMC-yə satılmış, hərrac qanunsuz olaraq keçirilmişdir. Hərracın keçirilən vaxtı pandemiya şəraitində vətəndaşların küçəyə çıxmasına məhdudiyyətlər qoyulmuşdur. Ondan əlavə hərracın keçirilməsinə dair ona hər hansı bir bildiriş verilməmişdir. Bu baxımdan da hərracın keçirilməsindən onun məlumatı olmamışdır.

10. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(005)- 3298/2021 saylı qətnaməsi (hakim Aytən Novruza) ilə iddia tələbi təmin edilməmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli, 2(103)-11347/2021 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(005)-3298/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 avqust 2022-ci il tarixli, 2(102)- 3362/2022 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli, 2(103)-11347/2021 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

14. İddiaçının apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun tərtib edilmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Proses iştirakçılarının izahatı

16. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

17. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək, onun təmin olunmamasını xahiş etdi.

18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, digər cavabdeh və üçüncü şəxsin nümayəndəsi iclasda iştirak etməmiş və bunun səbəbini bildirməmişlər. Kollegiya işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 3-cü hissəsinə görə, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

20. Maddə 415.1. Auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər.

21. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.

22. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

23. Maddə 416.2. Yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

“İpoteka haqqında” Qanun:

24. Maddə 41.2, 41.3 və 41.5. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra—hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir.

25. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.

26. Maddə 42.3. Hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər.

27. Maddə 44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

31. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

32. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

35. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyindən kollegiya qətnaməni tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia tələbi təmin olunmalıdır.

37. Belə ki, iş materiallarından görünür ki, Hərrac Mərkəzi "xxxx" MMC-nin açıq X11 xx.xx.2020-ci tarixli, 21/01 saylı protokoluna əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-6758/2018 saylı icra vərəqəsinin, Abşeron rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli, xx/xx-7916-3O saylı sifariş məktubunun icrası ilə bağlı X3 məxsus ilkin hərrac qiyməti 110000 (bir yüz on min) manat olan fərdi yaşayış evi və 0,10 ha torpaq sahəsi 70125 manata ipoteka saxlayan "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X9 tərəfindən əldə etmişdir. İddiaçı ona məxsus əmlakın hərraca çıxarılması və hərracın keçirilməsi barədə məlumatlı olmadığını, onun faktiki olduğu yerinə bildiriş göndərilmədiyini, hərracların keçirilməsi barədə bildirişləri almadığını və hərracın keçirilməsi barədə elanların dərc edilmədiyini bildirir və bununla da hərracın qanunvericiliyin tələbləri pozulmaqla keçirildiyindən onun nəticələrinin etibarsız hesab edilməsini xahiş edir.

38. Məhkəmə kollegiyası qeyd edir ki, "xxxx" MMC tərəfindən təyin edilmiş hərraclar barədə “Birjanews.az” qəzetində elanlar verilsə də, təkrar hərracın keçirilməsi barədə elan qanunvericiliklə nəzərdə tutulmuş müddətdə verilməmişdir.

39. İşin müəyyən edilmiş hallarına əsasən təkrar hərracın keçirilməsi barədə elan “Birjanews.az” qəzetinin 21-27 fevral tarixli buraxılışında verilmiş və təkrar hərracın keçirilmə tarixi xx.xx.2020-ci il müəyyən edilmişdir. Yəni təkrar hərracın keçirilməsi barədə elan hərracın keçirilməsinə 13 gün qalmış (elanın verilməsi xx.xx.2020-ci ildən hesablandıqda) verilmişdir.

40. Halbuki, “İpoteka haqqında qanunun” 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir.

41. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.

42. Göründüyü kimi Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən təkrar hərracın keçirilməsinə dair elan qanunvericiliklə müəyyən edilmiş müddət pozulmaqla verilmişdir.

43. Birinci instansiya məhkəməsi "xxxx" MMC tərəfindən hərracların keçirilməsi barədə bildirişlərin iddiaçıya göndərildiyinə istinad etsə də, iş materiallarından görünür ki, həmin bildirişlərdən xx.xx.2020-ci il tarixli bildiriş xəbərnamədə “ünvan bağlıdır” qeydi yazılaraq geri qaytarılmış, yəni iddiaçıya çatdırılmamış, xx.xx.2020-ci il tarixli bildiriş isə yuxarıda qeyd edildiyi kimi təkrar hərracın keçirilməsinə ən geci 20 gün qalmış göndərilməli olduğu halda 13 gün qalmış göndərilmişdir. Həmçinin, sonuncu bildirişin xəbərnaməsinə Əyyubov soyadı qeyd edilərək imza edilsə də iddiaçı heç bir bildiriş almadığını vurğulamışdır.

44. Bununla əlaqədar olaraq apellyasiya baxışı zamanı Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC tərəfindən açıq hərracın təşkili və keçirilməsi barədə İddiaçı göndərilmiş xx.xx.2020-ci il tarixli, 01/481 saylı bildirişin alınmasını təsdiq edən xəbərnamədə olan imzanın iddiaçı tərəfindən icra edilməsinin müaəyyən edilməsi üçün iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir.

45. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 4/1506 nömrəli ekspert rəyindən qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmiş mülki işin 43-cü vərəqəsində olan ƏİV seriyalı 125177 və 125178 nömrəli 21 fevral 2020-ci il tarixli kuryer xidmətləri üçün mədaxil qəbzinin talonunun kserosurətlərində “Əyyubov” soyadlarından aşağıda əks olunan imzalar – İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

46. Belə olan halda kollegiya hesab edir ki, qeyd edilən hərrac mövcud qanunvericiliyin tələbləri pozulmaqla keçirildiyindən iddia tələbi təmin edilməli və Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC tərəfindən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə və 0,10 ha torpaq sahəsinə dair tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 21/01 nömrəli X11 Protokol etibarsız hesab edilməlidir.

47. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(005)-3298/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbi təmin edilməli, cavabdeh “Külək" MMC tərəfindən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə və 0,10 ha torpaq sahəsinə dair tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 21/01 nömrəli X11 Protokol etibarsız hesab edilməlidir.

48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Apellyasiya şikayət təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(005)- 3298/2021 saylı qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin olunsun. Cavabdeh “Külək" MMC tərəfindən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə və 0,10 ha torpaq sahəsinə dair tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 21/01 nömrəli X11 Protokol etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar