Məhkəmə qərarları › İş №2(103)-4023/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4023/2022

13.06.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4023/2022 13.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Fuad Fikrət oğlu Babayevdən və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2, onun və Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli 2(007)-261/22 qətnaməsindən ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 tərəfindən verilmiş birgə apellyasiya şikayətinə əsasən əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 qarşı “qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi, mülkiyyətində olan qeyri-yaşayış sahəsindən istifadə etməyinə cavabdehlər və digər şəxslər tərəfindən edilmiş maneələrin aradan qaldırılması və sair” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 40 kv.metr olan qeyri-yaşayış sahəsinin boşaldılaraq ona təhvil verilməsi, həmin qeyri-yaşayış sahəsindən istifadəyə cavabdehlər Cavabdeh4 və Cavabdeh2 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 40 kv.metr olan qeyri-yaşayış sahəsinə dair alqı-satqı müqaviləsi bağlandığı vaxtdan, yəni xx.xx.2021-ci il tarixdən aylıq 500 manat olmaqla, hal-hazırda cavabdehlərin əsassız əldə etdiyi 2000 manat ödənilmiş icarə haqqı və qeyri-yaşayış sahəsi boşaldılaraq ona təhvil verildiyi vaxtadək hər ay 500 manat icarə haqqı əldən çıxmış fayda olaraq cavabdehlər Cavabdeh4 və Cavabdeh2 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbini iddiaçı onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 40 kv.metr olan qeyri-yaşayış sahəsi onun xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir və hal-hazırda onun mülkiyyətindədir.Qeyri-yaşayış sahəsinə dair alğı-satqı müqaviləsi bağlanarkən keçmiş mülkiyyətçi həmin qeyri-yaşayış sahəsinin hal-hazırda icarədə olduğunu və aylıq 500 manat icarə haqqı ödənildiyini bildirmişdir. O, isə öz növbəsində, mübahisələndirilən qeyri-yaşayış sahəsini icarəyə vermək niyyəti olduğundan, icarəçilərin icarə haqqını ona ödəməklə qeyri-yaşayış sahəsindən istifadə etməyi planlaşdırmışdır. Alğı-satqı müqaviləsi bağlandıqdan sonra, qeyri-yaşayış sahəsinə gedərək, icarə haqqını tələb edən zaman, icarəçilər ona aylıq 500 manat icarə haqqını Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi Cavabdeh4 və Cavabdeh2 ödədiklərini bildirmişlər. İddiaçılar Cavabdeh1 və Cavabdeh4 cavabdehlər İddiaçı, Cavabdeh3 qarşı müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi, Bakı şəhəri 50 saylı Notariat ofisi cəlb edilməkələ “alqı-satqı müqaviləsinin və çıxarışın, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatının etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlılı idda ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Qarşılıqlı iddia ərizəsini Cavabdeh1 onunla əsaslandırılmışdır ki, İddiaçı adlı şəxsi tanımır, onunla arasında heç bir alğı-satqı müqaviləsi bağlanılmayıb, ona hər hansı əmlak satmamış və ondan pul almamışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli 2(007)-261/22 qətnaməsi ilə Qət edilmişdir: “İlkin iddia tələbi qismən təmin edilsin. Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarxli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 40 kv.m olan qeyri-yaşayış sahəsi Cavabdeh1, X2 və Cavabdeh2 tərəfindən boşaldılaraq İddiaçı təhvil verilsin. Həmin qeyri-yaşayiş sahəsindən istifadəyə cavabdehlər X2 və Cavabdeh2 tərəfindən yaradılmış maneələr aradan qaldırılsın və onlardan müştərək qaydada 2000 manat vəsait tutularaq İddiaçı verilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş 30 manat vəsait Cavabdeh1, X2 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İlkin iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 X1 ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və Cavabdeh3 qarşı iş üzrə 3-cü şəxs Bakı şəhəri 50 saylı Notariat ofisi cəlb edilməklə Cavabdeh3 Cavabdeh1 adından etibarnamə əsasında İddiaçı ilə xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 50 saylı Notariat ofisində bağlanılmış reyestrdə 4Ə-292 nömrə ilə qeyd edilən alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alğı-satqı müqaviləsi əsasında İddiaçı verilmiş Hüquqlarin dövlət qeydiyyatİ haqqında daşınmaz əmlakın Dövlət reyestrindəreyestr nömrəsi ̇00**********-05101-083008 olan, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsinə dair və ödənilmiş 100 manat dövlət rüsumunun qarşılıqlı iddia üzrə cavabdehlərdən tutulması barədə qarşılıqlı iddia tələbi təmin edilməsin.” Həmin qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli 2(007)-261/22 ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2, onun və Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat vermiş və şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş digər şəxslər məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə Kollegiyası digər şəxslərin iştirakı olmadan MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyərək, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 fevral 2022ci il tarixli, 2(007)-261/22 saylı qətnaməsi həmin mübahisəyə kommersiya məhkəməsində baxılmalı olduğundan ləğv edilməli və mülki iş aidiyyatı üzrə kommersiya məhkəməsinə göndərilməlidir. Belə ki, işdə olan Ədliyyə Nazirliyi Elektron Məhkəmə Portalından çıxarışdan görünür ki, Cavabdeh3 sahibkalıq fəaliyyəti ilə bağlı işlə məşğuldur və onun adına VÖEN ********** xx.xx.2013-ci il tarixdə qeydiyyata alnmışdır. İşdə olan Ədliyyə Nazirliyi Elektron Məhkəmə Portalından çıxarışdan görünür ki, Cavabdeh1 sahibkalıq fəaliyyəti ilə bağlı işlə məşğuldur və onun adına VÖEN ********** xx.xx.2015-ci il tarixdə qeydiyyata alnmışdır. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyyi yanında Dövlət Vergi Xidmətinin çıxarışından görünür ki, İddiaçı sahibkalıq fəaliyyəti ilə bağlı işlə məşğuldur və onun adına VÖEN ********** aşkarlanmışdır. Eyni zamanda iddia ərizəsindən və digər iş materiallarından görünür ki, tərəflər arasındakı hazırkı mübahisə kommersiyya mübahisəsi olmaqla tərəflərin sahibkarlıq fəaliyyəti ilə bağlı münasibətlərdən yaranmış mübahisədir. İlk və qarşılıqlı iddia tələbindən görünür ki, tərəflər arasında mübahisə qeyri-yaşayış sahəsi ilə bağlı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranmış mübahisədir və tərəflər sahibkar kimi vergi orqanında qeydiyyatda olmaqla onlar arasında münasibət kammersiya xarakterlidir. Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflərin arasında olan mübahisə bilavasitə sahibkarlıq fəaliyyəti ilə bağlı münasibətlərdən yarandığından birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş aidiyyatı üzrə kommersiya məhkəməsinə göndərilməlidir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun18 Sentyabr 2020-ci il tarixli 10N o-li Qərarında qeyd edilmişdir ki,, 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir.Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Bu baxımdan birinci instansiya məhkəməsi hazırkı işə məhkəmə aidiyyəti qaydalarını pozmaqla baxmışdır. Ona görə də qətnamə ləğv edilməli, mülki iş aidiyyəti üzrə Kommersiya Məhkəməsində baxılmalı olduğundan iş aidiyyatı üzrə kommersiya məhkəməsinə göndərilməlidir. MPM-in 384.0.4-ci maddəsinə görə Apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. MPM-in 402.0.5-ci maddəsinə görə bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlardan kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 384 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli 2(007)-261/22 saylı qətnaməsi həmin mübahisəyə kommersiya məhkəməsində baxılmalı olduğundan ləğv edilsin və mülki iş aidiyyatı üzrə Bakı kommersiya məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar