Məhkəmə qərarları › İş №2(103)-4064/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4064/2023

07.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4064/2023 07.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: (“özgəsinin qanunsuz sahibliyindən pul vəsaitlərinin geri tələb edilməsi”) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçı, iddiaçının nümayəndəsi vəkil Nümayəndə2 və cavabdehin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “özgəsinin qanunsuz sahibliyindən pul vəsaitlərinin geri tələb edilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-609/2023 saylı işi üzrə 27 mart 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin qanunsuz sahibliyində qalmış 312509 ABŞ dolları və 210636 manatın, həmçinin həmin məbləğlərin qanunsuz saxlanması müddəti üçün hesablanmış 457295 ABŞ dolları və 323730 manat faiz məbləğinin, cəmi 769804 ABŞ dollarının və 534366 manatın "Azərbaycan Beynəlxalq Bankı” ASC-dən alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. Mülki iş üzrə cavabdeh "Azərbaycan Beynəlxalq Bankı” ASC "iddia müddətinin tətbiq olunması”na dair ərizə təqdim edərək bildirmişdir ki, AR Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti 10 il təşkil edir.

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-177/2022 saylı işi üzrə 24 aprel 2022- ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə qarşı "özgəsinin qanunsuz sahibliyindən pul vəsaitlərinin geri tələb edilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Qətnamədə Mülki Məcəllənin Mülki 372.1; Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 82.3, 217.3, 217.4-cü maddələrinə, Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarının 16.1-ci bəndinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” qərarına istinadən qeyd edilmişdir ki, əvvəllər eyni tərəflər arasında hazırda mübahisələndirilən tələblər üzrə məhkəmə mübahisəsi olmuş, hazırki tələblər ilə bağlı yekun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-298/2022 saylı Qərarı qəbul edilmişdir, məhkəmə hesab edir ki, hazırkı mülki iş üzrə iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən və iddia əsassız olması səbəbi ilə rədd edilməli olduğundan məhkəmə tərəfindən iddia müddətinin tətbiqindən imtina edilməlidir.

4. İşin icraatı zamanı tədqiq edilmişdir ki: - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 iyun 2012-ci il tarixli, 2(005)-307/2012 saylı qətnaməsinə əsasən, iddiaçı "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin cavabdehlər X12, İddiaçı, X4 və X3 qarşı "kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması, tələblərin ipoteka və girov predmetlərinə yönəldilməsi, ipoteka və girov predmetlərinin açıq hərracda satılması, mənzillərin boşaldılması və çəkilmiş məhkəmə xərclərinin ödənilməsi” tələbinə dair iddiası təmin edilmiş, X5 98.256 ABŞ dolları əsas kredit, 31.496,64 ABŞ dolları faiz olmaqla, cəmi 129.752,64 ABŞ dolları məbləğində borcun tutularaq "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ödənilməsi; tələbin İddiaçı məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Naxçıvani küçəsindəki 38B saylı evin 40 saylı mənzilinə və X2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X20 prospektindəki 120/23 saylı evin 18 saylı mənzilinə yönəldilməsi, mənzilin boşaldılaraq açıq hərrac yolu ilə satılmaqla əldə olunan vəsaitin 129.752,64 ABŞ dollarının "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin hesabına ödənilməsi, qalan məbləğin İddiaçı və X2 verilməsi; X5 91.060 ABŞ dolları əsas kredit, 28.717,49 ABŞ dolları faiz olmaqla, cəmi 119.777,49 ABŞ dolları məbləğində borcun tutularaq "Azərbaycan Beynəlxalq Bankı” ASC- yə ödənilməsi; tələbin X6 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsindəki 47 A saylı evin 13 saylı mənzilinə yönəldilməsi, mənzilin boşaldılaraq açıq hərrac yolu ilə satılmaqla əldə olunan vəsaitin 119.777,49 ABŞ dollarının "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ödənilməsi, qalan məbləğin X6 verilməsi; X5 52.788 ABŞ dolları əsas kredit, 15.145,99 ABŞ dolları faiz olmaqla, cəmi 67.933,99 ABŞ dolları məbləğində borcun tutularaq "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ödənilməsi; X5 37.000 ABŞ dolları əsas kredit, 10.629,25 ABŞ dolları faiz olmaqla, cəmi 47.629,25 ABŞ dolları məbləğində borcun tutularaq "Azərbaycan Beynəlxalq Bankı” ASC- yə ödənilməsi; tələbin X10 məxsus olan "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Səbail filialına saxlanca verilmiş bir süt brilliant sırğaya (9 qram qızıl, 14 ədəd qaş, 20 karat) yönəldilməsi, bir süt sırğanın açıq hərrac yolu ilə satılmaqla əldə olunan vəsaitin 47.629,25 ABŞ dollarının "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ödənilməsi, qalan məbləğin X10 verilməsi; X5 37.890 ABŞ dolları əsas kredit, 10.682,58 ABŞ dolları faiz olmaqla, cəmi 48.572,58 ABŞ dolları məbləğində borcun tutularaq "Azərbaycan Beynəlxalq Bankı” ASC- yə ödənilməsi; tələbin X10 məxsus olan "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Səbail filialına saxlanca verilmiş bir ədəd üç cərgə nişan üzüyə, bir ədəd sapfirlə sırğaya, bir ədəd təkqaş sırğaya, bir ədəd Şahzadə sırğaya, bir ədəd üzüyə mrivari ilə 4.5 karatlıq sırğaya və zaponkiyə yönəldilməsi, qızıl zinət əşyalarının açıq hərrac yolu ilə satılmaqla əldə olunna vəsaitin 48.752,58 ABŞ dollarının "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ödənilməsi, qalan məbləğin X10 verilməsi, X5 46.505 ABŞ dolları əsas kredit, 14.716,03 ABŞ dolları faiz olmaqla, cəmi 61.221,03 ABŞ dolları məbləğində borcun tutularaq "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ödənilməsi, tələbin X10 məxsus olan "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Səbail filialına saxlanca verilmiş 31,1 qram çəkisi olan bir ədəd qolbağa, 5,86 karat birilliant sırğalara, bir ədəd ürək kulonu, bir ədəd dörd qaşdan ibarət dorojka sırğasına, bir ədəd beş qaşdan ibarət dorojka üzüyə, bir ədəd slezka üzük, mirvari kulon məmulatlarına, bir ədə Gül manterovka brillianta, bir ədəd brilliant aqat kulona, bir cüt sapfir sırğaya mirvari ilə, bir ədəd qara mirvari dəstinə və bir ədəd onisdən brilliant dəstinə yönəldilməsi, qızıl zinət əşyalarının açıq hərrac yolu ilə satılmaqla əldə olunna vəsaitin 48.752,58 ABŞ dollarının "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ödənilməsi, qalan məbləğin X10 verilməsi, X5 49.475 ABŞ dolları əsas kredit, 14.847,71 ABŞ dolları faiz olmaqla, cəmi 64.322,71 ABŞ dolları məbləğində borcun tutularaq "Azərbaycan Beynəlxalq Bankı” ASC- yə ödənilməsi, tələbin X10 məxsus olan "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Səbail filialına saxlanca verilmiş 9.5 karat birilliant qolbağa, bir ədəd brilliant dəstinə, bir ədəd mirvari üzüyə, bir ədəd sapfirli üzüyə, bir ədəd təkqaş üzüyə, bir ədəd 5.13 karat kulona, 3,04 karat boyunbağı və sırğalara, 4.96 karat kulon və sırğalara yönəldilməsi, qızıl zinət əşyalarının açıq hərrac yolu ilə satılmaqla əldə olunan vəsaitin 64.322,71 ABŞ dollarının "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ödənilməsi, qalan məbləğin X10 verilməsi; X5 28.823 ABŞ dolları əsas kredit, 7.302.75 ABŞ dolları faiz olmaqla, cəmi 36.125,75 ABŞ dolları məbləğində borcun tutularaq "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ödənilməsi, tələbin X10 məxsus olan "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Səbail filialına saxlanca verilmiş bir ədəd üç qaşlı Gül üzüyə 4,31 karat, bir ədəd cəhrayı qızılla brilliant üzüyə 3 karat, bir cüt sırğaya firuzə ilə, bir ədəd ürək brilliant üzüyə 3 karat, bir cüt oval brilliant sırğalara 2 karat, Rusiya istehsalı asma sırğalara və bir cüt qara brilliantla Bantik sırğalara yönəldilməsi, qızıl zinət əşyalarının açıq hərrac yolu ilə satılmaqla əldə olunan vəsaitin 36.125,75 ABŞ dollarının "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ödənilməsi, qalan məbləğin X10 verilməsi qət edilmişdir; - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-38/2021 saylı qətnaməsinə əsasən, cavabdehlər X12, İddiaçı, X4 və X7 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Nərimanov Rayon Məhkəməsinin 20 iyun 2012-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçı "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin cavabdeh X10 və digərlərinə qarşı kredit borcunun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddianın qismən təmin edilməsi, "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Səbail filialı ilə X12 arasında bağlanmış 632 saylı xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə 19.425,78 ABŞ dolları (ödəniş günü Mərkəzi Bankın müəyyən etdiyi ABŞ dolları Azərbaycan manatına olan məzənnəsinə uyğun olaraq manatla) borc X5 tutulub, "xxxx" ASC-yə ödənilməsi, "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Binəqədi filialı ilə X12 arasında bağlanmış 55 saylı xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə 98.256 ABŞ dolları (ödəniş günü Mərkəzi Bankın müəyyən etdiyi ABŞ dollarının Azərbaycan manatına olan məzənnəyə uyğun olaraq manatla) borcun X5 tutulub "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ödənilməsi, "xxxx" ASC-nin Səbail filialı ilə X12 arasında bağlanmış 1245 A saylı xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə 39.568,20 ABŞ dolları (ödəniş günü Mərkəzi Bankın müəyyən etdiyi ABŞ dolları Azərbaycan manatına olan məzənnəyə uyğun olaraq manatla) borcun X5 tutulub "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ödənilməsi, "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Səbail filialı ilə X12 arasında bağlanmış 144 A saylı xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə 37.000 ABŞ dolları (ödəniş günü Mərkəzi Bankın müəyyən etdiyi ABŞ dolları Azərbaycan manatına olan məzənnəyə uyğun olaraq manatla) borcun X5 "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ödənilməsi, tutmanın X10 verilməsi və girov kimi "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Səbail filialına saxlanca verilmiş brilliyant sırğaya (9 qram qızıl, 14 ədəd daş, 20 karat) yönəldilməsi, həmin girov predmetinin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsait hesabına borc tələbinin ödənilməsi, "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Səbail filialı ilə X12 arasında bağlanmış 319 A saylı xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə 37.890 ABŞ dolları (ödəniş günü Mərkəzi Bankın müəyyən etdiyi ABŞ dollarının Azərbaycan manatına olan məzənnəyə uyğun olaraq manatla) borcun X5 tutulub "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ödənilməsi, tutmanın X10 məxsus və girov kimi "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Səbail filialına saxlanca verilmiş bir ədəd üç cərgə nişan üzüyü, bir ədəd sapfirlə sırğaya, bir ədəd tək qaş üzük, bir ədəd "Şahzadə” sırğaya, bir ədəd üzüyə mirvari ilə 4,5 karatlıq sırğaya və "zaponki”yə yönəldilməsi, qızıl- zinət əşyalarının açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin hesabına borc tələbinin ödənilməsi, "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Səbail filialı ilə Niyazova Zahid qızı arasında bağlanmış 723 saylı xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə 46.505 ABŞ dolları (ödəniş günü Mərkəzi Bankın müəyyən etdiyi ABŞ dollarının Azərbaycan manatına olan məzənnəyə uyğun olaraq manatla) borcun X5 tutulub "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ödənilməsi, tutmanın X10 məxsus olan "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Səbail filialına saxlanca verilmiş 31,1 qram çəkisi olan bir ədəd qolbağa, 5,86 karat brilyant sırğalara, bir ədəd "Ürək” kulonu, bir ədəd dörd qaşdan ibarət Dorojka sırğasına, bir ədəd beş qaşdan ibarət "Dorojka” üzüyə, bir ədəd "Slezka” üzük, mirvari məmulatlarına, bir ədəd "Gül” manterovka brilyanta, bir ədəd brilyant aqat kulona, bir cüt sırğaya mirvari ilə, bir ədəd qara mirvari dəstinə və bir ədəd oniksdən brilyant dəstinə yönəldilməsi, qızıl-zinət əşyalarının açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsait hesabına borc tələbinin ödənilməsi, "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Səbail filialı ilə X12 arasında bağlanmış 746 saylı xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə 49.475 ABŞ dollarının (ödəniş günü Mərkəzi Bankın müəyyən etdiyi ABŞ dolları Azərbaycan manatına olan məzənnəyə uyğun olaraq manatla) borcun X5 tutulub "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ödənilməsi, tutmanın X10 məxsus olan "Azərbaycan Beynəlxalq Bankı” Səbail filialına saxlanca verilmiş bir ədəd 9,5 karat brilyant qolbağa, bir ədəd brilyant, bir ədəd mirvari üzüyə, bir ədəd sapfirlə üzüyə, bir ədəd təkqaş üzüyə, bir ədəd 5,13 karat kulona, 3.04 karat boyunbağı və sırğalara, 4,96 karat kulon və sırğalara yönəldilməsi, qızıl zinət açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsait hesabına borc tələbinin ödənilməsi, "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Səbail filialı ilə X12 arasında bağlanmış 47 saylı xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə 22.436,84 ABŞ dolları (ödəniş günü Mərkəzi Bankın müəyyən etdiyi ABŞ dolları Azərbaycan manatına olan məzənnəyə uyğun olaraq manatla) borc X5 tutulub "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ödənilməsi, tutmanın X10 məxsus olan "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Səbail filialına saxlanca verilmiş bir ədəd üç qaşlı "Gül” üzüyə 4,31 karat, bir ədəd çəhrayı qızılla brilliant üzüyə 3 karat, bir cüt sırğaya firuzə ilə, bir ədəd "Ürək” brilyant üzüyə 3 karat, bir cüt oval brilliant sırğalara 2 karat, Rusiya istehsalı asma sırğalara və bir cüt qara brilyantla "Bantik” yönəldilməsi, qızıl-zinət əşyalarının açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsait hesabına borc tələbinin ödənilməsi qət edilmişdir; - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-298/2022 saylı Qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-38/2021 saylı qətnaməsindən iddiaçı "Azərbaycan Beynəlxalq Bankı” ASC və cavabdehlər X12 və İddiaçı tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-38/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

5. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023cüil tarixli, e-2(006)-609/2023 saylı qətnaməsinin tamamilə ləğv edilərək, iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2, 954; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76, 81, 82.3, 217-ci maddələrinə; Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 21 noyabr 2005-ci il tarixdə 3201 saylı hüquqi akt kimi dövlət qeydiyyatına alınmış, Azərbaycan Respublikasının Mərkəzi X17 tərəfindən 07 noyabr 2005-ci il tarixdə (protokol № 33) təsdiq edilmiş “Azərbaycan Respublikasında fəaliyyət göstərən kredit təşkilatlarında mühasibat uçotunun aparılması Qaydaları"na istinadən qeyd edilmişdir ki, İddiaçı və X8 birgə nikahda olduğu dövrdə sonuncu tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı kreditlər götürülmüş, həmin kreditlərin təminatı olaraq müxtəlif əmlaklar, o cümlədən külli miqdar dəyəri olan qızıl-zinət əşyaları bankın saxlanc girovuna verilmişdir.İddiaçı tərəfindən X8 adına olan kreditlər üzrə banka müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə 182 qəbzlə cəmi 914 973,68 ABŞ dolları məbləğində ödəniş edilmişdir. Kreditin qaytarılması ilə bağlı yaranmış mübahisə üzrə məhkəmə qərarları qəbul edilmiş, Həmin mülki iş üzrə "xxxx" ASC-nin iddia tələbinə hazırkı iş üzrə iddiaçı tərəfindən 110 ədəd qəbzlə ödənilmiş 312 509 ABŞ dolları və 210 636 manatı yuxanda qeyd edilən iddia üzrə məhkəmə baxışının predmeti olmamış, "xxxx" ASC-nin də iddia ərizəsində bu barədə heç bir açıqlama verilməmiş, həmin məbləğlərin Bank tərəfindən hansı hesaba (hesablara) mədaxil edilməsi, hansı sənədlərdə nəzərə alması qeyri-müəyyən olaraq qalır. Hazırkı iş üzrə iddianı təmin etməyən məhkəmə, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə istinad etməklə kifayətlənmiş, həmin maddənin tətbiqi üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarını və qərarda ifadə etdiyi hüquqi mövqeləri nəzərə almamışdır. Sübut etməyə ehtiyac yoxdur ki, mülkiyyət üzərində sərəncam verilməsi mütləq müəyyən hüquqi və faktiki nəticələrə (məsələn, borcun ödənilməsinə silinməklə, borclunun öhdəliyinin azalmasına və ya xitam verilməsinə, yaxud texniki səhv nəticəsinə başqa hesaba köçürülməsinə və s.) səbəb olmalı idi. Göründüyü kimi, iddiaçının mülkiyyətini təşkil edən 312 509 ABŞ dolları və 210 636 manat cavabdeh Banka veriləndən sonra, iddiaçının borcunun ödənilməsinə yönəlməmiş, Bankda naməlum hesaba mədaxil edilməklə ötən bütün müddət ərzində bankın qanunsuz sahibliyində qalmaqdadır. Göründüyü kimi, 110 ədəd mədaxil qəbzi üzrə alınmış vəsaitlərin bankda sadəcə “yoxa çıxması” mümkün deyil və həmin qəbzlərlə banka mədaxil edilmiş məbləğlər mədaxil qəbzi müştəriyə verildiyi andan bankın nəzarətinə keçir. İş materiallarından da göründüyü kimi, iddiaçı özünün iddia tələblərini təsdiq edən 110 ədəd kassa-mədaxil qəbzlərinin əsillərini təqdim etmişdir və həmin qəbzlərin Mülki Prosessual Məcəllənin istinad edilən normasına görə “sübut” hesab edildiyi müzakirə mövzusu deyil. Digər tərəfdən, həmin sübutlar iddiaçının tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olduğu üçün məhkəmə tərəfindən qəbul edilməli və araşdırmalı olan sübutlara aiddir. Halbuki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 21 noyabr 2005-ci il tarixdə 3201 saylı hüquqi akt kimi dövlət qeydiyyatına alınmış, Azərbaycan Respublikasının Mərkəzi X17 tərəfindən 07 noyabr 2005- ci il tarixdə (protokol № 33) təsdiq edilmiş “Azərbaycan Respublikasında fəaliyyət göstərən kredit təşkilatlarında mühasibat uçotunun aparılması Qaydaları"-nın 10.19 və 10.20-ci bəndlərinə əsasən, pul vəsaitlərinin Bank tərəfindən qəbul edilməsinə dair kassa-mədaxil qəbzləri verilmişdir ki, bu da Mülki Prosessual Məcəllənin 81-ci maddəsinin tələblərinə cavab verir. Belə olan halda, normativ hüquqi akta (hazırkı halda “Qaydalar’a) əsasən sübutetmə vasitəsi olan 110 ədəd kassa mədaxil qəbzlərinin iddiaçı tərəfindən təqdim edilməsi nəzərə alınmaqla, həmin pul vəsaitlərinin sonrakı müqəddəratı (cavabdehin bildirdiyinə görə, guya kredit hesabına silinməsi) barədə sübutları cavabdeh Bank təqdim etməli olsa da, belə sübut təqdim edə bilməmişdir. Halbuki, bunun əksini, yəni, həmin pulların kredit borcunun ödənilməsinə silinmədiyini və ümumiyyətlə, nə bankın iddia tələbinin formalaşdırılması ərizəsinin form təsdiq edən sübutlar (məhkəmə-mühasibatlıq ekspertizasının rəyi və həmin rəyə istinad etməklə çıxarılmış, qanuni qüvvədə olan məhkəmə qətnaməsi) iş materiallarında var. Belə olan halda məhkəmənin qətnamədə gəldiyi nəticənin tamamilə əsassız olduğu və iş materiallarında olan sübutlarla ziddiyyət təşkil etdiyi aşkardır. Birinci instansiya məhkəməsi iddianı rədd etmək üçün yeganə əsas kimi Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə istinad edərək qətnamədə belə əsaslandırma vermişdir ki: “..Göstərilən maddənin məzmunundan da göründüyü kimi qətnamə ilə müəyyən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. İşdən də göründüyü kimi əvvəllər eyni tərəflər arasında hazırda mübahisələndirilən tələblər üzrə məhkəmə mübahisəsi olmuş, hazırki tələblər ilə bağlı yekun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022- ci il tarixli, 2(102)-298/2022 saylı Qərarı qəbul edilmişdir". Lakin birinci instansiya məhkəməsi belə “əsaslandırma” verərkən həmin normanın şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarının nəticə hissəsini və həmin qərardakı hüquqi mövqeyini nəzərə almamışdır. Halbuki, iddia ərizəsində də 110 ədəd mədaxil qəbzləri ilə cavabdehə verilmiş pul vəsaitlərinin ödənilməsi faktına dair sübutların hazırkı iş üzrə Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin təsir dairəsinə düşmədiyinə dair kifayət qədər əsaslandırma verilmişdi. Yuxarıda da qeyd edildiyi kimi, iddiaçının tələbinin əsası kimi istinad etdiyi 110 ədəd qəbzlə ödənilmiş məbləğlərin müqəddəratı əvvəlki (qanuni qüvvəyə minmiş qətnamə ilə yekunlaşmış mübahisə üzrə) məhkəmə baxışının predmeti olmamış, həmin qəbzlər araşdırılmamış, qiymətləndirilməmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin iddianı rədd etmək üçün tətbiq etdiyi yeganə prosessual hüquq norması düzgün tətbiq edilmədiyi aşkardır. Hazırkı işdə məhkəmənin tətbiq etdiyi yeganə prosessual hüquq norması - Mülki Prosessual Məcəllənin 82.3cü maddəsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin maddənin şərhi ilə bağlı qəbul etdiyi qərara və hüquqi mövqeyinə zidd olmuşdur. başqa sözlə desək, Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələbləri pozulmuşdur və bu səbəbdən həmin qətnamə qanuni və əsaslı hesab edilə bilməz və həmin Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə ləğv edilməlidir. Hazırkı işdə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan fakt - iddiaçının iddia tələblərinin əsası kimi onun cavabdeh Banka 110 ədəd qəbzlə ödədiyi 312 509 ABŞ dolları və 210 636 manatının əvvəlki məhkəmə baxışının predmeti olmadığı, həmin qəbzlərlə ödənilmiş məbləğlərin əvvəlki işdə nə Bankın iddia tələblərinin formalaşdırılması, nə də həmin iş üzrə cavabdehdən (hazırkı iş üzrə iddiaçıdan) tutulmalı olan məbləğin müəyyən edilməsi zamanı əsas götürülən ekspertiza tədqiqatının predmeti olmadığı aydınlaşdırılmamış, belə pozuntu öz növbəsində hazırkı iş üzrə əsassız və qanunsuz, prosessual normanın kobud surətdə pozulması ilə müşayiət olunan qətnamə qəbul edilməsi ilə nəticələnmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək,onunla eyni məzmunda izahat verməklə tərəflərindən təqdim edilmiş 110 ədəd qəbzə əvvəlki mülki iş üzrə qiymət verilmədiyini, həmin qəbzlərin araşdırma predmeti olmadığını, qəbzlərin əvvəl onlarda olmadığını və sonradan təqdim edildiyini qeyd etmiş, 72 qəbzə qiymət verildiyi halda, 110 qəbzə qiymət verilmədiyini, ekspertiza zamanı bank tərəfindən hər hansı sənəd təqdim edilmədiyindən yalnız 72 qəbzə əsasən hesablama aparıldığını diqqətə çatdırmış, cavabdeh tərəfdən 110 ədəd qəbzə dair sənədlərin təqdim edilməsini və həmin qəbzlərə münasibət bildirilməsini tələb etdiklərini bildirmişdir.

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə2 hazırkı iş üzrə pul vəsaitinin iddiaçının mülkiyyəti olduğunun mübahisə edilmədiyini, Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən həmin pul vəsaiti üzərində iddiaçının sahiblik, sərəncam və istifadə hüquqlarının olduğunu, apellyasiya şikayətinin məzmunu ilə eynilik təşkil edən izahat verməklə, iddiaçının 110 qəbzlə "xxxx" ASC-yə verdiyi 312 509 ABŞ dolları və 210 636 manatın sonrakı taleyi barədə cavabdeh tərəfin heç bir izahat verməyərək, iddiaya qarşı hər hansı ağlabatan dəlil irəli sürmədiyini, sənədlərin saxlanılmasına dair isə təlimata əsasən mübahisə olduğu təqdirdə sənədlərin saxlanılmalı olduğunu diqqətə çatdırmış, iddiaçının banka borcu qaldığını müəyyən edən ekspertizada yalnız 72 ədəd qəbz üzrə hesablanma aparıldığını, 110 qəbzin nəzərə alınmadığını, həmin qəbzlərin Mülki Prosessual Məcəlləyə əsasən sübut hesab edildiyinin müzakirə mövzusu olmadığını, 110 ədəd mədaxil qəbzi üzrə alınmış vəsaitlərin bankda yoxa çıxmasının mümkün olmadığını, həmin qəbzlərlə banka mədaxil edilmiş məbləğlərin mədaxil qəbzi müştəriyə verildiyi andan bankın nəzarətinə keçdiyini qeyd etmiş, iddiaçının 110 ədəd qəbzin əslini apellyasiya icraatı zamanı təqdim etdiyini bildirmişdir.

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X14 iddianı qəbul etmədiklərini bildirmiş,qanunvericiliyin tələblərinə əsasən kredit öhdəlikləri ilə bağlı ödənişlərin sonradan tələb edilə bilmədiyini bildirməklə,15 il əvvəkli çeklərinin hansı kredit müqaviləsi üzrə öhdəliklərə aid olduğunu iddiaçı tərəfin subut edə bilmədiyini,həmin qəbzlərə dair bankda hər hansı sənədin olmadığını, bundan əlavə, hesabların bağlanması müddətindən də 5 il keçdiyini və ümumiyyətlə qarşı tərəfin təqdim etdiyi 90 faiz qəbzin hesaba mədaxil olduğunu, şəxsin öz hesabını gücləndirdiyini qeyd etmişdir. Apellyasiya baxışının hədləri:

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

10. Mülki prosessual qanunvericiliyin (Məcəllənin) tələblərinə əsasən: 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 82.2. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilən və işdə iştirak edən şəxslərə aid olan hallar başqa işə baxan məhkəmə üçün məcburidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən, Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.

12. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Mülki Məcəllənin 269-321, 324, 425.1, 739,560; Mülki Prosesual Məcəllənin 14.2, 76, 77, 78, 80-82, 88, 106.2, 119, 217.4, 236-1, 385-390, 431-4-438-cı maddələrinə, kredit (ipoteka) müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.

13. Hazırki iş üzrə iddiaçı bankın məhkəməyə müraciəti əsasında baxılmış əvvəlki iş üzrə araşdırma predmeti olmuş borc məbləğinin düzgün hesablanmadığını və 110 ədəd qəbzin nəzərə alınmadığını mübahisələndirir. İddia tərəfi qeyd edir ki, qeyd edilən qəbzlər digər iş üzrə bildirilsə də, araşdırma predmeti olmamışdır, cavabdeh tərəfindən vəzifəsinə rəğmən təqdim edilməmiş və özləri tərəfindən sonradan əldə edilmişdir. Diqqətə çatdırılmalıdır ki, qanunvericilik hər hansı bir iş üzrə araşdırma predmeti olmamış sübutları deyil, tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzliyini müəyyən edir. Hazırki iş üzrə dəlillər digər işin dəlilləri kimi (Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-298/2022 saylı Qərarı, iş səh.102) müzakirəyə təqdim edilmişdir. Qeyd edilən qəbzlər isə tərəflər arasında kredit münasibətlərindən irəli gələn və borcu müəyyən edən faktların araşdırma predmetinə aid olsa da, bu münasibətlərin (faktların) özü deyil, sübutedici ünsürlərindən biridir ki, bu ünsür digər iş (iddia və ona olan etiraz) üzrə sübutlara və sübutetmə vəzifəsinə aiddir. Digər iş üzrə tərəflərin sübutetmə vəzifələrinə aid qanuni qüvvəsini almış məhkəmələr tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə artıq qiymət verildiyindən (verilməli olduğundan), bu hüquq münasibətlərinə yenidən baxılması yalnız yeni açılmış hallar üzrə əlavə kassasiya qaydasında mümkündür. Əks halda bu hüquq və vəzifələrdən (dispozitiv imkandan və diskresion səlahiyyətlərdən) sui-istifadəyə şərait yaradan hal kimi qiymətləndirilə bilər.

14. Hazırki iş üzrə, araşdırmanın ilkin vəzifəsi və baxılmasına əsas isə bu qəbzlərin digər iş üzrə müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə aidiyyətinin müəyyən edilməsidir ki, bu halı hər iki tərəf təsdiq edir və mübahisələndirmir. Ona görə, işin araşdırılması üzrə sonrakı prosessual hərəkətlərin həyata keçirilməsinə, o cümlədən ekspertizanın keçirilməsinə zərurət qalmır.

15. Qeyd edilənlərə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı (mahiyyəti üzrə düzgün) olan qətnaməsinin yalnız formal mülahizələrə görə ləğv edilməsi və ya dəyişdirilməsinə əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməlidir.

16. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumuna ödənilmiş məhkəmə xərcləri ödəyən şəxslərə aid edilməlidir.

17. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 609/2023 saylı işi üzrə 27 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar