Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-409/2020 04.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, X4 və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə, İddiaçı “xxxxxxx” ASC-nin nümayəndəsi X6 iştirakı ilə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-4/2019 saylı qətnaməsindən iddiaçı “xxxxxxx” ASC, cavabdehlər X3 və “xxxxxxxx” KFT tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “xxxxxxxx” KFT-yə, “X8” FM-nə və X2 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxxxxxx” KFT-dən İddiaçı-nin xeyrinə xx.xx.2011-ci il tarixli, 103.LN.2004.251011.00001 saylı kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixə olan 305.800 manat əsas borcun, 61.555,92 manat faiz borcunun, 30.295,43 manat cərimə borcunun, cəmi 397.651,35 manat borcun, xx.xx.2013-cü il tarixli, 120.LN.2004.260913.00001 saylı kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixə olan 2.100.000 manat əsas borcun, 146.125 manat faiz borcunun, cəmi 2.246,125 manat məbləğində borcun tutulması, “xxxxxxxx” KFT-yə məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən 2.2414 ha torpaq sahəsi, Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən 5.9818 ha torpaq sahəsi, “X8” FM-ə məxsus ünvan 2, 1 saylı mənzil, X2 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində xüsusi mülkiyyətdə olan 0.11 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi, 113.31 kv.m-dən ibarət 774 nömrəli bağ evinin açıq hərracda satılması, qeyd olunan əmlakların satışından əldə olunmuş pul vəsaitləri “xxxxxxxx” KFT-nin İddiaçı-yə olan xx.xx.2011-ci il tarixli 103.LN.2004.251011.00001 saylı kredit müqaviləsi üzrə ümumi olaraq 397.651,35 manat, xx.xx.2013-cü il tarixli 120.LN.2004.260913.00001 saylı kredit müqaviləsi üzrə isə ümumi olaraq 2.246,125 manat məbləğində borcun ödənilməsinə yönəldilməsi, “X8” FM-ə məxsus ünvan 2, 1 saylı mənzilin və X2 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində xüsusi mülkiyyətdə olan 0.11 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi, 113.31 kv.m-dən ibarət 774 nömrəli bağ evinin 01 ay müddətində boşaldılması, ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, xx.xx.2011-ci il tarixli,103.LN.2004.251011.00001 saylı kredit müqaviləsinin şərtlərinə uyğun olaraq İddiaçı tərəfindən «xxxxxxxx» KFT-nə 60 ay müddətinə illik 6% olmaqla, 600.000 (altı yüz min) manat məbləğində kredit verilmişdir. Daha sonra xx.xx.2013-cü il tarixdə eyni tərəflər arasında 120.LN.2004.260913.00001 saylı kredit müqaviləsi bağlanmış və “xxxxxxxx” KFT-nə 84 ay müddətinə illik 5% olmaq şərtilə 2.100.000 (iki milyon yüz min) manat məbləğində kredit verilmişdir. xx.xx.2011-ci il tarixli, 103.LN.2004.251011.00001 saylı və xx.xx.2013-cü il tarixli 120.LN.2004.260913.00001 saylı kredit müqavilələri üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün İddiaçı (ipoteka saxlayan) ilə “xxxxxxxx” KFT (ipotekaqoyan) arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 103.CL.251011.0001/a saylı ipoteka müqaviləsi və ona 1 saylı əlavə razılığa əsasən İddiaçı-nə Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən 2.2414 ha torpaq sahəsinə ipoteka hüququ verilmiş və bununla əlaqədar olaraq göstərilən əmlakın ipotekasının dövlət qeydiyyatı aparılmışdır. İddiaçı (ipoteka saxlayan) ilə “xxxxxxxx” KFT (ipotekaqoyan) arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 103.CL.251011.0001/b saylı ipoteka müqaviləsi və ona 1 saylı əlavə razılığa əsasən İddiaçı-nə Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən 5.9818 ha torpaq sahəsinə ipoteka hüququ verilmiş və bununla əlaqədar olaraq göstərilən əmlakın ipotekasının dövlət qeydiyyatı aparılmışdır. İddiaçı (ipoteka saxlayan) ilə “X8” FM (ipotekaqoyan) arasında bağlanmış xx.xx.2013-cü il tarixli, İ-152/af saylı ipoteka müqaviləsinə 5 saylı əlavə razılığa əsasən İddiaçı-nə ünvan 2, 1 saylı mənzilə ipoteka hüququ verilmiş və bununla əlaqədar olaraq göstərilən əmlakın ipotekasının dövlət qeydiyyatı aparılmışdır. Əlavə olaraq xx.xx.2013-cü il tarixli, 120.LN.2004.260913.00001 saylı kredit müqaviləsinin təminatı kimi İddiaçı (ipoteka saxlayan) ilə X3 (ipotekaqoyan) arasında bağlanmış xx.xx.2013-cü il tarixli, İ-1389 saylı ipoteka müqaviləsinə 2 saylı əlavə razılığa əsasən İddiaçı-nə Sumqayıt şəhəri, Novxanı bağ massivində xüsusi mülkiyyətdə olan 0.11 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi, 113.31 kv.m-dən ibarət 774 nömrəli bağ evinə ipoteka hüququ verilmiş və bununla əlaqədar olaraq göstərilən əmlakın ipotekasının dövlət qeydiyyatı aparılmışdır. “xxxxxxxx” KFT-nin xx.xx.2016-cı il tarixə, xx.xx.2011-ci il tarixli, 103.LN.2004.251011.00001 saylı kredit müqaviləsi üzrə banka olan əsas borcu 305.800 manat, faiz borcu 61.555,92 manat, cərimə borcu 30.295,43 manat, ümumi olaraq 397.651,35 manat; xx.xx.2013-cü il tarixli 120.LN.2004.260913.00001 saylı kredit müqaviləsi üzrə banka olan əsas borcu 2.100.000 manat, faiz borcu 146.125 manat, cərimə borcu 0 manat, ümumi olaraq 2.246.125 manat təşkil edir. Bu günədək “xxxxxxxx” KFT tərəfindən hər iki kredit müqavilərinin şərtləri dəfələrlə yerinə yetirilməmiş və kreditlər üzrə faizlərin ödənilməsi müddətləri pozulmuşdur. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-4/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh “xxxxxxxx” KFT-dən xx.xx.2011-ci il tarixli, 103.LN.2004.251011.0001 saylı kredit müqaviləsi üzrə 301.100,42 manat əsas, 24.491,42 manat faiz və 10.000 manat cərimə borcu, ümumilikdə isə 335.591,84 (üç yüz otuz beş min beş yüz doxsan bir manat səksən dörd qəpik) manat məbləğində borc İddiaçı-nin xeyrinə tutulması, cavabdeh “xxxxxxxx” KFT-dən xx.xx.2013-cü il tarixli, 120.LN.2004.260913.0001 saylı kredit müqaviləsi üzrə 2.100.000,00 manat əsas və 146.125 manat faiz borcu, ümumilikdə isə 2.246.125 (iki milyon iki yüz qırx altı min yüz iyirmi beş) manat borc İddiaçı-nin xeyrinə tutulması, tutulan məbləğlər ilkin satış qiyməti 3.137.960 (üç milyon yüz otuz yeddi min doqquz yüz altmış) manat məbləğində müəyyən edilməklə cavabdeh “xxxxxxxx” KFT-nə məxsus və banka girov qoyulmuş Abşeron rayonu, Hökməli qəsəbəsinə yerləşən, 2.2414 ha torpaq sahəsinə, ilkin satış qiyməti 8.374.520 (səkkiz milyon üç yüz yetmiş dörd min beş yüz iyirmi) manat məbləğində müəyyən edilməklə cavabdeh “xxxxxxxx” KFT-nə məxsus və banka girov qoyulmuş Abşeron rayonu, Hökməli qəsəbəsinə yerləşən, 5.9818 ha torpaq sahəsinə, ilkin satış qiyməti 120.000 (yüz iyirmi min) manat məbləğində müəyyən edilməklə cavabdeh X2 məxsus və banka girov qoyulmuş Sumqayıt şəhəri, Novxanı bağ massivində xüsusi mülkiyyətdə olan 0.11 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi, 113.31 kv.m-dən ibarət 774 nömrəli bağ evinə və ilkin satış qiyməti 500.000 (beş yüz min) manat məbləğində müəyyən edilməklə cavabdeh “X8” firmasına məxsus və banka girov qoyulmuş ünvan 1 ünvanında yerləşən, 1 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlaklar açıq hərracdan satılması və satışdan əldə ediləcək vəsait hesabına İddiaçı-nə olan borcun ödənilməsi, satışdan götürülən və ya əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsi cavabdehlərə (müvafiq olaraq ipoteka qoyan şəxslərə) qaytarılması, ipoteka predmetləri olan Sumqayıt şəhəri, Novxanı bağ massivində xüsusi mülkiyyətdə olan 0.11 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi, 113.31 kv.mdən ibarət 774 nömrəli bağ evi və ünvan 1 ünvanında yerləşən, 1 nömrəli mənzil açıq hərracdan satıldıqdan sonar ən geci 1 (bir) ay ərzində cavabdehlər həmin daşınmaz əmlaklardan çıxmadığı təqdirdə, onlar məcburi qaydada çıxarılmaları, iş üzrə ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumu müştərək qaydada cavabdeh “xxxxxxxx” KFT-dən ASC-nin xeyrinə tutulması, aparılmış ekspertiza tədqiqatının dəyəri 145 (yüz qırx beş) manat cavabdeh “xxxxxxxx” KFT-dən dövlət nəfinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən İddiaçı, cavabdehlər X3 və “xxxxxxxx” KFT apellyasiya şikayətləri vermişlər. İddiaçı-nin apellyasiya şikayəti onunla əsaslandırılır ki, qətnamə əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı hissədə aşağıda göstərilən əsaslarla qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmənin qiymətləndirmə işinin aparılmasını həvalə etdiyi qiymətləndirici şirkət tərəfindən əmlaklara “fantastik”, reallıqdan xeyli uzaq olan, həqiqi dəyərindən dəfələrlə artıq və şişirdilmiş qiymət qoyulmuşdur. Əvvəla, işin materiallarından göründüyü kimi, ipotekaya qoyularkən, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 2.2414 ha torpaq sahəsi 900.000 manata, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 5.9818 ha torpaq sahəsi 2.400.000 manata, ünvan 2 ünvanında yerləşən binanın 1 nömrəli mənzili 250.000 manata, Sumqayıt şəhəri, Novxanı bağ massivində xüsusi mülkiyyətdə olan 0.11 ha torpaq sahəsi və torpaq sahəsinin üzərində yerləşən, ümumi sahəsi 113.31 kv.m.-dən ibarət 774 nömrəli bağ evi 107.000 manata qiymətləndirilmişdir. İş üzrə keçirilmiş qiymətləndirmənin rəyinə əsasən isə, 900.000 manata qiymətləndirilmiş torpaq sahəsinin ilkin satış qiyməti 3.137.960 manat, 2.400.000 manata qiymətləndirilmiş torpaq sahəsinin ilkin satış qiyməti 8.374.520 manat, 250.000 manata qiymətləndirilmiş mənzilin ilkin satış qiyməti 500.000 manat, 107.000 manata qiymətləndirilmiş bağ evinin ilkin satış qiyməti 120.000 manat müəyyən edilmişdir. Göründüyü kimi, əmlakların ilkin satış qiyməti əvvəllər qoyulmuş qiymətdən 3-4 dəfə artıqdır. Bir neçə il ərzində əmlaklarının dəyərinin bu qədər artması həqiqəti əks etdirmir və absurddur. Bundan başqa, ünvan 2 ünvanında yerləşən binanın 1 nömrəli mənzilinə də həddindən artıq “şişirdilmiş’’ qiymət qoyulmuşdur (500.000 manat). Həmin mənzilin yaşayış sahəsi 38.9 kv.m., ümumi sahəsi isə 74 kv.m. təşkil edir. Mənzil 2 otaqlı olmaqla “Dostluq” kinoteatrının yaxınlığındakı 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşir. Həmin ərazidə orta təmirli mənzilin 1 kv.m.-nin maksimal dəyəri 2200- 2500 manatdır. Mənzilin ümumi sahəsinin 74 kv.m. olduğunu nəzərə alsaq, mənzilin təxmini dəyəri 200.000 manat təşkil edir. Qiymətləndirici isə ümumi sahəsi 74 kv.m. olan mənzilə 500.000 manat qiymət qoymuşdur. Belə olan halda, mənzilin 1 kv.m.-nin dəyəri 6756.76 manat təşkil etmiş olur. Halbuki, şəhərin ən mərkəzi və görkəmli yerində belə mənzilin 1 kv.m.-nin təxmini dəyəri 5000 manatdan yuxarı deyil. Göründüyü kimi, məhkəmə əmlakların ilkin satış qiymətini müəyyən edərkən, yuxanda qeyd olunan halları nəzərə almamış, əmlakların real dəyərini əks etdirməyən və real bazar dəyərindən dəfələrlə yüksək qiymət qoyulmuş qiymətləndirmə rəyinə istinad etmişdir. Bununla da, məhkəmə əmlakların ilkin satış qiyməti ilə bağlı qərar qəbul edərkən, kifayət qədər şübhə doğuran qiymətləndirmə rəyini əsas gətirməklə səhv nəticəyə gəlmiş və işin faktiki hallarına uyğun olmayan qətnamə qəbul etmişdir. Cavabdeh X1 apellyasiya şikayəti onunla əsaslandırılır ki, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, cavabdeh X2 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində xüsusi mülkiyyətdə olan 0,11 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi 113,31 kv. metrdən ibarət 774 nömrəli bağ evi yalnız xx xxxxxxxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan “1-1389 saylı İpoteka Müqaviləsinə 2 №-li Əlavə Razılıq”dan görünür ki, xx xxxxxxxx 2013-cü il tarixdə İddiaçı ilə Oqtay Xankişiyev xx xxxx 2008-ci il tarixli ipoteka müqaviləsinə əlavə edərək, Sumqayıt şəhəri, Novxanı bağ massivində xüsusi mülkiyyətdə olan 0,11 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi 113,31 kv. metrdən ibarət 774 nömrəli bağ evinin xx xxxxxxxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə bank qarşısında ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. Məhkəmə isə xx.xx.2011-ci il tarixli, 103.LN.2004.251011.0001 saylı kredit müqaviləsi üzrə də tutmanın cavabdeh X2 məxsus əmlaka yönəldilməsini qət etmişdir. Halbuki, iş materiallarında tərəflər arasında belə bir ipoteka müqaviləsinin mövcudluqunu təsdiq edən hər hansı bir sənəd yoxdur. Ümumiyyətlə hesab edir ki, xx.xx.2011-ci il tarixli, 103.LN.2004.251011.0001 saylı kredit müqaviləsi və həmin müqavilənin təminatı qismində bağlanmış ipoteka müqavilələri üzrə işə ümumi məhkəmə tərəfindən deyil, MPM-nin 26.1-ci maddəsinə uyğun olaraq iqtisadi mübahisə kimi ixtisaslaşmış məhkəmələr tərəfindən baxılmalıdır. Belə ki, xx.xx.2011-ci il tarixli, 103.LN.2004.251011.0001 saylı kredit müqaviləsi və həmin müqavilənin təminatı qismində bağlanmış ipoteka müqavilələrinin bütün tərəfləri hüquqi şəxslərdir. Bu müqavilələrin xx xxxxxxxx 2013-cü il tarixli kredit müqaviləsi ilə heç bir əlaqəsi yoxdur. Digər tərəfdən cavabdeh X2 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində xüsusi mülkiyyətdə olan 0,11 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi 113,31 kv. metrdən ibarət 774 nömrəli bağ evi birinci instansiya məhkəməsinin müəyyən etdiyi ekspert qurumu tərəfindən çox ucuz qiymətləndirilmişdir. Belə ki, həmin əmlakın dəyəri hələ 2008-ci ildə 110.000 (yüz on min) manata yaxın olduğu təqdirdə 10 ildən sonra bu əmlakın cəmi 120.000 (yüz iyirmi min) manata qiymətləndirilməsi tamamilə absurd olmaqla həqiqəti əks etdirmir. Həmin əmlakın dəyəri hal-hazırda ən azı 200.000 manatdır. Bu səbəbdən də hesab edirik ki, məhkəmə adı çəkilən əmlakın dəyərini müəyyən etmək üçün təkrar ekspertiza təyin etməlidir. Cavabdeh “xxxxxxxx” KFT-nin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə nəzərə almamışdır ki, X2 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində xüsusi mülkiyyətdə olan 0,11 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi 113,31 kv. metrdən ibarət 774 nömrəli bağ evi yalnız xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Məhkəmə isə xx.xx.2011-ci il tarixli, 103.LN.2004.251011.0001 saylı kredit müqaviləsi üzrə də tutmanın cavabdeh X2 məxsus əmlaka yönəldilməsini qət etmişdir. Halbuki, iş materiallarında tərəflər arasında belə bir ipoteka müqaviləsinin mövcudluğunu təsdiq edən hər hansı bir sənəd yoxdur. Hesab olunur ki, xx.xx.2011-ci il tarixli, 103.LN.2004.251011.0001 saylı kredit müqaviləsi və həmin müqavilənin təminatı qismində bağlanmış ipoteka müqavilələri üzrə işə ümumi məhkəmə tərəfindən deyil, MPM-nin 26.1-ci maddəsinə uyğun olaraq iqtisadi mübahisə kimi ixtisaslaşmış məhkəmələr tərəfindən baxılmalıdır. Belə ki, xx.xx.2011-ci il tarixli, 103.LN.2004.251011.0001 saylı kredit müqaviləsi və həmin müqavilənin təminatı qismində bağlanmış ipoteka müqavilələrinin bütün tərəfləri hüquqi şəxslərdir. Bu müqavilələrin xx xxxxxxxx 2013-cü il tarixli kredit müqaviləsi ilə heç bir əlaqəsi yoxdur. Digər tərəfdən cavabdeh X2 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində xüsusi mülkiyyətdə olan 0,11 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi 113,31 kv. metrdən ibarət 774 nömrəli bağ evi birinci instansiya məhkəməsinin müəyyən etdiyi ekspert qurumu tərəfindən çox ucuz qiymətləndirilmişdir. Belə ki, həmin əmlakın dəyəri hələ 2008-ci ildə 110.000 (yüz on min) manata yaxın olduğu təqdirdə 10 ildən sonra bu əmlakın cəmi 120.000 (yüz iyirmi min) manata qiymətləndirilməsi tamamilə absurd olmaqla həqiqəti əks etdirmir. Həmin əmlakın dəyəri hal-hazırda ən azı 200.000 manatdır. Bu səbəbdən də hesab edirik ki, məhkəmə adı çəkilən əmlakın dəyərini müəyyən etmək üçün təkrar ekspertiza təyin etməlidir. Şərh edilənlərlə yanaşı apellyasiya instansiyası məhkəməsinin diqqətinə çatdırmaq istərdik ki, nə birinci instansiya məhkəməsi, nə də mühasibatlıq ekspertizasını həyata keçirən ekspertlər nəzərə almamışlar ki, xx.xx.2011-ci il tarixli, 103.LN.2004.251011.0001 saylı kredit müqaviləsi üzrə “xxxxxxxx” KFT-na 600.000 deyil, cəmi 500.000 manat məbləğində kredit verilmişdir. Müqavilədə kredit məbləği 600.000 göstərilsə də, bank tərəfindən “xxxxxxxx” KFT-nın hesabına 500.000 manat pul vəsaiti keçirilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X7 öz apellyasiya şikayətlərini müdafiə etdi, cavabdeh tərəfin apellyasiya şikayətini qəbul etmədi, öz apellyasiya şikayətlərində göstərilənlərə uyğun məzmunda izahat verərək, iş üzrə keçirilmiş qiymətləndirmə rəyləri üzrə qətnamə qəbul olunmasını xahiş etdi. İş üzrə cavabdehlər “xxxxxxxx” KFT-yə, “X8” FM-nə və X2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Kollegiya iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərini tədqiq edərək hesab edir ki, iddiaçı tərəfin apellyasiya şikayəti təmin edilməli, ipoteka predmetlərinin ilkin satış qiyməti dəyişdirilməli, cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilməli, xx.xx.2011-ci il tarixli, 103.LN.2004.251011.0001 saylı kredit müqaviləsi üzrə də tutmanın cavabdeh X2 məxsus əmlaka yönəldilməsi hissəsində qətnamə ləğv edilməli, həmin hissədə iddia təmin edilməməlidir. Belə ki, işdə olan sübutlar əsasında müəyyən olunur ki, xx.xx.2011-ci il tarixli, 103.LN.2004.251011.0001 saylı kredit müqaviləsinə əsasən İddiaçı tərəfindən cavabdeh “xxxxxxxx” KFT-nə illik 6 faiz ödənilməsi şərti ilə 60 ay müddətinə 600.000 manat məbləğində kredit verilmişdir. Daha sonra xx.xx.2013-cü il tarixli 120.LN.2004.260913.0001 saylı kredit müqaviləsinə əsasən İddiaçı tərəfindən cavabdeh “xxxxxxxx” KFT-nə illik 5 faiz ödənilməsi şərti ilə 84 ay müddətinə 2.100.000 manat məbləğində kredit verilmişdir. xx.xx.2011-ci il tarixli, 103.LN.2004.251011.00001 saylı və xx.xx.2013-cü il tarixli 120.LN.2004.260913.00001 saylı kredit müqavilələri üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün “xxxxxxxx” KFT-nın mülkiyyətində olan Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən 2.2414 ha torpaq sahəsi, Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən 5.9818 ha torpaq sahəsi, “X8” FMin mülkiyyətində olan ünvan 2, 1 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. xx.xx.2013-cü il tarixli 120.LN.2004.260913.0001 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün X1 mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivində xüsusi mülkiyyətdə olan 0.11 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi, 113.31 kv.m-dən ibarət 774 nömrəli bağ evi ipoteka ilə yüklü edilmişdir. İpoteka müqavilələrində Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən 2.2414 ha torpaq sahəsi 900000 manat, Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən 5.9818 ha torpaq sahəsi ******* manat, ünvan 2, 1 saylı mənzil 230000 manat, Sumqayıt şəhəri, Novxanı bağ massivində xüsusi mülkiyyətdə olan 0.11 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi, 113.31 kv.m-dən ibarət 774 nömrəli bağ evi 107000 manat məbləğində qiymətləndirilmişdir. İpoteka predmetləri ilə bağlı yüklülüklər daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. xx.xx.2016-cı il tarixli, 085/NRM nömrəli maliyyə arayışına əsasən xx.xx.2011-ci il tarixli, 103.LN.2004.251011.00001 saylı kredit müqaviləsi üzrə “xxxxxxxx” KFT-nin xx.xx.2016-cı il tarixə cəmi 397.651,35 manat məbləğində borcu yaranmışdır. Bundan 305.800 manat əsas, 61.555,92 manat faiz, 30.295,43 manat cərimə borcudur. xx.xx.2016-cı il tarixli, 084/NRM nömrəli maliyyə arayışına əsasən xx.xx.2013-cü il tarixli, 120.LN.2004.260913.00001 saylı kredit müqaviləsi üzrə “xxxxxxxx” KFT-nin xx.xx.2016-cı il tarixə cəmi 2.246.125 manat məbləğində borcu yaranmışdır. Bundan 2.100.000 manat əsas, 146.125 manat faiz borcudur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 9035 nömrəli ekspert rəyindən görünür ki, borcalan “xxxxxxxx” KFT tərəfindən İddiaçı-dən alınmış kredit vəsaiti üzrə banka ödənilməli olan borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2011-ci il tarixli, 103.LN.2004.251011.0001 saylı kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixə 301.100,42 manat əsas və 24.491,42 manat faiz borcu. xx.xx.2013-cü il tarixli,120.LN.2004.260913.0001 saylı kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixə 2.100.000,00 manat əsas və 146.416,66 manat faiz borcu. Aparılmış ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil edir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2018-ci il tarixli, 147 nömrəli ekspert rəyindən görünür ki, “xxxxxxxx” KFT-nə məxsus Abşeron rayonu, Hökməli qəsəbəsinə yerləşən, 2.2414 ha torpaq sahəsinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan likvid qiyməti qiyməti 3.137.960 manat təşkil edir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2018-ci il tarixli, 147/1 nömrəli ekspert rəyindən görünür ki, “xxxxxxxx” KFT-nə məxsus Abşeron rayonu, Hökməli qəsəbəsinə yerləşən, 5.9818 ha torpaq sahəsinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan likvid qiyməti qiyməti 8.374.520 manat təşkil edir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2018-ci il tarixli, 147/2 nömrəli ekspert rəyindən görünür ki, X2 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində xüsusi mülkiyyətdə olan 0.11 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi, 113.31 kv.mdən ibarət 774 nömrəli bağ evinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan likvid qiyməti qiyməti 120.000 manat təşkil edir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2018-ci il tarixli, 147/3 nömrəli ekspert rəyindən görünür ki, “X8” firmasına məxsus ünvan 1 ünvanında yerləşən, 1 nömrəli mənzilin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan likvid qiyməti qiyməti 500.000 manat təşkil edir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra-MM) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-nin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 445.1-ci maddəsinə əsasən, icram gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-nin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-nin 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayn qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 462.1-ci və 467-ci maddələrinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. Belə ki, işin faktiki hallarından görünür ki, kredit və ipoteka müqavilələri bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borcalan “xxxxxxxx” KFT kredit müqavilələri üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas və faiz borcunu vaxtlı-vaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Bu səbəbdən iddiaçı kredit müqavilələri üzrə borcun ödənilməsini və tutmanın ipoteka müqavilələri üzrə ipoteka predmetlərinə yönəldilməsini tələb etməkdə haqlıdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi maliyyə sənədləri və ekspert rəyinə əsasən iddianı əsas, faiz və cərimə borcu hissələrində qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. MM-nin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. MM-nin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək ücün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini geçikdirirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti acıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini geçikdirildiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora kecməsi barədə razılaşma etibarsızdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tələbin ipoteka predmetlərinə yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılması ilə bağlı hissədə düzgün nəticəyə gəlmişdir. Lakin, X1 mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağmassivində xüsusi mülkiyyətdə olan 0.11 ha torpaq sahəsi və üzərində yerləşən, ümumisahəsi, 113.31 kv.m-dən ibarət 774 nömrəli bağ evixx.xx.2013-cü il tarixli120.LN.2004.260913.0001 saylı kreditmüqaviləsi üzrə öhdəliyin təminatı olduğu halda, məhkəmə xx.xx.2011-ci il tarixli,103.LN.2004.251011.0001 saylı kredit müqaviləsi üzrə də borcun ödənilməsini həmin ipoteka predmetinə yönəltməklə, həmin hissədə düzgün olmayan nəticəyə gəlmişdir. Buna görə də, kollegiya hesab edir ki, qətnamə xx.xx.2011-ci il tarixli, 103.LN.2004.251011.0001 saylı kredit müqaviləsi üzrə də tutmanın cavabdeh X2 məxsus Sumqayıt şəhəri, Novxanı bağmassivində xüsusi mülkiyyətdə olan 0.11 ha torpaq sahəsi və üzərində yerləşən, ümumisahəsi, 113.31 kv.m-dən ibarət 774 nömrəli bağ evinə yönəldilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia təmin edilməməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti bu qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Kollegiya qeyd edir ki, apellyasiya mərhələsində ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün qiymətləndirmə həyata keçirmişdir. Buna görə də, məhkəmə kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərardadı əsasında “Dinar Firması” və “xxxxxxxxxxxxxxxxxxxxxx”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx“Dinar Firması”-nın xx.xx.2020-ci il tarixli, 29 saylı rəyinə əsasən Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən 2.2414ha torpaq sahəsinin bazar dəyəri 840800 manat,Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən5.9818 ha torpaq sahəsinin bazar dəyəri ******* manat, Bakı şəhəri,Nəsimi rayonu, Ənvər Qasımzadə küçəsi, ev 72, 1 saylı mənzilin bazar dəyəri 300000 manat, Sumqayıt şəhəri, Novxanı bağmassivində xüsusi mülkiyyətdə olan 0.11 ha torpaq sahəsi və üzərində yerləşən, ümumisahəsi, 113.31 kv.m-dən ibarət 774 nömrəli bağ evinin bazar dəyəri 107000 manat təşkil edir. Cəmi bazar dəyəri ******* manat təşkil edir. “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, QXM/283M saylı rəyinə əsasən Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən 2.2414ha torpaq sahəsinin bazar dəyəri 828800 manat,Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən5.9818 ha torpaq sahəsinin bazar dəyəri ******* manat, Bakı şəhəri,Nəsimi rayonu, Ənvər Qasımzadə küçəsi, ev 72, 1 saylı mənzilin bazar dəyəri 300000 manat, Sumqayıt şəhəri, Novxanı bağmassivində xüsusi mülkiyyətdə olan 0.11 ha torpaq sahəsi və üzərində yerləşən, ümumisahəsi, 113.31 kv.m-dən ibarət 774 nömrəli bağ evinin bazar dəyəri 107000 manat təşkil edir. Cəmi bazar dəyəri ******* manat təşkil edir. Həmin rəylərdən görünür ki, müxtəlif qiymətləndiricilər tərəfindən əmlakların müəyyən edilmiş bazar dəyərləri bir-birinə uyğundur. Kollegiya hesab edir ki, qiymətləndirmə ilə bağlı rəylər kifayət qədər əsaslandırılmış, əmlakların mövcud bazar dəyəri kifayət qədər aparılmış araşdırmalar nəticəsində müəyyən olunmuşdur. Göründüyü kimi, iddiaçı tərəfin ipoteka predmetlərinin ilkin satış qiymətlərinin şişirdilməsi ilə bağlı dəlili məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından, cavabdeh tərəfin isə ipoteka predmetlərinin dəyərinin yuxarı olması ilə bağlı dəlilləri öz təsdiqini tapmadığından və cavabdeh tərəf bununla bağlı qiymətləndirmə rəylərini təkzib edən heç bir sübut təqdim etmədiyindən, qətnamə ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən 2.2414ha torpaq sahəsinin bazar dəyəri 840000 manat,Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən5.9818 ha torpaq sahəsinin bazar dəyəri ******* manat, Bakı şəhəri,Nəsimi rayonu, Ənvər Qasımzadə küçəsi, ev 72, 1 saylı mənzilin bazar dəyəri 300000 manat, Sumqayıt şəhəri, Novxanı bağmassivində xüsusi mülkiyyətdə olan 0.11 ha torpaq sahəsi və üzərində yerləşən, ümumisahəsi, 113.31 kv.m-dən ibarət 774 nömrəli bağ evinin bazar dəyəri 107000 manat müəyyən edilməlidir. “İpoteka haqqında” Qanunun 59.3.2-ci maddəsinə əsasən ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olduqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ipoteka predmetləri açıq hərracdan satıldıqdan sonar ən geci 1 (bir) ay ərzində cavabdehlər həmin daşınmaz əmlaklardan çıxmadığı təqdirdə, onların məcburi qaydada çıxarılmaları ilə bağlı düzgün nəticəyə gəlmişdir. Kollegiya cavabdeh tərəfin apellyasiya şikayətinin aidiyyatla bağlı dəlilinə qiymət verərək qeyd edir ki, artıq qeyd olunan məsələ ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2016-cı il tarixdə qərardad qəbul edilmiş, cavabdeh “xxxxxxxx” KFT tərəfindən həmin qərardaddan verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı “xxxxxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-4/2019 saylı qətnaməsi ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən 2.2414ha torpaq sahəsinin bazar dəyəri 840000 (səkkiz yüz qırx min) manat,Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən5.9818 ha torpaq sahəsinin bazar dəyəri ******* (iki milyon iki yüz əlli min) manat, Bakı şəhəri,Nəsimi rayonu, Ənvər Qasımzadə küçəsi, ev 72, 1 saylı mənzilin bazar dəyəri 300000 (üç yüz min) manat, Sumqayıt şəhəri, Novxanı bağmassivində xüsusi mülkiyyətdə olan 0.11 ha torpaq sahəsi və üzərində yerləşən, ümumisahəsi, 113.31 kv.m-dən ibarət 774 nömrəli bağ evinin bazar dəyəri 107000 (yüz yeddi min) manat müəyyən edilsin. Cavabdehlər X3 və “xxxxxxxx” KFT tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-4/2019 saylı qətnaməsi xx.xx.2011-ci il tarixli, 103.LN.2004.251011.0001 saylı kredit müqaviləsi üzrə tutmanın cavabdeh X2 məxsus Sumqayıt şəhəri, Novxanı bağmassivində xüsusi mülkiyyətdə olan 0.11 ha torpaq sahəsi və üzərində yerləşən, ümumisahəsi, 113.31 kv.m-dən ibarət 774 nömrəli bağ evinə yönəldilməsi hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi xx.xx.2011-ci il tarixli, 103.LN.2004.251011.0001 saylı kredit müqaviləsi üzrə tutmanın cavabdeh X2 məxsus Sumqayıt şəhəri, Novxanı bağmassivində xüsusi mülkiyyətdə olan 0.11 ha torpaq sahəsi və üzərində yerləşən, ümumisahəsi, 113.31 kv.m-dən ibarət 774 nömrəli bağ evinə yönəldilməsi hissəsində təmin edilməsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Vüqar Həsənov Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-409/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-409/2020
04.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver