Məhkəmə qərarları › İş №2(103)-4096/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4096/2022

28.07.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4096/2022 28.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Yusifov Cahangir Afər oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Yavər oğlu, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X13, Müstəqil tələb irəli sürən üçüncü şəxs X2 iştirakı ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3123/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC və üçüncü şəxs İ.Bədəlova tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Cavabdeh2 MMC-yə ("xxxx" MMC) qarşı (Qusar rayon icra və probasiya şöbəsi, Əmlak Məsələləri dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi, X11 və X8 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Qiymətləndirmə Xidməti Mərkəzi" MMC-nin QXM/2689 nömrəli, xx.xx.2020-ci il tarixli məktubuna əsasən Qusar şəhəri Ləzgi Nemət küçəsində 4 sot torpaqda yerləşən 1 otaqlı 233 A saylı fərdi yaşayış evi bazar dəyərinə uyğun olaraq 16000 (on altı min) manat müəyyən edilməsi barədə qiymətləndirməsinin etibarsız hesab edilməsi, “X10" MMC-nin hərrac təşkilatının xx.xx.2020-ci il tarixli “Hərracın yekunları barədə protokol № 51" nömrəli hərracın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbləri dəqiqləşdirilmişdir). Müstəqil tələb irəli sürən üçüncü şəxs X8 xx.xx.2021-ci il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə cavabdehlər İddiaçı, X3, Qusar rayon icra və probasiya şöbəsinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi cəlb edilməklə) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X12, İddiaçı arasında ünvan 1 ünvanında yerləşən fərdi- yaşayış evinin 23 iyul 2011-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-3123/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh1 MMC-nin xx.xx.2020-ci il tarixli qiymətləndirmə rəyi və «X10” MMC-nin ("xxxx" MMC) 51 saylı, xx.xx.2020-ci il tarixli hərracın yekunları haqqında protokolu etibarsız hesab edilmiş, müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdehlər İddiaçı, X3, Qusar rayon icra və probasiya şöbəsinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi cəlb edilməklə) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Həmin qətnamədən cavabdeh MMC apellyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Odur ki, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin qətnamədən müstəqil tələb irəli sürən üçüncü şəxs İ.Bədəlova apellyasiya şikayəti vermiş və şikayətinin dəlili ondan ibarətdir ki, cavabdehlər X12, İddiaçı arasında ünvan 1 ünvanında yerləşən fərdi- yaşayış evinin 23 iyul 2011-ci il tarixli alqı-satqı müqaviləsi görünüş üçün bağlanmışdır, əgər belə olmasa idi E.Bədəlov ərizə yazaraq borcun həmin əmlaka yönəlməsini xahiş etməzdi. Daşınmaz əmlak İddiaçı adına bu günə kimi rəsmiləşdirilməmişdir. Odur ki, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdeh MMC-nin nümayəndəsi Z.Avdiyeva apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürən üçüncü şəxs İ.Bədəlova apellyasiya şikayətinin və cavabdehin apellyasiya şikayətinin müdafiə edərək təmin edilməsini xahiş etdi və göstərdi ki, keçmiş əri illərdir ki məhkəmə qətnaməsinin icra etməmiş,onun indiyədək 26.000 manat ödənilməmiş aliment borcu yöğılıb qalmış, nəhayət icraçılar onun adına olan mənzili hərraca çıxarmış və ona təklif olunmuş, o da təklifi qəbul etmiş, lakin sonradan məlum olmuşdur ki, keçmiş əri onu və icra qurumunu da aldatmış, icra qurumuna ərizə yazaraq borcunun ona məxsus həmin mənzilə yönəldilməsinin xahiş etmiş, ancaq həqiqətdə həmin mənzili başqa adama satmışdır, İ.bədəlova əvvəllər həmin yerdə 11 kv metrdən ibarət kiçik daxma olduğunu, evin 2011-ci ildən İddiaçı satıldığını, daha sonra onun orada yeni ev inşa etdiyini, Ə. Bəyovun ailə üzvləri ilə elə 2011-ci ildən həmin evdə yaşadığını təsdiq etdi, lakin bu gün də evi öz adına rəsmiləşdirmədiyini qeyd etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətləri ilə razılaşmayaraq şikayətlərin əsassız olduğunu bildirdi, qeyd etdi ki, borcun ödənilməsinə görə borcluya yox, faktiki olaraq üçüncü şəxsə məxsus olan ev hərraca çıxarılmışdır. Belə ki, xx.xx.2011-ci il tarixdə Qusar rayon dövlət notariat kontorunda bağlanmış AN- İ № ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 2 ünvanda 4 sot torpaqda yerləşən 1 otaqlı, ümumi sahəsi 11 kv.m olan fərdi yaşayış evi X12 tərəfindən İddiaçı adına özkəninkiləşdirilmişdir. Həmin yaşayış evi və həyətyanı sahəsi xx.xx.2011-ci il tarixindən faktiki olaraq İddiaçı və ailə üzvlərinin istifadəsində və sahibliyindədir, eyni zamanda bütün komunal xidmətlər də İddiaçı adına qeydiyyata alınmaqla, onun tərəfindən ödənilməkdədir (sənədlərin surəti iş materiallarına əlavə edilib). Qusar RİHB-nın Aparatının xx.xx.2011-ci il tarixli icazə məktubuna əsasən İddiaçı tərəfindən 11 kv.m olan fərdi yaşayış evi sökülərək həmin ünvanda təxminən 150 kv.m sahəsi olan yeni fərdi yaşayış evi inşa olunmuş və hazırda da ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. Bundan əlavə, həm cavabdehin, həm də üçüncü şəxsin apellyasiya şikayətlərində qeyd etdiyi E.Bədəlovun özünün alimentə görə borcun həmin əmlaka yönəldilməsi barədə ərizəni yazması barədə dəlilinə münasibətdə qeyd etdi ki, borclunun qeyd edilən ərizəsi tələbin üçüncü şəxsə məxsus olan əmlaka yönəldilməsinə əsas verə bilməz. Bundan başqa, həmin ərizə ilə bağlı hazırda cinayət təqibi aparılır. Göstərilənlərə əsasən apellyasiya şikayətlərinin tamamilə əsassız olduğunu bildirdi və təmin edilməməsini xahiş etdi. Məhkəmə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Mülki iş materiallarında olan məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş Qusar Rayon Notariat Ofisinin X-1046 saylı, 25 sentyabr 2021-ci il tarixli məktubundan görünür ki, X12 ilə İddiaçı arasında bağlanmış AN-İ ******* saylı, xx.xx.2011-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinə əsasən, Satıcı AR ƏMDK yanında DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixində verilmiş 5/1490 nömrəli arayışa əsasən ünvan 3ünvanında yerləşən 0.04 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evini Alıcının mülkiyyətinə verir. Satılan fərdi yaşayış evi AR Qusar Rayon Şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixində verilmiş JN-431F KOD 30101004 olan torpağa mülkiyyət hüququna dair şəhadətnaməyə əsasən və Qusar rayon Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli 826 nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən üzərindəki fərdi yaşayış evi Satıcıya məxsusdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qusar rayon icra və probasiya şöbəsinin 06 sentyabr 2021-ci il tarixli, 119/2021 saylı məktubundan görünür ki, Sizin 274 nömrəli, 16 aprel 2021-ci il tarixli sorğunuza cavab olaraq bildiririk ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin MƏ-493/01 saylı xx.xx.2001-ci il tarixli icra sənədi üzrə borclu X4 3 yetkinlik yaşına çatmamış uşağın saxlanılması üçün hər ay qazancının ½ hissəsi miqdarda aliment alınıb Bədəlova llhamə Abdulla qızına verilməlidir. Borclunun tələbkara 26000(iyirmi altı min) manat aliment borcu yaranmışdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 8(004)- 799/2019 saylı xx.xx.2019- cu il tarixli qərardada əsasən X7 məxsus Qusar şeheri Lozgi Nemət küçəsində 4 sot torpaqda yerləşən 1 otaqlı 233 A saylı fərdi yaşayış evinin üzərinə həbs qoyulmuşdur və qeyd olunan qərar icra olunması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə göndərilmişdir. Cavabdeh1 MMC-nin QXM/2689 nömrəli,xx.xx.2020-ci il tarixli məktubuna əsasən Qusar şeheri Lozgi Nemət küçəsində 4 sot torpaqda yerləşən 1 otaqlı 233 A saylı fərdi yaşayış evi bazar dəyərinə uyğun olaraq 16000(on altı min) manat müəyyən edilmişdir. 27 avqust 2020-ci tarixdə “X10" tərəfindən keçirilən hərracda Bədəlova llhamə Abdulla qızı X7 məxsus Qusar şəhəri Ləzgi Nemət küçəsində 4 sot torpaqda yerləşən 1 otaqlı 233 A saylı fərdi yaşayış evini 16000(on altı min) manata almışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış almaq üçün müddət keçdiyindən, Bədəlova llhamə Abdulla qızı Qusar şəhəri Ləzgi Nemət küçəsində 4 sot torpaqda yerləşən 1 otaqlı 233 A saylı fərdi yaşayış evini öz adına rəsmiləşdirilməsi üçün Qusar Rayon Məhkəməsinə müraciət etmişdir. Mülki iş materiallarında olan xx.xx.2020-ci il tarixli, QXM/2689 saylı Cavabdeh1 MMC-nin Qusar rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış məktubuna əsasən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin MƏ-493/01 saylı, xx.xx.2001-ci il tarixli icra sənədi ilə əlaqədar Qusar rayon icra və probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli Qərarı və 1394/2020 saylı xx.xx.2020-ci il tarixli müraciətinə əsasən təqdim etdiyiniz sənədlər və qiymətləndirmə obyektinə aid məlumatlarınızı nəzərə alaraq Qusar şəhəri Ləzgi Nemət küçəsində 4 sot torpaqda yerləşən 1 otaqlı 233 A saylı fərdi yaşayış evi bazar dəyərinə uyğun qiymətləndirilmiş və xx.xx.2020-ci il tarixə bazar dəyəri 16000 manat müəyyən edilmişdir. Cavabdeh2 MMC-nin 51 saylı xx.xx.2020-ci il tarixli Hərracın yekunları Barədə Protokolunun surətindən görünür ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 8(004)-799/2019 saylı icra vərəqəsi və Qusar rayon icra və probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli sifariş məktubuna əsasən, X7 məxsus Qusar şəhəri Ləzgi Nemət küçəsində 4 sot torpaqda yerləşən 1 otaqlı 233 A saylı fərdi yaşayış evinin tam dəyəri 16000 manat olmaqla tələbkar X1. Cavabdeh2 MMC ilə X8 arasında bağlanmış xx.xx.2020-ci il tarixli Müqavilənin surətindən görünür ki, Sifarişçi Qusar şəhəri Ləzgi Nemət küçəsində 4 sot torpaqda yerləşən 1 otaqlı 233 A saylı fərdi yaşayış evini Alıcının tam mülkiyyətinə (təsdiq olunmuş 51 saylı, xx.xx.2020-ci il tarixli hərracın yekun protokoluna əsasən) verməyi, “Alıcı” isə həmin daşınmaz əmlakı alıb dəyərini tam ödəməyi öz öhdəsinə götürür. Qusar RİHB Aparatının Memarlıq və Tikinti Şöbəsinin xx.xx.2011-ci il tarixli Qusar şəhəri L.Nemət küçəsində yerləşən fərdi yaşayış evinin tikintisi üzrə işlərin aparılmasına İcazənin surətindən görünür ki, Qusar RİHB Aparatının Memarlıq və Tikinti şöbəsi vətəndaş İddiaçı Qusar rayon Dövlət notariat kontorunun 23 iyul 2011-ci il tarixli AN-İ №0256626 saylı Daşınmaz Əmlakın AlqıSatqı müqaviləsinə əsasən Qusar şəhərinin L.Nemət küçəsində satın aldığı 400 kv m. torpaq sahəsində razılaşdırılmış layihə əsasında fərdi yaşayış evinin tikintisinə icazə verir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 8(004)-799/2019 saylı qərardadına əsasən, təqdimat təmin edilərək X7 məxsus Qusar şəhəri Ləzgi Nemət küçəsində 4 sot torpaqda yerləşən 1 otaqlı 233 A saylı fərdi yaşayış evininin üzərinə həbs qoyulmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 12 iyul 2021-ci il tarixli məhkəmə sorğusuna alınmış cavab məktubundan görünür ki, Sizin ünvan 6 saylı mənzilin kimin mülkiyyətində və .stifadəsində olması barədə məlumatı (ilkin olaraq kimin mülkiyyətində olub, hl-hazırda kimin mülkiyyətində) və bunu təsdiq edən sənədlərin təsdiq edilmiş surətlərinin verilməsi iə bağlı 01 iyul 2021-ci il tarixli, 2(005)-3123/202l nömrəli məktubunuza Daşınmaz Dmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsində baxılmışdır. Bununla bağlı bildiririk ki, ünvan 6 ünvanında Ncrləşən mənzil Qusar rayon Tİ və Ml İQ idarəsi tərəfindən verilmiş 09.0G.2003-cü il tarixli. 826 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən X6 adına qeydə alınmışdır. Qeyd edirik ki, yuxarıda qeyd olunan fərdi yaşayış evinə X12 alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün dövlət reyestrindən xx.xx.2011-ci il tarixli, 5/1490 nömrəli məhdudiyyət (yüklülük) haqqında arayış almış, lakin həmin əmlakın özgəninkiləşdirilməsi barədə heç bir məlumat qeydə alınmamışdır. Həmin fərdi yaşayış evinə məxsus arxiv sənədlərinin təsdiq olunmuş surətlərini sizə göndəririk. Hüquqi əsaslandırma: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdeh "xxxx" MMC və üçüncü şəxs İ.Bədəlova tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Cavabdeh2 MMC-nin ("xxxx" MMC) nümayəndəsi iddia tələbinə etiraz edərək hərrac təşkilatı tərəfindən hərracın keçirilməsi qaydalarına əməl edildiyini, bu səbəbdən də iddianın əsassız olduğunu bildirir, müstəqil tələb irəli sürən üçüncü şəxs X8 cavabdehlər X12 ilə İddiaçı arasında 23 iyul 2011-ci il tarixdə bağlanmış fərdi yaşayış evinin alqı-satqı müqaviləsi evi əmlak bölgüsündən kənarda saxlamaq və gizlətmək məqsədi daşıdığını, borclu X6 alqı-satqını gizli aparması, eləcə də alqı-satqı aparsa da, onun iradəsini ifadə etmədiyini bildirərək, evin Bədəlova İlhaməyə aliment borcu əvəzinə verməsini qəbul etməsi mübahisələndirilən müqavilənin formal olmasını bildirir. Cavabdeh2 MMC-nin 51 saylı xx.xx.2020-ci il tarixli Hərracın yekunları Barədə Protokolunun surətindən görünür ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 8(004)- 799/2019 saylı icra vərəqəsi və Qusar rayon icra və probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli sifariş məktubuna əsasən, X7 məxsus Qusar şəhəri Ləzgi Nemət küçəsində 4 sot torpaqda yerləşən 1 otaqlı 233 A saylı fərdi yaşayış evinin tam dəyəri 16000 manat olmaqla tələbkar X1. Hazırkı halda X12 ilə İddiaçı arasında bağlanmış AN-İ ******* saylı, xx.xx.2011-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, ünvan 3 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin İddiaçı satılması, iddiaçının həmin ünvanda Qusar RİHB Aparatının Memarlıq və Tikinti Şöbəsinin xx.xx.2011-ci il tarixli razılaşdırılmış layihəsi əsasında fərdi yaşayış evi inşa edərək orada ailə üzvləri ilə yaşaması hazırkı işin mübahisəsiz halı kimi müəyyən edilmişdir. Belə olan halda məlum olur ki, borclu E.Bədəlovun aliment borcuna görə tələb borcluya yox, üçüncü şəxsə məxsus olan əmlaka yönəlmişdir. Halbuki “İcra haqqında” Azərbaycan Respublikasinin Qanununun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən, sahiblik hüququ - əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. MM-in 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. MM-in 415.4-cü maddəsinə əsasən, hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir. MM-in 415.5-ci maddəsinə əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. MM-in 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsinə uyğun olaraq hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Məcəllənin 337.1-ci maddəsinə əsasən Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Beləliklə, araşdırmalar nəticəsində məlum olur ki, borclu E.Bədəlovun borcuna görə tələb alqı-satqı müqaviləsinə əsasən üçüncü şəxs İddiaçı məxsus olan yaşayış evinə yönəlmişdir. Həmçinin iddiaçı tərəfindən Qusar RİHB Aparatının Memarlıq və Tikinti Şöbəsinin xx.xx.2011-ci il tarixli Qusar şəhəri L.Nemət küçəsində yerləşən fərdi yaşayış evinin tikintisi üzrə işlərin aparılmasına icazə əsasında yeni fərdi yaşayış evi inşa edilmişdir. Məhkəmə kollegiyasının iclasında İ.Bədələova da əvvəllər orada 11 kv. metrlik ev olduğunu, 2011-ci ildə İddiaçı həmin torpaq sahəsini üzərindəki yaşayış evi ilə satın almasını və yeni ev inşa edərək orada ailə üzvləri ilə yaşamağını təsdiq etmişdir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). Kollegiya müstəqil tələb irəli sürən üçüncü şəxsin alqı-satqı müqaviləsinin etibarsız sayılması dəlili ilə bağlı bildirir ki, iddiaçı ilə X12 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi əsaslar müəyyən edilməmişdir. Bundan başqa müstəqil tələb irəli sürən üçüncü şəxs İ.Bədəlova rayon məhkəməsində həmin əmlakın birgə nikah dövründə əldə edilmədiyini bildirmiş, həminin məhkəmə sorğusuna əldə edilmiş notariusun cavab məktubundakı sənədlərdən müəyyən olunmuşdur ki, mübahisəli alqı-satqı müqaviləsi bağlanarkən, E.Bədəlovun rəsmi nikahda olduğu arvadı X9 tərəfindən mübahisəli daşınmaz əmlakın özgəninkiləşdirilməsinə razılıq verilmişdir. Göründüyü kimi, rayon məhkəməsi hərracın etibarsız hesab edilməsi ilə bağlı iş üzrə düzgün nəticəyə gəlmişdir. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bəraqərar edildiyi də aydın görünməlidir”. Beləliklə, Kollegiya qeyd edir ki, apellyasiya şikayətləri əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə mahiyyət etibarı ilə düzgün hüquqi nəticəyə gələrək, hərracın etibarsız hesab edilməsi barədə iddianı təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətlərinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayətlər təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayətləri vermiş tərəflərin özlərinə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh "xxxx" MMC və müstəqil tələb irəli sürən üçüncü şəxs X8 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Nərimanov Rayon Məhkəməsinin 2(005)-3123/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi onların apellyasiya şikayətlərinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Cahangir Yusifov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar