Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-411/2022 15.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, İddiaçı1 (eyni zamanda iddiaçılar İddiaçı2 və İddiaçı3 nümayəndəsi) iştirakı ilə Birgə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh Məjməddin qızına və qeyrilərinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması və miras əmlakda payların müəyyən olunması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli 2(008)-4211/2021 saylı qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Birgə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh Məjməddin qızına qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və miras əmlakda payların müəyyən olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X8 vəfatından sonra miras qalmış Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi R.Qəmbərov küçəsində yerləşən 18 saylı evin 24 saylı mənzilinə dair Cavabdeh Məjməddin qızının adına Bakı şəhəri 16 saylı notariat ofisi tərəfindən verilmiş 12 yanvar 2017-ci il tarixli 2v-6 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında qeyd olunan mənzilə dair cavabdehin adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və miras əmlakda onların paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 mərhum əri X14 25 iyun 2016-ci ildə vəfat etdikdən sonra Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi R.Qəmbərov küçəsində yerləşən 18 saylı evin 24 saylı mənzili miras qalmışdır. Miras Bakı şəhəri 16 saylı notariat ofisində açılmışdır. Vərəsəliyin qəbulu zamanı mərhumun birinci nikahından olan Cavabdeh iddiaçılardan miras əmlakı öz adına keçirmələrini istəmiş, bunun əvəzində onlara ayrıca mənzil alacağını bildirmişdir. Onlar da cavabdehə inanaraq miras əmlakdan onun xeyrinə imtina etmişlər. Bundan sonra cavabdeh miras əmlaka dair öz adına şəhadətnamə, sonra isə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Uzun müddət keçməsinə baxmayaraq, cavabdeh onlara mənzil almamış, onları aldadıb qaçıb getmişdir. İddiaçıların hər üçü uşaqlıqdan 3-cü qrup əlildirlər. İddiaçı3 və İddiaçı2 əqli inkişafdan geri qaldıqlarından 3 saylı yardımçı məktəbdə oxumuşlar. Cavabdeh onların əqli cəhətdən xəstə olmalarından sui-istifadə edərək onları aldatmışdır. Ona görə də hesab edirlər ki, notarius tərəfindən verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv olunmalı və miras əmlakda payları müəyyən olunmalıdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli 2(008)- 4211/2021 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçılar apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçı (eyni zamanda digər iddiaçıların nümayəndəsi) İddiaçı1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh Məjməddin qızı və apellyasiya icraatı zamanı cavabdeh qismində cəlb olunmuş X10 və X4, habelə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri 16 saylı Notariat ofisi və DƏDRX-in 1 saylı Bakı şəhər Ərazi İdarəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli 2(008)-4211/2021 saylı qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri 3 saylı yardımçı məktəb tərəfindən verilmiş 20 oktyabr 2006-cı il tarixli 228 və 229 saylı arayışların surətlərindən görünür ki, İddiaçı2 və İddiaçı3 həmin məktəbdə təhsil almışlar. Bakı şəhəri 11 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş 26 dekabr 2019-cu il tarixli 514 saylı arayışların surətlərindən görünür ki, İddiaçı2 və İddiaçı3 2007-ci ildən “debillik dərəcəsində kəmağıllılıq nitq və davranış pozuntuları” diaqnozu ilə həmin poliklinikada psixiatrın qeydiyyatındadırlar. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri ürzə qeydiyyat haqqında 03 may 2021-ci il tarixli ******* saylı arayışdan görünür ki, İddiaçı1, İddiaçı2, İddiaçı3, Cavabdeh Məjməddin qızı və digərləri ünvan 1 ünvanında qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 iyun 2019-cu il tarixli 2(008)- 3972/2019 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı1 cavabdehlər Cavabdeh Məjməddin qızına və ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan vərəsəliklə bağlı notariat işindən görünür ki, Bakı şəhəri 16 saylı notariat kontorunda təsdiq olunmuş 04 fevral 2011-ci il tarixli vəsiyyətnamə ilə ünvan 1 ünvanında yaşayan X14 ona məxsus olan bütün əmlakını Cavabdeh Məjməddin qızına vəsiyyət etmişdir. X14 25 iyun 2016-cı il tarixdə ölmüşdür. Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi R.Qəmbərov küçəsində yerləşən 18 saylı evin 24 saylı mənzili üzərində X8 mülkiyyət hüququ 12 aprel 1994-cü ildə qeydə alınmış və ona mülkiyyət hüquqlarının qeydiyyatına dair vəsiqə verilmişdir. Cavabdeh Məjməddin qızı 03 avqust 2016-cı il tarixdə ərizə ilə Bakı şəhəri 16 saylı notariat kontoruna müraciət edərək mərhum atası X6 miras qalmış əmlaka dair vərəsəlik haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. 12 yanvar 2017-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 25 iyun 2016-cı il tarixdə ölmüş X8 vərəsəsi Cavabdeh Məjməddin qızı atasından miras qalmış Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi R.Qəmbərov küçəsində yerləşən 18 saylı evin 24 saylı mənzildən 10/12 hissədə pay almış, mirasın 2/12 hissəsi açıq saxlanılmışdır. X14 ilə X15 19.10.1991-ci ildə rəsmi nikaha daxil olmuşlar. X8 övladlarından biri X3 03.04.2009-cu il tarixdə ölmüşdür. xx.xx.1994-cü il təvəllüdlü İddiaçı2 və xx.xx.1991-ci il təvəllüdlü İddiaçı3 X8 və İddiaçı1 birgə nikahından doğulmuşlar. İddiaçı2 və İddiaçı3 30.07.2016-cı il tarixdə Bakı şəhəri 16 saylı notariat kontoruna ərizə ilə müraciət edərək 25.06.2016-cı il tarixdə vəfat etmiş ataları X6 miras qalmış onlara çatası vərəsəlik payından bacıları Cavabdeh Məjməddin qızının xeyrinə imtina etdiklərini bildirmişlər. 10 aprel 2021-ci il tarixdə X11 və X2 hər birinə onların müraciəti əsasında ataları X6 miras qalmış Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi R.Qəmbərov küçəsində yerləşən 18 saylı evin 24 saylı mənzilin 1/12 hissəsinə məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi R.Qəmbərov küçəsində yerləşən 18 saylı evin 24 saylı mənzilinin 10/12 hissəsi Cavabdeh Məjməddin qızının, 1/12 hissəsi X2, 1/12 hissəsi X5 adına ümumi paylı mülkiyyət kimi qeydə alınmışdır. İş materiallarından görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11.12.2017-ci il tarixli 2(008)-8861/2017 saylı qətnaməsinə əsasən xx.xx.1994-cü il təvəllüdlü İddiaçı2 və xx.xx.1991-ci il təvəllüdlü İddiaçı3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişlər. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının 04 fevral 2020-ci il tarixli 25 saylı sərəncamı ilə İddiaçı1 xx.xx.1994-cü il təvəllüdlü İddiaçı2 və xx.xx.1991-ci il təvəllüdlü İddiaçı3 üzərində qəyyum təyin edilmişdir. Apellyasiya icraatı zamanı keçirilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının 24 yanvar 2022-ci il tarixli 179 və 180 saylı rəylərindən görünür ki, İddiaçı3 onda müəyyən edilən kəskin debillik dərəcəsində oliqofreniya formasında kəmağıllıq ilə əlaqədar 25 iyun 2016-cı il tarixdə miras əmlakdan Cavabdeh xeyrinə imtina edərkən fəaliyyət qabiliyyətli olmamışdır. İddiaçı2 onda aşkar edilən kəskin debillik dərəcəsində oliqofreniya, davranış pozuntuları ilə formasında kəmağıllıq ilə əlaqədar 25 iyun 2016-cı il tarixdə miras əmlakdan Cavabdeh xeyrinə imtina edərkən fəaliyyət qabiliyyətli olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.4-cü maddəsinə əsasən, on dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi iddiaçılar İddiaçı2 və İddiaçı3 fəaliyyət qabiliyyətli olmayan hesab edilmələrini bildiyi halda, digər iddiaçı olan onların qəyyumu İddiaçı1 onların qanuni nümayəndəsi qismində tanımamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3-cü maddəsinə görə əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 342.1-ci maddəsinə görə psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin bağladığı əqd etibarsızdır. Belə əqdin tərəflərindən hər biri aldıqlarının hamısını digər tərəfə eyni ilə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla ödəməlidir. Bundan başqa, əgər fəaliyyət qabiliyyətli tərəf digər tərəfin fəaliyyət qabiliyyəti olmadığını bilirdisə və ya bilməli idisə, ona dəymiş real zərərin əvəzini də ödəməlidir. İş materiallarından görünür ki, İddiaçı2 və İddiaçı3 25 iyun 2016-cı il tarixdə miras əmlakdan bacıları Cavabdeh xeyrinə imtina edərkən fəaliyyət qabiliyyətli olmamışlar. Buna görə də onların miras əmlakdan imtina barədə ərizələri etibarsız sayılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1193.Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1196. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1272. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. İşin faktiki hallarından görünür ki, İddiaçı1, İddiaçı2 və İddiaçı3 Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi R.Qəmbərov küçəsində yerləşən 18 saylı evin 24 saylı mənzili miras əmlak kimi faktiki qəbul etmişlər. X14 notarial qaydada təsdiq olunmuş vəsiyyətnamə ilə özünə məxsus olan bütün əmlakı Cavabdeh Məjməddin qızına vəsiyyət etsə də, vəsiyyətnamənin məzmunundan asılı olmayaraq İddiaçı1, İddiaçı2 və İddiaçı3 həmin əmlakda məcburi payları olmuşdur. Həmin pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil edir. İş materiallarından görünür ki, X8 öldüyü məqamda sağ olmuş birinci dərəcəli vərəsələri aşağıdakılar olmuşlar : İddiaçı1, Cavabdeh Məjməddin qızı, İddiaçı3, İddiaçı2, X10 və X4. Miras qalmış Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi R.Qəmbərov küçəsində yerləşən 18 saylı evin 24 saylı mənzil üzərində X8 mülkiyyət hüququ 1994-cü ildə qeydə alınsa da, İddiaçı1 izahatına görə mənzil onların nikaha daxil olduğu vaxtdan əvvəlki dövrdə əldə olunmuş və dövlət mənzil fonduna aid olan mənzilin özəlləşməsi nəticəsində Məjməddin Hüseynova mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsi verilmişdir. Vəsiyyətnamə olmasaydı, M.Hüseynovun ölümündən sonra sağ olan birinci dərəcəli vərəsələrinə həmin əmlakdan 1/6 hissədə pay çatmalı idi. Miras qoyan vəsiyyətnamə qoyduğuna görə birinci dərəcəli vərəsələrə miras əmlakdan məcburi pay kimi 1/12 hissədə pay çatır. İddiaçı1 Bakı şəhəri 16 saylı notariat kontoruna verdiyi 30.07.2016-cı il tarixli ərizə ilə miras əmlakdan ona çatası paydan Cavabdeh Məjməddin qızının xeyrinə imtina etmişdir. İddiaçı1 həmin ərizəni aldanma nəticəsində verdiyini bildirsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmiş, ərizə verərkən öz hərəkətlərinin faktiki xarakterini dərk etmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1272-ci maddəsinə əsasən, o, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə açmaq üçün qanunla müəyyən olunmuş iki aylıq müddəti buraxmışdır. İş materiallarından göründüyü kimi, miras əmlakda Cavabdeh Məjməddin qızının payı İddiaçı3 və İddiaçı2 onlara çatası 1/12 hissədə məcburi paydan imtina etmələri hesabına artmışdır. Məhkəmə kollegiyası hesab edir ki, X6 miras qalmış əmlakda İddiaçı3 və İddiaçı2 hər birinin 1/12 hissədə payları müəyyən edilməli, Cavabdeh Məjməddin qızının həmin əmlakda payı azaldılaraq 8/12 hissədə müəyyən edilməlidir. İddiaçı1 vərəsəlik şəhadətnaməsini mübahisələndirmək üçün qanunla müəyyən edilmiş 2 aylıq kəsici müddəti buraxdığından, vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və miras əmlakda payların müəyyən edilməsi barədə onun iddiası təmin oluna bilməz. Cavabdeh adına verilmiş həmin mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə bundan əvvəl İddiaçı1 tərəfindən məhkəmədə iddia qaldırıldığından və iddianın təmin olunmaması barədə qüvvədə olan məhkəmə qərarı olduğundan, bu hissədə mülki işin icraatına xitam verilməsi nəzərə alınmalıdır. Nəticə etibarilə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən maddi və prosessual hüquq normalarını pozmuş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Həmin Məcəllənin 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 388-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli 2(008)- 4211/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. X1 miras qalmış Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi R.Qəmbərov küçəsində yerləşən 18 saylı evin 24 saylı mənzilinə dair Cavabdeh adına Bakı şəhəri 16 saylı notariat ofisi tərəfindən verilmiş 12 yanvar 2017-ci il tarixli 2v-6 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qismən etibarsız hesab edilsin. Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi R.Qəmbərov küçəsində yerləşən 18 saylı evin 24 saylı mənzilinin 1/12 hissəsinə İddiaçı3 və 1/12 hissəsinə İddiaçı2 vərəsəlik payları müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-411/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-411/2022
15.03.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver