Məhkəmə qərarları › İş №2(103)-4125/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4125/2025

22.01.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4125/2025 22.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və LPO "xxxx" ASC-nə qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi (vindikasiya iddiası) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X6 ibarət tərkibdə, Məhkəmə iclas katibi Cəfərli Pəri İlham qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh1, Müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nın X2 Consulting Company MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-nın X2 Consulting Company MMCyə qarşı “əmlakın qaytarılması və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3521/2024 saylı 19 sentyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 22 yanvar 2026-cı il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. “Mercedes Benz C240” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6162/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən "xxxx" ASC-nın iddia tələbi qismən təmin edilərək, cavabdeh İddiaçı 11653,55 ABŞ dolları əsas, 7127,80 ABŞ dolları faiz, 1900 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 20681,35 ABŞ dolları məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun LPO "xxxx" ASC-nın xeyrinə tutulması, tutmanın cavabdehin mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş “Mercedes Benz C240” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi qət edilmişdir.

3. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli mərkəzi informasiya sistemindən çıxarışa əsasən, “Mercedes Benz C240” markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə bağlı yalnız X12 xx.xx.2012xx.xx.2019-cu il tarixlərdə qüvvədə olan həmin nəqliyyat vasitəsindən istifadə hüququ ilə bağlı etibarnamə verilmişdir.

4. "xxxx" ASC-nin Azərbaycan Respublikası Notariat Kontoruna ünvanladığı xx.xx.2012-ci il tarixli məktuba əsasən, İddiaçı məxsus olan “Mercedes Benz C240” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Cavabdeh1 sürücülük vəsiqəsinin qeydiyyat nömrəsi AB№578175 olan girovda qalmaq şərtilə müvəqqəti idarə etməyə bank etiraz etməmişdir.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-436/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdeh X12 qarşı “Mercedes Benz C240” markalı, 2003-cü il buraxılışlı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobilin geri qaytarılması” barədə iddia tələbi rədd edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-nın X2 Consulting Company MMC-yə qarşı “əmlakın qaytarılması və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Mercedes Benz C240” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı, BAN: WDBRF81J84F521352 nömrəli, 2003-cü il buraxılışlı avtomobilin Cavabdeh1 alınaraq İddiaçı qaytarılması, cavabdehlər Cavabdeh1 və Royal Bank ASCnin ləğv edicisi X4 Company MMC-dən mənəvi ziyana görə 500 manat pulun tutulması, Cavabdeh1 ödənilmiş 100 dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə iddiaçı arasında bağlanmış 19 yanvar 2012-ci il tarixli 001553 saylı ipoteka müqaviləsinə əsasən “Mercedes Benz C240” markalı, 2003-cü il buraxılışlı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobil yüklü edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(004)-6162/2015 saylı qətnaməsinə əsasən iddiaçıdan 11653,55 ABŞ dolları faiz, 1900 ABŞ dolları cərimə borcu, cəmi 20681,35 ABŞ dolları məbləğində pulun və 30 manat dövlət rüsumunun tutularaq "xxxx" ASCnin ləğvedicisi "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Həmin borcun "xxxx" ASC ilə iddiaçının arasında 19 yanvar 2012-ci il tarixli 001553 saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş iddiaçıya məxsus “Mercedes Benz C240” markalı, 2003-cü il buraxılışlı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satışından əldə olunmuş pul vəsaitinə yönəldilməsi qət edilmişdir. İddiaçının bundan Yasamal rayon İcra və Probasiya şöbəsinin icraata başlamaq haqqında qərarı qəbul edib onun ünvanına göndərdikdən sonra məlumatı olmuşdur. İddiaçı X12 25 aprel 2012-ci il tarixdə etibarnamə vermişdir. Razılaşmaya əsasən X14 adlı şəxs iddiaçı"xxxx" ASC-yə olan borcu ödəməyi öz üzərinə götürmüşdür. Sonra onun ödənişlərdən məlumatı olmamışdır. Hadisə ona məlum olduqdan sonra iddiaçı maşını axtarıb tapıb banka təhvil vermək istəmişdir. Bu məqsədlə X12 qarşı iddia verilmiş, lakin iddia təmin edilməmişdir. Məhkəmə araşdırmasına əsasən hesab edilmişdir ki, X1 nəqliyyat vasitəsi olmadığından X14 nə iddiaçı, nə də bank qarşısında heç bir öhdəlik daşımır. Həmin məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, sonuncu dəfə nəqliyyat vasitəsi bankın razılığı ilə xx.xx.2012-ci il tarixdə Cavabdeh1 verilmişdir. Bank nümayəndələri Cavabdeh1 ilə əlbir olaraq nəqliyyat vasitəsini cavabdehə təhvil vermişdir. Baxmayaraq ki, Cavabdeh1 Xətai Rayon məhkəməsində iştirak etmişdir, o, nə nəqliyyat vasitəsini qaytarmamış, nə də girov hüququ ilə ona verilən nəqliyyat vasitəsindən istifadə nəticəsində iddiaçının bank qarşısında olan öhdəliyini icra etməmişdir. Hazırda Yasamal icra şbəsi tərəfindən nəqliyyat vasitəsi axtarışda olsa da, nə nəqliyyat vasitəsi tapılır, nə də Cavabdeh1 üzərinə götürdüyü öhdəliyi icra etməyərək iddiaçını bank qarşısında borclandırmışdır. Etibarnamə nəqliyyat vasitəsinin idarə edilməsinə səlahiyyət verən sənəd olduğundan, mübahisəli nəqliyyat vasitəsinin idarə edilməsinə dair mülkiyyətçi olan iddiaçı tərəfindən X12 etibarnamə verilmişdir. Sonuncu etibarnamə cavabdeh qismində göstərilən Cavabdeh1 verilmişdir. Etibar edilən digər şəxslərin sahibliyində isə avtomobilin olması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilməmişdir, eyni zamanda etibarnamə olmayan şəxs tərəfindən avtomaşının idarə olunması və həmin şəxsin sahibliyində olması məntiqli və mümkün ola bilən hal kimi hesab edilə bilməz. Hesab edir ki, həmin avtomaşının sonuncu etibar edilən şəxsdə olması ehtimal edilməli və məhz Cavabdeh1 hazırkı tələbə dair cavabdehlik daşıması nəzərə alınmalıdır. İddiaçının mülkiyyətində olan və cavabdehin etibarnaməli idarəçiliyində olan avtomaşına dair iddiaçının bank qarşısında olan öhdəliklərin icrası barədə pulun tutulması və tələbin həmin avtomaşına yönəldilməsinə dair məhkəmə qərarı mövcud olduğundan, tələbin həmin avtomaşına yönəldilməsi üçün onun axtarışına dair qərar qəbul edildiyindən, avtomaşının digər şəxsin sahibliyində olması iddiaçının mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilməli olduğundan, cavabdeh avtomaşına dair hər hansı bir hüquqlara malik olmadığından, iddiaçı mülkiyyətində olan daşınar əmlakın geri qaytarılmasını tələb etməkdə haqlıdır.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3521/2024 saylı 19 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Kərim Xudayev) iddianın təmin edilməməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının iddia ərizəsinin məzmunundan və məhkəmə iclasında verdiyi izahatından da müəyyən edilən odur ki, iddiaçı “Mercedes Benz C240” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh1 olmasını güman edir. Lakin həmin nəqliyyat vasitəsinin Cavabdeh1 olmasını təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.

10. Məhkəmə İddiaçı məhkəməyə təqdim etdiyi dəlilləiş materiallarında olan "xxxx" ASC-nin Azərbaycan Respublikası Notariat Kontoruna ünvanladığı xx.xx.2012-ci il tarixli məktubla bağlı qeyd etmişdir ki, həmin məktuba istinad edərək mübahisəli nəqliyyat vasitəsinin Cavabdeh1 olmasına istinad etmək olmaz. "xxxx" ASC-nin Azərbaycan Respublikası Notariat Kontoruna ünvanladığı xx.xx.2012-ci il tarixli məktubdan görünən odur ki, İddiaçı məxsus olan “Mercedes Benz C240” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh1 sürücülük vəsiqəsinin qeydiyyat nömrəsi AB№578175 olan girovda qalmaq şərtilə müvəqqəti idarə edilməyə verilməsinə bank etiraz etmədiyini bildirmişdir. Həmin məktuba istinad edərək “Mercedes Benz C240” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh1 olduğunu söyləmək düzgün deyildir. X12 xx.xx.2012- xx.xx.2019-cu il tarixlərində qüvvədə olan həmin nəqliyyat vasitəsindən istifadə hüququ ilə bağlı etibarnamə verilmişdir. AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli mərkəzi informasiya sistemindən çıxarışdan da görünür ki, Cavabdeh1 “Mercedes Benz C240” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə istifadə hüququ verən hər hansı etibarnamə verilməmiş, əksinə tarix olaraq sonuncu dəfə xx.xx.2012-xx.xx.2019-cu il tarixlərində qüvvədə olan həmin nəqliyyat vasitəsindən istifadə hüququ ilə bağlı etibarnamə X12 verilmişdir. Tarixdən də görünən odur ki, X12 nəqliyyat vasitəsinə istifadə hüququ verən etibarnamə, "xxxx" ASC tərəfindən İddiaçı məxsus olan “Mercedes Benz C240” markalı **- GU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh1 müvəqqəti idarə edilməyə verilməsinə etiraz etmədiyini bildirməsilə ilə bağlı məktub ünvanladıqdan (xx.xx.2012) xeyli müddət sonra, yəni xx.xx.2012-ci il tarixdə verilmişdir. Məhz bu səbəbdən də iddiaçının gətirdiyi bu dəlil mötəbər sübut hesab edilə bilməz. Bu baxımdan iddia tələbi cavabdeh “Mercedes Benz C240” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı, BAN: WDBRF81J84F521352 nömrəli, 2003-cü il buraxılışlı avtomobilin Cavabdeh1 alınaraq İddiaçı qaytarılması hissəsində təmin edilə bilməz.

11. Məhkəmə həmçinin iddia tələbinin “Cavabdeh1 mənəvi ziyana görə 500 manat pulun tutulması” hissəsinə qiymət verərək qeyd etmişdir ki, iddia tələbi bu hissədə “cavabdeh “Mercedes Benz C240” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı, BAN: WDBRF81J84F521352 nömrəli, 2003-cü il buraxılışlı avtomobilin Cavabdeh1 alınaraq İddiaçı qaytarılması” hissəsindən asılı olduğundan və məhkəmənin yuxarda qeyd edilən qənaəti ilə iddia həmin hissədə təmin edilmədiyindən, həmin hissələrdə də iddia təmin edilə bilməz.

12. Məhkəmə eyni zamanda digər cavabdeh "xxxx" ASC-nın X2 Consulting Company MMC-nin mülki məsuliyyətini araşdıraraq hesab etmişdir ki, "xxxx" ASC-nın Ləğvedicisi iddia tələbinə cavab verməli olmayan tərəf olduğundan iddia tələbi həmin cavabdehə aid olan hissədə təmin edilməməlidir. 13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və X11 haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, "Marks Belçikaya qarşı", "Mançini İtaliyaya qarşı", “Loizidu Türkiyəyə qarşı” AİHM-in Qərarlarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.1, 157.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 48, 50.3, 54.1, 54.2, 77.1, 88, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

13. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə müəyyən edir ki, iddiaçı nəqliyyat vasitəsinin Cavabdeh1 olmasını təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Razılaşmaya əsasən X14 adlı şəxs iddiaçı "xxxx" ASC-yə olan borcu ödəməyi öz üzərinə götürmüşdür. Sonra onun ödənişlərdən məlumatı olmamışdır. Hadisə ona məlum olduqdan sonra iddiaçı maşını axtarıb tapıb banka təhvil vermək istəmişdir. Bu məqsədlə X12 qarşı iddia verilmiş, lakin iddia təmin edilməmişdir. Məhkəmə araşdırmasına əsasən hesab edilmişdir ki, X1 nəqliyyat vasitəsi olmadığından X14 nə iddiaçı, nə də bank qarşısında heç bir öhdəlik daşımır. Həmin məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, sonuncu dəfə nəqliyyat vasitəsi bankın razılığı ilə xx.xx.2012-ci il tarixdə Cavabdeh1 verilmişdir. Bank nümayəndələri Cavabdeh1 ilə əlbir olaraq nəqliyyat vasitəsini cavabdehə təhvil vermişdir. Baxmayaraq ki, Cavabdeh1 Xətai Rayon Məhkəməsində iştirak etmişdir, o, nə nəqliyyat vasitəsini qaytarmamış, nə də girov hüququ ilə ona verilən nəqliyyat vasitəsindən istifadə nəticəsində iddiaçının bank qarşısında olan öhdəliyini icra etməmişdir. Hazırda Yasamal icra şöbəsi tərəfindən nəqliyyat vasitəsi axtarışda olsa da, nə nəqliyyat vasitəsi nə tapılır, nə də Cavabdeh1 üzərinə götürdüyü öhdəliyi icra etməyərək iddiaçını bank qarşısında borclandırmışdır. Etibarnamə nəqliyyat vasitəsinin idarə edilməsinə səlahiyyət verən sənəd olduğundan, mübahisəli nəqliyyat vasitəsinin idarə edilməsinə dair mülkiyyətçi olan iddiaçı tərəfindən X12 etibarnamə verilmişdir. Sonuncu etibarnamə cavabdeh qismində göstərilən Cavabdeh1 verilmişdir. Etibar edilən digər şəxslərin sahibliyində isə avtomobilin olması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilməmişdir, eyni zamanda etibarnamə olmayan şəxs tərəfindən avtomaşının idarə olunması və həmin şəxsin sahibliyində olması məntiqli və mümkün ola bilən hal kimi hesab edilə bilməz. Hesab edir ki, həmin avtomaşının sonuncu etibar edilən şəxsdə olması ehtimal edilməli və məhz Cavabdeh1 hazırkı tələbə dair cavabdehlik daşıması nəzərə alınmalıdır. İddiaçının mülkiyyətində olan və cavabdehin etibarnaməli idarəçiliyində olan avtomaşına dair iddiaçının bank qarşısında olan öhdəliklərin icrası barədə pulun tutulması və tələbin həmin avtomaşına yönəldilməsinə dair məhkəmə qərarı mövcud olduğundan, tələbin həmin avtomaşına yönəldilməsi üçün onun axtarışına dair qərar qəbul edildiyindən,avtomaşının digər şəxsin sahibliyində olması iddiaçının mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilməli olduğundan, cavabdeh avtomaşına dair hər hansı bir hüquqlara malik olmadığından, iddiaçı mülkiyyətində olan daşınar əmlakın geri qaytarılmasını tələb etməkdə haqlıdır.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6554/2024 nömrəli mülki iş üzrə 4 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Fuad Talışinski) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3521/2024 saylı 19 sentyabr 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

16. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı “Mercedes Benz C240” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh1 olmasını güman edir. Lakin həmin nəqliyyat vasitəsinin Cavabdeh1 olmasını təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.

17. Məhkəmə kollegiyası hesab etmişdir ki, iş materiallarında olan "xxxx" ASC-nin Azərbaycan Respublikası Notariat Kontoruna ünvanladığı xx.xx.2012-ci il tarixli məktuba istinad edərək mübahisəli nəqliyyat vasitəsinin Cavabdeh1 olmasına istinad etmək olmaz. "xxxx" ASC-nin Azərbaycan Respublikası Notariat Kontoruna ünvanladığı xx.xx.2012-ci il tarixli məktubdan görünən odur ki, İddiaçı məxsus olan “Mercedes Benz C240” markalı 90- GU-940 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh1 sürücülük vəsiqəsinin qeydiyyat nömrəsi AB№578175 olan girovda qalmaq şərtilə müvəqqəti idarə edilməyə verilməsinə bank etiraz etmədiyini bildirmişdir. Həmin məktuba istinad edərək “Mercedes Benz C240” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh1 olduğunu söyləmək düzgün deyildir. AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli mərkəzi informasiya sistemindən çıxarışdan görünür ki, ““Mercedes Benz C240” markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2012-ci il tarixdən İddiaçı adında qeydiyyatdadır. X12 xx.xx.2012-xx.xx.2019-cu il tarixlərində qüvvədə olan həmin nəqliyyat vasitəsindən istifadə hüququ ilə bağlı etibarnamə verilmişdir. AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli mərkəzi informasiya sistemindən çıxarışdan da görünür ki, Cavabdeh1 “Mercedes Benz C240” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə istifadə hüququ verən hər hansı etibarnamə verilməmiş, əksinə tarix olaraq sonuncu dəfə xx.xx.2012-xx.xx.2019-cu il tarixlərində qüvvədə olan həmin nəqliyyat vasitəsindən istifadə hüququ ilə bağlı etibarnamə X12 verilmişdir. Tarixdən də görünən odur ki, X12 nəqliyyat avsitəsinə istifadə hüququ verən etibarnamə, "xxxx" ASC tərəfindən İddiaçı məxsus olan “Mercedes Benz C240” markalı **- GU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh1 müvəqqəti idarə edilməyə verilməsinə etiraz etmədiyini bildirməsilə ilə bağlı məktub ünvanladıqdan (xx.xx.2012) xeyli müddət sonra, yəni xx.xx.2012-ci il tarixdə verilmişdir. Məhz bu səbəbdən də iddiaçının gətirdiyi bu dəlil mötəbər sübut hesab edilə bilməz. Bu baxımdan iddia tələbi cavabdeh “Mercedes Benz C240” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı, BAN: WDBRF81J84F521352 nömrəli, 2003-cü il buraxılışlı avtomobilin Cavabdeh1 alınaraq İddiaçı qaytarılması hissəsində təmin edilə bilməz. Halbuki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

18. Kollegiya həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2(81)- 2410/2012 saylı, xx.xx.2016-cı il tarixli qərardadına əsasən "xxxx" ASC-yə ləğvedicisi qismində təyin olunmuş X3 Company MMC Əmanətlərin Sığortalanması Fondu ilə əvəz edildiyindən cavabdeh qismində X3 Company MMC deyil, Əmanətlərin Sığortalanması Fondu qoyulmalı idi. Bu baxımdan cavabdehlər Cavabdeh1 və Royal Bank ASC-nin ləğv edicisi X4 Company MMC-dən mənəvi ziyana görə 500 manat pulun tutulması iddiası X4 Company MMC-yə münasibətdə iddiaya cavab verməli olmayan şəxsə qarşı irəli sürüldüyündən hazırda təmin edilə bilməz.

19. Kollegiya qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçıya cavabdehin əsl cavabdehlə əvəz olunmasını təklif etmiş, lakin iddiaçının nümayəndəsi və vəkili etiraz etmişdir.

20. Kollegiya apellyasiya şikayətinin dəlillərinə ümumilikdə qiymət verərək qeyd etmişdir ki, apellyasiya şikayətində göstərilənlər işin halları ilə təkzib olunduğundan apellyasiya şikayəti təmin edilə və məhkəmənin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29cu maddələrinə, Azərbaycan Respublikasının tərafdar çıxdığı İnsan Hüquqlarının və X11 haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.1, 157.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

c) Kassasiya instansiyası məhkəməsindəki icraat

22. İddiaçı kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6554/2024 saylı, 4 dekabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir

23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 may 2025ci il tarixli 2(102)-1026/2025 saylı qərarı (hakimlər X10 (məruzəçi), X17 və X20) ilə kassasiya şikayətləri qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 4 dekabr 2024-cü il tarixli, 2(103)-6554/2024 nömrəli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.

24. Kassasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, işdə olan sübutlarla “Mercedes Benz C240” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobilin iddiaçının mülkiyyətində olduğu təsdiq edilsə də, iddiaçı həmin avtomobilin cavabdehin sahibliyində olduğunu təsdiq edən mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, iddiaçının məhkəməyə təqdim etdiyi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-436/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsində Cavabdeh1 şahid qismində verdiyi ifadə öz əksini tapmış, həmin ifadədə Cavabdeh1 sözügedən nəqliyyat vasitəsinin onun istifadəsində olduğunu, lakin sonradan satdığını bildirmişdir. Kassasiya şikayətinin dəlillərindən biri bundan ibarətdir ki, təqdim etdiyi bu sübutla mülkiyyətində olan nəqliyyat vasitəsinin Cavabdeh1 sahibliyində olduğu onun öz ifadəsi ilə təsdiq edildiyi halda, məhkəmələr bu sübutu nəzərə almamış və hansı səbəbdən nəzərə alınmadığını əsaslandırmamışlar. Halbuki bu dəlil apellyasiya şikayətində də öz əksini tapmışdır. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli mərkəzi informasiya sistemindən çıxarışa əsasən məhkəmə müəyyən etmişdir ki, “Mercedes Benz C240” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı cavabdehin adına etibarnamə və ya alqı-satqı müqaviləsi rəsmiləşdirilməmişdir. Belə olan halda, nəqliyyat vasitəsinin cavabdehin sahibliyinə hansı qaydada keçməsi və onun tərəfindən hansı sənəd əsasında satıldığı aydın deyil. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, qətnamə ləğv edilərək mübahisənin qanuni və obyektiv həlli üçün aşağıdakı məsələlərin cavabdehin iştirakı təmin edilməklə araşdırılması üçün iş yenidən apellyasiya baxışına qaytarılmalıdır: - iddiaçının mülkiyyətində olan nəqliyyat vasitəsindən cavabdeh hansı əsasla istifadə etmiş, nəqliyyat vasitəsi ona kim tərəfindən (bank və ya digər şəxs) təqdim edilmişdir; - cavabdeh avtomobili hansı sənəd əsasında və kimə satmışdır. Nəzərə alınmalıdır ki, vindikasiya ilə bağlı iddialara baxılarkən qanunsuz sahiblikdən geri tələb olunan əmlakın müddətindən asılı olmayaraq nə vaxtsa cavabdehin sahibliyində olduğu sübut edilərsə və ya etiraf edilərsə qeyd edilən əmlakın mülkiyyətçiyə və ya qanunu sahibə geri qaytarıldığını və hazırda onun sahibliyində olmadığını sübut etmək vəzifəsi MPM-nin 77.1-ci maddəsinə əsasən cavabdehin üzərinə düşür.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, izahatlar a) Apelyasiya şikayətinin dəlilləri (yuxarıda qeyd edilmişdir).

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

26. Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsində verilmiş izahata, həmçinin iddia ərizəsində və apellyasiya şikayətində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, iddiaçı bankdan pul götürərək, qarşılığında avtomobilini həmin kreditin təminatı kimi yüklü etmiş, sonradan avtomobil Bankın razılığı ilə etibarnamə ilə X14 adlı şəxsə verilsə də, öhdəlik tam icra olunmamışdır. Həmçinin, bununla bağlı, məhkəmə qərarı çıxarılmışdır. Bank qarşısında öhdəlik icra olunmadığından X7 məhkəmə qaydasında avtomobil tələb olunmuş, lakin iddia təmin olunmamışdır. Eyni zamanda, məhkəmə araşdırması zamanı hazırkı iş üzrə Cavabdeh1 şahid qismində ifadə vermiş, bu zaman isə o əvvəllər avtomobilin onun istifadəsində olduğunu, lakin sonradan satdığını bildirmişdir. Hazırda iddiaçının əsas tələbi avtomobilin Cavabdeh1 geri tələb olunmasıdır. Qeyd olunanlara əsasən, iddiaçının mülkiyyətçi kimi hüquqları pozulduğundan iddianın təmin olunmasını xahiş etmişdir.

27. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, mübahisəli avtomobili atası ona ad günü hədiyyəsi kimi təxminən 2011-2012-ci illərdə almış, avtomobil 5-6 ay onun sahibliyində olmuş, sonra onu etibarnamə ilə başqa şəxsə satmış, bunun üzərindən xeyli müddət keçdiyindən avtomobili kimə satdığını xatırlamır və bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilmir.

28. Əvvəlki apellyasiya baxışında iştirak edən üçüncü şəxs "xxxx" ASC-nın X2 Consulting Company MMC-nin nümayəndəsi Nümayəndə iddiaçının bank qarşısında öhdəliyinin tam icra olunmadığını, bununla bağlı qanuni qüvvəsini almış məhkəmə aktının olduğunu, eyni zamanda avtomobilin tapılmadığından icra üzrə icraatın da dayandırıldığını bildirmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

29. Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

30. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

31. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın.

Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X11 haqqında Avropa Konvensiyasının 1 saylı Protokolu

32. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

33. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

34. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

35. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

36. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

37. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

38. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

39. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

40. Maddə 46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

43. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

44. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.

45. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

46. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir.

47. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur.

«Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı:

48. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

Apelyasiya baxışının hədləri

49. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

50. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni Cavabdeh1 münasibətdə ləğv edilməli, iddia həmin hissədə qismən təmin edilməlidir.

52. İşin mübahisə olunmayan hallarına (tərəflərin izahatına, məhkəmə aktlarına və s.) əsasən hazırda iddiaçının mülkiyyətində olan mübahisəli nəqliyyat vasitəsi (“Mercedes Benz C240” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı) "xxxx" ASC-dən götürülmüş kreditin təminatı olaraq, ipotekaya qoyulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6162/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə bankın iddiaçıya qarşı pul tələbi qismən təmin edilmiş, öhdəliyin icrası üçün tutmanın qeyd olunan avtomobilə yönəldilməsi qərara alınmış, qətnamə icraya yönəldilmiş, lakin icra vaxtı avtomobilin yerini müəyyən etmək mümkün olmamış, bu səbəbdən də qətnamə hazırki vaxtadək icrasız qalmışdır.

53. Hazırda isə, iddiaçı mülkiyyət hüququnun müdafiəsi ilə bağlı iddia verərək mülkiyyətində olan həmin nəqliyyat vasitəsinin cavabdehin qanunsuz sahibliyindən alınmasını xahiş etmişdir.

54. Qeyd edilməlidir ki, mülkiyyətin müdafiəsi konstitusion prinsipdir (Konstitusiyanın 13-cü mad.), Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsi).

55. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

56. Qeyd edilməlidir ki, vindikasiya iddiası mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir. Vindikasiya iddiasının irəli sürülməsi üçün - iddiaçı əmlakın mülkiyyətçisi olmalı, mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalı, mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalı və başqa şəxsin faktiki sahibliyində olmalı, lakin həmin şəxsin sahiblik hüququ olmamalıdır (sahibliyi qanunsuz olmaldır).

57. İddia tələbini rədd edən birinci instansiya məhkəməsi isə mövqeyini onunla əsaslandırmışdır ki, işdə olan sübutlarla “Mercedes Benz C240” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobilin iddiaçının mülkiyyətində olduğu təsdiq edilsə də, iddiaçı həmin avtomobilin cavabdehin sahibliyində olduğunu təsdiq edən mötəbər sübut təqdim edə bilməmişdir.

58. Halbuki, kassasiya instansiyasının qərarında da qeyd olunduğu kimi, iddiaçı tərəfindən təqdim olunmuş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-436/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsində Cavabdeh1 şahid qismində ifadə vermiş, həmin ifadədə o, sözügedən nəqliyyat vasitəsinin onun istifadəsində olduğunu, lakin sonradan satdığını bildirmişdir.

59. Qeyd olunan halın araşdırılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-436/2022 nömrəli iş materialları tələb olunaraq, ona baxış keçirilmiş, baxış zamanı şahid qismində dindirilmiş Cavabdeh1 avtomobilin faktiki onda olduğunu, avtomobili digər şəxslərə verdiyini və s. bildirmişdir.

60. Bununla belə, Cavabdeh1 hazırki apellyasiya icraatı zamanı məhkəmə iclasında iştirakı təmin olunmuş, o izahatında Xətai Rayon Məhkəməsinin 2(011)-436/2022 nömrəli iş üzrə şahid qismində dindirildiyini, eyni zamanda həmin işdə veridiyi ifadəni təkrarlamışdır (ifadəsini təsdiq etmişdir).

61. Kassasiya instansiya məhkəməsinin qərarında da öz əksini tapdığı kimi, vindikasiya ilə bağlı iddialara baxılarkən qanunsuz sahiblikdən geri tələb olunan əmlakın müddətindən asılı olmayaraq, nə vaxtsa cavabdehin sahibliyində olduğu sübut edilərsə və ya etiraf edilərsə qeyd edilən əmlakın mülkiyyətçiyə və ya qanunu sahibə geri qaytarıldığını və hazırda onun sahibliyində olmadığını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür.

62. Göründüyü kimi mübahisəli avtomobilin iddiaçının mülkiyyətində olması, həmçinin həmin avtomobilin 2011-2012-ci illərdə Cavabdeh1 qanunsuz sahibliyində olması müəyyən edilir.

63. Cavabdeh1 isə həmin avtomobilin onun sahibliyindən çıxaraq mülkiyyətçiyə (iddiaçıya) qayıtmasını və digər şəxsə satmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.

64. Halbuki, MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

65. Belə olan halda isə Cavabdeh1 həmin avtomobili iddiaçıya qaytarmaq vəzifəsini daşıyır.

66. Həmçinin qeyd edilməlidir ki, MPM-in 222-ci maddəsinin tələbinə görə, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir.

67. Qanunvericiliyin tələblərinə əsasən, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir.

68. Bu səbəbdən də, məhkəmə kollegiyası apellyasiya baxışı zamanı mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən halların araşdırılması məqsədilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edərək, iddiaçının mülkiyyətində olan “Mercedes Benz C240” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı (BAN: WDBRF81J84F521352 nömrəli, 2003-cü il buraxılışlı) avtomobilin 2011-ci il və hazırkı dövrə olan orta bazar dəyəri müəyyən olunması üçün iş üzrə müvafiq qiymətləndirmə rəyi alınmışdır.

69. X5 MMC-nin xx.xx.2025-ci il tarixli, ETM-128/Q/25 nömrəli ekspert rəyinə əsasən “Mercedes Benz C240” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı (BAN: WDBRF81J84F521352 nömrəli, 2003-cü il buraxılışlı) avtomobilə analoji avtomobillərin hazırkı dövrə olan orta bazar dəyəri təqribən 10550,0 (on min beş yüz əlli) manat təşkil edir.

70. İşdə iştirak edən şəxslər tərəfindən qiymətləndirmə rəyinə hər hansı etiraz daxil olmamışdır.

71. Qeyd olunalara əsasən, məhkəmə kollegiyası avtomobilin iddiaçıya qaytarılması hissəsində iddia təmin olunmalı, “Mercedes Benz C240” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı (BAN: WDBRF81J84F521352 nömrəli, 2003-cü il buraxılışlı) avtomobil Cavabdeh1 alınaraq iddiaçıya qaytarılmalı, avtomobilin naturada qaytarılması mümkün olmadıqda onun dəyəri kimi 10550,0 (on min beş yüz əlli) manat Cavabdeh1 alınaraq iddiaçıya verilməlidir.

72. Məhkəmə kollegiyası həmçinin iddianın mənəvi zərərin tutulması hissəsinə münsaibətdə aşağıdakıları qeyd edir.

73. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

74. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri–inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stressləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X8rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir.

75. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib.

76. Qeyd edilməlidir ki, hazırkı halda avtomobilin iddiaçının sahibliyindən çıxsa da, bu hal o zaman mənəvi zərərin yaranmasına səbəb ola bilər ki, bu pozuntu qanunla qorunan qeyri-maddi nemətlərinə müdaxilə ilə nəticələnmiş olsun.

77. Hazırki işdə isə qeyd edilən halların mövcudluğu müəyyən edilmir. İddiaçı mülkiyyət hüquqlarının pozulması nəticəsində ona mənəvi zərərin vurulmasını əsaslandıra və sübut edə bilməmişdir.

78. Bununla yanaşı, yuxarıda qeyd edilənlərə əsasən iddia digər cavabdeh "xxxx" ASC-nın X2 Consulting Company MMC-yə münasibətdə də təmin oluna bilməz (iddiaçı qarşısında mülki hüquqi məsuliyyəti müəyyən olunmur və s.). Birinci instansiya məhkəməsi iddianı həmin cavabdehə münasibətdə rədd etməkdə haqlı olmuşdur.

79. İddiaçı həmin hissədə də tələbinin əsası kimi istinad olunan halları əsaslandıra və sübut edə bilməmişdir.

80. MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

81. «İnsan hüquqlarının və X11 haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər.

82. MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

83. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə qismən, yəni Cavabdeh1 aid hissədə ləğv olunmalı, iddia həmin hissədə qismən təmin olunmalı, “Mercedes Benz C240” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı (BAN: WDBRF81J84F521352 nömrəli, 2003-cü il buraxılışlı) avtomobil Cavabdeh1 alınaraq iddiaçıya qaytarılmalı, avtomobilin naturada qaytarılması mümkün olmadıqda onun dəyəri kimi 10550,0 (on min beş yüz əlli) manat pul vəsaiti Cavabdeh1 alınaraq iddiaçıya verilməli, iddia qalan hissələrdə təmin olunmamalıdır.

84. Məhkəmə kollegiyası, həmçinin məhkəmə xərclərinə hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

85. İşdən görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmiş, həmçinin apellyasiya instansiyası məhkəməsində ümumilikdə 200 manat məbləğində ekspertiza xərci (məhkəmə xərci) mövcud olmuşdur ki, həmin məhkəmə xərcləri Cavabdeh1 aid edilməlidir.

86. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-nın X2 Consulting Company MMCyə qarşı “əmlakın qaytarılması və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3521/2024 saylı 19 sentyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3521/2024 saylı 19 sentyabr 2024-cü il tarixli qətnaməsi qismən, yəni Cavabdeh1 aid hissədə ləğv olunsun, iddia həmin hissədə qismən təmin olunsun. İddiaçı mülkiyyətində olan “Mercedes Benz C240” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı (BAN: WDBRF81J84F521352 nömrəli, 2003-cü il buraxılışlı) avtomobil Cavabdeh1 alınaraq İddiaçı qaytarılsın, avtomobilin naturada qaytarılması mümkün olmadıqda onun dəyəri kimi 10550,0 (on min beş yüz əlli) manat pul vəsaiti, habelə iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat pul vəsaiti Cavabdeh1 alınaraq iddiaçıya verilsin. İddia qalan hissələrdə təmin olunmasın. Məhkəmə xərci Cavabdeh1 aid edilsin. Cavabdehdən apellyasiya icraatı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat tutularaq “X5” MMC (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – Azər-Türk Bank ASC, KOD 507699 VÖEN ********** Müxbir hesab AZ02NABZ**********0000022944, SWİFT AZRTAZ22, “X5” MMC VÖEN **********, hesab AZ69AZRT********************) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar