Məhkəmə qərarları › İş №2(103)-4140/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4140/2020

19.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4140/2020 19.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsilə), X5 və X1 ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı1 QSC-nin Cavabdeh qarşı "əsas və faiz borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 154/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı1 QSC BOKT tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı1 QSC Cavabdeh qarşı Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən əsas borc üzrə 14572 ABŞ dolları, faiz borcu üzrə 5852,48 ABŞ dolları olmaqla, cəmi 20424,48 ABŞ dolları ABŞ dolları məbləğində kredit borcunun, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq xeyrinə ödənilməsi, cavabdehin mülkiyyətində olan ** VP *** qeydiyyat nişanlı “Hyundai Elantra” markalı minik avtomobilinə (buraxılış ili 2013, Ban-KMHDH41EBDU803571, rəngi-ağ) yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin iddiaçıya ödənilməsi, artıq qalan hissəsinin cavabdehə qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində sübut qismində aşağıdakı sənədlər təqdim edilmişdir:Cavabdeh ilə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC arasında xx.xx.2013-cü il tarixli №0967 saylı kredit müqaviləsi (səh.17); Cavabdeh ilə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC arasında xx.xx.2013-cü il tarixli №967 saylı ipoteka müqaviləsi (səh.13); ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən AA №084692 saylı çıxarış (səh.28); bildirişin qeydə alınmasına dair ərizə (səh.30); xx.xx.2017-ci il tarixli arayış (səh.11); tələbin güzəşt edilməsi və öhdəliyin yerinə yetirilməsi barədə 1415 saylı xx.xx.2019-cu il tarixli bildiriş (səh.29); İddiaçı2 MMC-nin nizamnaməsinin surəti (səh.40); xx.xx.2015-ci il tarixli müqavilə (səh.37); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli, 20476 saylı rəyinə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2013-cü il tarixli, 0967kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC olan borcu aşağıdaki kimi müəyyən edilir, o cümlədən: xx xxx 2016-cı il tarixə əsas borc üzrə 14586,88 ABŞ dolları, faiz borcu üzrə 4145,28 ABŞ dolları. xx xxxxxx 2017-ci il tarixə əsas borc üzrə 14586,88 ABŞ dolları, faiz borcu üzrə 4619,35 ABŞ dolları. (səh.95) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-154/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddia qismən təmin edilmiş, Cavabdeh 14572 ABŞ dolları məbləğində əsas, 5852,48 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 20424,48 ABŞ dolları məbləğində kredit borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı1 QSC-nə ödənilməsi, tələb Cavabdeh məxsus “Hyundai Elantra” markalı ** VP *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin və avtomobil açıq hərracdan satılması, həmin avtomobilin satılmasından əldə edilən vəsaitdən 20424,48 ABŞ dolları məbləğində kredit borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı1 QSC-nə ödənilməsi, qalan məbləğin isə Cavabdeh qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319, 385, 442, 739; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarına; "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə; “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-ci maddəsinə istinadən qeyd edilmişdir ki, Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı mövcud iddia tələbi ilə müraciət etməkdə haqlıdır, tələbin ipoteka qoyulmuş avtomobilə yönəldilməsi və həmin avtomobilin açıq hərracdan satılmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır.cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən avtomobilə yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş göstərilən avtomobilə yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən avtomobilə yönəldilməsi ipoteka ilə yüklü edilmiş göstərilən avtomobilin açıq hərracdan satışı yolu ilə realizə edilməlidir. Göründüyü kimi, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Odur ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. İddiaçı1 QSC BOKT qətnamədən apellyasiya şikayəti verərək, Xətai Rayonu Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(011)-154/2020 saylı qətnaməsini qismən ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə iş üzrə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 76, 77, 88, 384, 386-cı maddələrinə istinadən qeyd edilmişdir ki, Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(011)-154/2020 saylı qətnaməsi ilə İddiaçı1 QSC-nin iddia ərizəsinin xahiş etdi hissəsində nəzərdə tutulan “satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə əksik qalan borc məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbi təmin edilməmiş və əsas kimi “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 45.6-cı maddəsinə istinad edilmişdir, “icra haqqında” Azərbaycan Respublikası Qanunun 45.6-cı maddəsində göstərilmişdir ki, tələbkarın tələblərin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlakı istisna olmaqla, tələbin borcluya məxsus olan digər əmlaka yönəldilir. Eyni zamanda, məhkəmə qətnaməsində bildirmişdir ki, satışdan əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Halbuki, Xətai Rayon Məhkəməsi nəzərə almalıdır ki, iddianın bu hissəsinin məhkəmə mərhələsində təmin edilməsi həm qanunvericiliyin səlist tətbiqinə, həm də işin icra mərhələsində düzgün və operativ həll olunmasına gətirib çıxarır. Cünki, İcra Şöbəsinin məhkəmənin qəbul etdiyi qətnamə həcmində icra sənədinin icra etmək öhdəliyi vardır. Buna əsasən ipoteka predmeti olan əmlak satıldıqdan sonra icra məmurları icra sənədini tam icra olunmuş hesab edərək xitam verilməsi üçün təqdimatla məhkəmələrə müraciət edirlər. Lakin tələbkar qismində qətnamənin tam icrası üçün icra şöbələrinə müraciət zamanı icra məmurları qalıq məbləğin tam ödənilməsi və icra hərəkətlərinin davam etdirilməsi üçün ərizə ilə yenidən məhkəməyə müraciət edilməsini bildirirlər. Bu hal isə qalıq borc üzrə yeni qərar qəbul edilməsi üçün icra işini süni və əsassız şəkildə uzadır. Eyni zamanda qətnamənin icrasının uzanmasına, süründürməçilik hallarının mövcudluğuna gətirib çıxarır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini və qətnamənin qismən ləğv edilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını kassasiya instansiya məhkəməsinin göstərişlərinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1, 36.1, 36.3, 47.4, 59.3.1,59.4; MM-in 269 -270, 309.1, 319.1,324.4, 324.5, 385.1, 425.1, 427.3, 442, 443.1, 445.1, 448.1, 467, 739, 741, 743, 744; MPM-in 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 119, 149, 217.4, 220, 222, 385, 386, 388 və 390, 420-ci maddələrinə, kredit (ipoteka) müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Borclunun müqavilə üzrə borcunu (faiz borcunu) vaxtında qaytarmaq, kreditorun isə kredit vəsaitini yaxşı təmin etmək, ona nəzarət etmək və vaxtında tələb etmək kimi vəzifələrinə uyğun tərəflər öz risk dairəsinə daxil olan hərəkətlər həddində məsuliyyət daşımalıdırlar. Mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlilləri və işin halları şikayətin təmin edilməsi üçün əsaslar müəyyən etmir. Məhkəmə xərcləri dövlət rüsumlarına aid (tələb olmayan) hissədə tərəflərin özlərinə aid olmalıdır. Qeyd edilməlidir ki, tələbin və qət edilən qərarın mücərrəd və qeyri-dəqiqliyi, şərtlə müəyyən edilməsi sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir və qərarın qətilik fəlsəfəsinə ziddir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı1 QSC BOKT tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-154/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar