Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4141/2022 27.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 2(009)-238/2014 saylı qərardadından İddiaçı3 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər "xxxx" MMC-yə və qeyrilərinə qarşı “hərracın yekunlarının etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 29.08.2013-cü il tarixli, 2(009)-2094/2013 saylı qərardadı ilə iddiaçıların iddianın təmin edilməsi tədbiri barədə ərizəsi təmin edilmiş, ünvan 1 ünvanında yerləşən 33 saylı mənzilin özəlləşdirilməsi qadağan edilmişdir. Cavabdeh1 ASC ərizə ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək əmlakın bank tərəfindən açıq hərracdan satın alındığını əsas gətirərək, əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli qəraradadı ilə ərizə təmin edilmiş, həmin məhkəmənin 29.08.2013-cü il tarixli, 2(009)-2094/2013 saylı qərardadı əsasında ünvan 1 ünvanında yerləşən 33 saylı mənzilin üzərinə qoyulmuş həbsin götürülməsi qərara alınmışdır. Həmin qərardaddan İddiaçı3 şikayət verərək ləğv edilməsini xahiş etmiş, ərizəsini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən 33 saylı mənzilə dair cavabehlər "xxxx" MMC-nin ekspert rəyi qiymətləndirilməsinin ləğv edilməsi və Bakı Hərrac Mərkəzinin keçirdiyi hərracın dayandırılması barədə iddia ərizəsi Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin icraatındadır, Cavabdeh1 ASC-nin həmin iddiadan xəbəri ola-ola mənzilin üzərindən həbsin götürülməsi barədə ərizə verməkdə məqsədi mənzili başqasına satmaqdır, ona görə də həbsin götürlməsi gələcəkdə qətnamənin icrasına problemlər yarada bilər. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli qəraradadı ilə ərizə şikayət təmin edilməmiş, baxılması üçün mülki işlə birlikdə Bakı Apellyaisya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3.1-ci maddəsinə əsasən məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 157.3-cü maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. Həmin Məcəllənin 158.1, 158.1.1, 158.1.2, 158.1.3-ci maddələrinə əsasən cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək kimi müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, birinci instnasiya məhkəməsin mübahisə predemti olan daşınmaz əmlakın üzərindən həbsi götürməkdə haqlı olmuşdur. Belə ki, işdə olan “Bakı Hərrac Mərkəzi” tərəfindən tərtib edilmiş 21 yanvar 2022-ci il tarixli, 595/21 saylı protokola əsasən ünvan 1 ünvanında yerləşən 33 saylı mənzil 47812,50 manata Cavabdeh1 ASC tərəfindən açıq hərracdan satın alınmışdır. Həmin Protokolun 9.1-ci maddəsində qeyd edilmişdir ki, hərracın nəticələri haqqında protokol üzrə satılan əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmalıdır. “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Həmin Qanununun 43.7-1-ci maddəsinə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 157, 158, 160-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 2(009)-238/2014 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4141/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4141/2022
27.05.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver