Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4149/2024 12.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “özbaşına tikilinin sökülməsi və maneələrin aradan qaldırılması” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə (Açar sözlər: qanunsuz tikilinin sökülməsi, maneənin aradan qaldırılması) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X6, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti mübahisə predmeti brəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “özbaşına tikilinin sökülməsi və maneələrin aradan qaldırılması” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə çıxarılmış Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-60/2024 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, N.Nərimanov küçəsi, 61q saylı evin (Yeni qaydalarla: AZ 1042, bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə, 1-ci döngə, 123, M2) qarşısında, 61 a ünvanında yerləşən 32,0 kv.m. ölçüdə qeyri-yaşayış sahəsi hazırda İddiaçı (bundan sonra iddiaçı) istifadə və sahibliyindədir, vahid elektron kadastr baza məlumatlarına əsasən qazanxana tikilisi olmuşdur. Hazırda iddiaçı tərəfindən avtomobilin saxlanılması üçün (qaraj kimi) istifadə olunur. Cavabdeh məxsus olan tikinti faktiki olaraq həmin qeyri-yaşayş sahəsi ilə üzbəüz yerləşir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı X11 Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ona məxsus olan sahəsi 32 kv.m. qarajdan maneəsiz istifadəsinin məhdudlaşdırılması ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, ona sahiblik hüquqlarına edilən maneələrin törədilməsinin qadağan edilməsi və ona məxsus qeyri-qanuni tikilinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Cavabdeh X11na qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Nərimanov küçəsi, 61Q saylı evin qarşısında yerləşən və mülkiyyət hüququna dair heç bir sənədinin olmaması səbəbindən X9 istifadə etdiyi qarajın anbar kimi istifadə olunması və ya sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Bundan sonra İddiaçı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində Cavabdeh qarşı (Suraxanı Rayon İcra Hakimiyyəti mübahisə predmeti brəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşməklə ona məxsus olan 32 kv.m. ölçüdə qarajdan maneəsiz istifadəsinin məhdudlaşdırılması ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, onun sahiblik və istifadə hüquqlarına edilən maneələrin törədilməsinin qadağan olunması və ona məxsus mənzilin qarşısında özbaşına aparılmış tikilinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanında yerləşən mənzil həyat yoldaşı X4 xüsusi mülkiyyətindədir, həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Avtomaşını olduğundan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, N.Nərimanov küçəsi, 61 q saylı binanın həyətində yerləşən qaraj (8 x 4 = 32 kv.m) təklif olunduğundan həmin qarajı yerli Bələdiyyə orqanında rəsmiləşdirərək, mülkiyyətinə keçirmişdir. Cavabdeh olan qonşusu Suraxanı rayonu, Bülbülə qəsəbəsi, N.Nərimanov küçəsi 61 a, mənzil 27-də yaşayan Cavabdeh onun mülkiyyət, sahiblik və istifadə hüquqlarını kobud şəkildə pozur, guya qarajın əvvəllər onlara məxsus olduğunu bildirir. Bununla bağlı qarajın özündən əvvəlki sahibi olan Nazim Məmmədova mövcud vəziyyəti və iradlarını bildirsə də, sonuncu ona bildirmişdir ki, cavabdehin bu qaraja heç bir hüququ yoxdur. Cavabdeh əvvəllər də ona qarşı bu cür qanunsuz əməllərə yol vermişdir, onun bu kimi hərəkətləri ilə bağlı müvafiq dövlət orqanlarına şikayətlər etmiş, bunun nəticəsində cavabdeh nizamintizama dəvət edilmiş və sonuncu bir daha bu hərəkətlərə yol verməyəcəyini bildirmişdir. Hətta cavabdeh öz mənzilinin qarşısında qanunsuz tikinti işləri aparmış, həmin binada yaşayan sakinlərin gediş-gəlişini məhdudlaşdırmış, qaz təsərrüfatına məxsus yerli qaz borusunda təhlükəli bir vəziyyət belə yaranmışdır ki, bu da ətrafda yaşayan vətəndaşların həyat və sağlamlığını təhlükə qarşısında qoyur. Cavabdehin qanunsuz hərəkətləri əsasən özünə məxsus olan avtomoblinin qarajın giriş-çıxış qapısının önündə saxlamasında ifadə olunur. Cavabdehin qanunsuz artırması, özbaşına tikintisi, habelə onun avtomobilinin qarajının qarşısında saxlaması ona məxsus olan qaraja avtomobilinin daxil olmasına mane olduğundan cavabdehə dəfələrlə öz iradını bildirmişdir. Buna baxmayaraq, cavabdeh özünə məxsus olan avtomobili qarajın önündə saxlamağa davam edir, özbaşına tikintini sökməkdən imtina edir, bununla da sakinlərin həyat və sağlamlığını, habelə öz əmlakından maneəsiz istifadəni məhdudlaşdırır. Hazırkı iddia tələbinə də məhz bu aspektdən yanaşılmalı, qanunsuz olub-olmaması, həmin tikilinin başqa şəxslərin hüquq və mənafelərini pozub-pozmaması, yenidənqurma işlərinin qanunsuz olubolmaması faktları müəyyən edilməlidir. Özbaşına tikinti-quraşdırma işləri aparmaqla, habelə qarajının giriş-çıxışının qarşısında şəxsi avtomobilini saxlamaqla əmlakdan maneəsiz istifadəsinin məhdudlaşdırması ilə bağlı cavabdehin hərəkətləri qanunsuz hesab edilməli, ona sahiblik və istifadə hüquqlarına edilən maneələrin törədilməsi qadağan olunmalı və özbaşına aparılmış tikinti-quraşdırma işləri sökülməlidir.
6. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Nərimanov küçəsindəki 61A saylı evin qarşısında yerləşən və mülkiyyət hüququna dair heç bir sənəd olmadığı səbəbindən qarajın iddiaçı X9 və üçüncü şəxs (iddiaçı) Əlihüseyn Fazil oğlunun hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilk iddia tələbi üzrə mülkiyyət hüququnu təsdiq edən çıxarış ilk iddiaçının Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində yerləşən mənzilinə aiddir və bu sənədin tərəflərin mübahisəsinə hər hansı aidiyyəti yoxdur. Məhkəməyə təqdim edilmiş mücərrəd adlı “Bülbülə Bələdiyyəsi üzrə texniki inventarizasiyanın ev sahibliyinin kartoçkası”nın “torpaq sahəsinin planı üzrə eksplikasiya”sı isə tamamilə saxta və iddia ərizəsi məhkəməyə təqdim edilməsi üçün tələsik və hansısa yollarla bələdiyyədən alınmış kağız parçası olduğu üçün onun heç bir hüquqi qüvvəsi yoxdur. Həmin “sənəd”dən görünür ki, Azərbaycan Respublkası Prezidentinin müvafiq sərəncamına əsasən 2007-ci ildən etibarən bələdiyyəyə aid torpaq sahələri açıq hərrac (müsabiqə) yolu ilə vətəndaşlara verilməli olduğu halda, bələdiyyə sədri N.M.Həsənov tərəfindən qanunvericiliyin tələbləri kobudcasına pozularaq heç bir açıq hərrac (müsabiqə) keçirilmədən həmin qaraja aidiyyatı olmayan bir şəxsə etibarlılığı tamamilə şübhəli olan sənədlər verilmişdir. Bələdiyyə sənədində onun verildiyi tarix göstərilməmişdir, çox güman ki, qəbul olunmuş “ənənəyə” görə, məhkəmə çəkişməsi bitdikdən sonra ona tarix qoyulmasına dair razılıq əldə edilmişdir, eksplikasiya Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində yerləşən torpaq sahəsi üçün verilmişdir. Mübahisəli qaraj isə N.Nərimanov küçəsində yerləşir, eksplikasiyada qarajın dəqiq ünvanı (sahənin nömrəsi) göstərilməyib, bu “sənəd”lə Səttar Bəhlulzadə küçəsində yerləşən istənilən torpaq sahəsinə iddia etmək mümkündür, “sənəd” 1 otaqlı, 32,0 m2 bir torpaq sahəsi üçün verilib, onların mübahisələrinin predmeti isə qarajdır. Həmin torpaq sahəsindəki tikilinin adı və təyinatı “həyətyanı sahə” kimi göstərilib, Ə.Həsənov isə həmin sənədin qaraja aid edildiyini iddia edir, “sənəd”in bələdiyyənin hansı tarixdə və hansı qərarına əsasən verildiyi qeyd edilməyibdir. Bülbülə bələdiyyəsinin sədri N.Həsənov tərəfindən verilimiş “torpaq sahəsinin planı üzrə eksplikasiya”ya əlavə edilmiş və dünya memarlıq sənətinin inciləri “sayıla bilən” “tikintinin baş planı” və “tikintinin və torpaq sahələrinin baş planı” kimi çox gurultulu səslənən “sənədlər” üzrə aşağıdakıları bildirmək olar: “Sənədlər”in hansı təşkilat tərəfindən verildiyinə dair məlumat yoxdur (həmin məlumat “sənədlər”in ən yuxarısında göstərilməli idi), “sənədlər”ə heç birinə möhür və ya ştempel vurulmayıb, “sənədlər”i tərtib edən mütəxəssis (memar) barədə heç bir məlumat yoxdur, “sənədlər”də heç bir ünvan göstərilməyib, “sənədlər”də qonşu torpaq sahələri göstərilməyib (ən azı sağ-solunda olan dövlətə məxsus elektrik lövhəsi və qazanxana göstərilməli idi). İddiaçı və N.Məmmədovdan fərqli olaraq, o, əvvəllər qarajın yeri də daxil olmaqla binasının qarşısında bağça salmış, aqlay daşlardan üzlük çəkilməklə pilləkan tikmişdir ki, bina sakinləri və digər şəxslər ondan rahat istifadə edə bilsinlər, dincəlmək üçün yeri betonlamışdır. Oraya stol-stul qoymuş, bulaq tikmiş, oraya su içmək və əlüzlərini yumaq üçün 2 fərqli mənbədən kranlar qoymuş, ağaclar və güllər əkmiş, öz hesabına 40 metr uzunluğunda şlanq almış və yaşıllığa daim qulluq edir, evinin arxasında gediş-gəliş yolu bərbad olduğundan orada da pilləkan tikmiş, bəs bu şəxslər nə edib? N.Məmmədov bütün həyatı boyu qonşulardan rəsmi orqanlara şikayət etməklə “ərizəbaz” həyatı sürüb, onu özbaşına tikili inşa etməkdə ittiham etsə də, özü mənzilinin arxa tərəfindən 30-35 kv.m sahədə qanunsuz olaraq balkon çıxarıbdır. İddiaçı isə binasında bir gün də yaşamasa da, N.Məmmədovun “şanlı” ənənəsini davam etdirməyə hazır olduğunu artıq məhkəmə qaydasında bəyan edə bilib. Həyətdə tikilmiş qarajın heç bir hüquq müəyyənedici sənədi yoxdur və ola da bilməz. Qarajın sağ və sol tərəfində dövlətə məxsus elektrik lövhəsi və qazanxana mövcuddur, hər iki obyekt yüksək təhlükə və risk mənbəyidir. Binanın sakinlərinin yataq otaqları qaraja baxır və orada ərizəçilərin maşınları gurultu salanda və qarajın qapısı açılarkən səs salanda özü də daxil olmaqla bina sakinləri narahat olurlar. Göstərilən səbəblərdən mübahisə obyekti olan qaraj sökülməli və onun torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılmalıdır.
8. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddiaya qarşı yazılı etiraz təqdim edərək, Cavabdeh ona qarşı belə bir iddianın qaldırılması üçün subyektiv hüquqa malik olmadığını bildirmiş və onun iddiasının rədd edilməsini xahiş etmişdir.
9. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-60/2024 nömrəli qərardadı ilə iddiaçı X9 Cavabdeh qarşı “sahiblik və istifadə hüquqlarına edilən maneələrin aradan qaldırılması” tələbinə dair ilk və iddiaçı Cavabdeh X11na qarşı “özbaşına tikilmiş qarajın sökülməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri baxılmamış saxlanılmışdır.
10. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)- 60/2024 nömrəli qətnaməsi ilə ilk və qarşılıqlı iddia tələblərinin təmin edilməməsi, iddia ərizələrinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. (hakim X8)
11. Məhkəmə ilk iddia tələbi ilə bağlı qeyd etmişdir ki, mübahisəli qarajın yerləşdiyi koordinatlar üzrə torpaq sahəsi üzərində qazanxana dövlət reyestrində qeydiyyata alınmış, hər hansı bir qarajın dövlət qeydiyyatına alınması aşkar edilməmişdir. İddia etsə də, tərəfindən qeyd etdiklərini təsdiq edən sübut kimi məhkəməyə təqdim edilmiş yerli (bələdiyyə) büdcəsinin vergi ödəyicisi kimi İddiaçı Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi ünvanı üzrə (YVÖK 19011xxxxxxx) uçota alınmasına dair şəhadətnamə və “Bülbülə Bələdiyyəsi üzrə texniki inventarizasiyanın ev sahibliyinin kartoçkası”nı təqdim etmişdir ki, bu sənədlər qaraj üzərində hüquqmüəyyənedici sənəd hesab edilə bilməz. Belə ki, bələdiyyə mülkiyyətində olan torpaq sahəsi üzərində hüququn yaranması üçün bu torpaq sahəsinin verilməsi barədə bələdiyyənin qərarı, habelə tərəflər arasında müqavilənin bağlanması zəruridir. Lakin işdə iddiaçıya münasibətdə bu cür əsaslar yoxdur. Qarajın yerləşdiyi torpaq sahasəinin iddiaçıya satılması barədə bələdiyyənin qərar verməsi və bələdiyyə ilə iddiaçı arasında alqı-satqı müqaviləsinin bağlanması müəyyən olunmur (bu sənədlər iddiaçı tərəfindən təqdim olunmamışdır). İlk iddiaçının mübahisəli qaraj üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməsini təsdiq edən heç bir sübut mövcud deyil. Göründüyü kimi, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ olmamışdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Həmin mövqeni hazırkı işə tətbiq edərək məhkəmə hesab etmişdir ki, hazırkı işdə isə iddiaçı X7 mübahisəli qaraj üzərində hər hansı bir hüququnun olmadığı aşkardır. Belə olan halda məhkəmə iddia tələbinin bütün dəlillərinə qiymət verərək, ilk iddianı buna subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırılmış hesab etmişdir.
12. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı yüksək təhlükə və risk mənbəyi olduğunu hesab etdiyi halda, həmin ərazidə özü də yenidənqurma və abadlıq işləri görmüş və yüksək təhlükə mənbəyi olduğunu iddia etdiyi ərzaidə özünü niyə bu cür tədbirlər görməsini əsaslandıra bilməmişdir. Binanın sakinlərinin yataq otaqlarının qaraja baxmasına gəldikdə məhkəmə hesab etmişdir ki, iddiaçı yalnız öz mənzilinin otaqlarının qaraja baxması əsası ilə məhkəmədə iddia qaldıra bilərdi. Qarajın qapısı açılarkən səs salanda özü də daxil olmaqla bina sakinlərinin narahat olmalarına gəldikdə isə məhkəmə hesab etmişdir ki, bu hal sözügedən qarajın sökülməsi üçün əsas ola bilməz, qarşılıqlı iddiaçı bununla bağlı qarşılıqlı iddia üzrə cavabdehin üzərinə sözügedən halların aradan qaldırılması (qarajın qapısının təmir edilməsi, dəyişdirilməsi və s.) öhdəliyinin qoyulmasını tələb edə bilərdi. İlk iddiaçının maşınının gurultu salmağına gəldikdə isə məhkəmə hesab etmişdir ki, bunun şəxsin qarajdan istifadə etməsinə heç bir aidiyyəti yoxdur, belə ki, qarajdan istifadə etmədən də avtomobili həyətdə idarə edərkən avtomobilin səsinin gəlməsi normal və qəbulediləndir. İlk iddiaçının qarajdan istifadə edərkən səs-küy salmasına münasibətdə məhkəmə həmçinin qeyd etmişdir ki, qarşılıqlı iddiaçı yaşadığı mənzilin qaraja baxan hissəsinin özü tərəfindən inşa edilmiş əlavə tikili olduğunu qəbul edir. Beləliklə, məhkəmə belə qənaətə gəlmişdir ki, qarşılıqlı iddiaçı qarşılıqlı cavabdeh tərəfindən qanuni mənafeyinin pozulmasının nədən ibarət olmasını əsaslandıra bilməmişdir. Qeyd edilənlər o nəticəyə gəlməyə əsas verir ki, ilk iddia irəli sürüldükdən sonra qaldırılmış hazırki qarşılıqlı iddia yalnız ilkin iddiaya cavab xarakteri daşımışdır.
13. İddia tələbləri təmin edilmədiyindən, məhkəmə hesab etmişdir ki, iddia ərizələrinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139- 1.1.1-ci, 152-ci, 157-ci, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının qanununun 7-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88-ci, 119.1-ci, 217-ci maddələrinə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun qoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
15. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ilk iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və həmin hissədə ilk iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh apellyasiya şikayətini tərəfindən verilmiş iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmənin təqdim edilmiş sənədlərin qaraj üzərində hüquqmüəyyənedici sənəd hesab edilə bilməməsi ilə bağlı mövqeyi qanunsuzdur. Belə ki, onun iddiası sözügedən qarajla bağlı mülkiyyət hüquqların qeydiyyatdan keçirməsi ilə bağlı deyil, sahiblik və istifadəsi ilə əlaqədardır. Belə ki, mülki qanunvericilik mülkiyyətçi olmayan şəxslərin belə müdafiəsinə təminat verir. Digər tərəfdən, cavabdeh qonşuluq hüququna belə riayət etməyərək, qanunvericiliyin tələblərini pozmuş, məhkəmə isə buna uyğun hüquqi qiymət verməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin və tərəfindən verilmiş iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
19. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətini qəbul etməmiş və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
20. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir; 163.1-ci maddəsinə əsasən sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur; 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir; 165.2-ci maddəsinə əsasən qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir; 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır; 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui istifadə hesab edilir.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
25. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
26. Hazırkı apellyasiya şikayətində qətnamənin ilk iddia tələbinin rədd edilməsi hissəsində ləğv olunaraq, ilk iddianın tam təmin edilməsi xahiş olunduğundan, qətnamə yalnız ilk iddia tələbinə aid hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərə hüquqi qiymət verərkən ilk iddianı “maneənin aradan qaldırılması” hissəsində rədd edərəkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, bu tələb üzrə öz qənaətində haqlı olmamışdır. Bu səbəbdən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – “maneənin aradan qaldırılmasının rədd edilməsi” hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmaqla ilk iddia həmin hissədə təmin edilməlidir.
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən ilk növbədə qeyd edir ki, mübahisə predmetini təşkil edən qeyri-yaşayış sahəsi hazırda avtomobilin saxlanılması yeri, yəni qaraj kimi istifadə olunur. Onun yerləşdiyi koordinatlar dövlət reyestrində qazanxana kimi qeydiyyata alınmış və həmin sahənin iddiaçının mülkiyyətində olması ilə bağlı hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyil. Bu sahə faktiki olaraq iddiaçının istifadə və sahibliyindədir. Cavabdeh bu sahənin sökülməsi ilə bağlı qarşılıqlı iddianı məhz iddiaçıya qarşı irəli sürməsi də bu faktı təsdiq edir. Cavabdeh qarşılıqlı iddia olmadan da sahənin iddiaçının istifadə və sahibliyində olduğunu qəbul edir.
29. İddiaçının iddiası iki hissədən ibarətdir: 1) cavabdehə məxsus özbaşına tikilinin sökülməsi; 2) qeyri-yaşayış (qaraj) sahəsindən istifadə və sahibliyə cavabdeh tərəfindən yaradılmış maneənin qanunsuz hesab edilərək, qadağa edilməsi.
30. Məhkəmə kollegiyası yuxarıda göstərilən Konstitusiya Məhkəməsinin istinad olunan qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə əsaslanaraq iddia tələbinin “özbaşına tikilinin sökülməsi” hissəsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Bu baxımdan da işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin subyektiv hüquqa malik olub-olmamasını, subyektiv hüququn pozulub-pozulmamasını, cavabdehin bu pozuntunu edib-etməməsini araşdırmalıdır. Yalnız subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
31. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikili onun yaşadığı evin qarşısında, iddiaçının istifadə və sahibliyində olan qeyri-yaşayış (qaraj) sahəsi ilə faktiki olaraq üzbəüz yerləşir. Əvvəllərdə mövcud olmuş, lakin hazırda aparılmış tikinti işləri nəticəsində daşla əvəz edilmişdir. Başqa sözlə, yenidən, lakin artıq daşdan inşa edilmişdir.
32. İddiaçı öz ailəsi ilə birlikdə həmin qeyri-yaşayış (qaraj) sahənin arxasında yerləşən 61q saylı evin, 6 saylı mənzilində yaşayır. Həmin mənzil onun arvadı X4 mülkiyyətindədir. Cavabdehə məxsus özbaşına tikilinin iddiaçının mənzil sakini olaraq, hər hansı hüququnu pozması müəyyən edilmir. İddiaçı özü də bu mövqedən çıxış etmir. Həmin tikilinin qeyri-yaşayış (qaraj) sahibi olaraq onun hüquqlarını pozduğunu iddia edir, lakin qeyri-yaşayış (qaraj) sahəsi onun mülkiyyətində deyil, onun tərəfində təqdim edilmiş sənədlər isə hüquq müəyyənedici sənədlər olmamaqla bu halı təsdiq edə bilməz. Digər tərəfdən iddiaçı qeyri-yaşayış (qaraj) sahəsini artıq mövcud vəziyyətdə, yəni cavabdehin tikilisi barədə tam məlumatlı olmaqla, o cümlədən onun mövcudluğunu qəbul etməklə almışdır. Qeyd edilənlə öz növbəsində iddiaçının bu tələbinin, habelə tələblə bağlı apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu təsdiq edir və həmin tələbin rədd edilməsini şərtləndirir.
33. Məhkəmə kollegiyası iddianın “maneənin aradan qaldırılması” hissəsi ilə bağlı ilk növbədə qeyd edir ki, mübahisəli qeyri-yaşayış (qaraj) sahəsi iddiaçı tərəfindən və yeni (bir müddət əvvəl) inşa edilməmişdir. İddiaçıdan əvvəl həmin sahəyə X2 etmiş və ondan məhz qaraj kimi istifadə etmişdir. Bununla bağlı cavabdeh tərəfindən ona hər hansı maneə yaradılmamışdır. Əksinə cavabdeh özünə məxsus olan və iddiaçı tərəfindən mübahisələndirilən özbaşına tikilini daşdan inşa etməkdən əvvəl bu işlərin görülməsi üçün X9 razılığını almışdır. Belə ki, X11 tərəfindən Suraxanı rayon İcra Hakimiyyətinə ünvanlanmış notarial qaydada təsdiq edilmiş ərizəyə əsasən o, ona məxsus olan qarajın giriş-çıxışına maneə olmamaq şərti ilə qonşusu Məmmədov Hicran tərəfindən yaşadığı mənzildə tikinti aparılmasına heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra aralarında əldə edilmiş razılığa əsasən X11 bu sahəni iddiaçının istifadəsinə və sahibliyinə vermişdir. İddiaçı da bu sahədən istifadə etməyə başlamış və hazırda ona sahiblik edir.
34. İddiaçı bu tələbi üzrə cavabdehin özünə məxsus tikilinin qarşısında avtomobilini saxlaması səbəbindən istifadə və sahibliyində olan qeyri-yaşayış (qaraj) sahəsindən təyinatı üzrə istifadə etmək imkanından məhrum olduğunu, yəni avtomobilini saxlaya bilmədiyini iddia edir. Bu hal təqdim edilmiş fotoşəkillərlə də öz təsdiqini tapmaqla yanaşı cavabdeh tərəfindən də təkzib edilmir. Cavabdeh açıq və aydın şəkildə həmin sahədən iddiaçının qaraj kimi istifadə edilməsinə etiraz edir və anbar kimi istifadə edilməsini tələb edir. Onun qarşılıqlı iddiası da bununla bağlı olmuşdur. Bu səbəbdən məhkəmə kollegiyası yerində müayinə keçirilməsini zəruri hesab etməmişdir.
35. Bununla belə, cavabdeh özünə məxsus avtomobili öz tikilisinin qarşısında saxlamaqla iddiaçıya qeyd edilən qeyri-yaşayış (qaraj) sahəsindən avtomobilin saxlanılması üçün istifadə edilməsinə və bununla da istədiyi kimi sahiblik etməsinə maneə yaradır, onu bu imkandan məhrum etməklə, qeyd edilən hüquqlarını məhdudlaşdırır. Halbuki, həmin sahənin mövcudluğu, onun əvvəllər X9, hazırda isə iddiaçının istifadə və sahibliyində olması, məhz qaraj kimi, yəni avtomobilin saxlanması kimi istifadə edilməsi, cavabdehin də bunu bilməsi və onun əvvəlki sahibinin sahibliyini tanıması və qeyd edilən məqsədlər (avtomobilin saxlanılması) üçün istifadə edilməsini qəbul etməsi işin mübahisəsiz halıdır. Başqa sözlə, cavabdeh öz hərəkətləri ilə mövcud vəziyyətdə həmin qeyri-yaşayış (qaraj) sahəsinə münasibətdə iddiaçının güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququ həyata keçirir. Halbuki, qarajın sahibinin dəyişməsi cavabdehə hazırki davranışını haqlı və əsaslı etmir. Hüquqi nəticə etibarı ilə bu hərəkətlər onun hüquqdan sui-istifadə etməsi kimi qiymətləndirilməli və qadağa edilməlidir.
36. Məhkəmə kollegiyası öz mövqeyi ilə bağlı o halı da nəzərə alır ki, cavabdehə məxsus tikili hüquqi vəziyyətinə görə özbaşına tikilidir və faktiki olaraq iddiaçıya məxsus qeyri-yaşayış (qaraj) sahəsi ilə üzbəüz yerləşir və cavabdehin yaşadığı evin qarşısında olmaqla qaraja doğru istiqamətdə inşa edilmişdir. Başqa sözlə, həmin tikili özbaşına olmaqla yanaşı, həmçinin öz mövcudluğu ilə qaraja avtomobillə daxil olmağı artıq müəyyən dərəcədə çətinləşdirir. Bütün bunlara baxmayaraq, qarajın əvvəlki sahibi cavabdehə özbaşına tikili inşa etməyə maneə olmamış, hətta buna notarial qaydada təsdiq edilmiş ərizə ilə razılıq da vermiş və onun məzmununda bu tikilinin onun qarajının giriş-çıxışına mane olmamaq şərti ilə etiraz etmədiyini bildirmişdir. Lakin cavabdeh həmin özbaşına tikilinin qarşısında özünə məxsus avtomobili saxlayır və avtomobilin arxa tərəfi qaraja avtomobillə daxil olmaq üçün yolun qarşısını kəsir. Bununla belə, yuxarıda göstərilənlərə əsasən iddiaçının mübahisəli qeyri-yaşayış (qaraj) sahəsinə sahiblik etməsinə, habelə ondan avtomobilin saxlanılması məqsədi ilə istifadə etməsinə maneə yaratmaq üçün cavabdehin həm hər hansı pozulmuş, o cümlədən hər hansı əsasa və ya şərtə söykənən hüququ mövcud deyil. Bu istiqamətdə onun hərəkətləri qanunsuzdur.
37. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – “maneənin aradan qaldırılmasının rədd edilməsi” hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmalı, iddia həmin hissədə təmin edilməli, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçıya qeyri-yaşayış (qaraj) sahəsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən istifadə edilməsinə maneənin yaradılması qadağan edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehə aid edilməlidir.
38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384- 385-ci, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-60/2024 nömrəli qətnaməsi qismən – “maneənin aradan qaldırılmasının rədd edilməsi hissəsində” ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə çıxarılsın. İddia həmin hissədə təmin edilsin. Cavabdeh ünvan 6 ünvanında yerləşən 32 kv.metr ölçüdə qeyri-yaşayış (qaraj) sahəsindən İddiaçı tərəfindən istifadə edilməsinə, o cümlədən orada avtomobilin saxlanılmasına maneənin yaradılması (yəni qaraja piyada və ya avtomobilin daxil olmasının qarşısını alan səviyyədə hər hansı hərəkətlərin edilməsi, o cümlədən hər hansı əşyaların yerləşdirilməsi və avtomobilin saxlanılması) qadağan edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.