Məhkəmə qərarları › İş №2(103)-4158/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4158/2020

11.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4158/2020 11.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X3 və X5 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçı - İddiaçı MMC-nin nümayəndəsi X8, Cavabdeh və onun nümayəndəsi X6 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh və X2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmetinə tutma yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4999 ABŞ dolları əsas, 5258,53 ABŞ dolları faiz borcu olmaqla cəmi 10 257,53 ABŞ dolları kredit borcunun “xxxxxxxxxxx” QSC-nin xeyrinə tutulması, tələbin X1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 3 otaqlı 1 saylı mənzilə yönəldilərək mənzilin açıq hərracda satılması, satışdan əldə edilən vəsaitin “xxxxxxxxxxx” QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin artıq qalan hissəsinin X2 qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğinin Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X9 dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli 570 saylı Fərmanına əsasən Mülki Məcəllənin 194-cü maddəsinə uyğun olaraq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə “xxxxxxxxxxx” QSC arasında bağlanmış “tələb hüququnun güzəşt edilməsi”nə dair xx.xx.2015-ci il tarixli müqaviləyə görə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ “xxxxxxxxxxx” QSC-yə keçmiş, “xxxxxxxxxxx” QSC ilə İddiaçı MMC arasında xx.xx.2016-cı il tarixdə bağlanmış Xidməti müqaviləyə əsasən “xxxxxxxxxxx” QSC-yə keçmiş “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini İddiaçı MMC həyata keçirməyə başlamışdır. Qeyd olunan Xidməti Müqaviləyə əsasən və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli 101S saylı Sərəncamının icrası ilə əlaqədar “xxxxxxxxxxx” QSC tərəfindən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər “X7 Agentliyi” MMC-yə verilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Qaradağ filialı ilə Cavabdeh arasında xx.xx.2009-cu il tarixdə 102 saylı kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh illik 19% tətbiq edilməklə, 12 ay müddətinə 30 000 manat kredit verilmiş, kredit öhdəliyinin təminatı olaraq X1 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 3 otaqlı 1 saylı mənzil ipotekaya qoyulmuşdur. Cavabdeh üzərinə götürdüyü kredit ödəliklərini lazımınca yerinə yetirməmiş və əsas borc üzrə 2439,79 ABŞ dolları, faiz borcu üzrə 5258,53 ABŞ dolları olmaqla cəmi 7698,32 ABŞ dolları borcu qalmışdır. Kredit borcunun qaytarılması barədə ona dəfələrlə şifahi və yazılı müraciətlər olunmasına baxmayaraq, cavabdeh kredit borcu və ona hesablanmış faizləri qaytarmamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 2439,79 ABŞ dolları əsas, 93,80 ABŞ dolları faiz borcu olmaqla cəmi 2533,59 (iki min beş yüz otuz üç dollar əlli doqquz sent) ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borcun və ödənilmiş dövlət rüsumunun 9,90 (doqquz manat doxsan qəpik) manat hissəsinin “xxxxxxxxxxx” QSC-nin xeyrinə tutulması, tutmanın ipotekaya qoyulmuş, cavabdeh X2 məxsus ünvan 2 ünvanında yerləşən 3 otaqlı, 1 saylı mənzilə yönəldilərək ilkin satış qiyməti 65 000 (altmış beş min) manat müəyyən edilməklə açıq hərracda satış yolu ilə realizə edilməsi, satışdan əldə edilmiş məbləğin iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğinin Cavabdeh tutulub “xxxxxxxxxxx” QSC-nin hesabına ödənilmsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyərinin 47,85 (qırx yeddi manat səksən beş qəpik) manat hissəsinin Cavabdeh, 97,15 (doxsan yeddi manat on beş qəpik) manat hissəsinin “xxxxxxxxxxx” QSC-dən tutulub Dövlət büdcəsinə keçirilməsi qət olunmuşdur. Həmin qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun qismən ləğv olunmasını və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin borc məbləğlərini düzgün hesablamadığı, faiz tələbini tam təmin etməməklə Kostitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarının müddəalarını düzgün tətbiq etmədiyi arqumenti ilə əsaslandırmışdır. Qətnamədən Cavabdeh da apellyasiya şikayəti verərək iddia tələbi ilə bağlı iddia müddətinin tətbiq olunmasını və qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, habelə Cavabdeh və onun nümayəndəsi X10 hər biri ayrı-ayrılıqda şikayətlərin dəlillərini müdafiə etməklə müvafiq qətnamə çıxarılmasını xahiş etmiş, işə baxılmasının yeri və vaxtı barəsində məlumatlandırılmış digər cavabdeh isə məhkəməyə gəlməmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının apellyasiya şikayəti vermiş tərəflərə münasibətdə və onların mübahisələndirdiyi həcmdə yoxlanılması təşkil edir. Cavabdeh X4 şikayət vermədiyindən qətnamə ona münasibətdə yoxlanılmır. Kollegiya bu qənaətini onunla əsaslandırır ki, iddianın əsas borcluya və ipoteka qoyana qarşı yönəlmiş hissələri bir-biri ilə bağlı olmaqla mübahisənin predmeti bölünməz xarakterli olsa da, əsas borclunun yalnız borcun məbləği ilə bağlı şikayətinə əsasən qətnamənin bütünlüklə və ipoteka qoyana münasibətdə də yoxlanılması sonuncunun hüquqlarına toxunan hal kimi qiymətləndirilə bilər. Həmçinin qeyd olunmalıdır ki, Cavabdeh apellyasiya şikayətinin məzmunu qətnamənin digər cavabdehə münasibətdə də yoxlanılmasına əsas vermir. Başqa sözlə qətnamənin, “tutmanın ipotekaya qoyulmuş, cavabdeh X2 məxsus ünvan 2 ünvanında yerləşən 3 otaqlı, 1 saylı mənzilə yönəldilərək ilkin satış qiyməti 65 000 (altmış beş min) manat müəyyən edilməklə açıq hərracda satış yolu ilə realizə edilməsi, satışdan əldə edilmiş məbləğin iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilməsi”ilə bağlı hissələri hazırkı apellyasiya baxışının predmeti deyildir. Kollegiya apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, iddiaçının nümayəndəsinin şikayəti qismən təmin olunmalı və qətnamə əsas borcun tutulması hissəsində dəyişdirilməli, Cavabdeh şikayəti təmin olunmayaraq qətnamə mübahisələndirilən qalan hissədə və onu mübahisələndirən tərəflərə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına görə, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə Cavabdeh arasında xx xxxx 2009-cu il tarixdə kredit müqaviləsi bağlanaraq adı çəkilən şəxsə 12 ay müddətinə, illik 19 % ödəməsi şərtilə 30 000 ABŞ dolları kredit verilmiş, onun öhdəliklərinin icrasının təminatı olaraq X1 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 3 otaqlı 1 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. Birinci instansiya məhkəməsi təyin etdiyi ekspertiza rəyi əsasında müəyyən etmişdir ki, kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2010-cu il tarixə Cavabdeh əsas kredit borcu 15 900 ABŞ dolları, faiz borcu isə 93,8 ABŞ dolları təşkil etmiş, borcalan tərəfindən müqavilə müddətinin bitdiyi tarixdən sonra ümumilikdə 12 910 ABŞ dolları məbləğində ödəniş aparılmışdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq və iddiaçı bankın nümayəndəsinin “faiz borcunun düzgün hesablanmadığı” dəlilini əsassız sayaraq qeyd edir ki, Cavabdeh müqavilə əsasında xx.xx.2019-cu il tarixinə qədər müqavilədə nəzərdə tutulmuş faiz dərəcəsi ilə borcun hesablanması nə müqavilə şərtlərinə, nə də qanunvericiliyə uyğun deyildir. Belə ki, bankla cavabdeh arasında bağlanmış müqavilə üzrə kredit 12 ay müddətinə (xx.xx.2010-cu il tarixinə qədər) verilmiş və məhz bu dövr ərzində cavabdehin illik 19 % ödəməli olduğu razılaşdırılmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “...kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər.Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir.Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir...Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur”. Bu baxımdan kollegiya hesab edir ki, kredit müqaviləsinin qüvvədə olduğu müddət ərzində Cavabdeh hesablanmalı olan faiz borcunun 93,8 ABŞ dolları təşkil etməsi qənaətinə gəldiyi zaman birinci instansiya məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etmişdir. Bununla belə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi əsas borcun hesablanması zamanı səhvə yol vermişdir. Belə ki, məhkəmənin təyin etdiyi ekspertizanın rəyi ilə Cavabdeh əsas kredit borcunun müqavilə müddətinin bitdiyi tarixə 15 900 ABŞ dolları təşkil etdiyi müəyyən olunmuş, yuxarıda qeyd edildiyi kimi o, müqavilə müddəti bitdikdən sonra 12 910 ABŞ dolları ödəniş etmişdir. Bu ödəniş məbləği onun əsas borcundan çıxıldıqda isə əsas borcun məbləğinin 2990 ABŞ dolları (15 900-12 910 ABŞ dolları = 2990) olduğu ortaya çıxır. İddiaçının nümayəndəsinin şikayəti üzrə gəldiyi qənaətin məntiqi davamı olaraq kollegiya, Cavabdeh apelyasiya şikayətini əsassız hesab edir və bununla bağlı əlavə əsaslandırma aparılmasına zərurət olmadığını vurğulayır. Onun, tələb üzrə iddia müddətinin keçmiş olması arqumenti ilə bağlı isə qeyd olunmalıdır ki, iş materiallarından xx.xx.2009-cu il tarixindən etibarən kredit müqaviləsi üzrə yaranmış borc hesabına müxtəlif tarixlərdə ödənişlər həyata keçirildiyi, sonuncu dəfə xx.xx.2016-cı il tarixdə 100 manat ödəniş olunduğu aydın olur; bu isə o deməkdir ki, iddiaçı bank xx.xx.2019-cu il tarixdə məhkəməyə təqdim etdiyi iddia tələbləri üzrə əsas iddia müddətini ötürməmişdir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz, 384.0.3-cü maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı MMC-nin nümayəndəsinin apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-121/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi Cavabdeh 2439,79 ABŞ dolları əsas borcun tutulması hissəsində dəyişdirilsin. Cavabdeh tutulmalı olan əsas borcun məbləği 2990 (iki min doqquz yüz doxsan) ABŞ dolları müəyyənləşdirilsin. Cavabdeh apellyasiya şikayəti təmin olunmasın və qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri apellyatorların özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar