Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4168/2021 03.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, onun vəkili və nümayəndəsi X4 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 3-cü şəxs qismində İddiaçı3 cəlb edilməklə Cavabdeh1 qarşı yaşayış evindən çıxarılma, yaşayış sahəsinə köçürülmə və yaşayış sahəsindən istifadəyə törədilmiş maneəçiliklərin aradan qaldırılması tələbinə dair və İddiaçı3 İddiaçı1, İddiaçı2 və Cavabdeh2 qarşı mənzildən çıxarılma və mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı1 və digərinin Cavabdeh1 qarşı yaşayış evindən çıxarılma və sair tələblərə dair iddiası və İddiaçı3 cavabdehlər İddiaçı1 və qeyrisinə qarşı mənzildən çıxarılma və mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı1 Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Nurəddin Paşayev küçəsi, 12/1 saylı evdən çıxarılması və evin ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçılar İddiaçı1 və İddiaçı2 3-cü şəxs qismində İddiaçı3 cəlb edilməklə Cavabdeh1 qarşı iddia ərizəsinə əlavə təqdim edərək, Cavabdeh1 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Nurəddin Paşayev küçəsi, 12/1 saylı evdən çıxarılması, cavabdeh tərəfindən yaşayış sahəsindən istifadəyə törədilmiş maneçiliklərin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, Cavabdeh1 onların iki azyaşlı uşaqları ilə birlikdə yaşadıqları və qeydiyyatda olduqları Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Nurəddin Paşayev küçəsi, 12/1 saylı evi zəbt edərək, hazırda da orada yaşamaqda davam edir. Onlar isə başqa ünvanda kirayədə yaşamağa məcbur olmuşlar. Onların cavabdeh tərəfindən zəbt olunmuş evinə dair kommunikasiya xətləri – elektrik, qaz və su xətləri çəkilmiş, syağaclar quraşdırılmış, müvafiq kodlaşma aparılmış və onların istifadəsinə verilmişdir. Yerli idarəetmə orqanları tərəfindən müvafiq arayışlar verilmiş və müqavilələr bağlanılmışdır. Yaşayış evindən istifadə ilə əlaqədar dövlətin müəyyən etdiyi vergiləri, kommunal ödənişləri hərbçi ailəsi olaraq vaxtlı-vaxtında ödəyirlər. Hal-hazıradək heç bir vergi və kommunal ödınişlərə dair borclaır yoxdur. Buna baxmayaraq, onların yaşayış evini ölkədə baş verən COVİD-19 bəlasından istifadə edərək Cavabdeh1 3-cü şəxs İddiaçı3 dəstəyi, havadarlığı ilə zəbt etmiş və təkid etmələrinə baxmayaraq, evdən çıxmaq istəmir. 3-cü çəxs İddiaçı3 əvvəllər müvafiq səlahiyyətlərə malik olmasından istifadə edərək aidiyyəti qurumlara təzyiq göstərmiş, onların evinə kommunikasiya xətləri üzrə quraşdırılmış sayğaclara müdaxilə edərək, yeni sayğaclar quraşdırmağa nail olsa da, sonda respublikanın rəhbər orqanlarına onun və yerli bələdiyyənin hərəkətlərinin qarşısının alınması barədə müraciətlər olunmuşdur. Cavabdeh və 3-cü şəxsin qanunazidd hərəkətləri nəticəsində yaşayış evinə köçüb yaşamalarına maneciliklər törədilməkdə davam edir. Qeyd olunanları nəzərə alaraq, iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı3 (3-cü şəxs qismində Badamdar Bələdiyyəsi işə cəlb edilməklə) cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Nurəddin Paşayev küçəsi, 12 C saylı fərdi yaşayış evindən qanunsuz yaşayaraq istifadə edən cavabdehlər İddiaçı1, İddiaçı2 və qeyrilərinin məcburi qaydada əşyaları ilə birlikdə çıxarılmaları və özünə məxsus qeydiyyatda olduğu evinə köçürülməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı3 iddia tələbini onunla əsaslandırmışdır ki, əvvəllər onun, lakin sonradan 2019-cu ildən qayınının mülkiyyətçisi olduğu ünvan 1 ünvanda qeydiyyatda olamağına baxmayaraq, pəncərəsinin qarşısında inşa etdiyi 12 C saylı ev ona məxsusdur. O həmin evi əvvəllər mülkiyyətçisi olduğu dövrlərdə layihə tərtib etdirdikdən sonra bələdiyyə orqanına rəsmi qaydada məlumat verməklə inşa etdirmişdir. O, hərbi hissə komandiri olduğu vaxtlarda cavabdeh İddiaçı2 ilə tanış olmuşdu və onunla yaxın səmimi münasibətləri olmuşdur. 2017-ci ilin sentyabr ayında mülkiyyətçisi olduğu evin, yəni ünvan 1 ünvanın qarşısında özünə məxsus torpaq sahəsində layihəyə əsasən inşa etdiyi evi tamamlamaq məqsədi ilə cavabdeh İddiaçı2la səmimi söhbət etdi. Cavabdeh İddiaçı2 təkid etdi həmin tikinti işlərini ona həvalə etsin. O bir müddət sonra Samirlə razılaşaraq mülkiyyətçisi olduğu evin qarşısında layihəyə əsasən yarımçıq tikdirdiyi özünə məxsus evi onun ustalarına tikinti işlərini verəcəyini bildirdi. O özünə məxsus həmin fərdi yaşayış evi üçün tikinti materiallarının dəyərini, usta və fəhlə işlərinin zəhmət haqqısına dair cavabdeh İddiaçı2 pullar ödəmişdir. Bəzi hallarda müvafiq tikinti materiallarını özü şəxsən alaraq fərdi yaşayış evində işləyən ustalara istifadə etmələri üçün təqdim etmişdir. 12C saylı fərdi yaşayış evinin yarımçıq qalan hissəsini layihəyə əsasən tikinti işlərini 2017-ci ilin sonlarında başa çatdırdı. Həmin evə kommunal (işıq, qaz, su) xətləri mülkiyyətçi olduğu mənzilindən təmin etdi. Evinə məişət əşyalarından bir dəst çarpayı, soyuducu və qızdırıcı yerləşdirdi. Sonra cavabdeh İddiaçı2 dəfələrlə ondan xahiş etdi ki, onun və ailəsinin yaşamaq üçün evləri olmadığından onun evində kirayə qalmalarını xahiş etmişdir. O, Samirə hərbi xidmətdən təxris olunanadək onun evində müvəqqəti yaşamasına razılıq verdi. Samir ona minnətdarlıq edərək, o, hərbi xidmətdən təxris olunduqdan sonra evdən çıxacağını bildirdi. O, 2019-cu ilin sentyabr ayında hərbidən təxris olundu. Cavabdeh İddiaçı2 əvvəllər ona razılıq verdiyi fikrini xatırladaraq ailəsi ilə bilikdə çıxmalarını bildirdi. Samir ona bu günə kimi ona kömək etdiyi və çətin vəziyyətdə ona kömək olduğu üçün onun evində qaldığından ona təşəkkür etdi. Cavabdeh İddiaçı2 sonradan ona müxtəlif bəhanələr edərək ailəsi ilə birlikdə onun evindən çıxmaqdan yayınmağa başladı. O, cavabdehin bu hərəkətlərini qəbul etmədiyi üçün özünə məxsus qeydiyyatda olduğu Səbail rayonu, Badamdar qəsəbəsi. N.Paşayev küçəsi, 12 C saylı yaşayış evinin pəncərəsini döyərək onunla üz-üzə danışmaq qərarına gəldi. Evinin pəncərəsini döydükdə tanımadığı bir şəxs ona cavab verərək kimi oluduğunu soruşanda o onun olduğu evin sahibi və mülkiyyətçisi olduğunu bildirdi. Tanımadığı şəxs ona məxsus evin onun qaynına məxsus olduğunu bildirərək, ona etirazını bidirdi. O, bu hadisədən sonra cavabdeh İddiaçı2la telefon vasitəsi ilə əlaqə saxladıqda, ona nəlayıq söyüşlər edərək onunla danışmaqdan imtina etdi. O, cavabdeh İddiaçı2 bu qanunsuz hərəkətlərindən Daxili İşlər Nazirliyinə və başqa dövlət orqanlarına müraciət edərək cavabdeh tərəfindən mülkiyyət hüquqlarının kobud şəkildə pozulduğunu, onun və qeyrilərinın yaşayış yeri üzrə qeydiyyatda olduğu evinin qanunsuz zəbt etmələri barədə şikayət etdi. Cavabdeh İddiaçı2 və qeyriləri tərəfindən evini qanunsuz zəbt etmələri barədə Səbail Rayon Polis idarəsinin 41-ci Polis Bölməsi və istintaq şöbəsi tərəfindən ətraflı araşdırma aparıldı. Həmin araşdırma barədə müstəntiq Pərviz Cəfərov 15 iyun 2020-ci il tarixli qərarı ilə şikayətini rədd edərək məhkəmə mübahisəsi olduğundan müraciətini məhkəməyə etməsi göstərilmişdir. Bakı şəhəri Səbail Rayon Polis idarəsinin istintaq Şöbəsinin müstəntiqi P.Cəfərovun cinayət işinin başlanmasının rədd olunması barədə 15 iyun 2020-ci il tarixli qərarından görünür ki, ona məxsus Səbail rayonu, Badamdar qəsəbəsi, N.Paşayev küçəsi, 12 C saylı fərdi yaşayış evində pasport qeydiyyatında olmağına baxmayaraq, yaşayış yeri üzrə özünə məxsus olan qeydiyyada olduğu ünvan cavabdehlər İddiaçı2, İddiaçı1 və qeyriləri tərəfindən qanunsuz istifadə olunur. Ona məxsus Badamdar qəsəbəsi 12C saylı evinin zəbt olunmasına dair araşdırma aparan təhiqaqtçıya və müstəntiqə tərəfindən müvafiq hüquq müəyyənedici sənədlərdən 2011-ci il tarixli layihə, həmin ünvanda pasport qeydiyyatında olmağına dair arayış, bələdiyyə tərəfindən 12 C saylı yaşayış evinin xəritəsi, torpaq sahəsi və tikilinin ona məxsus olması barədə arayış təqdim etmişdir. Əlavə olaraq istintaq araşdırması zamanı Badamdar qəsəbəsi 12C saylı evinə dair müvafiq sorğu verilmiş və həmin evin ona məxsus olması Badamdar bələdiyyəsi tərəfindən təsdiq edilmişdir. Həmçinin qeyd edilən qərardan görünür ki, 12 C saylı fərdi yaşayış evinin ona məxsus olması cavabdehlər İddiaçı2 və İddiaçı1 tərəfindən etiraf edilmişdir. Cavabdehlər İddiaçı2 və İddiaçı1 istintaq araşdırması zamanı təqdim etdiyi sənədlərin və verdiyi izahatlar həqiqəti əks etdirməyən sənədlər və yalan ifadələrdir. Belə ki, həmin cavabdehlər ayrı-ayrı ünvanlarda qeydiyyatda olmaqla yaşayırlar və həmin qeydiyyat ünvanlarını qanunsuz yollarla ona məxsus evə iddia edərək zəbt edib istifadə edirlər. İstintaqa kommunal xidmətlərdən istifadə etdikləri təqdim etdikləri texniki sənədlərdən görünür ki, onların qeydiyyat ünvanlan başqa yerə aiddir və qanunsuz hərəkətlər edərək onun evindən istifadə edirlər, istintaqın ətraflı araşdırması zamanı onun evinə yerində baxış keçirilmiş və bir daha da 12C saylı fərdi yaşayış evinin mülkiyyətçisi olduğu evin Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, N.Paşayev küçəsi, 12 saylı evin, 2 saylı mənzilinin divarına bitşik olmaqla həmin evin ayrılmaz hissəsi olduğu təsdiq olunmuşdur. Beləliklə, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, N.Paşayev küçəsi, 12C saylı evin ona məxsus olmasına dair onun tərəfindən əldə edilmiş sənədlərlə - lahiyyə, qeydiyyatda olmağı barədə arayış, evin və torpağın ona məxsus olması barədə bələdiyyə arayışı, bələdiyyənin xəritəsi, mülkiyyətçi olduğum evin Çıxarışı, istintaq araşdırması zamanı şahid ifadələri, cavabdehlər İddiaçı2 və İddiaçı1 etirafedici izahatları tam sübuta yetirilmişdir. Yuxarıda qeyd edilənlərə ibtidai istintaq tərəfindən hüquqi qiymət verilmişdir. Həmin qərarda qeydiyyatda olduğu evinin yaşayış sahəsindən istifadə etməməyi, evinin ona məxsus olması təsdiq edilmişdir. Göstərilən evdən qeyd edilən cavabdehlər və qeyriləri tərəfindən qanunsuz istifadə edilmələri göstərilmişdir. Azərbaycan Respublikası Siiahlı Qüvvələrində zabit kimi xidmət etdiyi üçün vətənin müdafiə keşiyində olduğu ərazilər Bakıdan uzaq ərazilərdə yerləşdiyindən qeydiyyatda olduğu özünə məxsus evdən yaşamaq hüquqları İddiaçı2 və İddiaçı1 və qeyriləri tərəfindən qanunsuz və özbaşınalıq edilməsi nəticəsində məhrum edilmişdir. Onların bu özbaşınalıq əməlləri əmlakını qanunsuz zəbt etməsidir ki, ona maddi ziyan yetirməklə mənəvi iztirablar yaşadırlar. Evində qeyd olunan şəxslərin onun mülkiyyət hüququndan sərbəst və müstəqil qərar qəbul etməyinə, mülkiyyətində olan evində yaşamağıa və istifadə hüququna ciddi şəkildə maneəçilik yaradırlar. Onun qanunvericiliklə qorunan hüquqları pozulduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Səbail rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli qərardadı ilə İddiaçı3 və cavabdehlər İddiaçı1 və İddiaçı2 vəsatətləri təmin edilərək, İddiaçı3 (3-cü şəxs qismində Badamdar Bələdiyyəsi işə cəlb edilməklə) cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “mənzildən çıxarılma və mənzilə köçürülmə” tələbinə dair mülki işin məhkəmənin icraatında olan iddiaçılar İddiaçı1 və İddiaçı2 3-cü şəxs qismində İddiaçı3 cəlb edilməklə Cavabdeh1 qarşı yaşayış evindən çıxarılma və yaşayış sahəsindən istifadəyə törədilmiş maneçiliklərin aradan qaldırılması tələbinə dair mülki işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır. Sonradan iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, Cavabdeh1 ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yerləşən yaşayış sahəsindən çıxarılması, iddiaçıların rəsmi qeydiyyatda olduqları mənzilin boşaldılması, onların həmin yaşayış sahəsinə köçürülməsi, İddiaçı3 tərəfindən yaşayış sahəsindən istifadəyə törədilmiş maneçiliklərin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı3 da məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, onun Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Nurəddin Paşayev küçəsi, 12 C saylı fərdi yaşayış evindən cavabdehlər İddiaçı1, İddiaçı2 və Cavabdeh2 məcburi qaydada çıxarılmaları, həmin evi boşaldaraq təhvil vermələri və ona məxsus qeydiyyatda olduğu evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələləri təmin edilməmişdir. İddiaçı1 və İddiaçı2 Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1171/2020 saylı 30 noyabr 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddia tələblərinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması, maddi və prosessual hüquq normalarının pozulmasını və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. Şikayətdə məhkəmə tərəfindən iddia predmeti üzrə düzgün nəticəyə gəlinmədiyindən, təqdim edilmiş sübutlara və vəsatətlərə tam şəkildə istinad edilmədiyindən, fikirləri təhrif olunmuş qaydada qətnamədə göstərilməsi baxımından, həmçinin tam və hərtərəfli araşdırma aparılmamağı səbəbindən qətnamə ləğv edilməli, məhkəmə kollegiyası tərəfindən tam huquqlu məhkəmə kimi səlahiyyətləri çərçivəsində, işdə olan sənəd və sübutlar əsasında, yeni sübutlar təqdim edilməklə və araşdırmalar yeni qətnamə qəbul edilməlidir. Öz növbəsində Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1171/2020 saylı 30 noyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı3 apellyasiya şikayəti verərək qətnamənin iddia təlbimin rədd olunması hissəsində ləğv edilməsi və “qeydiyyatda olduğu fərdi yaşayış evimə köçürülmə, cavabdehlərin ona məxsus evindən çıxarılması və fərdi yaşayış evini boşaldaraq təhvil vermələri” iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Səbail Rayon Məhəkəməsinin hakimi qətnamə qəbul edərkən onun iddia tələbinə dair təqdim etdiyi sübutları və məhkəmə iclasında cavabdehlər İddiaçı1 və İddiaçı2 12 C saylı fərdi yaşayış evinin ona məxsus olmasını etiraf etmələrinə baxmayaraq, iddia tələbi qanusuz olaraq rədd edilmişdir. Belə ki, Səbail Rayon Məhkəməsinin hakimi tərəfindən məhkəmə araşdırması zamanı 12 C saylı fərdi yaşayış evinin ona məxsus olması barədə lazımi dəlillər olmasına baxmayaraq, qeyd edilən qətnaməsində fərdi yaşayış evinin dövlət reyestrindən mülkiyyət şəhadətnaməsi barədə çıxarış olmadığı üçün iddia tələbinin rədd olunması qənaətinə gəlmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Badamdar Bələdiyyəsinin nümayəndəsi X1 iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya apellyasiya şikayətlərinin dəlillərini ayrı-ayrılıqda müzakirə edib, apellyasiya şikayətlərini müdafiə edərək təmin olunmasını, qarşı tərəfin şikayəti ilə razılaşmayaraq rədd olunmaasını xahiş edən tərəfləri dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AZE ******** nömrəli, 25.06.2018-ci il tarixli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1983-cü ildə Cəlilabad şəhərində anadan olmuş İddiaçı2 ünvan 3 ünvanda qeydiyyatdadır. İş materiallarında olan Yaşayış yeri üzrə qeydiyyat haqqında “Asan 3” xidmətin 09.03.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı1 05.03.2020-ci il tarixdən Bakı şəhəri, ünvan 4 ünvanda qeydiyyatdadır. Onunla birlikdə həmin ünvanda xx.xx.1983-cü il təvəllüdlü İddiaçı2, 11.04.2013-cü il təvəllüdlü X3, 12.09.2014-cü il təvəllüdlü X5 qeydiyyatdadırlar. İş materiallarında olan AZE 15855165 nömrəli, 25.02.2016-cı il tarixli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 11.12.1978-ci ildə İsmayıllı rayonu, Xankəndi kəndində anadan olmuş Abbasova X2 rayonu, Xankəndi kəndində qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri Səbail RPİ-nin İŞ-nin müstəntiqi Pərviz Cəfərovun vətəndaşlar Cavabdeh1, İddiaçı3, İddiaçı1 və İddiaçı2 ərizələri əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 15.06.2020-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Badamdar Bələdiyyəsinin 06/174 saylı, 03.06.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı2 ünvan 5 ünvanında yaşayır. Səbail rayonu, Badamdar qəsəbəsində vergi ödəyicisidir, torpaq və əmlak vergisi borcu yoxdur. İş materiallarında olan AZE 13993892 nömrəli, 14.08.2014-cü il tarixli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1978-ci ildə Astara rayonu, Artupa kəndində anadan olmuş İddiaçı3 ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Badamdar Bələdiyyəsinin 110/01 saylı, 11.03.2020-ci il tarixli arayışından görünür ki, həqiqətən də, Badamdar qəsəbəsi, N.Paşayev küçəsi, ev 12C ünvanında yerləşən əmlak və torpaq sahəsi İddiaçı3 məxsusdur və qeydiyyatsız yaşayır. İş materiallarında olan Yaşayış yeri üzrə qeydiyyat haqqında “Asan 3” xidmətin 19.05.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı3 18.05.2020- ci il tarixdən ünvan 7 ünvanda qeydiyyatdadır. İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən irəli sürülmüş tələbdən görünür ki, İddiaçı2 2017-ci ildə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, N.Paşayev küçəsi, 12 saylı evin, 2 mərtəbəli evin 2 saylı mənzilinin altındakı zirzəmini və onun qarşısındakı 12/1 saylı özbaşına tikilini və əvvəllər yaşadığı və onun tərəfindən tikilmiş iki otaqlı 12/1 D saylı özbaşına tikilinin yerləşdiyi torpaq sahəsini Ravil Manafova 20000 manat nağd pul verməklə almış, həmin özbaşına tikiliyə elektirik, qaz və su xətləri çəkilmiş, sayğaclar quraşdırılmışdır. Daha sonra, 2017-ci ildə o, Ravildən aldığı boş torpaq sahəsində öz vəsaiti hesabına iki mərtəbəli evə bitişik iki otaqlı 12/1 D saylı özbaşına tikili tikmiş, eləcə də, zirzəminin qarşısındakı 12/1 saylı bir otaqlı özbaşına tikilinin üstünü qaldırmışdır. O, 2017-ci ilin sonunda iki otaqlı 12/1 D saylı evi tikib başa çatdırdıqdan sonra orada həyat yoldaşı İddiaçı1 və iki uşağı ilə birlikdə yaşamış, 2020-ci ilin əvvəllərində pula ehtiyacı olduğundan həmin tikilini başqa şəxsə satmışdır. Hal-hazırda o, ailəsi ilə başqa ünvanda kirayədə yaşamağa məcburdur. Belə ki, Cavabdeh1 onun pul verib aldığı və ailəsi ilə birlikdə qeydiyyatda olmaqla yaşadıqları Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Nurəddin Paşayev küçəsi, 12/1 saylı evi 3-cü şəxs İddiaçı3 dəstəyi, havadarlığı ilə zəbt edərək, hazırda da orada yaşamaqda davam edir. Onların isə həmin evdən başqa digər yaşayış sahəsi yoxdur. Bu səbəbdən iddiaçılar cavabdehin onlara məxsus həmin evdən çıxarılmasını və onların həmin tikiliyə köçürülməsini məhkəmədən xahiş etmişlər. İşin hallarından müəyən olunur ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən mübahisələndirilən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Nurəddin Paşayev küçəsi, 12/1 saylı ev hüquqi rejiminə görə özbaşına tikilidir və həmin evə dair hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli ev hüquqi statusuna görə özbaşına tikili olduğundan və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından, həmin ev alqısatqı müqaviləsinin predmeti ola bilməz və həmin ev üzrə istifadə hüquqlarının yaranması hüquqi nöqteyi nəzərdən mümkün deyil. Yəni əmlakdan istifadə, sahiblik və sərəncam hüququ yalnız daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış yaşayış evi üzərində tanına bilər. Qanunvericiliyinin tələblərinə əsasən daşınmaz əmlakların alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq edilməli və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Özbaşına tikililərlə bağlı isə belə müqavilənin rəsmiləşdirilməsi qanunla müəyyən edilməmişdir. Digər İddiaçı3 tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, 2017-ci ilin sentyabr ayında evinin divarına bitişik ona məxsus torpaq sahəsində 2013- cü ildə tərtib etdirdiyi eskiz layihəyə uyğun olaraq bir mərtəbəli iki otaqlı ev tikdirməyə hazırlaşmış, lakin zabit olduğu üçün başqa rayonda hərbi xidmətdə olması ilə əlaqədar evin tikintisi ilə məşğul olmağı əvvəlcədən tanıdığı İddiaçı2 həvalə etmiş və İddiaçı2 onun vəsaiti hesabına 2017-ci ilin sonlarına həmin tikilini başa çatdırmışdır. Zirzəminin qarşısındakı tikili və ona məxsus həyətdəki iki otaqlı özbaşına tikiliyə bütövlükdə Bələdiyyə tərəfindən ünvan 9 ünvanı verilmişdir. İddiaçı2 ona müraciət edərək ailə üzvləri ilə müvəqqəti yaşamaq üçün mənzilinə bitişik həmin tikilidən istifadə etməsini xahiş etmiş və o da, hərbi xidmətdən tərxis olub qayıdanadək Samirin ailə üzvləri ilə birlikdə həmin tikilidə müvəqqəti yaşamasına razılıq vermişdir. İddiaçı2 ondan xəbərsiz həmin tikiliyə Bələdiyyədən 12/1 D ünvan almışdır. 2019-cu ilin sentyabr ayından ordudan tərxis olunduqdan sonra o, Samirə tikilini boşaltmağı təklif etmiş, Samir müxtəlif bəhanələrlə evi boşaltmamış, sonra isə o xəbər tutmuşdur ki, İddiaçı2 evi Cavabdeh2 adlı bir şəxsə satmışdır və hal-hazırda həmin evdə başqa bir ailə yaşayır. Tələbində cavabdehlərin ona məxsus evdən çıxarılması və onun özünə məxsus evə köçürülməsini xahiş etmişdir. Göründüyü kimi, İddiaçı3 tərəfindən mübahisələndirilən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Nurəddin Paşayev küçəsi, 12C saylı ev hüquqi rejiminə görə özbaşına tikilidir və həmin evə, eləcə də, onun yerləşdiyi torpaq sahəsinə dair hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən hesab edir ki, məhkəmə əvvəlcə iddiaçıların müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçıların müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Göründüyü kimi, hazırkı mülki işdə hər iki iddia tələbi üzrə iddiaçılar cavabdehlərin mübahisəli tikililərdən çıxarılması tələbini irəli sürərkən onun faktiki əsası qismində həmin tikililərin onlara məxsus olduğunu göstərmişlər. Bu mənada diqqətə alınmalıdır ki, Azərbaycan Respublikasında daşınmaz əmlaka mülkiyyət və digər hüquqların, onların əmələ gəlməsi, başqasına keçməsi və xitamı, habelə bu hüquqların məhdudlaşdırılması dövlət qeydiyyatına alınması ilə müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci və 139.3-cü maddələrinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlakla bağlı hər hansı bir hüquqi hərəkətin edilməsini xüsusi reyestrdə qeydiyyatının müyyənləşdirilməsi, əmlakın mülkiyyətçisinin, habelə istənilən potensial alıcısının hüquqlarının müdafiəsi ilə əlaqədardır. Çünki yalnız qeydiyyata alınmış hüquqları dövlət tanıyır və onun müdafiəsinə təminat verir. Daşınmaz əmlaka dair hüquqların dövlət reyestrində qeydiyyatının əhəmiyyəti Konstitusiya Məhkəməsinin qərarında da öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 178.8-ci maddəsinin şərh edilməsinə dair 25 oktyabr 2010-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatı Mülki Prosessual Məcəllənin 81-ci maddəsindən irəli gələn sübutların mümkünlüyü prinsipi baxımdan da mühüm əhəmiyyət kəsb edir. Belə ki, qanunverici daşınmaz əmlak üzərində mülkiyyət hüququnun mövcudluğunu təsdiq edən sübutetmə vasitəsi kimi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı müəyyən etmiş və bu halın digər sübutlarla, o cümlədən şahid ifadələri ilə təsdiq oluna bilməzliyini müyyənləşdirmişdir. Hazırkı mülki işdə isə iddiaçıların hər biri mübahisəli tikililərin mülkiyyət hüququ ilə onlara məxsus olduğunu təsdiq edən hər hansı hüquq müəyyənedici sənədi, habelə digər mötəbər sübutu nə birinci instansiya məhkəməsinə, nə də ki, kollegiyanın iclasında təqdim etməmişlər. Məhkəm kollegiyası yuxarıda qeyd olunanlara əsaslanaraq, hesab edir ki, iddiaçılar tərəfindən mübahisələndirilən tikililər hüquqi statuslarına görə özbaşına tikili olduqlarına görə iddiaçılar həmin tikililər üzərində hər hansı hüquq əldə etmədiklərindən, onların cavabdehlərin həmin tikililərdən çıxarılmaları ilə bağlı tələb irəli sürmək üçün subyektiv hüquqları da olmadığından, İddiaçı1, İddiaçı2 və İddiaçı3 ayrı-ayrılıqda iddialarını qanuni əsası olmadığından təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya apellyasiya şikayətlərinin dəlillərinin qətnamənin ləğv olunmasına heç bir hüquqi əsaslar verməməsi qənətinə gəlir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya QƏ T ETDİ: İddiaçı1, İddiaçı2 və İddiaçı3 apellyasiya şikayətləri təmin edilməsin. Bakı Səbail rayon Məhkəməsinin hazırki iş üzrə 30 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4168/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4168/2021
03.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver