Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4170/2023 16.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-1097/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından cavabdeh X4 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh X1rşı “zəbt olunmuş əmlakın boşaldılması və maneələrə son qoyulması" tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, İnşaatçılar metrostansiyasının yaxınlığında yerləşən və İran İslam Respublikası vətəndaşı X5 tərəfindən zəbt edilmiş köşkün boşaldılması və qanuni sahibliyində olan köşkdən istifadə edə bilmək üçün yaradılmış maneələrə son qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-1097/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən cavabdeh X4 apellyasiya şikayəti vermişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-1097/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddət ötürüldüyünə görə apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh 2(004)-1097/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardaddan şikayət verərək həmin qərardadın ləğv edilməsini, qətnamədən verilmiş apellyasiya şikayətinin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, mübahisələndirilən qətnamə cavabdehə poçt vasitəsilə təqdim edilməmişdir və beləliklə MPM-in sənədin rəsmi qaydada verilmiş hesab edilməsi ilə bağlı normalarının tələbləri pozulmuşdur. Belə ki, cavabdehin elektron kabineti olmamış, kabineti olsa belə bu kommersiya mübahisəsi olmadığından rəsmi çatdırılma hesab edilməməlidir. Rayon məhkəməsinin qətnamədən kassasiya şikayəti verilməsi müddətini cavabdehin nümayəndəsi və vəkilinin kabinetinə yerləşdirilmə tarixindən hesablamaqda səhvə yol vermişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-1097/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından məlum olur ki, xx.xx.2023-cü il tarixli qətnamə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış şəxsi elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirilmiş, buna görə də qətnamə cavabdehin ünvanına poçt vasitəsilə göndərilməmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş 1 aylıq müddət ötürülmüşdür. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətində cavabdeh X2 əcnəbi fiziki şəxs olduğunu, “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmədiyini və elektron kabineti olmadığını əsas gətirərək qətnamənin cavabdehə MPM-in 135.2-ci maddəsinə uyğun olaraq rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən təqdim edilməli olduğunu və buna görə də qətnamədən apellyasiya şikayəti vermək üçün prosessual müddətin ötürülmədiyini bildirir. Məhkəmə kollegiyası şikayətin dəlilinə əsasən rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, hazırkı iş üzrə qətnamə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış şəxsi elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirilmişdir. Həmçinin qətnamədən verilmiş apellyasiya şikayəti də məhz cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məxsus elektron kabinet vasitəsilə verilmiş və ona məxsus elektron imza ilə imzalanmışdır. Beləliklə, qətnamə cavabdehin nümayəndəsi və vəkilinin elektron kabinetinə yerləşdirildiyi halda, cavabdehin ünvanına göndərilməməsi məhkəmə aktının ona təqdim edilməməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətini müddətin ötürülməsi əsası ilə geri qaytarmaqda haqlı olmuşdur, şikayət əsassız, qərardad isə qanuni və əsaslı olduğundan şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin 2(004)-1097/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-4170/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4170/2023
16.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver