Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4177/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qətnamənin icra olunduğu gün mövcud olan məzənnəyə əsasən 240.000 ABŞ dolları əsas borc, 24.000 ABŞ dolları mənəvi ziyana görə və ödədiyi 30 nanat dövlət rüsumunun dəyərinin, cəmi 264.000 (iki yüz altmış dörd min) ABŞ dolları və 30 manat məbləğin alınaraq, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı işə mahiyyəti üzrə baxılıb həll edilənədək, Cavabdeh məxsus ünvan 1 ünvanda yerləşən mənzilin və Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsi üzərinə həbsin qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(005)- 954/2021 nömrəli qərardadı ilə ərizə qismən təmin edilmiş, işə mahiyyəti üzrə baxılıb həll edilənədək, Cavabdeh məxsus ünvan 1 ünvanda yerləşən mənzilin və Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsinin özgəninkiləşdirilməsinin qadağan qərara alınmışdır. Cavabdeh şikayət verərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(005)-954/2021 nömrəli qərardadının ləğv olunmasını və ərizənin təmin edilməməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(005)- 954/2021 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi 30.03.2021-ci il tarixli məktub göndərərək, Cavabdeh həmin məhkəmənin 19.02.2021-ci il tarixli qərardadından verdiyi şikayəti geri götürdüyünü bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etdiyi üçün onun şikayətinin geri qaytarılması məsələsinə həmin məhkəmə baxmalıdır. QƏRARA ALDİ: Cavabdeh Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19.02.2021-ci il tarixli qərardadından verdiyi şikayətin geri qaytarılması məsələsinə baxılması üçün mülki iş icraatdan (baxışdan) çıxarılaraq Nərimanov Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4177/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4177/2021
05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver