Məhkəmə qərarları › İş №2(103)-4177/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4177/2022

16.05.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4177/2022 16.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-194/2021 saylı, 13 aprel 2021-ci il tarixli qətnaməsindən iş üzrə cavabdeh X3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Əliabbas qızı cavabdeh X2 qarşı torpaq sahəsinin boşaldılması, torpaq sahəsi üzərində olan tikilinin sökülməsi və qanuni sahibinə qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 tərəfindən zəbt edilmiş Sabunçu rayonu, Ləhiş bağları adlanan ərazidə 1195 nömrəli, 12 sot (0,12 ha) ərazini əhatə edən bağ sahəsinin boşaldılması, oradakı birmərtəbəli tikilinin sökülməsi və onun istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-194/2021 saylı, 13 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Sabunçu rayonu, Ləhiş bağları adlanan ərazidə 1195 nömrəli, 12 sot (0,12 ha) ərazini əhatə edən bağ sahəsi cavabdeh X3 tərəfindən boşaldılmaqla oradakı birmərtəbəli tikilinin sökülməsi və həmin bağ sahəsinin İddiaçı Əliabbas qızının istifadəsinə qaytarılması qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan X3 apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-194/2021 saylı, 13 aprel 2021-ci il tarixli qətnaməsi rəsmi olaraq işdə iştirak edən şəxslərə 19 aprel 2021-ci il tarixdə göndərilmişdir. 29 sentyabr 2021-ci il tarixdə isə qeyd edilən qətnamədən cavabdeh X3 tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-194/2021 saylı, 29 sentyabr 2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Qərardad 29 sentyabr 2021-ci il tarixli müşayiət məktubu ilə 04 oktyabr 2021-ci il tarixli reyestr əsasında H.Babuşova göndərilmişdir. Daha sonra 14 aprel 2022-ci il tarixdə cavabdeh X3 tərəfindən qərardaddan şikayət verilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-194/2021 saylı, 18 aprel 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-194/2021 saylı, 29 sentyabr 2021-ci il tarixli qərardadı ləğv edilmiş, apellyasiya şikayəti baxılması Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Lakin iş materiallarında, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-194/2021 saylı, 13 aprel 2021-ci il tarixli qətnaməsinin cavabdeh X3 tərəfindən rəsmi qaydada nə zaman əldə edildiyi barədə sübut iş materialları ilə müəyyən edilməmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi 18 aprel 2022-ci il tarixdə qərardaddan prosessual müddəti ötürülməklə verilmiş şikayətə (qərardad 29.09.2021-ci il tarixdə qəbul edilmiş, şikayət isə 14.04.2022-ci il tarixdə verilmişdir) baxarkən, hansı sübutlar əsasında şikayətə baxdığını, cavabdehin qətnaməni rəsmi qaydada nə zaman əldə etməyi və apellyasiya şikayətinin və qərardaddan şikayətin prosessual qanunvericiliklə müəyyən olunmuş formada və müddətdə verilib-verilmədiyini araşdırmadan şikayəti təmin etmişdir. Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Həmin Məcəllənin 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh X3 tərəfindən tərəfindən verilmiş apellyasiya şikayəti mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq verilmədiyindən qeyri-mümkün hesab edilməli və mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264, 360, 363,366.4 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-194/2021 saylı, 13 aprel 2021-ci il tarixli qətnaməsindən iş üzrə cavabdeh X3 tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin və mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar