Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-418/2021 23.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Cavabdeh1 vəkili-nümayəndəsi X2 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutumanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetindən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1933/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iş üzrə iddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutumanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 49.025,18 manat məbləğində əsas, 5.044,33 manat məbləğində faiz, cəmi 54.069,51 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 20 manat dövlət rüsumunun və 40 manat xidmət haqqının, cəmi 60 manat xərcin və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın Bank qarşısında ipotekaya qoyulmuş Cavabdeh1 tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 46,39 kv.m ümumi sahədən ibarət 70 saylı mənzilə və Sumqayıt şəhəri. Novxanı bağ massivi, 481 saylı bağ sahəsi ünvanında yerləşən 0,15 ha torpaq sahəsinə yönəldilməsi, ipoteka predmetlərinin hərracdan satılması üçün hər birinin ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetləri olan daşınmaz əmlaklar açıq hərracdan satıldıqdan sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 ünvan 1 ünvanında yerləşən 46,39 kv.m ümumi sahədən ibarət 70 saylı mənzildən və Cavabdeh1 Sumqayıt şəhəri. Novxanı bağ massivi, 481 saylı bağ sahəsi ünvanında yerləşən 0,15 ha torpaq sahəsindən çıxarılması və həmin əmlakların boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X3 iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin ipoteka predmeti olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, 481 saylı bağ sahəsi ünvanında yerləşən 0,15 ha torpaq sahəsinə tutmanın yönəldilməsi hissəsində azaldılmasını, qalan hissədə iddianın təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1933/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 qızma, Cavabdeh8 və Cavabdeh9 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutumanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetindən çıxarılma” tələbinə dair mülki iş üzrə icraata “cavabdehlər Cavabdeh8 və Cavabdeh9 ipoteka predmetindən çıxarılması” hissəsində xitam verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1933/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 37.667,77 manat məbləğində əsas, 4.249,70 manat məbləğində faiz, cəmi 41.917,47 manat məbləğində borc, ipoteka predmetinə tutma haqqında bildirişin qeydiyyatı üçün 10 manat məbləğində dövlət rüsumu, 20 manat məbləğində xidmət haqqı, cəmi 30 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-ya ödənilməsi, tutmanın xx.xx.2017ci il tarixli kredit müqaviləsinin təminatı qismində Cavabdeh1 tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Ənvər Əlixanov küçəsi, 89 nömrəli evin, 70 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına yuxarıda göstərilən məbləğlər ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 60.000 (altmış min) manat məbləğində müəyyən edilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana - Cavabdeh1 qaytarılması, ipoteka predmeti açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 (yetkinlik yaşına çatmayan uşaqları, xx.xx.2009-cu il təvəllüdlü Cavabdeh8 və xx.xx.2004-cü il təvəllüdlü Cavabdeh9 ilə birlikdə), Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 həmin əmlakdan çıxmazsa, onlar məcburi qaydada çıxarılmaları, iddianın qalan hissədə rədd edilməsi, ekspertiza tədqiqatının dəyərini təşkil edən 145 manat məbləğində pul vəsaitinin 100 (bir yüz) manat hissəsi Cavabdeh1, 45 (qırx beş) manat hissəsi isə İddiaçı ASC-dən tutularaq dövlət gəlirlərinə alınması qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, iddia tələbinin tam təmin ediləsini xahiş etmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və borcun yenidən hesablanmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən qətnamədə əsas borcun məbləği xx.xx.2019-cu il tarixə olan əsas borcun məbləği, faiz borcu isə xx.xx.2018-ci il tarixə olan faiz borcuna uyğun müəyyən edilmişdir. Hakim qətnamədə bunun səbəbi kimi iddiaçı tərəfindən iddia tələbinin artırılmaması qeyd etmişdir. Hesab edir ki, hakim bu hal da səhv nəticəyə gəlmişdir. Belə ki, cavabdehlə bağlanmış kredit müqaviləsinin müddəti xx xxxxxxx 2019-cu il tarixdə bitirdi və ekspert rəyində hər iki halda müəyyən edilmiş borcun məbləği kredit müqaviləsinin qüvvədə olduğu müddətdən kənara çıxmır. Kredit müqaviləsi qüvvədə olduğu müddətdə də müqaviləyə uyğun olaraq faizlər hesablanır. Əgər hakim qətnamədə əsas borcun məbləğini xx.xx.2019-cu il tarixə olan əsas borcun məbləği ilə, yəni 37667.77 manat qeyd edirsə, o zaman faiz borcunun məbləğini də həmin tarixə olan faiz borcunun məbləği ilə, yəni 4383.21 manat müəyyən etməli idi. Cavabdeh T.Haclyeva apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə baxışı dövründə iddiaçının razılığı ilə ipoteka qoyulmuş Sumqayıt şəhəri, 1 bağ massivi, 481 saylı bağ sahəsi ünvanında yerləşən 0,15 ha torpaq sahəsi 15000 satılmış və iddiaçıya ödənilmişdir. İddiaçının tələb etdiyi cəmi 54.069,51 manat kredit an 15000 manat ödənilibsə qalıq borc cəmi 39.069,51 qəpik təşkil etməli idi. Məhkəmə 41.917,47 qəpik müəyyən etməklə 2848 manat artıq pul hesablamış və məhkəmə iclası barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmi olaraq onlara məlumat vermədən və onların iştirakları olmadan qərar qəbul etmişdir. Onlar da bununla baglı təkrar mühasibatlıq ekspertizasının keçirilməsi ilə baglı vəsatət vermək hüququndan məhrum olmuşdur. Buna görə də məhkəmə qətnaməsi qismən ləğv edilməli mühasibatlıq ekspertizasının təkrar keçirilməli və cəmi borcundan 2848 manat pul azaldılmalıdır. Onların qalıq borcu 39.069,51 manat təşkil etdiyi halda 41.917,47 qəpik müəyyən edilmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 vəkili-nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini və iddiaçının apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh1 apellyasiya şikayəti isə qismən təmin edilməlidir. Belə ki, məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində də müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 illik 24% olmaqla 24 ay müddətinə qaytarmaq şərti ilə 70.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Ənvər Əlixanov küçəsi ev 89, 70 saylı mənzil və Sumqayıt şəhəri, Novxanı bağ massivi, 481 saylı bağ sahəsi ünvanında yerləşən 0,15 ha torpaq sahəsi banka ipoteka qoyulmuşdur. Daha sonra, iddiaçı iddia tələblərini ipoteka predmeti olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, 481 saylı bağ sahəsi ünvanında yerləşən 0,15 ha torpaq sahəsinə dair hissədə azaltmışdır. xx.xx.2018-ci il tarixli maliyyə arayışına əsasən borclunun banka xx.xx.2018-ci il tarixə 49025.18 manat əsas borc və 5044.33 manat faiz borcu, cəmi 54069.51 manat borcu təşkil edir. İşdən göründüyü kimi, tərəflər arasında kredit və ipoteka müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliklərə görə iddiaçı olan Bank öhdəliyi yerinə yetirərək, kredit müqaviləsində göstərilən pul məbləğini borcluya vermiş, bunun nəticəsində bankın borcludan müqavilə üzrə müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclu müqavilə üzrə öhdəlikləri yerinə yetirməməsinə görə onların bank qarşısında müqavilədən irəli gələn öhdəliyi icra etmək üzrə mülki hüquqi məsuliyyəti yaranmış, lakin öhdəlik icra edilməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Borcalan müqavilə üzrə öz öhdəliklərini icra etmədikdə və həmin öhdəlikləri müqavilədə müəyyən edilmiş müddətdə icra etmədikdə kredit verənin bu müqaviləni vaxtından əvvəl ləğv etmək, kredit borcunu, faizləri, cəriməni, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmə kollegiyası əsas və faiz borcunun tutulması hissəsi ilə bağlı qətnaməyə hüquqi qiymət verərək bildirir ki, mülki qanunvericiliyə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müqavilədən irəli gələn öhdəliklərindən biri də borc (kredit) müqaviləsidir və həmin müqaviləyə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc faizlə də verilə bilər. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür və bu zaman borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən aparılmış araşdırma zamanı cavabdehin banka olan əsas və faiz borcunun məbləği məhkəməyə təqdim edilmiş ekspert rəyi əsasında müəyyən edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının nəticələrinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi xx.xx.2019-cu il tarixli 23525 saylı ekspert rəyinə əsasən, Cavabdeh1 xx.xx.2018-ci il tarixə banka olan əsas borcu 49025,18 manat, faiz borcu 4249,70 manat; xx.xx.2019-cu il tarixə olan əsas borcu 37667,77 manat, faiz borcu isə 4383,21 manat təşkil etmişdir. Kollegiya tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının nəticələrinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/5047 saylı xx xxxxxx 2020-ci il tarixli ekspert rəyinə əsasən, xx.xx.2018-ci il tarixə (maliyyə arayışı verilən tarix) banka olan əsas kredit borcu 49025,18 manat, faiz borcu isə 4249,70 manat müəyyən edilmişdir. Qeyd olunan rəyin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən hər-hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən iddia tələbi dəqiqləşdirilmədiyindən və iddiaya tələbdə göstərilən həddə baxıldığından əsas borcun məbləği 49025,18 manat, faiz borcu isə 4249,70 manat müəyyən edilməlidir. Həmçinin, cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə 15200 manat məbləğində ödəniş edilyindən yekun borc məbləği 38.074,88 manat (49025,18+4249,70- 15200=38074,88 manat) müəyyən edilməlidir. Kollegiya ipoteka predmetinin dəyərinin müəyyən edilməsi hissəsi ilə bağlı qeyd edir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. İpoteka müqaviləsi ilə Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Ənvər Əlixanov küçəsi, 89 nömrəli evin, 70 nömrəli mənzili 60.000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarına əlavə edilmiş “xxxx” MMC-nin 221/E saylı xx.xx.2021-ci il tarixli rəyinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Ənvər Əlixanov küçəsi, 89 nömrəli evin, 70 nömrəli mənzilin likvid dəyəri 50.100 manat müəyyən edilmişdir. Qeyd olunan rəyin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən hər-hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Nəzərə almaq lazımdır ki, iddiaçı ipoteka predmetinin bazar dəyərinin 60.000 manat müəyyən edilməsinə dair apellyasiya şikayətində hər-hansı bir etiraz bildirməmişdir. Belə olan halda ipoteka predmetinin likvid qiymətinin müəyyən edilməsi məqsədə müvafiq deyil. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ipoteka predmetinin dəyərini müəyyən edərkən düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası həmçini hesab edir ki, birinci instansiya məhkəməsinin məhkəmə məsrəfləri ilə bağlı gəldiyi nəticə düzgündür. Bundan əlavə, məhkəmə mühasibatlıq ekspertizasının dəyəri 145 manat Cavabdeh1 tututularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına; məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 300 manat Cavabdeh1 tututularaq “xxxx” MMC-nin hesabına ödənilməlidir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 384.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilməli, İddiaçı ASC-nin xeyrinə tutulmalı olan borc məbləği 38.074,88 manat müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə mühasibatlıq ekspertizasının dəyəri 145 manat Cavabdeh1 tututularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına; məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 300 manat Cavabdeh1 tututularaq “xxxx” MMC-nin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372, 384-386, 388, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. İddiaçı ASC-nin xeyrinə tutulmalı olan borc məbləği 38.074,88 manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Məhkəmə mühasibatlıq ekspertizasının dəyəri 145 manat Cavabdeh1 tututularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 300 manat Cavabdeh1 tututularaq “xxxx” MMC-nin hesabına ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-418/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-418/2021
23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver