Məhkəmə qərarları › İş №2(103)-4181/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4181/2021

14.04.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Maddi zi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4181/2021 14.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə və üçüncü şəxs Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı İB-nə qarşı "əmək müqaviləsinin ləğv edilməsi baradə əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1119/2021 saylı, xx xxxx 2021-ci il tarixli qərardadından cavabdehin nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə və üçüncü şəxs Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı İB-nə qarşı "əmək müqaviləsinin ləğv edilməsi baradə əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi baradə" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli, N020/460 saylı əmrinin ləğv edilməsi, “Taxtabənd işləri üzrə Supevayzer” vəzifəsinə işə bərpa, cavabdehdən onun xeyrinə xx.xx.2020-ci il tarixdən işə bərpa olunan günə qədər hər ay üçün məcburi iş buraxmaya görə 4500 manat məbləğində orta aylıq əmək haqqının, 5.000 manat maddi və 5.000 manat mənəvi ziyana görə pulun tutulması baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili Vəkil2 vəsatət verərək bildirmişdir ki, Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli, N020/304 saylı əmrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv olunmuşdur. Bununla əlaqədar o Cavabdeh MMC-nə qarşı Bakı şəhəri Yasamal Rayon Məhkəməsində “əmək müqaviləsinin ləğv edilməsi baradə əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının, əmək haqqına əlavələrin, maddi və mənəvi ziyanın ödənilməsi barədə” iddia qaldırmışdır. X3 icraatında olan mülki iş üzrə iddia tələbi təmin olunmamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4546/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən apelyasiya şikayəti verilmişdir. Hal-hazırda qeyd olunan mülki iş Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının (sədrlik edən hakim: Şeyda Məhərrəmova) icraatındadır. Hal-hazırda Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan mülki iş həll edilməyincə, mülkiprossesual qanunvericiliyin tələbləri baxımından, eləcə də obyektiv, ədalətli nəticəyə gəlmək nöqteyi-nəzərindən hazırki işə baxmaq mümkün deyil. Odur ki, məhkəmədən Bakı Apelyasiya Məhkəməsinin icraatında olan mülki iş üzrə mübahisə həll olunanadək hazırki mülki iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-1119/2021 saylı, xx xxxx 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Yasamal Rayon Məhkəməsinin 2(004)-4546/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə Bakı Apelyasiya Məhkəməsinin qətnaməsi qanuni qüvvəyə minənədək hazırki mülki iş üzrə icraat dayandırılmışdır. Cavabdehin nümayəndəsinin həmin qərardaddan verdiyi şikayət məhkəmənin xx xxxx 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət belə əsaslandırılmışdır ki, iddiaçı X2 tərəfindən mübahisələndirilən 020/304 nömrəli, xx.xx.2020-ci il tarixli əmr "Cavabdeh" MMC-nin 020/331 nömrəli xx.xx.2020-ci il tarixli əmri ilə ləğv edilmiş və iddiaçı “taxtabənd işləri üzrə supervayzer” vəzifəsi üzrə işə bərpa edilmişdir. Bununla bağlı olaraq X1 məktub göndərilmiş və xx.xx.2020-ci il tarixdən öz vəzifələrinin icrasına davam etməli olduğu ona bildirilmişdir. Daha sonra "Cavabdeh" MMC tərəfindən yaranmış istehsalat zərurətilə əlaqədar olaraq X1 xx.xx.2020-ci il tarixli məktubla başqa işə keçirilmək təklif olunmuş, qeyd olunan iş onun tərəfindən qəbul edilməmiş, xx.xx.2020-ci il tarixdə onarəsmi bildiriş verilərək xx xxxxxx 2020-ci il tarixrli əmrlə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi birinci məhkəmə mübahisəsi ilə hazırki məhkəmə mübahisəsinin bağlılığı yoxdur. Mübahisələr fərqli əmrlər və fərqli müddətlərlə bağlıdır. Hansı ki digər əmr artıq "Cavabdeh" MMC-nin özü tərəfindən ləğv edilmişdir. İşlərin bir-biri ilə bağlılığının olmaması onlara yeni vaxta baxılmasına maneə olmur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili şikayətin məzmununa uyğun izahat verərək onun təmin edilməsini, iddiaçının nümayəndəsi və vəkili isə şikayətin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Şikayətə baxılması ilə bağlı təyin olunmuş məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış üçüncü şəxsin nümayəndəsi məhkəməyə səbəb bildirmədən gəlmədikyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunaraq birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və mülki işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, qanunverici məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulan - Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması, ümumiyyətlə, mümkün olmasın. Kollegiya hesab edir ki, məhkəmə işin icraatını Yasamal Rayon Məhkəməsinin 2(004)-4546/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə Bakı Apelyasiya Məhkəməsinin qətnaməsi qanuni qüvvəyə minənədək dayandırdığı zaman, həmin işlə özünün icraatında olan iş arasındakı bağlılığın mahiyyətinə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, hazırki işlə Bakı Apellyasiya Məhkəməsinin icraatında olan işlərdə iddiaçı tərəfindən fərqli əmrlər mübahisələndirilmişdir; hazırki tələbə baxılmasının isə tərəflər arasında Bakı Apellyasiya Məhkəməsində baxılan mübahisənin nəticəsindən asılı edilməsi anlaşılan deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1119/2021 saylı, xx xxxx 2021-ci il tarixli qərardadı ləğv olunsun və mülki işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar