Məhkəmə qərarları › İş №2(103)-4201/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4201/2024

09.09.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4201/2024 09.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ("xxxx" MMC, X11 Bankı və X4 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh "xxxx" MMC-yə qarşı «öhdəliyin tam icra edilməsi və daşınmaz əmlakın təhvil verilməsi» tələbinə dair ilkin; "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı «müqavilənin və arayışın etibarsız hesab edilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi barədə iş üzrə (Açar sözlər: daşınmaz əmlakın təhvil verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı ("xxxx" MMC, X5 Bankı və X4 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh "xxxx" MMC-yə qarşı «öhdəliyin tam icra edilməsi və daşınmaz əmlakın təhvil verilməsi» tələbinə dair ilkin; "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı «müqavilənin və arayışın etibarsız hesab edilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi barədə mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-39/2024 nömrəli qətnaməsindən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 23 nömrəli müqaviləyə əsasən "xxxx" MMC ünvan 1 ünvanında tikilməkdə olan, "xxxx" MMC-yə məxsus 24 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində 1650 kv.m qeyri-yaşayış sahəsini İddiaçı tam ödəmiş olduğu halda 2.000.000 manat əvəzinə xx.xx.2016-cı il tarixinə qədər alıcıya verməyi öz öhdəsinə götürmüşdür.

2. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli maliyyə arayışına əsasən İddiaçı tərəfindən qeyd olunan qeyri-yaşayış sahəsinin dəyəri tam ödənilmişdir.

3. Eyni əmlakla bağlı "xxxx" MMC ilə X4 arasında da xx.xx.2010-cu il tarixli, 23 nömrəli müqavilə bağlanmışdır.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanan xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, əvvəlki ünvanı ünvan 3a Azərbaycan Respublikası Prezidentinin 2008-ci ıl 27 noyabr tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinı ünvan verilməsi Qaydalarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 10 fevral tarixli, 590 nömrəli Fərmanına uyğun olaraq ünvan 4 ünvan nömrəsi təyin edilmişdir.

5. Daşınmaz əmlakın Dövlət reyestrindən verilən RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 22, 22A, çoxmərtəbəli yaşayış binası və 0.4358 ha torpaq sahəsi xx.xx.2025-ci il tarixə qədər “X5 Bankı”nın xeyrinə yüklü edilmişdir.

6. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(006)- 1587/2014 nömrəli qətnaməsi ilə iddiaçı X2 cavabdeh "xxxx" MMC-yə qarşı ünvan 5 ünvanda inşa edilən 24 mərtəbəli yaşayış binasından ümumi sahəsi 1650.0 kv.m olan 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsinə istifadə və sahiblik hüququnun tanınması və həmin qeyri-yaşayış sahəsinin istifadə və sahibliyinə verilməsi barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(103)-1611/2015 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

7. İran İslam Respublikasının Ədliyyə Nazirliyi Azərbaycan Respublikasının Ali Məhkəməsinə İran İslam Respublikasının Tehran şəhəri Şəhid Sədr adına Məhkəmələr Kompleksinin 37 saylı Ümumi Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarının Azərbaycan Respublikasında tanınması və məcburi icrası barədə ərizə ilə müraciət etmişdir.

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2013-cü il tarixli qərardadı ilə (sədrlik edən A.Hüseynov, hakimlər N.Rəsulbəyova və İ.Dadaşov, iş № 10-1(102)-1/13) İran İslam Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş ərizənin təmin edilməsi; İran İslam Respublikasının Tehran şəhəri Şəhid Sədr adına Məhkəmələr Kompleksinin 37 saylı Ümumi Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarının Azərbaycam ReSpublikası ərazisində tanınması və icra edilməsi; Hakimlər Heyətinin xx.xx.2012 və xx.xx.2012-ci il tarixli qərarlarının iddiaçı İran İslam Respublikasının 115 saylı X15 İnşası Şirkəti ilə cavabdeh Azərbaycan Respublikasının "xxxx" MMC arasında imzalanmış “’Nəsimi” ticarət yaşayış və ofislər üçün nəzərdə tutulmuş 25 mərtəbəli binanın inşası - haqqında” 105-B-2008 saylı xx.xx.2008-ci il tarixli podrat müqaviləsinin tərkib hissəsi olan X12 48-ci maddəsinə uyğun olaraq həyata keçirilməsi qərara alınmışdır.

9. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 8(005)- 590/2014 nömrəli qərardadı ilə tələbin əmlaka yönəldilməsi barədə Nərimanov rayon icra şöbəsinin icra məmuru Müşfiq Əlirzayevin təqdimatı təmin edilmiş, Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən verilmiş 10-1(102)-01/2013 saylı, xx.xx.2013-cü il tarixli icra vərəqəsinin icrasının təmin edilməsi məqsədi ilə 14.402.997,52 Avro məbləğində pul tələbi "xxxx" MMC-yə məxsus tikinti materialları, ö cümlədən quraşdırılmış metal konstruksiya və tikintisi yarımçıq qalan 2 bloklu binaya yönəldilmişdir.

10. Yasamal rayon icra şöbəsinin icra məmuru İlyas Cəfərovun “Üzərinə həbs qoyulmuş əmlakın tələbkara verilməsi haqqında” xx.xx.2017-cü il tarixli qərarı ilə «El.SƏ.Niİ MMC-yə qarşı ünvan 6 ünvanında yerləşən quraşdırılmış metal konstruksiya və tikintisi yarımçıq qalan 2 bloklu bina (1-ci bloku 25-ci mərtəbəsinə, 2-ci bloku 4-cü mərtəbəsinə qədər tikilmiş), habelə tikinti materialları icra sənədi üzrə tələbkar İran İslam Respublikasının 115 saylı X15 İnşası Şirkətinə verilmişdir.

11. X5 Bankı Azərbaycan Respublikası Ali Məhkəməsinə İran İslam Respublikasının Tehran şəhəri Şəhid Sədr adına Məhkəmələr Kompleksinin 37 saylı Ümumi Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarının Azərbaycan Respublikasında tanınması və məcburi icrası barədə ərizə ilə müraciət etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasının 10-1(102)-01/13 nömrəli, xx.xx.20214-cü il tarixli qərarı ilə ərizə təmin edilməmişdir.

12. Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, ərizəçi X5 Bankı cavabdehlər İran İslam Respublikasının "xxxx" QSC-yə və Azərbaycan Respublikasının "xxxx" MMC-yə qarşı müvafiq iddia qaldırmış, həmin iddia üzrə İran İslam Respublikasının Tehran şəhəri Şəhid Sədr adına Məhkəmələr Kompleksinin 37 saylı Ümumi Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsində tanınan qərarın və müvafiq icra sənədinin icrasının qəbul edildikləri vaxtdan 1 il müddətinə təxirə salınması qərara alınmışdır ki, həmin yeni qərar Azərbaycan Respublikası ərazisində tanınmalı və icra edilməlidir. Qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərardadı ilə İran İslam Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş ərizə təmin edilmiş, İran İslam Respublikasının Tehran şəhəri Şəhid Sədr adına Məhkəmələr Kompleksinin 37 saylı Ümumi Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı Azərbaycan Respublikası ərazisində tanınmış və artıq icra edilmiş, icra olunmuş qərarın təxirə salınması isə mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Azərbaycan Respublikası Ali Məhkəməsinə ünvanladığı xx.xx.2014-cü il tarixli məktubuna əsasən, həmin məktuba əlavə olunmuş Yasamal rayon İcra Şöbəsinin arayışında bildirilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərardadı üzrə verilmiş İcra sənədinə uyğun görülmüş icra tədbirləri nəticəsində tələb borcluya məxsus, üzərinə həbs qoyulmuş əmlaklar hesabına təmin edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «öhdəliyin tam icra edilməsi və daşınmaz əmlakın təhvil verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

14. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh "xxxx" MMC ilə (VÖEN **********) aralarında imzalanan xx.xx.2010-cu il tarixli, 23 saylı müqaviləyə əsasən ünvan 1 ünvanında tikilməkdə olan, "xxxx" MMC-yə məxsus, 24 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 1650,0 kv.m. olan qeyri-yaşayış sahəsi iddiaçıya təhvil verilməli idi. Həmin müqavilənin şərtinə əsasən iddiaçı üzərinə götürdüyü öhdəliyi tam icra etmişdir. xx.xx.2010-cu il tarixli müqavilə üzrə ona satılan ünvan 1 ünvanında tikilməkdə olan, "xxxx" MMC-yə məxsus, 24 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 1650,0 kv.m. olan qeyri-yaşayış sahəsinin dəyəri kimi 2.000.000 manat cavabdehə ödənilmişdir və ona borc olmaması haqqında maliyyə arayışı verilmişdir. Müqavilənin 1.1.-ci bəndindən görünür ki, həmin qeyri-yaşayış sahəsi xx.xx.2016-cı il tarixə kimi ona təhvil verilməli idi. Lakin, bugünə kimi cavabdeh öhdəliyi icra etməmişdir. Hazırda həmin ərazidə 1 ədəd 24 mərtəbəli yaşayış binasının tikintisi– metal konstruksiya ilə mərtəbələrin inşaası tamamlanmış, ikinci binanın tikintisi isə yarıda dayandırılmışdır. Cavabdeh hüquqi şəxsin rəhbəri olan X9 tərəfindən müraciətlər edilsə də, məsələ bugünə kimi öz həllini tapmamışdır. Həmçinin, son zamanlar cavabdeh hüquqi şəxsin səlahiyyətli şəxslərini tapmaq qeyri-mümkün olmuşdur. Tikinti obyektinin qarşısına vurulan məlumat lövhəsindən görünür ki, sifarişçi və podratçı "xxxx" MMC-dir. Həmçinin, tikintinin başlama vaxtı xx.xx.2017, qurtarma vaxtı isə xx.xx.2020-cü il göstərilmişdir. Məlumat lövhəsindən görünür ki, layihəçi "xxxx" MTK-dır. Dövlət Ekspertiza mərkəzi tərəfindən tikintiyə xx.xx.2009-cu il tarixli, 10916/10402/9970 saylı rəy verilmişdir. Tikinti obyektinə baş çəkdikdə ordan bildirilir ki, cavabdeh "xxxx" MMC-nin hazırda bu obyektə heç bir aidiyyatı yoxdur. Həmin şirkətin problemləri var və iş məhkəmədədir. Ona görə də tərəfindən hazırki iddia qaldırılır. Göstərilənlərə əsasən ünvan 1 ünvanında "xxxx" MMC tərəfindən tikilib mərtəbəliliyi tamamlanan 24 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 1650,0 kv.m. olan qeyri-yaşayış sahəsinin ona təhvil verilməklə sahiblik və istifadəsinə verilməsinə, həmçinin ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.

15. Daha sonra "xxxx" MMC cavabdeh İddiaçı qarşı «müqavilənin və arayışın etibarsız hesab edilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

16. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış müqavilədən görünür ki, MMC özünə məxsus inşa edilən hündürmərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 1650,0 kv.m. olan qeyri-yaşayış sahəsi cavabdeh İddiaçı verir, sonuncu isə bunun müqabilində müvafiq məbləğdə pul vəsaiti ödəyir. Lakin, "xxxx" MMC üçün inşa edilən bina hal-hazırda təhvil verilmədiyi üçün həmin binanın tərkib hissəsi olan mənzillər, habelə qeyri-yaşayış sahələri hüquqi qeydiyyatdan keçməmiş və onlara dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən müvafiq çıxarışlar verilməmişdir. Odur ki, həmin mənzillər mülki dövriyyənin adi baxımından alqısatqı predmeti ola bilməz, bu səbəbdən həmin mənzillərin alqı-satqısına dair Azərbaycan Respublikası MM-nin 29-cu fəslinin 5-ci paraqrafı tətbiq edilə bilməz. Qeyd edilən bina və onun tərkib hissəsi olan mənzillər kooperativ üzvləri üçün inşa edildiyindən və kooperativin əmlakı olduğundan həmin mənzillərin ayrılması Azərbaycan Respublikası MM-nin 109- 112-ci maddələrinin tələbləri qaydasında həll edilir. "xxxx" MMC müvafiq qaydada təsdiq olunmuş Nizamnaməsi ilə də eyni qaydalar nəzərdə tutulmuşdur. Göründüyü kimi, cavabdeh İddiaçı üzv olmaq istəyi barədə “EL.SƏ.Nİ." MMC-yə belə bir müraciət etməmiş və o, qanunvericilik və nizamnamə ilə müəyyən edilmiş qaydada kooperativin üzvlüyünə qəbul olunmamış, habelə kooperativin üzvü olan digər şəxsdən pay haqqı müəyyən edilmiş qaydada ona keçməmişdir. Belə olan halda cavabdeh İddiaçı "xxxx" MMC-dən hər hansı bir əmlak payına və ya belə bir əmlaka istifadə hüququ əldə etməmiş, onların arasında qeyri-yaşayış sahəsinə dair müqavilə bağlansa da, həmin müqavilə üzrə cavabdeh İddiaçı qeyri-yaşayış sahəsinə görə heç bir məbləğdə vəsait ödəməmiş, odur ki, həmin müqavilə etibarlı sayıla bilməz. Belə ki, cavabdeh İddiaçı borcu olmaması barədə arayış verilsə də, tərəfindən 2.000.000 manat pulun MMC-yə ödənilməsi barədə heç bir sənəd (mədaxil qəbzi) yoxdur. Həmin pulun MMC-nin kassasına mədaxil edilməsi, mühasibatlıq üzrə müxabirləşmənin aparılması və sair sənədləşmə aparılmamışdır. MMC üzrə aparılmış audit rəyi də bu xüsusatı təsdiq edir. Göstərilənlərə əsasən, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə iddiaçı "xxxx" MMC arasında qeyri-yaşayış sahəsinin alqısatqısına dair tərtib edilmiş xx.xx.2010-cu il tarixli müqavilənin və həmin müqavilə üzrə tərtib edilmiş 1 ədəd arayışın etibarsız hesab edilməsi barədə, habelə ilkin iddia üzrə iddiaçı cavabdeh İddiaçı iddiası əsassız olduğundan təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

17. Sonradan cavabdeh "xxxx" MMC iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, hazırki mülki iş üzrə İddiaçı hazırki iddia tələbinə iddia müddəti tətbiq edilərək iddia tələbinin bütövlükdə rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh "El.Sə.Ni.” MMC-yə qarşı məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı tərəfindən qarşılıqlı iddia tələbi üzrə əsaslandığı məhkəməyə təqdim edilmiş müqavilədən görünür ki, həmin müqavilə xx.xx.2010-cu il tarixdə bağlanmış, müqavilənin 1.1.-ci bəndindən isə görünür ki, həmin qeyri-yaşayış sahəsi xx.xx.2016-cı il tarixə kimi qəbul edilir. İddia ərizəsi isə məhkəməyə xx.xx.2022-ci il tarixdə, yəni 6 il 4 ay müddət keçdikdən sonra daxil olmuşdur. İddia müddətinin axımının kəsilməsi barədə isə heç bir məlumat yoxdur. Azərbaycan Respublikası MM-nin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Odur ki, hesab edir ki, İddiaçı iddia tələbinə iddia müddəti tətbiq edilərək iddia tələbi bütövlükdə rədd edilməlidir.

19. İddiaçı cavabdeh "xxxx" MMC-nin qarşılıqlı iddia ərizəsinə və iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinə etiraz təqdim edərək, qarşılıqlı iddia ərizəsinin icraata götürülməsindən imtina edilməsi və iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinin rədd edilərək, ilkin iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir.

20. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC xx.xx.2010-cu il tarixli müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri tam icra etməmişdir. Belə olan halda onun iddia müddətinin tətbiqinə dair ərizəsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi tam icra edib başa çatdırmamışdır və həmin qeyri-yaşayış sahəsi iddiaçıya təhvil verilməmişdir. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş materiallarından görünür ki, hazırda cavabdehin qanuni təmsilçisi X10r. Həmin şəxs müqaviləni imza edərkən də, cavabdehin rəhbəri olmuşdur. Deməli, etibarsızlığını hazırda tələb etdiyi xx.xx.2010-cu il tarixli müqavilədən xəbərdar idi. Üstündən 12 il keçdikdən sonra müqavilənin etibarsızlığının cavabdeh tərəfindən tələb edilməsi absurddur və qanuni izahı belə yoxdur. Cavabdehin qarşılıqlı iddiasından görünür ki, ilkin iddia onun tərəfindən qismən qəbul edilir və qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmiş kimi nəzərdə tutulur. Baxmayaraq ki, qarşılıqlı iddia Mülki Prosessual Məcəllənin tələblərin uyğun şəkildə təqdim edilməmişdir. İlkin iddia xx.xx.2022-ci ildə mümkün hesab edilib. Lakin, qarşılıqlı iddia xx.xx.2022-ci ildə elektron məhkəmə portalına yüklənib. Bu isə qanunvericilikdə nəzərdə tutulan 20 günlük müddətin ötürülməsi deməkdir. Halbuki, cavabdeh xx.xx.2022-ci ildə elektron məhkəmə portalına digər sənədlər əlavə etmişdir və ilkin iddiadan xəbərdar idi.

21. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)- 4473/2022 nömrəli qərardadı ilə "xxxx" MMC, “X5 Bankı” və X4 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

22. Üçüncü şəxs “X5 Bankı”nın nümayəndəsi və vəkili etiraz ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə cavabdeh “EL.SƏ.Nİ" MMC arasında qeyri-yaşayış sahəsinin alqı-satqısına dair tərtib edilmiş xx.xx.2010-cu il tarixli, 23 say müqavilə və həmin müqavilə üzrə tərtib edilmiş maliyyə arayışının etibarsız edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Etiraz onunla əsaslandırılmışdır ki, Bankın hazırki iş üzrə cavabdeh "xxxx" MMC ilə arasında xx.xx.2009-cu il tarixdə 880/M/AZE/l 1 nömrəli Kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 2-ci maddəsinə əsasən, Bank tərəfindən cavabdehə 37.000.000 AVRO məbləğində kredit ayrılmışdır. Kredit müqaviləsi üzrə cavabdehin öhdəliklərinin təminatı üçün xx.xx.2010-cu il tarixdə tərəflər arasında İpoteka müqaviləsi Bakı şəhəri 14 saylı notariat kontorunda 3M-65 reyestr nömrəsi ilə təsdiqlənmişdir. İpoteka müqaviləsinə əsasən təminatlı öhdəliklərin yerinə yetirilməsini təmin etmək üçün birinci cavabdeh öz xüsusi mülkiyyətində olan ünvan 7 ünvanında yerləşən 0.07752 ha torpaq sahəsini (AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2009-cu il tarixdə MH seriyalı *** **** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir), həmin ünvanda yerləşən ümumi sahəsi 266.3 kv.m. olan 1 mərtəbəli qeyri-yaşayış binasını və onun altındakı 0.144 ha torpaq sahəsini və ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 264.8 kv.m. olan 1 mərtəbəli qeyri-yaşayış binasını və onun altındakı 0.2143 ha torpaq sahəsini Bankın ipotekasına qoymuşdur. İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında xx.xx.2010-cu il tarixli, 23 saylı qeyri-yaşayış sahəsinin alqı-satqısına dair müqavilə bağlanan zaman ünvan 1 ünvanında tikilməkdə olan "xxxx" MMC-yə məxsus olan 24 mərtəbəli yaşayış binası “X14 Bankı”nın xeyrinə ipotekaya qoyulmuşdur. Belə olan halda, cavabdeh "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında tikilməkdə olan 24 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 1650.0 kv.m olan qeyri-yaşayış sahəsi iddiaçıya satıla bilməzdi. Bu səbəbdən İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında qeyri-yaşayış sahəsinin alqı-satqısına dair tərtib edilmiş 03 avqust 2010-cu il tarixli müqavilə və həmin müqavilə üzrə tərtib edilmiş maliyyə arayışı etibarsız hesab edilməlidir.

24. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)- 263/2023 nömrəli qərardadı ilə məhkəmə-sənədlərin texniki ekspertizası və mühasibatlıq ekspertizaları təyin edilmişdir.

25. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məlumatına əsasən mülki iş materialları icrasız geri qaytarılmışdır.

26. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)- 263/2023 nömrəli qərardadı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətində 2007-2010-cu illər ərzində hər hansı əmanətlərinin (xüsusilə bank hesabından pulun çıxarılması barədə) olub-olmaması barədə məlumat verilməsi, əgər varsa buna dair sənədlərin (müqavilə, çıxarış və ya digər sənədlər) təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim edilməsi "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tələb edilmişdir.

27. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)- 39/2024 nömrəli qətnaməsi ilə (hakim R.A.Xəlilov) ilkin və qarşılıqlı iddialar rədd edilmişdir.

28. Məhkəmə müəyyən etmişdir ki, X4 "xxxx" MMC-yə qarşı qeyri-yaşayış sahəsinə istifadə və sahiblik hüququnun tanınması və qeyri-yaşayış sahəsinin istifadəyə və sahibliyə verilməsi tələbi barədə iddia qaldırmış, qanuni qüvvəyə minmiş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1587/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən iddiaçı X2 cavabdeh "xxxx" MMC-yə qarşı ünvan 5 ünvanda inşa edilən 24 mərtəbəli yaşayış binasından ümumi sahəsi 1650.0 kv.m olan 1-ci mərtəbəsindəki qeyriyaşayış sahəsinə istifadə və sahiblik hüququnun tanınması və həmin qeyri-yaşayış sahəsinin istifadə və sahibliyinə verilməsi barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməmişdir.

29. Həmin qətnamənin əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, iddiaçı X4 tərəfindən mübahisəli qeyri-yaşayış sahəsi üzrə pay haqqı tam ödənildikdən sonra, o, həmin qeyri-yaşayış sahəsi üzərində sahiblik və istifadə hüquqları əldə etmişdir. Z.Tarverdiyevin mübahisəli qeyri-yaşayış sahəsi üzərində tanınmasını tələb etdiyi hüquqlar – sahiblik və istifadə hüququ qanunla müəyyən edilən hüquqlardır və həmin hüquqların hansı andan əmələ gəlməsi də qanunla müəyyən edilir. Qanunla müəyyən edilmiş hüququn təkrar məhkəmə qətnaməsi ilə müəyyən edilməsi barədə tələbi məhkəmə əsaslı hesab etmir, buna zərurət yoxdur və bu səbəbdən məhkəmə həmin hissədə qaldırılan tələb əsassız hesab etmişdir. İddia tələbinin mübahisəli qeyri-yaşayış sahəsinin iddiaçının istifadə və sahibliyinə verilməsi hissəsi üzrə məhkəmə qeyd etmişdir ki, həmin hissədə də tələb təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edlmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi bina yarımçıq tikili olmaqla tam inşa edilməmişdir, həmçinin həmin qeyri-yaşayış sahəsinin iddiaçının istifadə və sahibliyinə verilməsi ilə bağlı hər hansı maneənin olmasına dair sübutlar da məhkəməyə təqdim edilməmişdir. Həmçinin həmin qətnamə ilə tərəflər arasında mübahisəli əmlakın Z.Tarverdiyevə məxsus olması müəyyən edilmiş, bununla bağlı mübahisə edilməmişdir. Bu hal isə onu deməyə əsas verir ki, iddiaçının iddia etdiyi qeyri yaşayış sahəsi sözügedən məhkəmə qətnaməsi ilə Z.Tarverdiyevə məxsus olmuşdur.

30. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab etmişdir ki, qanuni qüvvəsini almış Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(006)-1587/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş faktın yenidən sübut edilməsi yolverilməz və bu hal hazırki mülki iş üzrə sübut növü kimi qəbul edilməlidir.

31. Bundan əlavə, məhkəmə "xxxx" MMC-tərəfindən məhkəməyə təqdim edilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibətdə qeyd etmişdir ki, iddiçının iddiası əsassız hesab edilmiş və bu səbəbdən iddia müddətinin tətbiqinədə zərurət qalmamışdır. Lakin iddia əsaslı olsaydıda belə, bu halda məhkəmə podrat münasibətlərindən irəli gələn beş illik iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd olunmasını nəticəsinə gələrdi. Həmçinin iddia müddətinin axımının bu halda başlanılması iddiaçının müqavilədə nəzərdə tutulmuş xx.xx.2016-cı il tarixdən (qeyri-yaşayış sahəsinin təhvil verilə bilməməsi səbəbindən) götürmüş olardı (həmçinin iddiaçı 2010-cu il tarixdən 2022-ci il tarixədək hansı ağlabatanlıq göstərərək gözləməsidə məntiqli olmamış və bu halda hüququnun pozulduğunu bilməli idi).

32. Məhkəmə qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə X4 tərəfindən mübahisəli qeyri-yaşayış sahəsi üzrə pay haqqı tam ödənilməklə həmin əmlak üzərində sahiblik və istifadə hüquqlarının əldə edilməsi müəyyən edildiyindən, məhkəmə hesab edir ki, ilkin iddia üzrə İddiaçı ünvan 1 ünvanında "xxxx" MMC tərəfindən tikilib mərtəbəliliyi tamamlanan 24 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 1650,0 kv.m. olan qeyri-yaşayış sahəsinin ona təhvil verilməklə sahiblik və istifadəsinə verilməsi barədə iddiası əsassız hesab edilməli və təmin edilməməlidir.

33. Məhkəmə qeyd etmişdir ki, ilkin iddia tələbi üzrə məhkəmənin sadalanan hüquqi mövqeyinə əsasən mübahisəli qeyri-yaşayış sahəsi məhkəmə aktlarına əsasən Zaur Tarverdiyevə məxsus olduğundan, həmçinin ilkin iddia üzrə İddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə xx.xx.2010-cu ilə (Zaur Tarverdiyevdən əvvələ-xx.xx.2010) təsadüf etdiyindən, etibarsız hesab edilməsi ilə bağlı sübutlar mövcud olmadığndan onunla bağlanmış müqavilə və maliyyə arayışı etibarsız hesab edilə bilməz. Bu halda yalnız ilkin iddia üzrə iddiaçının deliktlə (vurulmuş ziyanla) bağlı məhkəməyə müraciət etməsi istisna edilməməlidir.

34. Məhkəmə həmçinin qeyd etmişdir ki, “CAMİ “ MMC-nin nümayəndəsi tərəfindən bildirilən hal kimi, həqiqətən "xxxx" MMC-yə xx.xx.2010-cu il tarixli müqavilə üzrə heç bir vəsaitin daxil olmaması vurğulansa da, bu halın ilkin iddia üzrə iddiaçı tərəfindən pulun ümumiyyətlə ödəməməsi anlamına gəlməməlidir (maliyyə arayışı mövcud olduğundan). Bu halda mübahisənin subyektiv cavabdehliyini tapmaq artıq iddiaçıya məxsus bir hüquqdur.

35. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən irəli sürülmüş tələblərin əsaslı olması müəyyən olunmadığından, həmin tələblər əsassız hesab olunmalı və rədd edilməlidir.

36. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə, Mülki Məcəlləsinin 5.3, 6, 6.2, 14.1, 14.2.1, 178.8, 324.1, 324.4, 337, 389.1, 390.1, 405.1, 417.1, 425.1, 752.1, 762.1, 776.1-ci maddələrinə, Mənzil Məcəlləsinin 110.4, 110.5, 112.1, 113.1, 113.2, 113.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2010- cu il tarixli Qərarına, Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarına, «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2006-cı il tarixli qərarına, Avropa Məhkəməsinin Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli, Hiro Bilaninin işi üzrə 09 dekabr 1994-cü il tarixli, Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli, Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli qərarlarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 119.1, 217.3, 217.4-cü maddələrinə, istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

37. Qətnamədən narazı qalan ilkin iddia üzrə İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ilkin iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

38. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmiş, tikintisini həyata keçirdiyi binanı müqavilədə göstərilən müddətdə tamamlayıb, iddiaçıya təhvil verə bilməmişdir. Binanın tikintisi hazırda yarımçıq vəziyyətdədir. İddiaçı isə vicdanlı tərəf kimi qarşı tərəfin öz öhdəliklərini icra etməsini gözləmişdir. Sonradan müəyyən olunmuşdur ki, cavabdehin ümumiyyətlə bu layihə üzrə çoxsaylı problemləri var və layihəni tamamlamaq istəmir. Daha doğrusu, cavabdehin çoxsaylı öhdəliklərinə və borclarına görə təsisçisi dəyişmiş, yeni təsisçilər isə cavabdehin ilkin öhdəliklərinin icrasından yayınmaq yolu tutmuşdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin inşa etdiyi 24 mərtəbəli binada təkcə bir mərtəbədə 1650 kv.m. olan qeyri-yaşayış sahəsinin olması inandırıcı deyil. Hətta bu mülahizə həqiqəti əks etdirmiş olsa belə, yenə də ilkin iddianın rədd edilməsi barədə əsas yaranmır. Belə ki, İddiaçı xx.xx.2010-cu ildə müqavilə bağlamaqla, digər alıcı X1 daha öncə fərdi müəyyən əşyaya hüquq əldə etmişdir. Bundan əlavə, X4 ilə digər müqavilənin xx.xx.2010-cu il tarixdə imzalanması onu subut edir ki, cavabdeh iki eyni parametrli sahələri (fərdi müəyyən əşyaları) iki fərqli şəxsə satmışdır. Beləki, layihə üzrə ərazidə iki 24-mərtəbəli bina tikilməkdədir. Biri tam inşa edilib, digəri yarımçıq qalıb. Göstərilənlərə əsasən bir fərdi-müəyyən əşyanın bir binada, digər fərdi-müəyyən əşyanın digər binada olması mümkündür. Və ya əgər həmin layihədə, daha dorğusu iki 24-mərtəbəli binada təkcə bir ədəd fərdi müəyyən əşya, yəni ümumi sahəsi 1650 kv.m. olan qeyri-yaşış sahəsi müvcuddursa, onda belə nəticə hasil olur ki, cavabdeh – Satıcı bir əşyanı iki şəxsə satmışdır. İlkin olaraq xx.xx.2010-cu iltarixdə İddiaçı, daha sonra xx.xx.2010-cu ildə X3. Mübahisələndirilən öhdəlik İddiaçı xeyrinə daha əvvəl yaranmışdır. Belə ki, onunla bağlanan müqavilənin tarixi daha əvvəlki zamanı etiva edir. Belə olan halda ilkin iddia üzrə mübahisələndirilən öhdəlik əsassız hesab edilə bilməz, çünki tərəf öz öhdəliyini icra etdiyini təsdiq edən sənəd təqdim etmişdir, qarşı tərəf isə əksini sübut edə bilməmişdir. X3 gəldikdə isə bildirilməlidir ki, onun verdiyi iddianı məhkəmə o səbəbdən təmin edə bilməmişdir ki, əmlakın tikintisi başa çatmamışdır. Bu günə real vəziyyət ondan ibarətdir ki, iki 24-mərtəbəli - çoxfunksiyalı binalardan ibarət kompleksin bir binasının tikintisi – metal konstruksiyalarınin tikintisi tamamlanmış, ikinci binanın işləri isə yarımçıq qalmışdır. Belə olan halda birinci instansiya məhkəməsinin qətnaməsindən o hasil olur ki, İddiaçı öhdəlik üzrə icrasının qarşılığında, cavabdeh "xxxx" MMC heç bir icra təqdim etməməlidir. Hesab edir ki, bu xüsusiyyətinə görə qətnamə əsassız və qununsuzdur. Birinci instansiya məhkəməsi iş üzrə müəyyən etdiyi hallara uyğun gəlməyən nəticəyə gələrək, qətnamə qəbul etmişdir. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Nəzərə alınmalıdır ki, yenidən sübut tələb etməyən hal həmin işdə iştirak edən şəxslərin iştirakı ilə digər mülki işdə müəyyən edilməlidir. Belə olduğu halda yenidən sübüt edilə bilməz. Hazırkı işdə isə hakim preyudisiya qaydasında müəyyən edilmiş hesab etdiyi fakt (Qətnamənin 68-ci abzası) ilkin iddia üzrə cavabdeh "xxxx"MMC və Zaur Tarverdiyev adlı şəxsin iştirakı ilə baxılmış mülki iş üzrə müəyyən edilmişdir. Həmin işdə ilkin iddia üzrə İddiaçı iştirak etməmişdir. Məhkəmə tərəflərin qarşılıqlı əlaqəsini hərtərəfli, tam və obyektiv araşdırmamışdır. Belə ki, ilkin iddia tələbini əsassız hesab edərkən, gəldiyi nəticəni səhvən Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(006)-1587/2014 nömrəli qətnaməsi ilə müəyyən edilmiş halın preyudisiya qaydasında qəbul etməsi ilə əsaslandırmışıdır. Lakin bu əsaslandırma tamamilə düzgün deyil. Məhkəmə ilkin iddiaya baxarkən, müqavilənin predmeti olan fərdimüəyyən əşyanın bir nəfərdən çox şəxsə satılması halını araşdıraraq, Mülki Məcəllənin 452-ci maddəsini və digər normaları tətbiq edərək düzgün qərara qəbul etməli idi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

39. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

40. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi.

41. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər proses iştirakçılarına rəsmi qaydada məlumat verilmiş, lakin (onlar) nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

42. Üçüncü şəxs "xxxx" MMC ərizə ilə müraciət edərək X7 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178, 308, 313 və sair maddələrində nəzərdə tutulmuş cinayət tərkibi olduğundan barəsində xüsusi qərardadın çıxarılmasını və bu barədə prokurora xəbər verilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

43. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.

44. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı: Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Göründüyü kimi, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir. Müstəqil tələbi olan üçüncü şəxslər məhkəmə prosesində iştirak etməmişlərsə, müvafiq əsaslar olduqda müstəqil tələblə məhkəməyə müraciət edə bilərlər. Həmin şəxslərə məhkəmə qətnaməsinin preyudisiallığı aid edilmir. Onlar iştirak etmədikləri mülki iş üzrə qəbul edilən qətnamə ilə müəyyən edilmiş faktları mübahisələndirə bilərlər. Əvvəlki məhkəmə qətnaməsinin preyudisiallığı, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə yeni açılmış hallar üzrə baxılmasına da aid edilir.

45. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 265.4. Məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

46. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

47. Hazırkı işdə ilkin və qarşılıqlı iddia təmin edilmədiyindən və apellyasiya şikayətində qətnamə ilkin iddia üzrə iddiaçı tərəfindən yalnız ilkin iddianın təmin edilməyən hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslığı yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası proses iştirakçısını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - ilkin iddianın təmin olunmayan hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə ilkin iddia tələbi təmin edilməməlidir.

49. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları hərtərəfli araşdırılmamış, maddi və prosessual hüquq normalarının tədbiqində səhvə yol vermiş, nəticədə düzgün olmayan qətnamə qəbul edilmişdir.

50. Birinci instansiya məhkəməsi ilkin iddia tələbini rədd edərkən belə qənaətə gəlmişdir ki, qanuni qüvvəsini almış Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014cü il tarixli, 2(006)-1587/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş faktın yenidən sübut edilməsi yolverilməzdir və bu hal hazırki mülki iş üzrə sübut növü kimi qəbul edilməlidir.

51. Kollegiya bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda istinad olunan qərarına (§ 44) istinad edərək qeyd edir ki, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir. Müstəqil tələbi olan üçüncü şəxslər məhkəmə prosesində iştirak etməmişlərsə, müvafiq əsaslar olduqda müstəqil tələblə məhkəməyə müraciət edə bilərlər. Həmin şəxslərə məhkəmə qətnaməsinin preyudisiallığı aid edilmir. Onlar iştirak etmədikləri mülki iş üzrə qəbul edilən qətnamə ilə müəyyən edilmiş faktları mübahisələndirə bilərlər.

52. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(006)- 1587/2014 saylı qətnaməsindən görünür ki, hazırki ilkin iddia üzrə iddiaçı həmin işdə iştirak etməmişdir və belə olan halda həmin qətnamə ilə müəyyən edilmiş faktları mübahisələndirə bilər.

53. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ilkin iddia üzrə tələb aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir.

54. İşdə olan "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 23 nömrəli müqavilədən müəyyən olunur ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, MMC ona məxsus 24 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində 1650 kv.m qeyri-yaşayış sahəsini İddiaçı tam ödəmiş olduğu halda 2.000.000 manat əvəzinə xx.xx.2016-cı il tarixinə qədər alıcıya verməyi öz öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən qeyd olunan məbləğdə vəsaitin MMC-yə ödənildiyi barədə sonuncu tərəfindən xx.xx.2010-cu il tarixli maliyyə arayışı verilmişdir.

55. Qeyd olunan sənədlər MMC tərəfindən qarşılıqlı iddia ərizəsi verilməklə mübahisələndirilsə də, birinci instansiya məhkəməsi tərəfindən qarşılıqlı iddia tələbi təmin edilməmiş və qətnamənin həmin hissəsindən MMC tərəfindən apellyasiya şikayəti verilməmişdir.

56. Kollegiya qeyd edir ki, apellyasiya araşdırması zamanı sorğu edilərək Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olmuş iddiaçı X2 cavabdeh "xxxx" MMC-yə qarşı “qeyri-yaşayış sahəsinə istifadə və sahiblik hüququnun tanınması və həmin qeyriyaşayış sahəsinin istifadə və sahibliyinə verilməsi” tələbinə dair 2(006)-1587/2014 nömrəli mülki iş əldə edilmiş və həmin mülki işdə olan sənədlərlə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2013-cü il tarixli qərardadı ilə İran İslam Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş ərizə təmin edilmiş, İran İslam Respublikasının Tehran şəhəri Şəhid Sədr adına Məhkəmələr Kompleksinin 37 saylı Ümumi Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarının Azərbaycan Respublikası ərazisində tanınması və icra edilməsi; Hakimlər Heyətinin xx.xx.2012 və xx.xx.2012-ci il tarixli qərarlarının iddiaçı İran İslam Respublikasının 115 saylı X15 İnşası Şirkəti ilə cavabdeh Azərbaycan Respublikasının "xxxx" MMC arasında imzalanmış “’Nəsimi” ticarət yaşayış və ofislər üçün nəzərdə tutulmuş 25 mərtəbəli binanın inşası haqqında” 105-B-2008 saylı xx.xx.2008-ci il tarixli podrat müqaviləsinin tərkib hissəsi olan X12 48-ci maddəsinə uyğun olaraq həyata keçirilməsi qərara alınmışdır.

57. Bundan sonra Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 8(005)-590/2014 nömrəli qərardadı ilə tələbin əmlaka yönəldilməsi barədə Nərimanov rayon icra şöbəsinin təqdimatı təmin edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən verilmiş 10-1(102)-01/2013 saylı, xx.xx.2013-cü il tarixli icra vərəqəsinin icrasının təmin edilməsi məqsədi ilə 14.402.997,52 Avro məbləğində pul tələbi "xxxx" MMC-yə məxsus tikinti materialları, ö cümlədən quraşdırılmış metal konstruksiya və tikintisi yarımçıq qalan 2 bloklu binaya yönəldilmiş, Yasamal rayon icra şöbəsinin icra məmuru İlyas Cəfərovun “Üzərinə həbs qoyulmuş əmlakın tələbkara verilməsi haqqında” xx.xx.2017-cü il tarixli qərarı ilə "xxxx" MMC-yə qarşı ünvan 6 ünvanında yerləşən quraşdırılmış metal konstruksiya və tikintisi yarımçıq qalan 2 bloklu bina (1-ci bloku 25-ci mərtəbəsinə, 2-ci bloku 4-cü mərtəbəsinə qədər tikilmiş), habelə tikinti materialları icra sənədi üzrə tələbkar İran İslam Respublikasının 115 saylı X15 İnşası Şirkətinə verilmişdir.

58. İlkin iddia üzrə iddiaçı özü də iddia ərizəsində qeyd etmişdir ki, tikinti obyektinə baş çəkdikdə ordan bildirilir ki, cavabdeh "xxxx" MMC-nin hazırda bu obyektə heç bir aidiyyatı yoxdur.

59. Qanunvericiliyin tələblərinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Eyni zamanda, kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

60. Göründüyü kimi, ilkin iddia tələbi üzrə iddiaçı tərəfindən tələb edilən qeyriyaşayış sahəsi artıq MMC-yə məxsus deyil, həmin sahənin yerləşdiyi bina icra sənədi üzrə tələbkar İran İslam Respublikasının 115 saylı X15 İnşası Şirkətinə verilmişdir.

61. Belə olan halda, artıq cavabdehə məxsus olmayan binada yerləşən qeyriyaşayış sahəsinin iddiaçıya verilməsi barədə iddiası təmin edilə bilməz.

62. Bununla yanaşı o da qeyd edilməlidir ki, ilkin iddia üzrə iddia ərizəsinin və apellyasiya şikayətinin məzmunlarından, habelə iş materiallarına əlavə edilmiş fotoşəkillərlə təsdiq olunur ki, sözügedən ünvanda inşa edilməkdə olan yaşayış binasında tikinti işləri başa çatmamışdır. Belə olan halda ilkin iddia üzrə tələb edilən qeyri-yaşayış sahəsinin praktiki olaraq iddiaçıya təhvil verilməsi də qeyri-mümkündür.

63. Məhkəmə kollegiyası ilkin iddia üzrə cavabdeh tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı tədqim edilmiş ərizəyə münasibətdə qeyd edir ki, ilkin iddia tələbi təmin edilmədiyindən iddia müddətinin tətbiqinə münasibət bildirməyə zərurət yoxdur.

64. Bundan başqa, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, üçüncü şəxs "xxxx" MMC tərəfindən xüsusi qərardadın çıxarılması ilə bağlı verilmiş ərizənin təmin edilməsi üçün əsaslar müəyyən edilmir.

65. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 372, 384.0.2, 385, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-39/2024 nömrəli qətnaməsi qismən – ilkin iddianın təmin edilməyən hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı ("xxxx" MMC, X11 Bankı və X4 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh "xxxx" MMC-yə qarşı «öhdəliyin tam icra edilməsi və daşınmaz əmlakın təhvil verilməsi» tələbinə dair ilkin iddiası rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği ilkin iddia üzrə iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar