Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-423/2020 03.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi: İsmayıl Kamil oğlu Xəlilov Hakimlər: Xəyalə Adil qızı Cəmilova və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Raul Firdovsi oğlu Ağakişiyevin katibliyi ilə, Cavxxdeh Cavxxdeh1 iştirakı ilə, İddiaçı İKB ASC-nin cavxxdehlər Cavxxdeh1, Cavxxdeh2, Cavxxdeh3 və qeyrilərinə qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən cavxxdeh Cavxxdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı İKB ASC-nin iddiası qismən təmin edilərək xx xxxx 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsi üzrə 17.368,08 manat əsas borcun, 12.685,33 manat faiz borcunun, 425,08 manat cərimənin, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 30 manatın, iddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması ilə əlaqədar dövlət rüsumu olaraq ödənilmiş 10 manatın və 20 manat xidmət haqqının, cəmi 30.538,49 manat məbləğində pulun cavxxdehlər Cavxxdeh1 və Cavxxdeh2 müştərək qaydada tutularaq İddiaçı İKB ASC-yə ödənilməsi, tələb ilkin satış qiyməti 56.000 manat müəyyən edilməklə cavxxdeh Cavxxdeh1 mülkiyyət hüququ üzrə məxsus ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Sxxunçu rayonu, Bakıxanov qəsəbəsi, Akif Mustafayev küçəsi, 20 saylı evin 14 saylı mənzilinə yönəlməklə həmin əmlakın açıq hərrac yolu ilə satılması, həmin əmlakın satışından əldə olunan vəsaitdən cəmi 30.538,49 manat məbləğində pulun İddiaçı İKB ASC-nin hesxxına ödənilməsi, qalan məbləğin cavxxdeh Cavxxdeh1 verilməsi, ipoteka predmeti olan qeyd olunan mənzilə tutma yönəldikdən və mənzil satıldıqdan 1 ay sonra Cavxxdeh1, Cavxxdeh5, Cavxxdeh3, Cavxxdeh8, Cavxxdeh4, Cavxxdeh6 və Cavxxdeh7 həmin mənzildən Bakı şəhəri, Sxxunçu rayonu, Bakıxanov qəsəbəsi, Akif Mustafayev küçəsi, 20 saylı evin 14 saylı mənzilindən çıxarılmaqla mənzilin boşaldılması qət olunmuşdur. Həmin qətnamə ilə razılaşmayan cavxxdeh Cavxxdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək, mühasibatlıq ekspertizası keçirilməklə əsas və faiz borcunu müəyyənləşdirib, eyni zamanda ipoteka ilə yüklü edilmiş mənzilin müstəqil qiymətləndirici tərəfindən real bazar dəyərini müəyyən edərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır: Fərdi yaşayış evi kredit götürülən xx.xx.2014-cü il tarixdə razılığa əsasən 50.000 manat qiymətəldirilsə də, həmin ərəfədə, eyni zamanda manatın dəyərinin aşağı düşməsi ilə əlaqədar qətnamə çıxarılan günə mənzilin dəyəri 70.000 manat dəyərində olmuşdur. Lakin məhkəmə 2 otaqdan ibarət təmirli mənzilin 56.000 manata qiymətləndirməkdə qanunun tələblərini pozmuş və ipotekada olan fərdi yaşayış evini 2018-2019-cu ilə olan real bazar dəyərini müəyyən etməmişdir. Məhkəmədə mühasibatlıq və mənzilin bazar dəyərinin müəyyən olunması üçün ekspertizalar keçirilməsini xahiş etmiş, lakin məhkəmə hər iki ekspertiza keçirəcəyini bildirsə də, yalnız mənzilin qiymətləndirilməsini razılığı olmadan hansısa “xxxxxxxxx” MMC-nə həvalə etmiş, mühasibatlıq ekspertizası keçirməmişdir Məhkəmə kollegiyasının iclasında iştirak edən cavxxdeh Cavxxdeh1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq digər iştirakçılar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesxx etmişdir. Mübahisə ilə bağlı dəyərləndirmə: Cavxxdeh Cavxxdeh1 qətnaməni əsas və faiz borcu və ipoteka predmetinin dəyəri hissəsində mübahisələndirir. Tərəflər arasında kredit, zaminlik və ipoekta müqavilələrinin bağlanması, vəsaitin verilməsi, borclunun müqavilə öhdəliklərinə riayət etməməsi işin mübahisəsiz hallarıdır. İşə baxan məhkəmə cavxxdehin əsas və faiz borcunu iddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışı əsasında müəyyən etmişdir. apellyantın dəlillərindən biri də həmin məbləğin düzgün müəyyən edilməməsi ilə bağlıdır. Qeyd olunan halları nəzərə alaraq, məhkəmə kollegiyası mühasibatlıq ekspertizanın keçirilməsini təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Cavxxdeh1 iddiaçının məhkəməyə müraciət etdiyi müddətə, yəni xx.xx.2018-ci il tarixə banka 17 368.08 manat əsas, 11561.92 manat faiz borcu var. Ekspert rəyindən görünür ki, faiz borcunun məbləği qətnamə ilə müəyyən edilən məbləğdən azdır (12.685,33-11561,92=1 123,41). Ona görə məhkəmə kollegiyası hesxx edir ki, faiz borcunun düzgün hesxxlanmaması ilə bağlı apelyasiya şikayətinin dəlili əsaslı hesxx olunaraq faiz borcu hissəsində məbləğ ekspert rəyinə uyğun olaraq dəyişdirilməlidir. Məhkəmə kollegiyası həmçinin cavxxdehin digər dəlili olan ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı təkrar qiymətləndirmə ekspertizasının keçirilməsini təyin etmiş və “xx” Consultinq MMC tərəfindən verilmiş rəylə müəyyən olunmuşdur ki, Cavxxdeh1 mülkiyyətindəki Bakı şəhəri, Sxxunçu rayonu, Bakıxanov qəsəbəsi, Akif Mustafayev küçəsində yerləşən, 2 otaqlı, 47,17 kv.m ümumi, 30 kv.m yaşayış, 17,17 kv.m yardımçı sahədən ibarət 20 nömrəli evin 14 nömrəli mənzilinin hazırkı bazar qiyməti 55 000 manat təşkil edir. Göründüyü kimi ekspert rəyində göstərilmiş qiymət məhkəmə tərəfindən müəyyən edilmiş qiymətdən aşağıdır (56000-55000=1000). Məhkəmə kollegiyası qətnamədən cavxxdehin apellyasiya şikayəti verdiyini nəzərə alaraq hesxx edir ki, ipoteka predmetinin ilkin satış qiyməti hissəsində qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Cavxxdeh iş üzrə keçirilmiş ekspertiza rəylərinin obyektivliyini şübhə altına alan heç bir sübut gətirə bilməmişdir. Ona görə həmin rəylər mötəbər sübut kimi nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.3. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Həmin iş üzrə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi faiz borcu hissəsində dəyişdirilsin. xx xxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə cavxxdehlər Cavxxdeh1 və Cavxxdeh2 müştərək qaydada İddiaçı İKB ASC-nin xeyrinə tutulan faiz borcunun məbləği 11561.92 (on bir min beş yüz altmış bir manat doxsan iki qəpik) manat müəyyən edilsin. Qətnamə apelyanta aid qalan hissədə dəyişdirilmədən saxlansın. Məhkəmə-qiymətləndirmə ekspertizasının keçirilməsi xərci olan 300 (üç yüz) manat cavxxdeh Cavxxdeh1, məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi xərci olan 120 (yüz iyirmi) manatın 60 (altmış) manatı iddiaçıya, 60 (altmış) manatı cavxxdeh Cavxxdeh1 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Hakimlər: imzalar Əsli ilə düzdür Hakim: İsmayıl Xəlilov
Məhkəmə qərarları › İş №2(103)-423/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-423/2020
03.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver