Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4261/2022 18.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli, 2(011)-2178/2021 saylı qətnaməsindən Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli, 2(011)-2178/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Cavabdeh MTK Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli, 2(011)-2178/2021 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətini nəzərdən keçirib hesab edir ki, hazırki iş üzrə verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363-cü maddəsinin tələbinə cavab vermədiyi üçün geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli, 2(011)-2178/2021 saylı qətnaməsi Cavabdeh MTK tərəfindən SS776325187AZ saylı sifarişli poçt bildirişi ilə 24 mart 2022-ci ildə qəbul edilmişdir (i/v 129). İş materiallarından görünür ki, apellyasiya şikayəti 27 aprel 2022-ci ildə elektron qayddada verilmişdir. Kollegiya qeyd edir ki, cavabdeh tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli, 2(011)-2178/2021 saylı qətnaməsindən apellyasiya şikayətinin müddəti ötürülməklə verilmişdir. Göründüyü kimi, apellyasiya şikayəti 25 aprel 2022-ci il tarixdə verilməli olduğu halda, 27 aprel 2022-ci il tarixdə məhkəməyə verilmiş, bununla yanaşı ötürülmüş müddətin bərpa edilməsi barədə ərizə verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 363, 366, 400, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli, 2(011)-2178/2021 saylı qətnaməsindən Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti mülki işlə birlikdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılsın. Cavabdehə izah edilsin ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırılmaqla, ağlabatan müddətdə yenidən apellyasiya şikayəti ilə müraciət edə bilər. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Namiq Cəfərov
Məhkəmə qərarları › İş №2(103)-4261/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4261/2022
18.05.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver