Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-428/2021 25.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh1 İsmayıl oğlunun iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(008)-324/2020 nömrəli qətnaməsindən İddiaçı qapalı səhmdar cəmiyyəti və Cavabdeh1 İsmayıl oğlu tərəfindən ayrı-ayrılqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(008)-324/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 İsmayıl oğlu ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2014- cü il tarixli, 027L**********51 saylı uzunmüddətli kredit müqaviləsinə, xx.xx.2014-cü il tarixli, 027R********** saylı kredit razılaşmasına, xx.xx.2015-ci il tarixli, 027R**********S saylı, xx.xx.2016-cı il tarixli, 027R**********SA saylı, xx.xx.2016-cı il tarixli 027R**********SB saylı sazişlərə xitam verilməsi, cavabdehlər İsmailova Güildarana (İsmayılova Güldərən) və Cavabdeh1 İsmayıl oğlundan müştərək qaydada 45116,46 ABŞ dolları əsas, 22931.01 ABŞ dolları faiz borcu, 2146,10 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 70193 (yetmiş min yüz doxsan üç) ABŞ dolları, 57 (əlli yeddi) sent məbləğində ödəniş gününə olan manat məzənnəsi ilə pul vəsaiti, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat rüsumu, 21 (iyirmi bir) manat xidmət haqqı tutularaq İddiaçı QSC-nin hesabına köçürülməsi, tələbin cavabdeh İsmailova Güildaranın (İsmayılova Güldərən) mülkiyyətində olan ünvan 1 mənzil 49 ünvanında yerləşən, yaşayış sahəsi 38.6 kv.m sahədən ibarət 3 otaqlı mənzilə yönəldilərək açıq hərracdan satılması və satışdan əldə edilən vəsait İddiaçı QSC-nin hesabına ödənilməsi, ipoteka predmeti olan, ünvan 1 mənzil 49 ünvanda mənzilin ilkin satış qiymətinin 77000 (yetmiş yeddi min) manat müəyyən edilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin cavabdehlər Cavabdeh1 İsmayıl oğluna və İsmailova Güildarana (İsmayılova Güldərən) qaytarılması, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 İsmayıl oğlundan və İsmailova Güildarandan (İsmayılova Güldərən) İddiaçı QSC-nin xeyrinə müştərək qaydada tutulması, Cavabdeh1 İsmayıl oğlundan və İsmailova Güildarandan (İsmayılova Güldərən) müştərək qaydada 200 manat ekspertiza xərci tutularaq “xxxx” MMC-nin AZ13 NABZ******************** müxbir hesabına ödənilməsi, Cavabdeh1 İsmayıl oğlundan və İsmailova Güildarandan (İsmayılova Güldərən) müştərək qaydada 145 manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, AZ34CTRE******************** hesabına ödənilməsi qət edilmişdir.. Qətnamədən İddiaçı qapalı səhmdar cəmiyyəti apellyasiya şikayəti verərək..... İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh mülkiyyətində olan əmlakı kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı üçün bank qarşısında yüklü edərkən həmin əmlaka tutma yönəldildiyi təqdirdə onu qeyd şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşdür. Göstərilən müddəaların tələbləri baxımından cavabdehin ipoteka müqaviləsi bağlandığı andan əmlakı tərk etmək vəzifəsi yaranmışdır. Dəbbə pulu ilə bağlı hissədə birinci instansiya məhkəməsinin qətnaməsində, cərimə borcu məbləği cəmi 2146 ABŞ dolları həddində müəyyənləşdirilmiş və ümumilikdə iddiaçı tərəfindən tələb olunan 42922 ABŞ dolları cərimə borcu 2146 ABŞ dolları məbləğinədək azaldılmışdır. Bu zaman kreditorun əmlak və digər əsaslı mənafeləri nəzərə alınmamış, yalnız borcluların mənafeyindən çıxış edilmişdir. Qətnamədən Cavabdeh1 İsmayıl oğlu da apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 İsmayıl oğlu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, faiz borcu çox hesablanmışdır. Yeganə yaşayış yerləri məhz ipotekada olan evdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin apellyasiya şikayətini isə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 İsmayıl oğlu iddiaçının apellyasiya şikayətinə etiraz edərək rədd edilməsini, özünün verdiyi apellyasiya şikayətinin isə təmin edilməsini xahiş etdi. İşə baxılması vaxtı və yeri haqqında cavabdeh İsmailova Güildaranaya (İsmayılova Güldərən) lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişdir. Apellyasiya instansiya məhkəməsi, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli cavabdehin apellyasiya şikayəti isə təmin edilməmədir. Belə ki, əlavə məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 9/4266 saylı rəyindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 İsmayıl oğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli 027R********** saylı kredit müqaviləsi üzrə Cavabdeh1 İsmayıl oğlunun xx.xx.2019-cu il tarixə banka olan borcu ümumilikdə 68.046,98 ABŞ dolları məbləğində müəyyən olunur. O cümlədən: əsas borc üzrə 45.116,43 ABŞ dolları; faiz borcu üzrə 22.930,55 ABŞ dolları. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdikləri dəlillər qətnamənin mübahisələndirdiyi təmin edilməyən hissədə qismən ləğv edilməsi və iddianın həmin hissələrdə qismən təmin edilməsi üçün, Cavabdeh1 apellyasiya şikayətində göstərdikləri dəlillər isə qətnamənin mübahisələndirdiyi təmin edilən hissədə ləğv edilməsi və iddianın həmin hissədə qismən təmin edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. İddiaçının apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın təmin edilməyən “ipoteka predmeti olan mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra 1 ay ərzində İsmailova Güildaranın həmin mənzildən çıxarılması və mənzilin boşaldılmasının təmin edilməməsi və dəbbə pulunun azaldılması” hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Cavabdeh1 şikayətində qətnamənin tam ləğv edilməsini xahiş etsə də apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın təmin edilən faiz borcunun məbləğinin çox olması hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissələrdə yoxlanılmalı, mübahisələndirilməyən hissələrə isə toxunulmamalıdır. Əvvəla, iddia tələbinin ipoteka predmeti olan mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra 1 ay ərzində İsmailova Güildaranın həmin mənzildən çıxarılması və mənzilin boşaldılması hissəsini təmin etməməklə birinci instansiya məhkəməsi haqlı olmamışdır. Belə ki, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində İsmailova Güildaranın həmin mənzildən çıxarılması və mənzilin boşaldılması hissəsi barədə iddiaçı tərəfin dəlilləri əsaslıdır. Çünki, mənzil onun tərəfindən ipoteka qoyulmuş və borc ödənilmədiyi halda ipoteka predmeti olan mənzildən çıxacağını və boşaldılmasını öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsi “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinə istinad etsə də həmin normanın səhv təfsir etmişdir. Həmin maddəyə görə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, iddiaçı da qanunun bu tələbinə əsasən ipoteka predmeti olan mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra 1 ay ərzində İsmailova Güildaranın həmin mənzildən çıxarılması və mənzilin boşaldılmasını tələb etmişdir. Başqa sözlə ipoteka predmeti olan mənzilə tutma yönəlməsə və o satılmasa İsmailova Güildaranın həmin mənzildən məcburi çıxarılması və mənzilin boşaldılması onsuz da icra olunmayacaqdır. Ancaq qeyd olunan normada ipoteka qoyanın ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılmalı olduğu açıqaşkar nəzərdə tulmasına baxmayaraq birinci instansiya məhkəməsi mənzilin alqı-satqısından sonra yeni mülkiyyətçinin 1 ay ərzində məcburi qaydada çıxarılma barədə məhkəmədə yeni iddia qaldırmalı olduğu və bu tələblərə yeni icraatda baxılmalı olduğu kimi səhv mövqe nümayiş etdirmişdir. Bundan başqa, “İpoteka haqqında” Qanunda konkret olaraq tutmanın ipoteka predmeti olan əmlaka yönəldikdə və o satıldıqda ipoteka predmetinin boşaldılmasının nəzərdə tutulmaması da iddianın bu hissədə rədd edilməsi üçün əsas ola bilməzdi. Çünki, ipoteka predmetinin boşaldılması icra sənədinin tam icra olunmasını təmin edən bir vasitədir. Əks halda icra sənədinin icrası ilə əlaqədar əlavə mübahisələrin və yeni lüzumsuz iddiaların ortaya çıxmasına şərait yarana bilər. İkincisi, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Birinci instansiya məhkəməsi tərəfindən cərimənin azaldılması əsassız olmamışdır. Belə ki, bu azalma iddiaçının həm əmlak, həm də bütün əsaslı mənafelərinə zərər vurma təhlükəsi yaratmır. Çünki, iddiaçının özü də cərimənin həqiqətən də qeyd olunan məbləğdə olması barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının hər iki rəyindədə kredit müqaviləsi üzrə cərimə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı bir məlumatın olmadığına görə cərimənin hesablanmasının mümkün olmadığı göstərilmişdir. Bununla yanaşı, cavabdehlərin də əmlak mənafeləri nəzərə alınmaqla onların həddindən artıq dərəcədə maliyyə məsuliyyətinə cəlb edilməsi də yolverilməzdir. Belə ki, tələb edilən cərimə məbləği də açıq-aşkar əsas və faiz borcuna adekvat olmamışdır. Çünki, eyni müqavilə üzrə əsas və faiz borcu, cərimə tələb edilməsi və bütün tələblərin tam təmin edilməsi istər-istəməz cavabdehin maddi vəziyyətini ağırlaşdırmaya bilməz. Ona görə də cərimənin azaldılmasının ləğv edilməsi barədə iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı olmadığından təmin edilə bilməz. Üçüncüsü, iddiaçı cavabdehlərdən 22163.93 ABŞ dolları faiz borcu tələb etsə də, birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxaraq faiz borcunu 22931.01 ABŞ dolları miqdarında, yəni ekspertiza rəyində müəyyən olunan məbləği əsas götürərək təmin etmişdir. Bu hal da cavabdehin şikayətinin dəlillərinin bu hissədə əsaslı olduğuna dəlalət edir. Ona görə də faiz borcu tələb edilən həcmdə təmin edilməlidir. Dördüncüsü, apellyasiya baxışı zamanı ipoteka predmeti olan ev “xxxx” MMC tərəfindən qiymətləndirilmişdir. “xxxx” MMC tərəfindən ünvan 1 mənzil 49 ünvanında yerləşən, 3 otaqlı, 49 saylı mənzilin xx xxxxxx 2020-ci il tarixə hesablanmış bazar dəyəri 92000 manat, likvid dəyəri isə 82000 manat müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi “xxxx” MMC tərəfindən müəyyən edilmiş ipoteka predmetinin likvit dəyərini daha real və mötəbər hesab edir və buna görə də ilkin satış qiymətinin həmin məbləğdə göstərilməsini işin hallarına daha uyğun hesab edir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəcinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı açıq səhmdar cəmiyyətinin və Cavabdeh1 İsmayıl oğlunun apellyasiya şikayətləri qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(008)-324/2020 nömrəli qətnaməsi qismən, “ipoteka predmeti olan mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra 1 ay ərzində İsmailova Güildaranın həmin mənzildən çıxarılması və mənzilin boşaldılmasının təmin edilməməsi, faiz borcunun məbləği və ipoteka predmetinin ilkin satış qiymətinin məbləği hissəsində ləğv edilməli, həmin hissələrdə iddia qismən təmin edilməli, ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Babək prospektindəki 90 nömrəli evin, 49 nömrəli mənzilinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra İsmailova Güildaran(İsmayılova Güldərən) həmin mənzildən çıxarılmalı və mənzil boşaldılmalı, cavabdehlərdən alınmalı olan faiz borcunun məbləği 22163.93 ABŞ dolları, əsas, faiz borcun və cərimənin cəmi isə 69426,49(altmış doqquz min dörd yüz iyirmi altı ABŞ dolları, qırx doqquz sent) ABŞ dolları müəyyən edilməli, ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Babək prospektindəki 90 nömrəli evin, 49 nömrəli mənzilin ilkin satış qiyməti 82000 (səksən iki min) manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı açıq səhmdar cəmiyyətinin və Cavabdeh1 İsmayıl oğlunun apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(008)-324/2020 nömrəli qətnaməsi qismən, “ipoteka predmeti olan mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra 1 ay ərzində İsmailova Güildaranın həmin mənzildən çıxarılması və mənzilin boşaldılmasının təmin edilməməsi, faiz borcunun məbləği və ipoteka predmetinin ilkin satış qiymətinin məbləği hissəsində ləğv edilsin, həmin hissələrdə iddia qismən təmin edilsin. İpoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Babək prospektindəki 90 nömrəli evin, 49 nömrəli mənzilinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra İsmailova Güildaran(İsmayılova Güldərən) həmin mənzildən çıxarılsın və mənzil boşaldılsın. Cavabdehlərdən alınmalı olan faiz borcunun məbləği 22163.93 ABŞ dolları, əsas, faiz borcun və cərimənin cəmi isə 69426,49(altmış doqquz min dörd yüz iyirmi altı ABŞ dolları, qırx doqquz sent) ABŞ dolları müəyyən edilsin. İpoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Babək prospektindəki 90 nömrəli evin, 49 nömrəli mənzilin ilkin satış qiyməti 82000 (səksən iki min) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh1 İsmayıl oğlundan iş üzrə keçirilmiş ekspertiza xərci - 145(yüz qırx beş) manat alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına, ipoteka predmetinin qiymətləndiricisinin xidmət haqqı 200 (iki yüz ) manat “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin " VÖEN: ********** H h № AZ33İBAZ******************** "xxxx” ASC Yasamal filialı Kodu: 805562 VÖEN: ********** Müxbir hesab: AZ03NABZ******************** S W.İ.F T BİK. İBAZAZ2X hesabına köçürülsün. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-428/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-428/2021
25.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver