Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4314/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, Tağızadə Mirzə Nəsib oğlu və Mayılov Ülvi Arif oğlundan ibarət tərkibdə, xxxxxxx katibliyi ilə, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı LPO “xxxxxxxx” KB ASC-nin ləğvedicisi X1 Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan daşınmaz əmlakın açıq hərracdan satılması” tələbinə dair iddiası üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin qəbul etdiyi 2(006)-220/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı LPO “xxxxxxxx” KB ASC-nin ləğvedicisi X3 və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə xx xxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan "xxxxxxxx" KB X7 ləğvedicisi X3 Cavabdeh qarşı "kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan daşınmaz əmlakın açıq hərracdan satılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ləğv prosesində olan Bankla Cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 221 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 24 ay müddətinə, illik 18 % dərəcəsi ilə 28000 ABŞ dolları məbləğində kredit verilmiş və kreditin təminatı kimi tərəflər arasında xx xxxxxx 2015-ci il tarixdə ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 101,7 kv.m, yaşayış sahəsi 81,2 kv.m, yardımçı sahəsi 20,5 kv.m olan 5 otaqlı 31 saylı mənzil tərəflərin qarşılıqlı razılığı ilə 132000 manat məbləğində qiymətləndirildikdən sonra Cavabdeh tərəfindən banka ipoteka qoyulmuş və mənzilin “xxxxxxxx” KB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2016-cı il tarixli, RX seriyalı ******* nömrəli Çıxarış verilmişdir. Cavabdeh bank qarşısında öhdəlik götürməsinə baxmayaraq, o, bu öhdəlikləri yerinə yetirməmiş və kredit götürdükdən sonra Banka əsas borc üzrə 4268,12 ABŞ dolları, faiz borcu üzrə isə 4451,58 ABŞ dolları ödəniş etmiş və xx xxxx 2017-ci il tarixdə Banka 1200 ABŞ dolları məbləğində sonuncu ödənişi etdikdən sonra kredit üzrə ödənişləri tam dayandırmışdır. Cavabdehə xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən kredit borcunun banka qaytarılması təmin edilməmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-220/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 23.731,88 ABŞ dolları əsas borc, 3922,41 ABŞ dolları müqavilənin müddəti bitənədək ödənilməmiş faiz borcu, 1371,18 ABŞ dolları müqavilə müddəti bitəndən sonra ödənilməmiş (5%-lə hesablanmış) faiz borcu olmaqla, cəmi 29.025,47 (ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pulun, habelə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və ipotekanın qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi alınaraq ləğv prosesində olan "xxxxxxxx" KB X8 ödənilməsi, tutmanın ipotekaya qoyulmuş Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 101,7 kv.m, yaşayış sahəsi 81,2 kv.m, yardımçı sahəsi 20,5 kv.m olan 5 otaqlı, 31 saylı mənzilə yönəldilməsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 101,7 kv.m, yaşayış sahəsi 81,2 kv.m, yardımçı sahəsi 20,5 kv.m olan 5 otaqlı, 31 saylı mənzilin ilkin satış qiyməti 150.000 manat müəyyən edilməklə, açıq hərracda satılması, satışdan əldə olunan pul vəsaiti artıq olduqda isə qalan pul vəsaitinin Cavabdeh qaytarılması, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 101,7 kv.m, yaşayış sahəsi 81,2 kv.m, yardımçı sahəsi 20,5 kv.m olan 5 otaqlı, 31 saylı mənzilə tutma yönəldildikdən və o satıldıqdan sonra ən geci bir ay ərzində həmin mənzilin boşaldılması və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı LPO “xxxxxxxx” KB ASC-nin ləğvedicisi X3 tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin qismən ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Birinci instansiya məhkəməsi mühasibatlıq ekspertizasının təyin edilməsi barədə qərardad qəbul etmiş, yalnız ekspert rəyinə istinad edərək iddia ərizəsində tələb olunduğu kimi faiz məbləği 11235,38 ABŞ dolları deyil, ekspert rəyində göstərildiyi kimi xx.xx.2017-ci il tarixədək, yəni müqavilənin müddəti bitən tarixədək hesablanaraq, faiz borcunun 3922,41 ABŞ dolları məbləğində tutulması qənaətinə gəlmişdir. Lakin Mülki Prosessual Məcəllənin tələblərinə məhəl qoymadan ekspert rəyini digər sübutlarla birgə tədqiq etməli olan işə tam, hərtərəfli və obyektiv baxmalı olduğu halda məhkəmə digər sübutlara əsaslanmadan, sadəcə ekspert rəyini qeyd etməklə kifayətlənərək qətnamə qəbul etmiş, hətta təkrar ekspertiza təyin edilməsi barədə şifahi vəsatət verilsə də vəsatətə baxılmamışdır. Bundan əlavə mülki iş üzrə təyin edilmiş ekspertizanın rəyi məhkəməyə daxil olduqdan sonra tərəflərə göndərilməli olduğu halda həmin rəy iddiaçının hüquqi ünvanına göndərilməmişdir. Eyni zamanda qətnamədən narazı qalan Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi, borc məbləğinin və ipoteka predmetinin yenidən qiymətləndirilməsi üçün əlavə ekspertizaların keçirilməsi xahiş edilmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdı ki, məhkəmə işə baxan zaman işin həqiqi hallarını araşdırmamış, işin müəyyən olunmuş halları ilə bağlı düzgün nəticəyə gəlməməsi ilə bərabər, maddi və prosessual hüquq normalarına da riayət etməyərək hüquq pozuntularına yol vermişdir. Qətnamə maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarıldığından ləğv olunmalı, iddia tələbinin təmin olunmaması haqqında yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13698 saylı xx xxxxxx 2019-cu il tarixli rnəhkəmə- mühasibatlıq ekspertizasının rəyində göstərilmiş borc məbləği şişirdilmişdır. Belə ki, göstərilən faiz və cərimə borcu həqiqəti əks etdirmir və düzgün hesablanmayıb. Apellyasiya şikayətində də qeyd edildiyi kimi, həmin kredit müqaviləsinə və onun restrukturizasiyasına dair sazişə əsasən cavabdeh tərəfindən mütəmadi olaraq kredit müqaviləsi üzrə ödənişlər edilmişdir. Borc məbləğinin yenidən hesablanması və araşdırılması üçün əlavə ekspertiza təyin edilməlidir. Nərimanov rayonunda yerləşən ümumi sahəsi 101,7 kv.m təşkil edən mənzillərin qiyməti ən azı 200.000 manatdan başlayır. Hətta kotlovan mərhələsində ümumi sahəsi 101,7 kv.m. təşkil edən mənzillərin qiyməti 150.000 manata başa gələ bilməz. Bu səbəbdən hesab edir ki, ünvan 1 ünvanında yerləşən mənzilin əlavə ekspertizasının keçirilməsi (qiymətləndirilməsi) təyin olunmalıdır. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək Bankın apellyasiya şikayətinin təmin edilməsini, cavabdehin apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, qətnamənin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini və iş üzrə yenidən ekspertizanın keçirilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil cavabdehin apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək cavabdehin apellyasiya şikayətinin təmin edilməsini, iddiaçının apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, qətnamənin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini və iş üzrə yenidən məhkəmə-mühasibatlıq və əmtəəşünaslıq ekspertizalarının keçirilməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyib, işdə iştirak edən şəxslərin izahatlarını, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, hər iki apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Repsublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırki iş üzrə iddiaçı Bank tərəfindən verilmiş apellyasiya şikayətinin sonunda qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, Bank tərəfindən məhkəmə qətnaməsi yalnız cavabdehdən faiz məbləğinin tutulması ilə bağlı iddianın təmin olunmayan hissəsində, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən isə məhkəmə qətnaməsi faiz (həmçinin 5%) borcunun tutulması, ipoteka predmetinin qiymətləndirilməsi hissəsində mübahisələndirildiyindən qətnamənin qanuniliyi və əsaslılığı məhz həmin hissələrdə yoxlanılır. Çünki məhkəmə qətnaməsi digər hissələrdə mübahisələndirilməmişdir. İş materiallarında olan "xxxxxxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 221 saylı xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 24 ay müddətinə, illik 18 faiz olmaqla 28.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İpoteka müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 101,7 kv.m, yaşayış sahəsi 81,2 kv.m, yardımçı sahəsi 20,5 kv.m olan 5 otaqlı 31 saylı mənzil öhdəliklərin təminatı kimi "xxxxxxxx" KB ASC-yə ipoteka kimi təqdim edilmiş, ipoteka predmeti 132.000 manat məbləğində qiymətləndirilmişdir. RX seriyalı, № ******* saylı Çıxarışa əsasən Cavabdeh məxsus ünvan 1, mənzil 31 "xxxxxxxx" KB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Ləğv prosesində olan "xxxxxxxx" KB ASC-nin Cavabdeh ünvanlanmış xx.xx.2019-cu il tarixli «ipoteka predmetinə tutmanın yönəldilməsinə dair» bildirişdə qeyd olunmuşdur ki, borc öhdəliyi icra edilmədiyi halda ipoteka predmetinə qanunla müəyyən olunmuş qaydada tutma yönəldiləcəkdir. Bank tərəfindən təqdim olunmuş maliyyə arayışına əsasən borclu Cavabdeh banka 23.731,88 ABŞ dolları əsas borcu, 11235,38 ABŞ dolları faiz borcu, 1371,18 ABŞ dolları müqavilə müddəti bitəndən sonra ödənilməmiş (5%-lə hesablanmış) faiz borcu olmaqla, cəmi 23.731,88 ABŞ dolları məbləğində borcu vardır. Həmin borc cavabdeh tərəfindən ödənilmədiyi üçün Bank hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmişdir. Belə ki, birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 13698 saylı xx xxxxxx 2019-cu il tarixli rəyə əsasən cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, ödəniş qəbzləri məlumatları və 221 saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, Cavabdeh xx.xx.2017-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) banka olan borcu ümumilikdə 28510.41 ABŞ dolları, o cümlədən əsas borc üzrə 24.588 ABŞ dolları, faiz borcu üzrə 3922,41 ABŞ dolları təşkil edir. Eyni zamanda cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, ödəniş qəbzləri məlumatları və 221 saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh xx.xx.2019-cu il tarixə (kredit müddətindən sonra illik 5%-lə ümumilikdə) banka olan borcu ümumilikdə 30128.19 ABŞ dolları, o cümlədən əsas borc üzrə 24.588 ABŞ dolları, faiz borcu üzrə 5540,19 ABŞ dolları təşkil edir. Həmçinin işdə olan “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş H/02-PLS saylı xx.xx.2019-cu il tarixli qiymətləndirmə hesabatından görünür ki, ipoteka predmeti olan ünvan 1, mənzil 31-in bazar dəyəri 150.000 manat təşkil edir. Birinci instansiya məhkəməsi qeyd olunan ekspert rəylərinə uyğun qətnamə qəbul edərək iddianı qismən təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsini işin müəyyən edilmiş hallarına tətbiq etməklə borclunun hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmiş və belə qənaətə gəlmişdir ki, borclu kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün həmin müqavilədən yaranan əsas, faiz və cərimə borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinəəsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinin tələbinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Apellyasiya baxışı zamanı cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə faiz borcunun şişirdilməsini bildirsə də, o, banka daha az məbləğdə faiz borcunun qaldığını təsdiq edə biləcək, iddiaçı isə əksinə, faiz borcunun ekspert tərəfindən az hesablandığını bildirsə də, bu halı təkzib edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişlər. Bununla bağlı məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin keçirdiyi ekspertizanın nəticəsi olaraq verilmiş ekspert rəyini mötəbər sübut kimi qəbul edərək cavabdehdən 3922,41 ABŞ dolları məbləğində faizin və müqavilə müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanmış 5%-lə olan 1371,18 ABŞ dolları məbləğində faizin tutulması ilə razılaşır. Bundan başqa cavabdeh apellyasiya şikayətində “ipoteka predmetinin dəyərinin düzgün müəyyən olunmadığı” dəlilini irəli sürsə də, bu dəlilini əsaslandıra bilməmiş, bununla da ipoteka predmetinin dəyərinin fərqli olması halı öz təsdiqini tapmamışdır. Beləliklə də, apelyantlar tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə ekspert tərəfindən faiz borcu ilə bağlı aparılmış hesablamaların yanlış olması, o cümlədən cavabdeh etdiyi ödənişlər nəticəsində Banka daha az borcunun qaldığı faktını sübuta yetirə bilməmişlər. Halbuki MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Buna görə də məhkəmə kollegiyası qətnamə ilə cavabdehdən iddia tələbinin həddi nəzərə alınmaqla tutulan əsas və faiz borcunun məbləğləri və ipoteka predmetinin bazar dəyərinin daha çox olması ilə bağlı şübhəli məqamların mövcud olmadığına əsaslanaraq mühasibatlıq ekspertizasının keçirilməsinə və ipoteka predmetinin dəyərinin yenidən müəyyən edilməsinə zərurət görməmiş, apelyantların bu dəlillərini əsassız hesab etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hər iki apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinin tələblərinə görə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, həmçinin mahiyyəti üzrə düzgün olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Odur ki, hər iki apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apelyantlara aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393-cü və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı LPO “xxxxxxxx”KB ASC-nin ləğvedicisi X3 və Cavabdeh tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-220/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən- cavabdehdən 3922,41 ABŞ dolları məbləğində faiz, müqavilə müddəti bitəndən sonra ödənilməmiş (5%-lə hesablanmış) 1371,18 ABŞ dolları məbləğində faiz borcunun tutulması və ipoteka predmetinin qiymətinin müəyyən edildiyi” hissələrdə dəyişdirilmədən saxlanılsın. Hər iki tərəfin apellyasiya şikayətinin verilməsi ilə bağlı ödədikləri dövlət rüsumunun məbləğləri apelyantlara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Ülvi Mayılov
Məhkəmə qərarları › İş №2(103)-4314/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4314/2020
29.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver