Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4332/2023 14.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X4 (sədrliyi və məruzəsilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 Ağası qızına, X5, Əli-X14 "xxxx" ASC (əvvəlki adı "xxxx" ASC)-yə «Kamilla MMC»-yə, X9, Cavabdeh4, X3rşı «kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-8/2022 saylı işi üzrə 03 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 Səftər oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia tələbinin həcmini artıraraq, cavabdehlər Cavabdeh1 Ağası qızından, X1, Əli-X13, "xxxx" ASC-dən, «Kamilla MMC»-dən və X6 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 09R000005432 saylı kredit razılaşması üzrə 478.156 ABŞ dolları məbləğində kredit borcunun, 108.934.85 ABŞ dolları məbləğində faiz borcunun və 251.985.63 ABŞ dolları məbləğində cərimə daxil olmaqla ümumilikdə 839.076.47 ABŞ dolları məbəğində borcun, 009K**********04 saylı kredit razılaşması üzrə 30.000 ABŞ dolları məbləğində kredit borcunun, 6600 ABŞ dolları məbləğində faiz borcunun və 72450 ABŞ dolları məbləğində cərimə daxil olmaqla, ümumilikdə 109050 ABŞ dolları məbəğində borcun; 009KK**********01 saylı kredit razılaşması üzrə 9999,87 ABŞ dolları məbləğində kredit borcunun, 1901,94 ABŞ dolları məbləğində faiz borcunun və 2930 ABŞ dolları məbləğində cərimə daxil olmaqla, ümumilikdə 14.831,81 ABŞ dolları məbəğində borcun, ümumilikdə hər üç kredit razılaşması üzrə cəmi 962.958.28 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh1 Ağası qızına məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 217 nömrəli bağ evinə; Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 218 nömrəli bağ evinə; Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 219 nömrəli bağ evinə; Bakı şəhəri, Nərimanov rayonu, Mirəli Qaşqay küçəsi ev 94, mənzil 9-a yönəldilməklə açıq hərracdan satılması və cəmi 732.674 (yeddi yüz otuz iki min altı yüz yetmiş dörd) ABŞ dolları 84 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun və 84 manat xidmət haqqının hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun Cavabdeh1 Ağası qızından, X1, Əli-X13, "xxxx" ASC-dən «Kamilla MMC»-dən və X6 ümumi qaydada tutulması; Cavabdeh1 Ağası qızına məxsus Bakı şəhəri, Nərimanov rayonu, Mirəli Qaşqay küçəsi ev 94, mənzil 9-a tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 Ağası qızının həmin əmlakdan çıxarılması, mənzilin boşaldılması və İddiaçı QSC-nə təhvil verilməsi; Cavabdeh1 Ağası qızına məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 217 nömrəli bağ evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra evin boşaldılması və İddiaçı QSC-nə təhvil verilməsi, Cavabdeh1 Ağası qızına məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 218 nömrəli bağ evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra evin boşaldılması və İddiaçı QSC-nə təhvil verilməsi, Cavabdeh1 Ağası qızına məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 219 nömrəli bağ evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra evin boşaldılması və İddiaçı QSC-nə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-8/2022 saylı işi üzrə 03 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 Ağası qızından, X6, X1, Əli-X13, "xxxx" ASC-dən (əvvəlki adı "xxxx" ASC-dən), Cavabdeh6 MMC-dən müştərək qaydada 09R000005432 razılaşması üzrə 472156 ABŞ dolları məbləğində əsas kredit borcu, 202374,50 faiz borcu, 1.000 (bir min) ABŞ dolları məbləğində cərimə (dəbbə) borcu, 09K**********04 nömrəli kredit razılaşması üzrə 29.237,08 ABŞ dolları məbləğində əsas kredit borcu, 25.484,99 ABŞ dolları faiz borcu, 50 manat cərimə borcu; 009KK**********01 nömrəli kredit razılaşması üzrə 9999,87 ABŞ dolları məbləğində əsas kredit borcu 1901,94 ABŞ dolları faiz borcu, 500 manat cərimə borcu 3 (üç) kredit razılaşması üzrə ümumilikdə 1732691,5 (bir milyon yeddi yüz otuz iki min altı yüz doxsan bir dollar əlli bir sent) ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun və 84 manat xidmət haqqının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, Cavabdehlər Cavabdeh1 Ağası qızından, X1, Əli-X13, "xxxx" ASC (əvvəlki adı "xxxx" ASC)-dən «Kamilla MMC»-dən, X6 tutulmalı olan məbləğ ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində borc öhdəliyinin təminatı kimi İddiaçı Qapalı Səhmdar Cəmiyyəti qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh1 Ağası qızına məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 217, 218, 219 nömrəli bağ evlərinə, Bakı şəhəri Nərimanov rayonu, Mirəli Qaşqay küçəsi, ev 94, 9 saylı mənzilə yönəldilsin. Həmin ipoteka predmetləri açıq hərrac yolu ilə realizə edilməsi, İpoteka predmetlərinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait cavabdehlər Cavabdeh1 Ağası qızına X5, Əli-X14 "xxxx" ASC (əvvəlki adı "xxxx" ASC)-yə «Kamilla MMC»-yə, X9 verilsin. İpoteka predmetləri olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 217 saylı bağ evinin ilkin satış qiyməti hazırkı dövrə olan likvid dəyəri 565300 (beş yüz altmış beş min üç yüz) manat, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 219 saylı bağ evinin ilkin satış qiyməti hazırkı dövrə olan likvid dəyəri 119000 (yüz on doqquz min) manat, Bakı şəhəri Nərimanov rayonu, Mirəli Qaşqay küçəsi, ev 94, mənzil 9-un ilkin satış qiyməti hazırkı dövrə olan likvid dəyəri 524500 (beş yüz iyirmi dörd min beş yüz) manat, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 218 nömrəli bağ evinin ilkin satış qiyməti hazırkı dövrə olan likvid dəyəri 112 000 (bir yüz on iki min) manat məbləğində müəyyən olunması, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 217 saylı bağ evi, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 218 nömrəli bağ evi, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 219 saylı bağ evi, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 218 nömrəli bağ evi, Bakı şəhəri Nərimanov rayonu, Mirəli Qaşqay küçəsi, ev 94, mənzil 9 açıq hərracdan satıldıqdan sonra 1 (bir) ay ərzində boşaldılması, Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 Ağası qızından, X1, Əli-X13, "xxxx" ASC-dən (əvvəlki adı "xxxx" ASC), Cavabdeh6 MMC-dən və X6 müştərək qaydada tutularaq dövlət büdcəsinə keçirilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-8/2022 saylı işi üzrə 17 fevral 2023-cü il tarixli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2(005)-8/2022 nömrəli qətnaməsində yol verilmiş yanlışlığın aradan qaldırılması və qətnamənin “nəticə” hissəsinə aşağıdakı dəyişikliklər edilməsi: Kredit razılaşmaları üzrə tutulmalı olan pul məbləğləri - “manat” əvəzinə “ABŞ dolları” kimi oxunması qərara alınmışdır. Cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 Səftər oğlu Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2(005)- 8/2022 saylı qətnaməsindən apellyasiya şikayətləri vermiş, Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 2(005)-8/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsini tam ləğv edilməklə iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbuledilməsini xahiş etmişdirlər. Mülki Kollegiyanın xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayətləri mümkün hesab edilmişdir. Apellyasiya icraat zamanı Nərimanov Rayon Məhkəməsindən xx.xx.2023-cü il tarixində məktub daxil olaraq, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2(005)-8/2022 saylı qətnaməsində olan yanlışlığın düzəldilməsi məsələsinə baxılması zərurəti olduğundan mülki işin Nərimanov Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə qətnamədə olan yanlışlığın düzəldilməsi üçün işin baxışdan çıxarılaraq birinci instansiya məhkəməsinə göndərilməsinə etiraz etməmişdir. Məlumatlandırılması üçün qanunla nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehlər Cavabdeh1 Ağası qızı, X8, Əli-X16, "xxxx" ASC (əvvəlki adı "xxxx" ASC), «Kamilla MMC», X11, Cavabdeh4, X2 iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 228-ci maddəsinə əsasən : 228.1. Çıxarılmış qətnaməni elan etmiş hakim, bu Məcəllənin 249 və 250-ci maddələrində nəzərdə tutulmuş əsaslarla ləğv edilmiş qiyabi qətnamə istisna edilməklə, onu ləğv etməyə və ya dəyişdirməyə haqlı deyildir. 228.2. Hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Düzəlişlər etmək məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi düzəlişlər etmək məsələsinə baxmağa mane olmur. 228.3. Düzəlişlər etmək barəsində məhkəmə qərardadından şikayət verilə bilər. Mülki Prosessual Məcəllənin 384.0.6-cü maddəsinə əsasən: apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsinə əsasən: əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd edilməlidir ki, qətnamədə düzəlişlərin edilməsi apellyasiya şikayətlərindən imtina üçün əsas ola bilər. Kollegiya hesab edir ki, iş üzrə yanlışlıqlara qiymət verilməsi üçün apellyasiya şikayətinin icraata qəbul qərardadı ləğv edilərək və iş məhkəmə baxışından çıxarılaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 288, 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4332/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli icraata qəbul qərardadı ləğv edilsin, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-8/2022 saylı işi üzrə 03 noyabr 2022-ci il tarixli qətnaməsində olan yanlışlığın düzəldilməsi məsələsinə baxılması üçün iş apellyasiya baxışından çıxarılmaqla, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4332/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4332/2023
14.08.2023 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver