Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4350/2022 13.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, Cavabdeh1 Balahəsən oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Ərazi İdarəsinə, Bakı şəhəri 31 saylı Notariat ofisinə qarşı hüquq və vəvizfələrin həyata keçirilməsi, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-70/2022 saylı 07 fevral 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, X1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Ərazi İdarəsinə, Bakı şəhəri 31 saylı Notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 8 saylı ev üzərində Mirzəmməd Məmmədovun 2/3 hissədə payı onun üztünlük hüququ pozulmaqla Cavabdeh1 satıldığından, həmin payın dəyəri tərəfindən ödənilmək şərti ilə pay üzrə alıcı Cavabdeh1 hüquq və vəzifələrinin ona keçirilməsi, ünvan 2 ünvanında yerləşən 8 saylı evin 2/3 hissəsi üzərində Daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 hüquqquna dair qeydin silinməklə həmin qeydin onun adına aparılması, Mirzəmməd Məmmədov ilə Cavabdeh1 arasında bağlanmış 02 oktyabr 2018-ci il tarixli ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ünvan 2 ünvanında yerləşən 8 saylı ev üzərində Mirzəmməd Məmmədovun 2/3 hissəsi üzərində Cavabdeh1 mülkiyyət hüququnun təsdiq edən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Xəzər Rayon Məhkəməsinin 21 fevral 2019cu il tarixli 2(003)-622/2019 nömrəli qətnaməsinə əsasən onun cavabdehlər Cavabdeh1, Cavabdeh2, AR ƏMDK yanında DƏDRX-ın 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı şəhəri 31 saylı notariat ofisinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 02 oktyabr 2018-ci il tarixli ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab ediməsi Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, M.Hüseynzadə küçəsi döngə 4 ev 8 unvanında yerləşən fərdi yaşayış evinin 2/3 hissəsinə dair Cavabdeh1 adına 08 oktyabr 2018-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydin ləğv edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 09 iyun 2020-ci il tarixli, 2(103)-2120/2020 nömrəli qətnaməsinə əsasən onun tərəfimdən verilmiş apellyasiya şikayətinin təmin olunmaması, Cavabdeh1 tərəfindən verilmiş apellyasıya şikayətinin qismən təmin olunması, Xəzər Rayon Məhkəməsinin 21 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddianın təmin olunmaması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 fevral 2021-ci İl tarixli 2(002)-1711/2021 nömrəli qərarına əsasən onun tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apelyasiya Məhkəməsinın 09 iyun 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsi qətnaməsini aşağıdakı kimi əsaslandırmışdır. Qanunverici paylı mulkiyyətin mülkiyyətçisinə öz payını özqəninkdəşdirməkdə digər əmlak mulkiyyətçiləri kimi müstəsna səlahiyyət vermiş, lakin bu zaman onun üzərinə qanunventilikdə nəzərdə tutulmuş bəzi qaydalara əməl etmək öhdəliyi qoymuşdur. Həmin qaydalər isə MM-nin 218-ci maddəsində öz əksinı tapmışdır. Belə ki, qeyd edilən normaya əsasən - ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılın payı açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan müulkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə daşınar əmlaka mülkiyyət hüququndakı payı isə 15 gün ərzində əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər. Göründüyü kimi, mülki qanunvencilik ümum paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçilərinə satılan payı satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququnu tanımışdır. Belə olan halda, payını özgəninkiləşdirmək istəyən mülkiyyətçi payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Hazırki işin faktiki hallarından və işdə olan sübutlardan görünür ki, ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakını 2/3 hissədə paylı mülkiyyətçisi Cavabdeh2 payın üçüncü şəxsə (digər cavabdehə) satmaq niyyəti barəsində iddiaçıya qanunvericiliyin qeyd edilən tələblərinə uyğun qaydada yazılı bıldiriş verməmişdir. Digər tərəfdən işin faktiki hallarından açıq-aşkar görünür ki, iddıaçının alqı-satqıdan daha əvvəl məlumatlı olmuş (iddiaçının özü də iddia ərizəsində bu halı təsdiq etmişdir), tərəflər arasında müəyyən danışıqlar aparılmış, nəticədə alqı-satqı muqavıləsı bağlanılmış, yalnız bundan sonra iddiaçı bağlanmış əqdə etiraz etməyə başlamışdır. Lakın qeyd edilən hallar özü-özlüyündə qanunvericilikdə nəzərdə tutulmuş yazılı bildirişin təqdim olunmasını istisna etməmişdir. Bu səbəbdən də mulki qanunvencilik müəyyən elmişdir ki, pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda paylı mulkiyyətin hər hansı digər iştirakçısının üç ay ərzində hüququ vardır ki, alıcının hüquq və vəzifələnnin ona keçiniməsini məhkəmə qaydasında tələb etsin. Yəni əgər əqd üstünlük hüququnun pozulması əsası ilə etibarsız sayılmış olarsa və əqdin tərəfləri əvvəlki vəziyyəli qaylarılarsa, lakin sonradan payı satın almaqda hüquqları olan paylı mülkiyyətçi həmin payı hər hansı səbəbdən almazsa o zaman payını satmış mülkiyyətçinin və onu almış olan alıcının huquqlan kobud sərətdə pozulmuş olardı. Məhz bu səbəbdən də, bu kimi mübahisələrdə yeganə doğru tələb yuxarıda da qeyd edildiyi kimi - alıcının hüquq və vəzifələrinin satın almaqda üstün hüquqa malik olmuş paylı mülkiyyətçiyə keçirilməsini məhkəmə qaydasında tələb etməkdən ibarətidir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-70/2022 saylı 07 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, hazırkı iddia tələbi də məhkəməyə müraciət etmək üçün qanunvericiliklə müəyyən edilmiş 3 aylıq müddəti ötürməmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin əsaslandırıcı hissəsində pay satın almaq üstünlük hüququ pozulmaqla həyata keçirildikdə paylı mülkiyyətin hər hansı digər iştirakçısının üç ay ərzində alıcının hüquq və vəzifələrinin ona keçirilməsini məhkəmə qaydasında tələb etmək hüququnun olması göstərilsə də, o, Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməsindən narazı qalaraq kassasiya şikayəti vermiş, Ali Məhkəmənin 25 fevral 2021-ci il tarixli 2(102)- 1711/2021 No-li qorarına əsasən kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Daha sonra xx.xx.2021-ci il tarixdə hazırki iddia tələbi ilə mahkəməyə muraciət etmişdir. Beləliklə, onun Mülki Macəlləsinin 218.3-cü maddəsində nəzərdə tutulmuş alıcının hüquq və vəzifələrinin keçirilməsi üçün 3 aylıq müddətin axımı Ali Məhkəməsinin 25 fevral 2021-ci il tarixli 2(102)-1711/2021 saylı qərarının qəbul edildiyi vaxtdan başlanmışdır. O, da sözügedən qərarın qəbul ediməsindən 2 ay sonra hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etdiyi üçün qanunvericiliklə müəyyən edilmiş 3 aylıq müddəti ötürməmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən Cavabdeh1 Balahəsən oğlu apellyasiya .ikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi. Eyni zamanda bildirmişdir ki, mübahisələndirilən müqavilə ilə aldığı sahədə iki mərtəbəli ev tikmiş və ailəsi ilə birlikdə neçə ildir ki, həmin evdə yaşayırlar. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı və digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər; işin halları və Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinin tələbi nəzərə alınmaqla işə həmin proses iştirakçılarının iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri 31 saylı notariat kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, Cavabdeh2 ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin 2/3 hissəsini Cavabdeh1 Balahəsən oğluna satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri Şağan qəsəbəsi M.Hüseynzadə küçəsi döngə 4 8 saylı evin 1/3 hissəsinə İddiaçı, 2/3 hissəsinə Cavabdeh2 mülkiyyət hüququ qeydə alınmışdır. Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(003)-622/2019 nömrəli qətnamənin surətindən görünür ki, Cavabdeh2 və Cavabdeh1 Balahəsən oğlu arasında bağlanmış xx.xx.2018-ci il tarixli ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 2/3 hissəsinə dair Cavabdeh1 Balahəsən oğlunun adına xx.xx.2018-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeyd (seriya RX ******* saylı çıxarış) ləğv edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)- 2120/2020 nömrəli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 Balahəsən oğlu, Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Əraiz İdarəsinə və Bakı şəhəri 31 saylı Notariat ofisinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(003)-622/2019 nömrəli qətnaməsi ləğv edilmiş və iddia təmin olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-1711/2021 nömrəli qərarı ilə İddiaçı tərəfindən verilmiş kasassiya şikayəti təmin ediməmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)- 2120/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri Şağan qəsəbəsi M.Hüseynzadə küçəsi döngə 4 8 saylı evin və torpaq sahəsinin 1/3 hissəsinə İddiaçı, 2/3 hissəsinə Cavabdeh1 Balahəsən oğlunun mülkiyyət hüququ qeydə alınmışdır. İşin halları ilə müəyyən olunur ki, Bakı şəhəri, Şağan qəsəbəsi, M.Hüseynzadə küçəsi döngə 4, 8 saylı evin 1/3 hissəsinə İddiaçı, 2/3 hissəsinə Cavabdeh2 mülkiyyət hüququ qeydə alınmışdır. Həmin əmlakın payçısı olan Cavabdeh2 öz payını Cavabdeh1 satmış və sonuncunun mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmışdır. Həmçinin müəyyən edilmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, AR ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Əraiz İdarəsinə və Bakı şəhəri 31 saylı Notariat ofisinə qarşı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş və Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Sonradan qətnamədən verilmiş (apelyator Cavabdeh1 tərəfindən verilmiş olan) apellyasiya şikayəti qismən təmin edilərək, Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, lakin kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-2120/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı ünvan 5 ünvanında yerləşən 8 saylı ev üzərində Cavabdeh2 2/3 hissədə payı onun üstünlük hüququ pozulmaqla Cavabdeh1 satıldığından, həmin payın dəyəri tərəfindən ödənilmək şərtilə pay üzrə alıcı Cavabdeh1 hüquq və vəzifələrinin ona keçirilməsi, Bakı şəhəri Xəzər rayonu Şağan qəsəbəsi M.Hüseynzadə küçəsi döngə 4 ünvanında yerləşən 8 saylı evin 2/3 hissəsi üzərində daşınmaz əmlakın dövlət reyetsrində Cavabdeh1 hüququna dair qeydin silinməklə həmin qeydiyyatın onun adına aparılması və məhz o əsasla da (əvvəlki mülki işdə alqı-satqı müqaviləsinin etibarsızlığı tələbi başqa əsasla irəli sürülmüşdür) Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 02 oktyabr 2018ci il tarixli ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ünvan 5 ünvanında yerləşən 8 saylı evin 2/3 hissəsi üzərində Cavabdeh1 mülkiyyət hüququnu təsdiq edən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda paylı mülkiyyətin hər hansı digər iştirakçısının üç ay ərzində hüququ vardır ki, alıcının hüquq və vəzifələrinin ona keçirilməsini məhkəmə qaydasında tələb etsin. Qanunvericiliyin tələbindən göründüyü kimi əşyaya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirildikdə paylı mülkiyyət hüququ yaranmış olur. Paylı mülkiyyətin digər mülkiyyət hüquqlarndan fərqli olaraq payın satılması hüququ üzrə digər payçıların üstünlük hüququ müəyyən edilmişdir. Eyni zamanda bu hüququn realizəsi üçün xüsusi iddia müddəti müəyyən edilmişdir. Belə ki, mülki qanunvericilik pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda paylı mülkiyyətin hər hansı digər iştirakçısının üç ay ərzində hüququ vardır ki, alıcının hüquq və vəzifələrinin ona keçirilməsini məhkəmə qaydasında tələb etsin. Hazırkı halda mülki iş üzrə iddiaçının bu cür hüququnun olması qəbul olunsa da, lakin həmin hüququn realisəzi ilə bağlı iddiaçı tərəfindən qanunvericilikdə müəyyən edilmiş olan müddət ötürülmüşdür. Belə ki, tərəflər arasında mübahisənin yaranmasına səbəb olan alqı-satqı müqaviləsi xx.xx.2018-ci il tarixdə bağlanmışdır. Hazırkı mübahisə üzrə tərəflər arasında məhkəmə çəkişmələri üzrə ilkin olaraq İddiaçı tələbi üzrə xx.xx.2019-cu il tarixdə qətnamə çıxarılmış (Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin) və həmin qətnamədən verilmiş apellyasiya və kasassiya şikayətləri üzrə mülki işə mahiyyəti üzrə baxılaraq, iddia tələbinə hüquqi qiymət verilmişdir. Göründüyü kimi, iddiaçının hazırkı tələb üzrə hüququ 2018-2020-ci illər aralığından yaranmasına baxmayaraq, o, alıcının (hazırkı halda Cavabdeh1 Balahəsən oğlu) hüquq və vəzifələrinin ona keçirilməsini məhkəmə qaydasında xx.xx.2021-ci il tarixdə tələb etmiş və belə olan halda da açıq-aydın müəyyən olunur ki, iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddət ötürülmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (maddə 375.1, 375.2). Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən vaxt dövrü ilə müəyyənləşdirilmiş müddətin axımı təqvim tarixindən və ya müddətin başlanması üçün müəyyənləşdirilmiş hadisənin baş verməsindən sonrakı gün başlanır (maddə 368). Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (maddə 372). Ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir (maddə 373.1). Qeyd olunanlara əsasən kollegiya, birinci instansiya məhkəməsinin mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəldiyi qənaətinə gəlir və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-70/2022 saylı 07 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəyən şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-4350/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4350/2022
13.07.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver