Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4385/2025 28.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), X7 və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3751/2023 saylı, 13 iyun 2025-ci il tarixli qərardadından Ərizəçi1 İvanovna tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 (Maraqlı şəxs qismində cəlb edilməklə) ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən xx.xx.2022-ci il tarixdə naməlum səbəblərdən “Olimp” Xəstəxanasında vəfat etmiş X2 ölümü haqqında dövlət qeydiyyatını aparan vətəndaşlıq vəziyyəti aktları kitabında düzəlişlər və dəyişikliklər edilməsinin, Maraqlı şəxsnə tapşırılması, xx.xx.2022-ci ildə vafat etmiş X4 naməlum ölüm səbəbi göstərilməklə yeni ölüm şəhadətnaməsi verilməsinin Maraqlı şəxsnə həvalə edilməsi xahiş etmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-3751/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən ərizəçilər Ərizəçi1 və Ərizəçi2 (Maraqlı şəxs qismində cəlb edilməklə) “vətəndaşlıq vəziyyəti akt kitabında düzəlişlər və dəyişikliklər edilməsi” tələbinə dair ərizəsinin iddianın yolverilməzliyinə görə icraata qəbul etməkdən imtina edilməsi və iddia ərizəsinə əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan Ərizəçi1 tərəfindən apellyasiya şikayəti verilmiş və şikayət xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nizami rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Ərizəçi1 tərəfindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(007)- 3751/2023 saylı qərardadından verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan Ərizəçi1 İvanovna yenidən şikayət verərək, Nizami Rayon Məhkəməsinin 2(007)-3751/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsini və Ərizəçi1 şikayətinə mahiyyəti üzrə baxılmasını və mülki işin məhkəmə icraatına qəbul edilməsini xahiş etmişdir. Həmçinin ərizəçi məhkəməyə apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa olunması barədə ərizə verərək, buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(007)-3751/2023 saylı qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)- 3751/2023 saylı qərardadından Ərizəçi1 İvanovnanın apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, ərizəçi tərəfindən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin üzrlü hesab edilməsi barədə ərizənin əsaslandırılmasından görünür ki, ərizəçi tərəfindən hazırkı ərizə İnzibati Məhkəmə tərəfindən onun işinə baxılmaması ilə əsaslandırılmışdır. Yəni ərizəçilər Məhkəmənin qəbul etdiyi xx.xx.2023-cü il tarixli 2(007)-3751/2023 saylı qərardad barədə məlumatlı olmuşlar. Onların məhkəmənin qərardadından şikayət vermələri üçün iradələrinə zidd olan bir hal olmamışdır. Ərizəçinin bildirdiyi hal isə buraxılan müddətin üzrlü hesab edilməsi üçün əsas hesab edilə bilməz. Həmin qərardaddan Ərizəçi1 İvanovna şikayət verərək, Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(007)-3751/2023 saylı qanunsuz qərardadının ləğv edilməsi və buraxılmış prosessual müddətin bərpa edilməsi və Ərizəçi1 xx.xx.2022-ci il tarixdə “Olimp” xəstəxanasında vəfat etmiş X3 ölüm haqqında şəhadətnaməsinə dəyişiklik edilməsi haqqında ərizəsinə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Ərizəçi2 maraqlı tərəfi Ərizəçi1 Maraqlı şəxsnə qarşı “Vətəndaşlıq vəziyyəti aktları kitabına əlavə və dəyişikliklər edilməsi haqqında” ərizə ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmədən xx.xx.2022-ci il tarixdə “Olimp” xəstəxanasında naməlum səbəbdən vəfat etmiş X2 ölümünün dövlət qeydiyyatını aparan vətəndaşlıq vəziyyəti aktları kitabına əlavə və dəyişikliklərin edilməsi barədə Maraqlı şəxsnə tapşırılması, habelə naməlum səbəbdən Maraqlı şəxsnə yeni ölüm şəhadətnaməsi verilməsi tapşırılması xahiş olunub. xx.xx.2022-ci ildə vəfat etmiş Vasilyeviç. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(007)- 3751/2023 saylı qərardadı ilə onun və Ərizəçi2 Maraqlı şəxsnə keçmiş mülki vəziyyət aktı qeydlərinə dəyişiklik edilməsi və “vətəndaşlıq vəziyyəti akt protokoluna” əlavə edilməsi barədə ərizəsinin icraata qəbul edilməməsi barədə qərardad çıxarılmış, İddia və iddiaya əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmışdır. Onun xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə verdiyi qərardaddan apellyasiya şikayəti verilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin verdiyi apellyasiya şikayətinin təmin edilməməsi barədə qərardad çıxarılıb. Hal-hazırda o Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 iyun 2025-ci il tarixli 2(007)-3751/2023-029 saylı qərardadından apellyasiya şikayəti vermiş, orada qərardadın ləğv edilməsini xahiş etmişdir. Onun şikayətinə mahiyyəti üzrə baxılsın və mülki işi məhkəmənin icraatına qəbul etsin. 22 dekabr 2023-cü il tarixli qərardad ilə onun Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3751/2023 saylı qərardadından verdiyi apellyasiya şikayətinin geri qaytarılması barədə qərar qəbul edilmişdir. Ərizəçi həmçinin apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası üçün məhkəməyə ərizə ilə müraciət etmiş, həmin ərizədə buraxılmış prosessual müddətin bərpası barədə qərardad çıxarmağı və onun şikayətinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılır ki, xx.xx.2023-cü il tarixdə Nizami Rayon Məhkəməsi 2(007)-3751/2023 saylı xüsusi icraat işi üzrə qərardad çıxarıb. O, məhkəmənin qərardadı ilə razılaşmır, çünki İnzibati Məhkəmə Nikolay Vasilyeviçin ölüm haqqında şəhadətnaməsini dəyişməmişdir. xx.xx.2024-cü il tarixdə hakim Bəhlul Cəlalov OLYMP HOSPİTAL-ın məsul şəxsləri və kardioloq Vüqar Zamanovu ifadə verməyə çağırmadan 2- 1(112)-4859/2024 saylı iş üzrə qanunsuz qərardad çıxarıb. xx.xx.2024-cü il tarixdə Bakı İnzibati Məhkəməsi 2-1(112)-4859/2024 saylı iş materialları əsasında Ərizəçi1 iddialarının təmin edilməməsi barədə qərardad çıxarmışdır. Sadə və formal məsələ həll olunmadı. Bununla bağlı o Nizami rayon prokuroru Pərviz İbayevlə əlaqə saxlayıb. xx.xx.2024-cü il tarixdə prokuror Pərviz İbayev 456 Ш-22 saylı iş materialları əsasında ərizəçinin xeyrinə qərar çıxarmışdır. İş materialları Nizami rayon 24-cü RPİ-yə göndərilib. Cinayət işi başlanmadığından Nizami Rayon Prokurorluğu xx.xx.2024-cü il tarixdə polisin hərəkətlərini qanunsuz hesab edərək təkrar qərar çıxarıb. Nizami Rayon Prokurorluğu və polis bu günə kimi bilərəkdən fəaliyyətsiz qalıb. X5 xx.xx.2022-ci il tarixdə bir qrup şəxs tərəfindən Olimp xəstəxanasında qəsdən qəsdən öldürmə Cinayət Məcəlləsinin 120.2.9, 126.2.1, 126.3, 134-cü (təkrar hədə-qorxu ilə), 143, 313, 143, 313-cü maddələri ilə cəzalandırılır. 2022-ci il iyulun 4-də X2 Olimp xəstəxanasında ölümünə səbəb olan şəxslər həkimlər və kardioloq Vüqar Zamanovdur. Onun 2(007)-3751/2023 saylı mülki işə və mahiyyəti üzrə şikayətə baxılması üçün prosessual müddəti bərpa etmək hüququ vardır. Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6(103)-227/2025 saylı işinin materiallarına xüsusi diqqət yetirilməsini məhkəmədən xahiş edir!!! 13 iyun 2025-ci il tarixdə apellyasiya məhkəməsi sənədlərin geri qaytarılması ilə bağlı Nizami Rayon Məhkəməsinin qanunsuz qərarını ləğv etdi!!! X6 və 24-cü rayon polis idarəsinin cinayət işinin başlanmaması üçün qəsdən hərəkətsizliyi qanunsuzdur!!! Nizami Rayon Prokurorluğu və Nizami rayon 24-cü Rayon Polis Şöbəsi tərəfindən ağır və xüsusilə ağır cinayətlərlə bağlı cinayət işi başlanmayıb!!! Hüquq-mühafizə orqanlarının hərəkətsizliyi 2022-ci il iyulun 4-də X3 naməlum səbəblərdən Olimp xəstəxanasında ölümünə səbəb oldu!!! Yasamal rayon prokurorunun göndərdiyi məktublardan belə çıxır ki, X3 ölümü 2022-ci il iyulun 4-də baş verib və ölümün səbəbləri hələ də məlum deyil!!! Nizami Rayon Prokurorunun və digər orqanların qəsdən prosessual hərəkətsizliyi səbəbindən ona mənəvi, maddi və sağlamlığına ağır zərər dəymişdir!!! Azərbaycan Respublikasının cinayət təqibini həyata keçirən orqanların və hakimlərin ağır cinayətləri gizlətmək üçün rüşvət alması faktında ərizəçi təqsirli deyil!!! Ərizəçi dövlət orqanları ilə əlaqədar sağlamlığını itirdiyinə görə məhkəmə iclaslarında iştirak edə bilməz!!! Onun hər hansı ifadələri məhkəmə və prokurorluq tərəfindən nəzərə alınmır!!! Eyni şəkildə Nizami Rayon Məhkəməsi 2023-cü ildə 2(007)-3751/2023 saylı işin materialları əsasında qeyri-qanuni inzibati icraat başlandığını əsas gətirərək sənədləri ərizəçi ona qaytarmışdır!!! Nizami Rayon Məhkəməsi X2 ölüm şəhadətnaməsinə dəyişiklik edilməsi barədə qərar qəbul etməyə borclu idi. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3751/2023saylı, 23 iyun 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 128.1-ci maddəsinə görə, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə görə, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxslərin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, mülki prosessual hüquqlardan istifadə etməklə proses iştirakçıları vicdanla hərəkət etməli, qanunla onlara verilən hüquqlardan sui-istifadəyə yol verməməlidirlər. Bununla əlaqədar qeyd edilməlidir ki, məhkəmə aktlarından şikayətin verilməsi mülki prosessual qanunvericiliklə dəqiq tənzimləndiyindən, həmin müddətlərə riayət edilməsi proses iştirakçılarını intizamlandırmaqla yanaşı, mülki prosesin təməl prinsiplərindən olan “hüquqi müəyyənlik” prinsipindən irəli gəlir. Belə ki, buraxılmış müddətin bərpası haqqındakı ərizələrə baxılarkən edilməli prosessual hərəkətlərin mülki prosesin uzadılması məqsədi ilə edilib-edilməməsi, mülki proses iştirakçılarının mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq prinsipi çərçivəsində davranıb-davranmaması kimi hallar araşdırılmalı, işin hallarından asılı olaraq işdə iştirak edən şəxsin şikayət vermək hüququndan sui-istifadəyə yol veribverməməsi ağlabatanlıq meyarlarına uyğun olaraq dövlət tərəfindən təminat verilən ədalətli məhkəmə baxışına olan hüququn mütənasibliyi prinsipləri əsasında müəyyənləşdirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin çoxsaylı qərarlarına görə də, qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzuna müdaxiləyə haqq qazandıra biləcək əsasların mövcudluğu Konvensiyanın 6-cı maddəsinin pozuntusunun baş vermədiyi nəticəsinə gəlmək üçün özü-özlüyündə kifayət etmir. Daha bir vacib amil nəzərə alınmalıdır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş şəxsin onunla bağlı qərarın mövcudluğundan nə vaxt xəbərdar olduğu andan nə qədər müddət keçməsidir (bax. Raihani Belçikaya qarşı qərarına, № 12019/08, §37). Avropa Məhkəməsi xatırladır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (bax. Raihani Belçikaya qarşı qərarına, §38). Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, Ərizəçi1 İvanovna məhkəmə aktından şikayət vermək üzrə subyektiv hüququ lazımi qaydada həyata keçirməmiş, bu hüququnu realizə edərkən digər proses iştirakçısının «ədalətli məhkəmə baxışına olan hüququ»nu pozmaqla sui-istifadəyə yol vermişdir. Belə ki, iş materialları ilə müəyyən olunurki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(007)-3751/2023 saylı qərardadı xx.xx.2023-cü il tarixində Ərizəçi1 elektron kabinetinə yerləşdirilmişdir. Ərizəçi həmin qərardaddan elektron kabinet vasitəsi ilə xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti vermiş, şikayət verilərkən məhkəmə icraatının aparıldığı dil qaydasına riayət edilmədiyi üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(007)-3751/2023 saylı qərardadı ilə şikayət geri qayarılmışdır. Həmin qərardad xx.xx.2023-cü il tarixdə Ərizəçi1 elektron kabinetinə yerləşdirilmişdir. Həmin tarixdən 1 il 6 ay keçdikdən sonra ərizəçi təkrarən apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Kollegiya onu da qeyd edir ki, qanunvericilikdə prosessual müddətin bərpa edilməsi üçün üzrlü hesab edilən halların, o cümlədən, şəxsin xəstəliyi, xəstə ailə üzvlərinə qulluq, müddətli xidməti ezamiyyət və s. olması hazırki işdə müəyyən edilməmişdir. Ərizəçinin prosessual müddətin bərpa olunması barədə ərizədə istinad etdiyi halların üzrlü hesab edilməsi isə mülki prosessual qanunvericiliyə ziddir. Bu baxımdan ərizəçi tərəfindən hazırkı şikayətində göstərilənlər qərardadın ləğvi üçün əsas ola bilməz. Odur ki, Ərizəçi1 İvanovna Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 3751/2023 saylı 13 dekabr 2023-cü il tarixli qərardadından şikayəti üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Beləliklə də yuxarıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməyərək birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi1 İvanovna tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3751/2023 saylı 13 iyun 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Leyla Əliyeva Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-4385/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4385/2025
28.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver