Məhkəmə qərarları › İş №2(103)-4397/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4397/2023

05.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4397/2023 05.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” tələbinə dair mülki iş üzrə Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)- 3933/2023 saylı, 12 may 2023-cü il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3933/2023 saylı, 12 may 2023cü il tarixli qərardadı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” barədə ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə Ərizəçi geri qaytarılmışdır. Həmin qərardaddan Ərizəçi şikayət verərək onun ləğv edilməsini, mülki işin baxılmağa hazırlanması haqqında qərardad qəbul edilməsini, əks təqdirdə işin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, tərəfindən ilkin olaraq analoji tələblə Bakı şəhəri Maraqlı şəxsnə müraciət edilmişdir və həmin orqanın onun ünvanına ünvanladığı xx.xx.2023-cü il tarixi imtina məktubu iddia ərizəsinə əlavə edilmişdir. Bundan əlavə, onu da qeyd etməyi zəruri hesab edir ki, artıq bir neçə dəfədir ki, hakimin formal əsaslarla iddia ərizəsini qəbul etməkdən imtina etməsi onu deməyə əsas verir ki, hakim işə baxmaq istəmir və öz vəzifəsini icra etməkdən yayınır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən mövqeyinin hüquqi əsası kimi Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə (bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə) istinad etmiş, öz qərardadını belə əsaslandırmışdır ki, tibb müəsissəsindən tibbi şəhadətnamənin verilməsindən imtinaya dair arayış ərizəyə əlavə edilmədiyindən ərizə geri qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.2-ci bəndinə əsasən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Kollegiya şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, ərizəçi Bakı şəhəri Maraqlı şəxsnə müraciət etdiyini və həmin orqanın onun ünvanına ünvanladığı xx.xx.2023-cü il tarixi imtina məktubu iddia ərizəsinə əlavə etdiyini bildirsə də, yuxarıda qeyd edilən Plenum qərarında şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli olması göstərilmişdir. Lakin hazırki iş üzrə ərizəçi Plenum qərarında qeyd edilən sənədi məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlar kontekstində kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarmaqla düzgün hüquqi nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3933/2023 nömrəli, 12 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar