Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-44/2022 14.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Kazımov Elşən Cələddin oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Ağəli oğlu, Cavabdeh2 və “X13” Mənzil Tikinti Kooperativinə qarşı “cavabdehlər arasında bağlanmış müqavilələrin etibarsız hesab edilməsi və sair tələbləri barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 26 aprel 2019-cu il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının vəkili (nümayəndəsi) Vəkil1, Cavabdeh1 vəkili (nümayəndəsi) Vəkil2, Cavabdeh2 vəkili (nümayəndəsi) X3, cavabdeh “X13” MTK-nın nümayəndəsi (sədri) X2, tərcüməçi X1 iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) İddia barədə məlumat
1. İddiaçının adından buna səlahiyyəti olan nümayəndə cavabdehlərə qarşı iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181 saylı məhəllədə yerləşən çoxmərtəbəli binada (Məhkəmə qeyd edir ki, bəzi sənədlərdə bu ünvan Xocalı prospekti 32 və ya Xocalı prospekti 36 göstərilir) yerləşən mübahisəli sahələr ilə bağlı aşağıda göstərilən məsələlər barədə qətnamə qəbul edilməsini xahiş etmişdir: - Cavabdeh1 ilə cavabdeh MTK arasında bağlanmış xx.xx.2007-ci il tarixli 11 və 24 saylı müqavilələrin qismən, yəni iddiaçı ilə cavabdeh MTK arasında bağlanmış xx.xx.2007ci il tarixli “Birgə fəaliyyət haqqında” müqavilə və həmin müqaviləyə əlavə və dəyişikliklər barədə xx.xx.2012-ci il tarixli “Sazişdə” nəzərdə tutulmuş qeyri-yaşayış sahələri ilə üst-üstə düşən hissədə etibarsız hesab edilməsi, üst-üstə düşən sahələrin cavabdehlər tərəfindən boşaltması və onların həmin sahələrdən çıxarılması; - Cavabdeh2 ilə cavabdeh MTK arasında bağlanmış, yuxarıda qeyd edilən ünvanda yerləşən və MTK tərəfindən inşa olunmuş çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindəki 150 kv.metr sahəsi olan 14 saylı mağazanın Cavabdeh2 verilməsi barədə xx.xx.2009-cü il tarixli, 9 saylı müqavilə, həmin ünvanda 3-cü mərtəbədəki sahəsi 600 kv.metr olan 30, 31 və 43 saylı mağazalar barədə xx.xx.2009-cu il tarixli nömrəsiz müqavilə, həmin ünvanda həmin binanın A1 blokunun 5-ci mərtəbəsində yerləşən sahəsi 82,7 kv.metr olan 2 otaqlı 8 saylı mənzilin Cavabdeh2 verilməsi barədə xx.xx.2009-cu il tarixli, 17 saylı müqavilə, həmin binanın “A1” blokunun 4-cü mərtəbəsində yerləşən sahəsi 136,1 kv.metr olan 3 otaqlı mənzilin Cavabdeh2 verilməsi barədə xx.xx.2009-cü il tarixli 18 saylı müqavilə, həmin binanın “A1” blokunun 8-ci mərtəbəsində yerləşən sahəsi 136,1 kv.metr olan 3 otaqlı mənzilin Cavabdeh2 verilməsi barədə xx.xx.2009-cu il tarixli 19 saylı müqavilənin qismən, iddiaçı ilə cavabdeh MTK arasında bağlanmış xx.xx.2007-ci il tarixli “Birgə fəaliyyət haqqında” müqavilə və həmin müqaviləyə əlavə və dəyişikliklər barədə xx.xx.2012-ci il tarixli “Sazişdə” nəzərdə tutulmuş sahələr ilə üst-üstə düşən hissədə etibarsız hesab edilməsi, üst-üstə düşən sahələrin cavabdehlər tərəfindən boşaldıması və onların həmin sahələrdən çıxarılması; - Cavabdehlərin iddiaçıya vurduqları maddi zərərin əvəzi olaraq 300.000 manat mənəvi zərərin əvəzi olaraq 30.000 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 267 saylı,xx.xx.2005-ci il tarixli sərəncamına əsasən iş üzrə Cavabdeh3 MTK tərəfindən Xocalı prospekti 1181 saylı məhəllədə çoxmərtəbəli binanın inşasına başlanılmışdır. MTK həmin ərazidə inşaat işlərinə başlayan zaman həmin ərazidə mövcud olmuş mənzillərin alğı-satqısı həyata keçirilmişdir. Həmin vaxt bu ünvanda yerləşən və söküləcək köhnə mənzillərin 6-sı iddiaçıya məxsus olmuşdur. Həmin mənzillər barəsində iddiaçı ilə cavabdeh MTK arasında xx.xx.2007-ci il tarixdə Bakı Şəhəri 6 saylı Notariat Kontorunda “Birgə fəaliyyət haqqında müqavilə” bağlanmışdır. Müqavilənin 2-ci bəndinin şərtlərinə görə, iddiaçı özünə məxsus mənzilləri MTK-nın istifadəsinə verir. Bunun əvəzində, MTK, qeyd edilən ünvanda inşa ediləcək çoxmərtəbəli binanın “A1” korpusunun aşağıdakı sahələri – - 1-ci mərtəbədə, Xocalı prospekti boyu 23,3 metr uzunu, 15,5 metr eni, 3,2 metr hündürlüyü olan qeyri-yaşayış sahəsini (ümumi sahəsi 361 kv.metr); - 2-ci mərtəbədə, Xocalı prospekti boyu 20 metr uzunu və 15,5 metr eni, 3 metr hündürlüyü olan qeyri-yaşayış sahəsi (ümumi sahəsi 310 kv.metr); - 12-ci mərtəbədə 5 mənzil (ümumi sahəsi 593,5kv.metr); - 10-cu mərtəbədə 1 mənzil (ümumi sahəsi 138,4kv.metr); - 11-ci mərtəbədə 1 mənzil (ümumi sahə 138,4kv.metr) bayır hissəsi tam təmir edilmiş qaydada iddiaçının mülkiyyətinə verir. Həmin müqaviləyə əlavə və dəyişikliklər barədə tərəflər arasında xx.xx.2012-ci il tarixli “Saziş” bağlanmışdır ki, həmin “Sazişə” əsasən iddiaçı həmin binanın inşasının başa çatması üçün 1.000.000 manat məbləğində işlər görməyi öhdəsinə götürmüş və Müqavilənin 2.2-ci bəndində göstərilmiş, binanın 12-ci mərtəbəsində 5 mənzil (ümumi sahəsi 593,5 kv.metr), 10-cu mərtəbəsində bir mənzil (136,4 kv.metr), 11-ci mərtəbəsində bir mənzil (136,4 kv.metr) qaytarılmışdır. 1.000.000 manat məbləğində işlər iddiaçı tərəfindən yerinə yetirlmişdir. Görülən işlərin və qaytarılan mənzillərin, həmçinin müqavilə ilə MTK-ya verilən mənzillərin əvəzinə həmin binanın “A1” blokunun 1-ci mərtəbəsində 195 kv.metr qeyriyaşayış sahəsi, 2-ci mərtəbəsində 369 kv.metr qeyri-yaşayış sahəsi, 3-cü mərtəbəsində 556 kv.metr qeyri-yaşayış sahəsi, 4-cü mərtəbəsində 556 kv.metr qeyri-yaşayış sahəsi verilmişdir. Lakin Cavabdeh1 ilə cavabdeh MTK arasında bağlanmış xx.xx.2007-ci il tarixli 11 və 24 saylı müqavilələr ilə həmin binanın “A1” korpusunda Cavabdeh1 verilən 10, 11 və 12-ci mərtəbələrində yerləşən 1.770 kv.metr sahələr barəsində 24 saylı müqavilə, “A1” korpusunun 1-ci mərtəbəsində yerləşən 130 kv.metr, 2-ci mərtəbəsində yerləşən 130 kv.metr, 3-cü mərtəbəsində yerləşən 300 kv.metr və 4-cü mərtəbəsində yerləşən 300 kv.metr sahələr barəsində 11 saylı müqavilə bağlanmışdır. Bundan başqa Cavabdeh2 ilə cavabdeh MTK arasında bağlanmış, ünvan 8) yerləşən MTK tərəfindən inşa olunan çoxmərtəbəli yaşayış binasının “A1” korpusunun 1-ci mərtəbəsində 150 kv.metr sahəsi olan 14 saylı mağazanın Cavabdeh2 verilməsi barədə xx.xx.2009-cü il tarixli, 9 saylı müqavilə, həmin ünvanda 3-cü mərtəbədə sahəsi 600 kv.metr olan 30, 31 və 43 saylı mağazalar barədə xx.xx.2009-cu il tarixli nömrəsiz müqavilə, həmin ünvanda həmin binanın “A1” korpusunun 5-ci mərtəbəsində yerləşən sahəsi 82,7 kv.metr olan 2 otaqlı 8 saylı mənzilin Cavabdeh2 verilməsi barədə xx.xx.2009cu il tarixli 17 saylı müqavilə, həmin binanın “A1” korpusunun 4-cü mərtəbəsində yerləşən sahəsi 136,1 kv.metr olan 3 otaqlı mənzilinin Cavabdeh2 verilməsi barədə xx.xx.2009-cü il tarixli 18 saylı müqavilə, həmin korpusunun 8-ci mərtəbəsində yerləşən sahəsi 136,1 kv.metr olan 3 otaqlı mənzilin Cavabdeh2 verilməsi barədə xx.xx.2009-cu il tarixli 19 saylı müqavilə bağlanmışdır. İddiaçı bildirir ki, cavabdehlər arasında bağlanmış müqavilələr onunla cavabdeh MTK arasında bağlanmış xx.xx.2007-ci il tarixli “Birgə fəaliyyət haqqında müqavilədən” sonra bağlanmışdır. Həmin müqavilələr əqd olaraq, yuxarıda qeyd edilən “Birgə fəaliyyət haqqında müqavilədə” və onun əsasında bağlanmış razılaşmalarda nəzərdə tutulmuş sahələr ilə üst-üstə düşdükləri hissələrdə yalan əqd olaraq etibarsız hesab edilməlidir. Çünki müqavilələr əslində alğı-satqı üçün deyil, cavabdehlər arasında bağlanmalı olan girov müqaviləsi kimi bağlanmış, müqavilələr əsasında Cavabdeh2 və Cavabdeh1 tərəfindən MTK-ya hər hansı bir ödəniş edilməmişdir. Göstərilənlərə əsasən iddiaçı hesab edir ki, cavabdehlər arasında bağlanmış müqavilələr onunla MTK arasında bağlanmış “Birgə fəaliyyət haqqında müqavilədə” və onun əsasında bağlanmış razılaşmalarda nəzərdə tutulmuş sahələr ilə üst-üstə düşdükləri hissələrdə etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməlidir. Bundan başqa iddiaçı bildirir ki, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona maddi və mənəvi zərər dəymişdir ki, həmin zərərin əvəzi cavabdehlər tərəfindən ona ödənilməlidir. İddiaçı hesab edir ki, ona vurulmuş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 300.000 manat, mənəvi zərərin əvəzinin ödənilməsi üçün isə 30.000 manat məbləğində pul cavabdehlərdən onun xeyrinə tutulsun. b) Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
3. İşə baxmış Xətai Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.
4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 “X13” MTK-ya qarşı ayrı-ayrılıqda irəli sürdükləri “daşınmaz əmlakların (hazırki iş üzrə mübahisəli sahələrin) üzərində sahiblik və istifadə hüquqlarının tanınması və sair tələbləri barədə” iddiaları ayrı-ayrılıqda məhkəmə baxışının predmeti olmuş və həmin işlər üzrə qəbul edilmiş məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, həmin mübahisəli sahələrə dair “X13” MTK ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış müqavilələr qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmışdır. Buna görə də, (mübahisəli) sahələr üzərində Cavabdeh2 və Cavabdeh1 sahiblik və istifadə hüquqları var. Həmin məhkəmə qərarları qüvvəyə mindiyi üçün hazırki mülki işin icraatının başlanmasına əsas olmuş iddianın “müqavilələrin etibarsız hesab edilməsi və sahələrin boşaldılaraq cavabdehlərin həmin sahələrdən çıxarılması barədə” hissəsi əsaslı hesab edilə və təmin oluna bilməz. Qeyd edilən tələb əsassız olduğundan ondan irəli gələn “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” tələb də əsaslı hesab edilə bilməz. c) Apellyasiya şikayəti barədə məlumat
5. Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticədən narazı qalmış iddiaçı, Rayon Məhkəməsinin həmin qətnaməsindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Əsasları iddia ərizəsinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Rayon Məhkəməsi hazırki iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 “X13” MTK-ya qarşı ayrı-ayrılıqda irəli sürdükləri “daşınmaz əmlakların (hazırki iş üzrə mübahisəli sahələrin) üzərində sahiblik və istifadə hüquqlarının tanınması və sair tələbləri barədə” iddialarına dair ayrı-ayrı mülki işlə üzrə qəbul edilmiş məhkəmə qərarlarına istinad etsə də, iddiaçı tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən ********* №-li cinayət işi üzrə MTK-nın sədri Hikmət Yigitdölün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29, 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham aktını nəzərə almamışdır. Halbuki, həmin ittiham aktından aşkar surətdə görünür MTK ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış müqavilələr alğı-satqı müqavilələri deyil, faktiki olaraq girov müqavilələrdir. Belə ki, ittiham aktında və Cavabdeh1 istintaqda verdiyi izahatlardan da görünür ki, iddiaçı tərəfindən mübahisələndirilən müqavilələr alğı-satqı müqaviləsi deyil, Cavabdeh1 tərəfindən kənar şəxsdən 4.000.000 manata alınmış və gələcəkdə MTK-ya 4.400.000 manata satılması nəzərdə tutulan 10 ha torpaq sahəsinin təminatı kimi çıxış edən girov müqavilələridir. Lakin işə baxmış Rayon Məhkəməsi yuxarıda göstərilənləri nəzərə almamışdır. Cavabdehlər arasında bağlanmış müqavilələr iddiaçı tərəfindən mübahisələndirilən hissələrdə Mülki Məcəllənin 340.2-ci maddəsinə uyğun olaraq yalan əqd hesab edilməli idi. Çünki həmin müqavilələr əqd olaraq alğı-satqı barədə əqd deyil, gələcəkdə veriləcək torpaq sahəsinin əvəzləşdirilməsi barədə girov müqaviləsi idi. Hansı ki, həmin əvəzləşdirilmə baş tutmamış, müqavilənin predmeti olan torpaq sahələri Cavabdeh1 mülkiyyətində qalmış və nəticədə formal cəhətdən mövcud olan əqdlər tərəflərin razılığı ilə cırılıb atılmaqla məhv edilmişdir. Cavabdeh2 ilə MTK arasında bağlanmış müqaviləyə gəldikdə isə qeyd edilməlidir ki, mübahisəli sahələrin alğı-satqısı barədə onun iradə ifadəsi mövcud olmamışdır. Çünki Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(101)-520/2014 saylı hökmündə göstərilir: “nəhayət nümayəndə İmran Axundov ifadəsinin yekununda göstərdi ki, yoxlama nəticəsində X8 onların şirkətinə aid 36 mənzilin satışını uçotdan gizlətdiyi ortaya çıxdığından H.Əliyev xəstəxanadan qayıtdıqdan sonra onların şirkətinə vurduqları ümumi ziyanın 1.360.689 manat məbləğində olan hissəsinin bir hissəsi H.Əliyev tərəfindən nağd olaraq ödənilmiş, həmin məbləğin qalan hissəsi isə, yəni xx.xx.2009-cu il tarixli müqaviləyə və maliyyə arayışına əsasən "xxxx" MTK-nın binasında tikilmiş 150 kv.metrlik 1 ədəd və 600 kv.metrlik daha 1 ədəd qeyri-yaşayış sahəsi və xx.xx.2009-cu il tarixli 3 ədəd mənzildən ibarət yaşayış sahəsi, ümumilikdə 345.9 kv.metrlik ərazi natura şəklində şəxsən qardaşı Cavabdeh2 adına rəsmiləşdirilməklə əvəzləşdirilmiş, təqribən 200.000 manatdan bir artıq isə ödənilməmiş qalmışdır. Həmin hökmdən həmçinin görünür ki, H.Əliyevin izahatında göstərilir ki, onun Cavabdeh2 vurduğu zərərin əvəzləşdirilməsi üçün guya "xxxx" MTK-ya sərf etdiyi 2.000.000 ABŞ dolları müqabilində göstərilən müqavilələr bağlanmışdır. Deməli müqavilələrə görə ortada heç bir nağd ödəniş olmamışdır. Bakı Ağır Cinayətlər Məhkəməsində əvəzləşdirmə halı öz təsdiqini tapmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündə və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsində müəyyən olunmuşdur ki, H.Əliyevin "xxxx" MTK ilə heç bir bağlılığı olmamışdır. Çünki H.Əliyev hər iki məhkəmədə verdiyi izahatlarında göstərmişdir ki, "xxxx" MTK-nın tikilişi üçün Asif Pirəliyevə pul versə də, sonradan sonuncunun onu aldatdığını bildikdən sonra Cavabdeh2 bu haqda məlumat vermişdir. Deməli H.Əliyev də A.Pirəliyevə verdiyi pulun MTK-ya yönəlməməsini dolayı yolla təsdiq edir. Belə olan halda H.Əliyevin Cavabdeh2 vurduğu zərəri nə üçün "xxxx" MTK-nın əmlakı ilə əvəzləşdirilməsi müəmmalıdır. d) Apellyasiya baxışında iştirak etmiş şəxslərin mövqeyi
7. İddiaçının vəkili (nümayəndəsi) Vəkil1 apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətini müdafiə etdi və iddia ərizəsinin, habelə apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi. O əlavə olaraq bildirdi ki, cavabdeh MTK-nın sədri olan Hikmət Yigitdölün Azərbaycan Respublikası CM-nin 29, 178.3.2, 178.3.2, 308.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin qəbul etdiyi xx.xx.2020-ci il tarixli, 1(101)-78/202 №-li hökm artıq qanuni qüvvəyə minmişdir. Həmin məhkəmə hökm etmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllə (Xocalı prospekti, 32 ) ünvanında yerləşən yaşayış binasının “A1” blokunun 1-ci mərtəbəsində 16,5 metr uzunluğu, 15,5 metr eni 3,2 metr hündürlüyü olan 60 kv.metr yardımçı sahələri çıxmaq şərti ilə cəmi 195 kv.metr qeyri-yaşayış sahəsi; “A1” blokunun 2-ci mərtəbəsində 16,50 metr uzunluğu, 26 metr eni, 3 metr hündürlüyü olan 60 kv.metr yardımçı sahələri çıxmaq şərti ilə (16,5x26=429-60=369) cəmi 369 kv.metr qeyriyaşayış sahəsi; “A1” blokunun 3-cü mərtəbəsində qeyri-yaşayış sahəsindən 556 kv.metr; “A1” blokunun 4-cü mərtəbəsində qeyri-yaşayış sahəsindən 556 kv.metr, tam mərtəbə hissəsi “X13” MTK və xx.xx.2018-ci il tarixdə müqavilə imzalamaqla yaranmış problemlərin həllini üzərinə götürmüş "xxxx" MMC tərəfindən İddiaçı verilsin. Həmin cinayət işi üzrə qəbul edilmiş hökm qanuni qüvvəyə mindiyi üçün hazırki mülki iş üzrə mütləq nəzərə alınmalıdır. Hökmdən görünür ki, hazırki mülki iş üzrə hazırda mübahisələndirilən müqavilələrin alğı-satqı müqaviləsi yox girov müqaviləsi olmasını Cavabdeh1 özü Bakı Ağır Cinayətlər Məhkəməsində şahid qismində verdiyi ifadə ilə təsdiq etmişdir. Cavabdeh2 da həmin mübahisələndirilən müqavilələrdə göstərilən sahələr üçün pul vermədiyini Bakı Ağır Cinayətlər Məhkəməsinə şahid qismində verdiyi ifadəsində təsdiq etmişdir. MTK-nın sədri – həmin cinayət işi üzrə təqsirləndərilən şəxs olan H.Yigitdöl də, Bakı Ağır Cinayətlər Məhkəməsinə verdiyi ifadəsində təsdiq etmişdir ki, o, MTK-nın adından Cavabdeh2 və Cavabdeh1 ilə bağladığı müqavilələr, sahələrin alğı-satqı məqsədi ilə deyil, girov məqsədi üçün bağlanmışdır. Hökmlə müəyyən edilmişdir ki, Cavabdeh1 məhkəmə qərarı ilə sahiblik və istifadə hüququ tanınsa da həmin sahələr girov məqsədi ilə Cavabdeh1 adına yazılmış, sahələr sonuncuya satılmamış, H.Yigitdöl ilə Cavabdeh1 arasında razılaşmanın baş tutmaması səbəbindən sonuncu müqavilələrin əsillərini H.Yigitdölə qaytarıb vermiş, H.Yigitdöl müqavilələri cıraraq məhv etmişdir. Hökmdə həmçinin göstərilir ki, cinayət işinin baxılması zamanı məhkəmə tərəfindən müəyyən edilmişdir ki, yuxarıda qeyd olunan sahələr MTK tərəfindən Cavabdeh2 satılmamış, sahələr girov məqsədi ilə sonuncunun adına rəsmləşdirilmiş, həmin müqavilələrin müvafiq qaydada ləğv olunmasını rəsmləşdirilməmişdir. İddiaçının vəkili (nümayəndəsi) daha sonra bildirdi ki, hazırki iş üzrə qətnamə qəbul etmiş Rayon Məhkəməsi Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsaslanaraq rədd etmişdir. Lakin nəzərə almamışdır ki, qətnamədə istinad etdiyi istər Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(011)-5834/2015 saylı qətnaməsi, istərsə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-ci il tarixli, 2(102)-4851/2016 saylı qərarı hazırki iş üzrə iddiaçıya münasibətdə preyudisial xarakter daşımır. Çünki iddiaçı qeyd edilən həmin mülki işlər üzrə tərəf olmamış və həmin məhkəmə aktlarından 2018-ci ildə xəbər tutmuşdur. Belə olan halda həmin məhkəmə qərarları iddiaçı üçün məcburi xarakter daşımır və onun öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək imkanını istisna etmir.
8. Cavabdeh1 vəkili (nümayəndəsi) Vəkil2 apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsinin məzmununa uyğun izahat verərək bildirdi ki, Cavabdeh1 ilə MTK arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilələr girov deyil alğı-satqı müqavilələri olmuşdur. Həmin müqavilələrin predmeti olan sahələr ilə bağlı Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(011)-5834/2015 saylı qətnaməsi qəbul edilmişdir ki, həmin sahələr üzərində Cavabdeh1 sahiblik və istifadə hüququ tanınmışdır. Qətnamə qüvvəyə minmiş və icra olunmuşdur. Qətnamə qanuni qüvvəsini aldığı üçün bütün şəxslər və orqanlar üçün məcburi xarakter daşıyır. Ona görə də, iddiaçının iddia ərizəsi və apellyasiya şikayəti əsassız hesab edilməlidir.
9. Cavabdeh2 vəkili (nümayəndəsi) Ş.Kərimov apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsinin məzmununa uyğun izahat verərək bildirdi ki, Cavabdeh1 ilə MTK arasında 2009-cu ildə bağlanmış müqavilələr girov deyil alğı-satqı müqavilələri olmuşdur. Həmin müqavilələrin predmeti olan sahələr ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2(102)-4851/2016 saylı qərarı qəbul edilmişdir ki, həmin sahələr üzərində Cavabdeh2 sahiblik və istifadə hüququ tanınmışdır. Qətnamə qüvvəyə minmiş və icra olunmuşdur. Qətnamə qanuni qüvvəsini aldığı üçün bütün şəxslər və orqanlar üçün məcburi xarakter daşıyır. Ona görə də, iddiaçının iddia ərizəsi və apellyasiya şikayəti əsassız hesab edilməlidir.
10. Cavabdeh MTK-nın nümayəndəsi (sədri) H.Yigitdöl apellyasiya baxışı iclasında iştirak edərək bildirdi ki, rəhbəri olduğu MTK ilə cavabdehlər Eldəniz və Cavabdeh2lar arasında bağlanmış və hazırda iddiaçı tərəfindən mübahisələndirilən müqavilələr, mübahisəli sahələrin alğı-satqısı niyyəti ilə deyil, MTK-nın öhdəliyinin təminatı olaraq girov müqaviləsi kimi bağlanmışdır. Həmin müqavilələr üçün cavabdehlər tərəfindən pul ödənilməmişdir. Belə ki, MTK-nın sədri olaraq o, Cavabdeh1 ilə razılığa gəlmişdir ki, Cavabdeh1 MTK-ya gələcəkdə coxmənzilli yaşayış binalarının tikintisi üçün lazım olan 10 ha ölçüdə torpaq sahəsini 4.000.000 manata satın alaraq, MTK-ya təhvil verməli, MTK isə torpaq sahəsinin dəyərini - 4.4000.00 (400 manat faiz hesabı olmaqla) manatı hissə-hissə Cavabdeh1 ödəməli idi. Cavabdeh1 bunun üçün qirov şəklində zəmanət tələb edirdi. Buna görə də, o, MTK-nın adından Cavabdeh1 ilə mübahisələndirilən müqavilələri bağlamışdır. Aralarında olan razılığa görə MTK torpağa görə pulu Cavabdeh1 tam ödədikdən sonra müqavilələr ləğv edilməli idi. Müqavilələr bağlansa da, Cavabdeh1 razılığa əməl etməmiş torpaq sahəsini MTK-ya verməmişdir. Bundan sonra o, Cavabdeh1 müraciət edərək notariusun yanına gedərək müqavilələrin ləğv edilməsini təklif etmiş, lakin Cavabdeh1 xərcin çıxdığını bəhanə edərək xərclərinin əvəzinin ödənilməsini tələb etmişdir. Həmin məbləğ Cavabdeh1 ödənildikdən sonra Cavabdeh1 müqavilənin özündə olan nüsxəsini ona qaytarmışdır. Bundan sonra aralarında başqa torpaq sahəsi ilə bağlı razılaşma olsa və razılaşmaya uyğun nəticə əldə olunsa da, Cavabdeh1 ilə onun münasibətləri pozulmuş və Cavabdeh1 müqavilənin bir nüsxəsinin notariatda qalmasından istifadə edərək müqavilənin nüsxəsini oradan götürmüş və MTK-ya qarşı “daşınmaz əmlakların (hazırki iş üzrə mübahisəli sahələrin) üzərində sahiblik və istifadə hüquqlarının tanınması və sair tələbləri barədə” iddia ilə məhkəməyə müraciət etmişdir. H.Yigitdöl daha sonra bildirdi ki, MTK ilə Cavabdeh2 arasında ümumiyyətlə müqavilə bağlanmamış, Cavabdeh2 MTK-ya pul ödəməmişdir. Bu hal onun barəsində cinayət işinə baxılan zaman da müəyyən edilmişdir. e) İşdə olan sənədlər barədə məlumat
11. Cavabdeh “X13” MTK ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 11 saylı müqavilədən görünür ki, MTK, Bakı şəhəri, Xocalı prospekti, 32 ünvanda inşa etdiyi çoxmərtəbəli binanın “A1” blokunun 1-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 132 kv.metr olan, 2-ci mərtəbəsində yerləşən və sahəsi 132 kv.metr olan, 3-cü mərtəbəsində yerləşən və ümumi sahəsi 300 kv.metr olan, 4-cü mərtəbəsində yerləşən və ümumi sahəsi 300 kv.metr olan, cəmi 860 kv.metr olan qeyri-yaşayış sahəsini, binanın inşası başa çatandan sonra Cavabdeh1 verməkdən, sonuncu isə həmin qeyri-yaşayış sahəsini qəbul etməkdən ibarət öhdəlikləri öz üzərilərinə götürmüşlər.
12. MTK ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 24 saylı müqavilədən görünür ki, MTK, yuxarıda qeyd edilən binanın “A1” blokunun 10, 11, 12-ci mərtəbələrində yerləşən cəmi sahəsi 1.770 kv.metr olan yaşayış sahəsini Cavabdeh1 verməkdən, sonuncu isə həmin qeyri-yaşayış sahəsini qəbul etməkdən ibarət öhdəlikləri öz üzərilərinə götürmüşlər.
13. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsindən (İş № 2(011)-5834/2015) görünür ki, həmin qətnamə ilə iddiaçı Cavabdeh1 cavabdeh “X13” MTK-ya qarşı Bakı şəhəri, Xocalı prospekti, 32 ünvanda yerləşən çoxmərtəbəli binanın “A1” blokunun 1-2-3-4 mərtəbəsində yerləşən 860 kv.m qeyri-yaşayış sahəsinə və həmin binanın “A1” blokunun 10-11-12 mərtəbəsində yerləşən 1.770 kv.m yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması, MTK tərəfindən müqavilə öhdəliklərinin icra edilərək həmin daşınmaz əmlakların onun sahibliyinə və istifadəsinə verilməsi barədə iddiası təmin edilmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə qəbul etdiyi xx.xx.2016-cı il tarixli qətnaməsindən (İş № 2(103)-1496/2016) görünür ki, həmin qətnamə ilə MTK-nın ilə apellyasiya şikayətinin təmin edilməməsi, Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-ci il tarixli qərarından (İş № 2(102)-2939/2016) görünür ki, həmin qərar ilə MTK-nın kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
16. Cavabdeh MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 09 saylı müqavilədən görünür ki, MTK, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllə ünvanında inşa etdiyi çoxmərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən və sahəsi 150 kv.metr olan 14 saylı mağaza sahəsini Cavabdeh2 verməkdən, sonuncu isə həmin qeyri-yaşayış sahəsini qəbul etməkdən və sahənin dəyərini MTK-ya vaxtında ödəməkdən ibarət öhdəlikləri öz üzərilərinə götürmüşlər.
17. MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2009-cu il tarixli nömrəsiz müqavilədən görünür ki, MTK, həmin ünvanda inşa etdiyi çoxmərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən və sahəsi 600 kv.metr olan 30-31-43 saylı mağaza sahəsini Cavabdeh2 verməkdən, sonuncu isə həmin qeyri-yaşayış sahəsini qəbul etməkdən və sahənin dəyərini MTK-ya vaxtında ödəməkdən ibarət öhdəlikləri öz üzərilərinə götürmüşlər.
18. MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2009-cu il tarixli 17 saylı müqavilədən görünür ki, MTK, həmin ünvanda inşa etdiyi çoxmərtəbəli binanın “A1” blokunun 5-ci mərtəbəsində yerləşən və sahəsi 82,7 kv.metr olan iki otaqlı 8 saylı mənzili Cavabdeh2 verməkdən, sonuncu isə həmin mənzili qəbul etməkdən və mənzilin dəyərini MTK-ya vaxtında ödəməkdən ibarət öhdəlikləri öz üzərilərinə götürmüşlər.
19. MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2009-cu il tarixli 18 saylı müqavilədən görünür ki, MTK, həmin ünvanda inşa etdiyi çoxmərtəbəli binanın “A1” blokunun 4-cü mərtəbəsində yerləşən və sahəsi 136,1 kv.metr olan üç otaqlı 1 saylı mənzili Cavabdeh2 verməkdən, sonuncu isə həmin mənzili qəbul etməkdən və mənzilin dəyərini MTK-ya vaxtında ödəməkdən ibarət öhdəlikləri öz üzərilərinə götürmüşlər.
20. MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2009-cu il tarixli 19 saylı müqavilədən görünür ki, MTK, həmin ünvanda inşa etdiyi çoxmərtəbəli binanın “A1” blokunun 8-ci mərtəbəsində yerləşən və sahəsi 136,1 kv.metr olan üç otaqlı 21 saylı mənzili Cavabdeh2 verməkdən, sonuncu isə həmin mənzili qəbul etməkdən və mənzilin dəyərini MTK-ya vaxtında ödəməkdən ibarət öhdəlikləri öz üzərilərinə götürmüşlər.
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-ci il tarixli qərarından (İş № 2(102)-4851/2016) görünür ki, həmin qərarla Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli qətnaməsinin (İş № 2(103)- 40/2015) ləğv edilməsi, iddiaçı Cavabdeh2 cavabdeh “X13” MTK-ya qarşı iddiasının təmin edilməsi, MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllədə inşa edilmiş yaşayış binasının “A1” girişinin 4-cü mərtəbəsində yerləşən və sahəsi 136,1 kv.m olan 1 saylı mənzilin, 5-ci mərtəbəsində yerləşən və sahəsi 82,7 kv.m olan 8 saylı mənzilin, 8-ci mərtəbəsində yerləşən və sahəsi 136,1 kv.m olan 21 saylı mənzilin, 1-ci mərtəbəsində yerləşən və sahəsi 150 kv.m olan 14 saylı mağazanın (qeyri-yaşayış sahəsinin), 3-cü mərtəbəsində yerləşən və sahəsi 600 kv.m olan 30, 31 və 43 saylı mağazaların (qeyri-yaşayış sahələrinin) Cavabdeh2 verilməsi vəzifəsinin MTK-nın üzərinə qoyulması qərara alınmışdır.
22. Hazırki iş üzrə İddiaçı nümayəndəsi X5 vasitəsi ilə cavabdeh “X13” MTK ilə xx.xx.2012-ci il tarixli bağladığı “xx.xx.2007-ci il tarixli “Birgə fəaliyyət haqqında müqaviləyə” əlavə dəyişikliklər barədə sazişdən” görünür ki, MTK, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 36 (Xocalı prospekti, 32 və ya Xocalı prospekti 1181-ci məhəllə) ünvanda inşa etdiyi çoxmərtəbəli binanın 1-ci mərtəbəsində (Xocalı prospekti boyu) yerləşən və uzunluğu 16,5 metr, eni 15,5 metr, hündürlüyü 3,2 metr, 60 kv.metr yardımçı sahələri çıxmaq şərti ilə (16,5 x 15,5 = 255 – 60 = 195) cəmi 195 kv.metr qeyri-yaşayış sahəsini; 2-ci mərtəbədə (Xocalı prospekti boyu) yerləşən və uzunluğu 16,5 metr, eni 26 metr, hündürlüyü 3 metr, 60 kv.metr yardımçı sahələri çıxmaq şərti ilə (16,5 x 26 = 429 – 60 = 369) cəmi 369 kv.metr qeyri-yaşayış sahəsini; 3-cü mərtəbəsində (Xocalı prospekti boyu) yerləşən və uzunluğu 23,7 metr, eni 26 metr, 60 kv.metr yardımçı sahələri çıxmaq şərti ilə (23,7 x 26 = 616 – 60 = 556) cəmi 556 kv.metr qeyri-yaşayış sahəsini; 4-cü mərtəbəsində (Xocalı prospekti boyu) yerləşən və uzunluğu 23,7 metr, eni 26 metr, 60 kv.metr yardımçı sahələri çıxmaq şərti ilə (23,7 x 26 = 616 – 60 = 556) cəmi 556 kv.metr qeyri-yaşayış sahəsini bayır hissəsi tam təmir edilmiş vəziyyətdə İddiaçı mülkiyyətinə verir.
23. İş materiallarından görünür ki, hazırki iş üzrə İddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası tərəfindən qəbul edilmiş və yuxarıda qeyd edilən xx.xx.2016-ci il tarixli qərarından (İş № 2(102)-2939/2016) narazı qalaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə ərizə ilə müraciət etmiş və həmin qərardan Ali Məhkəmənin Plenumuna təqdimat verilməsini xahiş etmişdir. Ali Məhkəmənin xx.xx.2016cı il tarixli qərardadı ilə, ərizə təmin edilməmişdir. Ali Məhkəmə, Mülki-Prosessual Məcəllənin 15.4-cü maddəsinə, yəni məhkəmə aktlarının maraqlı şəxslərin mənafelərinə toxunduqda bu aktların məcburiliyi işdə iştirak etməyən maraqlı şəxslərin öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün məhkəmələrə müraciət etmələri istisna etmədiyinə əsaslanaraq İddiaçı pozulmuş hesab etdiyi hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququnun olduğunu izah etmişdir.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İddiaçı şikayətinə dair” xx.xx.2018-ci il tarixli qərardadından görünür ki, Konstitusiya Məhkəməsi İddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin qərardadından verdiyi şikayəti əvvəlcə icraata qəbul etmiş, şikayətin əsasında konstitusiya işinin icraatına başlamış, lakin sonradan konstitusiya işinin icraatına xitam vermişdir. Konstitusiya Məhkəməsi Plenumu konstitusiya işinin icraatına xitam verməsi barədə mövqeyini onunla əsaslandırmışdır ki, şikayətdə göstərilən məsələlərin həlli üçün İddiaçı ümumi yurisdiksiyalı məhkəmələrə müraciət etmək imkanı tükənməmişdir.
25. X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 179.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair 1(101)-520/2014 saylı cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2014-cü il tarixli hökmdən görünür ki, həmin iş üzrə zərərçəkmiş şəxs (hazırki iş üzrə isə cavabdehlərdən biri) olan Cavabdeh2 nümayəndəsi (qardaşı) X6 ifadə verərək bildirmişdir ki, “yoxlama nəticəsində X8 onların şirkətinə aid 36 mənzilin satışının uçotundan gizlətdiyi ortaya çıxdığından H.Əliyev xəstəxanadan qayıtdıqdan sonra onların şirkətinə vurduqları ümumi ziyanın 1.360.689 manat məbləğində olan hissəsinin bir hissəsi H.Əliyev tərəfindən nağd olaraq ödənilmiş, həmin məbləğin qalan hissəsi isə, yəni xx.xx.2009-cu il tarixli müqaviləyə və maliyyə arayışına əsasən "xxxx" MTK-nın binasında tikilmiş 150 kv.metrlik 1 ədəd və 600 kv.metrlik daha 1 ədəd qeyri-yaşayış sahəsi və xx.xx.2009-cu il tarixli 3 ədəd mənzildən ibarət yaşayış sahəsi, ümumilikdə 345,9 kv.metrlik ərazi natura şəklində şəxsən Cavabdeh2 adına rəsmiləşdirilməklə əvəzləşdirilmiş, təqribən 200.000 manatdan bir artıq isə ödənilməmiş qalmışdır (hökmün 10-cu vərəqi). Hökmdən görünür ki, həmin cinayət işinin baxılması zamanı məhkəmə tərəfindən müəyyən edilmişdir ki, üzərilərində "xxxx" MTK-nın sədri H.Yigitdöl tərəfindən imzalanması qeyd edilən Cavabdeh2 ilə MTK arasında bağlanmış və yuxarıda qeyd edilən müqavilələrdə, həmin müqavilələr ilə bağlı MTK-nın adından verilmiş “Maliyyə arayışlarında” və qəbzlərdəki imzalar H.Yigitdöl tərəfindən deyil, başqa şəxs (şəxslər) tərəfindən imzalanmışdır (hökmün 20-ci vərəqi).
26. Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən cavabdeh MTK-nın sədri H.Yigitdölün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29, 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* №-li cinayət işi üzrə tərtib etdiyi İttiham aktından görünür ki, İsfəndiyar və Cavabdeh1ların MTK ilə bağladıqları və yuxarıda göstərilən müqavilələr alğı-satqı məqsədi ilə deyil, girov məqsədi ilə bağlanmış müqavilələrdir.
27. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-78/2020 №-li (istintaq nömrəsi ********* olan) cinayət işi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, cinayət işinin baxılaması zamanı məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisəli sahələr üzərində Cavabdeh1 məhkəmə qərarı ilə sahiblik və istifadə hüququ tanınsa da həmin sahələr MTK tərəfindən girov məqsədi ilə Cavabdeh1 adına yazılmış, sahələr sonuncuya satılmamış, MTK-nın sədri H.Yigitdöl ilə Cavabdeh1 arasında razılaşmanın baş tutmaması səbəbindən sonuncu müqavilələrin əsillərini H.Yigitdölə qaytarmış, H.Yigitdöl də müqavilələri cıraraq məhv etmişdir. Cavabdeh1 girov məqsədi ilə adına yazılmış xx.xx.2007-ci il tarixli 860 kv.metr qeyri yaşayış sahəsi və 1.770 kv.metr yaşayış sahələrinə dair müvafiq qaydada ləğv edilməmiş müqavilələrin nüsxələrini Bakı şəhəri, Yasamal rayonunda yerləşən Notariat Kontorundan əldə edib Bakı şəhəri, Xocalı prospekti, 32 ünvanda yerləşən çoxmərtəbəli binanın “A1” blokunun 1-2-3-4 mərtəbəsində yerləşən 860 kv.m qeyri-yaşayış sahəsinə və 10-11-12 mərtəbəsində 1.770 kv.m yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınmasına dair iddiası üzrə mülki işə baxan Xətai Rayon Məhkəməsinin ləğv edilməmiş 2(011)-5834/15 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə həmin qeyri-yaşayış və mənzillərə Cavabdeh1 sahiblik və istifadə hüququnun tanınmasına şərait yaratdığına görə qeyd olunan epizodlar üzrə H.Yigitdölə Cinayət Məcəlləsinin 308.2ci maddəsi üzrə düzgün olaraq ittiham elan edilmişdir (hökmün 110-cu vərəqi). Hökmdə daha sonra qeyd edilir ki, yuxarıda qeyd olunan sahələr H.Yigitdöl tərəfindən Cavabdeh2 satılmamış, sahələr girov məqsədi ilə sonuncunun adına rəsmləşdirilmiş, həmin müqavilələrin müvafiq qaydada ləğv olunmasını rəsmləşdirməmişdir. H.Yigitdöl qanunvericiliyə uyğun olaraq hər hansı hüquqi prosedura qəsdən əməl etmədən öz qulluq səlahiyyətlərdən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək xx.xx.2009, xx.xx.2009 və xx.xx.2009-cu il tarixli həmin alğı-satqı müqavilələrinin qüvvədə olmasına baxmayaraq, həmin sahələri sonradan müxtəlif şəxslərə sataraq Cavabdeh2 girov məqsədi ilə adına yazılmış xx.xx.2009-cu, xx.xx.2009-cu və xx.xx.2009cu tarixli yaşayış və qeyri-yaşayış sahələrinə müvafiq qaydada ləğv edilməmiş müqavilələrin surətindən istifadə edib Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllədə inşa edilmiş yaşayış binasının “A1” girişinin 4-cü mərtəbəsində yerləşən sahəsi 136,1kv.m olan 1 saylı mənzilin, 5-ci mərtəbəsində yerləşən sahəsi 82,7 kv.m olan 8 saylı mənzilin, 8-ci mərtəbəsində yerləşən sahəsi 136,1 kv.m olan 21 saylı mənzilin, həmin binanın 1-ci mərtəbəsində yerləşən sahəsi 150 kv.m olan 14 saylı mağazanın (qeyriyaşayış sahəsinin), həmin binanın 3-cü mərtəbəsində yerləşən sahəsi 600 kv.m olan 30, 31 və 43 saylı mağazaların ona təhvil verilməsinə dair iddiası üzrə Xətai Rayon Məhkəməsinə müraciət etməsinə və qeyd olunan mənzil və qeyri-yaşayış sahələri ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-ci il tarixli, 2(102)-24851/16 saylı qərarı ilə iddia təmin edilməklə qeyri-yaşayış və mənzillərə sonuncunun istifadə hüququnun tanınmasına şərait yaratdığına görə H.Yigirdölə Cinayət Məcəlləsinin 308.2-ci maddəsi üzrə düzgün olaraq ittiham elan edilmişdir (hökmün 111-112 vərəqləri). Həmin hökm ilə, H.Yigirdöl təqsirli bilinərək ona müvafiq cəzanın təyin edilməsi, onun İddiaçı vurduğu zərərin əvəzinin ödənilməsi məqsədi ilə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllə (Xocalı prospekti, 32 ) ünvanında yerləşən yaşayış binasının “A1” blokunun Xocalı prospekti boyu 1-ci mərtəbəsində 16,5 metr uzunluğu, 15,5 metr eni 3,2 metr hündürlüyü, 60 kv.metr yardımçı sahələri çıxmaq şərti ilə (16,5x15,5=255-60=195) cəmi 195 kv.metr qeyri-yaşayış sahəsinin; “A1” blokunun Xocalı prospekti boyu 2-ci mərtəbəsində 16,5 metr uzunluğu, 26 metr eni, 3 metr hündürlüyü olan 60 kv.metr yardımçı sahələri çıxmaq şərti ilə (16,5x26=429-60=369) cəmi 369 kv.metr qeyri-yaşayış sahəsinin; “A1” blokunun 3-cü mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsindən 556 m2, tam mərtəbə hissəsini; “A1” blokunun 4-cü mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsindən 556 m2, tam mərtəbə hissəsini “X13” MTK və xx.xx.2018-ci il tarixdə müqavilə imzalamaqla yaranmış problemlərin həllini üzərinə götürmüş "xxxx" MMC tərəfindən həmin qeyri-yaşayış sahələrin İddiaçı verilməsi qərara alınmışdır (hökmün 112 vərəqi).
28. Hökm qanuni qüvvəyə minmişdir. f) Mülki mübahisənin həlli, apellyasiya şikayətinin dəlillərinin və sübutların qiymətləndirilməsi
29. Məhkəmə bildirir ki, iddiaçı, mübahisəli sahələr üzərində cavabdehlərin sahiblik və istifadə hüquqlarının tanınması barədə yuxarıda qeyd edilən məhkəmə aktlarının qəbul edilməsinə əsas olmuş mülki işlər üzrə, cavabdehlər İsfəndiyar və Cavabdeh1lar isə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən xx.xx.2020-ci il tarixli hökmün qəbul edilməsi üçün əsas olmuş 1(101)-78/2020 №-li (istintaq nömrəsi ********* olan) cinayət işi üzrə tərəf olmamışlar.
30. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Həmin maddənin İİ hissəsində deyilir ki, məhkəmə qərarının icra olunmaması müəyyən edilmiş məsuliyyətə səbəb olur.
31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin (MPM) tələblərinə görə, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır (maddə 15.2.). Məhkəmə aktları maraqlı şəxslərin mənafelərinə toxunduqda bu aktların məcburiliyi işdə iştirak etməyən maraqlı şəxslərin öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmələri imkanını istisna etmir (maddə 15.4.). Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir (maddə 82.3.). Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir (maddə 82.4.)
32. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Prossesual Məcəllənin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. MPM-nin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Göründüyü kimi, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir. Müstəqil tələbi olan üçüncü şəxslər məhkəmə prosesində iştirak etməmişlərsə, müvafiq əsaslar olduqda müstəqil tələblə məhkəməyə müraciət edə bilərlər. Həmin şəxslərə məhkəmə qətnaməsinin preyudisiallığı aid edilmir. Onlar iştirak etmədikləri mülki iş üzrə qəbul edilən qətnamə ilə müəyyən edilmiş faktları mübahisələndirə bilərlər. Əvvəlki məhkəmə qətnaməsinin preyudisiallığı, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə yeni açılmış hallar üzrə baxılmasına da aid edilir.
33. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, MPM-nin 82.3-cü maddəsində predyusiallıq ancaq qətnamə çıxarılan zaman işdə iştirak etmiş şəxslərin və mübahisə predmetinin eyniliyini nəzərdə tutduğu halda 82.4-cü maddəsinin predyusiallığa dair tələbi tamamilə fərqlidir. Yəni həmin maddənin tələbinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi, MPM-nin 82.4-cü maddəsinə görə, cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmündə əks olunan faktların iki növü mülki iş üzrə işlərə baxan zaman sübut olunmaqdan azaddır. Bunların birincisi hərəkətin olub olmaması faktı, yəni cinayətin törədilibtörədilməməsi faktı, ikincisi isə bu əməlin konkret şəxs tərəfindən edilməsi faktı, yəni cinayətin subyekti barədə məsələdir. Maddənin tələbinə görə yuxarıda göstərilən faktlar mülki iş üzrə iştirakçıların dairəsindən asılı olmayaraq hamı üçün məcburidir və həmin faktları heç bir şəxs mübahisələndirmək hüququna malik deyildir.
34. Apellyasiya baxışı zamanı Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh1 ilə "xxxx" Prestij MTK arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 11 saylı müqavilə ilə Cavabdeh1 verilmiş və MTK tərəfindən inşa olunmuş çoxmərtəbəli yaşayış binasının “A1” blokunun 3-cü mərtəbəsində 300 kv.metr və 4-cü mərtəbədə yerləşən 300 kv.metr qeyri-yaşayış sahələri, İddiaçı ilə həmin MTK arasında bağlanmış “Birgə fəaliyyət” haqqında xx.xx.2007-ci il tarixli müqavilə, habelə həmin müqaviləyə əlavə və dəyişikliklər barədə xx.xx.2012-ci il tarixli sazişdə nəzərdə tutulmuş həmin yaşayış binasının “A1” blokunun 3-cü mərtəbəsində 23,7 metr uzunluğu, 26 metr eni olan (60 kv.metr yardımçı sahələri çıxmaq şərti ilə) (23,7x26=616-60=556) cəmi 556 kv.metr və “A1” blokunun 4-cü mərtəbəsində 23,7 metr uzunluğu, 26 metr eni olan (60 kv.metr yardımçı sahələri çıxmaq şərti ilə) (23,7x26=616-60=556) cəmi 556 kv.metr qeyri-yaşayış sahələri ilə üst-üstə düşür.
35. Bundan əlavə apellyasiya baxışı zamanı Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh2 ilə MTK arasında bağlanmış xx.xx.2009-cu il tarixli nömrəsiz müqavilə ilə Cavabdeh2 verilmiş və MTK tərəfindən inşa olunmuş yuxarıda qeyd edilən binanın “A1” blokunun 3-cü mərtəbəsində yerləşən 600 kv.metr qeyri-yaşayış və xx.xx.2009-cu il tarixli 18 saylı müqavilə ilə Cavabdeh2 verilmiş həmin binanın “A1” blokunun 4-cü mərtəbəsində yerləşən sahəsi 136,1 kv.metr olan 3 otaqlı mənzilinin sahəsi (hazırda qeyri-yaşayış sahəsidir) İddiaçı ilə MTK arasında bağlanmış yuxarıda qeyd edilən “Birgə fəaliyyət haqqında” müqavilə, habelə həmin müqaviləyə əlavə və dəyişikliklər barədə sazişdə nəzərdə tutulmuş həmin yaşayış binasının “A1” blokunun 3-cü mərtəbəsində 23,7 metr uzunluğu, 26 metr eni olan, (60 kv.metr yardımçı sahələri çıxmaq şərti ilə) (23,7x26=616-60=556) cəmi 556 kv.metr və “A1” blokunun 4-cü mərtəbəsində 23,7 metr uzunluğu, 26 metr eni olan, (60 kv.metr yardımçı sahələri çıxmaq şərti ilə) (23,7x26=616-60=556) cəmi 556 kv.metr qeyri-yaşayış sahələri ilə üst-üstə düşür.
36. Yuxarıda (bax: bu qətnamənin 34 və 35-ci bəndlərə) qeyd edilən sahələrin bu səbəbdən İddiaçı aid olması hazırki işin baxılmasında preyudisial xarakter daşıyan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə də müəyyən edilmişdir.
37. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, İddiaçı həmin sahələr ilə bağlı olan “müqavilələrin etibarsız hesab edilməsi” barədə tələbi əsaslıdır.
38. Belə olan halda Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi bu tələbi təmin etməməklə səhv və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.
39. Qeyd edilən sahələrə aid tələb Məhkəmə tərəfindən əsaslı hesab edildiyindən Məhkəmə hesab edir ki, İddiaçı həmin sahələr ilə bağlı olan “cavabdehlərin mübahisəli sahələrdən çaxarılması” barədə tələbi də əsaslı hesab edilməlidir. Çünki Mülki Məcəllənin tələblərinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur (maddə 152.1.). Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər (maddə 152.5.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.).
40. Bu baxımdan hesab edilməlidir ki, Rayon Məhkəməsi bu tələbi də təmin etməməklə səhv və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.
41. Yuxarıda artıq qeyd edildiyi kimi, iddiaçının cavabdehlərə qarşı irəli sürdüyü digər tələbi- cavabdehlərin ona vurduqları maddi zərərin əvəzi olaraq 300.000 manat mənəvi zərərin əvəzi olaraq 30.000 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə tələbdir.
42. Bu tələblə bağlı iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinin əsaslılığını müzakirə edən Məhkəmə bildirir ki, Mülki Məcəllənin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin tam ödənilməsini tələb edə bilər, bir şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.).
43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloci reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
44. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
45. MPM-nin tələblərinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1.). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2.). Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (maddə 9.3.).
46. Apellyasiya baxışı zamanı müəyyən edildi ki, iddiaçı, cavabdehlərin hərəkəti nəticəsində ona maddi və mənəvi zərərin dəyməsini sübuta yetirə bilməmişdir.
47. Bununla da müəyyən edilir ki, iddianın müzakirə edilən bu hissəsi əsassızdır.
48. İşə baxmış Rayon Məhkəməsi bu tələbi təmin etməsə də, bu mövqeyini onunla əsaslandırmışdır ki, iddianın “müqavilələrin etibarsız hesab edilməsi və sahələrin boşaldılaraq cavabdehlərin həmin sahələrdən çıxarılması barədə” hissəsi əsassız olduğundan həmin tələbdən irəli gələn “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” tələb də əsaslı hesab edilə bilməz.
49. Belə olan halda Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi müzakirə edilən bu tələbi iddianın əsassız olması əsas ilə deyil, yuxarıda qeyd edilən əsasla təmin etməməkdə haqlı olmamışdır; nəticə səhv olmaqla işin hallarına uyğun deyil. g) Apellyasiya instansiyası məhkəməsinin nəticəsi
50. Beləliklə apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, iddia qismən əsaslıdır. Rayon Məhkəməsi iddianı tam əsassız hesab edərək iddianı rədd etməklə işin hallarına uyğun olmayan, maddi və prosessual hüquq normalarının pozulması ilə müşayiət olunan nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır və formal mülahizə xarakteri daşımır.
51. MPM-nin 385-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
52. Odur ki, göstərilənləri nəzərə alan və MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 26 aprel 2019-cu il tarixli qətnamə ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 Ağəli oğlu, Cavabdeh2 və “X13” Mənzil Tikinti Kooperativinə qarşı “cavabdehlər arasında bağlanmış müqavilələrin etibarsız hesab edilməsi və sair tələbləri barədə” iddiası qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 Ağəli oğlu ilə “X13” MTK arasında bağlanmış 19 dekabr 2007-ci il tarixli 11 saylı müqavilənin Bakı şəhəri, Xətai rayonu, ünvan 7 ünvanında) yerləşən və Cavabdeh3 MTK tərəfindən inşa olunmuş çoxmərtəbəli yaşayış binasının “A1” blokunun üçüncü mərtəbəsindəki 300 (üç yüz) kv.metr və “A1” blokunun dördüncü mərtəbədəki 300 (üç yüz) kv.metr ölçülü qeyri-yaşayış sahələrinin Cavabdeh1 verilməsi barədə hissəsi İddiaçı ilə Cavabdeh3 MTK arasında bağlanmış “Birgə fəaliyyət” haqqında xx.xx.2007-ci il tarixli müqavilə, habelə həmin müqaviləyə əlavə və dəyişikliklər barədə xx.xx.2012-ci il tarixli Sazişdə nəzərdə tutulmuş “A1” blokunun üçüncü mərtəbəsində 23,70 metr uzunluğu, 26 metr eni olan (60 kv.metr yardımçı sahələri çıxmaq şərti ilə) (23,7x26=616-60=556) cəmi 556 kv.metr və “A1” blokunun dördüncü mərtəbəsində 23,70 metr uzunluğu, 26 metr eni olan, (60 kv.metr yardımçı sahələri çıxmaq şərti ilə) (23,7x26=616-60=556) cəmi 556 kv.metr qeyri-yaşayış sahəsi (binanın tam mərtəbəsi) ilə üst-üstə düşən hissədə etibarsız hesab edilsin. Cavabdeh1 həmin qeyri-yaşayış sahəsini boşaltsın və həmin sahədən çıxarılsın. Cavabdehlər Cavabdeh2 və “X13” MTK arasında bağlanmış 12 fevral 2009-cu il tarixli nömrəsiz müqavilənin Bakı şəhəri, Xətai rayonu, ünvan 8 ünvanında) yerləşən və “X13” MTK tərəfindən inşa olunmuş çoxmərtəbəli yaşayış binasının “A1” blokunun üçüncü mərtəbəsində yerləşən 600 kv.metr qeyri-yaşayış sahəsinin Cavabdeh2 verilməsi barədə hissəsi, İddiaçı ilə Cavabdeh3 MTK arasında bağlanmış “Birgə fəaliyyət” haqqında xx.xx.2007-ci il tarixli müqavilə, habelə həmin müqaviləyə əlavə və dəyişikliklər barədə xx.xx.2012-ci il tarixli Sazişdə nəzərdə tutulmuş “A1” blokunun üçüncü mərtəbəsində 23,70 metr uzunluğu, 26 metr eni olan (60 kv.metr yardımçı sahələri çıxmaq şərti ilə) (23,7x26=616-60=556) cəmi 556 kv.metr qeyri-yaşayış sahəsi (binanın tam mərtəbəsi) ilə üst-üstə düşən hissədə etibarsız hesab edilsin. Cavabdeh2 həmin qeyri-yaşayış sahəsini boşaltsın və həmin sahədən çıxarılsın. Cavabdehlər Cavabdeh2 və “X13” MTK arasında bağlanmış xx.xx.2009-cu il tarixli 18 saylı müqavilənin “X13” MTK arasında bağlanmış 12 fevral 2009-cu il tarixli nömrəsiz müqavilənin Bakı şəhəri, Xətai rayonu, ünvan 8 ünvanında) yerləşən və “X13” MTK tərəfindən inşa olunmuş çoxmərtəbəli yaşayış binasının “A1” blokunun dördüncü mərtəbəsində yerləşən sahəsi 136,1 kv.metr olan 3 otaqlı mənzil (hazırda qeyri-yaşayış sahəsi olan) sahəsinin Cavabdeh2 verilməsi barədə hissəsi İddiaçı ilə Cavabdeh3 MTK arasında bağlanmış “Birgə fəaliyyət” haqqında xx.xx.2007-ci il tarixli müqavilə, habelə həmin müqaviləyə əlavə və dəyişikliklər barədə xx.xx.2012-ci il tarixli Sazişdə nəzərdə tutulmuş “A1” blokunun üçüncü mərtəbəsində 23,70 metr uzunluğu, 26 metr eni olan (60 kv.metr yardımçı sahələri çıxmaq şərti ilə) (23,7x26=616-60=556) cəmi 556 kv.metr qeyriyaşayış sahəsi (binanın tam mərtəbəsi) ilə üst-üstə düşən hissədə etibarsız hesab edilsin. Cavabdeh2 həmin qeyri-yaşayış sahəsini boşaltsın və həmin sahədən çıxarılsın. İddiaçı iddiasının qalan hissəsi təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş cəmi 45 manat məbləğində dövlət rüsumu 1/2 hissədə iddiaçının özünə, qalan 1/2 hissəsi isə cavabdehlərə aid edilsin. Bu məqsəd ilə cavabdehlər Cavabdeh1 Ağəli oğlu, Cavabdeh2 və “X13” Mənzil Tikinti Kooperativindən müştərək qaydada 22 (iyirmi iki) manat 50 (əlli) qəpik məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.