Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-44/2025 29.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: keçid yolunun verilməsi, maneənin aradan qaldırılması, tikilinin sökülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X7 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılov Ayşən Səaddin qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1 oğlunun, Cavabdeh1, Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 Mahama oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “keçid yolunun verilməsi, maneənin aradan qaldırılması və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-377/2022 saylı 2 noyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 3065 saylı bağın icarəyə verilməsi haqqında 30563 nömrəli xx.xx.2001-ci il tarixli müqavilədən görünür ki, İcra Hakimiyyətinin bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının xx.xx.2001-ci il tarixli Sərəncamının 825 nömrəli protokolu əsasında hərəkət edən, gələcəkdə “İcarədar” adlanan Cavabdeh2 Ləhiş qəsəbəsində, 0.12 ha bağ sahəsi icarəyə vermişdir.
2. xx.xx.2020-ci il tarixli etibarnamədən görünür ki, Cavabdeh2 ona 30563 saylı müqavilə ilə ayrılmış və faktiki istifadəsində olan ünvan ünvanında yerləşən ümumi sahəsi 1200 kv.m torpaq sahəsindən təyinatı üzrə istifadə etməyi, gələcəkdə qanunla nəzrdə tutulmuş qaydada tam özəlləşdirilməyə və s. hərəktlərin edilməsinə xx.xx.2070-ci il tarixədək Cavabdeh1 etibar etmişdir.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin ********** qeydiyyat nömrəli xx.xx.2016-cı il tarixli çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 3064 saylı bağ sahəsi Cavabdeh1 mülkiyyətindədir.
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 3065a saylı bağ sahəsi İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin AN Seriyalı 495760 nömrəli torpaq sahəsinin planı və ölçüsü mövcuddur.
5. 16 iyun 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, vətəndaş X4 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi, tərəflər arasında yaranmış mübahisə ilə bağlı olaraq mülki qaydada məhkəmə orqalarına müraciət etmələri tövsiyə edilmişdir.
6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********76 saylı sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ massivində yerləşən 0.12 hektar torpaq sahəsi 3065 saylı bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş X1 və İstismarı Birliyi ilə X6 arasında bağlanmış xx.xx.2001-ci il 30563 nömrəli müqavlə arxiv qovluğunda mövcuddur. Həmin müqavilənin qüvvədə olmaması barədə hər hansı məlumat arxiv qovluğunda aşkar olunmamışdır.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 25 may 2022-ci il tarixli, 10/2873 nömrəli rəyin surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, X14 3065 saylı bağ sahəsi İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları massivi 3065 A bağ sahəsinin qərb qonşusudur. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi 3065 A saylı bağ sahəsinin sxemdə göstərilən mövcud keçid yolu 3065 saylı bağın ərazisi olduğu müəyyən olunmuşdur. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi 3065 A saylı bağ sahəsinin sxemdə göstərilən mövcud qapısı 3065 saylı bağın ərazisinə açıldığı müəyyən olunmuşdur.
8. AECS Azərbaycan Qiymətləndirmə və Konsaltinq Xidmətinin FY 05-078/22 nömrəli, xx.xx.2022-ci il tarixli hesabatdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, X14 Bağ 3065 ünvanında yerləşən torpaq sahəsinin keçid yolu üçün nəzərdə tutulmuş 0.0154 ha torpaq sahəsinin xx.xx.2022-ci il tarixinə bazar dəyəri 770 (yeddi yüz yetmiş) manat müəyyən edilmişdir.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 09 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/8958 nömrəli rəyin surətindən görünür ki, vahid elektron kadastr baza məlumatlarına əsasən iddia olunan 3065 saylı bağ sahəsi və 3065a saylı bağ sahəsinə keçid kimi nəzərdə tutulmuş hissə qonşu özəl bağ sahələrinə əsasən 3065 saylı bağ sahəsi və bölünənlərinin ərazisinə uyğun gəlir. Vahid elektron kadastr baza məlumatlanna əsasən iddia olunan 3065 saylı bağ sahəsi və 3065a saylı bağ sahəsinə keçid kimi nəzərdə tutulmuş hissə qonşu özəl bağ sahələrinə əsasən 3065 saylı bağ sahəsi və bölünənlərinin ərazisinə uyğun gəlir. İddiaçı sökülmüş darvazanı qeydiyyatdan keçməyən 3065 saylı bağ sahəsindən nəzərdə tutduğu keçidin sərhəddində qurmuşdur.
10. İşin apellyasiya baxışı zaman alınmış "xxxx" MMC-nin 0181 nömrəli xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən Bakı şəhəri Sabunçu rayonu, X14 3065 saylı bağ sahəsində yerləşən, ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin 0.01 ha hissəsinin real bazar qiymətinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təxminən 2800 (iki min səkkiz yüz) manat təşkil etdiyi müəyyən olunur.
Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivndə yerləşən 0,112 ha torpaq sahəsindən ibarət olan 3065 a saylı bağ sahəsinə Cavabdeh1 tərəfindən edilən maneənin aradan qaldırılmasına, cavabdeh tərəfindən ona məxsus bağ sahəsinin giriş-çıxış qapısının (darvazasının yeri) daşla hörülmüş yerin onun hesabına sökülərək açılması, bağ sahəsinin 40 metr uzunluğunda bir cərgədə sökülmüş mişar daşların cavabdehin hesabına yerinə tikilərək bərpa edilməsi, bağ sahəsinin giriş-çıxış qapısının (darvazanın) qarşısındakı yolda cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması, onun bağ sahəsinə gələn yolun, giriş-çıxış qapısının qarşısında cavabdeh tərəfindən inşa etdiyi qanunsuz daş hasarın cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivndə yerləşən 0,112 ha torpaq sahəsindən ibarət olan 3065 a saylı bağ sahəsi onun xüsusi mülkiyyətindədir. Bu barədə adına xx.xx.2020-ci il tarixli dövlət reyestrindən çıxarış vardır. O, bağ sahəni dörd tərəfdən 1 metr hündürlüyündə daş hasara almışdır. Lakin, cavabdeh xx.xx.2021-ci il tarixdə onun bağ sahəsinə gələrək daş hasarın üzərindəki 40 metr uzunluğunda bir daş cərgəni uçurtmuş və uçurtduğu daşlarla onun bağ sahəsinin giriş-çıxış qapısını mişar daşı ilə hörmüş, onun bağ sahəsinin giriş-çıxış yolunu bağlayaraq orada olan torpaq sahəsini zəbt etmiş və özünə daş hasar tikərək onun öz bağına gedən yolunu bağlamış və onun bağ sahəsinə gedib-gəlməyinə manəçilik yaratmışdır. O, cavabdehə onun törətdiyi qanunsuz əməllərlə bağı öz etirazını bildirsə də bunun heç bir əhəmiyyəti olmamış, zəbt etdiyi torpaq sahəsinin sənədlərini nə ona, nə də ki polisə təqdim etməmiş, giriş-çıxış qapısının qarşısındakı yolun guya ki, onun dədə-baba torpağı olduğunu bildirmişdir. Beləliklə də, cavabdehin qanunsuz hərəkətləri nəticəsində, yəni onun bağ sahəsinin daş hasarını uçurtduğu üçün və giriş-çıxış qapısının yerini hördüyü üçün ona 200 manat məbləğində zərər dəymişdir. O, cavabdehin qanunsuz hərəkətləri barədə Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinə ərizə ilə şikayət etmişdir. Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə ona dəymiş zərər xeyli miqdarda olmadığından cinayət işinin başlanması rədd edilmiş və işin mülki xarakter olduğundan ona məhkəməyə müraciət etməyi məsləhət bilmişlər. Belə olan halda o məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət edir.
13. İddiaçı iddia tələbinin həcminin artırılması barədə xx.xx.2022-ci il tarixdə ərizə verərək, onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, X14ndə yerləşən 0,112 ha torpaq sahəsindən ibarət olan 3065 a saylı bağ sahəsindən Cavabdeh2 istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, X14 3065 saylı bağ sahəsindən keçməklə eni 3 metr, uzunluğu 51,77 metr (cəmi 0,0154 ha) olmaqla zəruri yola çıxış üçün keçid yolunun verilməsi, həmin keçid yoluna görə 770 manat məbləğində kompensasiyanın ondan tutularaq Cavabdeh2 ödənilməsi, keçid yolu üzərində Cavabdeh1 tərəfindən qanunsuz olaraq inşa edilmiş daş hasarın Cavabdeh1 hesabına sökülməsi, onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivndə yerləşən 0,112 ha torpaq sahəsindən ibarət olan 3065 a saylı bağ sahəsinə Cavabdeh1 tərəfindən edilən maneənin aradan qaldırılmasına, cavabdeh tərəfindən ona məxsus bağ sahəsinin girişçıxış qapısının (darvaza yerinin) daşla hörülmüş yerinin sonuncunun hesabına sökülərək açılması, ona məxsus bağ sahəsinin daş hasarının üstündən 40 metr uzunluğunda bir cərgədə cavabdeh tərəfindən sökülmüş mişar daşların Cavabdeh1 hesabına yerinə tikilərək bərpa edilməsi, ona məxsus bağ sahəsinin giriş-çıxış qapısının (darvaza yerinin) qarşısındakı keçid yolunda cavabdehlər tərəfindən edilən maneələrin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizəni onunla əsalandırmışdır ki, iş üzrə məhkəmə texniki-tikinti ekspertizası təyin edilmişdir. Məhkəmə Ekespertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, ona məxsus 3065 A saylı bağ sahəsinin keçid yolu 3065 saylı bağ sahəsinin ərazisi oluduğu və ona məxsus bağ sahəsinin qapısının 3065 saylı bağ ərazisinə açıldığı müəyyən olunur. Həmin bağ sahəsi də X2 və İstismarı Birliyinin xx.xx.2001-ci il tarixli, 30563 saylı müqaviləsi ilə Cavabdeh2 icarəsinə verilmişdir. Mütəxəssis və ekspert rəyinə əsasən onun bağ sahəsinin qapısı 3065 saylı bağ sahəsinin ərazisinə açılır. Onun həmin bağ sahəsindən ictimai yola çıxmaq üçün eni 3 metr, uzunluğu 51,77 (cəmi 0,0154 ha) keçid verilməlidir. Bu barədə sxem də çəkilmişdir. Lakin iş üzrə Cavabdeh1 həmin keçidin ortasında qanusuz olaraq daş hasar tikmişdir və onun həmin keçiddən istifadə etməyinə açıq-aşkar maneəçilik törədir. Həmin torpaq sahəsinin ona heç bir aidiyyətı yoxdur, 3065 saylı torpaq sahəsi Cavabdeh2 icarəsindədir. Ona veriləcək keçidin dəyərinin qiymətləndirilməsi üçün o, “AECS Azərbaycan” qiymətləndirmə konsaltinq xidmətinə müraciət etmişdir. Onların əməkdaşı tərəfindən həmin torpaq sahəsinə baxış keçirilmiş və xx.xx.2022-ci il tarixdə hesabat tərtib edimişdir. Həmin hesabata əsasən Cavabdeh2 məxsus Sabunçu rayonu, X14 3065 saylı bağ sahəsinin keçid yolu üçün nəzərdə tutulmuş 0,0154 ha torpaq sahəsinin xx.xx.2022-ci il tarixə olan bazar dəyəri 770 manat təşkil edir. O, keçid üçün həmin kompensasiyanı Cavabdeh2 ödəməyə hazırdır. Məhkəmənin nəzərinə çatdırır ki, məhkəmə tikinti ekseprtizasının rəyi məhkəməyə daxil olduqdan sonra o, bilmiş ki, onun bağ sahəsinin keçid yolu 3065 saylı bağ sahəsindən keçir, həmin bağ sahəsi də Cavabdeh2 məxsusdur.
15. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-377/2022 nömrəli, 2 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
16. Məhkəmə iddia tələbinin Cavabdeh2 yönələn hissəsinə (Bakı şəhəri, Sabunçu rayonu, X14ndə yerləşən 0,112 ha torpaq sahəsindən ibarət olan 3065 a saylı bağ sahəsindən Cavabdeh2 istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, X14 3065 saylı bağ sahəsindən keçməklə eni 3 metr, uzunluğu 51,77 metr (cəmi 0,0154 ha ) olmaqla zəruri yola çıxış üçün keçid yolunun verilməsi, həmin keçid yoluna görə 770 manat məbləğində kompensasiyanın ondan tutularaq Cavabdeh2 ödənilməsi) münasibətdə qeyd etmişdir ki, iddia tələbi ilkin olaraq qeyd edilən hissədə təmin edilə bilməz. Belə ki, mülki iş matriallarına əlavə edilmiş icarəyə müqaviləsindən də görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 3065 saylı bağ sahəsi qanunvericliyintələbinə uyğun olaraq Cavabdeh2 qanuni istifadəsindədir. Həmiçinin məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın vermiş olduğu rəydən məlum olur ki, iddiaçının mülkiyyətində olan 3065 a saylı bağ sahəsinin mövcud keçid yola hazırki vəziyyətdə keçidi yalnızca Cavabdeh2 hazırda qanuni istifadəsində olan 3065 saylı bağ sahəsinin ərazisi olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 175.1-ci maddəsində nəzərdə tutulmuş zəruri keçid yolunun verilməsi hər iki tərəfin zəruri mənafeylərinə nəzərə alınmaqla aparıla bilər. Hazırki vəziyyətdə iddiaçının tələb ediyi 0154 hektar keçid yolunun cavabdehdən iddiaçının xeyrinə ayrılması, cavabdehin qanuni istifadəsindəki olan torpağa müdaxilə edilmək ilə mülkiyyətin müdafiəsi hüququn pozulmasına gətirib çıxarır.
17. İddiaçı cavabdehə zəruri keçid yolunun ayrılması müqabilində ona 770 manat məbləğində birdəfəlik kompensasiya ödənilməsini tələb etsə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 175-ci maddəsinin məzmunundan da aydın olur ki, birdəfəlik kompensasiyanın ödənilməsi yalnız tərəflərin hər ikisinin razılığı olduğu halda həyata keçirilə bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbinin ilkin hissəsini əhatə edən birdəfəlik kompensasiya ödənilməklə zəruri keçid yolunun ayrılması hissəsində təmin edilə bilməz.
18. Bundan başqa məhkəmə iddia tələbinin Cavabdeh1 Ağarəfi oğluna yönələn hissəsinə (keçid yolu üzərində Cavabdeh1 tərəfindən qanunsuz olaraq inşa edilmiş daş hasarın Cavabdeh1 hesabına sökülməsi, onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivndə yerləşən 0,112 ha torpaq sahəsindən ibarət olan 3065 a saylı bağ sahəsinə Cavabdeh1 tərəfindən edilən maneənin aradan qaldırılmasına, cavabdeh tərəfindən ona məxsus bağ sahəsinin giriş-çıxış qapısının (darvaza yerinin) daşla hörülmüş yeri sonuncunun hesabına sökülərək açılması, ona məxsus bağ sahəsinin daş hasarının üstündən 40 metr uzunluğunda bir cərgədə cavabdeh tərəfindən sökülmüş mişar daşların Cavabdeh1 hesabına yerinə tikilərək bərpa edilməsi, ona məxsus bağ sahəsinin giriş-çıxış qapısının (darvaza yerinin) qarşısındakı keçid yolunda cavabdehlər tərəfindən edilən maneələrin aradan qaldırılması) hissəsinə münasibət bildirərk qeyd etmişdir ki, mülki iş matriallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli etibarnamədən görünür ki, Cavabdeh2 ona 30563 saylı müqavilə ilə ayrılmış və faktiki istifadəsində olan ünvan ünvanında yerləşən ümumi sahəsi 1200 kv.m torpaq sahəsindən təyinatı üzrə istifadə etməyi və.s kimi hərəkətlərin edilməsi ilə bağlı X5 etibarnamə vermişdir. Hazırdı iddiaçının cavabdehə qadağan edilməsi tələb etdiyi hərəkətlər iddia tələbinin ilkin hissəsini əhatə edən zəruri keçid yolunun ayrılması ilə əlaqədar olduğundan məhkəmə hesab edir ki, nə qədər ki, iddiaçının ilkin tələbi yəni 3065 saylı bağsahəsindən iddiaçının xeyrinə keçid yolu ayrılmamışdır, cavabdehlərin iddiaçıya münüsibətdə həmin keçid yolunun açılmasına maneə olan hərəkətlərin edilməsi qadağan edilə bilməz. Belə ki, qeyd edilən hissə hazırkı vəziyyətdə yalnız cavabdehlərin qanuni istifadəsindədir. Bundan başqa məhkəmə iddiaçıya onuda izah etməyi zəruri hesab edir ki, iddiaçı hazırki vəziyyətin aradan qaldırılması üçün onun zəruri yola çıxışını təmin etmək məqsədi ilə məhkəməyə “Servitut tələbi” ilə müraciət edə bilər.
19. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3, 146.1, 146.2, 152.1, 157.2, 157.4, 175.1, 175.2, 225.1 və 225.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
20. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-377/2022 nömrəli, 2 noyabr 2022-ci il tarixli qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehə kompensasiya verilməklə 3065 saylı bağ sahəsindən ona keçid yolu verilə bilməz, guya ki, onun tərəfindən cavabdehə keçid yolunun ayrılması müqabilində 770 manat məbləğində birdəfəlik kompensasiyanın ödənilməsi AR MM-nin 175.1-ci maddəsinə əsasən hər iki tərəfin razılığı əsasında həyata keçirilə bilər. Məhkəmənin mövqeyi ilə razı deyildir. Belə ki, AR MM-nin 175.1-ci maddəsinə əsasən onun cavabdehin bağ sahəsindən ictimai yola zəruri yol və keçid verilməsini tələb etmək hüququ vardır. Həmin maddədə İddiaçı qonşulardan zəruri yolun ayrılması xahişi deyil, tələb etmək hüququ qeyd edilmişdir. Həmin maddədə qonşunun razılığı tələb olunmur. Lakin məhkəmə əsassız olaraq qətnamədə qeyd edir ki, keçid yolu hər iki tərəfin razılığı əsasında həyata keçirilə bilər. Həmin maddədə “hər iki tərəfin razılığı olmalıdır” sözü yoxdur. Maddədə keçid yolunun verilməsi üçün kompensasiyanın verilməsi ilə bağlı qarşılıqlı mənafeələrin nəzərə alınması qeyd olunmuşdur. Lakin cavabdehlər keçid yolu üçün müəyyən olunan kompensasiyanın məbləğini mübahisələndirməmişlər. Belə olan halda keçid yolu üçün verilən kompensasiyanın cavabdehə ödənilməsi onun mənafeynə uyğun olduğunu müəyyən etmək olar. Bundan başqa ekspert rəyində qeyd olunmuşdur ki, ona məxsus 3065 A saylı bağ sahəsinin keçid yolu 3065 saylı bağ sahəsinin ərazisinə düşür. Onun keçid yolu yalnız həmin bağ sahəsindəndir. O, öz bağ sahəsinə daxil ola bilmir, keçid yolu olmadığı üçün ora tikinti materialları gətirə bilmir, orada tikinti işlərini apara bilmir. Məhkəmə habelə əsassız olaraq qətnamədə qeyd edir ki, Cavabdeh2 3065 saylı bağ sahəsinə görə Cavabdeh1 etibarnamə verdiyindən və ona keçid yolu ayrılmadığından maneələr qəbul edilə bilməz. O, məhkəmənin gəldiyi nəticə ilə razı deyil. Belə ki, məhkəməyə fotoşəkillər təqdim etmişdir və iddia tələbində bildirmişdir ki, Cavabdeh1 onun xüsusi mülkiyyətində olan 3065 A saylı bağ sahəsinə maneə yaradır, onun bağ sahəsinə gedib-gəlməyinə maneəçilik törədir, bağ sahəsinin daş hasarının üstündən bir cərgədə 40 metr uzunluğunda mişar daşlarını vurub uçurtmuşdur. Lakin məhkəmə onun bu iddia tələbi ilə bağlı qətnamədə öz münasibətini bildirməmişdir. Məhkəmə habelə qeyd edir ki guya ki, Cavabdeh2 3065 saylı bağ sahəsinin mülkiyyətçisidir, onun mülkiyyət hüquqları müdafiə olunmalıdır. Halbuki bu belə deyildir, həmin 3065 saylı bağ sahəsi hələ ki dövlət mülkiyyətində olub müqavilə ilə Cavabdeh2 icarəsinə verilmişdir. Müqavilənin müddəti isə çoxdan bitmişdir. Beləliklə də məhkəmə səhv nəticəyə gələrək əsassız qətnamə qəbul etmiş, onun mülkiyyət hüquqularını kobud surətdə pozmuş və ona öz bağ sahəsinə ictimai yola çıxış üçün keçid verməkdən əsassız olaraq imtina etmişdir. Həmin qətnamə qanunsuz olduğundan ləğv olunmalıdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, rəylərin hamısında yol verilməsinin mümkün olduğu göstərilmişdir, hətta sxemdə də yol göstərilmişdir. 4312 manat ödənilməsinə etiraz etmirlər. Hal-hazırda həmin yoldan istifadə etməyə Cavabdeh1 tərəfindən maneələr törədilir. Həmin maneələrin aradan qaldırılmasını xahiş edirlər. 24.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini əsassız hesab etdiyini, təmin edilməməsini və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-377/2022 saylı 2 noyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Qeyd etmişdir ki, o, öz torpaq sahəsindən iddiaçıya yol verməyə razı deyil. Belə ki, o iddiaçıya münasibətdə qonşuluq etsə də, iddiaçı ona qarşı haqsızlıq etmişdir. İddiaçı özbaşına keçid yolu açmışdır. Halbuki, yan tərəfdən iddiaçıya məxsus torpaq sahəsinə giriş-çıxış yolu vardır. O, öz torpaq sahəsinə xeyli xərc qoymuş, torpağı qaldırmış, hasar çəkmişdir. 25.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətini əsassız hesab etdiyini, təmin edilməməsini və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-377/2022 saylı 2 noyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Qeyd etmişdir ki, 3064 saylı bağ sahəsi 2001-ci il Bağlar Təsərrüfat İdarəsi tərəfindən ayrılmışdır. Həmin torpaq sahəsi ilə bağlı bütün səlahiyyətlərin ötürülməsinə dair Cavabdeh2 tərəfindən Ağasi Zəkiyevə 2070-ci ilə qədər etibarnamə verilmişdir. İddiaçı özbaşına, qanusuz olaraq keçid yolu açıb. Hazırki vəziyyətdə cavabdehin qonşunun özbaşınalığından müafiə hüququ var. Torpaq sahəsinə dair 2020-ci ildə çıxarış alınıb. MM-nin 175.2-ci maddəsindən müəyyən olunur ki, zəruri keçid müəyyən olunan zaman qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Hüquqlarını müdafiə etdiyi şəxsə 12 sot torpaq sahəsi verilmişdir. Mövqeyi ondan ibarətdir ki, torpaq sahəsinin əvəzində iddiaçı tərəfindən torpaq sahəsi verilsin, eyni zamanda hasarın çəkilməsi üçün verilmiş xərclər iddiaçı tərəfindən ödənilsin. Onların mövqeləri birinci instansiya məhkəməsinin mövqeyi ilə eynidir.
Apellyasiya baxışının hədləri 26.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 27.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 28.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 29.Məhkəmə kollegiyası qeyd edir ki, qətnamədən iddiaçı apellyasiya şikayəti verərək ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
30.5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 31.11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 32.21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
33. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 34.139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar,bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
35. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 36.152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 37.157.4-ci maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 38.159-cu maddəsinə əsasən, sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. 39.164.1-ci maddəsinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 40.165.1-ci maddəsinə əsasən, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. 41.169.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. 42.170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri,qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 43.175-ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər. Əgər torpaq sahəsi ilə artıq mövcud olmuş əlaqə xətləri mülkiyyətçinin özbaşına hərəkətləri nəticəsində ləğv edilərsə, zəruri yola və ya birləşdirici xəttə dözmək vəzifəsi əmələ gəlmir. 44.180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 45.180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya bunalazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
Azərbaycan Respublikası Torpaq Məcəlləsinin
46.110-cu maddəsinə əsasən, torpaq sahəsinin özbaşına tutulması torpaq qanunvericiliyinin pozulması hesab edilir və bu hərəkəti törətmiş təqsirli şəxslər qanunvericiliklə müəyyən edilmiş məsuliyyət daşıyırlar. 47.111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
48.14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
49.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından şikayət qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməlidir. 50.Məhkəmə kollegiyası iddianın “xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, X14ndə yerləşən 0,112 ha torpaq sahəsindən ibarət olan 3065 a saylı bağ sahəsindən Cavabdeh2 istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, X14 3065 saylı bağ sahəsindən keçməklə eni 3 metr, uzunluğu 51,77 metr (cəmi 0,0154 ha) olmaqla zəruri yola çıxış üçün keçid yolunun verilməsi, həmin keçid yoluna görə 770 manat məbləğində kompensasiyanın ondan tutularaq Cavabdeh2 ödənilməsi” hissəsi ilə qismən razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri sayır. 51.Göründüyü kimi mübahisə, avtomobil yolundan iddiaçının daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə adına qeydiyyata alınmış torpaq sahəsinə Cavabdeh2 icarəsinə verilmiş torpaq sahəsindən keçid yolu kimi istifadə etməsindən qaynaqlanmışdır. İddiaçının iddianın qanuni əsası olaraq Mülki Məcəllənin 175-ci maddəsinə əsaslanmasına baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən iddiası əsaslı sayılmamaqla iddiaçıya hazırki vəziyyətin aradan qaldırılması üçün, yəni onun zəruri yola çıxışının təmin edilməsi üçün məhkəməyə “Servitut tələbi” ilə müraciət etməsi izah edilmişdir. 52.Beləliklə iş materiallarından göründüyü kimi iddiaçı məhkəməyə müraciət edərək mülkiyyətində olan torpaq sahəsindən istifadəsinin məhdudlaşdırılmasını aradan qaldırmaq üçün torpaq sahəsinə maneəsiz gediş-gəlişin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hesab edir ki, Cavabdeh2 istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, X14 3065 saylı bağ sahəsindən keçid verilməsinin tələb edilməsi daha yolveriləndir. Cavabdeh isə iddiaçının mübahisələndirdiyi yolun onun torpaq sahəsindən keçdiyini, gediş-gəlişin bu formada təmin edilməsinin onun torpağa olan hüququnu məhdudlaşdıracağını qeyd edir. 53.Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri sayır ki, “3065 saylı bağın icarəyə verilməsi haqqında” 30563 nömrəli xx.xx.2001-ci il tarixli müqaviləyə əsasən İcra Hakimiyyətinin bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının xx.xx.2001-ci il tarixli Sərəncamının 825 nömrəli protokolu əsasında Ləhiş qəsəbəsində, 0.12 ha bağ sahəsi “İcarədar” adlanan Cavabdeh2 icarəyə verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********76 saylı sorğuya cavab məktubundan də görünür ki, həmin müqavilənin qüvvədə olmaması barədə hər hansı məlumat arxiv qovluğunda aşkar olunmamışdır. 54.Göründüyü kimi Cavabdeh2 istifadəsinə verilmiş Ləhiş qəsəbəsində, 0.12 ha bağ sahəsinə hüququnun itməsinin hansısa qaydada rəsmiləşməsi (müqavilənin hüquqi qüvvədən düşməsi/salınması, sahənin başqa şəxsin istifadəsinə keçməsi, bu barədə lazımi qurumların məlumatlandırılması, icazənin alınması və s.) iş materiallarından müəyyən edilmir. Cavabdeh1 - müvafiq etibarnaməyə əsasən mübahisəli torpaq sahəsinin sahibliyinə verildiyinə dair dəlili ilə əlaqədar isə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hüquqi vəziyyəti qanunvericiliklə nəzərdə tutulan qaydada rəsmiləşdirilməsi vacib hesab edilən torpaq sahəsi ilə bağlı müəyyən hərəkətlərin həyata keçirilməsinə dair Cavabdeh2 tərəfindən digər Cavabdeh1 verilmiş etibarnamə onların arasında alqı-satqı müqaviləsinin baş tutmasının sübutu kimi qəbul edilməsi yolverilməzdir. Çünki etibarnamənin təyinatı fərqlidir və əmlakın adına özgəninkiləşdirilməsinə dair hər hansı öhdəliyin cavabdeh tərəfindən üzərinə götürülməsi həmin etibarnamədə göstərildiyi müəyyən edilməmişdir. 55.Bu səbəbdən zəruri keçid ayrılmasını tələb etmək hüququnun tanınması barədə tələbin məhz Cavabdeh1 münasibətdə deyil, Cavabdeh2 münasibətdə yönəldilməsini məhkəmə haqlı sayır. 56.Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, hazırki məsələnin düzgün həlli üçün sahiblik hüququ qonşuluq hüququ çərçivəsində bu hüquqların məhdudlaşdırılma imkanları və tərəflərin öhdəlikləri nəzərdən keçirilməlidir. 57.Belə ki, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. 58.Bununla belə bu hüquq mütləq olmayıb, qanunda nəzərdə tutulmuş hallarda onun məhdudlaşdırılması imkanı da vardır. Belə ki, qanunvericilikdə sosial öhdəliklərə səbəb olması, sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədilə, başqa şəxslərin və cəmiyyətin maraqları naminə, qanunla nəzərdə tutulmuş şərtlər çərçivəsində sahiblik hüququnun məhdudlaşdırılması, şəxsin bu hüquqdan məhkəmə qərarı ilə məhrum edilməsinin mümkünlüyü açıqca təsbit olunmuşdur. Məhdudlaşdırmanın yolverilən sayılması üçün bu hüquqa müdaxilənin varlığı, müdaxilənin qanunda nəzərdə tutulması, qanuni məqsəd daşıması (cəmiyyətin maraqlarına xidmət etməsi) və haqq qazandırıla bilən (zəruri və mütənasib) olması vacibdir. Bu şərtlərə cavab verən bir məhdudlaşdırma mülkiyyət hüququna qanunsuz müdaxilə hesab edilmir. 59.Yuxarıda qeyd olunanları hazırkı işə tətbiq etdikdə aydın olur ki, iddiaçı mübahisəli torpaq sahəsinin bir hissəsindən yol kimi istifadə etmək niyyəti üçün cavabdehin sahiblik hüququna müdaxilə halı mövcuddur. Bununla belə, həmin müdaxilənin qanunda nəzərdə tutulması və qanuni məqsəd daşıması, cavabdehin həddən artıq məhrumiyyətə məruz qalıb-qalmaması da yoxlanılmalıdır. Belə ki, müvafiq hüququnun məhdudlaşdırılmasının qanunda nəzərdə tutulmuş əsaslarından biri özgənin sahibliyində olan sahədən zəruri yol və keçidin verilməsidir. 60.Belə ki, Mülki Məcəllənin 175-ci maddəsinə görə, əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər. 61.Beləliklə mülkiyyət, o cümlədən sahiblik hüququnun məhdudlaşdırılmasının qanunda nəzərdə tutulmuş əsaslarından biri özgənin sahibliyində olan sahədən zəruri yol və keçidin verilməsidir. Mülki Məcəllənin 175-ci maddəsinə görə, əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o, tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. 62.Göründüyü kimi, qonşuluq hüququ çərçivəsində, yəni başqa torpaq mülkiyyətçisinin hüquq və mənafelərinin təmin olunması məqsədilə mülkiyyətçinin torpaq sahəsindən keçid yolunun ayrılması imkanı qanunda nəzərdə tutulmuşdur. Bu qayda mülkiyyətin sosial funksiyasından irəli gələn qanuni məhdudlaşdırma əsaslarından biridir. 63.Baxılan işdə də iddiaçının mülkiyyətində olan torpaq sahəsinə ərazinin cari vəziyyətində avtomobil yolunun mövcud olmadığı, həmçinin ümumi yoldan iddiaçıya məxsus torpaq sahəsinə yolun başqa tərəfdən açılmasının mümkün olmadığı müəyyən edilir. 64.Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 25 may 2022-ci il tarixli, 10/2873 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, X14 3065 saylı bağ sahəsi İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları massivi 3065a bağ sahəsinin qərb qonşusudur. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi 3065a saylı bağ sahəsinin sxemdə göstərilən mövcud keçid yolu 3065 saylı bağın ərazisi olduğu müəyyən olunmuşdur. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi 3065a saylı bağ sahəsinin sxemdə göstərilən mövcud qapısı 3065 saylı bağın ərazisinə açıldığı müəyyən olunmuşdur. 65.Eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/8958 nömrəli ekspert rəyindən görünür ki, vahid elektron kadastr baza məlumatlarına əsasən iddia olunan 3065 saylı bağ sahəsi və 3065a saylı bağ sahəsinə keçid kimi nəzərdə tutulmuş hissə qonşu özəl bağ sahələrinə əsasən 3065 saylı bağ sahəsi və bölünənlərinin ərazisinə uyğun gəlir. Vahid elektron kadastr baza məlumatlarına əsasən iddia olunan 3065 saylı bağ sahəsi və 3065a saylı bağ sahəsinə keçid kimi nəzərdə tutulmuş hissə qonşu özəl bağ sahələrinə əsasən 3065 saylı bağ sahəsi və bölünənlərinin ərazisinə uyğun gəlir. 66.Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixində keçirdiyi yerində müayinəyə əsasən, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları massivi 3065a bağ sahəsinin ərazinin mövcud vəziyyətində avtomobil yolunun mövcud olmadığı, həmçinin ümumi yoldan iddiaçıya məxsus torpaq sahəsinə yolun başqa tərəfdən açılmasının mümkün olmadığı, keçid verilməsinin Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları massivi 3065 bağ sahəsinin sahibi olan cavabdehdən tələb edilməsi daha yolverilən olduğu müəyyən edilmişdir. 67.Beləliklə məhkəmə kollegiyası iddiaçıya cavabdehin mülkiyyətində olan torpaq sahəsindən keçid verilməsinin zəruriliyini müzakirə edərək hesab edir ki, ümumi avtomobil yolundan iddiaçının mülkiyyətində olan torpaq sahəsinə giriş və çıxışın olmadığı, iddiaçının torpağına gedən başqa, daha uyğun olan yolu olmadığı nəzərə alınmaqla, iddiaçıya zəruri keçidin mübahisəli sahədən (keçid ilə bağlı bölgü sxemdə əks olunan formada) verilməsi əsaslı hesab edilməli, iddiaçının başqa yolu olmadığına görə zəruri keçidlə təmin edilməsi məsələsi məhz Mülki Məcəllənin 175.1-ci maddəsində nəzərdə tutulan qaydada həll edilməlidir. 68.Bununla belə qeyd edilməlidir ki, iddiaçıya, mülkiyyətində olan torpaq sahəsindən ictimai yola zəruri keçidin olmaması qonşuya qarşı, ilk növbədə keçid verilməsi daha yolverilən olan qonşuya qarşı tələb irəli sürmək hüququ verilsə də, qanunvercilikdə qonşunun mülkiyyətində olan torpaq sahəsinin hesabına zəruri yolun (keçidin) verilməsinin əvəzsiz olması nəzərdə tutulmamışdır. Mülki Məcəllənin 175.2-ci maddəsində torpaq sahələrindən zəruri yol keçəcək qonşulara birdəfəlik, yaxud da vaxtaşırı kompensasiya ödənilməli olması təsbit edilmişdir. 69.Məhkəmə kollegiyası vurğulayır ki, zəruri keçid müəyyənləşdirilərkən tərəflərin qarşılıqlı mənafeləri nəzərə alınmalıdır. Belə ki, məqsədə çatma vasitəsi kimi hər hansı hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır. Tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyi təmin olumalıdır. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. 70.İşdən görünür ki, iddiaçı cavabdeh qonşudan torpaq sahəsindən ictimai yola zəruri keçidin verilməsini tələb etmək hüququndan istifadə edərkən, bunun əvəzində birdəfəlik qaydada kompensasiya ödənilməsini təklif etmişdir. Məhkəmə kollegiyası da bu məsələni müzakirə edərək, təklif edilən kompensasiya məbləğinin müvafiq ərazidə torpağın hazırkı bazar qiymətlərinə uyğun olmadığını nəzərə almış, qeyd edilən halı aydınlaşdırmaq məqsədilə yenidən qiymətləndirmənin aparılmasını labüd hesab etmişdir. 71.İşin apellyasiya baxışı zaman alınmış "xxxx" MMC-nin 0181 nömrəli xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən Bakı şəhəri Sabunçu rayonu, X14 3065 saylı bağ sahəsində yerləşən, ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin 0.01 ha hissəsinin real bazar qiymətinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təxminən 2.800 (iki min səkkiz yüz) manat təşkil etdiyi müəyyən olunmuşdur. 72.İddiaçı cavabdehin xeyrinə həmin məbləğdə kompensasiya ödəməyə razı olduğunu qeyd etmişdir. Buna baxmayaraq cavabdeh iddiaçının təklif etdiyi kompensasiya məbləğinin kifayət olmadığını qeyd etməklə, kompensasiyanın bu məbləğdə və qaydada ödənilməsi ilə razılaşmadığını ifadə etmişdir.
73. Məhkəmə kollegiyası qanunvericiliklə keçid yolun verilməsi üçün qonşu torpaq sahəsinin mülkiyyətçisinin (qanuni sahibinin) hüququnun məhdudlaşdırılmasının yolverilən olduğunu, mülkiyyətçiyə bu cür tələb irəli sürmək hüququnun verildiyi, qonşunun mülkiyyətində olan torpaq sahəsinin hesabına zəruri yolun (keçidin) verilməsinin əvəzsiz olmasının isə nəzərdə tutulmadığını vurğulayaraq qeyd edir ki, cavabdehin torpaq sahəsindən istifadə hüququnun kompensasiya ilə məhdudlaşdırılması mümkün sayıldığı təqdirdə, iddiaçının təklif etdiyi məbləğin ödənilməsi qaydası həm də cavabdehin mülahizəsindən asılı edilməli, bu məsələ hər iki tərəfin mənafeyinə uğun həll edilməlidir.
74. Belə ki, Mülki Məcəllənin 175.2-ci maddəsində torpaq sahələrindən zəruri yol keçəcək qonşulara kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur. Kompensasiyanın birdəfəlik ödəniş şəklində verilməsi isə yalnız tərəflər arasında əldə olunan razılaşmaya əsasən mümkün olduğu qeyd edilmişdir. Göründüyü kimi də, iddiaçının müvafiq təklifi bu kateqoriyadan olan mübahisələrin yekun həlli üçün kifayətedici deyil. Bu zaman da məhkəmə tərəfindən müəyyən olunmuş kompensasiyanın ödənilməsi qaydası barədə cavabdehin razılığının olub-olmaması nəzərə alınmalıdır.
75. Məhkəmə kollegiyası hazırkı mübahisənin iddiaçının təklif etdiyi qaydada, yəni birdəfəlik 2.800 (iki min səkkiz yüz) manat məbləğində kompensasiya ödənilməklə həll edilməsini, hüquqları məhdudlaşdıran cavabdehin razılığı olmadığınıdan, mümkün saymır. Belə ki, məhkəmə kollegiyası cavabdehin qanuni əsaslarla hüququnun məhdudlaşdırılması üçün yetərli kompensasiya məbləğini müəyyən etsə də, yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, bu özlüyündə iddiaçı tərəfindən həmin məbləğin ödənilməli olması barədə qərar qəbul etmək üçün əsas deyildir.
76. Kollegiya cavabdehin təklif olunan məbləğin birdəfəlik kompensasiya olaraq qəbul etməsinə razılıq verməməsi, iddianın rədd edilməsi üçün əsas olmadığını qeyd edir, ona gələcəkdə məhkəmədənkənar qaydada, yaxud da məhkəməyə müraciət etməklə, zəruri keçidin verilməsi məqsədilə məhdudlaşdırılmış hüququn kompensasiya olunması üçün məhz seçdiyi və ədalətli hesab etdiyi formada kompensasiya ödənilməsi barədə tələb irəli sürmək hüququnun olmasını izah edir. Məhkəmə kollegiyasının mövqeyinə görə mübahisənin bu formada həlli işin hallarına və iddiaçı ilə cavabdehin qanunla qorunan hüquqlarının təmin edilməsi baxımından hər iki tərəfin mənafeyinə uyğundur.
77. Beləliklə də, İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, X14ndə yerləşən 0,112 ha torpaq sahəsindən ibarət olan 3065 a saylı bağ sahəsindən Cavabdeh2 istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, X14 3065 saylı bağ sahəsindən keçməklə eni 3 metr, uzunluğu 51,77 metr (cəmi 0,0154 ha) olmaqla zəruri yola çıxış üçün keçid yolu (ekspert rəyinə əlavə olunmuş bölgü sxemində qeyd edilmiş formada) verilməlidir.
78. Həmçinin İddiaçı məxsus bağ sahəsinin giriş-çıxış qapısının (darvaza yerinin) qarşısındakı keçid yolunda cavabdehlər Cavabdeh1 (Bakı şəhəri, Sabunçu rayonu, X14 3065 saylı bağ sahəsinə aidiyyəti müəyyən edilmədiyindən) və Cavabdeh2 (sahiblik hüququnun məhdudlaşdırılmasının qanunda nəzərdə tutulmuş əsaslar müəyyən edildiyindən) tərəfindən edilən maneələr aradan qaldırılmalıdır.
79. İddianın digər hissəsi - keçid yolu üzərində Cavabdeh1 tərəfindən qanunsuz olaraq inşa edilmiş daş hasarın Cavabdeh1 hesabına sökülməsi, onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivndə yerləşən 0,112 ha torpaq sahəsindən ibarət olan 3065 a saylı bağ sahəsinə Cavabdeh1 tərəfindən edilən maneənin aradan qaldırılması, cavabdeh tərəfindən ona məxsus bağ sahəsinin giriş-çıxış qapısının (darvaza yerinin) daşla hörülmüş yerinin sonuncunun hesabına sökülərək açılması, ona məxsus bağ sahəsinin daş hasarının üstündən 40 metr uzunluğunda bir cərgədə cavabdeh tərəfindən sökülmüş mişar daşların Cavabdeh1 hesabına yerinə tikilərək bərpa edilməsi ilə əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
80. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən iddia tələblərinin dəyərləndirilməsi Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən aparılmalıdır. Həmin maddənin məzmununa görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
81. Göründüyü kimi mülkiyyət hüququnun müdafiəsinin əşya hüquqi vasitələri təsbit edilmişdir. Bu vasitələr onunla xarakterizə olunur ki, onlar mülkiyyət hüququnun mütləq subyektiv hüquq kimi müdafiəsinə istiqamətlənib, hər hansı bir konkret öhdəliklə bağlı deyildir. Əşya-hüquqi iddialara sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması ilə haqqında iddia (neqator iddia) aiddir.
82. Yuxarıda qeyd edilən hallardan göründüyü kimi, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları massivi 3065a bağ sahəsinin ərazinin mövcud vəziyyətində avtomobil yolunun olmadığı, həmçinin ümumi yoldan iddiaçıya məxsus torpaq sahəsinə yolun başqa tərəfdən açılmasının mümkün olmadığı, keçid verilməsinin Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları massivi 3065 bağ sahəsinin sahibi olan Cavabdeh2 tələb edilməsi daha yolverilən olduğu müəyyən edilmişdir.
83. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh2 istifadəsinə verilmiş Ləhiş qəsəbəsində, 0.12 ha bağ sahəsinə Cavabdeh1 hər hansı aidiyyəti yoxdur. O, Bakı şəhəri, Sabunçu rayonu, X14 3064 saylı bağ sahəsinin mülkiyyətçisidir və bu bağ sahəsi İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları massivi 3065a bağ sahəsinin şimal qonşusudur. İddiaçı sökülmüş darvazanı qeydiyyatdan keçməyən 3065 saylı bağ sahəsindən nəzərdə tutduğu keçidin sərhəddində qurmuşdur.
84. Buna baxmayaraq Bakı şəhəri, Sabunçu rayonu, X14 3064 saylı bağ sahəsinin mülkiyyətçisi olan Cavabdeh1 iddiaçıya verilməsi nəzərdə tutulan keçid yolu üzərində daş hasarı inşa etmiş, iddiaçıya məxsus bağ sahəsinin giriş-çıxış qapısını (darvaza yerini) sökmüş, həmçinin iddiaçı tərəfindən hörülmüş daş hasarının üstündən 40 metr uzunluğunda bir cərgədə mişar daşlarını sökmüşdür. Qeyd edilən hərəkətləri törətdiyini Cavabdeh1 etiraf etmişdir. Belə ki, o, Cavabdeh2 tərəfindən verilmiş etibarnaməyə əsasən özünü həm də Bakı şəhəri, Sabunçu rayonu, X14 3065 saylı bağ sahəsinin qanuni sahibi sayaraq yuxarıda göstərilən formada davranmaqla iddiaçının qanunsuz hərəkətlərinə son qoyulmasına nail olmağa çalışmışdır.
85. Cavabdehin törətdiyi pozuntudan iddiaçının əşya hüquqlarını neqator iddia vasitəsilə müdafiə etməsinin mümkün olması ilə məhkəmə kollegiyası razılaşır.
86. Belə ki, neqator iddia sahiblikdən məhrum edilməklə əlaqədar olmayan pozuntuların aradan qaldırılması barədə iddiadır. Neqator iddia mülkiyyətçinin ona məxsus olan əmlakdan istifadə və onun üzərində sərəncam səlahiyyətlərinin həyata keçirilməsinə mane olan pozuntuların aradan qaldırılması haqqında üçüncü şəxsə qarşı irəli sürdüyü müqavilədənkənar tələbdən ibarətdir. Neqator iddia habelə mülkiyyət hüququnun həyata keçirilməsinə yönələn maneə təhlükəsinin olması imkanları olduqda da qaldırıla bilər. Neqator iddanın məqsədi mülkiyyətçinin və digər titul sahibinin əşyaya sahiblikdən məhrumetmə ilə bağlı olmayan digər salahiyyətlərini (istifadə və sərəncam səlahiyyətini) müdafiə etməklə, pozulmuş hüquqları bərpa etməkdən ibarətdir.
87. Bu iddiadan üç məqsəd güdülür: birincisi, hüququ pozulmuş hərəkətlərin qarşısını almaq; ikincisi, gələcəkdə mülkiyyət hüququnun pozulmasına gətirib çıxara biləcək hərəkətlərin qarşısını qabaqcadan almaq (preventiv məqsəd); üçüncüsü, hüququn pozulması anına kimi mövcud olan vəziyyəti bərpa etmək üçün müəyyən hərəkət etməyi cavabdehə həvalə etmək. neqator iddia təmin edildikdə pozuntu törədən şəxsin üzərinə yaratdığı maneəni aradan qaldırmaq vəzifəsi qoyulur. Bu vəzifənin icra edilməsi nəticəsində mülkiyyətçi əşya barəsində istifadə və sərəncam səlahiyyətlərini həyata keçirmək imkanı əldə edir.
88. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia bu hissədə əsaslıdır, iddiaçının məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması müəyyən edilmişdir.
89. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur, apellyasiya şikayətinin dəlilləri yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərinə əsasən qismən əsaslıdır.
90. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
91. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər.
92. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-377/2022 nömrəli, 2 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, X14ndə yerləşən 0,112 ha torpaq sahəsindən ibarət olan 3065a saylı bağ sahəsinə Cavabdeh2 istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, X14 3065 saylı bağ sahəsindən keçməklə eni 3 metr, uzunluğu 51,77 metr (cəmi 0,0154 ha) olmaqla zəruri (avtomobil yolu) yola çıxış üçün keçid yolu verilsin. İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, X14ndə yerləşən 0,112 ha torpaq sahəsindən ibarət olan 3065a saylı bağ sahəsinin giriş-çıxış qapısının (darvaza yerinin) qarşısındakı keçid yolunda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən edilən maneələr aradan qaldırılsın. Keçid yolu üzərində Cavabdeh1 tərəfindən qanunsuz olaraq inşa edilmiş daş hasarı onun hesabına sökülsün. İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, X14ndə yerləşən 0,112 ha torpaq sahəsindən ibarət olan 3065a saylı bağ sahəsinin girişçıxış qapısının (darvaza yerinin) daşla hörülmüş yeri Cavabdeh1 hesabına sökülərək açılsın. İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, X14ndə yerləşən 0,112 ha torpaq sahəsindən ibarət olan 3065a saylı bağ sahəsinin daş hasarının üstündən 40 metr uzunluğunda bir cərgədə Cavabdeh1 tərəfindən sökülmüş mişar daşları onun hesabına yerinə tikilərək bərpa edilsin. İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivndə yerləşən 0,112 ha torpaq sahəsindən ibarət olan 3065a saylı bağ sahəsinə Cavabdeh1 tərəfindən edilən maneələr aradan qaldırılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev