Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-440/2022 31.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, Cavabdeh LPS «X1» MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər LPS «X1» MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(005)- 142/2021 saylı qətnaməsindən cavabdehlər Cavabdeh3, həmçinin LPS «X1» MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər LPS «X1» MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Nərimanov Məhkəməsinin 07 aprel 2021-ci il tarixli qətnaməsi ilə (qətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması barədə 08.05.2021-ci il tarixli qərardada əsasən) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1ndən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 12 aprel 2016-ci il tarixli kredit müqaviləsi üzrə banka olan 66000 (altmış altı min) ABŞ dolları məbləğində əsas, 21876,43 (iyirmi bir min səkkiz yüz yetmiş altı dollar qırx üç sent) ABŞ dolları məbləğində faiz, 5000 (beş min) ABŞ dolları məbləğində cərimənin və kredit müqaviləsi üzrə 12 aprel 2018-ci il tarixdən 11 fevral 2020ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 6776,55 (altı min yeddi yüz yetmiş altı dollar əlli beş sent) ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 99652,98 (doxsan doqquz min altı yüz əlli iki dollar doxsan səkkiz sent) ABŞ dolların (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində borcun, ödənilmiş 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun və 20 (iyirmi) manat məbləğində xidmət haqqının tutulması, Cavabdeh1ndən tutulmalı olan məbləğ borc öhdəliyinin təminatı kimi iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, 2 otaqlı, 183,1 kv.metr ümumi, 43,84 kv.metr yaşayış, 139,26 kv.metr yardımçı sahədən ibarət 55/4206 nömrəli bağ evinə və 0,1006 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlak və torpaq sahəsinin açıq hərrac yolu ilə realizə edilməsi, bağ evinin və torpaq sahəsinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsaitin Cavabdeh3 verilməsi, satışdan əldə olunmuş vəsaitin borcun ödənilməsinə kifayət etmədiyi halda qalıq borcun ümumi qaydada cavabdehdən tutulması, ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, 2 otaqlı, 183,1 kv.metr ümumi, 43,84 kv.metr yaşayış, 139,26 kv.metr yardımçı sahədən ibarət 55/4206 nömrəli bağ evinin ilkin satış qiymətinin 90.000 (doxsan min) manat, 0,1006 ha torpaq sahəsinin ilkin satış qiyməti 50.000 (əlli min) manat məbləğində müəyyən olunması, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, 2 otaqlı, 183,1 kv.metr ümumi, 43,84 kv.metr yaşayış, 139,26 kv.metr yardımçı sahədən ibarət 55/4206 nömrəli bağ evinin və 0,1006 ha torpaq sahəsi açıq hərracdan satıldıqdan sonra 1 (bir) ay ərzində boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh3 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın 5000 ABŞ dolları məbləğində cərimə və kredit müqaviləsi üzrə 12.04.2018-ci il tarixdən 11.0.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 6776,55 ABŞ dolları məbləğində əldən çıxmış fayda hissəsində təmin olunmaması, əsas kredit borcu və faiz borcu hissələrində ekspert hesablamasının nəticəsinə uyğun təmin olunması, ipoteka premdeti olan bağ evinin likvid dəyərinin 400000 manat məbləğində müəyyən olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin qətnamədən digər cavabdeh LPS «X1» MMC tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin qismən təmin olunmasına dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya baxışı zamanı Cavabdeh3 məhkəməyə ərizə göndərərək, tərəfindən verilmiş apellyasiya şikayətindən imtina edildiyini bildirmiş, apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, barışıq əldə edilmişdir, bu səbəbdən də apellyasiya şikayətindən imtina edir. Apellyasiya baxışı zamanı cavabdeh LPS «X1» MMC-nin direktoru X2 ərizə ilə məhkəməyə müraciət edərək tərəfindən verilmiş apellyasiya şikayətindən imtina edildiyini bildirmiş, apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh LPS «X1» MMC-nin nümayəndəsi və vəkili tərəflərindən verilmiş apellyasiya şikayətindən imtina edilməsi barədə ərizənin təmin edilməsini xahiş etdi, digər cavabdeh tərəfindən verilmiş ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyası apellyasiya şikayətlərindən imtina edilməsi barədə ərizələri və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayətlərindən imtina qəbul edilməli və Cavabdeh3, eləcə də LPS «X1» MMC-nin şikayətləri əsasında başlanmış apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir (maddə 369). Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən apellyasiya şikayətlərindən imtinalar qanuna zidd olmadığından və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli, cavabdehlər Cavabdeh3 və LPS «X1» MMCnin apellyasiya şikayətlərinə əsasən başlanmış apellyasiya icraatına xitam verilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 191, 369, 405-ci maddələrini rəhbər tutub, QƏRARA ALDİ: İş üzrə cavabdehlər Cavabdeh3 və LPS «X1» MMC-nin apellyasiya şikayətindən imtinaları qəbul edilsin. Baxılan iş üzrə cavabdehlər Cavabdeh3 və LPS «X1» MMC-nin apellyasiya şikayətlərinə əsasən başlanmış apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-440/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-440/2022
31.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver