Məhkəmə qərarları › İş №2(103)-4402/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4402/2023

22.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4402/2023 22.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “qızıl-zinət əşyalarının və cehizlərin qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə (Açar sözlər: apellyasiya şikayəti geri qaytarılmışdır) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “qızıl-zinət əşyalarının və cehizlərin qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-188/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 1 ədəd qolbaq, 1 ədəd sırğa, 1 ədəd sep və 1 ədəd üzük-kompelkt çəkisi 22 qr, İtalya qızılı dəyəri-2750 manat; 4 ədəd üzük-çəkisi 28 qr, İtalya qızılı dəyəri 3500 manat; 1 ədəd üzük və sırğa komlekt çəkisi 10 qr, Türk qızılı dəyəri 850 manat; 2 ədəd sep çəkisi 50 qr İtalyan qızılı 5750 manat; 1 ədəd qolbağ çəkisi 13 qr dəyəri 1625 manat; 1 ədəd sırğa çəkisi 8 qr, dəyəri 1000 manat, qızıl-zinət əşyalarının dəyəri 15475 manat; 4 ədəd döşək dəyəri 200 manat, 5 ədəd yorğan dəyəri 150 manat, 7 ədəd yasdıq dəyəri 105 manat, 10 ədəd divan üçün döşəkçə dəyəri 50 manat, 3 ədəd ədyal dəyəri 150 manat, 2 ədəd pakrıval dəyəri 110 manat, 2 ədəd süfrə dəyəri 40 manat, 5 ədəd üz dəsmalı dəyəri 15 manat, 5 ədəd qab dəsmalı dəyəri 20 manat, 5 ədəd can dəsmalı dəyəri 100 manat, 1 ədəd hamam dəsti dəyəri 50 manat, 7 ədəd pastel dəsti dəyəri 240 manat, 1 ədəd qazan dəsti dəyəri 150 manat, 1 ədəd nahar servisi dəyəri 300 manat, 1 ədəd güldan dəyəri 60 manat, 2 ədəd güldan qabı 100 manat, 2 ədəd konfet qabı 60 manat, 10 ədəd əl çantası 150 manat, 1 ədəd qaşıq dəsti 120 manat, 14 ədəd köynək 280 manat, 8 ədəd ziyafət paltar 560 manat, 20 ədəd şalvar 400 manat, 20 ədəd yay və qış üçün koftalar 300 manat, 3 ədəd idman dəsti dəyəri 120 manat, 1 ədəd gödəkcə dəyəri 130 manat, 3 ədəd kurtka dəyəri 80 manat, 4 ədəd idman ayaqqabısı dəyəri 100 manat, 4 ədəd boğazlıq dəyəri 180 manat, 3 ədəd yay ayaqqabısı dəyəri 75 manat, 5 ədəd toy ayaqqabısı dəyəri 150 manat, 3 ədəd fen dəyəri 60 manat, 3 ədəd xalça dəyəri 390 manat, 1 ədəd epilyator dəyəri 25 manat, ümumi dəyəri 4987 manat, qızıl-zinət əşyalarının özünü, əşyalar olmadığı təqdirdə ümumi dəyəri 20462 manat və mediatora ödənilən 51 manat, məhkəmə üçün ödənilən 100 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-188/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, iddiaçı Kəlbiyeva (Məhərrəmova) Gülgün Yusif qızına məxsus olan – 4 ədəd döşək dəyəri 150 manat, 5 ədəd yorğan dəyəri 100 manat, 7 ədəd yastıq dəyəri 80 manat, 10 ədəd divan üçün döşəkcə dəyəri 50 manat, 2 ədəd ədyal dəyəri 70 manat, 1 ədəd pakrıval dəyəri 30 manat, 2 ədəd süfrə dəyəri 15 manat, 5 ədəd əl-üz dəsmalı dəyəri 15 manat, 3 ədəd qab dəsmalı dəyəri 20 manat, 2 ədəd can dəsmalı dəyəri 16 manat, 1 ədəd hamam dəsti dəyəri 50 manat, 7 ədəd pastel dəsti dəyəri 240 manat, 1 ədəd qazan dəsti dəyəri 100 manat, 1 ədəd nahar servisi dəyəri 200 manat, 1 ədəd güldan dəyəri 25 manat, 2 ədəd konfet qabı dəyəri 40 manat, 4 ədəd əl çantası dəyəri 32 manat, 1 ədəd qaşıq dəsti dəyəri 25 manat, 14 ədəd köynək dəyəri 130 manat, 4 ədəd toyluq paltar dəyəri 160 manat, 7 ədəd şalvar dəyəri 140 manat, 20 ədəd yay və qış koftaları dəyəri 150 manat, 3 ədəd idman geyimi dəsti dəyəri 70 manat, 1 ədəd gödəkcə dəyəri 130 manat, 3 ədəd kurtka dəyəri 80 manat, 4 ədəd idman ayaqqabısı dəyəri 70 manat, 4 ədəd boğazlıq dəyəri 100 manat, 3 ədəd yay ayaqqabısı dəyəri 45 manat, 5 ədəd toy ayaqqabısı dəyəri 150 manat, 3 ədəd fen dəyəri 45 manat, 3 ədəd xalça dəyəri 390 manat, 1 ədəd epilyator dəyəri 25 manat dəyərində olmaqla cəmi dəyəri 2943 (iki min doqquz yüz qırx üç) manat olan əmlaklar cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq Kəlbiyeva (Məhərrəmova) Gülgün Yusif qızına qaytarılması, iddiaçı Kəlbiyeva (Məhərrəmova) Gülgün Yusif qızına məxsus 1 ədəd komplekt (qolbağ, sırğa, sep və üzük) çəkisi 20 qram, ağ qızıl, 750 əyarlı və brilyant qaşlarla, 1 ədəd nişan üzüyü 4.3 qram, 750 əyarlı, sarı qızıl, 1 ədəd brilyant qaşlı, 1 ədəd bilərzik 585 əyarlı, 3 qram, sarı qızıl, 1ədəd üzük 585 əyarlı, 3 qram, sarı qızıl, 1 ədəd üzük 750 əyarlı, 3 qram, xırda qaşlı, 1 ədəd sep 585 əyarlı, 2 qram, ayətəl kürsi yazılmış, 1 ədəd 585 əyarlı, 8 qram buta sırğa və 1 ədəd buta üzükdən ibarət qızıl-zinət əşyaları cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada alınaraq iddiaçı Kəlbiyeva (Məhərrəmova) Gülgün Yusif qızına qaytarılması, qətnamə icra olunan zaman qızıl-zinət əşyalarının naturada mövcud olmadığı aşkar olunarsa, onun dəyəri 4443 (dörd min dörd yüz qırx üç) manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq Kəlbiyeva (Məhərrəmova) Gülgün Yusif qızına ödənilsin. Ekspertiza tədqiqatının dəyəri – 100 (yüz) manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

3. Cavabdeh2 tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilmişdir.

Tətbiq edilən hüquq normaları:

4. Mülki Prosessual Məcəllənin 363.1.1-1.-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti qaytarılır.

5. Mülki Prosessual Məcəllənin 361.1.3 və 361.1.4-cü maddələrində qeyd edilir ki, barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı, şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində göstərilməlidir.

6. Mülki Prosessual Məcəllənin 366.1-ci maddəsində qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.

7. Həmin Məcələnin 366.2-ci maddəsində qeyd edilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

8. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməlidir.

9. Azərbaycan Respublikasının MPM-in 361.1-ci maddəsində apellyasiya şikayətinin müəyyən edilmiş formada verilməsi tələbi əks olunmuş və 361.1.2-361.1.7-ci maddələrində apellyasiya şikayətinin məzmunu ilə bağlı tələblər müəyyən edilmişdir. Apellyasiya şikayətinin forması isə “MPM-ə əlavə 2”-də göstərilmişdir.

10. Lakin iş üzrə Cavabdeh2 nümayəndəsi və vəkili tərəfindən elektron qaydada imzalanmış apellyasiya şikayətindən görünür ki, şikayət MPM-nin 361.1-ci maddəsi və “MPM-ə əlavə 2”-də müəyyən edilən forma və məzmuna uyğun tərtib edilməmişdir. “MPMə əlavə 2”-də göstərilən cədvəlin bəndləri apellyasiya şikayətində ümumiyyətlə göstərilməmiş, həmçinin şikayətin mətnində sözlərdəki şriftlərin yeri dəyişdiyi üçün oxunması mümkün olmamışdır.

11. Məhkəmə kollegiyası o cümlədən qeyd edir ki, elektron qaydada imzalanmış, lakin oxunması qeyri-mümkün olan şikayətdən əlavə skan edilmiş şikayət ərizəsi də işə əlavə olunmuşdur. Lakin skan edilmiş şikayət ərizəsi elektron qaydada imzalanmamışdır.

12. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti “MPM-ə əlavə 2”-də müəyyən edilən forma və məzmuna uyğun tərtib edilmədiyindən apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Odur ki, verilmiş apellyasiya qeyri-mümkün hesab edilməli və şikayət mülki işlə birlikdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə qaytarılmalıdır.

13. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ:

Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-188/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar