Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-444/2021 02.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elşən Kazımov və Həsən Əhmədovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, iddiaçı-cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil1, iddiaçı-üçüncü şəxs Qərib Qəriblinin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, 1-ci iş üzrə İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı “istifadə və sahiblik hüququnun tanınması və hüququn həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması barədə” ilk iddiasına, üçüncü şəxs X1 cavabdehlər İddiaçı və "xxxx" MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi, istifadə və sahiblik hüququnun tanınması, istifadəyə maneələrin aradan qaldırılması barədə” müstəqil iddiasına və iddiaçı "xxxx" MTK-nın cavabdeh İddiaçı Nazan oğluna qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi, mənzildən çıxarılma barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin 30.01.2020-ci il tarixli qətnaməsindən İddiaçı və X3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə, 2-ci iş üzrə iddiaçı X1 Cavabdeh MMC-yə qarşı “istifadə və sahiblik hüququnun tanınması, istifadəyə manelərin aradan qaldırılması barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin 25.02.2020-ci il tarixli qətnaməsindən X4 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Tələblər: Hazırkı iş əvvəl ayrı-ayrı 2 mülki işdən ibarət olmuş, apellyasiya icraatı zamanı birlikdə baxılmaq üçün bir icraatda birləşdirilmişdir. 1-ci işdə 3 iddia, 2-ci işdə 1 iddia var. Bütün iddialar Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337-ci məhəllədəki 9 ”A” №-li yaşayış binası ilə bağlıdır (bundan sonra – bina). 1-ci mülki işdəki 1-ci iddia İddiaçı iddiasıdır. Həmin iddiada tələb olunub ki, binanın 2-ci mərtəbəsində yerləşən 95 kv.m qeyri-yaşayış sahəsinə dair "xxxx" MTK (MMC) ilə İddiaçı arasında bağlanmış 06.05.2016-cı il tarixli müqaviləyə əsasən həmin sahəyə İddiaçı sahiblik və istifadə hüququ tanınsın, bu hüququn həyata keçirilməsinə yaradılan maneə və məhdudiyyətlər aradan qaldırılsın, sahənin naturada İddiaçı təhvil verilməsi vəzifəsi MTK-nın üzərinə qoyulsun. 1-ci mülki işdəki 2-ci iddia Qərib Qəriblinin iddiasıdır. Həmin iddida tələb olunub ki, binanın 1-ci mərtəbəsində yerləşən 120 kv.m yaşayış sahəsinə dair 1-ci iddiada göstərilən 06.05.2016-cı il tarixli müqavilə etibarsız hesab edilsin, 120 kv.m sahə üzərində Qərib Qəriblinin sahiblik və istifadə hüququ tanınsın və sahədən istifadə olunmasına yaradılan maneələr aradan qaldırılsın. 1-ci mülki işdəki 3-cü iddia Cavabdeh MMC-nin iddiasıdır. Həmin iddiada tələb olunub ki, 1-ci iddiada göstərilən 06.05.2016-cı il tarixli müqavilə və müqaviləyə aid olan maliyyə arayışı etibarsız hesab edilsin, İddiaçı binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 120 kv.m olan 9“A” №-li mənzildən çıxarılsın. 2-ci mülki işdə olan iddia Qərib Qəriblinin iddiasıdır. Həmin iddiada tələb olunub ki, binanın 1-ci mərtəbəsində yerləşən 200 kv.m qeyri-yaşayış sahəsi üzərində Qərib Qəriblinin sahiblik və istifadə hüquqları tanınsın və həmin sahədən istifadə olunmasına yaradılan maneələr aradan qaldırılsın. Tələblərin həlli: 1-ci mülki iş üzrə Xətai Rayon Məhkəməsinin 30.01.2020-ci il tarixli qətnaməsi ilə qət olunub ki, 1-ci və 2-ci iddialar rədd olunsun, 3-cü iddia təmin olunsun, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 06.05.2016-cı il tarixli müqavilə və "xxxx" MTK tərəfindən verilmiş maliyyə arayışları etibarsız hesab olunsun, İddiaçı binanın 2-ci mərtəbəsində yerləşən 95 kv.m qeyri-yaşayış sahəsindən (hazırda mənzildən) çıxarılsın. 2-ci mülki iş üzrə Xətai Rayon Məhkəməsinin 25.02.2020-ci il tarixli qətnaməsi qət olunub ki, Qərib Qəriblinin iddiası rədd olunsun. Şikayətlər: Üç apellyasiya şikayəti var, ikisi 1-ci iş üzrə, biri 2-ci iş üzrə verilib. 1-ci iş üzrə İddiaçı apellyasiya şikayətində tələb olunub ki, həmin iş üzrə qətnamə ləğv olunsun və İddiaçı iddiası təmin olunsun. 1-ci iş üzrə Qərib Qəriblinin apellyasiya şikayətində tələb olunub ki, həmin iş üzrə qətnamə onun iddia tələbinin təmin edilməyən hissəsində ləğv olunsun, Qərib Qəriblinin iddiası təmin olunsun. 2-ci iş üzrə Qərib Qəriblinin apellyasiya şikayətində tələb olunub ki, həmin iş üzrə qətnamə ləğv edilsin və Qərib Qəriblinin iddiası təmin olunusun. İzahatlar: Məhkəmə iclasında iştirak edən vəkil və nümayəndə Vəkil1 təmsil etdiyi şəxsin (İddiaçı) apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. Məhkəmə iclasında iştirak edən vəkil və nümayəndə Vəkil2 təmsil etdiyi şəxsin (Qərib Qəriblinin) apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Qətnamənin yoxlanılması: 1-ci işdəki 1-ci və 3-cü iddialar barədə: Ekspert rəyi ilə müəyyən olunub ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 06.05.2016-cı il tarixli müqavilədə və müqaviləyə aid maliyyə arayışlarındakı imzalar hüquqi şəxsin qanuni təmsilçisi tərəfindən deyil, onun həqiqi imzalarına oxşadılmaqla başqa şəxs tərəfindən icra olunub. Məhkəmə düzgün olaraq müqaviləni və maliyyə arayışlarını etibarsız hesab edib və gəldiyi nəticəni qətnamədə lazımi qaydada əsaslandırıb. Bu nəticə Mülki Məcələnin 337, 331.1, 407.2 və 406.3-cü maddələrinin göstərişlərinə uyğundur. Müvafiq olaraq 1-ci iş üzrə 1-ci iddianın rədd edilməsi, 3-cü iddianı isə təmin edilməsi həmin maddələrin göstərişinə uyğun sayılır. 1-ci işdəki 2-ci iddia barədə: Ekspert rəyi ilə müəyyən olunub ki, Qərib Qəribliyə satılan, 1-ci mərtəbədə 120 kv.m sahəsi olan 3 otaqlı mənzil binanın layihəsində nəzərdə tutulmadığından onun yerini müəyyən etmək mümkün olmadı. Yəni binanın 1-ci mərtəbəsi qeyri-yaşayış sahəsi kimi layihələndirilib, layihə üzrə 1-ci mərtəbədə ümumi sahəsi 120 kv.m olan 3 otaqlı mənzil nəzərə tutulmayıb. Göründüyü kimi, Qərib Qəribli ilə Cavabdeh MMC-nin arasındakı 12.11.2016-ci ll tarixli müqavilədə göstərilən mənzilin mövcudluğu müəyyən edilmir. Əgər müqavilənin predmetini müəyyən etmək mümkün deyildirsə, deməli müqavilə bağlanmış sayılmır, çünki predmetə dair şərt mühüm şərtdir. Məhkəmə düzgün olaraq bu iddianı rədd edib və gəldiyi nəticəni lazımi qaydada əsaslandırıb. Bu nəticə Mülki Məcələnin 405.1-ci maddəsinin göstərişlərinə uyğundur. 2-ci işdəki iddia barədə: Bu iddia Qərib Qəribli ilə Cavabdeh MMC-nin arasında bağlanmış 06.06.2016cı il tarixli müqaviləyə əsaslanıb. Qərib Qəribli həmin müqaviləyə istinad edərək tələb edib ki, binanın 1-ci mərtəbəsində yerləşən 200 kv.m qeyri-yaşayış sahəsi üzərində sahiblik və istifadə hüquqları tanınsın və həmin sahədən istifadə etməsinə yaradılan maneələr aradan qaldırılsın. Lakin müqavilənin əsli və ya əsli ilə düzgünlüyü təsdiq edilmiş surəti məhkəməyə təqdim edilməyib. Məhkəmə buna əsaslanaraq iddianı rədd edib. Bu, düzgün nəticədir. Belə ki, müqaviləyə əsaslanan tələb irəli sürüldükdə müvafiq müqavilənin əsli və ya əsli ilə düzgünlüyü təsdiq edilmiş surəti təqdim olunmalıdır. Əgər təqdim olunmursa, deməli, müqavilə mövcud deyil. Ona görə də iddianın rədd edilməsi Mülki Məcəllənin 389cu maddəsinin göstərişinə uyğundur. Lakin qətnamə ləğv edilməli, iddia rədd edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır. Belə ki, birinci instansiya məhkəməsi işə baxarkən Qərib Qəriblini məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar etməyib. Mülki-Prosessual Məcəllənin 387.2.2-ci maddəsinə görə belə halda şikayətin dəlillərindən asılı olmayaraq qətnamə ləğv olunur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı apellyasiya şikayəti rədd olunsun. X2 apellyasiya şikayəti rədd olunsun. İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı “qeyri-yaşayış sahəsinə pay hüququnun, istifadə və sahiblik hüququnun tanınması və istifadəyə maneələrin aradan qaldırılması barədə” ilk iddiasına, üçüncü şəxs X1 cavabdehlər İddiaçı və "xxxx" MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi, istifadə və sahiblik hüququnun tanınması, istifadəyə maneələrin aradan qaldırılması barədə” müstəqil iddiasına və iddiaçı "xxxx" MTK-nın cavabdeh İddiaçı Nazan oğluna qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi, mənzildən çıxarılma barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin 30.01.2020-ci il tarixli dəyişdirilmədən saxlanılsın. X1 apellyasiya şikayəti qismən təmin olunsun. İddiaçı X1 Cavabdeh MMC-yə qarşı “istifadə və sahiblik hüququnun tanınması, istifadəyə manelərin aradan qaldırılması barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin 25.02.2020-ci il tarixli qətnaməsi ləğv olunsun və həmin iddia rədd olunsun. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-444/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-444/2021
02.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver