Məhkəmə qərarları › İş №2(103)-4446/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4446/2020

01.06.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4446/2020 01.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən: Anar Vəzir oğlu Tanrıverdiyev, Hakimlər: Tofiq Səməd oğlu Səmədov və İkram Sabir oğlu Şirinovdan ibarət tərkibdə, Fərid Seyfulla oğlu Atamalıyevin katibliyi ilə, İlkin iddia üzrə üzrə İddiaçı və ilkin iddia üzrə cavabdehin nümayəndəsi və eyni zamanda vəkili X2 iştirakları ilə İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və mənzilə köçürülmə” tələbinə və qarşılıqlı iddia üzrə Cavabdeh İddiaçı qarşı “mənzil üzərində payların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-483/20 saylı qətnaməsindən ilkin iddia üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı ilkin iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3138-ci məhəllə, korpus B1, 69 saylı mənzildən çıxarılması və özünün həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi belə əsaslandırılmışdır ki, xx.xx.2008-ci il tarixli müqavilə əsasında Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3138-ci məhəllə, korpus B1, ümumi sahəsi 119.82 kv.m olan 69 saylı mənzili satın almışdır. Həmin mənzili 2014-cü ildə təmir etdirmiş, 2015-ci ildən keçmiş ailə üzvləri ilə birlikdə həmin mənzilə köçmüşdür. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə onlar arasında bağlanmış nikah pozulmuş və birgə nikahlarından olan övladlarının analarının himayəsində saxlanması qət edilmişdir. Bundan sonra, o, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3138-ci məhəllə, korpus B1, 69 saylı mənzil üzərindəki mülkiyyət hüquqlarından məhrum edilmişdir. Cavabdeh ilə aralarındakı münasibətin kəskin pis olması səbəbindən mənzilə daxil ola bilmir, daxil olmaq istədikdə isə aralarında mübahisə yaranır. Buna görə də Cavabdeh həmin mənzildən çıxarılması zərurəti yaranmışdır. Cavabdeh 20-dən çox mənzilləri və obyektləri var. Onun mübahisəli mənzilə ehtiyacı yoxdur, lakin o, hal-hazırda evsiz qalmışdır. Daha sonra Cavabdeh qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3138-ci məhəllə, korpus B1, 14-cü mərtəbədə yerləşən 69 saylı mənzilin dəyərinin üçdə bir hissəsinin İddiaçı və üçdə iki hissəsisin isə ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia belə əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3138-ci məhəllə, korpus B1, 69 saylı mənzil İddiaçı tərəfindən deyil, bilavasitə Cavabdeh valideynləri tərəfindən satın alınmışdır. Cavabdeh həmin mənzilin alınmasına hər hansı vəsait qoymamış və buna imkanı olmamışdır. Mənzilin dəyərinin Cavabdeh qardaşı İddiaçı adlı şəxsin adından həyata keçirmişdir. İddiaçının mənzilə köçüb yaşaması qeyri-mümkündür, səbəbi ailə münasibətləri pozulduqdan sonra münasibətlərin çox pis səviyədə olmasıdır. Həmçinin mənzilin indiyə qədər olan kommunal xərclərini qarşılıqlı iddia üzrə iddiaçı ödəmişdir. Cavabdeh himayəsinə iki azyaşlı övladının olması və digər diqqətəlayiq halları nəzərə alınaraq mübahisəli mənzil üzərində 1/3 və 2/3 payların müəyyən edilməsini xahiş etmişdir. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-483/20 saylı qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələbləri qismən, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3138-ci məhəllə, korpus B1, 69 saylı mənzilə köçürülməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3138-ci məhəllə, korpus B1, 69 saylı mənzil üzərində İddiaçı və Cavabdeh 1/2 paylarının müəyyən edilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə ilə razılaşmayan ilkin iddia üzrə Cavabdeh apelyasiya şikayəti vermiş, qətnamənin Bakı şəhəri,Yasamal rayonu ,M.Seyidov küçəsi,3138-ci məhəllə, korpus B 1-də yerləşən 69 saylı mənzil üzərində payların müəyyən edilməsi hissəsində ləğv edilməsini, həmin mənzil üzərində Cavabdeh payının 2/3 hissədə, İddiaçı payının 1/3 hissədə müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, üzərində payların müəyyən edilməsi tələb olunan mənzil sahəsi tərəflərin birgə nikahda olduqları dövrdə - xx xxx 2008-ci il tarixdə əldə edilmiş və mənzilin alqı-satqı müqaviləsi ilkin İddiaçı adına tərtib edildiyi üçün mənzilin dəyəri də tam şəkildə onun adından ödənilmişdir. Başqa cür də mümkün deyildir. Məlum olduğu kimi alqı-satqı müqaviləsi hansı şəxsin adına tərtib edilirsə, ödənişlər də həmin şəxsin adından həyata keçirilir. Hesab edir ki, mübahisələndirilən qətnamədə mənzilin dəyərinin İddiaçı tərəfindən tam ödənilməsi və onun MTK-ya hər hansı borcunun qalmamasının məxsusi qeyd edilməsi mübahisəli mənzilin üzərində payların müəyyən edilməsində hər hansı bir şəkildə olursa-olsun nəzərə alınması üçün əsas hesab edilə bilməz. İşə əlavə edilən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən görünür ki, tərəflər arasında bağlanmış nikah xx xxx 2007-ci il tarixli nikah pozulmuş və onların birgə nikahdan doğulmuş hər iki uşaqların xx xxxxxxx 2007-ci il təvəllüdlü X3 və xx xxxxx 2010-cu il təvəllüdlü X1 anaları Cavabdeh himayəsində qalması qət edilmişdir. İddiaçı boşanmadan da əvvəl uşaqlara heç bir maddi yardım etməmiş, bu səbəbdən də Cavabdeh bir il əvvəl, yəni 2017-ci ilin yanvar ayında aliment tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmiş və məhkəmə qətnaməsinə əsasən hər iki uşağın saxlanılması üçün İddiaçı aliment tutulması qət edilmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı uşaqların saxlanılması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti də tam şəkildə ödəməkdən boyun qaçırmış və onun aliment borcları barədə sənəd məhkəməyə təqdim edilsə də, nədənsə, məhkəmə işdə mövcud olan həmin halın üzərindən sükutla keçmişdir. Halbuki, həmin mübahisənin həllində tətbiq olunan maddi hüquq normasında - Ailə Məcəlləçsinin 37.2-ci maddəsində məxsusi olaraq qeyd edilir ki, ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini nəzərə alıb ər-arvadın birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Məhkəmə mübahisələndirilən qətnamədə maddi hüquq normasının qeyd olunan tələbi birmənalı şəkildə nəzərə alınmamışdır. Mübahisələn qətnamədə o da məxsusi qeyd edilir ki, yalnız uşaqların ana ilə qalması özlüyündə müstəsna hal kimi qəbul edilə bilməz. Bunun üçın uşaqların mənafeyinə təsir göstərən halların nədən ibarət olduğu, ümumi əmlakın qeyribərabər bölünməsinin həmin mənafe baxımından hansı əhəmiyyət daşıdığı göstərilərək sübutlarla təsdiq olunmalıdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iki azyaşlı uşaqlarının onun yanında qalmasınımənzil üzərində paylar müəyyən edilərkən heç də işin müstəsna halı kimi nəzərə alınmasını öz iddia tələbində irəli sürməmişdir. Lakin iki azyaşlı uşaqların ananın himayəsində qalması, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı onların saxlanılması üçün təyin edilmiş alimenti belə ödəməkdən mütəmadi surətdə yayınması və hal-hazırda aliment borclarının yığılıb qalması özü əsas verir ki, hazırda mübahisələndirilən məsələdə işin həmin halı nəzərə alınmalı idi. Mübahisəli əmlakın Cavabdeh valideynlərinin vəsaiti hesabına alınmasına dair mötəbər sübutların onun tərəfindən təqdim edilməməsi barədə məhkəmənin gəldiyi nəticəyə, bu barədə onu qeyd etmək istəyir ki, həqiqətən də mübahisəli mənzil vaxtilə qarşılıqlı iddia üzrə iddiaçının valideynlərinin vəsaiti hesabına əldə etmək niyyətində deyildir və buna qətiyyən zəruriyyət yoxdur. Bununla yanaşı, qarşılıqlı iddia ərizəsində qeyd edildiyi və məhkəmədə səsləndirildiyi kimi iddiaçı X4 heç də mütəmadi olaraq işləməmiş və evə qazanc gətirməmişdir. Bununla yanaşı, İddiaçı cavabdehin valideynlərinin və yaxın qohumlarının ona olan səmimi münasibətindən suiistifadə edərək, onlara külli miqdarda maddi ziyan belə vurmaqdan çəkinməmişdir. İddiaçı yenə də cavabdehin valideynlərinin humanistliyi üzündən həbsdən azad edilsə də, onlara vurduğu maddi zərərin ödənilməsi üçün heç bir səy göstərməmişdir. Bu barədə istintaq orqanı tərəfindən qəbul edilmiş qərarın surəti məhkəməyə təqdim edilsə də, qəbul edilmiş qətnamədə bunlara hər hansı bir şəkildə olursa-olsun münasibət bildirilməmişdir.Qanunun tələbinə görə həmin hal birgə mülkiyyətçinin ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hal kimi nəzərə alınmalı idi. Bundan əlavə, mübahisə mənzilin yerləşdiyi “ Bakıuniversiteti” Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş arayışdan da görünür ki, 2015-ci ilin 6-cı ayına qədər kommunal xidmətlərin dəyəri Cavabdeh tərəfindən ödənilmiş, buna baxmayaraq halhazırda kommunal xidmətlərə görə 1977 ( bir min doqquz yüz yetmiş yeddi ) manat məbləğində borc qalığı vardır. Həmin arayış da məhkəməyə təqdim edilmişdir. Nədənsə, qeyd edilən fakta da məhkəmə öz münasibətini bildirməyə lüzum belə görməmişdir. Məhkəmə kollegiyasınıniclasında iştirak edən ilkin iddia üzrə cavabdehin nümayəndəsi və eyni zamanda vəkili X5 apellyasiya şikayətini müdafiə edəərk apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx xxx 2008-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki,“xxxx” MMC ilə İddiaçı arasında Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3138-ci məhəllə korpus B1, 14-cü mərtəbə, 69 saylı mənzilin yaşayış və qeyriyaşayış sahəsinin əvəzi-87.469 manat ödənilməklə İddiaçı satılmasına dair müqavilə imzalanmışdır. İş materiallarında olan “xxxx” MMC tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3138-ci məhəllə korpus B1, 14-cü mərtəbə, 69 saylı mənzilin yaşayış və qeyri-yaşayış sahəsinin dəyəri İddiaçı tərəfindən tam ödənilmiş və onun MMC-yə hər hansı borcu qalmamışdır. Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxx 2007-ci il tarixli Binəqədi rayon VVADQ şöbəsində bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından doğulmuş xx xxxxxxx 2007-ci il təvəllüdlü X6 və xx xxxxx 2010-cu il təvəllüdlü X1 anaları Cavabdeh yanında saxlanması qət edilmişdir. Hazırki iş üzrə ilkin iddia üzrə cavabdeh qətnaməni mübahisəli mənzilə payların müəyyən edilməsi hissəsində mübahisələndirir və tələbinin qanunu əsası kimi Azərbaycan Respublikasınını Ailə Məcəlləsinin 37.2. maddəsinə istinad edərək mənzilə 2/3 hissədə onun, 1/3 hissədə iddiaçının pay hüququnun müəyyən olunmasını xahiş edir. AR Ailə Məcəlləsinin 32.1.-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyfətindədir(ər-arvadın hər birinin əmlakıdır). Həmin Məcəllənin 36.1.-ci maddəsinə görə, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onların birinin tələbi ilə nikah pozulduqdan sonra ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 37.1. və 37.2-ci maddələrinə görə ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı paylar bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Mülki Məcəlləsinin 225.1.-ci maddəsinə uyğun olaraq, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apelyasiya şikayətində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İşin mübahisəli halı isə mübahisəli olan qeyd edilən əmlakın birgə nikah dövründəəldə edilmiş vəsait (ər-arvadın ümumi gəlirləri) hesabına alnıb-alınmamasıdır. Cavabdeh bəyan edir ki, iddia olunan əmlakların birgə nikh dövründə əldə edilsə də birgə gəlirlər hesabına əldə edilməmiş, ona görə də birgə mülkiyyət olmadığından həmin əmlakların 1/2 hissəsinə dair cavabdehin payının müəyyən edilməsi də əsassızdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin göstərdikləri, iddianının təmin edilən hissədə rədd edilməsi üçün əsas ola bilməzdi. Belə ki, cavabdeh şikayətində qeyd olunan əmlakın birgə gəlirlər hesabına alınmadığını bəyan edirsə buna dair məhkəməyə mötəbər sübut təqdim etməli və həmin halı məhz cavabdeh sübut etməlidir. Çünki, bu halları sübut etmək yükü artıq cavabdehin üzərinə düşür. Lakin o, bunu mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Halbu ki iş materiallarında olan xx xxx 2008-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3138-ci məhəllə korpus B1, 14-cü mərtəbə, 69 saylı mənzilin yaşayış və qeyri-yaşayış sahəsinin əvəzi - 87.469 manat ödənilməklə İddiaçı satılmışdır. Bununla yanaşı, tərəflərin münasibətindən aydın olur ki, mübahisəli daşınmaz alınan vaxt iddiaçı ilə cavabdeh arasında hər hansı münaqişə olmamış, bir-birinə xoş münasibətləri olmuşdur. Məhkəmə mülki prosesdə tərəflərin bərabərliyi və çəkişmə prinsipinə riayət etməlidir, hansısa tərəfin xeyrinə sübut toplamalı deyil. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir(MPM.m.14.2). Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair xx xxxx 2019-cu il Qərarına əsasən... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, ilkin iddia üzrə Cavabdeh apellyasiya şikayətində göstərdiyi dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin mübahisələndirdiyi hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, həmin hissədə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: ilkin iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-483/20 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar