Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4447/2022 07.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2(005)-1540/2020 saylı qərardadından iddiaçı BOKT "xxxx" ASC tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2(005)- 1540/2020 nömrəli qərardadı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2685/2018 saylı, 04.07.2018-ci il tarixli qətnamənin icrasında dönüş edilməsi barədə Cavabdeh varisi X2 ərizəsi təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2685/2018 nömrəli iş üzrə qəbul etdiyi 04.07.2018-ci il tarixli qətnaməsinin icrasına dönüş edilməsi,DİN-in Baş Dövlət Yol Polisi İdarəsində 2007-ci il buraxılışlı, “MERCEDENS BENZ M 1840 LS YÜK markalı, ** XC *** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobilə dair 27.09.2019-cu il tarixində və 28.09.2019-cu il tarixində qeydə alınmış şəhadətnamələr ləğv edilməsi, DİN-in Baş Dövlət Yol Polisi İdarəsində “SCHMİTZ YARİMQİOŞU markalı, 2004-cü il buraxılışlı, ** ZB *** dövlət qeydiyyat nişanlı, boz ağ rəngli avtomobilə dair 27.09.2019-cu il tarixində qeydə alınmış şəhadətnamələr ləğv edilməsi,DİN-in Baş Dövlət Yol Polisi İdarəsində SCHMİTZ YARİMQİOŞU markalı, 2004cü il buraxılışlı, ** ZB *** dövlət qeydiyyat nişanlı, boz ağ rəngli və 2007- ci il buraxılışlı, MERCEDENS BENZ M 1840 LS YÜK markalı, ** XC *** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobillərə dair qeyd əvvəlki mülkiyyətçi Cavabdeh adına qeydə alınmaqla mülkiyyət hüququna dair qeyd bərpa olunması qərara olunmuşdur. Həmin qərardaddan iddiaçı BOKT "xxxx" ASC tərəfindən şikayət verilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(005)-1540/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayətə baxılması üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardad maraqlarına toxunan şəxs X4 məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2(005)- 1540/2020 saylı qərardadından o da şikayət verdiyindən, işin baxışdan çıxarılaraq, şikayətinə münasibət bildirilməsi üçün işin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən “elektron sistem” vasitəsilə yoxlanılarkən qərardad maraqlarına toxunan şəxs X3 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 aprel 2022ci il tarixli, 2(005)-1540/2020 saylı qərardadından verdiyi şikayətin 03.06.2022-ci il tarixdə elektron qaydada birinci instansiya məhkəməsinə daxil olduğu müəyyən olunmuşdur. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, mülki iş baxışdan çıxarılaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2(005)- 1540/2020 saylı qərardadından qərardad maraqlarına toxunan şəxs X4 tərəfindən verilmiş şikayətə baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 357, 362 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2(005)- 1540/2020 saylı qərardadından iddiaçı BOKT "xxxx" ASC tərəfindən verilmiş şikayət apellyasiya baxışından çıxarılsın və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2(005)-1540/2020 saylı qərardadından qərardad maraqlarına toxunan şəxs X4 tərəfindən verilmiş şikayətə baxılması üçün mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski
Məhkəmə qərarları › İş №2(103)-4447/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4447/2022
07.06.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver