Məhkəmə qərarları › İş №2(103)-4459/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4459/2021

06.05.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4459/2021 06.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iştirakı ilə İddiaçı Babazadə (Ələkbərova) Vüsalə Rasim qızına qarşı “sahibsiz daşınar əşyaya mülkiyyətin əldə edilməsi və anbar xərcinin ödənilməsi” barədə ilkin, Babazadə (Ələkbərova) Vüsalə Rasim qızının İddiaçı qarşı “cehiz əşyalarının qaytarılması” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı və Vüsalə Babazadə tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Babazadə (Ələkbərova) Vüsalə Rasim qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Babazadə (Ələkbərova) Vüsalə Rasim qızının daşınar cehiz əşyalarının - 1 ədəd mebel dəstinin, 2 ədəd yorğan-döşəyin, 4 ədəd balışın, 1 ədəd balaca xalçanın, 1 ədəd pərdənin və qab-qacağın sahibsiz hesab olunması və özünün mülkiyyətinə verilməsi, daşınar cehiz əşyalarının 15 mart 2018-ci il tarixdən etibarən evində saxladığına görə anbar xərci olaraq əvvəlki hər bir ay üzrə 100 manat olmaqla ümumilikdə 2600 manatın Vüsalə Babazadədən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Babazadə (Ələkbərova) Vüsalə Rasim qızı isə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzildə olan şəxsi əşyalarının - qəhvəyi rəngli şalvarın, yaşıl rəngli şalvarın, 2 ədəd uzun paltarın, şalvarın, yubkanın, jiletka dəstinin, göy rəngli yubkanın, hamiləlik paltarının, mavi rəngdə dəst şalvarın, köynəyin, roza rəngli şalvar-köynəyin, ağ rəngli jaketin, trapes şalvar yaşıl kofta dəstinin, 2 ədəd şifon köynəyin, ağ rəngli paltonun, narıncı rəngli paltonun, şubanın, qolsuz kürkün (boz rəngli), 2 ədəd pencəyin, yaşıl yubkanın, qara kofta dəstinin, 4 toyluq qısa donun, 3 gündəlik donun, jlet biserlinin, sadə jiletin (2 ədəd), 2 qalın qollu paltarın, 6 ədəd çantanın, 2 toy ayaqqabısının, 2 ayaqqabının (klassik,babet), 1 çəkmənin, qırmızı rəng saç ütüsünün (Philips), 1 ədəd saç buran (Philips), daraq dəstimom, bujuteryaların mücrü qabı, 4 ədəd aksesuar (biri şamdan, 1 ədəd flaşkart, Braun Epilyator), uşağın əşyalarının (paltarları, ədyal, bir ədəd yataq dəsti), bir ədəd yekə xalçanın, pərdənin, pokrıvalın, iki döşəyin, 4 böyük balışın, 2 balaca balışın, 3 yun yorğanın, 1 sintipon yorğanın, 1 puxovu ədyalın, 7 ədəd çexol dəstinin, 1 ədəd dəst, 1 qalın güllü dəst, 4 ədəd süfrə, 24 ədəd əl-üz dəsmalının, 24 ədəd çay dəsmalının, yemək dəstinin (“Karaca”), qaşıq bıçaq dəstinin (3 mərtəbə), taxta bıçağın (Gepass), taxta qaşıq dəstinin (Gepass), 6 ədəd bıçaq dəstinin, 12 ədəd çay qaşığının, mətbəx qaşıqlarının, ət çəkənin (Gepass), sok çəkənin, tozsoranın, blenderin (Gepass), tosterin, ütünün (King), blinçik tavasının (tikla Gepass), çərəz çəkən əl maşınının (Gepass), çərəz qabının, 6 ədəd tefal kosturka naborunun (Tefal), 6 ədəd Çuğun kastorka naborunun (Tefal), 6 ədəd Mis kastorka naborunun (tefal), çaydanın, çaynik dəstinin (Tefal), samovarın, 1 ədəd iri podnosun, çay servisinin, kofeni servisin (Modonna), 24 ədəd rumkanın (bağlama), 6 ədəd rumkanın (xrustal), 1 ədəd Güldan meyvəqabının, 2 ədəd konfetqabının, 6 ədəd armudu stəkan dəstinin, 12 ədəd nəlbəkinin, 12 ədəd xrustal çay stəkanının, 2 mürəbbə qabının, 2 qənd qabının, 2 xrustal qabın (şirniyyat), 2 xrustal qabın (meyvə), ağzı qapaqlı tort qabının (şüşə), 1 ədəd tərəvəz doğrayan gepassın, 1 ədəd tefal tavanın, 6 ədəd rəngli şüşə qabın, tort kəsən bıçağın, 2 ədəd şiriniyyat götürənin, 1 ədəd televizorun (“Samsung”), yaşıl setka qabının (meyvə üçün), mikserin, 1 ədəd stlüt saatın, 1 ədəd vannaın (uşaq üçün), 1 ədəd vedrənin (qapalı), 1 ədəd sutökənin, 4 ədəd yumuşaq ayı oyuncağının (yekə), balaca yumuşaq ayı oyuncaqlarının (yekə safanda), paltar asanın (12 ədəd), 5 ədəd ramkanın (şəkil üçün), yataq dəstinin ona qaytarılması və ödənilmiş 30 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia tələbi qismən təmin edilərək, Babazadə (Ələkbərova) Vüsalə Rasim qızına aşağıdakı əşyaların: göy rəngli yubka, hamiləlik paltarları, hamiləlik şalvarları, hamiləlik şalvar və köynəyi, mavi rəngdə dəst şalvar köynək, rozvi rəngli şalvar köynək, ağ rəngli jaket, trapes şalvar yaşıl kofta dəsti, 2 ədəd şifon köynək, ağ rəngli palto (fotoşəkildə təsvir olunan), qolsuz kürk boz rəngli, 2 ədəd pencək, yaşıl yubka, bir ağ kurtka, cins paltar, qara kofta tüllü, jilet buserli sadi iki ədəd, iki qalın qollu uzun paltar, 4 toyluq qısa don, qırmızı don, cehrayi don narıncı, don gündəlik, yubka, şalvar, jilet dəsti mavi rəngdə klassik, 3 ədəd çanta (1 - ağqara, 1 qırmızı, 1 cəhrayı), 2 toy ayaqqabısı, klassik (tünd göy) ayaqqabı, 2 babet, bir vtynamka ayaqqabı, 1 sapojki, bijuteryalar, 4 ədəd aksesuar bir şamdan, bir pişik, bir bəygəlin, bir ağac qırmızı, şam, braun epiylator, uşağın əşyaları paltarları, ədyal, bir ədəd yataq dəsti, dörd ədəd xalça, pərdə, pokrıval, iki döşək, 4 böyük balış, 2 balaca balış, 2 yun yorğan, 1 sintipon yorğan, 1 puxovu ədyal, 4 ədəd çexol dəsti, 1 ədəd atlaz dəst, 1 qalın güllü dəst, 3 ədəd süfrə, 9 ədəd əl-üz dəsmalı, 2 ədəd çay dəsmalı, yemək dəsti “Karaca”, qaşıq bıçaq dəsti 3 mərtəbə, taxta bıçaq Gepass, taxta qaşıq dəsti Gepass, 6 ədəd bıçaq dəsti, 12 ədəd çay qaşığından 6 ədəd çay qaşığı, mətbəx qaşıqları, ət çəkən Gepass, sok çəkən, tozsoran, blender Gepass, toster, ütü King, çərəz qabı, 4 ədəd tefal kastryulka (qazan) naboru, 6 ədəd Çuğun kastryulka (qazan) naboru Tefal, 6 ədəd Mis kastryulka (qazan) naboru Tefal, çaydan, çaynik dəsti Tefal, samovar, 1 ədəd iri podnos, çay servizi, kofeni (qəhvə) servizi (Madonna), 24 ədəd rumka bağlama, 6 ədəd rumka xrustal, 1 ədəd Güldan Meyvəqabı, 2 ədəd konfetqabı, 6 ədəd armudu stəkan dəst, bir su qabı 6 stəkan qəhvəyi rəngdə, 12 ədəd nəlbəki, 6 ədəd xrustal çay stəkanı, 2 mürəbbə qabı, 1 qənd qabı, 2 xrustal qab (şirniyyat), 2 xrustal qab (meyvə), ağzı qapaqlı tort qabı şüşə, 1 ədəd qozçəkən maşın, 1 ədəd tərəvəz doğrayan gepass, 1 ədəd tefal tava, 7 ədəd rəngli şüşə qab, tort kəsən bıçaq, 1 ədəd şiriniyyat götürən, 1 ədəd televizor samsung, yaşıl setka qab meyvə üçün, mikser, 1 ədəd vanna uşaq üçün, 1 ədəd vedrə qapaqlı, 1 ədəd sutökən, 4 ədəd yumuşaq ayı oyuncağı yekə, balaca yumuşaq ayı oyuncağı, paltar asan 12 ədəd, 3 ədəd ramka şəkil üçün, yataq dəsti (mebel) qaytarılması, ilkin iddia üzrə dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 30 manat məbləğində pulun iddiaçıya aid edilməsi, qarşılıqlı iddia üzrə dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 10 manat məbləğində pulun İddiaçı tutularaq Babazadə (Ələkbərova) Vüsalə Rasim qızının xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək onun qismən – ilkin iddia tələbinin təmin edilməməsi ilə bağlı hissədə ləğv, həmin iddia tələbinin təmin edilməsi, həmçinin Babazadə (Ələkbərova) Vüsalə Rasim qızına qaytarılmalı olan cehiz əşyalarından trapes şalvar, yaşıl kofta dəsti, 2 ədəd şifon köynək, 6 ədəd mis kostryulka naboru hissəsində dəyişdirilməsi, trapes şalvar, yaşıl kofta dəsti, 2 ədəd şifon köynək hissəsində ləğv edilməsi, 6 ədəd mis kostryulka naborunun 4 ədəd ədəd mis kostryulka naboru ilə əvəz edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin işin hallarına və sübutlara düzgün hüquqi qiymət verməməsi, trapes şalvarın, yaşıl kofta dəstinin, 2 ədəd şifon köynəyin evdə aşkar edilmədiyini nəzərə almadığı arqumentləri ilə əsaslandırmışlar. X3 (Ələkbərova) da apellyasiya şikayəti verərək onun ləğv olunmasını və qarşılıqlı iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, mebel və digər əşyaları ilə bağlı tələbini rədd edərkən məhkəmə təqdim etdiyi sübutlara, xüsusilə fotoşəkillərə düzgün qiymət verməmiş, əsassız olaraq həmin hissədə iddiasını rədd etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı öz şikayətinin məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etmiş, işə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış Vüsalə Babazadə isə məhkəməyə gəlməmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin ilkin iddia tələbinin təmin olunmaması və qarşılıqlı iddianın “trapes şalvarın, yaşıl kofta dəstinin, 2 ədəd şifon köynəyin, 6 ədəd mis kostryulka naborunun Babazadə (Ələkbərova) Vüsalə Rasim qızına qaytarılması” hissələrində təmin olunması, eləcə də qarşılıqlı iddianın təmin olunmayan hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki tərəflər qətnaməni məhz qeyd olunan hissələrdə mübahisələndirmişlər və bu o deməkdir ki, qətnamənin, digər cehiz əşyalarının Cavabdeh qaytarılması ilə bağlı hissələri hazırkı apellyasiya baxışı çərçivəsində yoxlanılmır. Eyni zamanda kollegiya qeyd edir ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin olunaraq qətnamə “Babazadə (Ələkbərova) Vüsalə Rasim qızına trapes şalvarın, yaşıl kofta dəstinin və 2 ədəd şifon köynəyin qaytarılması” hissəsində ləğv olunmalı, qarşılıqlı iddia tələbi həmin əşyalara münasibətdə də təmin edilməməli, Vüsalə Babazadənin apellyasiya şikayəti təmin olunmayaraq qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına görə, İddiaçı ilə X4 09 dekabr 2016-cı il tarixdə rəsmi nikaha daxil olmuş, nikah bağlandıqdan sonra arvada “Ələkbərova” soyadı verilmiş, Cavabdeh İddiaçı anasının mülkiyyətində olan ünvan 1 saylı fərdi yaşayış evinə gəlin köçərək cehiz əşyalarını həmin evə yerləşdirmiş, 2018-ci ilin mart ayında münasibətləri pisləşdiyindən bərabər yaşadıqları evi tərk edib getmiş, Suraxanı Rayon Məhkəməsinin 11 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə onların nikahları pozulmuşdur. İşin müəyyən olunan digər halına görə, Suraxanı Rayon Məhkəməsinin 19 iyun 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı Alalhverdi oğluna qarşı iddiası qismən təmin edilmiş, İddiaçı 3100 manat dəyərində bir ədəd üzüyün, bir cüt sırğa, bir ədəd bilərzik və bir ədəd boyunbağıdan ibarət ağ qızıl dəstin, 900 (doqquz yüz) manat dəyərində nişan üzüyünün və 300 (üç yüz) manat dəyərində 583 əyarlı 5 qram olan şəbəkə qızıl üzüyün və ya həmin əşyalar olmadığı halda onların dəyərinin alınaraq Cavabdeh verilməsi qət olunmuşdur. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, Suraxanı Rayon Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı və X1 qarşı “yaşayış sahəsinə köçürülmə və istifadə qaydalarının müəyyən olunması” tələbinə dair iddiası təmin edilməmişdir. İlkin iddiaçının iddiasına görə Cavabdeh cehiz əşyalarını onun yaşadığı evdən çıxarmamaqla ona ziyan vurmuşdur və buna görə də anbar xərci olaraq ümumilikdə 2600 manat Cavabdeh xeyrinə tutulmalı, eləcə də həmin cehiz əmlaklar sahibsiz hesab olunaraq onun mülkiyyətinə verilməlidir; qarşılıqlı iddiaçının iddiasına görə isə evdən gedərkən cehiz əşyaları cavabdehdə qalmış və sonradan ona qaytarılmamışdır. Kollegiya ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İlkin iddiaçının iddia tələbinin bir hissəsinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 184-cü maddəsinə görə, əgər sahibsiz daşınar əşyanın mənimsənilməsi bu Məcəllə ilə qadağan edilməmişsə və ya onu mənimsəmək hüququna malik olmuş başqa şəxsin hüquqlarını pozmursa, şəxs həmin əşyanı sahibliyə qəbul etdikdə ona mülkiyyət hüququ əldə edir (184.1); həmin maddənin 2-ci hissəsinə görə isə, əgər daşınar əşyanın mülkiyyətçisi yoxdursa və ya məlum deyildirsə və ya keçmiş mülkiyyətçisi mülkiyyətdən imtina edərək əşyaya sahibliyə xitam verirsə, daşınar əşya sahibsiz sayılır. Kollegiya hesab edir ki, ilkin iddiaçının “əşyaların sahibsiz hesab olunması və özünün mülkiyyətinə verilməsi” tələbi üzrə irəli sürdüyü faktiki hallar, həmin tələbin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamaqdadır. Belə ki, əvvəla, sözügedən əşyaların mülkiyyətçisi mövcuddur və məlumdur; digər tərəfdən isə həmin mülkiyyətçi (Babazadə (Ələkbərova) Vüsalə Rasim qızı) əşayalardan imtina etməməklə, əksinə onların qaytarılması barədə tələb irəli sürmüşdür. Kollegiya, İddiaçı digər tələbi üzrə gəlinən nəticəni də qanuni hesab edir: belə ki, işin hallarından tərəflərin nikahlarının 11.09.2019-cu il tarixdə pozulduğu, bundan sonra onların arasında 2020-ci ilin ortalarına qədər müxtəlif məhkəmə çəkişmələrinin olduğu, o cümlədən Vüsalə Babazdənin “evə köçürülmə” barədə iddiasına məhkəmədə baxıldığı, ilkin iddiaçının 2020-ci ilin fevral ayında Vüsalə Babazadəyə bildiriş göndərərək əmlakını götürməsini tələb etdiyi aydın olur – bu isə o deməkdir ki, Vüsalə Babazadə hazırkı məhkəmə icraatının başladığı 2020-ci ilin iyun ayına qədər öz əşyalarını köçmək istədiyi evdən götürməməkdə haqlı olmuşdur. Eyni zamanda məhkəmədə verdiyi izahatına əsasən, Vüsalə Babazadə (Ələkbərova) ilkin iddiaçı ilə ailə münasibətlərinin bərpa olunacağına ümid etmişdir. Qarşılıqlı iddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir; belə ki, həmin maddi hüquq normasına əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsaslanan iddianın təmin edilməsi üçün maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Qarşılıqlı iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, baxılan mübahisə üzrə qarşılıqlı iddiaçının üzərinə düşən sübutetmə yükü qaytarılmasını tələb etdiyi əmlakların iddia etdiyi ədəddə və qiymətdə, eləcə də onların özünün mülkiyyətində olduğunun sübut edilməsidir. Qarşılıqlı iddia üzrə cavabdehin üzərinə düşən sübutetmə yükü isə ondan ibarətdir ki, o, iddiaçıya hədiyyə verildiyini (onun mülkiyyətində olduğunu) etiraf etdiyi əşyaların müəyyən hissəsinin onun tərəfindən aparıldığını sübuta yetirməlidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından məhkəmə kollegiyası hesab edir ki, “trapes şalvar, yaşıl kofta dəsti, 2 ədəd şifon köynək” istisna olmaqla, qətnamə ilə Babazadə (Ələkbərova) Vüsalə Rasim qızına qaytarılmasına qərar verilmiş cehiz əşyalarının mövcudluğunun və hazırda İddiaçı sahibliyində qaldığının sübut edilməsinə ehtiyac yoxdur; çünkü bu fakt, yəni sözügedən əşyaların qarşılıqlı iddiaçıya məxsusluğu İddiaçı tərəfindən etiraf olunmuşdur. Bununla belə qeyd olunmalıdır ki, trapes şalvar, yaşıl kofta dəsti və 2 ədəd şifon köynək birinci instansiya məhkəməsinin hakiminin icra məmurunun və tərəflərin iştirakı ilə keçirdiyi yerli baxış zamanı evdə aşkar edilməmiş, onların hazırda İddiaçı sahibliyində qaldığı da müəyyən olunmamışdır; eyni zamanda, İddiaçı mis kostryulka naborunun 6 ədəd deyil, 4 ədəd olduğunu irəli sürsə də, bu halı təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. Cavabdeh (Babazadənin) apellyasiya şikayətinə münasibətdə kollegiya qeyd edir ki, həmin yerli baxış zamanı onun qaytarılmasını tələb etdiyi bəzi əşyaların mövcudluğu müəyyən olunmamış, birinci instansiya məhkəməsi də bu əşyaların təsviri, evdə yaşadığı dövrdə onların mövcud olması və həmin əşyaların aparılıb-aparılmaması barədə sübut olmadığını nəzərə almaqla qarşılıqlı iddianı müvafiq hissədə təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2669/2020 saylı iş üzrə 20 oktyabr 2020-ci il tarixli qətnaməsi “Babazadə (Ələkbərova) Vüsalə Rasim qızına trapes şalvarın, yaşıl kofta dəstinin və 2 ədəd şifon köynəyin qaytarılması” hissəsində ləğv olunsun. Babazadə (Ələkbərova) Vüsalə Rasim qızının qarşılıqlı iddia tələbi həmin əşyalara münasibətdə təmin edilməsin. Babazadə (Ələkbərova) Vüsalə Rasim qızının apellyasiya şikayəti təmin olunmasın və qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumlarının məbləğləri onları ödəmiş tərəflərin özlərinə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar