Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4468/2021 09.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1783/2021 saylı, 01 dekabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 04 may 2020-ci il tarixli əmrinin ləğv edilməsi, iddiaçının Cavabdeh MMC-də ekspeditor vəzifəsinə bərpa edilməsi, səkkiz ay ödənilməmiş 4344 manat əmək haqqının, 380 manat karantin rejiminə görə yardımın, 2000 manat mənəvi ziyanın birdəfəlik ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 04 iyul 2018-ci il tarixdən Cavabdeh MMC-də ekspeditor vəzifəsinə qəbul edilmişdir. İşlədiyi müddətdə işində heç bir qüsuru olmamışdır. Lakin 2019-cu ilin avqust ayının 1-dən rəhbərlik tərəfindən heç bir səbəb olmadan ona işdən çıxma barədə ərizə yazılması bildirilmişdir. O, ərizə yazmaqdan imtina etmişdir. Bundan sonra daha bir həftə işə getmişdir. İşə getməyinə baxmayaraq, ona işə gəlməmək və işdən azad olunma barədə ərizə yazılması tələb edilirdi, əks təqdirdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə işdən çıxarılacağı barədə hədə qorxular gəlmişlər. Avqust ayının əmək haqqısı ona ödənilmişdir. Onun rəsmi əmək haqqı 650 manat təşkiİ edirdi, həmin maaşın müvafiq ödəmələr çıxıldıqdan sonra əmək haqqı kartına 543 manat maaş köçürülürmüşdür. 19 sentyabr 2019-cu il tarixdə o, cavabdehə yazılı şəkildə müraciət edərək onu hansı səbəblərə görə işdən azad etmək istədiklərini məlumat almışdır. Cavabdeh tərəfindən ona yazılı cavab verilərək bildirilmişdir ki, guya ona dəfələrlə həm yazılı, həm də şifahi məlumat vermişlər, halbuki ona nə yazılı şəkilcə, nə də şifahi şəkildə işdən çıxarılma səbəbləri bildirilməmişdir. Səkkiz ay onunla cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam verilməmişdir. Belə ki, ölkəmizdə karantin rejiminin olması ilə əlaqədar olaraq o da işsiz vətəndaşlara dövlət tərəfindən ayrılan 190 manatı almaq üçün qeydiyyatdan keçdikdə ona imtina cnvabı gələrək cavabdehlə bağladığı əmək müqaviləsinin aktiv olduğu müəyyən olunmuşdur. Bundan sonra həqiqətən bunun bələ olduğunu yoxlamaq üçün elektron hökumət portalından müəyyən etmişdir ki, həqiqətən əmək müqaviləsi aktivdir. Məsələyə aydınlıq gətirmək üçün yenidən cavabdehə müraciət etdikdə onunla satış müdiri Qabil adlı şəxs telefonda danışaraq onu təhqir etmiş, ünvanına nalayiq söyüşlər demişdir. Bir neçə müddətdən sonra yenidən elektron hökümət portalı vasitəsilə özü haqqında məlumatlara baxdıqa ona məlum olmuşdur ki, 04 may 2020-ci il tarixdə onunla bağlınmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən xitam verilmişdir. Hesab edir ki, 04 may 2020-ci il tarixli əmr qanunsuz olduğu üçün ləğv olunmalıdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1783/2021 saylı, 01 dekabr 2020ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı iş üzrə bir neçə məhkəmə iclası keçirildikdən sonra, 09 iyun 2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edən tərəflər aralarında barışıq sazişinin bağlandığını bildirmiş, həmin sazişin təsdiq olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən tərəflər barışız sazişinin təsdiq edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasına təqdim edilmiş barışıq sazişinin şərtlərinə görə, “1) İddiaçı öz üzərinə Cavabdehnə qarşı qanunsuz əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia tələbindən imtina etməyi öz üzərinə götürür. 2) Cavabdeh MMC onunla İddiaçı arasında bağlanmış **********-2020 saylı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72- ci maddəsinin a) bəndinin tələbini pozduğuna görə həmin Məcəllənin 70- ci maddəsinin “ç” bəndinə uyğun olaraq xitam verilməsini və əmək kitabçasında İddiaçı işdən azad edilməsi barədə qeyd yazısının ləğv edilməsi barədə öz üzərinə öhdəlik götürür. 3) Cavabdeh MMC İddiaçı öz ərizəsi əsasında onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin a) bəndinə və 69-cu maddəninin 1- ci hissəsinə uyğun olaraq xitam verilməsini, onun əmək kitabçasında bu barədə müvafiq qeydiyyatın aparılmasını, habelə həmin dəyişikliklərin edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial” səhifəsində müvafiq qeydiyyatın aparılması üçün həmin orqana rəsmi müraciət edilməsini öz üzərinə götürür. 4) Cavabdeh MMC İddiaçı 2000 manat pul təzminatı ödəməsini öz öhtəsinə götürür. Bu Sazişin şərtləri məhkəmə tərəfindən təsdiq edildikdə, qanunvericiliyin tələblərinə görə eyni zamanda iş üzrə icraata xitam veriləcək. Bununla əlaqədar tərəflər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsində göstərilən “işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir” müddəaları ilə tanış olduqlarını təsdiq edirlər. Bu Sazişin şərtləri məhkəmə tərəfindən təsdiq edildiyi gündən qüvvəyə minir və onun şərtləri Tərəflər üçün məcburi sayılır. Tərəflər bu Barışıq Sazişinin şərtləri üzrə öhdəliklərini icra etmədiyi təqdirdə, Tərəflərin bu Sazişin müddəalarının pozulmasına görə məhkəməyə müraciət etmək hüquqları vardır. Tərəflər təsdiq edir ki, hazırkı Barışıq Sazişinin şərtlərinin yerinə yetiriləcəyi təqdirdə bir-birlərinə qarşı heç bir iddiaları qalmır.”. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, tərəflərin təqdim etdiyi barışıq sazişi təsdiq edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə görə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, tərəflərin bağladıqları barışıq sazişi qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 370, 391, 400, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa” tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış “1) İddiaçı öz üzərinə Cavabdehnə qarşı qanunsuz əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia tələbindən imtina etməyi öz üzərinə götürür. 2) Cavabdeh MMC onunla İddiaçı arasında bağlanmış **********-2020 saylı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72- ci maddəsinin a) bəndinin tələbini pozduğuna görə həmin Məcəllənin 70- ci maddəsinin “ç” bəndinə uyğun olaraq xitam verilməsini və əmək kitabçasında İddiaçı işdən azad edilməsi barədə qeyd yazısının ləğv edilməsi barədə öz üzərinə öhdəlik götürür. 3) Cavabdeh MMC İddiaçı öz ərizəsi əsasında onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin a) bəndinə və 69-cu maddəninin 1- ci hissəsinə uyğun olaraq xitam verilməsini, onun əmək kitabçasında bu barədə müvafiq qeydiyyatın aparılmasını, habelə həmin dəyişikliklərin edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial” səhifəsində müvafiq qeydiyyatın aparılması üçün həmin orqana rəsmi müraciət edilməsini öz üzərinə götürür. 4) Cavabdeh MMC İddiaçı 2000 manat pul təzminatı ödəməsini öz öhtəsinə götürür. Bu Sazişin şərtləri məhkəmə tərəfindən təsdiq edildikdə, qanunvericiliyin tələblərinə görə eyni zamanda iş üzrə icraata xitam veriləcək. Bununla əlaqədar tərəflər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsində göstərilən “işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir” müddəaları ilə tanış olduqlarını təsdiq edirlər. Bu Sazişin şərtləri məhkəmə tərəfindən təsdiq edildiyi gündən qüvvəyə minir və onun şərtləri Tərəflər üçün məcburi sayılır. Tərəflər bu Barışıq Sazişinin şərtləri üzrə öhdəliklərini icra etmədiyi təqdirdə, Tərəflərin bu Sazişin müddəalarının pozulmasına görə məhkəməyə müraciət etmək hüquqları vardır. Tərəflər təsdiq edir ki, hazırkı Barışıq Sazişinin şərtlərinin yerinə yetiriləcəyi təqdirdə bir-birlərinə qarşı heç bir iddiaları qalmır.” məzmunundakı barışıq sazişi təsdiq olunsun. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1783/2021 saylı, 01 dekabr 2020ci il tarixli qətnaməsi ləğv edilərək mülki işin icraatına xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-4468/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4468/2021
09.06.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver