Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4470/2024 02.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi X4 Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiqi” ərizəsinə dair mülki iş üzrə (Açar sözlər: barışıq sazişinin təsdiqi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Ərizəçi X4 iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2102/2024 nömrəli, 03 iyun 2024cü il tarixli qətnaməsindən ərizəçi X8 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. AZ-İİ seriyalı 309301 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs ilə X12 arasındakı nikah xx.xx.2018-cİ ildə 589 saylı aktı ilə bağlanmışdır və arvada Əlipaşayeva soyadı verilmişdir.
2. AZ-İV seriyalı 336155 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 17 avqust 2019-cu İl təvəllüdlü X5 atası Maraqlı şəxs, anası X6r.
3. X8 və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2024-cü il tarixli Barışıq Sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışıq sazişi bağlamışlar.
4. 1. Birinci tərəf: Ərizəçi bu Sazişi imzalandıqdan sonra İkinci tərəf: həyat yoldaşı Maraqlı şəxs ilə Xaçmaz rayon Qeydiyyat şöbəsində xx.xx.2018-ci tarixdə N° 589 qeydi ilə bağlanan nikahın (barışıq üçün əlavə vaxt verilmədən) pozulmasına (ləğv edilməsinə) razıdır. 2. Birinci tərəf: Ərizəçi İkinci tərəf: Maraqlı şəxs ilə birç nikahdan dünyaya gələn övladları xx.xx.2019-cu il təvəllüdlü X5 onı (ananın) Ərizəçi yanında (himayəsində) qalmasına razıdır. 3. Birinci tərəf: Ərizəçi İkinci tərəf: Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün İkinci tərəf: Maraqlı şəxs aliment tələbinin olmadığını təsdiq edir. 4. Birinci tərəf: Ərizəçi İkinci tərəf: Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2019-cu il təvəllüdlü X9 ilə xx.xx.2024-cü il tarixdən etibarən uşağın mənafeyı nəzərə alınmaqla (dərs vaxtlarını və reabilitasiya günləri nəzərə alınmaqla və bu barədə İkinci tərəf: Maraqlı şəxs öncədən dərs cədvəli, ünvan barədə məlumat verilərək və s.) vaxt məhdudiyyəti qoyulmadan (Bakı şəhərini tərk edərkən əvvəldən Birinci tərəf: Ərizəçi (anaya) məluma verilməsi nəzərə alınmaqla) ünsiyyətdə olmasına dair İkinci tərəf: Maraqlı şəxs (atası) şərait yaradacağına dair öz üzərinə öhdəlik götürür. 5. Birinci tərəf: Ərizəçi bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. Nikahın pozulması (ləğv edilməsi) ili bağlı aidiyyəti məhkəməyə müraciət edəcəyinə dair öhdəlik götürür. 6. İkinci tərəf: Maraqlı şəxsbu Sazişi imzalandıqdan sonra Birinci tərəf həyat yoldaşı Ərizəçi ilə Xaçmaz rayon Qeydiyyat şöbəsində xx.xx.2018-ci il tarixdə №589 qeydi ilə bağlanan nikahın (barışıq üçün əlavə vaxt verilmədən) pozulmasına (ləğv edilməsinə) razıdır. 7. İkinci tərəf: Maraqlı şəxs Birinci tərəf: Ərizəçi ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2019-cu il təvəllüdlü X5 Birinci tərəf (ananın) Ərizəçi yanında (himayəsində) qalmasına razıdır. 8. İkinci tərəf: Maraqlı şəxs Birinci tərəf: Ərizəçi ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Birinci tərəf: Ərizəçi ondan aliment tələbinin olmadığı ilə razıdır. 9. İkinci tərəf: Maraqlı şəxs- Birinci tərəf: Ərizəçi ilə Birgə nikahdan dünyaya gələn övladları xx.xx.2019-cu il təvəllüdlü X9 ilə xx.xx.2024-cü il tarixdən etibarən uşağın mənafeyi nəzərə alınmaqla (dərs vaxtlarını və reabilitasiya günləri nəzərə alınmaqla və bu barədə ona öncədən dərs cədvəli, ünvan barədə məlumat verilərək) vaxt məhdudiyyəti qoyulmadan (Bakı şəhərini tərk edərkən əvvəldən Birinci tərəf: Ərizəçi(anaya) məlumat verilməsi nəzərə alınmaqla) ünsiyyətdə olmasına dair Birinci tərəf: Ərizəçi (anası) ona şərait yaradacağına dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. 10. İkinci tərəf: Maraqlı şəxs-bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. Nikahın pozulması (ləğv edilməsi) ilə bağlı birinci tərəfin aidiyyəti məhkəməyə müraciət edəcəyi il razıdır və buna etiraz etmir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. Ərizəçi X8 Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiqi” barədə ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən, Mediasiya X1 ilə Maraqlı şəxs arasında 13 may 2024-cü il tarixdə bağlanmış Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, 24 noyabr 2018-ci ildə nikahını dövlət qeydiyyatından keçirməklə Maraqlı şəxs ilə ailə həyatı qurmuşdur. Həmin nikahdan 17 avqust 2019-cu ildə oğlu X9 anadan olmuşdur. Birgə ailədə yaşadığı ilk vaxtlarda mehriban yaşamışlar. Lakin sonralar cavabdeh ona qarşı fiziki zor və şiddət tətbiq etməyə başladı. Artıq 6 aya yaxındır azyaşlı uşağı ilə birlikdə valideynlərinin yanında qalır. Cavabdeh tərəfindən mənə heç bir maddi yardım göstərilmir. Səlist danışıq, nitq və Psixologiya Akademiyasının xx.xx.2023-cü il tarixli, 44 №li arayışından görünür ki, uşaq orada müalicə olunur və hər ay 1000 manat vəsait tələb olunur. Ona görə də hesab edir ki, həmin məbləğin yarısı cavabdehdən tutulmalıdır. Bunun üçün də o, İlkin presedur kimi Mediasiya şurasına müraciət etdi və Mediasıya təşkilatından onların işinə baxılması üçün X16 Əliyevna təyin edilmişdir. İlkin mediasiya prosesində cavabdeh onunla ortaq fikrə gələrək aralarında bağlanmış 24 noyabr 2018-ci il tarixli nikahın pozulmasına, 17 avqust 2019-cu il təvəllüdlü oğlu X5 onun himayəsində saxlanılmasına, yəni razılığa gəlinmişdir Bununla bağlı 13 may 2024-cü il tarixdə Mediasiya təşkilatında öz aralarında Barışıq sazişi bağlanmışdır. Bunun üçün də barışıq sazişinin təstiq olunmasını istəyir.
7. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2102/2024 nömrəli, 03 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakim Qamət Əbilov) ərizənin təmin edilməsi qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.3, 34.1-34.5-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23, 355-24, 355-25, 355-26.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən ərizəçi X8 apellyasiya şikayəti verərək qətnamənin qismən dəyişdirilərək, alimentdən imtina hissəində tam ləğv edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli, 2(002)-2102/2024 saylı qətnamə çıxarılarkən ərizəçiyə məlum olmuşdur ki, guya o, barışıq sazişi bağlayarkən cavabdehdən alimentdən də imtina etmişdir. Bu da razılaşmanın 8-ci bəndində öz əksini tapmışdır. Ərizəçi istər Mediasiyada, istərsə də məhkəmə iclasında alimentdən imtina etməmişdir, əksinə Maraqlı şəxs qarşı aliment və əlavə xərclərin tutulması ilə əlaqədar Xaçmaz rayon Məhkəməsinə müraciət etmiş və Xaçmaz rayon məhkəməsi xx.xx.2024-cü il tarixdə 2(067)/598/2024 saylı qətnamə ilə iddia təmin olunmuş və Maraqlı şəxs aliment tutulması qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsi xx.xx.2024-cü il tarixli,2(015)-843/2024 saylı qətnaməsi ilə Xaçmaz rayon məhkəməsinin qətnaməsini qismən dəyişərək əlavə xərci 250 manatdan 200 manata endirmiş, qalan hissədə isə qüvvədə saxlamışdır. Ona görə də istər mediasiya, istərsə də Qaradağ rayon Məhkəməsi qanunsuzluğa yol vermiş və ərizəçinin əvəzinə qanunsuz olaraq qətnamə qəbul etmişdir. Ona görə də qətnamə bu hissədə ləğv edilməlidir. Ərizəçi məhkəmədə izahat verərkən alimentdən imtina etməyi barədə heç bir ifadə vermənişdir, lakin məhkəmə qətnaməsində guya ərizəçinin alimentdən imtina etməyi barədə qərar qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçi X8 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
13. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Maraqlı şəxs məhkəmənin iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə Maraqlı şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun
14. 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır.
15. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.
16. 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur.
17. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər.
18. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla).
19. 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
20. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 88 məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
23. Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.
24. Maddə 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir:
25. Maddə 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda;
26. Maddə 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda.
27. Maddə 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.
28. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. Maddə 384.0.2 qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
30. Maddə 385 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
33. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin qismən dəyişdirilməsini, alimentdən imtinaya dair hissədə ləğv edilməsini xahiş etdiyindən qətnamə mabühisələndirilən hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2102/2024 nömrəli, 03 iyun 2024-cü il tarixli qətnaməsi yoxlanılan hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, X8 ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə bağlanmış “Barışıq sazişi”nin 3-cü və 8-ci bəndlərinin təsdiq edilməsindən imtina edilməlidir.
35. Kollegiya qeyd edir ki, iş materiallarından görünür ki, tərəflər öz aralarında nikahın vaxt verilmədən məhkəmə vasitəsi ilə pozulmasına, uşağın anasının himayəsində qalmasına razılığın əldə olunmasına, uşaqla ünsiyyət vaxtlarının müəyyən edilməsinə dair razılığa gələrək mediasiya prosesində barışıq sazişi bağlanmışdır. Daha sonra, barışıq sazişinin könüllü icra edilmədiyinə istinad edən ərizəçi X8 barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir.
36. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasına dair audiovideo yazıdan görünür ki, ərizəçi ilə bərabər maraqlı şəxs barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab etmişdir ki, sazişin şərtləri sazişi bağlayan tərəflərin nikahın məhkəmə qaydasında pozulması, birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşağın ananın himayəsində saxlanılması və onun atası ilə ünsiyyət müddətlərinin müəyyən edilməsi ilə bağlıdır ki, bu şərtlər tamamilə qanuna uyğundur və üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Bu baxımdan məhkəmə uşağın mənafeyini əsas götürərək, mülki prosessual və mediasiya haqqında qanunvericiliyin müddəalarını nəzərə alaraq, barışıq sazişinin təsdiq edilməsi nəticəsinə gəlmişdir.
37. Kollegiya qeyd edir ki, apellyasiya şikayətindən görünür ki, ərizəçi barışıq sazişinin 3-cü və 8-ci bəndlərindən məlumatlı olmamış, tərəflərin birgə nikahından doğulmuş azyaşlı uşağın saxlanmasına dair alimentin ödənilməsindən imtina edilməsi, aliment tələbinin olmamasına dair razılıq ərizəçinin maraqlarına aşkar şəkildə uyğun deyildir.
38. Tərəflər arasında olan alimentin tutulmasına dair məhkəmə mübahisəsi bu halı təsdiq edir. Belə ki, barışıq sazişi 13 may 2024-cü il tarixdə imzalanmış, 16 may 2024cü il tarixdə isə Sumqayıt Apellyasiiya Məhkəməsinin 2(105)-843/2024 nömrəli qətnaməsi qəbul olunmuş və elan edildiyi andan qanuni qüvvəyə minmişdir. Adıçəkilən qətnamə ilə cavabdehdən hər ay 250 manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi, həmçinin tərəflərin birgə nikahından dünyaya gələn övladları xx.xx.2019-cu il təvəllüdlü X5 müalicə aldığı dövrdə müalicəsi üçün hər ay 200 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi müəyyən olunmuşdur.
39. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə qismən razılaşmamaqla qətnaməni yoxlanılan hissədə qanuni və əsaslı hesab etmir.
40. Belə ki, məhkəmə barışıq sazişinin uşağın mənafeyinə uyğun olduğunu hesab etmişdir. Lakin qətnamədən görünür ki, azyaşlı uşağın saxlanmasına dair maraqlı şəxsin aliment öhdəliyinin olmaması ilə bağlı məhkəmə qətnamədə hər hansı hüquqi dəyərləndirmə aparmamış, qeyd olunan halın uşağın üstün mənafeyinə uyğun olmadığı nəzərə alınmadan barışıq sazişi bütövlükdə təsdiq olunmuşdur.
41. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-26.1.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir.
42. Məhkəmə kollegiyası valideynlərin onlardan ayrı yaşayan uşaqlarını saxlamaq vəzifəsinin olmasını qeyd edərək bildirir ki, qətnamənin yoxlanan hissəsi ləğv edilməlidir.
43. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə ləğv edilməli, barışıq saziişinin təsdiq olunması barədə ərizə qismən təmin edilməlidir
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Ərizəçi X4 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2102/2024 nömrəli, 03 iyun 2024-cü il tarixli qətnaməsi yoxlanan hissədə, yəni barışıq sazişinin 3-cü (Birinci tərəf: Ərizəçi İkinci tərəf: Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün İkinci tərəf: Maraqlı şəxs aliment tələbinin olmadığını təsdiq edir) və 8-ci (İkinci tərəf: Maraqlı şəxs Birinci tərəf: Ərizəçi ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Birinci tərəf: Ərizəçi ondan aliment tələbinin olmadığı ilə razıdır) bəndinin təsdiq edilməsinə aid hissələrdə ləğv edilsin. Həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilsin. Həmin hissələrdə barışıq sazişinin təsdiq edilməsindən imtina edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.