Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4492/2025 23.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), X3 və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-1891/2025 saylı qətnaməsi üzrə Maraqlı şəxs2 maraqlarına toxunan şəxs kimi tanınmasına və verilmiş apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə apellyasiya məhkəməsinə göndərilməsinə dair Maraqlı şəxs2 tərəfindən verilmiş ərizə üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1891/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı Ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: Ərizəçi maraqlı şəxs X1 qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli, MŞB/16/2024-01919 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1891/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə barışıq sazişi təsdiq edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-1891/2025 saylı qətnaməsi üzrə Maraqlı şəxs2 maraqlarına toxunan şəxs kimi tanınmasına və verilmiş apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə apellyasiya məhkəməsinə göndərilməsinə dair Maraqlı şəxs2 nümayəndəsi-vəkili Vəkil2 ərizəsi məhkəməyə daxil olmuşdur. Maraqlarına toxunan şəxs ərizəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2405/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə hazırkı mübahisəli mənzilin, yəni Bakı şəhəri, X.Şuşinski küçəsində yerləşən 16 mərtəbəli yaşayış evinin, 1-ci blok, 9-cu mərtəbə, ümumi sahəsi 180.85 kv.m, izolə edilmiş 4 otaqlı, 37 saylı mənzilin Gözəlov (Sorokin) Sergey Vladimiroviçin istifadə və sahibliyinə verilməsi, mənzildən istifadə və ona sahiblik etməsinə yaradılmış maneənin aradan qaldırılması qət edilmişdir. Həmin qətnamə müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5833/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)- 851/2023 nömrəli qərarı ilə qüvvədə saxlanılmışdır. Məhkəmə qətnaməsinə əsasən icra hərəkətləri davam etdirildiyi zaman mübahisəli mənzil Maraqlı şəxs1 satılmış və saxta sənədlər əsasında ona mülkiyyət hüququna dair Çıxarış verilmişdir. Bundan sonra məhkəmədə müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğvinə dair iddia qaldırılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)- 1029/2024 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdehlər "xxxx" MTK, X5 və Maraqlı şəxs1 arasında bağlanmış müqavilə etibarsız hesab edilmiş, Bakı şəhəri, ünvan 1 ünvanına dair (Yeni qaydalarla: AZ 1007, ünvan 208, M10, m1) Maraqlı şəxs1 adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli Çıxarış ləğv edilmişdir. İş üzrə yekun məhkəmə aktı- Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3412/2024 saylı, xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. Bundan sonra hazırkı iş üzrə tərəflər ləğv edilmiş Çıxarış əsasında mənzilin bölünməsinə dair Mediasiyada qanuna zidd olaraq “Barışıq Sazişi” bağlamışlar. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1891/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə Gözəlov (Sorokin) Sergey Vladimiroviçin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-1891/2025 saylı qətnaməsindən apellyasiya şikayəti verməsi üçün hüquq və maraqlarına toxunan şəxs kimi tanınması, Gözəlov (Sorokin) Sergey Vladimiroviçin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-1891/2025 saylı qətnaməsindən apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan iddiaçı Ərizəçi tərəfindən verilmiş şikayət məhkəməyə daxil olmuşdur. İddiaçı Ərizəçi şikayətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1891/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının əsassız olduğu üçün ləğv edilməsini və apellyasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Maraqlarına toxunan şəxsin nümayəndə-vəkili məhkəməyə ərizə ünvanlayaraq şikayətin təmin edilməməsini və qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1 və 357.2-ci maddələrinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Qeyd olunmalıdır ki, hər hansı subyektin qəbul edilən məhkəmə aktı ilə hüquq və vəzifələrinə toxunan subyekt kimi tanınması üçün məhz işə məhkəmədə baxılarkən onun cəlb edilməsinə zərurət olmalıdır. Maraqlarına toxunan şəxs Maraqlı şəxs2 ərizəsində bu zərurəti əsaslandırmış və qətnamənin onun hansı maraqlarına toxunduğunu izah etmişdir. Kollegiya iş materiallarını araşdıraraq hesab edir ki, ərizədə göstərilən dəillər əsaslı olmaqla mübahisələndirilən qətnamənin Maraqlı şəxs2 maraqlarına toxunması halı mövcuddur. Bu səbəbdən kollegiya birinci instansiya məhkəməsinin Gözəlov (Sorokin) Sergey Vladimiroviçin qətnamə ilə hüquq və maraqlarına toxunan şəxs qismində tanınması və onun apellyasiya şikayətinin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qənaəti ilə razılaşır. Şikayətin dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, onlar qanuni və əsaslı qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: X2 şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1891/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-4492/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4492/2025
23.07.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver