Məhkəmə qərarları › İş №2(103)-4526/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4526/2024

29.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4526/2024 29.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X19 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X4 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 yanvar 2023-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə vəkili (nümayəndəsi) Vəkil1 və İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizələr ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, əmlak kompleksinin tam mülkiyyət hüququ üzrə Afət Abdullayevanın adına keçirilməsi və Bakı Şəhəri 7 saylı Notariat Kontorunun xx.xx.2011-ci il tarixli, 2V/1-45 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə” əsasən xx.xx.2011-ci il tarixində Cavabdeh1 adına qeydiyyatdan keçməsi ilə əlaqədar bütün hüquqverici sənədlərin ona (İddiaçı) aid hissəsində etibarsız hesab edilməsi; cavabdehlər Cavabdeh1 ilə Cavabdeh3 arasında Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı- Zığ və Suraxanı-Qaraçuxur yollarının kəsişməsində yerləşən, sahəsi 945,5 kv.m. olan “A” tikilisindən, sahəsi 44,0 kv.m. olan “B” tikilisindən ibarət qeyri-yaşayış binasına dair Bakı Şəhəri 11 saylı Notariat Kontorunda bağlanmış xx.xx.2012-ci il tarixli “Alğı-satqı müqaviləsinin” ona (İddiaçı) aid hissəsində etibarsız hesab edilməsi; həmin əmlak üzərində onun tam mülkiyyət hüquqlarının bərpa edilməsi və həmin əmlakın 50 faizi üzrə tam mülkiyyət hüququnun onun adına yenidən qeydiyyata alınması və bu barədə çıxarışın verilməsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması; dəymiş maddi-mənəvi zərərə görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 100.000 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsində Bakı şəhəri 11 saylı Notariat Ofisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi qeyd olunmuşdur.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlərdən Cavabdeh1 və Cavabdeh2 anası Afət Əliyeva ilə iddiaçının şərikli biznes fəaliyyətləri və birgə əmlakları mövcud olmuşdur. 2006-cı ildə iddiaçı ilə Afət Əliyeva arasında biznes və əmlakla bağlı mübahisə yaranmış, bu mübahisə müxtəlif instansiya məhkəmələrinin çoxsaylı baxışlarının predmeti olmuşdur. Mülki mübahisə ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin qəbul etdiyi xx.xx.2011-ci il tarixli qərardadı ilə, iddiaçı olaraq Afət Əliyevanın cavabdehlər Arif Süleymanova, Bakı Şəhəri 22 saylı Notariat Kontoruna, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və hazırkı iş üzrə iddiaçıya qarşı irəli sürdüyü “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, qeydiyyat vəsiqəsinin hissəvi ləğv edilməsi və yeni qeydiyyat vəsiqəsinin verilməsi barədə” iddia ərizəsi, həmçinin hazırkı iş üzrə iddiaçının Afət Əliyevaya qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” qarşılıqlı iddiası üzrə mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş xx.xx.2010-cu il tarixli qətnamənin, həmin iş üzrə tərəflərin iddiadan imtina etməsinə görə ləğv olunması və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Afət Əliyeva ilə hazırkı iş üzrə iddiaçının arasında yaranmış mübahisələr üzrə davam edən növbəti məhkəmə prosesindən sonra, Afət Əliyeva hazırkı iş üzrə iddiaçıya zəng edərək, onun tərəfindən hazırkı iş üzrə iddiaçıya qarşı etdiklərinin düzgün olmadığını demiş, hazırkı iş üzrə iddiaçıdan onu bağışlanmasını xahiş etmiş və hazırkı iş üzrə iddiaçının əlindən alınmış əmlakların geri qaytaracağını bildirmişdir. Bu zəngdən bir neçə gün sonra Afət Əliyeva vəfat etmiş və onun vərəsələri Cavabdeh1 və Cavabdeh2 ilə hazırkı iş üzrə iddiaçı arasında müvafiq razılaşmalar olmuş, bununla bağlı müqavilələr də bağlanmışdır. Qeyd olunan iş üzrə icraata xitam verildikdən sonra, həmin əmlakın 50 faizinin hazırkı iş üzrə iddiaçının adına keçirilməklə mülkiyyət hüququnun yenidən qeydiyyata alınmasına edilən çoxsaylı cəhdləri heç bir nəticə verməmiş, hətta məhkəmə qaydasında da bu məsələ öz həllini tapmamışdır. 2 saylı Bakı İnzibati İqtisad Məhkəməsi belə nəticəyə gəlmişdir ki, bu mübahisə, əmlak hüquqlarının dövlət qeydiyyatını aparan Reyestr Xidmətinin səlahiyyətinə aid olduğundan, aidiyyəti üzrə həmin Xidmətin Bakı Ərazi İdarəsinə müraciət olunmalıdır. Lakin bunun da heç bir nəticəsi olmamışdır. Hazırkı iş üzrə iddiaçı xx.xx.2014-cü il tarixdə həbs olunmuş və xx.xx.2019-cu il tarixdə həbsdən çıxmışdır. O, uzun müddət müalicə və ağır əməliyyatdan sonra Cavabdeh1 və Cavabdeh2 ilə aralarındakı razlılaşmanın onlar tərəfindən pozulduğunu bilmiş, dərhal da müvafiq iddia ərizəsi ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmış və həmin işə məhkəmə tərəfindən baxılan zaman ona məlum olmuşdur ki, 50 faizlik tam mülkiyyət hüququ ona məxsus və Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı-Zığ və Suraxanı-Qaraçuxur yollarının kəsişməsində yerləşən, sahəsi 945,5 kv.m. olan “A” tikilisindən, sahəsi 44,0 kv.m. olan “B” tikilisindən ibarət qeyri-yaşayış binası Cavabdeh1 tərəfindən Cavabdeh3 177.968 manata satılmış və bu barədə onların arasında xx.xx.2012-ci il tarixdə, 11 saylı Notariat Kontorunda “Alğı-satqısı müqaviləsi” bağlanmışdır. Bundan başqa, bu şəxslər arasında həmin tarixdə həmin Notariat Kontorunda daha bir “Alğı-satqı müqaviləsi” də bağlanmış, Cavabdeh3 mülkiyyətində olan və Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 142,59 kv.m. yaşayış sahəsi 40.000 manata Cavabdeh1 satılmışdır. Bu cür müəmmalı “Alğı-satqı müqavilələri” bağlamaqla cavabdehlər aralarındakı alğı-satqı üzrə ödənilən məbləğlərin miqdarını qəsdən gizlətmişlər. Belə ki, hazırkı iş üzrə iddiaçı həbs olunmamışdan əvvəl, mübahisəli qeyri-yaşayış binasının bazar qiyməti 600- 800 ABŞ dolları məbləğində müəyyən edilmiş və bu əmlakın, həmçinin, şərikli olduğu digər əmlakların satışından əldə ediləcək gəlirdən onun payına düşən məbləğin miqdarı 500 min ABŞ dolları miqdarında müəyyən edilmişdir. Beləliklə, mübahisəli obyekt üzərində hazırkı iş üzrə iddiaçıya məxsus 50 faizdən ibarət hissə alğı-satqı yolu ilə Cavabdeh3 adına qanunsuz olaraq özgəninkiləşdirilmişdir. b) cavabdeh tərəfin iddiaya etirazı barədə məlumat

4. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia tələbinə qarşı etiraz verərək, bildirmişlər ki, iddia tələbi qeyri-müəyyən olmaqla əsassızdır. İddiaçı alğı-satqı müqaviləsinin ona aid hissədə etibarsız hesab edilməsini tələb edir və iddia edir ki, obyektin yarısı ona məxsusdur və bu səbəbdən də Cavabdeh1 obyekti satmağa hüququ olmadığını iddia edir. Lakin obyektin yarısının özünə məxsus olmasına dair rəsmi sənəd təqdim edə bilmir. Çünki elə bir sənəd mövcud deyildir. Obyektin 1/2 hissəsinin Afət Abdullayevanın, 1/2 hissəsinin isə iddiaçıya məxsus olmasına dair şəhadətnamənin foto surəti rəsmi sənəd deyil, ona görə ki, orijinal sənəd deyil və lazımı qaydada təsdiq olunmayıb. Məhkəməyə təqdim olunmuş şəhadətnaməmin surətində göstərilən obyekt Cavabdeh1 xüsusi mülkiyyətində olub və Cavabdeh1 də həmin obyekti xx.xx.2012-ci il tarixdə Cavabdeh3 satıb. Cavabdeh1 mülkiyyət hüququ ilə özünə məxsus daşınmaz əmlakı satmaqda haqlı olmuşdur. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2010cu il tarixli qətnaməsi ləğv edilmişdir. Ləğv edilməyə səbəb isə hazırkı iş üzrə iddiaçının iddiadan imtina etməsi olmuşdur. Ləğv edilib-edilməməsindən asılı olmayaraq qətnamənin etibarsız hesab edilməsinin tələb edilməsi məhkəmədə mübahisə mövzusu ola bilməz. Bakı Şəhəri 7 saylı Notariat Kontoru tərəfindən rəsmiləşdirilərək, qeydə alınmış xx.xx.2011-ci il tarixli, 2V/1-45 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin” ləğv edilməsinin səbəbləri iddia ərizəsində göstərilməyib. Şəhadətnamənin verilməsindən 11 il ötüb. Ötən 11 il ərzində şəhadətnamə mübahisələndirilməyib. Əmlakın Cavabdeh1 adına keçirilməsi ilə əlaqədar bütün hüquq verici sənədlərin iddiaçıya aid hissədə etibarsız hesab edilməsi qeyri-müəyyən ifadədir. İddia ərizəsinə əlavələr müxtəlif predmetlərə aiddir. Göstərilənlərə əsasən iddia əsassız hesab edilərək, rədd edilməlidir. Hazırkı mülki mübahisəyə ümumi məhkəmədə baxılması yolverilməzdir. İcrada dönüş edilməsi barədə iddiaçının ərizəsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən də təmin olunmayıb. İddiaçı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ləğv olunmuş qiyabi qətnaməsini məhkəməyə təqdim edərək alğı-satqı müqaviləsinin ləğv edildiyi görüntüsü yaratmağa çalışmışdır. Binəqədi Rayon Məhkəməsinin 2(001)-699/2016 nömrəli, xx.xx.2017-ci il tarixli qərardadı ilə qiyabi qətnamə ləğv edilmişdir. Tərəflər arasında xx.xx.2011-ci il tarixdə “Barışıq müqaviləsi” bağlanmışdır. xx.xx.2011-ci il tarixdə işin icraatına xitam verilmişdir. İşin icraatına xitam verilməsinin “Barışıq müqaviləsi” ilə əlaqəsi yoxdur, çünki xitam verilmə iddiadan imtina ilə əlaqədardır. xx.xx.2012-ci il tarixdə hazırkı iş üzrə iddiaçı obyektinin 1/2 hissəsinə mülkiyyət hüququnun tanınması barədə iddiası rədd edilib. 2014-cü ilin dekabr ayında iddiaçı həbs edilib. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsində iddiaya baxılarkən iddiaçı həbs olunana qədər alğı-satqı müqaviləsini mübahisələndirməməsini işlərinin çoxluğu ilə izah edib. Ötən 11 il ərzində də iddia qaldırılmayıb. Müqavilələr üzrə iddia müddəti 3 ildir. Daşınmaz əmlakla əlaqədar iddia müddəti 6 ildir. Ümumi iddia müddəti isə 10 ildir. Hazırki iş üzrə iddiaçı bu kimi iddianı irəli sürsə də, qanunda nəzərdə tutulmuş bütün iddia müddətlərini buraxmışdır. İddia müddətinin keçməsi isə iddianın rədd olunması üçün əsasdır. Müqavilənin etibarsız hesab edilməsi işləri üzrə iddia müddəti 1 ildir. Cavabdeh1 ilə Cavabdeh3 arasında “Alğı-satqı müqaviləsi” xx.xx.2012-ci il tarixdə bağlanıb. İddiaçı isə hazırkı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə, yəni müqavilə bağlandığı tarixdən 11 il 5 ay keçdikdən sonra Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı həbs olunana qədər alğı-satqı müqaviləsini mübahisələndirmək üçün 2 il vaxtı olmuşdur. Həbs olunduqdan sonra da iddia qaldırmaq imkanı olmuşdur. İddiaçı, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə iddia ilə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. İddia ərizəsində göstərilir ki, Cavabdeh1 obyekti onun razılığı olmadan satmışdır. Bundan 1 il sonra isə iddiaçı, Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş və bu zaman Xəzər Rayon Məhkəməsində qaldırdığı iddiadan bəhs etməyib. Hansı ki, maddi və mənəvi ziyan tələbinə dair işə Xəzər Rayon Məhkəməsində xx.xx.2022-ci ildə baxılaraq iddia rədd olunub və qətnamədən bu günə kimi qanunda nəzərdə tutulan qaydada apellyasiya şikayəti verilməyib. İddiaçı maddi və mənəvi ziyan tələbi ilə əlaqədar iddia qaldırmaqda haqlı olmamışdır. İddia tələbinə Xəzər Rayon Məhkəməsində baxılarkən iddiaçı 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət etməsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 inanmamışdır. Yəni obyektin satılmasının qarşısını almağa səy göstərmişdir. Məhz bu səbəbdən də məhkəmədə iddia qaldıraraq Cavabdeh1 adına olan əmlakın yarısına mülkiyyət hüququnun tanınmasını tələb etmişdir. İddia tələbi təmin olunmadığı halda məhkəmə qərarından şikayət verməmişdir. Başqa sözlə, tələbinin qanunsuzluğu ilə barışmışdır. 2 saylı Bakı-İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci tarixli qərarını onunla əsaslandırıb ki, Cavabdeh1 adına olan çıxarış ləğv olunmadığı halda iddianın təmin olunması mümkünsüzdür. Bəhs olunan qərar preyudisial əhəmiyyət daşıyır.

5. Cavabdeh3 da iddia tələbinə qarşı etiraz verərək bildirmişdir ki, o, onunla Cavabdeh1 arasında xx.xx.2012-ci il tarixdə bağlanmış “Alğı-satqı müqaviləsinə” əsasən mübahisəli əmlakı Cavabdeh1 177.968 manata almışdır. O, ilkin müqavilənin tərəfi olmamış, ilkin müqavilə onun tərəfindən deyil, o əmlakı almamışdan çox əvvəl Poladxan Məmmədkərimov ilə Cavabdeh1 arasında bağlanmışdır. 2014-cü ildə həbs olunmuş iddiaçı 2019-cu ildə azadlığa buraxılmış, lakin iddia ərizəsi məhkəməyə bu yaxınlarda vermişdir. Əgər iddiaçı, xx.xx.2012-ci il tarixdə bağlanmış “Alğı-satqı müqavilənin” etibarsız və müəmmalı olduğunu düşünmüşdürsə, bu barədə daha əvvəldən məhkəməyə müraciət etməli idi. Qanunvericiliyin tələblərinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığın nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən 1 il ərzində irəli sürülə bilər. Göründüyü kimi iddiaçı iddia müddətini ötürmüşdür. Bundan başqa nəzərə alınmalıdır ki, o, Cavabdeh1 ilə xx.xx.2012-ci il tarixdə “Alğısatqı müqaviləsi” bağlayıb, mübahisəli əmlakı alarkən vicdanla davranmış və əmlakın dəyərini ödəməklə əmlakı almışdır. Göstərilənlərə əsasən hesab edir ki, iddia əsassızdır.

6. İş üzrə digər cavabdehlər iddiaya qarşı yazılı etiraz verməmişlər. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

7. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.

8. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Alğı-satqı müqaviləsi” forma baxımından bütün tələblərə əməl edilməklə bağlanmışdır. Ona görə də müqavilə əhəmiyyətsiz əqd hesab edilməməlidir. İddiaçının əmlaka dair hər hansı hüquqları olmadığından, daşınmaz əmlaka dair bağlanmış “Alğı-satqı müqaviləsi” üzrə tərəf olmadığından, həmin müqaviləni mübahisələndirmək üçün subyektiv hüquqa malik deyildir. Əqdin etibarsız hesab edilməsini, bir qayda olaraq, zərərçəkən tərəf tələb edə bilər. Lakin iddiaçı “Alğı-satqı müqaviləsindən” ona dəyən zərərin nədən ibarət olmasını, onun hüquqlarını hansı formada pozulmasını sübuta yetirə bilməmişdir. Belə olan halda, iddiaçının daşınmaz əmlaka dair hər hansı bir qanuni hüquqları olmadığından, onların məhkəmə müdafiəsi də mümkün deyildir. Azərbaycan Respublikasının qanunvericiliyi isə hər hansı bir hüququ olmayan şəxs tərəfindən başqasının xüsusi mülkiyyətində olan əmlaka dair bağlanmış alğı-satqı müqavilələrinin etibarsızlığına dair tələblə çıxış etmək hüquqlarını ümumiyyətlə nəzərdə tutmur. Əgər qanunda iddiaçının ərizəsində göstərdiyi iddia tələbinin qanuni əsası yoxdursa, iddia tələbi iddiaçının öz bildirdiklərinə əsasən əsassız kimi qəbul edilməli və təmin edilməməlidir. Rayon Məhkəməsi həmçinin qeyd etmişdir ki, hətta həmin “Alğı-satqı müqaviləsi” əsasında Cavabdeh3 adına “Daşınmaz əmlakın dövlət reyestrində” aparılmış qeydiyyat əsassız qeydiyyat olsa belə, iddiaçının pozulmuş mülkiyyət hüquqları mübahisəli əmlakı vicdanla əldə etmiş şəxsin hüquqlarının pozulması hesabına aradan qaldırıla bilməz. Bundan başqa Rayon Məhkəməsi onu da qeyd etmişdir ki, iddiaçı “Alğı-satqı müqaviləsinin” etibarsız hesab edilməsini qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətlərdə mübahisələndirməmiş, qanunla nəzərdə tutulmuş iddia müddətini üzrsüz səbəbdən ötürmüş, xeyli müddət keçdikdən sonra iddia qaldırmışdır. Bununla da iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. d) apellyasiya şikayəti barədə məlumat

9. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd olunmuşdur ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)-67/2010 nömrəli, xx.xx.2010-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verilsə də, qeyd olunan qətnamə qanunsuz olaraq icraya yönəldilmiş və bu ərəfədə qətnamə icra edilərək mübahisə edilən əmlak üzrə, həmin əmlakın 100 faizlik tam mülkiyyətçisi kimi, Afət Əliyevanın adına reyestrdən çıxarış verilmişdir. Afət Əliyevanın ölümündən sonra, “Vərəsəlik şəhadətnaməsi” əsasında, mübahisə edilən həmin ofis binası üzrə tam mülkiyyət hüquqları Cavabdeh1nin adına tanınmaqla, bu barədə, “Daşınmaz əmlakın dövlət reyestrindən” xx.xx.2011-ci il tarixdə çıxarış da verilmişdir. Apellyasiya instansiyası məhkəməsində işə baxılarkən Afət Əliyevanın hüquqi varisi Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək iddiadan imtina etdiyini bildirmişdir. Habelə hazırkı iş üzrə iddiaçı da ərizə ilə məhkəməyə müraciət edərək qarşılıqlı iddiadan imtina etdiyini bildirmiş və iş üzrə icraata xitam verilməklə birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qətnamənin ləğv edilməsini hər iki tərəf xahiş etmişdir. Tərəflər məhkəmədə iddia tələblərindən imtina etməsinin səbəblərini izah edərək bildirmişlər ki, aralarında barışıq əldə olunmuşdur. Hər iki tərəf bir-birinə qarşı tələbdən imtina edirlər. Mübahisəli əmlakın 50%-nin Afət Əliyavanın, digər 50%-nin onun adına sənədləşməsi barədə razılığa gəlmişlər. Göstərilənlərlə əlaqədar, həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin qəbul etdiyi xx.xx.2011-ci il tarixli qərardadı ilə, Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş xx.xx.2010-cu il tarixli qətnamə tərəflərin iddiadan imtina etməsinə görə ləğv olunmuş və iş üzrə icraata xitam verilmişdir. İş üzrə icraata xitam verilməsi barədə, məhz Bakı Apellyasiya Məhkəməsinin yuxarıda qeyd olunan xx.xx.2011-ci il tarixli qərardadı ilə də, hazırkı iş üzrə iddiaçı ilə Arif Süleymanov arasında 22 saylı Notariat Kontorunda bağlanmış, reyestr nömrəsi 4-Ə-1/169 olan xx.xx.2004-cü il tarixli alğı-satqı müqaviləsi əsasında verilmiş 357 “a” saylı, xx.xx.2004-cü il tarixli qeydiyyat vəsiqəsi üzrə, tikilinin 1/2 hissəsinin, yəni, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı-Zığ və Suraxanı-Qaraçuxur yollarının kəsişməsində yerləşən, sahəsi 945,5 kv.m. olan “A” tikilisindən, sahəsi 44,0 kv.m. olan “B” tikilisindən ibarət qeyri-yaşayış binasının 50 %-nin, hazırkı iş üzrə iddiaçının adına olan mülkiyyət hüquqları tam bərpa olunmuşdur. xx.xx.2011-ci il tarixli qərardadının izah edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2144/2011 nömrəli, xx.xx.2011-ci il tarixli qərardadı ilə, ərizəsi təmin olunmasa da qərardadda göstərilmişdir: “...məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin müvafiq qətnaməsi əsasında İddiaçı mərhum olduğu mülkiyyət payı, həmin qətnamənin ləğvi nəticəsində (Suraxanı Rayon Məhkəməsinin 2(010)-67/2010 nömrəli, xx.xx.2010-cu il tarixli qanunsuz qətnaməsinin) bərpa olunursa, bu halda qətnamənin icrasına dönüş edilməlidir”. Yəni, həmin məhkəmə də, mülkiyyət hüquqlarının bərpasını qəbul etmişdir. Eynilə də, hazırkı iş üzrə iddiaçının cavabdeh DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinə qarşı, xüsusi mülkiyyət hüquqları Cavabdeh1 adına ümumi sahəsi 972,5 kv.m. olan və MA seriyalı, ******* saylı, xx.xx.2011-ci il tarixdə “Daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışın verilməsi vəzifəsinin həmin İdarənin üzərinə qoyulması barədə iddia tələbi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-298/2012 nömrəli, xx.xx.2012-ci il tarixli qərarı ilə təmin edilməsə də, həmin məhkəmə də, Bakı Apellyasiya Məhkəməsinin yuxarıda qeyd olunan xx.xx.2011-ci il tarixli qərardadı əsasında, mübahisəli əmlak üzərində mülkiyyət hüquqlarının bərpa olunduğunu xüsusi olaraq qeyd etmişdir. Lakin, bu əsas sübutların, işdə olan sənədlər sıralamasında qeyd edilməsinə baxmayaraq, hazırki işə baxmış hakim, onlara qəsdən və bilərəkdən qiymət verməmişdir. Hazırkı iş üzrə iddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək həbsdə olmuşdur. Azadlığa buraxıldıqdan sonra uzun müddət ərzində müalicə olmuş, ağır əməliyyatdan sonra Cavabdeh1 və Cavabdeh2lə aralarındakı razlılaşmanın onlar tərəfindən pozulduğunu bilmiş, dərhal da iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət etmiş və həmin iddia ərizəsinə dair mülki işə baxılan zaman ona məlum olmuşdur ki, üzərində 50 % hissədə mülkiyyət hüququ olan qeyri-yaşayış binası Cavabdeh1 tərəfindən Cavabdeh3 177.968 manata satılmış və onlar arasında bu əmlakın alğısatqısına dair xx.xx.2012-ci il tarixdə müqavilə bağlanmışdır. Onların arasında həmin tarixdə başqa bir alğı-satqı müqaviləsi də bağlanmış və Əsmar Fətullayeva mülkiyyətində olan mənzili 40.000 manata Cavabdeh1 satmışdır. Rayon Məhkəməsi hazırki iş üzrə əsassız olaraq belə qənaətə gəlmişdir ki, iddiaçı kimi onun əmlaka dair hər hansı hüquqları olmadığından, daşınmaz əmlaka dair bağlanmış alğı-satqı müqaviləsi üzrə tərəf olmadığından, həmin müqaviləni mübahisələndirmək üçün subyektiv hüquqa malik deyildir. Rayon Məhkəməsi həm də qeyd etmişdir ki, əqdin etibarsız hesab edilməsini, bir qayda olaraq, zərərçəkən tərəf tələb edə bilər. Lakin iddiaçı alğı-satqı müqaviləsindən ona dəyən zərərin nədən ibarət olmasını, onun hüquqlarını hansı formada pozulmasını sübuta yetirə bilməmişdir. Belə olan halda, iddiaçının daşınmaz əmlaka dair hər hansı bir qanuni hüquqları olmadığından, onların məhkəmə müdafiəsi də mümkün deyildir. Beləliklə, iş üzrə icraata xitam verilməsi barədə məhz Bakı Apellyasiya Məhkəməsinin yuxarıda qeyd olunan xx.xx.2011-ci il tarixli qərardadı ilə, hazırkı iş üzrə iddiaçı ilə Arif Süleymanov arasında 22 saylı Notariat Kontorunda bağlanmış, reyestr nömrəsi 4-Ə-1/169 olan xx.xx.2004-cü il tarixli “Alğı-satqı müqaviləsi” əsasında verilmiş 357 “a” saylı, xx.xx.2004-cü il tarixli qeydiyyat vəsiqəsi üzrə, tikilinin 1/2 hissəsinin, yəni 50 %-nin hazırkı iş üzrə iddiaçının adına olan mülkiyyət hüquqları tam bərpa olunduğundan, Azərbaycan Respublikası Konstitusiyasının və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normaları əsasında da, heç bir halda, mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına və ya mülkiyyət hüquqlarının mənimsənilməsinə yol verilə bilməzdi. Hazırkı iş üzrə iddiaçının xəbəri olmadan mülkiyyət hüququna dair sənədləşmələrin Cavabdeh3 adına aparılmasını həyata keçirən, faktiki olaraq isə cinayət əməli törətmiş cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin, həmçinin, iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş Bakı Şəhəri 11 saylı Notariat Kontorunun nümayəndələrinin məhkəməyə çağırılıb dindirilməsi Rayon Məhkəməsi tərəfindən qəsdən təmin edilməmişdir. e) apellyasiya instansiya məhkəməsində birinci icraat barədə məlumat

11. İşə (ilk dəfə) baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən verilmiş sorğuya cavab olaraq “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X20 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, ünvan 2 ünvanda yerləşən əmlak kompleksi xx.xx.2003-cü il tarixində Arif Süleymanovun adına qeydiyyatdan keçmişdir. Bakı Şəhəri 22 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2004-cü il tarixli, 4Ə-1/169 reyestr nömrəli “Alğı-satqı müqaviləsinə” əsasən sözügedən əmlakın 1/2 hissəsi İddiaçıoviçin, 4Ə-1/170 reyestr nömrəli “Alğı-satqı müqaviləsinə” əsasən 1/2 hissəsi Afət Abdullayevanın adlarına qeydiyyatdan keçmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-67/2010 nömrəli, xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən sözügedən əmlak tam olaraq xx.xx.2010-cu il tarixində Afət Abdullayevanın adına qeydiyyatdan keçmişdir. Bakı Şəhəri 7 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2011-ci il tarixli, 2V/1- 45 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə” əsasən xx.xx.2011-ci il tarixində Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. Bakı şəhərinin xüsusi notariusu İ.A.Məmmədov tərəfindən təsdiq edilmiş xx.xx.2012-ci il tarixli, 4Ə/726 reyestr nömrəli “Alğı-satqı müqaviləsinə” əsasən xx.xx.2013-cü il tarixində əmlak Cavabdeh3 adına qeydiyyatdan keçmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-699/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra vərəqinə əsasən Cavabdeh3 və Cavabdeh1 mülkiyyət hüquqları ləğv edilmişdir.

12. Apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə (iş № 2(103)-5984/2023) ilə apellyasiya şikayətinin təmin edilməməsini, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanılmasını qət etmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Rayon Məhkəməsinin iş üzrə müəyyən etdiyi hallar apellyasiya icraatının nəticəsilə də təsdiq olunur. Buna görə də qəbul edilməlidir ki, Rayon Məhkəməsi iddianı təmin etməməklə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. f) kassasiya instansiya məhkəməsində icraat barədə məlumat

14. İddiaçının həmin qətnamədən verdiyi kassasiya şikayətinə əsasən mülki işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərar (iş № 2(102)-1455/2024) ilə kassasiya şikayətinin qismən təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qəbul etdiyi qətnamənin qismən, yəni iddianın təmin edilmədiyi “Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən, xx.xx.2010-cu il tarixdə əmlak kompleksinin tam mülkiyyət hüququ üzrə Afət Abdullayevanın adına keçirilməsi və Bakı Şəhəri 7 saylı Notariat Kontorunun xx.xx.2011-ci il tarixli 2V/1-45 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə” əsasən xx.xx.2011-ci il tarixində Cavabdeh1 adına qeydiyyatdan keçməsi ilə əlaqədar bütün hüquqverici sənədlərin iddiaçıya aid hissəsində etibarsız hesab edilməsi, dəymiş maddi-mənəvi zərərə görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 100.000 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması” hissəsində Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsinin qüvvədə saxlanıldığı hissədə ləğv edilməsini, işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini, qalan hissədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qərara almışdır.

15. Kassasiya instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə tərəflərin təqdim etdikləri sübutlara, xüsusi ilə iş üzrə tərəflərin istinad etdikləri qanuni qüvvəyə minmiş məhkəmə aktlarına tam və hərtərəfli baxmamış, düzgün hüquqi qiymət verməmiş, bu səbəbdən də iddia tələbinin yuxarıda qeyd edilən hissəsinin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanılması hissədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası səhv nəticəyə gəlmişdir. Qalan hissədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Qətnamə səhv olan hissədə qeyd edilməlidir ki, işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə gəldiyi mövqeyi, iddiaçının adına reyestrdə aparılmış qeydiyyatın şübhə altına alınması ilə əsaslandırılmışdır. Halbuki, apellyasiya instansiya məhkəməsi həmin nəticəyə gələrkən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasının mövcud olmasını diqqətdən qaçırmışdır. Belə ki, işdən göründüyü kimi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixi qətnaməsinə əsasən əmlak kompleksinin Afət Abdullayevanın adına xx.xx.2010-cu il tarixində tam mülkiyyət hüququ əsasında qeydiyyata alınması, həmin qətnamə qanuni qüvvəyə minmədən (qeyri-dəqiq) aparılmış, daha sonradan tərəflərin iddiadan imtina etməsinə görə adı çəkilən qətnamə ləğv edilərək, iş üzrə icraata xitam verilmiş, bununla da əmlak kompleksinin 1/2 hissəsinin hazırkı iş üzrə iddiaçıya, 1/2 hissəsinin isə Afət Abdullayevanın adına qeydə alınması barədə xx.xx.2004-cü il tarixdə 01 №-li reyestr kitabında, 40-cı səhifədə, 357 “a” reyestr nömrəsi ilə qeydiyyata alınmış reyestrin məzmununun həqiqiliyi və tamamlığı bərpa olunmuşdur. Buna baxmayaraq apellyasiya instansiya məhkəməsi işin həmin halına Mülki Məcəllənin 140-cı maddəsi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.4-cü maddəsi baxımından düzgün hüquqi qiymət verməmişdir. Hazırkı işdə mübahisə predmeti olan əmlak kompleksinin 1/2 hissəsinə münasibətdə iddiaçının adına “Daşınmaz əmlakın dövlət reyestrində” aparılmış qeydiyyatın ləğv edilməsi, həmçinin iddiaçının əmlak kompleksinin Cavabdeh1 mülkiyyətinə keçməsinə, daha sonra isə “Alğı-satqı müqaviləsi” əsasında Cavabdeh3 mülkiyyətinə keçməsinə razılıq ifadə etməsi və bəyənməsi məhkəmələr tərəfindən aşkar edilməmişdir. Apellyasiya instansiya məhkəməsi vicdanlı əldə edən Cavabdeh3 qeydiyyatla əlaqədar əldə etdiyi hüquqları saxlanıldığı halda, Cavabdeh1 daşınmaz əmlaka hüquqlarının qeydiyyatının əsassızlığına, bunun nəticəsində iddiaçıya vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürmək hüququnun yaranmasına Mülki Məcəllənin 149.2 və 452.2-ci maddələrinin tələbi baxımından düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiya məhkəməsi tərəfindən mübahisənin hüquqi həlli baxımından Mülki Məcəllənin əmlak hüquqlarının dövlət qeydiyyatı ilə bağlı (140, 148.2 və 149.2-ci maddələr), əqdin etibarsızlığı bağlı (337, 340.2 və 351-ci maddələr), əqddə razılıqla bağlı (355, 357 və 358.1-ci maddələr) və öhdəlik və müqavilə ilə bağlı ümumi normalarına (385.1, 390.1, 399.1 və 452.2-ci maddələr) istinad edilməklə kifayətlənilsə də, həmin normalar işin hallarına uyğun olaraq düzgün tətbiq edilməmiş, Mülki Məcəllənin 157.4-cü maddəsi ümumiyyətlə nəzərdən keçirilməmiş, işin müəyyən edilmiş faktiki hallarının qeyd olunan normanın dispozisiya şərtlərinə uyğunluğu istiqamətində hüquqi dəyərləndirmə aparılmamışdır. Yuxarıda qeyd edilən hissədə apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qüvvədə olan maddi və prossesual hüquq normalarının tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında müəyyən etdiyi hüquqi mövqeyə cavab vermir. Buna görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə qəbul etdiyi qətnamə həmin hissədə ləğv edilməli və həmin hissədə işə apellyasiya qaydasında baxılması üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. g) apellyasiya baxışının hədləri barədə məlumat

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası tərəfindən ləğv edilmiş hissədə işə apellyasiya qaydasında yenidən baxaraq bildirir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hazırkı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamənin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası tərəfindən ləğv edilməmiş hissəsi hazırkı apellyasiya baxışının predmetini təşkil etmir və təşkil edə bilməz.

17. Odur ki, Məhkəmə, Rayon Məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hazırkı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamənin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası tərəfindən ləğv edilmiş hissəsində yoxlanılmışdır. h) yeni apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı və izahatları barədə məlumat

18. Apellyasiya baxışında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, iddia ərizəsinin, həmçinin apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi. O, əlavə olaraq bildirdi ki, ona dəymiş maddi-mənəvi zərərə görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmasını tələb etdiyi 100.000 manat məbləğində pulun 90.000 manat hissəsi ona vurulmuş maddi zərərlə bağlıdır. Belə ki, o, ötən illər ərzində mübahisəli qeyri-yaşayış sahəsini kirayəyə versə idi ən azından 90.000 manat qazana bilərdi, lakin Cavabdeh1 və Cavabdeh2 onu bu qazancdan məhrum etmişlər. Bununla da ona həm maddi, həm də mənəvi zərər vurmuşlar. O, ona vurulmuş mənəvi zərəri ən azı 10.000 manat məbləğində qiymətləndirir.

19. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə vəkili (nümayəndəsi) Vəkil1 apellyasiya baxışında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verdi

20. İş üzrə digər cavabdehlər və üçüncü şəxsin nümayəndəsi işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər.

21. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. i) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

22. Apellyasiya baxışının hədlərini nəzərə alan Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir.

23. Belə ki, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı-Zığ və Suraxanı Qaraçuxur yollarının kəsişməsində yerləşən ümumi sahəsi - A tikilisinin 945,5 kv.m., B tikilisinin 44,0 kv.m. olan qeyri-yaşayış binası xx.xx.2003-cü il tarixindən X5 adına olmuş, X9 Rüstəmov arasında bağlanmış xx.xx.2004-cü il tarixli 4Ə-1/169 və Arif X1 arasında bağlanmış xx.xx.2004-cü il tarixli 4Ə-1/170 nömrəli alğı-satqı müqavilələrinə əsasən həmin əmlak kompleksinin 1/2 hissəsi İddiaçıoviçin, 1/2 hissəsi isə X7 adına xx.xx.2004-cü il tarixdə 01 №-li reyestr kitabında, 40-cı səhifədə, 357 “a” reyestr nömrəsi ilə ümumi birgə mülkiyyət kimi qeydiyyatdan keçmişdir.

24. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-67/2010 nömrəli, xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən, İddiaçı və Arif Süleymanov arasında 22 saylı Notariat Kontorunda bağlanmış reyestr nömrəsi 4-Ə-1/169 olan xx.xx.2004-cü il tarixli alğısatqı müqaviləsinin etibarsız edilməsi, həmin müqavilə əsasında verilmiş 357 “a” saylı 10 avqust 2004-cü il tarixli qeydiyyat vəsiqəsinin qismən - tikilinin 1/2 hissəsinin İddiaçı adına qeydiyyata alındığı hissəsində ləğv edilərək Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı-Zığ və Suraxanı Qaraçuxur yollarının kəsişməsində yerləşən ümumi sahəsi – A tikilisinin 945,5 kv.m., B tikilisinin 44,0 kv.m. olan qeyri-yaşayış binasının tam mülkiyyət hüququ əsasında Afət Əliyevanın adına qeydə alınması, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə həvalə edilməsi, Afət Əliyevadan dəymiş 450.000 manat məbləğində real zərərin və 50.000 manat məbləğində mənəvi zərərin İddiaçı xeyrinə tutulmasına dair İddiaçı qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir.

25. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2010-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2010-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 268/2011 nömrəli, xx.xx.2011-ci il tarixli qərarına əsasən, İddiaçı kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2010-cu il tarixli qətnaməsinin qismən – Afət Əliyevanın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə, qeydiyyat vəsiqəsinin hissəvi ləğv edilməsinə və yeni qeydiyyat vəsiqəsinin verilməsinə dair iddiasının təmin edilməsinə dair Suraxanı Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilməsi və həmin hissədə işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

27. Afət Əliyeva xx.xx.2010-cu il tarixdə vəfat etmişdir.

28. Afət Əliyevanın (Abdullayevanın) birinci növbə vərəsələri Cavabdeh1 və Cavabdeh2lə, İddiaçı arasında xx.xx.2011-ci il tarixdə bağlanmış “Barışıq razılaşması haqqında” müqaviləyə əsasən, anaları X15 (Abdullayeva) miras qalan – Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən 14 ünvanda yerləşən 1,45 ha torpaq (MH seriyalı, 01886223 nömrəli Çıxarışa əsasən reyestr nömrəsi – **********88, qeydiyyat nömrəsi ********** və xx.xx.2009-cu il tarix), sahəsilə, Bakı şəhəri, Suraxanı rayonu, Zığ və Suraxanı-Qaraçuxur yolunun kəsişməsində yerləşən 989,6 kv.m. sahəsi olan (MA seriyalı, ******* nömrəli Çıxarışa əsasən – reyestr nömrəsi **********05 – 12301, qeydiyyat nömrəsi – ********** və xx.xx.2010-cu il tarixli) daşınmaz əmlakla, “Azad Sahibkarlıq XXİ Əsr” firmasının (769 nömrəli, xx.xx.1998-ci il tarixli qeydiyyat şəhadətnaməsi əsasında) təsisçilik hüquqları ilə bağlı İddiaçı, X14, X2 ilə yaranmış bütün məhkəmə mübahisəsini və qeyri müəyyənliyi qarşılıqlı güzəşt yolu ilə həll etmək, gələcəkdə yarana biləcək hər hansı bir iddia tələbinin olmamasına dair öhdəlik götürərək, götürülmüş öhdəliyi vicdanla yerinə yetirmək məqsədilə qarşılıqlı razılığa gəlmişlər ki, müqavilə imzaladığı andan, Əmlak kompleksi üzərində hüquqlar mütənasib olaraq olan Cavabdeh1 və İddiaçı arasında bölünür. Elşən Cəfərovun adından etibarnamə ilə çıxış edən İddiaçı Suraxanı Rayon Məhkəmə İcraçıları bölməsinə ərizə ilə müraciət edərək, Afət Əliyevanın ona olan borcunun, vərəsəsi - Cavabdeh1 tərəfindən ödənildiyini təsdiq etməklə, həmin işin icraatına xitam verilməsini tələb edir. Cavabdeh1 mülkiyyəti hesab olunan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, mədən 14 ünvanında yerləşən 1,45 ha torpaq sahəsində istifadə hüququ üzərində, Cavabdeh1 və İddiaçı paylı mülkiyyəti hesab olunan Bakı şəhəri, Suraxanı rayonu, Zığ və Suraxanı-Qaraçuxur yolunun kəsişməsində yerləşən 989,6 kv.m. sahəsi olan daşınmaz əmlak üzərində sahiblik və sərəncam vermək hüquqlarını Poladxan Məmmədkərimov ilə birlikdə həyata keçirirlər. Göstərilən əmlaklar üzərində hüquqların həyata keçirilməsi, yəni həmin əmlakların satışı Poladxan Məmmədkərimov tərəfindən mülkiyyətçilərlə birlikdə həyata keçirildikdən sonra satışdan əldə olunan gəlirdən 600.000 ABŞ dolları Cavabdeh1 və 500.000 ABŞ dolları İddiaçı arasında bölünür. Göstərilən əmlaklar ayrı-ayrı satıldıqda və öhdəliklər yerinə yetirilmədikdə, satışdan əldə olunan pul vəsaiti faizlə olmaqla, Cavabdeh1 – 37,5 %, İddiaçı – 37,5 %, Poladxan Məmmədkərimova – 25 % olmaqla bölünür. Əmlakların satışından əldə olunan pul vəsaiti göstərilən öhdəliklərdən çox olarsa, həmin öhdəliklər təmin edildikdən sonra qalan məbləğ bütünlüklə Poladxan Məmmədkərimova verilir.

29. Həmçinin Cavabdeh1 və Cavabdeh2 ilə İddiaçı arasında xx.xx.2011-ci il tarixdə bağlanmış “Barışıq razılaşması haqqında” müqaviləyə əsasən, tərəflərin qarşılıqlı razılığı əsasında – X15 miras qalan – Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgəsi Şöbəsində, 0105-P118-42955 sayla xx.xx.2005-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" MTK-nın Nizamnaməsində 50 faizlik təsisçilik hüququ, Cavabdeh1 və İddiaçı arasında bərabər şəkildə bölünməklə hər birinin Kooperativin Nizamnaməsindəki mütləq pay haqları müvafiq qaydada 25 faiz həcmində müəyyən edilir. X15 miras qalan – Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgəsi Şöbəsində, 0105-P118- 42955 sayla xx.xx.2005-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" MTK-nin Nizamnaməsində 50 faizlik təsisçilik hüququnun rəsmiləşdirilməsi üçün "xxxx" MTK- nın ümumi yığıncağının keçirilməsini həm Cavabdeh1, həmçinin İddiaçı bir vəzifə olaraq öz üzərinə götürürlər. "xxxx" MTK-nin istifadə hüququna malik olduğu 20 ha torpaq sahəsinin bütün sənədləşmə və rəsmiləşdirmə işlərini İddiaçı öz üzərinə götürür. "xxxx" MTK-da təsisçilik hüquqları ilə bağlı müqaviləni imzalayan tərəflər arasında yaranmış əvvəlki bütün məhkəmə və digər mübahisələrə son qoyulur. Tərəflər hazırkı işlə bağlı gələcəkdə hər hansı formada yardım və kompensasiya xarakterli ödənişlər tələbi ilə bir-birinə qarşı iddia qaldıra bilməzlər.

30. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2144/2011 nömrəli, xx.xx.2011-ci il tarixli qərardadına əsasən, X12 Rüstəmova, Arif Süleymanova, Bakı Şəhəri 22 saylı Notariat Kontoruna və DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinə qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə, qeydiyyat vəsiqəsinin hissəvi ləğv edilməsinə və yeni qeydiyyat vəsiqəsinin verilməsinə dair iddia ərizəsi, həmçinin Əliabbas X8rşı real və mənəvi zərərin tutulmasına dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işdə Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş xx.xx.2010-cu il tarixli qətnaməsi tərəflərin iddiadan imtina etməsinə görə ləğv edilərək, iş üzrə icraata xitam verilmişdir.

31. Bakı şəhəri, Suraxanı rayonu, Zığ və Suraxanı-Qaraçuxur yolunun kəsişməsində yerləşən ümumi sahəsi 972,5 kv.m., torpaq ölçüsü 0,06314 ha olan əmlak kompleksi Cavabdeh1 adına xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır.

32. İşdə olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-298/2012 nömrəli, xx.xx.2012-ci il tarixli qərarına əsasən, İddiaçı cavabdeh DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Suraxanı rayonu, Zığ və Suraxanı Qaraçuxur yolunun kəsişməsində yerləşən daşınmaz dövlət reyestrində 6 nömrəli reyestr kitabının 609 nömrəli vərəqində qeydiyyata alınmış, reyestr nömrəli **********105-12301, xüsusi mülkiyyət hüquqları Cavabdeh1 adına ümumi sahəsi 972,5 kv.m. olan (inzibati bina 928,5 kv.m., yardımçı bina 44 kv.m.) və MA seriyalı, ******* saylı, xx.xx.2011-ci il tarixdə hüquqların “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş çıxarışın dəyişdirilməsi və bu hüquqların 50 faizinin İddiaçı adına, 50 faizinin Cavabdeh1 adına dövlət qeydiyyatına alınmaqla, hər birinə ayrı-ayrılıqda reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddianın təmin edilməməsi qərara alınmışdır.

33. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-699/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qiyabi qətnaməsinə əsasən mübahisəli daşınmaz əmlakın üzərinə Cavabdeh3 və Cavabdeh1 mülkiyyət hüquqlarına xitam verilmişdir.

34. Binəqədi Rayon Məhkəməsinin 2(001)-699/2016 nömrəli, xx.xx.2017-ci il tarixli qərardadına əsasən, həmin məhkəmənin xx.xx.2016-cı il tarixli qiyabi qətnaməsi ləğv edilərək, işə mahiyyəti üzrə yenidən baxılması qərara alınmışdır.

35. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-7678/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı Cavabdeh3 cavabdehlər Poladxan Məmmədkərimova və Cavabdeh1 qarşı “müqavilənin ləğv edilməsinə dair” ilkin iddia ərizəsinin təmin edilməməsi, X3 Fətullayevaya, Cavabdeh1 və qeyrilərinə qarşı “daşınmaz əmlakla əlaqədar bağlanmış əqdlərin və hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsi, bu əmlaka mülkiyyət hüququnun tanınması haqqında” qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir.

36. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1217/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən, X3 Fətullayevaya və Cavabdeh1 qarşı müqavilənin etibarsız hesab edilməsi, mülkiyyət hüququna xitam verilməsi, qeyri-yaşayış sahəsinin əldə edilməsində üstünlük hüququnun tanınması və pulun ödənilməsi barədə iddiasının rədd edilməsi qət edilmişdir.

37. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 4845/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2413/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-7678/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni qarşılıqlı iddia tələbinin təmin olunmamasına dair hissədə dəyişdirilmədən saxlanılmışdır. Poladxan Məmmədkərimovun kassasiya şikayəti təmin edilməyərək, apellyasiya instansiya məhkəməsinin 2(103)-2413/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

38. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6333/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən, iddiaçı Poladxan Məmmədkərimovun Cavabdeh1 qarşı pul tələbinə dair Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 3842/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, iddiaçı Poladxan Məmmədkərimovun apellyasiya şikayəti də təmin edilməyərək, Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

39. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9736/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadına əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 3066, bina 40A, 88 saylı mənzilin üzərinə qoyulmuş həbs (özgəninkiləşdirilmənin qadağan edilməsi) barədə qərardadından Cavabdeh1 şikayəti təmin edilərək, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 2162/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ləğv edilərək, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 3066, bina 40A, 88 saylı mənzilin üzərinə həbs qoyulmaqla həmin mənzilin 3-cü şəxslərin adlarına özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə İddiaçı iddianın təmin tədbiri barədə ərizəsi təmin edilməmişdir.

40. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-12175/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadına əsasən, Cavabdeh2 məxsus olan və Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 3066, bina 40A-da yerləşən 88 saylı mənzilin özgəninkiləşdirilmənin qadağan edilməsi barədə qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayəti təmin edilərək, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ləğv edilərək, İddiaçı tərəfindən verilmiş müvəqqəti təminat tədbiri barədə ərizəsi təmin edilməmişdir.

41. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından aydın olur ki, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı-Zığ və Suraxanı Qaraçuxur yollarının kəsişməsində yerləşən ümumi sahəsi - A tikilisinin 945,5 kv.m., B tikilisinin 44,0 kv.m. olan qeyri-yaşayış binası xx.xx.2003-cü il tarixindən Arif Süleymanovun adına olmuş, X9 Rüstəmov arasında bağlanmış xx.xx.2004-cü il tarixli 4Ə-1/169 və X16 Əliyeva arasında bağlanmış xx.xx.2004-cü il tarixli 4Ə-1/170 nömrəli alğı-satqı müqavilələrinə əsasən həmin Əmlak Kompleksinin 1/2 hissəsi İddiaçı, 1/2 hissəsi isə Afət Abdullayevanın adına xx.xx.2004-cü il tarixdə 01 №-li reyestr kitabında, 40-cı səhifədə, 357 “a” reyestr nömrəsi ilə ümumi birgə mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Suraxanı Rayon Məhkəməsinin 2(010)-67/2010 nömrəli, xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən İddiaçı və Arif Süleymanov arasında 22 saylı Notariat Kontorunda bağlanmış reyestr nömrəsi 4-Ə1/169 olan xx.xx.2004-cü il tarixli alğı-satqı müqaviləsinin etibarsız edilməsi, həmin müqavilə əsasında verilmiş 357 “a” saylı xx.xx.2004-cü il tarixli qeydiyyat vəsiqəsinin qismən - tikilinin 1/2 hissəsinin İddiaçı adına qeydiyyata alındığı hissəsində ləğv edilərək Əmlak Kompleksinin tam mülkiyyət hüququ əsasında Afət Əliyevanın adına qeydə alınması, DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinə həvalə edilməsi, Afət Əliyevadan dəymiş 450.000 manat məbləğində real zərərin və 50.000 manat məbləğində mənəvi zərərin İddiaçı xeyrinə tutulmasına dair İddiaçı qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilsə də, qətnamə qanuni qüvvəsini almadan icraya yönəldilmiş, adı çəkilən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-67/2010 nömrəli, xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən sözügedən əmlak kompleksi tam mülkiyyət hüququ ilə xx.xx.2010-cu il tarixində Afət Abdullayevanın adına qeydiyyatdan keçmişdir. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2010-cu il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayətinə baxılaraq təmin edilməmiş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2010-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-268/2011 nömrəli, xx.xx.2011-ci il tarixli qərarına əsasən isə, cavabdeh İddiaçı kassasiya şikayəti qismən təmin edilərək, apellyasiya instansiya məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi qismən - Afət Əliyevanın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə, qeydiyyat vəsiqəsinin hissəvi ləğv edilməsinə və yeni qeydiyyat vəsiqəsinin verilməsinə dair iddiasının təmin edilməsinə dair Suraxanı Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması hissəsində - ləğv edilərək, həmin hissədə işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

42. Həmçinin məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, Afət Əliyeva xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. Afət Əliyevanın (Abdullayevanın) birinci növbə vərəsələri Cavabdeh1 və Cavabdeh2lə, İddiaçı arasında xx.xx.2011-ci il tarixdə bağlanmış “Barışıq razılaşması haqqında” müqaviləyə əsasən, tərəflər razılaşmışlar ki, əmlak kompleksi üzərində hüquqlar mütənasib olaraq Cavabdeh1 və İddiaçı arasında bölünür, Afət Əliyevaya borc vermiş Elşən Cəfərovun adından etibarnamə ilə çıxış edən İddiaçı Suraxanı rayon Məhkəmə İcraçıları bölməsinə ərizə ilə müraciət edərək, Afət Əliyevanın ona olan borcunun, vərəsəsi - Cavabdeh1 tərəfindən ödənildiyini təsdiq etməklə, həmin işin icraatına xitam verilməsini tələb edir. Cavabdeh1 mülkiyyəti hesab olunan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, mədən 14 ünvanında yerləşən 1,45 ha torpaq sahəsində istifadə hüququ üzərində, Cavabdeh1 və İddiaçı paylı mülkiyyəti hesab olunan əmlak kompleksi üzərində sahiblik və sərəncam vermək hüquqlarını Poladxan Məmmədkərimov ilə birlikdə həyata keçirirlər. Göstərilən əmlaklar üzərində hüquqların həyata keçirilməsi, yəni həmin əmlakların satışı Poladxan Məmmədkərimov tərəfindən mülkiyyətçilərlə birlikdə həyata keçirildikdən sonra satışdan əldə olunan gəlirdən 600.000 ABŞ dolları Cavabdeh1 və 500.000 ABŞ dolları İddiaçı arasında bölünür. Göstərilən əmlaklar ayrı-ayrı satıldıqda və öhdəliklər yerinə yetirilmədikdə, satışdan əldə olunan pul vəsaiti faizlə olmaqla, Cavabdeh1 - 37,5 %, İddiaçı - 37,5 %, Poladxan Məmmədkərimova - 25 % olmaqla bölünür. Əmlakların satışından əldə olunan pul vəsaiti göstərilən öhdəliklərdən çox olarsa, həmin öhdəliklər təmin edildikdən sonra qalan məbləğ bütünlüklə Poladxan Məmmədkərimova verilir. X13 (Abdullayevanın) birinci növbə vərəsələri Cavabdeh1 və Cavabdeh2lə, İddiaçı arasında xx.xx.2011-ci il tarixdə bağlanmış “Barışıq razılaşması haqqında” müqaviləyə əsasən, tərəflər razılaşmışlar ki, X15 miras qalan "xxxx" MTK-nın Nizamnaməsində 50 faizlik təsisçilik hüququ, Cavabdeh1 və İddiaçı arasında bərabər şəkildə bölünməklə hər birinin Kooperativin Nizamnaməsindəki mütləq pay haqları müvafiq qaydada 25 faiz həcmində müəyyən edilir. "xxxx" MTK-nin Nizamnaməsində 50 faizlik təsisçilik hüququnun rəsmiləşdirilməsi üçün MTK-nın ümumi yığıncağının keçirilməsini həm Cavabdeh1, həmçinin İddiaçı bir vəzifə olaraq öz üzərinə götürürlər. MTK-nin istifadə hüququna malik olduğu 20 ha torpaq sahəsinin bütün sənədləşmə və rəsmiləşdirmə işlərini İddiaçı öz üzərinə götürür. MTK-da təsisçilik hüquqları ilə bağlı müqaviləni imzalayan tərəflər arasında yaranmış əvvəlki bütün məhkəmə və digər mübahisələrə son qoyulur. Tərəflər hazırkı işlə bağlı gələcəkdə hər hansı formada yardım və kompensasiya xarakterli ödənişlər tələbi ilə birbirinə qarşı iddia qaldıra bilməzlər.

43. Məhkəmələr tərəfindən o da müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2144/2011 nömrəli, xx.xx.2011-ci il tarixli qərardadına əsasən, X12 Rüstəmova, Arif Süleymanova, 22 saylı Notariat Kontoruna və DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə, qeydiyyat vəsiqəsinin hissəvi ləğv edilməsinə və yeni qeydiyyat vəsiqəsinin verilməsinə dair iddia ərizəsi, həmçinin Əliabbas X8rşı real və mənəvi zərərin tutulmasına dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işdə Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş xx.xx.2010-cu il tarixli qətnaməsi tərəflərin iddiadan imtina etməsinə görə ləğv edilərək, iş üzrə icraata xitam verilmişdir. Bundan sonra əmlak kompleksi xx.xx.2011-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən Cavabdeh1 adına xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır. Cavabdeh1 11 saylı Notariat Ofisində bağlanmış xx.xx.2012-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən əmlak kompleksini Cavabdeh3 satmışdır.

44. İddiaçı iddia ərizəsində həmin halları göstərmiş, həmçinin qeyd etmişdir ki, qanuni qüvvəsini almamış məhkəmə qətnaməsinə əsasən əmlak kompleksi tam mülkiyyət hüququ əsasında Afət Abdullayevanın adına qeydiyyatdan keçirilmiş, daha sonra Əmlak Kompleksinin ona aid olan hissəsi də qanunsuz olaraq vərəsəlik qaydasında Cavabdeh1 adına qeydə alınmış, həmçinin sonuncu tərəfindən Cavabdeh3 satılmış, onun hüquqları kobud şəkildə pozulmuşdur. Ona görə də iddiaçı əmlak kompleksinin tam mülkiyyət hüquqi üzrə Afət Abdullayevanın adına keçirilməsi və Bakı Şəhəri 7 saylı Dövlət Notariat Kontorunun xx.xx.2011-ci il tarixli 2V/1-45 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə” əsasən xx.xx.2011-ci il tarixində Cavabdeh1 adına qeydiyyatdan keçməsi ilə əlaqədar bütün hüquqverici sənədlərin ona aid hissəsində etibarsız hesab edilməsi, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh3 arasında əmlak kompleksinə dair Bakı Şəhəri 11 saylı Notariat Kontorunda bağlanmış xx.xx.2012-ci il tarixli alğı-satqı müqaviləsinin ona aid hissəində etibarsız hesab edilməsi, həmin əmlak üzərində tam mülkiyyət hüquqlarının bərpa edilməsi və həmin əmlakın 50 faizi üzrə tam mülkiyyət hüququnun onun adına yenidən qeydiyyata alınması və bu barədə çıxarışın verilməsinin cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması, dəymiş maddi-mənəvi zərərə görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 100.000 manatın onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

45. Hazırkı apellyasiya baxışı zamanı iddiaçı bildirdi ki, ona dəymiş maddi-mənəvi zərərə görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmasını tələb etdiyi 100.000 manat məbləğində pulun 90.000 manat hissəsi ona vurulmuş maddi zərərlə bağlıdır. Belə ki, o, ötən illər ərzində mübahisəli qeyri-yaşayış sahəsini kirayəyə versə idi ən azından 90.000 manat qazana bilərdi, lakin Cavabdeh1 və Cavabdeh2 onu bu qazancdan məhrum etmişlər. Bununla da ona həm maddi, həm də mənəvi zərər vurmuşlar. O, ona vurulmuş mənəvi zərəri ən azı 10.000 manat məbləğində qiymətləndirir.

46. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli ilə bağlı Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin apellyasiya baxışının predmetini təşkil edən hissəsinin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur (maddə 13.). Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyaclarıvə ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər (maddə 29.).

47. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin birinci hissəsinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

48. Həmin Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

49. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.1 və 3.4-cü maddələrinin tələbinə görə, Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər. İnsan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır.

50. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1.). Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır (maddə 139.2.). Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir (maddə 139.3.). Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir (maddə 140.). Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir (maddə 148.2.). Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır (maddə 149.2.). Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1.). Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (maddə 152.5.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (maddə 157.4.). Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəlmiş birtərəfli, iki tərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli ədq) və ya üç və ya daha çox tərəfin razılaşdırlmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (maddə 324; 1, 2 və 4-cü bəndlər). Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (maddə 337.1.). Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir (maddə 337.2.). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (maddə 337.3.). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (maddə 337.4.). Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir (maddə 340.2.). Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Maddə 351.2. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir (maddə 351.1.). Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir (maddə 351.3.). Əgər əhəmiyyətsiz ikitərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onlar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar (maddə 351.4.). Təsdiqetmə yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmasın və üçüncü şəxslərin mənafelərini pozmasın. Maddə 355.1.Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər (maddə 351.5.). Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur (maddə 355.2.). Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir (maddə 357.). Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır (maddə 358.1.). Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur (maddə 358.2.). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1.). Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (maddə 390.1.). Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur (maddə 399.1.). Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 452.2.).

51. “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Ali Məhkəmənin Mülki və Kommersiya Kollegiyalarının xx.xx.2022-ci il tarixli, 02/2022 nömrəli qərardadında gəlinən hüquqi nəticəyə görə, etibarsızlıq, əqdin qanunvericiliyə zidd olması səbəbi ilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır (hal və nəticədir). Belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Məhz həmin səbəblərin müxtəlifliyi etibarsızlığın aşağıdakı fərqli növlərini meydana gətirir: əhəmiyyətsiz əqdlər, mübahisə edilən əqdlər, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər və məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər. Bəzi əqdlər vardır ki, onlar bağlanarkən müvafiq razılığın alınmamasına görə etibarsız sayılır, lakin səlahiyyətli şəxsin bəyənməsi nəticəsində bu etibarsızlıq halı düzəldilmiş, yəni əqd etibarlı hala gətirilmiş olur (düzələ bilən etibarsızlıq) (18, 19 və 23-cü bəndlər).

52. MPM-in tələblərinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2.). Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (maddə 76.1.). Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2.). Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1.). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (maddə 88.). Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1.). Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (maddə 217.2.). Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (maddə 217.3.). Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4.).

53. Yuxarıda qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alan Məhkəmə qeyd edir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə tərəflərin təqdim etdikləri sübutlara, xüsusilə iş üzrə tərəflərin istinad etdikləri qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş hallara düzgün hüquqi qiymət verməmiş, bu səbəbdən də iddia tələbinin “Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən, xx.xx.2010-cu il tarixdə əmlak kompleksinin tam mülkiyyət hüquqi üzrə Afət Abdullayevanın adına keçirilməsi və Bakı Şəhəri 7 saylı Dövlət Notariat Kontorunun xx.xx.2011-ci il tarixli 2V/1-45 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə” əsasən xx.xx.2011-ci il tarixində Cavabdeh1 adına qeydiyyatdan keçməsi ilə əlaqədar bütün hüquqverici sənədlərin iddiaçıya aid hissəsində etibarsız hesab edilməsi” hissəsində yanlış nəticəyə gəlmişdir.

54. Belə ki, iddia tələbinin həmin hissədə rədd edilməsi barədə nəticəyə gəlmiş Rayon Məhkəməsi gəldiyi nəticəni iş üzrə tərəflər üçün preyudisial əhəmiyyət kəsb etməyən məhkəmə aktlarına istinad etməklə əsaslandırmış və hesab etmişdir ki, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixi qətnaməsinə əsasən əmlak kompleksinin Afət Abdullayevaya məxsusluğu təsdiq olunmuş, qətnamə qanuni qüvvəyə mindikdən sonra xx.xx.2010-cu il tarixində təkrarən Afət Abdullayevanın adına qeydiyyat aparılmış və müvafiq çıxarış verilmiş, Afət Abdullayevanın ölümü ona məxsus əmlak hüquqlarının xitamına deyil, həmin əmlakın miras aktivi kimi onun vərəsələrinə keçməsinə səbəb olmuşdur. Miras aktivi ilə bağlı Afət Abdullayevaya qarşı mübahisələndirilə bilməyən faktlar onun vərəsələrinə qarşı da mübahisələndirilə bilməz. İddiaçı mübahisə predmeti olmuş əmlakın mərhum Afət Əliyevanın tam mülkiyyət hüququ əsasında adına qeydə alınmasından, sonradan vərəsəlik qaydasında Cavabdeh1 mülkiyyətinə keçməsindən, daha sonra isə alğı-satqı müqaviləsi əsasında Cavabdeh3 mülkiyyətinə keçməsindən xəbərsiz olması qəbul edilsə belə, adı qeyd olunan məhkəmə aktlarından və digər sənədlərdən bəlli olur ki, məlumatlı olduğu halda 11 il ərzində etibarsızlığını tələb etdiyi qeydiyyatı, vərəsəlik şəhadətnaməsini və alğı-satqı müqaviləsini mübahisələndirməmiş, bu da faktiki olaraq mübahisə predmeti olmuş əmlakın mərhum Afət Abdullayevanın tam mülkiyyət hüququ əsasında adına qeydə alınmasını, sonradan vərəsəlik qaydasında Cavabdeh1 mülkiyyətinə keçməsini, daha sonra isə alğı-satqı müqaviləsi əsasında Cavabdeh3 mülkiyyətinə keçməsinə razılığını ifadə etməsinə və bəyənməsinə dəlalət edir.

55. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hazırkı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərara əsasən ilk növbədə nəzərə alınmalıdır ki, Rayon Məhkəməsi iddia tələbini “cavabdehlər Cavabdeh1 ilə Cavabdeh3 arasında əmlak kompleksinə dair 11 saylı Notariat Kontorunda bağlanmış xx.xx.2012-ci il tarixli alğı-satqı müqaviləsinin iddiaçıya aid hissəsində etibarsız hesab edilməsi, həmin əmlak üzərində tam mülkiyyət hüquqlarının bərpa edilməsi və həmin əmlakın 50 faizi üzrə tam mülkiyyət hüququnun onun adına yenidən qeydiyyata alınması və bu barədə çıxarışın verilməsinin cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması” hissəsində rədd edərkən düzgün nəticəyə gəlmişdir. Belə ki, işdə əmlak kompleksinin hal-hazırki mülkiyyətçisi Cavabdeh3 vicdanlı alıcı olmasını istisna edən heç bir hal müəyyən edilmədiyindən, həmin notarial qaydada təsdiq edilmiş əqd (alğı-satqı müqaviləsi) əsasında əmlak kompleksini əldə etdiyindən, qeyd olunan əqdin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur.

56. Qeyd olunan hissədə, yəni Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində Cavabdeh3 vicdanlı alıcı olduğu müəyyən edilmiş, bu səbəbdən də həmin əmlak kompleksi üzərində iddiaçının mülkiyyət hüququnun bərpa edilməsinin mümkün olmaması barədə Rayon Məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.

57. Bununla belə, Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iddianın “Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən, xx.xx.2010-cu il tarixdə əmlak kompleksinin tam mülkiyyət hüquqi üzrə Afət Abdullayevanın adına keçirilməsi və 7 saylı Notariat Kontorunun xx.xx.2011-ci il tarixli, 2V/1-45 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə” əsasən xx.xx.2011-ci il tarixində Cavabdeh1 adına qeydiyyatdan keçməsi ilə əlaqədar bütün hüquqverici sənədlərin iddiaçıya aid hissəsində etibarsız hesab edilməsi” hissəsində rədd edərkən gəldiyi mövqeyi, iddiaçının adına reyestrdə aparılmış qeydiyyatın şübhə altına alınması ilə əsaslandırılmışdır. Halbuki, Rayon Məhkəməsi həmin nəticəyə gələrkən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasının mövcud olmasını diqqətdən qaçırmışdır.

58. Belə ki, işdən göründüyü kimi Suraxanı Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixi qətnaməsinə əsasən əmlak kompleksinin Afət Abdullayevanın adına xx.xx.2010-cu il tarixində tam mülkiyyət hüququ əsasında qeydiyyata alınması, həmin qətnamə qanuni qüvvəyə minmədən (qeyri-dəqiq) aparılmış, daha sonradan tərəflərin iddiadan imtina etməsinə görə adı çəkilən qətnamə ləğv edilərək, iş üzrə icraata xitam verilmiş, bununla da Əmlak Kompleksinin 1/2 hissəsinin iddiaçıya, 1/2 hissəsinin isə Afət Abdullayevanın adına qeydə alınması barədə 10 avqust 2004-cü il tarixdə 01 №-li reyestr kitabında, 40-cı səhifədə, 357 “a” reyestr nömrəsi ilə qeydiyyata alınmış reyestrin məzmununun həqiqiliyi və tamamlığı bərpa olunmuşdur. Buna baxmayaraq Rayon Məhkəməsi işin həmin halına Mülki Məcəllənin 140-cı maddəsi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.4-cü maddəsi baxımından düzgün hüquqi qiymət verməmişdir.

59. Belə ki, Mülki Məcəllənin 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

60. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.4-cü maddəsinə görə isə, qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

61. Hazırkı işdə mübahisə predmeti olan əmlak kompleksinin 1/2 hissəsinə münasibətdə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi, həmçinin iddiaçının əmlak kompleksinin Cavabdeh1 mülkiyyətinə keçməsinə, daha sonra isə alğı-satqı müqaviləsi əsasında Cavabdeh3 mülkiyyətinə keçməsinə razılıq ifadə etməsi və bəyənməsi məhkəmələr tərəfindən aşkar edilməmişdir.

62. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi vicdanlı əldə edən Cavabdeh3 qeydiyyatla əlaqədar əldə etdiyi hüquqları saxlanıldığı halda, Cavabdeh1 daşınmaz əmlaka hüquqlarının qeydiyyatının əsassızlığına, bunun nəticəsində iddiaçıya vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürmək hüququnun yaranmasına Mülki Məcəllənin 149.2 və 452.2-ci maddələrinin tələbi baxımından düzgün hüquqi qiymət verməmişdir.

63. Rayon Məhkəməsi tərəfindən mübahisənin hüquqi həlli baxımından Mülki Məcəllənin əmlak hüquqlarının dövlət qeydiyyatı ilə bağlı (140 və 149.2-ci maddələr) və əqdin etibarsızlığı bağlı (337 və 340.2-ci maddələr) normalara istinad edilməklə kifayətlənilsə də, həmin normalar işin hallarına uyğun olaraq düzgün tətbiq edilməmiş, Mülki Məcəllənin 157.4-cü maddəsi ümumiyyətlə nəzərdən keçirilməmiş, işin müəyyən edilmiş faktiki hallarının qeyd olunan normanın dispozisiya şərtlərinə uyğunluğu istiqamətində hüquqi dəyərləndirmə aparılmamışdır.

64. Halbuki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir.

65. Mülkiyyətin müdafiəsini təmin edən Mülki Məcəllənin 157.4-cü maddəsinin mənasından aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün əşyanın mülkiyyətçisi olması, cavabdeh tərəfindən əşyaya qəsd və ya başqa maneələr törədilməsi və həmin maneələrin əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilməsi aşkar edilməlidir.

66. Yuxarıda qeyd olunan hissədə mülkiyyət hüququnun müdafiəsinə dair mübahisənin bu qaydada həll edilməsi, yəni qanuni əsası, məqsədi və mütənasibliyi göstərilmədən bu hüquqa məhdudiyyət gətirilməsi barədə məhkəmə aktı əsaslandırılmış qətnamə hesab edilə bilməz.

67. Eyni zamanda qeyd olunmalıdır ki, Mülki Məcəllədə əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (maddələr 337.1., 337.4. və 337.5.).

68. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur. Əqd yalnız şəxsin müəyyən bir hüquqi nəticəni, yəni mülki hüquq və öhdəlikləri yaratmaq üçün etmiş olduğu iradə ifadəsinin nəticəsində əmələ gəlir. Bu səbəbdən, etibarlı bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Mülki Məcəlləsinin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. İstər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir (“Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərar).

69. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin başqa qərarında qeyd etmişdir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə mü-əyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hü-ququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərar).

70. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamənin iddianın yuxarıda qeyd edilən hissəsinin rədd edilməsi barədə hissəsi qeyd edilən maddi və prossesual hüquq normalarının tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında müəyyən olunmuş hüquqi mövqeyə cavab vermir.

71. Buna görə də, Məhkəmə hesab edir ki, Afət Əliyevanın (Abdullayevanın) birinci növbə vərəsələri Cavabdeh1 və Cavabdeh2lə, İddiaçı arasında xx.xx.2011-ci il tarixdə bağlanmış “Barışıq razılaşması haqqında” müqavilənin şərtləri nəzərə alınaraq, Rayon Məhkəməsinin qətnaməsi qeyd edilən hissədə ləğv edilməli və həmin hissədə iddia qismən təmin edilərək, qeyd edilən hüquqverici sənədlər iddiaçıya aid 37,5% hissədə etibarsız hesab edilməli, həmin tələb qalan hissədə rədd edilməlidir.

72. Belə ki, yuxarıda artıq qeyd edildiyi kimi (bax: bu qətnamənin 28-ci bəndinə), Afət Əliyevanın (Abdullayevanın) birinci növbə vərəsələri Cavabdeh1 və Cavabdeh2lə, İddiaçı razılığa gəlmişlər ki, Cavabdeh1 mülkiyyəti hesab olunan və Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, mədən 14 ünvanında yerləşən 1,45 ha torpaq sahəsində istifadə hüququ üzərində, Cavabdeh1 və İddiaçı paylı mülkiyyəti hesab olunan Bakı şəhəri, Suraxanı rayonu, Zığ və Suraxanı-Qaraçuxur yolunun kəsişməsində yerləşən 989,6 kv.m. sahəsi olan daşınmaz əmlak üzərində sahiblik və sərəncam vermək hüquqlarını Poladxan Məmmədkərimov ilə birlikdə həyata keçirirlər. Göstərilən əmlaklar üzərində hüquqların həyata keçirilməsi, yəni həmin əmlakların satışı Poladxan Məmmədkərimov tərəfindən mülkiyyətçilərlə birlikdə həyata keçirildikdən sonra satışdan əldə olunan gəlirdən 600.000 ABŞ dolları Cavabdeh1 və 500.000 ABŞ dolları İddiaçı arasında bölünür. Göstərilən əmlaklar ayrı-ayrı satıldıqda və öhdəliklər yerinə yetirilmədikdə, satışdan əldə olunan pul vəsaiti faizlə olmaqla, Cavabdeh1 – 37,5 %, İddiaçı – 37,5 %, Poladxan Məmmədkərimova – 25 % olmaqla bölünür. Əmlakların satışından əldə olunan pul vəsaiti göstərilən öhdəliklərdən çox olarsa, həmin öhdəliklər təmin edildikdən sonra qalan məbləğ bütünlüklə Poladxan Məmmədkərimova verilir.

73. Məhkəmə iddianın “iddiaçıya dəymiş maddi-mənəvi zərərə görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının xeyrinə pulun tutulması barədə” hissəsi ilə bağlı qeyd edir ki, MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

74. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.

75. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları və sübutları da təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran faktlar və sübutlar əsasında hüquqi qiymət verməlidir.

76. Qeyd edilən bu tələbin dəqiqləşdirilməsi ilə bağlı iddiaçı bildirdi ki, ona dəymiş maddi-mənəvi zərərə görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmasını tələb etdiyi 100.000 manat məbləğində pulun 90.000 manat hissəsi ona vurulmuş maddi zərərlə bağlıdır. Belə ki, o, ötən illər ərzində mübahisəli qeyri-yaşayış sahəsini kirayəyə versə idi ən azından 90.000 manat qazana bilərdi, lakin Cavabdeh1 və Cavabdeh2 onu bu qazancdan məhrum etmişlər. Bununla da ona həm maddi, həm də mənəvi zərər vurmuşlar. O, ona vurulmuş mənəvi zərəri ən azı 10.000 manat məbləğində qiymətləndirir.

77. Hazırkı mübahisədə ona maddi və mənəvi ziyanın dəyməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmişdir (məsələn: mübahisəli əmlakın onun tərəfindən əvvəllər hər hansı şəxsə kirayə verilməsini təsdiq edə biləcək müqavilə və ya bu kimi müqavilənin bağlanması ilə bağlı onun tərəfindən real hərəkətlərin həyata keçirilməsini təsdiq edə biləcək digər sənədlər və sair). Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz.

78. Beləliklə Məhkəmə hesab edir ki, apellyasiya baxışının qalan hissəsində Rayon Məhkəməsinin gəlmiş olduğu nəticə işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri qismən əsaslı hesab edilməlidir. j) apellyasiya baxışının nəticəsi

79. Odur ki şərh olunanları, MPM-in 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni iddianın təmin edilmədiyi “Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən, xx.xx.2010-cu il tarixdə əmlak kompleksinin tam mülkiyyət hüququ üzrə Afət Abdullayevanın adına keçirilməsi və Bakı Şəhəri 7 saylı Dövlət Notariat Kontorunun xx.xx.2011-ci il tarixli 2V/1-45 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2011-ci il tarixində Cavabdeh1 adına qeydiyyatdan keçməsi ilə əlaqədar bütün hüquqverici sənədlərin iddiaçıya aid hissəsində etibarsız hesab edilməsi” hissəsində ləğv edilməli və həmin hissədə iddia qismən təmin edilərək, qeyd edilən hüquqverici sənədlər iddiaçıya aid 37,5% hissədə etibarsız hesab edilməli, həmin tələb qalan hissədə rədd edilməli, apellyasiya baxışının predmeti olan qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

80. Beləliklə yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 yanvar 2023-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni iddianın “Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı-Zığ və Suraxanı Qaraçuxur yollarının kəsişməsində yerləşən ümumi sahəsi – “A” tikilisinin 945,5 kv.m., “B” tikilisinin 44,0 kv.m. olan mübahisəli Əmlak Kompleksinin Suraxanı Rayon Məhkəməsinin 06 may 2010-cu il tarixli qətnaməsinə əsasən, 01 iyul 2010-cu il tarixdə tam mülkiyyət hüquqi üzrə Afət Abdullayevanın adına keçirilməsi və Bakı Şəhəri 7 saylı Notariat Kontorunun verdiyi 01 aprel 2011-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə” əsasən 30 aprel 2011-ci il tarixində Cavabdeh1 adına qeydiyyatdan keçməsi ilə əlaqədar bütün hüquqverici sənədlərin İddiaçı aid hissəsində etibarsız hesab edilməsi barədə” hissəsinin rədd edilməsi hissəsində ləğv edilsin və həmin tələblə bağlı iş üzrə yeni qətnamə qəbul edilərək, həmin tələb qismən təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı-Zığ və Suraxanı Qaraçuxur yollarının kəsişməsində yerləşən ümumi sahəsi – “A” tikilisinin 945,5 kv.m., “B” tikilisinin 44,0 kv.m. olan mübahisəli Əmlak Kompleksinin Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 may 2010-cu il tarixli qətnaməsinə əsasən, 01 iyul 2010-cu il tarixdə tam mülkiyyət hüquqi üzrə Afət Abdullayevanın adına keçirilməsi və Bakı Şəhəri 7 saylı Notariat Kontorunun verdiyi 01 aprel 2011-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə” əsasən 30 aprel 2011-ci il tarixində Cavabdeh1 adına qeydiyyatdan keçməsi ilə əlaqədar bütün hüquqverici sənədlər İddiaçı aid 37,5 faiz hissəsində etibarsız hesab edilsin. Bu tələbin qalan hissəsi təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 24 yanvar 2023-ci il tarixli qətnamənin hazırkı apellyasiya baxışının predmetini təşkil edən qalan hissəsi, yəni iddianın “dəymiş maddi-mənəvi zərərə görə cavabdehlər Ceyhun və Cavabdeh2lərdən müştərək qaydada pulun iddiaçının xeyrinə tutulması barədə” hissəsinin təmin edilməməsi hissəsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar