Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4528/2022 24.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələb olunub. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin edilsin, xx.xx.2019-cu il tarixli, 900810-639870/1 nömrəli kredit müqaviləsi üzrə əsas borc kimi 13.948,07 manat, faiz borcu kimi 3.223,55 manat, cəmi 17.171,62 manat məbləğində pul cavabdeh (borc alan) Cavabdeh1 iddiaçının (borc verənin) xeyrinə tutulsun, tutma ipoteka predmetinə cavabdeh (ipoteka qoyan) Cavabdeh2 məxsus olan, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 51/57, qapı 3 ünvanında yerləşən, ümumi sahəsi 130,1 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinə yönəldilsin, ipoteka predmetinin ilkin satış qiyməti 195.000 manat müəyyən edilsin, ipoteka predmeti açıq hərracda satılsın, satışdan əldə edilən pul hesabına borc ödənilsin, ipoteka predmeti hərracda satıldıqdan sonra cavabdehlər Cavabdeh2 və Kübra Nəcəfova oradan çıxarılsınlar və ipoteka predmeti boşaldılsın, iddia qalan hissədə təmin edilməsin. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll edilib. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ipoteka predmetinə tutma yönəldilməsi hissəsində ləğv edilsin və həmin hissədə iddia rədd edilsin. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Qətnamənin bir hissəsi – ipoteka predmetinə tutma yönəldilməsinə aid hissəsi mübahisələndirildiyinə görə qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılmalıdır. Yoxlanılan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş məhkəməmühasibat ekspertizasının rəyindən müəyyən olunur ki, borc alan Cavabdeh1 bank qarşısında qətnamədə göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. Nizami rayonu, Qara Qarayev prospekti 51/57, qapı 3 ünvanında yerləşən, ümumi sahəsi 130,1 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi bank ilə ipoteka qoyan Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 900810-639870/1 nömrəli ipoteka müqaviləsinə əsasən həmin kreditin qaytarılmasının təminatı üçün ipoteka ilə yüklü edilmişdir. Borc alan kredit öhdəliyini lazımi qaydada icra etmədiyindən tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi Mülki Məcəllənin 317 və 319-cu maddələrinin və “İpoteka haqqında” Qanunun 34-cü maddəsinin göstərişlərinə uyğundur. Birinci instansiya məhkəməsində icraat zamanı ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün qiymətləndirmə keçirilib və ilkin satış qiyməti qiymətləndirmə hesabatına uyğun müəyyən olunub. Yenidən qiymətləndirmənin keçirilməsi üçün əsas yoxdur. İşdə iştirak edən digər şəxslər apellyasiya şikayəti vermədiklərinə görə qətnamənin onlara aid olan hissəsinin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4528/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4528/2022
24.06.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver