Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4541/2023 24.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: «əmlakın naturada ayrılması») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2 və Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-318/2022 saylı 30 avqust 2022-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-139/2019 saylı qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə, Cavabdeh ünvan 1 ünvanında yerləşən 701,4 kv.m.-dən ibarət qeyri-yaşayış sahəsinə mülkiyyət hüququna dair DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilmiş, Cavabdeh və X2 arasında həmin əmlaka dair bağlanmış xx.xx.2014-cü il alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş və DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqnda daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ünvan 1 ünvanında yerləşən 701,4 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin bölünməsinə dair hissədə ləğv edilmiş, həmin hissədə Hüseynova (Vəliyeva) Humay Fərid qızının iddiası qismən təmin edilmiş, qeyriyaşayış sahəsinə iddiaçının ½ hissədə mülkiyyət hüququ tanınmışdır.
2. Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 19 A İddiaçı adına 1/2 hissə, Cavabdeh adına 1/2 hissə kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia ərizəsinə əlavə barədə ərizələr ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 19A ünvanında yerləşən əmlak kompleksinin tikililərinə gedən asfalt örtüklü keçid yolunun “B” tikilisinə qədər olan hissəsinin ümumi istifadədə saxlanılmaqla, “A” tikilisi ilə “B” tikilisi arasındakı asfalt örtüklü sahədə sərhəd divarları hörülməklə və bölünmüş sahələrə ayrı-ayrılıqda giriş-çıxış qapıları qoyulmaqla, asfalt örtüklü 1-ci hissə, həmçinin “A”, “B” tikililəri və “A” tikilisi ilə “C” tikilisi arasındakı sahədə inşa olunmuş yeni tikilinin (602,1 kv.m tikili, 142,8 kv.m asfalt örtüklü sahə) İddiaçı verilməsi və cavabdehin həmin sahədən çıxarılması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən 701,4 kv.mdən ibarət qeyri-yaşayış sahəsi X3 ilə birgə nikah dövründə əldə edilmiş əmlak olmuşdur. Aralarında olan nikah pozulduqdan sonra əmlak bölgüsü tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014cü il tarixli, 2(006)-473/2014 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, onun ünvan 2 (indiki ünvan 3 ünvanında yerləşən 701,4 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin yarı, ½ payına mülkiyyət hüququ tanınmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş (********** Qeydiyyat nömrəli) Çıxarışa əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 19A ünvanında yerləşən 701,4 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin yarı, 1/2 payı mülkiyyət hüququ ilə ona məxsusdur, həmin əmlak kompleksini cavabdehlə birlikdə istifadə etməsi mümkünsüzdür. Həmin əmlaka dair ümumilikdə 10 ilə yaxın bir müddətdir ki, məhkəmə mübahisəsi gedir. Çünki, keçmiş həyat yoldaşı illərdir ki, həmin əmlakın ona çatası hissəsini vermək istəmirdi. Hazırda həmin əmlak keçmiş həyat yoldaşının faktiki nəzarətindədir. Həmin əmlakdan istifadə edə bilmir və birlikdə istifadə mümkünsüzdür. İllərdir ki, həmin əmlakdan gəlir əldə edilir və istismar edilir. 2010- 2020-ci illər üzrə qeyri-yaşayış sahəsinin qazancı guya 7671,58 manat təşkil etmişdir. 2010- 2020-ci il tarixləri əhatə edən 10 illik dövr ərzində Bakı şəhərinin mərkəz yerlərindən birində sənəd üzərində 701 kv-lik (həmin qeyriyaşayış sahəsi hündür olduğundan müəyyən hissəsi iki mərtəbəli hala salınmışdır ki, bu da faktiki olaraq 1000-1500 kv.m-dən çox sahə edir) sahənin 7671,58 manat gəlir təşkil etməsi heç cür ağlabatan və reallığa uyğun deyil. Həmin əmlak kompleksi sənəd üzərində Cavabdeh adında olsa da, ona faktiki nəzarəti keçmiş həyat yoldaşı etdiyindən, cavabdehlə birlikdə əmlakın istifadəsi mümkünsüzdür.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 28 iyun 2022-ci il tarixli, 10/1304 nömrəli ekspert rəyinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 19A ünvanında yerləşən əmlak kompleksinin tərəflər arasında ½ paylara münasib bölünməsinin texniki cəhətdən mümkün olduğu müəyyən edilir. Bunun üçün əmlak kompleksinin tikililərinə gedən asfalt örtüklü keçid yolunun “B” tikilisinə qədər olan hissəsi ümumi istifadədə saxlanılmaqla, “A” tikilisi ilə “B” tikilisi arasındakı asfalt örtüklü sahədə sərhəd divarları hörülməklə və bölünmüş sahələrə ayrı-ayrılıqda giriş-çıxış qapıları qoyulmaqla, asfalt örtüklü 1-ci hissə, həmçinin “A” və “B” tikililəri və “A” tikilisi ilə “C” tikilisi arasındakı sahədə inşa olunmuş yeni tikili tərəflərdən birinə (602,1 kv.m tikili, 142,8 kv.m asfalt örtüklü sahə), asfalt örtüklü 2-ci hissə, eləcə də “C” tikilisi (609,5 kv.m tikili, 142,8 kv.m asfalt örtüklü sahə) isə bütünlüklə 2-ci tərəfin sərəncamına verilə bilər
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-318/2022 saylı 30 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim Rəşid Səmədov) iddia tələbi qismən təmin edilmiş, ünvan 4 ünvanda yerləşən, tərəflərin paylı mülkiyyətində olan sahəsi 701,4 kv.m.-dən ibarət əmlak kompleksinin “A” (370,7 kv.m) tikilisinin naturada ayrılaraq İddiaçı, “B” (124,3 kv.m) və “C” (206,4 kv.m) tikililərinin isə Cavabdeh verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatın iddiaçıdan və cavabdehdən müştərək qaydada tutulub Az.MEM, VÖEN **********, AZ34CTRE******************** X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməsi qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli qeyri-yaşayış sahəsi (əmlak kompleksi) tərəflər arasında paylarına uyğun real bölgüsü texniki cəhətdən mümkündür. Ekspert tərəfindən tərtib olunmuş və mübahisəli qeyri-yaşayış sahəsinin hazırki faktiki vəziyyətini əks etdirən plan-sxemdə göstərilmiş 701,4 kv.m sahənin “A” tikilisi (370,7 kv.m) naturada ayrılaraq iddiaçıya, “B” (124,3 kv.m) və “C” (206,4 kv.m) tikililəri isə cavabdehin payı kimi müəyyənləşdirilməlidir.
8. Məhkəmə iddia tələbinin «“A” tikilisi ilə “B” tikilisi arasındakı asfalt örtüklü sahədə sərhəd divarları hörülməklə və bölünmüş sahələrə ayrı-ayrılıqda giriş-çıxış qapıları qoyulmaqla, asfalt örtüklü 1-ci hissə, həmçinin “A”, “B” tikililəri və “A” tikilisi ilə “C” tikilisi arasındakı sahədə inşa olunmuş yeni tikilinin (602,1 kv.m tikili, 142,8 kv.m asfalt örtüklü sahə) iddiaçıya verilməsi» hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, işdən göründüyü kimi “A”, “B” və “C” tikililəri arasında olan sahələr paylı mülkiyyətçilərin ümumi istifadəsində olmaqla, iddiaçının tələb etdiyi yeni inşa olunmuş tikili tərəflərin mülkiyyət hüququnu təsdiq edən çıxarışda öz əksini tapmamışdır və belə olan halda isə ekspertiza rəyində göstərilməsinə baxmayaraq, bölgünün predmeti ola bilməzlər.
9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 215.1, 220.1, 220.2, 220.3, 227.1, 227.2 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat:
10. Qətnamədən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda apelyasiya şikayəti verilmişdir.
11. İddiaçı apelyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayətində göstərilmişdir ki, əmlak kompleksi ekspert rəyində və iddia tələbində qeyd edildiyi kimi bölünməli idi. Əmlak kompleksi mülkiyyətçiləri tərəfindən iki hissəyə bölündüyündən onun istifadəsində olan faktiki sahə də bölünməlidir. Əmlak kompleksinin istifadəsində ümumi sahə var, əmlak kompleksi bölündüyündən ümumi istifadədə olan sahənin də istifadə qaydaları müəyyən edilməlidir.
12. Cavabdeh apelyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, mübahisənin tənzimi ilə bağlı məhkəmə yaşayış sahəsinə tətbiq edilməli maddi hüquq normasını tətbiq etmişdir. 10 il ərzində qeyri-yaşayış sahəsinin həqiqətən fasilə verilmədən gəlir əldə etmək üçün istifadə edildiyi və iri həcmli gəlir əldə edilməsinə dair heç bir sübut təqdim edilməmişdir. Uzun müddət əmlak istifadəyə yararlı olmadığından ondan gəlir əldə etmək üçün istifadə etmək mümkün olmayıb. Son illərdə həmin sahənin hündürlüyünün artırılması, fasadın yaxşılaşdırılması, içinin təmir edilməsi üçün xeyli miqdarda xərc çəkilib ki, bu xərclərin iddiaçı tərəfindən çəkilməsinə dair sübut təqdim edilməyib. Cavabdeh qismində əslində o, yox, Hüseyn Vəliyev cəlb edilməli idi. İddiaçının təqdim etdiyi çıxarış qanuni qüvvəyə minmiş qətnamə ilə ləğv edilib.
13. Apellyasiya baxışı zamanı X3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7346/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilmiş, cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-318/2022 saylı iş üzrə 30 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilmiş, İddiaçı ünvan 4 ünvanında yerləşən əmlak kompleksindəki 1/2 hissədə payı naturada ayrılmış, naturada ayrılma Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 28 iyun 2022-ci il tarixli, 10/1304 nömrəli ekspert rəyinə və həmin rəyə əlavə olunmuş bölgü sxeminə əsasən aşağıdakı qaydada həyata keçirilmiş: ünvan 4 ünvanda yerləşən əmlak kompleksinin tikililərinə gedən asfalt örtüklü keçid yolunun “B” tikilisinə qədər olan hissəsi ümumi istifadədə saxlanılmaqla, “A” tikilisi ilə “B” tikilisi arasındakı asfalt örtüklü sahədə sərhəd divarları hörülməklə və bölünmüş sahələrə ayrı-ayrılıqda giriş-çıxış qapıları qoyulmaqla, asfalt örtüklü 1-ci hissə, həmçinin “A” və “B” tikililəri və “A” tikilisi ilə “C” tikilisi arasındakı sahədə inşa olunmuş yeni tikili İddiaçı (602,1 kv.m tikili, 142,8 kv.m asfalt örtüklü sahə), asfalt örtüklü 2-ci hissə, eləcə də “C” tikilisinin (609,5 kv.m tikili, 142,8 kv.m asfalt örtüklü sahə) isə bütünlüklə Cavabdeh verilməsi, Cavabdeh iddiaçıya aid hissədən çıxarılması qət edilmişdir.
15. Apellyasiya məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən qeyd etmişdir ki, göründüyü kimi mübahisəli qeyri-yaşayış sahəsi (əmlak kompleksi) iddiaçı ilə cavabdehin paylı mülkiyyətindədir. İddiaçı hazırki tələbində qeyri-yaşayış sahəsinin naturada bölgüsü aparılmaqla payına düşən 1/2 hissənin ayrılmasını tələb etmişdir. Məhkəmə tərəfindən keçirilmiş ekspertiza nəticəsində müəyyən edilmişdir ki, əmlak kompleksinin tərəflər arasında paylara münasib bölgüsü texniki cəhətdən mümkündür. Eyni zamanda ekspert rəyi ilə bölgünün hansı qaydada aparıla bilməsi də müəyyən edilmişdir. Ekspert tərəfindən təklif olunmuş bölgü qaydası tərəflərin mənafeyinə və obyektdən bərabər istifadə şərtlərinə uyğundur, ona görə də tərəflər arasında bölgü ekspert rəyi ilə müəyyən edilmiş formaya uyğun aparılmalıdır. Əmlak kompleksinin tikililərinə gedən asfalt örtüklü keçid yolunun “B” tikilisinə qədər olan hissəsi ümumi istifadədə saxlanılmaqla, “A” tikilisi ilə “B” tikilisi arasındakı asfalt örtüklü sahədə sərhəd divarları hörülməklə və bölünmüş sahələrə ayrı-ayrılıqda giriş-çıxış qapıları qoyulmaqla, asfalt örtüklü 1-ci hissə, həmçinin “A” və “B” tikililəri və “A” tikilisi ilə “C” tikilisi arasındakı sahədə inşa olunmuş yeni tikili iddiaçının (602,1 kv.m tikili, 142,8 kv.m asfalt örtüklü sahə), asfalt örtüklü 2-ci hissə, eləcə də “C” tikilisi (609,5 kv.m tikili, 142,8 kv.m asfalt örtüklü sahə) isə bütünlüklə cavabdehin sərəncamına verilməlidir. Cavabdehin apelyasiya şikayətinin dəlillərini isə kollegiya əsassız hesab edərək qeyd edir ki, göründüyü kimi əmlak kompleksi üzərində hüquqlar iddiaçının və Cavabdeh adına qeydiyyata alınmışdır. X3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilsə də, məhkəmə iclasında iştirak etməmiş və münasibətini bildirməmişdir. Kollegiya qeyd edir ki, iddiaçının öz payının naturada ayrılmasını tələb etmək hüququ var və hazırda qeydə alınmış hüquqlar Cavabdeh ilə bağlı olduğundan iddiaçı hazırki tələbini ona qarşı yönəltmişdir. Qeyd olunanlara əsasən iddiaçının tələbi haqlıdır. Kollegiya onu da qeyd edir ki, obyektin torpağı dövlət mülkiyyətində olsa da, bu torpaq sahəsi «Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar» kateqoriyasına aid olmaqla məhz həmin obyektə xidmət edir. Yəni həmin sahə tərəflərin qanuni istifadəsindədir və onu yalnız tərəflər öz mülkiyyətlərinə əldə edə bilərlər. Bu baxımdan, torpaq sahəsindən istifadə qaydasının müyyən olunması nə onun təyinatını, nə də statusunu dəyişdirmir. Torpağın bir hissəsinin ümumi istifadədə saxlanılmaqla, digər hissəsinin eyni ölçüdə bölünərək ayrı-ayrılıqda tərəflərin istifadəsinə verilməsi məhz mübahisənin həllinə xidmət edir. Əks yanaşma onsuz da uzun müddət davam edən hazırki mübahisənin daha da uzanmasına gətirib çıxara bilər. Eləcə də “A” tikilisi ilə “C” tikilisi arasındakı sahədə inşa olunmuş sahəsi 40,3 kv.m olan yeni tikili qanuni istifadədə olan torpaq sahəsində inşa olunduğundan və əmlak kompleksinin tərkibinə çevrildiyindən bölgü predmetini təşkil edə bilər. Nə qədər ki, torpaq sahəsi qanuni istifadədədir, yəni həmin sahə barəsində yalnız tərəflərin qanuni gözlənti hüquqları var, demək həmin tikiliyə də yalnız tərəflər iddialı ola bilərlər. Digər tərəfdən isə adıçəkilən tikilinin özbaşına tikili olması əsası ilə doğurduğu hüquqi nəticələrin riskini də tərəflər, hazırki bölgü nəticəsində isə həmin tikili istifadəsinə verilən iddiaçı daşıyır. Beləliklə, kollegiya ekspert rəyini əsas götürərək, iddia tələbinin tam təmin edilməli olması qənaətinə gəlmişdir. Kollegiya öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 215.1, 220.1, 220.2, 220.3, 241.3, 243.1, 243.2, 243.3, MPM-in 14.2, 77.1-ci maddələrinə istinad etmişdir.
c) Kassasiya instansiyası məhkəməsində icraat:
16. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1992/2023 saylı, 12 may 2023-cü il tarixli qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 dekabr 2022-ci il tarixli 2(103)-7346/2022 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır.
18. Kassasiya instansiyası məhkəməsi qərarında qeyd edir ki, ünvan 5 ünvanında yerləşən 701, 4 kvadratmetrdən ibarət əmlak kompleksi ½ hissə İddiaçı pay hüququ xx.xx.2021-ci il tarixində qeydiyyata alınmışdır), ½ hissə isə Cavabdeh adına xüsusi mülkiyyət hüququ üzrə qeydə alınmışdır.Çıxarışdan o da məlum olur ki, əmlak kompleksinin yerləşdiyi 0,079540 ha torpaq sahəsi dövlət mülkiyyətində olmaqla “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aiddir.Torpaq sahəsi üzərindəki hüququn növü “istifadə” dir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 28 iyun 2022-ci il tarixli, 10/1304 №-li ekspert rəyindən görünür ki, baxış zamanı ekspert tərəfindən müəyyən olunmuşdur ki, tədqiq olunan əmlak kompleksi faktiki olaraq, "A", "B", "C" tikililərindən və həmin tikililərə kecid kimi nəzərdə tutulan asfalt örtüklü sahədə ibarət olmaqla, bir tərəfdən küçə ilə, digər tərəflərdən qonşu sahələrlə əhatə olunmuşdur. əmlak kompleksinə əsas giriş qapısı (darvazası) küçə tərəfdə quraşdırılmışdır.“A” tikilisində faktiki olaraq yenidənqurma işləri aparılmaqla, həmin tikilidə 2-ci mərtəbə inşa edilmişdir. 1-ci mərtəbədə 4 tikili, 2-ci mərtəbədə 3 tikili mövcuddur. "B" tikilisi faktiki oaraq 1 mərtəbədən ibarətdir."C" tikilisi faktiki olaraq, 2 mərtəbədən ibarətdir. 1-ci mərtəbədə 6 tikili, 2-ci mərtəbədə 10 tikili mövcuddur. Eyni zamanda baxış zamanı, "B" və "C" tikililəri arasındakı açıq sahədə tikinti işləri aparılaraq əlavə tikili inşa edildiyi müəyyən olunmuşdur. Baxış zamanı aparılmış ölçü işlərinə və eləcə də tədqiq olunan əmlak kompleksinə tərtib olunmuş xx.xx.2021-ci il tarixli texniki pasportun məlumatlarına əsasən, tədqiq olunan obyektin ayrı-ayrı tikililərinin sahəsi aşağıdakı kimi müəyyən olunmuşdur: “A” tikilisi üzrə 1-ci mərtəbə-370,7 kv.metr “A” tikilisi üzrə 2-ci mərtəbə -66,8 kv.metr, “B” tikilisi üzrə- 124,3 kv.metr, "C" tikilisi üzrə 1-ci mərtəbə-206,4 kv.metr, "C" tikilisi üzrə 2-ci mərtəbə - 403,1 kv.metr "B" və "C" tikililəri arasındakı tikili-40,3 kv.metr. Cəmi (tikililər üzrə) -1211,6 kv.metr Asfalt örtüklü sahə -517,7 kv.metr. Daha sonra ekspert rəyində qeyd olunmuşdur ki, qeyri-yaşayış sahəsinin tərəflər arasında bölünməsi təcrid şəkildə, həmçinin ümumi istifadə qaydaları müəyyən olunmaqla aparılır. Yəni bölgü zamanı tərəflərdən hər birinin sərəncamında paylarına uyğun olaraq təyinatı üzrə istifadə üçün əsas və köməkçi sahələr, həmçinin həmin sahələrə giriş-çıxış qapıları (yolu) olmalıdır. Yuxarıda göstərilənlərə əsasən, tədqiq olunan əmlak kompleksinin tikililərinin planlı yerləşməsini, Əmlak kompleksinə küçə tərəfdən giriş-çıxış yolu olduğunu, tikililərin birbirindən təcrid vəziyyətdə yerləşməsini nəzərə alaraq, həmin əmlak kompleksinin tərəflər arasında 1/2 paylara münasib bölünməsi texniki cəhətdən mümkündür. Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 19A ünvanında yerləşən əmlak kompleksinin tərəflər arasında ½ paylara münasib bölünməsinin texniki cəhətdən mümkün olduğu müəyyən edilir. Bunun üçün əmlak kompleksinin tikililərinə gedən asfalt örtüklü keçid yolunun “B” tikilisinə qədər olan hissəsi ümumi istifadədə saxlanılmaqla, “A” tikilisi ilə “B” tikilisi arasındakı asfalt örtüklü sahədə sərhəd divarları hörülməklə və bölünmüş sahələrə ayrı-ayrılıqda giriş-çıxış qapıları qoyulmaqla, asfalt örtüklü 1-ci hissə, həmçinin “A” və “B” tikililəri və “A” tikilisi ilə “C” tikilisi arasındakı sahədə inşa olunmuş yeni tikli tərəflərdən birinə (602,1 kv.m tikili, 142,8 kv.m asfalt örtüklü sahə), asfalt örtüklü 2-ci hissə, eləcə də “C” tikilisi (609,5 kv.m tikili, 142,8 kv.m asfalt örtüklü sahə) isə bütünlüklə 2- ci tərəfin sərəncamına verilə bilər. Ekspert tikililərin faktiki ölçüləri nəzərə alınmaqla naturada bölgünün mümkünlüyü barədə rəy vermiş, apellyasiya instansiyası məhkəməsi də naturada bölünmə barədə iddianı ekspert rəyində göstərilmiş qaydada həyata keçirmişdir. Lakin bu halda nəzərə alınmamışdır ki, Mülki Məcəllənin 220.3-cü maddəsinin tələbinə müvafiq olaraq paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. İş materiallarında olan və apellyasiya instansiyası məhkəməsi tərəfindən də tədqiq edilmiş sübutlarla təsdiq olunur ki, paylı mülkiyyət sahəsi 701,4 kvadratmetrdən ibarət əmlak kompleksidir. Apellyasiya instansiyası məhkəməsi 701,4 kvadratmetrlik əmlak kompleksinin tərkibini müəyyənləşdirərək naturada bölgüsünün mümkün olub-olmadığına hüquqi qiymət verməli idi. Apellyasiya instansiyası məhkəməsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatı aparılmamış tikililərin də naturada bölgüsünü aparmaqla maddi hüquq normalarının pozuntusuna yol vermişdir. Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış tikililər özbaşına tikili statusundadır. Bu halda nəzərə almaq lazımdır ki, özbaşına tikilinin doğurduğu nəticələr var (məsələn müvafiq şərtlərlə sökülə bilər). Eləcə də, apellyasiya məhkəməsinin tədqiq etdiyi sübutlarla təsdiq olunur ki, mübahisəli paylı mülkiyyətdə olan əmlak kompleksinin istifadədə olan (mülkiyyətdə deyil) torpaq sahəsinin ölçüsü 0,079540 ha təşkil edir. Belə olan təqdirdə göstərilən ölçü daxilində torpaq sahəsinin hansı ölçülərdə tərəflərin ümumi istifadəsində saxlanılması və (və ya) hansı ölçülərdə naturada ayrılmaqla ayrı-ayrılıqda tərəflərin istifadəsində saxlanması məsələsinə hüquqi qiymət verilməli idi. Halbuki, apellyasiya məhkəməsi əmlak kompleksinin tikililərinə gedən asfalt örtüklü keçid yolunun “B” tikilisinə qədər olan hissəsi ümumi istifadədə saxlanılmaqla, “A” tikilisi ilə “B” tikilisi arasındakı asfalt örtüklü sahədə sərhəd divarları hörülməklə və bölünmüş sahələrə ayrı-ayrılıqda giriş-çıxış qapıları qoyulmaqla, asfalt örtüklü 1-ci hissə, həmçinin “A” və “B” tikililəri və “A” tikilisi ilə “C” tikilisi arasındakı sahədə inşa olunmuş yeni tikili İddiaçı (602,1 kv.m tikili, 142,8 kv.m asfalt örtüklü sahə), asfalt örtüklü 2-ci hissə, eləcə də “C” tikilisinin (609,5 kv.m tikili, 142,8 kv.m asfalt örtüklü sahə) isə bütünlüklə Cavabdeh verilməsini, Cavabdeh iddiaçıya aid hissədən çıxarılması qət edilmişdir. Halbuki apellyasiya instansiyası məhkəməsi qətnaməsinin əsaslandırıcı hissəsində torpaq sahəsindən istifadə qaydasının müəyyən olunması nə onun təyinatını, nədə statusunu dəyişdirmədiyini, torpağın bir hissəsinin ümumi istifadədə saxlanılmaqla, digər hissəsinin eyni ölçüdə bölünərək ayrı-ayrılıqda tərəflərin istifadəsinə verilməsinin məhz mübahisənin həllinə xidmət etdiyini qeyd etmişdir. Göründüyü kimi, apellyasiya məhkəməsi qətnamənin nəticə hissəsində tikililər üçün olduğu kimi, torpaq sahəsi üçün də “verilsin” sözündən istifadə etmiş, bununla gələcəkdə hüquqların dövlət qeydiyyatı aparılarkən torpaq sahəsinin hansı hüquq əsasında qeydiyyatının aparılmasında qeyri-müəyyənliyə səbəb olmuşdur. Məhkəmə qətnaməsində yuxarıda qeyd edildiyi kimi, müvafiq təsdiqedici sənədlərlə göstərilən ölçülər daxilində torpaq sahəsinin hansı qaydada “istifadədə saxlanması” (“istifadəyə verilməsi”) ilə əlaqədar nəticə əks etdirilə bilərdi. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarının tələblərini pozmuş, eləcə də sübutlara lazımi şəkildə hüquqi qiymət verməməklə məhkəmə qətnaməsinin ləğvinə səbəb olan prosessual hüquq normalarının pozuntusuna yol vermişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apelyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları.
20. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddiaçının apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin isə rədd edilməsini xahiş etdi.
21. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 cavabdehin apellyasiya şikayətini müdafiə etdi, iddiaçının apellyasiya şikayətinin isə rədd edilməsini xahiş etdi.
22. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Maddə 241.3. Bu Məcəllənin 243-cü maddəsində nəzərdə tutulan hallarda torpaq sahəsindən istifadə hüququnu binanın, qurğunun və digər daşınmaz əmlakın mülkiyyətçisi də əldə edə bilər. Maddə 243.1. Başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir. Maddə 243.2. Özgə torpaq sahəsində yerləşən daşınmaz əmlaka mülkiyyət hüququ başqa şəxsə keçərkən, o, torpaq sahəsinin müvafiq hissəsindən istifadə hüququnu daşınmaz əmlakın əvvəlki mülkiyyətçisi ilə eyni şərtlərlə və eyni həcmdə əldə edir. Torpaq sahəsinə mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisinin sahədən istifadə hüququnun xitamı və ya dəyişdirilməsi üçün əsas deyildir. Maddə 243.3. Özgə torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququna, habelə müvafiq binaları və qurğuları uçurmaq hüququna malikdir.
24. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:
Maddə 10.4. Torpaq kateqoriyalarının məqsədli təyinatı və hüquqi rejimi qanunvericiliklə müəyyən edilir, şəhərsalma və yerquruluşu sənədlərində əks etdirilir. Kateqoriyalar daxilində torpaqlardan istifadə qaydaları onların təbii-təsərrüfat rayonlaşdırılması, zonalaşdırılması, istifadəsinin ərazi planlaşdırılması və yerquruluşu sənədlərinə uyğun olaraq mülkiyyətçilər, istifadəçilər və icarəçilər tərəfindən müəyyən edilir.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri:
26. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi üçün əsasdır, cavabdehin apellyasiya şikayəti isə təmin edilə bilməz.
27. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
29. Apellyasiya şikayətlərinin nəticə hissəsindən, eləcə də, məzmunundan görünür ki, şikayətlərin obyektini iddia qismən təmin edilsə də qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətlərin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
30. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayətləri üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
31. İddianın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iddianı qismən təmin etməklə iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.
32. Belə ki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə mübahisə predmeti olan əmlak kompleksinin naturada bölünməsi ilə bağlı iddianın faktiki halları maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığı üçün iddia haqlı sayılırdı. Lakin birinci instansiya məhkəməsi iddianı tam təmin etməmişdir.
33. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsi tərəfindən də maddi və prosessual hüquq normalarının pozulub-pozulmamasının yoxlanılması məqsədilə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri diqqətlə nəzərdən keçirilmiş və apellyasiya instansiyası məhkəməsi üçün hüquqi mövqe baxımından icrası məcburi olan göstərişlər verilmişdir.
34. Əvvəla, məhkəmənin tələblə bağlı olması prinsipi onu iddiaçının iddia tələbinin termin olaraq hansı hərfi mənanı ifadə etməsindən asılı etməməlidir. Belə ki, məhkəmənin tələblə bağlı olması prinsipi onun iddiaçının istədyindən çoxunu yaxud istədiyindən başqa bir tələbi təmin etməyəcəyi ilə bağlıdır. Ona görə də iddiaçının istəyinin nə olması təkcə iddia ərizəsinin nəticə hissəsindəki termin və sözlərin hərfi mənasına görə deyil, bütövlükdə iddia ərizəsinin məzmunu əsas götürülməklə iradə ifadəsinin həqiqi mənasına görə müəyyənləşdirilməlidir. Məhkəmənin yalnız tələbə bağlılıq prinsipini əsas götürüb bu cür iddiaları qismən təmin etməsi yaxud tam təmin etməməsi isə məhkəmə müdafiəsi ilə bağlı konstitusion prinsiplərə zidd olmaqla yanaşı, həm ədaləti təmin etmir, həm də açıqaşkar prosessual qənaət prinsipinə ziddir. 35.Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, məhkəmə işə baxarkən “məhkəmə iddia tələbinə bağlıdır” prinsipinin mahiyyətini özü üçün düzgün müəyyən etməlidir. Belə ki, iddia ərizəsinin nəticə hissəsində tələbin qeyd olunan formada göstərilməsi və bir neçə hissəyə bölünməsi iddianın qismən təmin olunması üçün əsas ola bilməzdi. Çünki, məhkəmə özü də iddiaçının tələbinin faktiki əsasını, əslində həqiqi niyyətinin və istəyinin nə olduğunu müəyyənləşdirə bilərdi. Bunun üçün məhkəmə tərəfə prosessual hüquqlarının həyata keçirilməsində köməklik göstərməlidir(MPM. mad.14.1). Çünki, mülki prosessual qanunvericilik məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Əslində iddiaçının niyyəti əvvəlcədən də əmlak kompleksinin qeydə alınmayan hissəsi və torpaq sahəsi ilə birgə naturada bölünməsinə nail olmaq olmuşdur. Bunun başqa cür olması da mümkün deyildir. Çünki, münasibətləri heç də xoş olmayan paylı mülkiyyətçilər onu eyni anda istifadə və istismar edə bilməzlər. Deməli, onsuzda bu cür iddianın təmin olunması nəticəsində əmlak kompleksi qeydə alınmayan hissələri və torpaq sahəsi ilə birgə naturada tərəflər arasında bölünməli olur.
36. Belə ki, iş üzrə keçirilmiş məhkəmə tikinti texniki ekspertizanıın 28 iyun 2022-ci il tarixli, 10/1304 nömrəli rəyinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 19A ünvanında yerləşən əmlak kompleksinin tərəflər arasında ½ paylara mütənasib bölünməsinin texniki cəhətdən mümkün olduğu təsdiq edilir. Ekspert bölgünün hansı qaydada icra olunmasına dair 2 vərəqdə bölgü sxemini də çəkmişdir. Lakin birinci instansiya məhkəməsi bölgünü ekspert rəyinə və bölgü sxeminə uyğun deyil, öz mülahizəsinə əsasən aparmışdır. Düzdü, qənaətində göstərir ki, ekspert tərəfindən tərtib olunmuş və mübahisəli qeyri-yaşayış sahəsinin hazırki faktiki vəziyyətini əks etdirən plansxemdə göstərilmiş 701,4 kv.m sahənin “A” tikilisi (370,7 kv.m) naturada ayrılaraq iddiaçıya, “B” (124,3 kv.m) və “C” (206,4 kv.m) tikililəri isə cavabdehin payı kimi müəyyənləşdirilməlidir. Ancaq bölgünü qeyri-yaşayış sahəsinin faktiki vəziyyətini əks etdirən plan-sxemin 1 və 2-ci vərəqində göstərilmiş faktiki ölçülərini nəzərə almadan aparmışdır. İddia tələbini tam təmin etməməsi ilə bağlı isə qeyd edir ki,... “A”, “B” və “C” tikililəri arasında olan sahələr paylı mülkiyyətçilərin ümumi istifadəsində olmaqla, iddiaçının tələb etdiyi yeni inşa olunmuş tikili tərəflərin mülkiyyət hüququnu təsdiq edən çıxarışda öz əksini tapmamışdır və belə olan halda isə ekspertiza rəyində göstərilməsinə baxmayaraq, bölgünün predmeti ola bilməzlər.
37. Göründüyü kimi, rəydə əmlak kompleksinin, o cümlədən “A” tikilisi ilə “C” tikilisi arasındakı sahədə inşa olunmuş 40,3 kv. m olan yeni tikilinin naturada bölgüsünün və bölgüyə uyğun torpaqdan istifadə qaydalarının texniki cəhətdən mümkünlüyü öz təsdiqini tapmışdır. Torpaq sahəsi üzərində(tikinti altında olmayan), həmçinin “A” tikilisi ilə “C” tikilisi arasındakı sahədə inşa olunmuş 40,3 kv. m olan yeni tikiliyə dair tərəflərin hər hansı bir hüquqları daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmasa da qeyri-yaşayış sahəsinin onlar arasında naturada bölünməsi həm “A” tikilisi ilə “C” tikilisi arasındakı sahədə inşa olunmuş 40,3 kv. m olan yeni tikilidən, həm də torpaqdan istifadə qaydasının müəyyən edilməsini zəruri edir. Çünki, tərəflər onsuzda qeydə alınmayan həmin tikilidən və torpaq sahəsindən istifadə edir, edəcək və faktiki olaraq onların sahibliyində və istifadəsində olacaqdır. Əmlak kompleksinin naturada bölgüsündən sonra bölgüyə uyğun torpaq sahəsinin hansı hissələrindən, eləcə də “A” tikilisi ilə “C” tikilisi arasındakı sahədə inşa olunmuş 40,3 kv. m olan yeni tikilidən kimin, yəni paylı mülkiyyətçilərdən hansının istifadə edəcəyi də dəqiq olmalıdır. Əks halda əmlak kompleksinin naturada bölünməsinin əhəmiyyəti də itmiş olacaqdır. Çünki, əmlak kompleksinin bölünən hissələrinin hər birinə giriş-çıxış ayrı olacaqsa, demək onlara aid torpaq sahəsi də ayrılmalıdır.
38. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, ekspertiza rəyinə və əmlak kompleksinin naturada bölgüsünə uyğun tərəflər arasında torpaq sahəsindən və “A” tikilisi ilə “C” tikilisi arasındakı sahədə inşa olunmuş 40,3 kv. m olan yeni tikilidən istifadə qaydalarının müəyyən edilməsi(istifadə etmək məqsədilə faktiki bölünməsi) onların heç də həmin torpaq sahəsi və qeydə alınmayan tikili üzərində hansısa hüquqlarının, o cümlədən əmlak hüquqlarının tanınması demək deyildir. Qeyd olunduğu kimi, torpaqdan və qeydə alınmayan tikilidən bu cür istifadə qaydasının müəyyən edilməsi məhz əmlak kompleksinin naturada bölünməsi zərurətindən irəli gəlirdi.
39. Lakin birinci instansiya məhkəməsi “A”, “B” və “C” tikililəri arasında olan sahələr paylı mülkiyyətçilərin ümumi istifadəsində olmaqla, iddiaçının tələb etdiyi yeni inşa olunmuş tikili tərəflərin mülkiyyət hüququnu təsdiq edən çıxarışda öz əksini tapmamış və belə olan halda isə ekspertiza rəyində göstərilməsinə baxmayaraq, bölgünün predmeti ola bilməz olduğunu əsas gətirib iddianı tam təmin etməmişdir. Ancaq bu cür vəziyyətin iddianın təmin edilmiş hissəsinin də əhəmiyyətsiz edəcəyini nəzərə almamışdır. Qeyd olunduğu kimi bu cür vəziyyətdə tərəflər naturada bölünərək ayrıca mülkiyyətinə keçəcək qeyri-yaşayış sahəsindən sərbəst və hər hansı bir maneçilik olmadan istifadə etmək imkanları da olmayacaqdır. Bu da onların öz mülkiyyətindən sərbəst və maneəsiz istifadə edə bilməyəcəklərinə görə mülkiyyət hüquqlarının pozulmasına səbəb olacaqdır. 40.Bundan əlavə, işin mübahisəsiz halı həm də ondan ibarətdir ki, əmlak kompleksi faktiki olaraq, "A", "B", "C" tikililərindən və həmin tikililərə kecid kimi nəzərdə tutulan asfalt örtüklü sahədən ibarət olmaqla, bir tərəfdən küçə ilə, digər tərəflərdən qonşu sahələrlə əhatə olunmuşdur. Əmlak kompleksinə əsas giriş qapısı (darvazası) küçə tərəfdə quraşdırılmışdır.“A” tikilisində faktiki olaraq yenidənqurma işləri aparılmaqla, həmin tikilidə 2-ci mərtəbə inşa edilmişdir. 1-ci mərtəbədə 4 tikili, 2-ci mərtəbədə 3 tikili mövcuddur. "B" tikilisi faktiki oaraq 1 mərtəbədən ibarətdir."C" tikilisi faktiki olaraq, 2 mərtəbədən ibarətdir. 1-ci mərtəbədə 6 tikili, 2-ci mərtəbədə 10 tikili mövcuddur.Eyni zamanda, "B" və "C" tikililəri arasındakı açıq sahədə tikinti işləri aparılaraq əlavə tikili inşa edildiyi müəyyən olunmuşdur. “A” tikilisi üzrə 1-ci mərtəbə-370,7 kv.metr “A” tikilisi üzrə 2-ci mərtəbə -66,8 kv.metr, “B” tikilisi üzrə-124,3 kv.metr, "C" tikilisi üzrə 1-ci mərtəbə-206,4 kv.metr, "C" tikilisi üzrə 2-ci mərtəbə -403,1 kv.metr "B" və "C" tikililəri arasındakı tikili-40,3 kv.metr. Cəmi (tikililər üzrə) -1211,6 kv.metr Asfalt örtüklü sahə -517,7 kv.metrdir. Göründüyü kimi, ekspertizanın müəyyən etdiyi bölgü sxemi texniki cəhətdən mümkün olmaqla yanaşı, həm də paylı mülkiyyətçilərin mənafeyinə uyğun olmuşdur. Belə ki, əmlak kompleksinin A, B və C tikililəri göstərilən ölçüdə qeydə alınsa da, faktiki olaraq “A” tikilisi üzrə 2-ci mərtəbə -66,8 kv.metr, "C" tikilisi üzrə 2-ci mərtəbə -403,1 kv.metr sahə mövcuddur və faktiki olaraq həmin sahələrdən istifadə olunur. Ona görə də ekspert rəyində göstərilən qaydada bölgü əmlak kompleksinin faktiki vəziyyətinə uyğun olmaqla həm də tərəflərin mənafeyinə uyğun hesab edilməlidir. Apellyasiya baxışında cavabdeh tərəfə(nümayəndəsi və vəkilinə) əvvəlki apellyasiya məhkəməsinin müəyyən etdiyindən fərqli olaraq bölgüyə uyğun 1-ci hissənin cavabdehə, 2-ci hissənin iddiaçıya bölünərək verilməsi təklifinə münasibəti soruşulsa da, cavabdeh tərəf buna da qəti etirazını bildirdi. Demək ki, cavabdeh tərəf ½ hissədə paylı mülkiyyətdə olan əmlak kompleksinin ekspertiza rəyində göstərilən hissələrdə bölünəcəyi vəziyyətdə heç bir hissəni həmin ölçülərdə qəbul etmək istəmir, bununla da faktiki olaraq bərabər payda olan əmlakdan daha artıq pay əldə etmək istəyini açıq-aşkar nümayiş etdirir ki, bu da yolverilməz sayılır.
41. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 318/2022 saylı iş üzrə 30 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilməklə, yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməlidir.
42. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385, 386, 387, 388, 390, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
İddiaçı apelyasiya şikayəti təmin edilsin, Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-318/2022 saylı iş üzrə 30 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilsin. İddiaçı ünvan 4 ünvanında yerləşən əmlak kompleksindəki 1/2 hissədən ibarət mülkiyyət payı naturada ayrılsın. Naturada ayrılma Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 28 iyun 2022ci il tarixli, 10/1304 nömrəli ekspert rəyinə və həmin rəyə əlavə olunmuş bölgü sxeminə əsasən aşağıdakı qaydada həyata keçirilsin: ünvan 4 ünvanda yerləşən əmlak kompleksinin tikililərinə gedən asfalt örtüklü keçid yolunun “B” tikilisinə qədər olan hissəsi ümumi istifadədə saxlanılmaqla, “A” tikilisi ilə “B” tikilisi arasındakı asfalt örtüklü sahədə sərhəd divarları hörülməklə və bölünmüş sahələrə ayrı-ayrılıqda giriş-çıxış qapıları qoyulmaqla, asfalt örtüklü 1-ci hissə(hər hansı bir hüquq tanımadan), “A” və “B” tikililəri və hər hansı bir hüquq tanınmadan “A” tikilisi ilə “C” tikilisi arasındakı sahədə inşa olunmuş 40,3 kv. m olan qeydə alınmayan tikili İddiaçı (faktiki 602,1 kv.m tikili, 142,8 kv.m asfalt örtüklü sahə), asfalt örtüklü 2-ci hissə(hər hansı bir hüquq tanımadan), eləcə də “C” tikilisi (faktiki 609,5 kv.m tikili, 142,8 kv.m asfalt örtüklü sahə) isə bütünlüklə Cavabdeh bölünərək verilsin. Cavabdeh iddiaçıya aid hissədən çıxarılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh tutulub Az.MEM, VÖEN **********, AZ34CTRE******************** X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.