Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4542/2020 08.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi xxxxxxxxx katibliyi ilə, İddiaçı İqtisadiyyat Nazirliyi X5 Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-190/20 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X6 Dövlət Komitəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanılmış, ünvan 1 ünvanında yerləşən, sahəsi 581,6 kv.m olan qeyri-yaşayış obyektinin (dülgərlik emalatxanası) və onun 718 kv.m torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2018-ci il tarixli, 4275 nömrəli müqavilənin ləğv edilməsi, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq Əmlak Məsələləri Dövlət Komitəsinə təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, müqavilə üzrə cavabdeh tərəfindən ödənilmiş 5800 manatın satıcıya vurulmuş zərərin əvəzi kimi qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-190/20 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanılmış, ünvan 1 ünvanında yerləşən, sahəsi 581,6 kv.m olan qeyri-yaşayış obyektinin (dülgərlik emalatxanası) və onun 718 kv.m torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2019-cu il tarixli, 4275 nömrəli müqavilənin ləğv edilməsi, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq Əmlak Məsələləri Dövlət Komitəsinə təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, 10 manat dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsinə və iddia tələbinin rədd edilməsinə(qeyri-mümkün sayılmasına) dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, müqavilənin tələblərini yerinə yetriməkdən imtina etməmiş, qərəzli olmamış, öhdəliklərini yerinə yetirməyə çalışmış, alqı-satqı dəyərindən 5.800 manatını ödəmiş, lakin, səhhətində xəstəlik yarandığından ödəniş edə bilməmişdir. Daha sonra isə ödənişlər etmək istəyərkən hesab işlək olmamışdır. Bundan sonra, isə idarənin adı dəyişdiyindən ödənişləri icra etmək mümkün olmamışdır. Ödənişləri yaxın zamanda icra edəcək. İddiaçıya zərər vurmamışdır, ödənişin gecikməsi hesab edir ki. müqavilə tələblərinin əhəmiyyətli pozuntusu sayılmamalıdır. İddia tələbindən göründüyü kimi iddiaçı onlara vurulan zərəri 5.800 manat dəyərində qiymətləndirir. Qanunvericiliyin tələbindən görünür ki, iddiaçı hazırki iddia ilə yalnız 3 qaydaya əməl etdikdən sonra müraciət edə bilərdi:müqaviləni dəyişdirmək və ya ləğv etmək barədə ona təklif verməli; ondan təklifə imtina almalı idi; imtina almadıqda təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda. Lakin, iş materiallarından görünür ki, ünvan 2 saylı ünvanda yerləşən, sahəsi 581,6 kv.m olan qeyri-yaşayış obyekti (dülgərlik emalatxanası) və onun 718 kv.m torpaq sahəsinin satılması barədə aralarında bağlanmış xx.xx.2018-ci il tarixli, 4275 nömrəli müqavilənin ləğv edilməsi barədə təkliflə iddiaçı ona müraciət etməmişdir, ona belə bir təklif daxil olmayıb. İş materiallarından görünür ki, iddiaçı ona xx.xx.2019-cu il tarixli, **********54 nömrəli məktub göndərərək müqavilənin ləğvini təklif etməmiş, əksinə, borc barədə xəbərdarlıq edilmiş və 10 gün müddəində müqavilə üzrə borcun-pulun ödənilməsini tələb etmişdir. Belə olan halda MM-nin 423.2-ci maddəsinin tələbi pozulduğundan, müqavilənin ləğvi barədə qaydaya əməl olunmadığından, iddiaçının onunla bağlanmış müqavilənin ləğvinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ yoxdur, iddiaçı ona qarşı borc tələbi irəli sürə bilərdi. Məhkəmə iclasında iddiaçının nümayəndləsi X4 apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını xahiş etdi, həmçinin bildirdi ki, cavabdeh pulu tam ödədikdən sonra qeyri-yaşayış sahəsinə çıxarış verilir, yəni daşınmaz əmlakın dövlət reyestrində hüquq qeydiyyata alınır. Lakin pul ödənilmədiyi halda çıxarış verilmir. Artıq uzun müddət keçdiyi üçün məhkəməyə müraciət etməyə məcbur oldular. Qarşı tərəf ya pulu ödəməli, ya da əmlakı onlara qaytarmalıdır. İşə baxılması vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh teleqramla müraciət edərək, üzrlü səbəbdən, yəni yüksək təziyiqi olduğu üçün gələ bilmədiyinə görə məhkəmə baxışının təxirə salınmasını xahiş etsə də, bununla bağlı müraciətinə hansısa sübut əlavə etməmişdir. Apellyasiya instansiyası məhkəməsi işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticə üzrə qənaətini belə əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən, sahəsi 581,6 kv.m olan qeyri-yaşayış obyekti (dülgərlik emalatxanası) və onun 718 kv.m torpaq sahəsi iddiaçı ilə cavabdeh arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, 4275 nömrəli alqı-satqı müqaviləsinə əsasən 38000 manata cavabdehə satılmışdır. Cavabdeh ona satılmış qeyri-yaşayış sahəsinin müqavilə üzrə müəyyən edilmiş satış qiymətindən 5800 manat ödəmiş, digər hissənin, yəni 32200 manat pulu iddiaçıya ödəməmişdir. Cavabdeh müqavilə üzrə müəyyən edilmiş müddətdə borcunu qaytarmağı üzərinə götürmüşdür. İş üzrə X6 Dövlət Komitəsi üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Cavabdeh alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödənişi müəyyən edilmiş müddət ərzində ödəməli olduğu halda ödəniş etməmiş, müqavilədə nəzərdə tutulmuş əmlakın dəyərini tam ödəməmiş və bununla da iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Müqaviləyə xitam verilməsi məqsədi ilə də iddiaçı cavabdehə yazılı müraciət etmiş, lakin heç bir cavab almamışdır. Buna görə də Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 4275 nömrəli daşınmaz əmlakın alqı–satqı müqaviləsi ləğv edilməlidir. Məhkəmə iddia tələbinin sözügedən qeyri-yaşayış sahəsinin boşaldılaraq Əmlak Məsələləri Dövlət Komitəsinə təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsi ilə bağlı qeyd edir ki, cavabdehin əşyaya dair hüququnun əmələ gəlməsinə səbəb olmuş müqavilə ləğv edildiyindən, cavabdeh həmin mübahisəli qeyriyaşayış sahəsindən istifadə və sahiblik hüququnu itirmişdir. Odur ki, iddia tələbi həmin hissədə təmin edilməli, cavabdeh tərəfindən həmin qeyri–yaşayış sahəsi boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Eyni zamanda, məhkəmə qeyd edir ki, iddiaçı müqavilə üzrə cavabdeh tərəfindən ödənilmiş 5800 manat məbləğində vəsaitin satıcıya vurulmuş zərərin əvəzi kimi qəbul edilməsini xahiş etmiş, lakin iddiaçı həmin zərərin özündə nəyi ehtiva etdiyini əsaslandıra bilməmiş və bu barədə məhkəməyə sübut təqdim edə bilməmiş və buna dair heç bir sənədi məhkəməyə təqdim etməmişdir. Tərəflər arasındakı daşınmaz əmlakın alqı–satqı müqaviləsi üzrə cavabdehə verilmiş qeyri–yaşayış sahəsi iddiaçıya geri qaytarıldığından, cavabdeh tərəfindən ona satılmış qeyri–yaşayış sahəsinin müqavilə üzrə müəyyən edilmiş satış qiymətindən iddiaçıya ödədiyi 5800 manat məbləğində pul vurulmuş zərərin əvəzi kimi qəbul edilə bilməz. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi göstərilsə də, şikayətin dəlillərindən görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə, yəni Cavabdeh şikayəti üzrə(iddianın təmin edilən hissəsində) yoxlanılmalı, digər hissəsinə(iddianın təmin edilməyən hissəsinə) və digər şəxslərə münasibətdə isə qətnaməyə toxunulmamalıdır. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, cavabdehin şikayətindəki dəlillər əsaslı hesab edilə bilməz. Çünki, bəyan etdiyi bu halları sübut etmək yükü onun üzərinə düşsə də, o, bu halları sübut edə bilmir. Belə ki, cavabdehin müqavilə üzrə öhdəliyini yerinə yetirməkdən imtina etməməsi, qərəzli olmaması, öhdəliyini yerinə yetirməyə çalışması yaxud səhhətində xəstəlik yaranması hansısa formada təsdiq olunmur. Ona görə də, yalnız fikir olaraq bu dəlillərin göstərilməsi isə iddianın əsaslılığına təsiri ola bilməz. İkincisi, ödənişlər etmək istəyərkən hesabın işlək olmaması yaxud idarənin adı dəyişdiyindən ödənişləri icra etməyin mümkün olmaması dəlili də ümumiyyətlə başadüşülən deyildir. Çünki, cavabdehin həqiqətən ödəniş etmək niyyəti və məqsədi olmuşdursa, iddiaçının bank hesabı işlək olmasa belə o, bunu digər qaydada(nağd şəkildə və.s) icra edə bilərdi. İddiaçı qurumun adının dəyişməsi də ödənişi icra etməyə qətiyyən maneə ola bilməzdi. Göründüyü kimi, cavabdehin bu cür bəhanələrdən istifadə edərək qətnaməni mübahisələndirməsi anlaşılan olmamışdır. Üçüncüsü, Mülki Məcəllənin 423.2-ci maddəsinin tələblərinə iddiaçının riayət etməməsi dəlili də əslində cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etmək istəmədiyini açıq-aşkar təsdiq edir və onun vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmədiyinə dəlalət edir. Əks halda cavabdeh iddiaçının ona ünvanladığı xx.xx.2019-cu il tarixli məktubunu müqavilənin ləğvi barədə təklif deyil, borcun-pulun ödənilməsi barədə xəbərdarlıq kimi qiymətləndirməzdi. Çünki, əslində tərəflər müqavilənin 3.1-ci bəndində müqavilənin qüvvədən düşməsi şərtini müəyyənlişdirmişlər. Cavabdehin də həmin şərti yerinə yetirməməsi işin mübahisəsiz halıdır. Hazırki iddiada müqavilənin ləğvinin tələb edilməsi isə sanki müqavilənin qüvvədən düşməsini təsdiq edən bir təsbit mahiyyəti kəsb edir. Ona görə də, digər dəlillərlə yanaşı bu dəlil də apellyasiya şikayətinin əsassız olduğunu və qətnamənin icrasını bu formada yubatmaq xarakteri daşıdığını göstərir. Mülki Prosessual Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi onun apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, ona münasibətdə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-190/20 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Elşən Kazımov Hakimlər: imza Akif İsgəndərov imza İlham Kərimli Düzdür: Hakim: Elşən Kazımov .
Məhkəmə qərarları › İş №2(103)-4542/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4542/2020
08.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver