Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4542/2024 23.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs qarşı mülki iş üzrə (Açar sözlər: “barışıq sazişinin aliment ödənilməsi hissəsində təsdiq edilməsi”) Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1942/2024 saylı, 23 may 2024-cü il tarixli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Ərizəçi və Maraqlı şəxs 05 09.2006-ci il tarixdə nikah bağlamışdır. Birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X9 doğulmuşdur.
2. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2842/2023 saylı, xx.xx.2023 cü il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikahın pozulması və birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X5 ananın yanında qalması qət edilmişdir.
3. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində Bakı 8 saylı Mediasiya təşkilatında MŞB/8/2023-01394 saylı, 17 iyul 2023-cü il tarixli Barışıq sazişi bağlanmışdır.
Birinci instansiya məhkəməsində icraat
4. Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin aliment ödənilməsi hissəsində təsdiq edilməsi haqqında ərizəsi ilə məhkəməyə müraciət edərək, himayəsində ikinci dərəcəli əlil azyaşlı uşağının olmasını nəzərə alaraq işə onun iştirakı olmadan baxılaraq ərizəni təmin etməklə, Maraqlı şəxs ilə aralarında bağlanmış MŞB/8/2023-01394 saylı, 17 iyul 2023-cü il tarixli barışıq sazişinin xx.xx.2024-cü ildən etibarən ödənilməsinin təmin edilməsinin təsdiq edilməsi və cavabdehin əmək haqqından və digər gəlirlərindən tutularaq onun AZ71RBTA******************** hesab nömrəsinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Ərizədə göstərilir ki, hazırda uşaqlar onun himayəsindədir. Mediasiya mərhələsi zamanı cavabden Maraqlı şəxs ilə aralarında razılıq eldə edilmiş və MŞB/8/2023-01394 saylı, 17 iyul 2023-cü il tarixli barışıq sazişi bağlanmışdır. Barışıq sazişinə əsasən “İkinci tərəf” Maraqlı şəxs Saziş imzalandıqdan sonra 10 iş günü ərzində “Birinci tərəf” X4 ilə birgə nikah münasibətlərindən dünyaya gələn və Birinci tərəf (ananın) yanında himayəsində qalacaq xx.xx.2012-ci il təvəllüdlü övladı X5 hər ay müalicəsi üçün ödənilməli olan 500 (beş yüz) AZN xərcin 50 faizini, yəni 250 (iki yüz əlli) AZN manat məbləğində vəsaiti xx.xx.2023-cü il tarixdən etibarən hər növbəti ayın 15-dək Birinci tərəfə ödəyəcəyini öhdəsinə götürür. “İkinci tərəf” Maraqlı şəxs Saziş imzalandıqdan sonra 10 iş günü ərzində “Birinci tərəf” X4 ilə birgə nikah münasibətlərindən dünyaya gələn və Birinci tərəf (ananın) yanında himayəsində qalan xx.xx.2012-ci il təvəllüdlü övladı X1 üçün xx.xx.2023-cü il tarixdən etibarən hər növbəti ayın 15-dək Birinci tərəf X3 əmək haqqının və başqa gəlirlərinin ¼ hissəsində aliment ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür. MŞB/8/2023- 01394 saylı, 17 iyul 2023-cü il tarixli barışıq sazişinin 7-ci bəndində göstərilir ki, tərəflər Sazişdən irəli gələn öhdəliklərinin pozulmasına görə, o cümlədən Sazişin könüllü icrasından boyun qaçırmaya görə əldən çıxmış fayda istisna olmaqla qarşı tərəfə vurulmuş real zərəri ödəməyə borcludurlar. Sazişin 8-ci bəndinə əsasən, sazişin könüllü icrasından imtina olunsa, Tərəf sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin sazişin 9-cu bəndində göstərilir ki, sazişin məcburi icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edən tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Hazırki vəziyyətdə cavabdeh Maraqlı şəxs MŞB/8/2023-01394 saylı, 17 iyul 2023-cü il tarixli barışıq sazişinə 11 mart 2024-cü il tarixdən etibarən əməl etməkdən boyun qaçıraraq sazişin könüllü icrasından imtina edir. Cavabdeh Maraqlı şəxs "xxxx" MMC-də operator vəzifəsində işləməklə aylıq 961 manat əmək haqqı alır və müxtəlif əmək ödənişlərinə görə aylıq əmək haqqısı artmaqla dəyişir.
6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1942/2024 saylı, 23 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim Həqiqət Əhmədova) Ərizəçi və Maraqlı şəxs arasında Bakı 8 saylı Mediasiya Təşkilatında bağlanmış MŞB/8/2023-01394 saylı, 17 iyul 2023-cü il tarixli barışıq sazişinin ərizəçiyə ödənilməli olan aliment hissəsində təsdiq edilməsindən imtina edilməsi; məhkəmə xərclərinin Dövlət Büdcəsinin vəsaitləri hesabına aid edilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticə üzrə qənaətində göstərib ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci, 34.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddələrinin müddəalarına əsasən, ərizə təmin edilməməlidir. Belə ki, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi könüllü şəkildə icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd deyildirsə, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanılmamışdırsa, məhkəmə qaydasında təsdiq edilə bilər. İşin məhkəmə tərəfindən araşdırılan hallarından, maraqlı şəxsin izahatından müəyyən olundu ki, 17 iyul 2023-cü il tarixli Barışıq sazişinin ərizəçi tərəfindən mübahisələndirilən hissəsinin şərtinə əsasən maraqlı şəxs xx.xx.2023-cü il tarixdən etibarən növbəti ayın 15-dək, 250 manat vəsaitin və əmək haqqının və başqa gəlirlərinin ¼ hissəsində alimentin ödənilməsini öhdəsinə götürmüşdür. Maraqlı şəxs tərəfindən materiallara əlavə edilmiş qəbzlər ilə Maraqlı şəxs mediasiya prosesi nəticəsində bağlanmış MŞB/8/2023 01394 saylı, 17 iyul 2023-cü il tarixli Barışıq sazişinin şərtlərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirdiyi müəyyən edilmişdir. Həmçinin ərizəçi tərəfindən barışıq sazişinin təsdiq edilməsi barədə ərizə məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olandan sonra maraqlı şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə 500 manat aliment məbləği ödənilmişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, maraqlı şəxs tərəfindən barışıq sazişi hər ay vaxtında könüllü şəkildə icra olunduğundan o, barışıq sazişinin icrasından yayınmadığından və qeyd olunan halların əksi ərizəçi tərəfindən sübuta yetirilə bilinmədiyindən Ərizəçi və Maraqlı şəxs arasında Bakı 8 saylı Mediasiya Təşkilatında bağlanmış MŞB/8/2023-01394 saylı, 17 iyul 2023-cü il tarixli barışıq sazişinin ərizəçiyə ödənilməli olan aliment hissəsinin təsdiq edilməsindən imtina edilməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
8. Ərizəçi (nümayəndəsi və vəkili X11) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək ərizəsinin tam təmin edilməsini xahiş edib şikayətində göstərir ki, Maraqlı şəxs aliment ödəməkdən yayınmaq məqsədilə Barışıq Sazişinin təsdiq edilməməsi üçün məhkəmədə yanlış təəssürat yaratmağa çalışmışdır. Məhkəmə qətnaməsi ilə və faktiki olaraq uşaqlar ananın yanında qalır və bütün xərclər onun tərəfindən ödənilir. Maraqlı şəxs əmək haqqının və başqa gəlirlərinin ¼ hissəsində aliment kimi ödənilməsindən yayınmaq üçün məhkəməyə təhrif olunmuş məlumatlar vermişdir. Onun əmək haqqı və başqa gəlirləri ödədiyi məbləğdən xeyli çox olsa da, məhkəmə bu halı nəzərə almamış sanki “sabit məbləğdə ödənilməli aliment” kimi nəzərə almışdır. Vurğulamaq istəyir ki, barışıq sazişində Maraqlı şəxs xx.xx.2012-ci il təvəllüdlü övladı X6 yetkinlik yaşına çatanadək saxlanması üçün onun aylıq əmək haqqısının və başqa gəlirlərinin ¼ hissəsi məbləğində aliment ödəməyi öz öhdəsinə götürmüşdür. Maraqlı şəxs aylıq 500 manat aliment ödədiyini məhkəməyə bildirmiş və buna dair müvafiq qəbzi iş məhkəməyə daxil olduqdan sonra ödəyərək təqdim etmişdir. Sonuncu müvafiq ödənişdən sonra isə 2 aydan çoxdur ki, ödənişləri etməmişdir. Məlum olduğu kimi, başqa gəlirlər dedikdə, işçinin əmək haqqısına əlavələr, məzuniyyət pulu, bayramlarda verilən premiya, həvəsləndirmə tədbirləri və s. pul vəsaitləri aiddir. Maraqlısı odur ki, məhkəmə Maraqlı şəxs başqa gəlirlərinin müəyyən edilməsi üçün hər hansı bir addım atmamış, onun başqa gəlirlərinin nədən ibarət olunmasına dair hər hansı bir yazılı sənəd məhkəmədə tədqiq olunmamışdır. Ən əsası odur ki, məhkəmə qətnaməsinə diqqət yetirsə, maraqlı şəxsin heç əmək haqqısının nə qədər olması barədə heç bir sübutün araşdırılmasına istinad edilmir. Belə qənaətə gəlinir ki, məhkəmə barışıq sazişinin təsdiq olunması üçün zəruri olan heç bir halı araşdırmamış, Maraqlı şəxs təqdim etdiyi qəbzlərə əsaslanılmışdır. Birinci instansiya məhkəməsi şəxsin aliment ödəmək öhdəliyindən yayınması, mülki prosessual hüquqlarından sui-istifadə etməsi üçün şərait yaratmışdır. Qətnamənin uşaqların mənafeyinə birbaşa zidd olduğunu hesab edir. İşin hallarından da görünür ki, tərəfin məqsədi yalnız aliment ödəməkdən yayınmaqdır. Barışıq sazişi könüllü icra edilmədiyi təqdirdə sazişin məcburi icrası nəzərdə tutulmuşdur. Lakin məhkəmə qanunsuz olaraq ərizəni aliment hissəsində təsdiq etməmişdir. Qətnamə uşaqların vəziyyətini ağırlaşdırmağa, həyat səviyyələrinin xeyli aşağı salınmasına gətirib çıxarmışdır. Məhkəmə işə obyektiv yanaşmamışdır. Belə ki, məhkəmə nəzərə almamışdır ki, qətnamə ilə uşaqların əvvəlki təminat səviyyəsinin qorunub saxlanması mümkün olmayacaqdır. Məhkəmə uşaq hüquqlarının qorunmasına dair Ailə Məcəlləsinin müvafiq normalarına, “Uşaq hüquqları haqqında” Qanuna, eləcə də beynəlxalq müqavilələrin tələblərinə riayət etməmişdir. Məhkəmə işin mahiyyətini tam araşdırmamış, bu səbəbdən Maraqlı şəxs aliment ödəməkdən yayınmaq istəyinə müvafiq qiymət verməmişdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
9. Məhkəmə iclasında Ərizəçi apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və şikayətinin və ərizəsinin təmin olunmasını xahiş etdi.
10. Məhkəmə iclasında Maraqlı şəxs apellyasiya şikayətinə etiraz edərək qətnamənin qanuni və əsaslı olduğunu bildirdi, apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
11. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 1.0.7. Barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Maddə 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Maddə 9.3 və 9.3.1. Barışıq sazişinin icrasını təmin etmək tərəflərin vəzifəsidir. Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Maddə 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Maddə 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Maddə 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Maddə 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 89.1. Yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.2, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırmaması, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri:
13. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və ərizənin qismən təmin edilməsi əsas hesab edilir.
14. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
16. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini ərizə rədd edildiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
17. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
18. Ərizənin (iddanın) faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.
19. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır, üstəlik maraqlı şəxsin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığından ərizə haqlı sayılır.
20. Hazırki ərizədəki tələb mediasiya qaydasında bağlanılmış barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsi ilə bağlı olub. Ərizəçinin apellyasiya şikayətindəki dəlillər isə təsdiq olunduğundan onlar qətnamənin ləğv edilməsi və ərizənin təmin edilməsi üçün əsas hesab edilir. Çünki MPM-in 355-23.1-ci maddəsinin tələbinə görə “Mediasiya haqqında” Qanunda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Ərizəçi də barışıq sazişinin alimentlə bağlı hissəsi maraqlı şəxs tərəfindən könüllü qaydada lazımı qaydada, yəni tam icra edilmədiyinə görə onun məcburi icrası üçün təsdiq edilməsinə görə məhkəməyə müraciət edib. Demək ki, həm barışıq sazişində göstərilən, yəni 01 avqust 2023-cü ildən başlayaraq, həm də “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsində da müəyyən edilmiş 10 gün müddətində maraqlı şəxs onun bir hissəsini lazımı qaydada icra etmədiyinə görə ərizəçi məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
21. Göründüyü kimi, ərizəçinin ərizəsində və şikayətində göstərilən dəlillər barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina üçün əsas ola bilməz. Çünki məhkəmə “Mediasiya haqqında” Qanunun 3.3, 33.3 və 34.5-ci maddələrinə zidd olduqda və Mülki Prosessual Məcəllənin 355-26.1-ci maddəsində nəzərdə tutulmuş hallarda barışıq sazişini təsdiq etməkdən imtina edə bilərdi. Barışıq sazişi qanuna, o cümlədən əvvəlki cümlədə qeyd olunan normalara zidd olmadığından və həmin normada nəzərdə tutulan hallar olmadığına görə onun təsdiq edilməsindən imtina üçün də əsas yaranmamışdır.
22. Belə ki, qanuniliyinin və əsaslılığının yoxlanılması hazırki ərizənin və icraatın predmeti olmasa da Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2842/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikahın pozulması və birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X5 ananın yanında qalması qət edilmişdir. Birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməni qəbul edərkən həmin qətnaməni də görürdü. Demək məhkəmə qətnaməsi, həm də faktiki olaraq, eləcə də ərizəçinin və maraqlı şəxsin apellyasiya baxışı zamanı verdiyi məlumatlarla hər iki uşağın, o cümlədən xx.xx.2008-ci il təvəllüdlü X7 da barışıq sazişi imzalandıqdan sonra ərizəçinin yanında olduğu təsdiq olunur. Baxmayaraq ki, onun himayəsindədir ərizəçi xx.xx.2008-ci il təvəllüdlü X8 üçün aliment tələb etmədiyini də apellyasiya baxışı zamanı bəyan etdi.
23. Maraqlı şəxsin xx.xx.2012-ci il təvəllüdlü X5 xəstəliyi ilə əlaqədar hər ay 250 manat, onun yetkinlik yaşına çatmasına görə də təxminən eyni məbləğdə, cəmi hər ay 500 manat ödəməsi həqiqi olsa belə, bu onun əmək haqqının və başqa gəlirlərinin ¼ hissəsində aliment ödəməsi kimi qiymətləndirilə bilməz. Çünki maraqlı şəxs aliment kimi hər ay bir uşaq üçün 250 manat aliment ödəmək istəyirdisə bu cür şərti qarşılıqlı razılıq əsasında elə barışıq sazişinə daxil edə bilərdilər və üzərinə də bu cür öhdəlik götürmüş olardı. Ancaq maraqlı şəxs qazancının və başqa gəlirlərinin ¼ hissəsində aliment ödəməyi öhdəsinə götürüb və barışıq sazişində bunu razılaşdırıblar. Deməli qazancının və başqa gəlirlərinin ¼ hissəsinin cəminin 250 manat olduğu ən azından mötəbər sübutlarla təsdiq olunmalıdır. Ancaq sübuta yetirilmir, ona görə ərizəçi də maraqlı şəxsin qazancının və başqa gəlirlərinin ¼ hissəsində ona aliment ödənilməsinə nail olmaq istəyir və maraqlı şəxsin qazancının və başqa gəlirlərinin hər ay ödənilən (250 manatdan) məbləğdən çox olduğunu israr edir. 24.Birinci instansiya məhkəməsi ərizəçinin göstərdiklərinin həqiqi olmadığını müəyyən etmədən və maraqlı şəxsin hər ay sabit məbləğdə ödəniş etməsinə dair qəbzləri nəzərə alaraq hesab edib ki, maraqlı şəxs tərəfindən barışıq sazişi hər ay vaxtında könüllü şəkildə icra olunduğundan, barışıq sazişinin icrasından yayınmadığından və qeyd olunan halların əksi ərizəçi tərəfindən sübuta yetirilə bilinmədiyindən ərizə rədd edilməlidir. Ancaq yuxarıda qeyd olunanlara əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır.
25. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və hazırki mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1942/2024 saylı, 23 may 2024-cü il tarixli qətnaməsi ləğv edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində Bakı 8 saylı Mediasiya təşkilatında MŞB/8/2023-01394 saylı, 17 iyul 2023-cü il tarixli Barışıq sazişinin aşağıdakı şərtləri təsdiq edilməlidir: - Maraqlı şəxs ilə birgə nikah münasibətlərindən dünyaya gələn və onun (ananın) yanında himayəsində qalacaq xx.xx.2012-ci il təvəllüdlü övladı X2 üçün ona xx.xx.2023-cü il tarixdən etibarən hər növbəti ayın 15-dək İkinci tərəf Maraqlı şəxs əmək haqqısının və başqa gəlirlərinin ¼ hissəsində aliment ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Bu aliment məbləğini hər ay ona məxsus olan və ikinci tərəfə təqdim edəcək bank kartı hesabına ödəniləcəyi ilə razıdır. - Maraqlı şəxs ilə birgə nikah münasibətlərindən dünyaya gələn və onun (ananın) yanında himayəsində qalacaq xx.xx.2012-ci il təvəllüdlü övladı X6 hər ay müalicəsi üçün ödənilməli olan 500 (beş yüz) AZN xərcin 50%-ni yəni 250 (iki yüz əlli) AZN vəsaiti xx.xx.2023-cü il tarixdən etibarən hər növbəti ayın 15 dək ikinci tərəf Maraqlı şəxs öz üzərinə götürdüyü və ona ödəyəcəyi ilə bağlı öz üzərinə götürdüyü öhdəliklə razıdır.
26. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Ərizəçi apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1942/2024 saylı, 23 may 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində Bakı 8 saylı Mediasiya təşkilatında MŞB/8/2023-01394 saylı, 17 iyul 2023-cü il tarixli Barışıq sazişinin aşağıdakı şərtləri təsdiq edilsin: - Maraqlı şəxs ilə birgə nikah münasibətlərindən dünyaya gələn və onun (ananın) yanında himayəsində qalacaq xx.xx.2012-ci il təvəllüdlü övladı X2 üçün ona xx.xx.2023-cü il tarixdən etibarən hər növbəti ayın 15-dək İkinci tərəf Maraqlı şəxs əmək haqqısının və başqa gəlirlərinin ¼ hissəsində aliment ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Bu aliment məbləğini hər ay ona məxsus olan və ikinci tərəfə təqdim edəcək bank kartı hesabına ödəniləcəyi ilə razıdır. - Maraqlı şəxs ilə birgə nikah münasibətlərindən dünyaya gələn və onun (ananın) yanında himayəsində qalacaq xx.xx.2012-ci il təvəllüdlü övladı X6 hər ay müalicəsi üçün ödənilməli olan 500 (beş yüz) AZN xərcin 50%-ni yəni 250 (iki yüz əlli) AZN vəsaiti xx.xx.2023-cü il tarixdən etibarən hər növbəti ayın 15 dək ikinci tərəf Maraqlı şəxs öz üzərinə götürdüyü və ona ödəyəcəyi ilə bağlı öz üzərinə götürdüyü öhdəliklə razıdır. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.