Məhkəmə qərarları › İş №2(103)-4547/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4547/2024

08.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4547/2024 08.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı "şəxsi əmlakın– qızıl-zinət əşyalarının qaytarılması" tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: "şəxsi əmlakın– qızıl-zinət əşyalarının qaytarılması") Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil3, Cavabdeh və onun vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, Suraxanı Rayon Məhkəməsinin 2(010)-210/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı “şəxsi əmlakın– qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus 35000 (otuz beş min) manat dəyərində aşağıdakı qızıl-zinət əşyaların: 1. Nişan üzüyü– 7000 manat, 2. Dəst– kolye, sırğa, sep, qolbağ– 37 qram– 17000 manat, 3. Ağ qızıl kulon və sep 750 pob– 10 qr.– 1200 man, 4. BS sep düzəlmə 750 qr.– 15 qr.– 1300 man., 5. Tək qolbaq gülağ qızıl 750 prob– 9 qr.– 800 man., 6. Ağ qızıl brilliant üzü– 8 qr.– 750 pr.– 1500 man., 7. Tək sırğa ağ qızıl firma– 1200 man., 8. Hədiyyə üzük (kirvə)– 10 qr.- 1300 man., 9. üç ədəd qəpiy hədiyyə 1600 man. (xinada+uşağa), 10. uşağın qolbaqları– 3 ədəd 1000 man., 11. Qolbaq-üzük – 1100 manat Cavabdeh tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Suraxanı Rayon Məhkəməsinin 2(010)-210/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Təranə Mahmudova) iddianın qismən təmin edilməsi, İddiaçı məxsus 1 ədəd 7 qramlıq 750 əyarlı qaşlı üzük (dəyəri– 840 manat) və 1 ədəd 6,6 qramlıq 750 əyarlıq qaşlı üzük (dəyəri– 792 manat), onlar naturada mövcud olmadıqda isə onların dəyəri olan cəmi 1632 (bir min altı yüz otuz iki) manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə rədd edilməsi, iddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 9 (doqquz) manat məbləğində pulun Cavabdeh İddiaçı xeyrinə tutulması və ödənilmiş dövlət rüsumunun qalan 186 (yüz səksən altı) manat hissəsi İddiaçı özünə aid edilməsi qət edilmişdir.

3. Həmin qətnamədən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri verilmişdir. Apellyasiya şikayətləri və dəlilləri:

4. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermiş və qeyd etmişdir ki, iddia tələbinin qızıl-zinət əşyalarına dair hissədə sübutetmə yükü ilə bağlı birinci hissəyə münasibət bildirən məhkəmə hesab etmişdir ki, bu hissədə iddianın əsasını təşkil edən hal sübutlarla, habelə tərəflərin məhkəməyə verdikləri izahatlarla öz təsdiqini tapmışdır. Belə ki, cavabdeh tərəf özü də həmin qızıl-zinyət əşyalarının mövcud olduğunu və toy mərasimi zamanı hədiyyə şəklində iddiaçıya verildiyini etiraf etmiş və həmin faktı mübahisələndirməmişdir. Bu səbəbdən iddiaçı həmin hissədə sübutetmə yükündən azad olunur. Hesab edir ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Məhkəmə iddiaçının cavabdehlə birgə yaşadıqları mənzildən çıxıb getdiyi zaman onun psixoloji vəziyyəti, tərəflərin qarşılıqlı münasibəti, kimi halları aydınlaşdırmalı olmasına baxmayaraq tam araşdırmamış və düzgün hüquqi qiymət verməmişdir. Belə ki, tərəflərin verdikləri izahatlardan və iş materiallarında olan sübutlardan görünür ki, tərəflər arasında bağlanmış nikah Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2020-ci ildə pozulmuşdur. Lombard tərəfindən məhkəmə sorğusuna əsasən məhkəməyə göndərilmiş sənədlərdən isə görünür ki, Cavabdeh 2017-2021-ci illər ərzində Lombard 1 adlı lombarda 15 dəfə (1. xx.xx.2017-ci il tarixdə qoyulmuş 1 ədəd əyyar 750, qram 3,7, qaşlı qr 3,7 üzük; 2. xx.xx.2018-ci il tarixdə qoyulmuş 1 ədəd əyyar 585, qram 6,8, qaşlı qr 6,8 brelok və 1 ədəd əyyar 750, qram 12,2, qaşlı qr.12,2 brelok; 3. xx.xx.2018-ci il tarixdə 1 ədəd əyyar 750, qram 7, qaşlı qr 7 üzük; 4. xx.xx.2019-cu il tarixdə 1 ədəd əyyar 750, qram 7,2, qaşlı qr 7,2 üzük; 5. xx.xx.2019-cu il tarixdə 1 ədəd əyyar 750, qram 7,8, qaşlı qr 7,8 üzük,

6. xx.xx.2019-cu il tarixdə 1 ədəd brelok əyyar 750 və 1 ədəd üzük əyyar 750, ümumi qram 19,3 və 1 ədəd brelok əyyar 585, qram 6,8, qaşlı qr 6,8; 7. xx.xx.2019-cu il tarixdə 1 ədəd əyyar 750, qram 6,59, qaşlı qr 6,59 üzük; 8. xx.xx.2019-cu il tarixdə 1 ədəd əyyar 750, qram 7, qaşlı qram 7,9 qolbaq və sep+kulon əyyar 585, qram 17, qaşlı qram 17,9, cəmi çəki 24, qaşlı qr.25,8; 9. xx.xx.2019-cu il tarixdə 1 ədəd əyyar 750, qram 6,6 üzük;

10. xx.xx.2019-cu il tarixdə 1 ədəd əyyar 750, qram 25,8, qaşlı qr.25,8 qamitur (sepsiz);

11. xx.xx.2020-ci il tarixdə 1 ədəd əyyar 750, qram 75,8, qaşlı qr 75,8 qamitur; 12. xx.xx.2021-ci il tarixdə 1 ədəd əyyar 750, qram 7, qaşlı qr.7 üzük; 13. xx.xx.2021-ci il tarixdə 1 ədəd əyyar 750, qram 6,6, qaşlı qr. 6,6 üzük; 14. xx.xx.2021-ci il tarixdə 1 ədəd əyyar 750, qram 7, qaşlı qr. 7 üzük; 15. xx.xx.2021-ci il tarixdə 1 ədəd əyyar 750, qram 6,6, qaşlı qr.6,6 üzük) qızıl-zinət əşyaları qoyulmuş və müvafiq ardıcıllıqla xx.xx.2018-ci il tarixdə, xx.xx.2019-cu il tarixdə, xx.xx.2018-ci il tarixdə, xx.xx.2019-cu il tarixdə, xx.xx.2019-cu il tarixdə, xx.xx.2020-ci il tarixdə, xx.xx.2019-cu il tarixdə, xx.xx.2020-ci il tarixdə, xx.xx.2020-ci il tarixdə; xx.xx.2020-ci il tarixdə, xx.xx.2020-ci il tarixdə; xx.xx.2021ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2023-cü il tarixdə və xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən təhvil alınmışdır. Göründüyü kimi xx.xx.2021-ci il tarixdə, xx.xx.2021ci il tarixdə, xx.xx.2023-cü il tarixdə və xx.xx.2022-ci il tarixdə lombardan götürülmüş olan qızıl-zinət əşyaları istisna olmaqla, qalanlarının tərəflərin birgə nikahda olduqları dövrdə, yəni xx.xx.2020-ci il tarixədək lombarda qoyulması və götürülməsi həmin qızılların iddiaçının özündə olması ehtimalını artırır. İddiaçı həmin qızılların ona təhvil verilmədiyini bildirsə də, məhkəmə bunu sübut etmə yükünün icrası üçün kifayət hesab etmir. Belə olan halda, bu halların mövcudluğu iddiaçının üzərinə həmin qızıl-zinət əşyalarının ona təhvil verilməməsini və cavabdehdə olduğunu təsdiq etmək üçün daha güclü sübutetmə vəzifəsi qoyur. Digər qızıl-zinət əşyalarına münasibətdə isə məhkəmə hesab etmişdir ki, həmin qızıl-zinət əşyaları məhz tərəflərin məhkəmə qətnaməsinə əsasən rəsmi olaraq boşandıqları dövrdən sonra, yəni xx.xx.2021, xx.xx.2021, xx.xx.2023 və xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən lombardan təhvil alındığı üçün onların iddiaçıya təhvil verilməsi inandırıcı hesab olunmur. Belə olan halda qızılların cavabdeh tərəfindən iddiaçıya qaytarılmasını sübut etmə yükü məhz cavabdehin üzərinə düşür. Cavabdeh tərəfindən qızılların qaytarılmasına dair heç bir sübut məhkəməyə təqdim edilməmiş, bundan əlavə, məhkəmə iclaslarında iştirak edən cavabdeh izahatında göstərmişdir ki, iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarının dəyəri 500 manat olsa belə, həmin pulu vermək niyyətində deyil. Belə olan halda məhkəmə hesab etmişdir ki, qızıl-zinət əşyalarının əsassız olaraq cavabdeh tərəfindən iddiaçıya qaytarılmaması sübuta yetirildiyindən həmin əşyalar, onların naturada mövcud olmadığı təqdirdə isə onların dəyəri cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Lakin məlum olmayan səbəbdən qızıl-zinət əşyalarının 2018-ci il tarixdən başlayaraq həm nikah dövründə, həm də nikahdan sonrakı dövrdə cavabdeh tərəfindən lombarda qoyulub götürülməsini inandırıcı hesab etsə də, qızılların bir qisminin qaytarılması, bir qisminin isə qaytarılmaması haqqında düzgün nəticəyə gəlməmişdir. Məhkəmə 19 oktyabr 2020-ci il tarixə qədər olan dövrdə qızılların lombarda qoyulması və götürülməsini iddiaçının özündə olması ehtimalı kimi qeyd etmişdir. Lakin məhkəmə iddiaçının qızılların onda olmamasına, qızılların lombarda qoyulub götürülməsinin cavabdeh tərəfindən həyata keçirildiyini sübuta yetirməsinə baxmayaraq iddiaçının ifadəsinə düzgün hüquqi qiymət verməmişdir. Əsassız olaraq məhkəmə hesab etmişdir ki, qızılların cavabdehdə olmasını sübut etmə yükünün icrası üçün kifayət hesab etmir. Məhkəmə, həmçinin qeyd etmişdir ki, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə lombarda qoyulmuş və xx.xx.2021-ci il tarixdə lombardan təhvil alınmış və xx.xx.2021-ci il tarixdə lombarda qoyulmuş və xx.xx.2023-cü il tarixdə lombardan təhvil alınmış 1 ədəd əyyar 750, qram 7, qaşlı qr.7 üzük, eyni ilə də, xx.xx.2021-ci il tarixdə lombarda qoyulmuş və xx.xx.2021-ci il tarixdə lombardan təhvil alınmış və xx.xx.2021-ci il tarixdə lombarda qoyulmuş və xx.xx.2022-ci il tarixdə lombardan təhvil alınmış 1 ədəd əyyar 750, qram 6,6, qaşlı qr.6,6 üzük cavabdeh tərəfindən iki dəfə lombarda girov qoyulub, təhvil alınmışdır. Buna görə də cavabdehdən yalnız 1 ədəd əyyar 750, qram 7, qaşlı qr.7 üzük və 1 ədəd əyyar 750, qram 6,6, qaşlı qr.6,6 üzük, onların naturada mövcud olmadığı təqdirsə isə onların dəyəri cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Lakin məhkəmə cavabdehin məhkəmə iclasında ziddiyyətli ifadələrinə, o cümlədən ilkin halda qızılların mövcud olmadığını, iddiaçının şər-böhtan atdığını, sonrakı məhkəmə iclaslarında qızılların bir qisminin anasının, qardaşının uşağa verilməsini, iddiaçıya məxsus olmamasını, qızıl-zinət əşyalarının dəyəri 500 manat olsa belə, həmin pulu vermək niyyətində olmadığını bildirməsinə düzgün hüquqi qiymət verməmişdir. Bu hal özü göstərir ki, cavabdeh həmin qızıl-zinət əşyalarrını həm nigahdan əvvəl, həm də nigahdan sonrakı dövrdə lombarda qoyub götürmüş, hazırki vaxtda həmin qızılları özündə saxlamaqla mənimsəmişdir. Məhkəmə Cavabdeh ziddiyyətli izahat verdiyinə görə onun izahatını sübut kimi qəbul etməməli, tam inandırıcı hesab etməməli idi. İddiaçının səmimi ifadə verməsinə, işin hallarının tam necə olmuşdusa, bir mövqedən izahat verməsinə məhkəmə düzgün hüquqi qiymət verməmişdir. İddiaçıya məxsus olan əşyaların cavabdeh tərəfindən qaytarmamaq niyyətini məhkəmə tərəfindən tam aydınlaşdırılmamaqla düzgün nəticə əldə edilməmişdir. Göstərilənlərə əsasən Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli e-2(010)-210/2024 saylı qətnaməsinin qismən ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Həmin qətnamədən eyni zamanda cavabdeh də apellyasiya şikayəti verərək qeyd etmişdir ki, iddianın əsası kimi cavabdeh tərəfindən iddiaçıya 35.000 manat dəyərində qızıl zinət əşyaları hədiyyə verilməsi qeyd olunur və iddia olunur ki , həmin qızıl zinət əşyaları cavabdehdə qalmışdır. İddia ərizəsində qeyd olunur ki, cavabdeh həmin qızıl-zinət əşyalarını lombarda təhvil verərək götürülmüş, vəsaiti öz ehtiyacları üçün xərcləmişdir. İddianın qismən təmin olunması əsası kimi sorğuya cavab olaraq lombarddan alınmış kassa mədaxil qəbzlərinə istinad edərək nikah pozulduqdan sonrakı dövrdə lombarda qoyulmuş qızıl-zinət əşyalarının dəyəri hesablanaraq cavabdehdən tutulmuşdur. Bununla da məhkəmə hesab etmişdir ki, nikah pozulduqdan sonra lombarda qoyulmuş qızıl-zinət əşyaları cavabdehdə qalmışdır və həmin əşyaların dəyəri iddiaçıya qaytarılmalıdır. Nikah pozulduqdan sonra xx.xx.2021, xx.xx.2021, xx.xx.2023 və xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən lombardan 2 adda 6.6 qram çəkisi olan 750 əyyarı olan üzük və 7 qram çəkisi olan 750 əyarda olan üzüyü təhvil almışdır. Lakin həmin üzüklərin kimə məxsus olması məhkəmə tərəfindən müəyyən olunmamışdır. Belə ki, həmin üzüklərin iddiaçının sadaladığı qızıl-zinət əşyaları sırasında olub - olmaması hər hansısa bir sübutla təsdiq olunmamışdır. İddia tələbinə baxdıqda 750 əyyar 6.6 və ya 7 qram çəkisində olan üzüyə dair tələb görülmür. İddiaçı ilk olaraq 65 000 manat dəyərində qızıl-zinət əşyalarının cavabdehdə qaldığını iddia edir, daha sonra 35 000 manat dəyərində olduğunu iddia edir. Əgər həqiqətən də belə bir dəyərdə qızıl-zinət əşyaları cavabdehdə qalmışdırsa nikah pozulduqdan sonra 2 il 11 ay sonra tələb olunması iddianın əsaslı olması barədə kifayət qədər şübhələr yaradır. Hər bir halda iddiaçının belə bir tələbi irəli sürməsi üçün heç bir məhduduyyətlər olmasada, iddianın əsaslı olmasını sübut etmək üçün tələblər olduğundan, iddiaçı həqiqətəndə vəsaiti tələb olunan qızılların cavabdehdə olmasını sübut etməli idi. İlk olaraq iddiaçı tərəfindən bildirilir ki, qızıllar lombarda təhvil verilib və geri götürülməyib və əldə olunan vəsait cavabdeh öz ehtiyaclarına xərcləmişdir. Məhkəmə gedişatında cavabdehin təşəbbüsü ilə lombardan alınan arayışla məlum olur ki, bütün qızıllar geri götürülmüşdür. İddiaçı bildirirdi ki, həmin qızıllar cavabdeh tərəfindən iddiaçının razılığı olmadan lombarda qoyulmuş və onun ümumiyyətlə belə bir əməliyyatlar barəsində anlayışı yoxdur. Məhkəmə təqdim olunmuş qəbzdən görünür ki, iddiaçı özüdə lombarda qızıl qoyaraq vəsait götürmüşdür. Lombard tərəfindən təqdim olunmuş qəbzlərdən görünür ki, təhvil verilmiş qızıl-zinət əşyaları arasında cavabdehə məxsus əşyalarda olmuşdur və nikahdan sonrakı dövrdə lombarda qoyulmuş əşyalar yalnız üzük kimi qeyd olunur və həmin üzüklərin kişi və ya qadın üzüyü olması qeyd olunmamışdır. Əgər həqiqətən də cavabdeh iddiaçıya məxsus qızıl-zinət əşyalarını özündə saxlasaydı adları qəbzlərdə öz əksini tapardı. Düzdü bu hissəyə məhkəmə qiymət versə də iddianın təmin olunması hissəsində sübut olaraq lombardın qəbzlərinə istinad olunması düzgün deyil və iddianın həmin hissədə sübutu kimi qiymətləndirilə bilməz. Mübahisələndirilən qətnamənin 25-ci abzasında cavabdeh tərəfindən məhkəmədə səsləndirilmiş mövqeyə yalnış qiymət verilərək iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarının dəyəri 500 manat olsa belə, həmin pulu vermək niyyətində olmadığı kimi qeyd olunmuşdur. Cavabdeh məhkəmədə izahatında bildirmişdir ki, iddia ərizəsində göstərilən qızıl-zinət əşyaları iddiaçının özündə qalmışdır və ekspertiza ilə həmin əşyaların dəyəri 500 manat dəyərində qiymətləndirilsə belə, həmin vəsaiti geri qaytarmayacaqdır. Çünki qızıllar onda qalmamışdır. Məhkəmənin qənaəti ilə razılaşsalar belə nikahdan sonra lombarda qoyulmuş üzüklər iddiaçıya məxsus olmuşdularsa, həmin üzükləri hədiyyə olaraq alınması və iddiaçıya verilməsi müəyyən olunmamışdır. Bundan başqa ümumiyyətlə həmin üzüklərin kişi və ya qadın üzükləri olması dəqiqləşməmişdir. Məhkəmənin lombard tərəfindən təqdim olunmuş qəbzlərə istinad edərək nikahdan sonra lombarda qoyulmuş üzüklərin iddiaçıya məxsus olması heç bir sübutla təsdiq olunmamışdır. Göstərilənlərə əsasən Bakı şəhəri Suraxanı rayon məhkəməsinin e-2(010)-210/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsinin iddianın təmin olunması hissəsində ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

6. Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun nümayəndəsi və vəkili Vəkil3 ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək, tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin, cavabdehin apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdilər.

7. Məhkəmə kollegiyasının iclasında cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək, tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin, iddiaçının apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdilər. Sübutların tədqiqi:

8. Sumqayıt “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İ seriyalı 373668 №-li nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X1 arasında bağlanmış nikah Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2020-ci ildə pozulmuşdur. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 70 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına Calalova soyadı verilmişdir.

9. №1 Lombard-ın direktoru X2 tərəfindən göndərilmiş məktubdan görünür ki, vətəndaş Cavabdeh tərəfindən (şəxsiyyət vəsiqəsinin nömrəsi- AA*******, xx.xx.1984-cü il təvəllüdlü) 2017 2021-ci illər ərzində ona məxsus qızıl zinət əşyaları Lombard 1 adlı lombarda 15 dəfə qoyulmuşdur: 1. xx.xx.2017-ci il tarixdə qoyulmuş 1 ədəd əyyar 750, qram 3,7, qaşlı qr 3,7 üzük; 2. xx.xx.2018-ci il tarixdə qoyulmuş 1 ədəd əyyar 585, qram 6,8, qaşlı qr 6,8 brelok və 1 ədəd əyyar 750, qram 12,2, qaşlı qr.12,2 brelok; 3. xx.xx.2018-ci il tarixdə 1 ədəd əyyar 750, qram 7, qaşlı qr 7 üzük; 4. xx.xx.2019-cu il tarixdə 1 ədəd əyyar 750, qram 7,2, qaşlı qr 7,2 üzük; 5. xx.xx.2019-cu il tarixdə 1 ədəd əyyar 750, qram 7,8, qaşlı qr 7,8 üzük, 6. xx.xx.2019-cu il tarixdə 1 ədəd brelok əyyar 750 və 1 ədəd üzük əyyar 750, ümumi qram 19,3 və 1 ədəd brelok əyyar 585, qram 6,8, qaşlı qr 6,8; 7. xx.xx.2019-cu il tarixdə 1 ədəd əyyar 750, qram 6,59, qaşlı qr 6,59 üzük; 8. xx.xx.2019-cu il tarixdə 1 ədəd əyyar 750, qram 7, qaşlı qram 7,9 qolbaq və sep+kulon əyyar 585, qram 17, qaşlı qram 17,9, cəmi çəki 24, qaşlı qr.25,8; 9. xx.xx.2019-cu il tarixdə 1 ədəd əyyar 750, qram 6,6 üzük; 10. xx.xx.2019-cu il tarixdə 1 ədəd əyyar 750, qram 25,8, qaşlı qr.25,8 qamitur (sepsiz); 11. xx.xx.2020-ci il tarixdə 1 ədəd əyyar 750, qram 75,8, qaşlı qr 75,8 qamitur; 12. xx.xx.2021-ci il tarixdə 1 ədəd əyyar 750, qram 7, qaşlı qr.7 üzük; 13. xx.xx.2021-ci il tarixdə 1 ədəd əyyar 750, qram 6,6, qaşlı qr. 6,6 üzük; 14. xx.xx.2021-ci il tarixdə 1 ədəd əyyar 750, qram 7, qaşlı qr. 7 üzük; 15. xx.xx.2021-ci il tarixdə 1 ədəd əyyar 750, qram 6,6, qaşlı qr.6,6 üzük.

10. №1 Lombard-ın direktoru X2 tərəfindən göndərilmiş kassa mədaxil qəbzlərindən görünür ki, Cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixdə lombarda qoyulmuş 1 ədəd əyyar 750, qram 3,7, qaşlı qr 3,7 üzük xx.xx.2018-ci il tarixdə, xx.xx.2018-ci il tarixdə lombarda qoyulmuş qoyulmuş 1 ədəd əyyar 585, qram 6,8, qaşlı qr 6,8 brelok və 1 ədəd əyyar 750, qram 12,2, qaşlı qr.12,2 brelok xx.xx.2019-cu il tarixdə, xx.xx.2018-ci il tarixdə lombarda qoyulmuş 1 ədəd əyyar 750, qram 7, qaşlı qr 7 üzük xx.xx.2018-ci il tarixdə, xx.xx.2019-cu il tarixdə lombarda qoyulmuş 1 ədəd əyyar 750, qram 7,2, qaşlı qr 7,2 üzük xx.xx.2019-cu il tarixdə, xx.xx.2019-cu il tarixdə lombarda qoyulmuş 1 ədəd əyyar 750, qram 7,8, qaşlı qr 7,8 üzük xx.xx.2019-cu il tarixdə, xx.xx.2019-cu il tarixdə lombarda qoyulmuş 1 ədəd brelok əyyar 750 və 1 ədəd üzük əyyar 750, ümumi qram 19,3 və 1 ədəd brelok əyyar 585, qram 6,8, qaşlı qr 6,8 xx.xx.2020-ci il tarixdə, xx.xx.2019-cu il tarixdə lombarda qoyulmuş 1 ədəd əyyar 750, qram 6,59, qaşlı qr 6,59 üzük xx.xx.2019-cu il tarixdə, xx.xx.2019-cu il tarixdə lombarda qoyulmuş 1 ədəd əyyar 750, qram 7, qaşlı qram 7,9 qolbaq və sep+kulon əyyar 585, qram 17, qaşlı qram 17,9, cəmi çəki 24, qaşlı qr.25,8 xx.xx.2020-ci il tarixdə, xx.xx.2019-cu il tarixdə lombarda qoyulmuş 1 ədəd əyyar 750, qram 6,6 üzük xx.xx.2020-ci il tarixdə; xx.xx.2019-cu il tarixdə lombarda qoyulmuş 1 ədəd əyyar 750, qram 25,8, qaşlı qr.25,8 qamitur (sepsiz) xx.xx.2020-ci il tarixdə, xx.xx.2020-ci il tarixdə lombarda qoyulmuş 1 ədəd əyyar 750, qram 75,8, qaşlı qr 75,8 qamitur xx.xx.2020-ci il tarixdə; xx.xx.2021-ci il tarixdə lombarda qoyulmuş 1 ədəd əyyar 750, qram 7, qaşlı qr.7 üzük xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə lombarda qoyulmuş 1 ədəd əyyar 750, qram 6,6, qaşlı qr. 6,6 üzük xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə lombarda qoyulmuş 1 ədəd əyyar 750, qram 7, qaşlı qr. 7 üzük xx.xx.2023-cü il tarixdə, xx.xx.2021-ci il tarixdə lombarda qoyulmuş 1 ədəd əyyar 750, qram 6,6, qaşlı qr.6,6 üzük xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən təhvil alınmışdır.

11. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ("xxxx" MMC) tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 12-009/23 nömrəli hesabatdan görünür ki, İddiaçı 04 dekabr 2023-cü il tarixli müraciətinə əsasən "AECS” MMC tərəfindən 1 ədəd 750 əyyar olan qızıl nişan üzüyü, 1 ədəd 750 əyyar olan qızıl dəst (1 ədəd boyunbağı, 1 ədəd bilərzik, 1 cüt sırqa, 1 ədəd üzük); 1 ədəd 750 əyyar ağ qızıl kulon və sep, 1 ədəd 585 əyyar BS formalı sep, 1 ədəd 750 əyyar gül formalı kulon və sep, 1 ədəd 750 əyyar ağ qızıl üzük, 1 ədəd 750 əyyar ağ qızıl sırqa, 1 ədəd 750 əyyar qızıl üzük (kirvənin hədiyyəsi), 3 ədəd qızıl onluq, 1 ədəd 585 əyyar qızıl uşaq qobağı, 2 ədəd 750 əyyar qızıl uşaq qolbağı, 1 ədəd 750 əyyar qolbaq, 1 ədəd 750 əyyar üzüyün hazırkı tarixə bazar dəyərinin müəyyən edilməsi üzrə qiymətləndirmə işi həyata keçirilmişdir. Qiymətləndirmə zamanı mütəxəssislər tərəfindən qızıl-zinət bazarından toplanmış məlumatlar, hazırkı dövrdə mövcud olan tələb və təklifdən, digər etibarlı mənbələrdən və qiymətləndirmə üzrə peşəkar biliklərdən istifadə edilmişdir. Bütün göstərilənləri və toplanmış məlumatları nəzərə alaraq, aparılmış təhlil və hesablamalar nəticəsində 1 ədəd 750 əyyar olan qızıl nişan üzüyü, 1 ədəd 750 əyyar olan qızıl dəst (1 ədəd boyunbağı, 1 ədəd bilərzik, 1 cüt sırqa, 1 ədəd üzük); 1 ədəd 750 əyyar ağ qızıl kulon və sep, 1 ədəd 585 əyyar BS formalı sep, 1 ədəd 750 əyyar gül formalı kulon və sep, 1 ədəd 750 əyyar ağ qızıl üzük, 1 ədəd 750 əyyar ağ qızıl sırqa, 1 ədəd 750 əyyar qızıl üzük (kirvənin hədiyyəsi), 3 ədəd qızıl onluq, 1 ədəd 585 əyyar qızıl uşaq qobağı, 2 ədəd 750 əyyar qızıl uşaq qolbağı, 1 ədəd 750 əyyar qolbaq, 1 ədəd 750 əyyar üzüyün 13 noyabr 2023-cü il tarixinə bazar dəyəri: 23.065,0 (iyirmi üç min altmış beş) manat təşkil etmişdir.

12. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ("xxxx" MMC) tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 12-010/23 nömrəli hesabatdan görünür ki, İddiaçı 04 dekabr 2023-cü il tarixli müraciətinə əsasən "AECS” MMC tərəfindən lombard sənədlərində göstərilən 1 ədəd 750 əyyar çəkisi 6,6 qram olan qızıl üzük, 1 ədəd 585 əyyar çəkisi 6,8 qram olan qızıl bruloq, 1 ədəd 750 əyyar çəkisi 19,3 qram olan qızıl bruloq və üzüyün bazar dəyərini müəyyən edilməsi üzrə qiymətləndirmə işi həyata keçirilmişdir. Qiymətləndirmə zamanı mütəxəssislər tərəfindən qızıl-zinət bazarından toplanmış məlumatlar, hazırkı dövrdə mövcud olan tələb və təklifdən, digər etibarlı mənbələrdən və qiymətləndirmə üzrə peşəkar biliklərdən istifadə edilmişdir. Bütün göstərilənləri və toplanmış məlumatları nəzərə alaraq, aparılmış təhlil və hesablamalar nəticəsində lombard sənədlərində göstərilən 1 ədəd 750 əyyar çəkisi 6,6 qram olan qızıl üzük, 1 ədəd 585 əyyar çəkisi 6,8 qram olan qızıl bruloq, 1 ədəd 750 əyyar çəkisi 19,3 qram olan qızıl bruloq və üzüyün bazar dəyəri qiymətləndirmə tapşırığına uyğun olaraq manatla ifadədə hesablanmış orta bazar dəyəri 11 dekabr 2023-cü il tarixinə: 4300 (dörd min üç yüz) manat təşkil etmişdir.

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 aprel 2024-cü il tarixli, 3-16-16/2-9/871/2024 №-li ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərardadda qeyd edilən zərgərlik məmulatlarının 2024-cü ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 24.971,0 manat müəyyən edilir. Həmin zərgərlik məmulatlarının ayrı-ayrılıqda çəkiləri və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Qeyd: tədqiqat obyektlər tədqiqata təqdim edilmədiyi üçün müəyyən edilmiş qiymətlərdə dəyişiklik istisna edilmir. Qeyd 2: həmin qızıl-zinət əşyasının üzərində olan daşların mənşəyi, çəkisi, keyfiyyəti və s. barədə məlumat olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı. Tətbiq edilən maddi hüquq

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 157. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 225.3. Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır.

15. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 34.2. Zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur.

16. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il 1/2024 №-li Qərarı: 1.6. Azərbaycan Respublikasının ailə qanunvericiliyi ər-arvadın əmlakının rejiminin iki növünü müəyyən etmişdir: qanuni rejim və müqavilə rejimi. 2.1. Ər-arvad arasında nikah müqaviləsi bağlanmayıbsa, yaxud belə müqavilədə ər arvadın mülkiyyətinin rejimi müəyyən edilməyibsə, ər-arvadın əmlakının qanuni rejimi qüvvədə olur. 3.9. Ər-arvadın birgə mülkiyyəti prezumpsiyasını aradan qaldıran hallar Ailə Məcəlləsinin 34-cü maddəsində göstərilmişdir. Həmin normaya görə, nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak, eləcə də fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) onların hər birinin ayrıca (fərdi) mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra– Mülki Prosessual Məcəllə) 77.1-ci maddəsinə əsasən həmin halları sübut etmək yükü bunu iddia edən və ya iddiaya etiraz edən tərəfin üzərinə düşür. 3.10. Belə ki, prosessual qanunvericilik sübutetmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Əgər sübutetmə yükü qanunla başqa tərəfin üzərinə qoyulubsa, yaxud şəxs qanuni və ya faktiki prezumpsiyaya istinad edirsə, fərqli qayda tətbiq edilir. 3.11. Ümumi mülkiyyət prezumpsiyasının əksini iddia edən ər (arvad) mübahisəli əmlakı birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq deyil, nikahdan əvvəlki əmlakı hesabına və ya bağışlama, vərəsəlik, yaxud digər əvəzsiz əqd əsasında əldə etdiyini sübuta yetirməlidir. 3.12. Konkret işin hallarından asılı olaraq mübahisəli əmlakın ərin və ya arvadın ayrıca əmlakı hesabına (onun satışından əldə olunan vəsaitlə, yaxud dəyişdirmə ilə) və ya sadalanan əvəzsiz əqdlər nəticəsində əldə edildiyi ər (arvad) tərəfindən sübuta yetirildiyi halda, birgə mülkiyyət prezumpsiyası aradan qalxır və sonuncunun əmlak üzərində fərdi mülkiyyət hüququnun tanınması üçün əsas yaranır. Yəni mövcud ayrıca əmlakın qarşılığında yeni əmlak əldə edildikdə özgəninkiləşdirilən əmlakın mülkiyyət rejimi (fərdi mülkiyyət) əldə edilən aktivə münasibətdə eyni şəkildə davam edir. 5.10. Nikaha daxil olanadək və nikah dövründə keçirilən mərasimlərdə (elçilik, nişan, toy və sair) tərəflərdən birinə hədiyyə verilən zinət əşyaları onların ayrıca əmlakı sayılır və Ailə Məcəlləsinin 34.2-ci maddəsində müəyyən edilmiş istisnanın təsir dairəsinə düşmür. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

17. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

21. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

22. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

23. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

24. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

25. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

26. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:

29. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi.

30. 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması;

31. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

32. Hazırkı halda Məhkəmə kollegiyası hesab edir ki,Azərbaycan Respublikası MPMin 372.6-cı maddəsinə əsasən qətnaməni iddiaçı tərəfin apellyasiya şikayətinə əsasən iddia tələbinin təmin edilməyən, cavabdehin apellyasiya şikayətinə əsasən iddia tələbinin təmin edilən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

33. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab iddiaçının apellyasiya şikayti təmin edilməli, qətnamə qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə də təmin edilməli, cavabehin apellyasiya şikayəti təmin edilməməlidir.

34. Hazırkı iş üzrə iddiaçı qızıl-zinət əşyalarının cavabdehdə olduğunu bildirir və onları tələb edir, cavabdeh həmin əşyaları lombarddan götürərək iddiaçıya verdiyini (iddiaçı tərəfindən götürüldüyünü) iddia edir.

35. Belə olan halda, hazırkı mübahisənin qanuni həlli sübutetmə yükünün bilavasitə kimə aid edilməsinin düzgün müəyyən olunmasından asılıdır.

36. Rayon məhkəməsi iddia tələbinin təmin edilməyən hissəsi ilə bağlı mövqeyini belə əsaslandırmışdır ki, ...xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2023-cü il tarixdə və xx.xx.2022-ci il tarixdə lombardan götürülmüş olan qızıl-zinət əşyaları istisna olmaqla, qalanlarının tərəflərin birgə nikahda olduqları dövrdə, yəni xx.xx.2020-ci il tarixədək lombarda qoyulması və götürülməsi həmin qızılların iddiaçının özündə olması ehtimalını artırır. İddiaçı həmin qızılların ona təhvil verilmədiyini bildirsə də, məhkəmə bunu sübut etmə yükünün icrası üçün kifayət hesab etmir. Belə olan halda, bu halların mövcudluğu iddiaçının üzərinə həmin qızıl-zinət əşyalarının ona təhvil verilməməsini və cavabdehdə olduğunu təsdiq etmək üçün daha güclü sübutetmə vəzifəsi qoyur. 25. Digər qızıl-zinyət əşyalarına münasibətdə isə məhkəmə hesab edir ki, həmin qızıl-zinyət əşyaları məhz tərəflərin məhkəmə qətnaməsinə əsasən rəsmi olaraq boşandıqları dövrdən sonra, yəni xx.xx.2021, xx.xx.2021, xx.xx.2023 və xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən lombardan təhvil alındığı üçün onların iddiaçıya təhvil verilməsi inandırıcı hesab olunmur. Belə olan halda qızılların cavabdeh tərəfindən iddiaçıya qaytarılmasını sübut etmə yükü məhz cavabdehin üzərinə düşür. Cavabdeh tərəfindən qızılların qaytarılmasına dair heç bir sübut məhkəməyə təqdim edilməmiş, bundan əlavə, məhkəmə iclaslarında iştirak edən cavabdeh izahatında göstərmişdir ki, iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarının dəyəri 500 manat olsa belə, həmin pulu vermək niyyətində deyil. Belə olan halda məhkəmə hesab edir ki, qızıl-zinət əşyalarının əsassız olaraq cavabdeh tərəfindən iddiaçıya qaytarılmaması sübuta yetirildiyindən həmin əşyalar, onların naturada mövcud olmadığı təqdirdə isə onların dəyəri cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

37. Göründüyü kimi, rayon məhkəməsi hazırkı halda sübutetmə yükünün bölüşdürülməsi barədə səhvə yol vermiş, nəticədə iddia tələblərinin təmin edilməyən hissəsi ilə bağlı düzgün olmayan qətnamə qəbul etmişdir.

38. Məhkəmə kollegiyası rayon məhkəməsinin həmin mövqeyi ilə razılaşmır və qeyd edir ki, ümumi qəbul olunmuş qaydaya (adətə) görə ər evinə gəlin gedən qadınlar qızılzinət əşyalarını adətən ər evində saxlayırlar. Hazırkı işdə də belədir, iddiaçı özünə məxsus olan qızıl-zinət əşyalarını ər evində saxladığını bildirir, cavabdeh də bunu inkar etmir, yalnız iddiaçının həmin əşyaları özü ilə apardığını bildirir. Belə olan halda sübutetmə vəzifəsinin bölgüsü baxımından qızıl-zinət əşyalarının saxlanıldığı yerdən (ər evindən) aparıldığını sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür ki, hazırkı halda da cavabdeh qızıl-zinət əşyalarının iddiaçı tərəfindən götürüldüyünü təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

39. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34-cü maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

40. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

41. Göründüyü kimi, qızıl-zinət əşyalarının iddiaçı tərəfindən aparıldığını bildirən iddiaçı bununla bağlı, yəni qızılların iddiaçı tərəfindən aparılmasına dair sübut təqdim etmədiyindən, onun apellyasiya şikayəti əsasızdır.

42. Cavabdeh həmçinin qeyd edir ki, rayon məhkəməsi iki ədəd üzüyə münasibətdə, yəni tərəflərin rəsmi olaraq boşandıqları dövrdən sonra iki ədəd üzüyə münasibətdə iddia tələbini təmin edərkən, həmin üzüklərin iddiada olub-olmamasını və həmin üzüklərin iddiaçıya məxsus olmasını da araşdırmamışdır.

43. Cavabdehin şikayətinin həmin dəlili üzrə isə qeyd edilir ki, iddia ərizəsində iddiaçı nişan üzüyündən savayı iki ədəd üzük tələb etmişdir: ağ qızıl brilliant üzük– 8 qr.– 750 pr.– 1500 manat və hədiyyə üzük (kirvə)– 10 qr.- 1300 manat. Görünür ki, cavabdehin mübahisələndirdiyi iki ədəd üzük iddiaçının iddia tələbində olmuşdur. Belə olan halda məlum olur ki, cavabdehin mübahisələndirdiyi (yəni iddiaçının tələbində əks olunmadığını bildirdiyi) iki ədəd üzük iddiaçının tələbində olmuşdur.

44. Hazırkı halda rayon məhkəməsi tərəfindən 1 ədəd 7 qramlıq 750 əyarlı qaşlı üzük (dəyəri– 840 manat) və 1 ədəd 6,6 qramlıq 750 əyarlıq qaşlı üzük (dəyəri– 792 manat) iddiaçıya verilməsi qərara alınmışdır.

45. Məhkəmə kollegiyası iddiaçı tərəfindən iddia tələbinin təmin edilən (iki ədəd qızıl əşya ilə bağlı) hissəsində mübahisələndirilməməsini nəzərə alaraq hesab edir ki, rayon məhkəməsinin həmin hissədə gəldiyi qənaət mahiyyət etibarı ilə əsaslıdır və cavabdehin apellyasiya şikayəti həmin hissədə təmin edilməməlidir.

46. Rayon məhkəməsi tərəfindən ekspertiza təyin edilərkən ekspert qarşısında suallar iddia ərizəsində göstərilən yox, lombarda təhvil verilmiş qızılların ümumilikdə bazar dəyərinin müəyyən edilməsi ilə bağlı olmuşdur.

47. İddiaçı öz iddia tələbində aşağıdakı qızılları tələb etmişdir: 1. Nişan üzüyü– 7000 manat, 2. Dəst– kolye, sırğa, sep, qolbağ– 37 qram– 17000 manat, 3. Ağ qızıl kulon və sep 750 pob– 10 qr.– 1200 man, 4. BS sep düzəlmə 750 qr.– 15 qr.– 1300 man., 5. Tək qolbaq gül ağ qızıl 750 prob– 9 qr.– 800 man., 6. Ağ qızıl brilliant üzük– 8 qr.– 750 pr.– 1500 man., 7. Tək sırğa ağ qızıl firma– 1200 man., 8. Hədiyyə üzük (kirvə)– 10 qr.- 1300 man., 9. üç ədəd qəpiy hədiyyə 1600 man. (xinada+uşağa), 10. uşağın qolbaqları– 3 ədəd 1000 man., 11. Qolbaq üzük – 1100 manat.

48. İddiaçı həmin qızıl-zinət əşyaları ilə bağlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ("xxxx" MMC) tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 12-009/23 nömrəli hesabatdan görünür ki, İddiaçı 04 dekabr 2023-cü il tarixli müraciətinə əsasən "AECS” MMC tərəfindən 1 ədəd 750 əyyar olan qızıl nişan üzüyü, 1 ədəd 750 əyyar olan qızıl dəst (1 ədəd boyunbağı, 1 ədəd bilərzik, 1 cüt sırqa, 1 ədəd üzük); 1 ədəd 750 əyyar ağ qızıl kulon və sep, 1 ədəd 585 əyyar BS formalı sep, 1 ədəd 750 əyyar gül formalı kulon və sep, 1 ədəd 750 əyyar ağ qızıl üzük, 1 ədəd 750 əyyar ağ qızıl sırqa, 1 ədəd 750 əyyar qızıl üzük (kirvənin hədiyyəsi), 3 ədəd qızıl onluq, 1 ədəd 585 əyyar qızıl uşaq qobağı, 2 ədəd 750 əyyar qızıl uşaq qolbağı, 1 ədəd 750 əyyar qolbaq, 1 ədəd 750 əyyar üzüyün hazırkı tarixə bazar dəyərinin müəyyən edilməsi üzrə qiymətləndirmə işi həyata keçirilmişdir. Qiymətləndirmə zamanı mütəxəssislər tərəfindən qızıl-zinət bazarından toplanmış məlumatlar, hazırkı dövrdə mövcud olan tələb və təklifdən, digər etibarlı mənbələrdən və qiymətləndirmə üzrə peşəkar biliklərdən istifadə edilmişdir. Bütün göstərilənləri və toplanmış məlumatları nəzərə alaraq, aparılmış təhlil və hesablamalar nəticəsində: 1 ədəd 750 əyar olan qızıl nişan üzüyü-7 qram daşın ölçüsü 3,0 karat-3500 manat; 1 ədəd 750 əyar olan qızıl dəst (1 ədəd boyunbağı, 1 ədəd bilərzik, 1 cüt sırqa, 1 ədəd üzük)-25,8 qram, 5 karat-8000 manat; 1 ədəd 750 əyar ağ qızıl kulon və sep,- 7 qram-800 manat; 1 ədəd 585 əyar BS formalı sep-17,9 qram-1500 manat, 1 ədəd 750 əyar gül formalı kulon və sep-9,0 qram-800 manat; 1 ədəd 750 əyar ağ qızıl üzük-7,8 qram-1200 manat; 1 ədəd 750 əyar ağ qızıl sırğa-6,0 qram, 0,5 sot 1100 manat; 1 ədəd 750 əyar qızıl üzük (kirvənin hədiyyəsi)-7,8 qram-850 manat; 3 ədəd qızıl onluq-3000 manat; 1 ədəd 585 əyar qızıl uşaq qobağı-1,9-175 manat; 2 ədəd 750 əyar qızıl uşaq qolbağı- 4,0-440 manat; 1 ədəd 750 əyar qolbaq, 5,5 qram-800 manat 1 ədəd 750 əyar üzük-3,7 qram, 1,2 karat-900 manat olmaqla, 11.12. 2023-cü il tarixinə bazar dəyəri: 23.065,0 (iyirmi üç min altmış beş) manat təşkil etmişdir.

49. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 aprel 2024-cü il tarixli, 3-16-16/2-9/871/2024 №-li ekspert rəyindən görünür ki: 1 ədəd əyar -750, qram- 3,7, qaşlı – üzük-444 manat; 1 ədəd əyar -585, qram -6,8, qaşlı brelok-612 manat; 1 ədəd əyar -750, qram -12,2, qaşlı üzük-1464 manat; 1 ədəd əyyar 750, qram 7, qaşlı üzük-840 manat; 1 ədəd əyyar 750, qram 7,2, qaşlı üzük-864 manat; 1 ədəd qaşlı üzük əyar 750, ümumi qram 7,8-936 manat; 1 ədəd brelok əyyar 750 və bir ədəd üzük, əyar 750, 19,3 qram-2316 manat;. 1 ədəd 585 əyyar brelok, qram 6,08-612 manat, 1 ədəd əyyar 750, qram 6,59, qaşlı üzük-791 manat; 1 ədəd 750 əyarlıq, (7) 7,9 qram qaşlı qolbaq-948 manat; sep+kulon əyar 585, qram 17, qaşlı qram 17,9, cəmi çəki 24, qaşlı qr.25,8 (24 qram)- 2160 manat; 1 ədəd əyyar 750, qram 6,6 üzük-792 manat; 1 ədəd əyyar 750, qram 25,8, qaşlı qr.25,8 qarnitur (sepsiz)-3096 manat; 1 ədəd əyyar 750, qram 75,8 qarnitur-9096 manat;

50. MPM-in 101.7-ci maddəsinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

51. MPM-in 103.1-ci maddəsinə görə, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə görə, ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.

52. Kollegiya mütəxəssis hesabatını və ekspert rəyini müqayisəli tədqiq edərək belə qənaətə gəlir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ("xxxx" MMC) tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 12-009/23 nömrəli hesabat iddia tələbində qeyd edilən qızıl-zinət əşyaları üzərində geniş və müqayisəli tədqiqat aparılmaqla verildiyindən daha ağılabatandır və nəzərə alınmalıdır.

53. İddiaçının iddiasında qeyd etdiyi qızıl əşyalarından ağ qızıl brilliant üzük– 8 qr.– 750 pr.– 1500 man və hədiyyə üzüyə (kirvə)– 10 qr.- 1300 manat münasibtdə iddia tələbi rayon məhkəməsində iki üzüyə münasibətdə təmin edildiyindən, iddiaçı isə qətnaməni həmin hissədə mübahisələndirmədiyindən iddia tələbi qalan zinət əşyalarına münasibətdə təmin edilməlidir.

54. MPM-in 222.1-ci maddəsinə görə, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir.

55. Odur ki, məhkəmə cavabdehdən alınaraq iddiaçıya verilməli qalan zinət əşyalarının dəyəri barədə bildirir ki, nişan üzüyü üçün iddiaçı– 7000 manat qeyd etsə də, mütəxəssis hesabatında 750 əyar, 7 qram, 3,0 karat-3500 manat qiymətləndirilmiş, brilyant dəst– kolye, sırğa, sep, qolbağ– 37 qram qeyd edilməklə 17000 manat, hesabatda qram 25,8 olmaqla, 5 karat-8000 manat, ağ qızıl kulon və sep 750 prob 10 qram, 1200 manat qeyd edilmiş, hesabatda isə qram 7, 800 manat, BS sep düzəlmə 750 əyar, 15 qram, 1300 manat, hesabatda 585 əyar, 17,9 qram, 1500 manat, tək qolbaq gül ağ qızıl 750 əyar, 9 qram 800 manat, sırğa ağ qızıl, 1200 manat, hesabatda 750 əyar, qram 6, 0,5 karat- 1100 manat, üç ədəd qəpik (onluq) hədiyyə 1600 manat, hesabatda 3000 manat, uşağın qolbaqları– 3 ədəd 1000 manat, hesabatda isə (2 ədəd 750 əyar, 4 qram, 440 manat, 1 ədəd qızıl uşaq qolbağı-585 əyar, 1,9 qram, 175 manat) (440+175=615) 615 manat, qolbaq və üzük 1100 manat, hesabatda qolbaq 750 əyar, 5,5 qram, 0,9 karat,-800 manat, üzük 750 əyar, 3,7 qram-900 manat qeyd edilmişdir.

56. Məhkəmə kollegiyası hesab edir ki, nişan üzüyü olmasa onun dəyəri hesabata uyğun 3500 manat, brilyant dəst– kolye, sırğa, sep, qolbaq olmadığı halda dəyəri 8000 manat, ağ qızıl kulon və sep olmasa dəyəri 800 manat, sırğa ağ qızıl olmasa, onun dəyəri 1100 manat, tək qolbaq gül ağ qızıl, olmasa dəyəri 800 manat, uşağın qolbaqları– 3 ədəd olmasa dəyəri cəmi 615 manat müəyyən edilməlidir.

57. Məhkəmə Kollegiyası qeyd edir ki, BS sep düzəlmə 750 əyar, 15 qram, 1300 manat, hesabatda 17,9 qram, 1500 manat, üç ədəd qəpik (onluq) hədiyyə 1600 manat, hesabatda 3000 manat, qolbaq və üzük 1100 manat, hesabatda qolbaq 750 əyar, 5,5 qram, 0,9 karat,-800 manat, üzük 750 əyar, 3,7 qram-900 manat qeyd edilmişdir.

58. MPM-in 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

59. Kollegiya hesab edir ki, iddiaçının iddia tələbinə uyğun olaraq, BS sep düzəlmə 750 əyar, 15 qram olmadığı halda onun dəyəri 1300 manat, üç ədəd qəpik (onluq) hədiyyə olmasa onun dəyəri 1600 manat, qolbaq və üzük olmadığı halda dəyəri 1100 manat müəyyən edilməlidir.

60. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və iş üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən qanunla müəyyən olunmuş qaydada əldə edilmiş məlumatlar sübut hesab olunur. Həmin məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, eləcə də işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2).

61. MPM-in 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

62. MPM-in 386-cı maddəsinə görə, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Nəticə:

63. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, qətnamə qismən, iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməli, cavabdehdən nişan üzüyü-750 əyar, 7 qram, 3,0 karat, əgər olmasa 3500 manat, brilyant dəst– kolye, sırğa, sep, qolbaq-750 əyar, qram 25,8 olmaqla, 5 karat olmasa, onun dəyəri 8000 manat, ağ qızıl kulon və sep-750 əyar, 7 qram, olmasa onun dəyəri 800 manat, BS sep düzəlmə 585 əyar, 17,9 qram, olmasa onun dəyəri 1300 manat, tək qolbaq gül ağ qızıl 750 əyar, 9 qram olmasa, dəyəri 800 manat, sırğa ağ qızıl, 750 əyar, qram 6, 0,5 karat-olmasa onun dəyəri 1100 manat, üç ədəd qəpik (onluq), olmasa onun dəyəri 1600 manat, uşağın qolbaqları– (2 ədəd 750 əyar, 4 qram, 440 manat, 1 ədəd qızıl uşaq qolbağı-585 əyar, 1,9 qram, 175 manat) olmasa onun dəyəri (440+175=615) 615 manat, qolbaq və üzük -qolbaq 750 əyar, 5,5 qram, 0,9 karat, üzük 750 əyar, 3,7 qram olmasa onların dəyəri-cəmi 1100 manat alınaraq iddiaçıya verilməli, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, qətnamə onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

64. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

65. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu 100 (bir yüz) manat cavabdehdən alınaraq iddiaçıya verilməli, iddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir.

66. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Suraxanı Rayon Məhkəməsinin 2(010)-210/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi qismən, iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi həmin hissədə təmin edilsin. Cavabdeh nişan üzüyü-750 əyar, 7 qram, 3,0 karat, əgər olmasa 3500 manat, brilyant dəst– kolye, sırğa, sep, qolbaq-750 əyar, qram 25,8 olmaqla, 5 karat olmasa, onun dəyəri 8000 manat, ağ qızıl kulon və sep-750 əyar, 7 qram, olmasa onun dəyəri 800 manat, BS sep düzəlmə 585 əyar, 17,9 qram, olmasa onun dəyəri 1300 manat, tək qolbaq gül ağ qızıl 750 əyar, 9 qram olmasa, dəyəri 800 manat, sırğa ağ qızıl, 750 əyar, qram 6, 0,5 karatolmasa onun dəyəri 1100 manat, üç ədəd qəpik (onluq), olmasa onun dəyəri 1600 manat, uşağın qolbaqları– (2 ədəd 750 əyar, 4 qram, 440 manat, 1 ədəd qızıl uşaq qolbağı-585 əyar, 1,9 qram, 175 manat) olmasa onun dəyəri (440+175=615) 615 manat, qolbaq və üzük -qolbaq 750 əyar, 5,5 qram, 0,9 karat, üzük 750 əyar, 3,7 qram olmasa onların dəyəri-cəmi 1100 manat alınaraq İddiaçı verilsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Suraxanı Rayon Məhkəməsinin 2(010)-210/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu 100 (bir yüz) manat Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar