Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4549/2022 20.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçıların nümayəndəsi-vəkili Vəkil, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8, X28 və X12 iştirakı ilə, İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri 10 saylı Notariat Ofisinə (X8, X28, X29, X23, X49, X33, X24, X50 və X43 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “miras əmlaka münasibətdə faktiki vərəsə kimi tanınma tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-269/2022 saylı 23 fevral 2022-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri 10 saylı Notariat Ofisinə (X8, X28, X29, X23, X49, X33, X24, X50 və X43 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 1-ci mədən küçəsində yerləşən 6/8 ünvanında yerləşən evə onların faktiki vərəsə kimi tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi belə əsaslandırılmışdır ki, X5 miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 1-ci mədən küçəsi 6/8 nömrəli evin 4/5 hissəsinə qanun üzrə vərəsəlik hüququnun tanınmasına dair X8 cavabdehlər X18, X13, X19, onlara və maraqlı şəxs Bakı şəhəri 10 saylı Notariat Kontoruna qarşı vərəsəlik şəhadətnaməsinin verilməsi üçün nəzərdə tutulmuş müddətin üzrlü hesab edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsinin cavabdehə həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş, həmin iş üzrə cavabdehlər X28, X25, X1 Mehriban Nurəddin qızına və Bakı şəhəri 10 saylı Notariat Kontoruna qarşı vərəsəlik şəhadətnaməsinin verilməsi üçün nəzərdə tutulmuş müddətin üzrlü hesab edilməsi və atalarından miras qalmış evə mnasibətdə qanun üzrə vərəsəlik hüquqlarının tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Suraxanı Rayon məhkəməsinin 17 iyul 2018-ci il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddialar qismən təmin edilmişdir. Lakin Bakı Apelyasiya Məhkəməsinin 06 dekabr 2018-ci il tarixli 2(103)-11839/2018 saylı qətnaməsi ilə ilk və qarşılıqlı iddiaları təmin olunmuş hissədə ləğv edilmiş, iddiaçıların vərəsəlik hüququnun tanınması və miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə iddia tələbləri təmin olunmuş hissədə rədd edilmişdir. Bakı şəhəri 10 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 719 saylı məktubundan görünür ki, X20 düşən paya iddiaçılar vərəsədir. Bundan sonra o Bakı şəhəri 10 saylı Notariat Ofisinə yazılı qaydada ərizə ilə müraciət edərək vərəsə kimi tanınmaları və şəhadətnamə verilməsini xahiş etmişdir. Cavabdeh Bakı şəhəri 10 saylı Notariat Ofisi 15 iyul 2021-ci il tarixli 378 saylı məktubla cavab verərək bildirmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin 06 dekabr 2018-ci il tarixli 2(103)-11839/2018 saylı qətnaməsini qüvvədə saxlayan Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)- 7221/19 saylı qərarı notariat ofısinə göndərilsə də, notarius cavab vermişdir ki, Bakı Apelyasiya Məhkəməsinin 06 dekabr 2018-ci il tarixli 2(103)- 11839/2018 saylı qətnaməsinin əsilləri və ya notariat qaydasında təsdiq edilmiş surətləri notariat ofisinə təqdim edildikdən sonra məsələ dərhal həllini tapacaqdır və cavabdeh miras əmlakın vərəsələr arasında hansı hissədə bölüşdürülməsi barədə məlumat olmadığı üçün şəhadətnaməni rəsmiləşdirmək mümkün deyildir. Halbuki, Bakı Apelyasiya Məhkəməsinin 04 iyun 2019-cu il tarixli 6 ÜŞ-1515/19 saylı məktubundan görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 06 dekabr 2018-ci il tarixli 2(103)-11839/2018 saylı qətnaməsi qanuni qüvvəyə minmişdir və Bakı Apelyasiya Məhkəməsinin onun müraciətinə cavab olaraq 08 oktyabr 2020-ci il tarixli 6 ÜŞ-12803/20 saylı məktubundan görünür ki, həmin qətnamə qüvvəyə minmiş və 12 dekabr 2018-ci il tarixdə məlumat üçün cavabdehə göndərilmişdir. Buna baxmayaraq miras əmlakı əldə etməkləri mümkün olmamışdır. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuşdur ki, mübahisəli miras əmlakı faktiki qəbul edən şəxslər İddiaçı1, İddiaçı2 və İddiaçı3 olmuşdur. X8, X28, X25 və X29 isə mirası faktiki qəbul etməmiş, qanun üzrə vərəsələr olsalar da, mirası qəbul etmək üçün qanunla müəyyən olunmuş müddətləri buraxmışlar. X2 onun qaynatası olmuş və xx.xx.2015-ci il tarixdə ölmüşdür. Nurəddinin arvadı X44 xx.xx.2013-cü il tarixdə ölmüşdür. Həyat yoldaşı X30 xx.xx.2016-cı ildə ölmüşdür. O, ailə üzvləri ilə birlikdə fasiləsiz olaraq Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 1-ci mədən küçəsi 6/8 nömrəli evdə yaşamış və həmin ev onların müstəsna istifadəsində və sahibliyində olmuşdur. Hazıra kimi də fasiləsiz olaraq həmin evdə yaşayırlar. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-269/2022 saylı 23 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçılar apelyasiya şikayəti verərək, ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Apelyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır. Kollegiyanın iclasında iştirak edən iddiaçıların nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxslər X8, X28 və X29 apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdilər. Cavabdeh məktub ünvanlayaraq, apelyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını xahiş etmiş, Kollegiya işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış digər üçüncü şəxslər (nümayəndə) məhkəməyə gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia rədd edilməlidir. İş materiallarında olan xx.xx.1996-cı il tarixli vəsiyyətnaməyə əsasən X21 özünə məxsus olan bütün əmlakını, o cümlədən Suraxanı qəsəbəsi, 1-ci ünvanda yerləşən yaşayış mənzilini X18 və X20 vəsiyyət etmişdir. xx.xx.2004-cu il tarixli bağışlama müqaviləsinə əsasən X21 ona məxsus olan ünvan 3 ünvanda yerləşən evin 4/8 hissənin 2/8 hissəsindən ibarət yaşayış evini nəvəsi X34 bağışlamışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(010)-3447/2018 saylı qətnaməsinə əsasən ilk və qarşılıqlı iddialar qismən təmin olunmuş, X5 miras qalmış daşınmaz əmlaka paylar vərəsələr arasında bölüşdürülmüş: Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 1-ci mədən küçəsində yerləşən 6/8 nömrəli evə münasibətdə X9 1/35 hissədə, X12 1/35 hissədə və X4 1/35 hissədə mirasda məcburi pay hüquqları müəyyən edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 1-ci mədən küçəsində yerləşən 6/8 nömrəli evə münasibətdə X14 1/10 hissədə, X15 1/10 hissədə vəsiyyətnamə üzrə pay hüquqları müəyyən edilmiş, Vərəsəlik hüququ haqqında müvafiq şəhadətnamələrin verilməsi vəzifəsi Bakı şəhəri 10 saylı notariat kontoruna həvalə edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-11839/2018 saylı qətnaməsinə əsasən cavabdehlər İddiaçı1, İddiaçı3 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilmişdir və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi qismən, yəni ilk və qarşılıqlı iddiaların təmin olunmuş hissəsində ləğv edilmişdir. İlk iddia üzrə iddiaçı X4, qarşılıqlı idia üzrə iddiaçılar X14, X9 və X12 miras əmlakın qəbul edilməsi üçün buraxılmış müddətin bərpası, vərəsəlik hüququnun tanınması və miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə iddia tələbləri təmin olunmuş hissədə rədd edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 806558 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X30 xx.xx.2016-cı il tarixdə ölmüşdür. Bakı şəhəri 10 saylı Notariat Ofisi tərəfindən göndərilən xx.xx.2021-ci il tarixli 592 nömrəli sorğuya cavab məktubundan görünür ki, Suraxanı Rayon Məhkəməsinin və Bakı Apelyasiya Məhkəməsinin qətnamələri iddiaçılar və onların vəkili Vəkil tərəfindən notariat ofisinə təqdim edilməmişdir. Bu səbəbdən vərəsəlik hüququ haqqında şəhadətnaməni rəsmiləşdirə bilməmişdirlər. Qeyd olunur ki, iddiaçılar miras əmlakı faktiki qəbul ediblər, yəni miras əmlakın yerləşdiyi ünvanda yaşayırlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X42 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 1-ci mədən küçəsində yerləşən 6/8 nömrəli fərdi yaşayış evinin 1/7 hissədə X26, 1/7 hissədə X16, 1/7 hissədə X38, 2/7 hissədə X34 məxsusdur və X7 adına 2/7 hissədə açıq qalır. 0.06476 ha torpaq sahəsi istifadədədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X42 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 1-ci mədən küçəsində yerləşən 6/8 nömrəli ev 1/8 hissədə X16, 1/8 hissədə X38, 2/8 hissədə X34, 1/8 hissədə X39, 1/8 hissədə X26 məxsusdur və X7 adına 2/8 hissədə açıq qalır. 0.06476 ha torpaq sahəsi istifadədədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X42 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən göndərilmiş xx.xx.2021-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Birinci Mədən küçəsində yerləşən 6/8 saylı fərdi yaşayış evinin 1/7 hissəsi X22, 1/7 hissəsi X10, 2/7 hissəsi X7, 2/7 hissəsi X31, 1/7 hissəsi X35, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Birinci Mədən küçəsi, 6H saylı fərdi yaşayış evi X27, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Birinci Mədən küçəsi, 6Q saylı fərdi yaşayış evi X40 mülkiyyətindədir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçıların miras əmlaka münasibətdə faktiki vərəsə kimi tanınmaları digər vərəsələrin hüquqlarını pozduğundan və belə bir faktın müəyyən edilməsi MPM-nin tələblərinə zidd olduğundan iddiaçılar tərəfindən faktiki vərəsə kimi tanınmaları faktı ilə bağlı iddia tələbi rədd olunmalıdır. Kollegiya qeyd edir ki, məhkəmənin gəldiyi bu nəticə düzgün olmamışdır. Belə ki, “miras əmlaka münasibətdə faktiki vərəsə kimi tanınma barədə” qaldırılmış iddia Mülki Prosessual Məcəllənin tələblərinə zidd olmamaqla, digər vərəsələrin hüquqlarının pozulmasına səbəb verən hal deyildir. Məhkəmənin bu qənaəti doğru olmadığı üçün Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. İddia tələbinə münasibətdə isə Kollegiya qeyd edir ki, iddia tələbi rədd edilməlidir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-11839/2018 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 1-ci mədən küçəsində yerləşən 6/8 saylı fərdi yaşayış evinin 2/7 hissəsi X11 məxsus olmuş və o, xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Miras açıldıqdan sonra yalnız birinci dərəcəli vərəsə olan X30 öz ailə üzvləri ilə birlikdə (hazırkı iddiaçılarla) həmin ünvanda yaşayaraq miras əmlakı faktiki olaraq qəbul etmişdir. X37 birinici dərəcələri digər vərəsələri - X8, X28, X29 və X23 isə mirası nə faktiki, nə də notariat orqanına ərizə verməklə qəbul etməmişlər. X3 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Sonuncunun arvadı İddiaçı1 və uşaqları - İddiaçı2 və İddiaçı3 X15 ölümündən sonra həmin ünvanda yaşayaraq faktiki olaraq miras əmlakı qəbul etmişlər. Onlar miras əmlakın qəbul edilməsi ilə bağlı olaraq notariat orqana müraciət etsələr də, məhkəmə qətnamələrinin əsllərinin və ya notariat qaydasında təsdiq edilmiş surətlərinin notariat orqana təqdim edildikdən sonra məsələnin dərhal həllinin tapacağı bildirilmişdir. İddiaçılar tərəfindən miras əmlakın faktiki olaraq qəbul edilməsi nə notariat orqanı, nə də üçüncü şəxslər tərəfindən mübahisələndirilməmişdir. Göründüyü kimi, iddiaçıların miras əmlaka faktiki vərəsə kimi tanınmaları qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Ona görə də hazırki iddia tələbi rədd edilməlidir. Eyni zamanda iddiaçılara izah edilməlidir ki, Bakı şəhəri 10 saylı Notariat Ofisi tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamənin rəsmiləşdirilə bilməməsi əsası kimi göstərilmiş qətnamələr təqdim edilərək Notariat Ofisinə müraciət edilməli, notarius tərəfindən imtina edildiyi halda isə notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verilməlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 10-cu bəndində qeyd olunmuşdur ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-269/2022 saylı iş üzrə 23 fevral 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri 10 saylı Notariat Ofisinə (X8, X28, X29, X23, X49, X33, X24, X50 və X43 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “miras əmlaka münasibətdə faktiki vərəsə kimi tanınma tələbinə dair” iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4549/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4549/2022
20.07.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver