Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4573/2020 18.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, X7 və X5 ibarət tərkibdə, Gülnar İsgəndər qızı Salahovanın katibliyi ilə, İddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin nümayəndəsi X3, Cavabdehlər Cavabdeh3 və Cavabdeh6 Əkbər oğlunun, Cavabdeh"xxxx" Şirkətinin qanuni təmsilçisi və həmçinin iş üzrə Cavabdeh1 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(007)-43/2019 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6 Əkbər oğlu, Cavabdeh7, Cavabdeh8, Cavabdeh4 və "Cavabdeh5" MMC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X11, Cavabdeh7, Cavabdeh8, Cavabdeh4, "xxxx" Şirkətinə qarşı "kredit müqaviləsi üzrə borc və borcun ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2015-ci il tarixli 147907-1-16313/1 və xx.xx.16313/2 saylı kredit müqaviləsinə əsasən xx xxxxxx 2017-ci il tarixə Banka borclu olduğu 450629,00 (dörd yüz əlli min altı yüz iyirmi doqquz) ABŞ dolları məbləğində əsas borc, 48642,67 (qırx səkkiz min altı yüz qırx iki dollar 67 sent) ABŞ dolları məbləğində faiz borcu, 90548 (doxsan min beş yüz qırx səkkiz) ABŞ dolları məbləğində cərimə üzrə borcu, cəmi 589819,67 (beş yüz səksən doqquz min səkkiz yüz on doqquz dollar 67 sent) ABŞ dolları məbləğində pulun (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə), eləcə də 30 (otuz) AZN məhkəmə üçün və 90 (doxsan) AZN ipotekanın qeydə alınması üçün ödənilmiş cəmi 120 (yüz iyirmi) AZN məbləğində dövlət rüsumunun müştərək qaydada Cavabdeh1dan, Cavabdeh4 və “Azər İnternational” şirkətindən “Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmasına, cavabdehlərdən tutulmalı olan məbləğin Bank qarşısında ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 44,2 kv.m, yaşayış sahəsi 29,33 kv.m, yardımçı sahəsi 14,87 kv.m olan 2 otaqlı 24 nömrəli mənzilə yönəldilməsinə, cavabdehlərdən tutulmalı olan məbləğin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gənçəvi küçəsi, ev 17 A ünvanında 0,1333 ha torpaq sahəsində istifadədə olan ümumi sahəsi 176,9 kv.m, yaşayış sahəsi 117,2 kv.m, yardımçı sahəsi 59,7 kv.m olan 4 otaqlı 229 fərdi yaşayış evinə yönəldilməsinə, cavabdehlərdən tutulmalı olan məbləğ Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsi, ev 5 ünvanında yerləşən ümumi sahəsi 57,4 kv.m olan 3 otaqlı 2 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılmasına və satışdan əldə edilən vəsaitin Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə ödənilməsinə, daşınmaz əmlaklara tutma yönəldildikdən və onlar satıldıqdan sonra ipoteka qoyan Cavabdeh3 və onunla birlikdə yaşayan ailə üzvləri (Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 qızı) ünvan 1 mənzil 24 ünvanında yerləşən mənzildən, ipoteka qoyan Cavabdeh4 Bakı şəhəri, Sabunçu rayonu, Məhsəti Gəncəvi küçəsi, ev 5 mənzil 2 ünvanında yerləşən mənzildən, ipoteka qoyan Cavabdeh2 Bakı şəhəri, Sabunçu rayonu, Məhsəti Gəncəvi küçəsi, 17 A saylı fərdi yaşayış evindən ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahələrindən çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmalarına və mənzillərin boşaldılmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə Bank) ilə Cavabdeh1 (bundan sonra mətndə Cavabdeh1) arasında bağlanmış xx.xx.2015-ci il tarixli 147907-1-16313 saylı “Baş kredit razılaşması” əsasında “Bank” “Kredit alan”a xx xxx 2015-ci il tarixdən xx xxx 2025-ci il tarixədək ******* (bir milyon) AZN və ya USD/RUB/EUR məbləğində kredit xətti açmışdır. Tərəflər arasında bağlanmış “Baş kredit razılaşması”nın şərtlərinə uyğun olaraq aşağıdakı kredit müqavilələri bağlanmışdır. Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 147907-1-16313/1 saylı, “Kommersiya krediti müqaviləsi”nə əsasən Cavabdeh1 illik 16 (on altı) faiz hesablanması şərti ilə 60 (altmış) ay müddətinə 350000 (üç yüz əlli min) ABŞ dolları məbləğində, Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 147907-1- 16313/2 saylı, “Kommersiya krediti müqaviləsi”nə əsasən Cavabdeh1 illik 16 (on altı) faiz hesablanması şərti ilə 60 (altmış) ay müddətinə 100000 (bir yüz min) ABŞ dolları məbləğində kredit verilmişdir. Bank tərəfindən verilmiş və Baş Kredit Razılaşmasına əsasən veriləcək kreditlərin təminatı kimi Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 44,2 kv.m, yaşayış sahəsi 29,33 kv.m, yardımçı sahəsi 14,87 kv.m olan 2 otaqlı 24 nömrəli mənzil xx.xx.2015-ci il tarixli 149129-NEDVİJ-3705 saylı “Daşınmaz əmlakın ipoteka müqaviləsi” əsasında (Əmlakın Dövlət Reyestrindən çıxarış, seriya RX No 0641079, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx xxxxx 2015-ci il), ipoteka predmetinin bazar dəyəri 68000 (altmış səkkiz min) AZN qiymətləndirilərək, Cavabdeh2 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsi, ev 17 A ünvanında 0,1333 ha torpaq sahəsində istifadədə olan 176,9 kv.m ümumi, 117,2 kv.m yaşayış sahəsi, 59,7 kv.m yardımçı sahəsi, 4 otaqlı fərdi yaşayış evi xx.xx.2015-ci il tarixli 108143-NEDVİJ-515 saylı “Daşınmaz əmlakın sonrakı ipoteka müqaviləsi” əsasında (Əmlakın Dövlət Reyestrindən çıxarış, seriya MA No 0325034, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx xxxxxx 2012-ci il), ipoteka predmetinin bazar dəyəri 470000 (dörd yüz yetmiş min) AZN qiymətləndirilərək, Cavabdeh4 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsi, ev 5 ünvanında yerləşən ümumi sahəsi 57,4 kv.m olan 3 otaqlı 2 saylı mənzil xx.xx.2015-ci il tarixli 108142-NEDVİJ-516 saylı “Daşınmaz əmlakın sonrakı ipoteka müqaviləsi” əsasında (Əmlakın Dövlət Reyestrindən çıxarış, seriya MA No 0253293, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2011 -ci il), ipoteka predmetinin bazar dəyəri 100000 (bir yüz min) AZN qiymətləndirilərək Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Eyni zamanda Baş Kredit Razılaşması üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh4 (bundan sonra mətndə Cavabdeh4), xx.xx.2015-ci il tarixli 304768 saylı və “Azər İnternational" şirkəti xx.xx.2015-ci il tarixli 304770 saylı zaminlik müqaviləsi əsasında Cavabdeh1 Bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinlərinə götürmüşdür. Həmçinin, “xx xxx 2015-ci il tarixli 108143-NEDVİJ- 515 saylı “İpoteka müqaviləsi”nə dəyişiklik edilməsi barədə” 01 saylı xx.xx.2015-ci il tarixli Razılaşma bağlanmışdır və “İpoteka Müqavilə”sinin 3.5-ci bəndinə dəyişiklik edilərək ipotekanın predmeti 800000 (səkkiz yüz min) AZN məbləğində qiymətləndirilmişdir. Bundan əlavə, Bank arasında bağlanmış xx.xx.2015-ci il tarixli 147907-1-16313/1 və xx.xx.2015-ci il tarixli 147907-1-16313/2 “Kommersiya krediti müqaviləri”nə dəyişiklik edilməsi barədə 01 saylı xx.xx.2016-cı il tarixli Razılaşmaya əsasən Cavabdeh1 xx xxxx 2016-cı il tarixə mövcud olan 450629,00 (dörd yüz əlli min altı yüz iyirmi doqquz) ABŞ dolları məbləğində borcu 52 (əlli iki) ay müddətinə xx.xx.2020-ci il tarixədək, illik 14,5% hesablanmaqla kapitallaşdırılmışdır. Həmçinin Cavabdeh1 xx.xx.2016-cı il tarixinə kapitallaşdırılmış “kredit məbləğin”dən əlavə 38708 (otuz səkkiz min yeddi yüz səkkiz) ABŞ dolları məbləğində cərimə borcu mövcud imiş. Lakin borclu şəxs Cavabdeh1 öz üzərinə götürdüyü kredit öhdəlikləri xx.xx.2016-cı il tarixdən icra etməmiş və nəticəsində xx.xx.2015-ci il tarixli 147907-1- 16313/2/1 saylı, “Kommersiya krediti müqaviləsi”nə əsasən Banka 450000 (dörd yüz əlli min) ABŞ dolları məbləğində əsas borc, 48642,67 (qırx səkkiz min altı yüz qırx iki dollar 67 sent) ABŞ dolları məbləğində faiz borcu, 90548 (doxsan min beş yüz qırx səkkiz) ABŞ dolları məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 589819,67 (beş yüz səksən doqquz min səkkiz yüz on doqquz dollar 67 sent) ABŞ dolları məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alan”ın vəzifəsidir. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilənin və qanunvericiliyin tələblərinə əsasən Cavabdeh1, Cavabdeh4 və “Azər İnternational” şirkəti Bank qarşısında birgə məsuliyyət daşıyırlar. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəflərindən Cavabdeh1, Cavabdeh4 və “Azər İnternational" şirkətinə dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan kredit müqaviləsinin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Eyni zamanda Bank ilə ipoteka qoyanlar arasında bağlanmış ipoteka müqavilərinin tələbinə əsasən borc alan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəltmək hüququ vardır. Göründüyü kimi, iddiaçı Bank tələbin ipoteka ilə yüklü edilmiş əmlaka tutma yönəldilməsini və yaşayış sahəsinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər yaşayış sahəsini ən gec bir ay ərzində tərk etməsini tələb etməkdə haqlıdır. Qanunvericiliyin yuxarıda şərh edilən xüsusatlarından belə məlum olur ki, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxxxx 2005-ci il tarixli Qərarının 10-cu bəndinə əsasən, əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinə xx.xx.2018- ci il tarixdə ərizə ünvanlayaraq qeyd etmişdir ki, məhkəmənin xx xxxxxx 2017-ci il tarixli 2(007)-1892/2017 saylı qərardadı ilə mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2017-ci il tarixli 24023 saylı ekspert rəyinə əsasən Cavabdeh1 xx xxxx 2016-cı il tarixli 147907-1-16313/2/1 saylı kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixə Banka 450629 ABŞ dolları məbləğində əsas borc, 52272,96 ABŞ dolları məbləğində faiz borcu müəyyən edilmişdir. Bununla əlaqədar, hazırkı iddia tələbinin dəqiqləşdirilməsinə ehtiyac yaranmışdır. Şərh edilənləri nəzərə alaraq məhkəmədən “İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2016-cı il tarixli 147907-1-16313/2/1 saylı kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixə Banka borclu olduğu 450629 (dörd yüz əlli min altı yüz iyirmi doqquz) ABŞ dolları məbləğində əsas borc, 52272,96 (əlli iki min iki yüz yetmiş iki dollar 96 sent) ABŞ dolları məbləğibdə faiz borcu, 90548 (doxsan min beş yüz qırx səkkiz) ABŞ dolları məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 593449,96 (beş yüz doxsan üç min dörd yüz qırx doqquz dollar 96 sent) ABŞ dolları məbləğində pulun (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə), həmçinin, 30 (otuz) manat məhkəmə üçün və 90 (doxsan) manat ipotekanın qeydə alınması üçün ödənilmiş cəmi 120 (bir yüz iyirmi) manat məbləğində dövlət rüsumunun müştərək qaydada Cavabdeh1, Cavabdeh4 və “Azər İntemational” şirkətindən “Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmasını, cavabdehlərdən tutulmalı olan məbləğ Bank qarşısında ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 44,2 kv.m, yaşayış sahəsi 29,33 kv.m, yardımçı sahəsi 14,87 kv.m olan 2 otaqlı 24 nömrəli mənzilə, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsi, ev 17 A ünvanında 0,1333 ha torpaq sahəsində istifadədə olan ümumi sahəsi 176,9 kv.m, yaşayış sahəsi 117,2 kv.m, yardımçı sahəsi 59,7 kv.m olan 4 otaqlı 229 fərdi yaşayış evinə, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsi, ev 5 ünvanında yerləşən ümumi sahəsi 57,4 kv.m olan 3 otaqlı 2 nömrəli mənzilə yönəldilməsinə, həmin əmlakların açıq hərracdan satılmasına və satışdan əldə edilən vəsaitin "Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsini, daşınmaz əmlaklara tutma yönəldildikdən və onlar satıldıqdan sonra ipoteka qoyan Cavabdeh3 və onunla birlikdə yaşayan ailə üzvləri Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 qızı ünvan 1, mənzil 24 ünvanında yerləşən mənzildən, ipoteka qoyan Cavabdeh4 Bakı şəhəri, Sabunçu rayonu, Məhsəti Gəncəvi küçəsi, ev 5 mənzil 2 ünvanında yerləşən mənzildən, ipoteka qoyan Cavabdeh2 Bakı şəhəri, Sabunçu rayonu, Məhsəti Gəncəvi küçəsi 17 A saylı fərdi yaşayış evindən ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahələrindən çıxmadıqda, həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmalarına və mənzillərin boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinə xx.xx.2019- cu il tarixdə ərizə ünvanlayaraq qeyd etmişdir ki,məhkəmə baxışı zamanı cavabdeh tərəfindən kredit borcu üzrə ödənişlər aparıldığından kredit borcunun faiz hissəsi azalmışdır. Bununla əlaqədar olaraq, iddia tələbinin dəyişdirilməsinə hazırda ehtiyyac yaranmışdır. Şərh edilənləri nəzərə alaraq məhkəmədən “İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2016-cı il tarixli 147907-1- 16313/2/1 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə Banka borclu olduğu 450629 (dörd yüz əlli min altı yüz iyirmi doqquz) ABŞ dolları məbləğində əsas borc, 45704,47 (qırx beş min yeddi yüz dörd dollar 47 sent) ABŞ dolları məbləğibdə faiz borcu, 90548 (doxsan min beş yüz qırx səkkiz) ABŞ dolları məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 586881,47 (beş yüz səksən altı min səkkiz yüz səksən bir dollar 47 sent) ABŞ dolları məbləğində pulun (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə), həmçinin, 30 (otuz) manat məhkəmə üçün isə 90 (doxsan) manat ipotekanın qeydə alınması üçün ödənilmiş cəmi 120 (bir yüz iyirmi) manat məbləğində dövlət rüsumunun müştərək qaydada Cavabdeh1, Cavabdeh4 və “Azər İntemational” şirkətindən “Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmasını, cavabdehlərdən tutulmalı olan məbləğ Bank qarşısında ipoteka ilə yüklü edilmiş ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 44,2 kv.m, yaşayış sahəsi 29,33 kv.m, yardımçı sahəsi 14,87 kv.m olan 2 otaqlı 24 nömrəli mənzilə, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsi, ev 17 A ünvanında 0,1333 ha torpaq sahəsində istifadədə olan ümumi sahəsi 176,9 kv.m, yaşayış sahəsi 117,2 kv.m, yardımçı sahəsi 59,7 kv.m olan 4 otaqlı fərdi yaşayış evinə, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsi, ev 5 ünvanında yerləşən ümumi sahəsi 57,4 kv.m olan 3 otaqlı 2 nömrəli mənzilə yönəldilməsinə, həmin əmlakların açıq hərracdan satılmasına və satışdan əldə edilən vəsaitin "Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsini, daşınmaz əmlaklara tutma yönəldildikdən və onlar satıldıqdan sonra ipoteka qoyan Cavabdeh3 və onunla birlikdə yaşayan ailə üzvləri Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 qızı ünvan 1, mənzil 24 ünvanında yerləşən mənzildən, ipoteka qoyan Cavabdeh4 Bakı şəhəri, Sabunçu rayonu, Məhsəti Gəncəvi küçəsi, ev 5 mənzil 2 ünvanında yerləşən mənzildən, ipoteka qoyan Cavabdeh2 Bakı şəhəri, Sabunçu rayonu, Məhsəti Gəncəvi küçəsi 17 A saylı fərdi yaşayış evindən ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahələrindən çıxmadıqda, həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmalarına və mənzillərin boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinə xx.xx.2019-cu il tarixdə ərizə ünvanlayaraq qeyd etmişdir ki, məhkəmə baxışı zamanı cavabdeh tərəfindən kredit borcu üzrə ödənişlər aparıldığından kredit borcunun faiz hissəsi azalmışdır. Bununla əlaqədar olaraq, iddia tələbinin dəqiqləşdirilməsinə hazırda ehtiyyac yaranmışdır. Şərh edilənləri nəzərə alaraq məhkəmədən “Bank VTB (Azərbaycan)” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2016-cı il tarixli 147907- 1-16313/2/1 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə Banka borclu olduğu 450629 (dörd yüz əlli min altı yüz iyirmi doqquz) ABŞ dolları məbləğində əsas borc, 40413,69 (qırx min dörd yüz on üç, 69) ABŞ dolları məbləğində faiz borcu, 90548 (doxsan min beş yüz qırx səkkiz) ABŞ dolları məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 581590,69 (beş yüz səksən bir min beş yüz dexsan, 69) ABŞ dolları məbləğində pulun (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə), həmçinin, 30 (otuz) manat məhkəmə üçün və 90 (doxsan) manat ipotekanın qeydə alınması üçün ödənilmiş cəmi 120 (bir yüz iyirmi) manat məbləğəndə dövlət rüsumunun müştərək qaydada Cavabdeh1, Cavabdeh4 və “Azər İnternational” şirkətindən “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, cavabdehlərdən tutulmalı olan məbləğ Bank qarşısında ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 44,2 kv.m, yaşayış sahəsi 29,33 kv.m, yardımçı sahəsi 14.87 kv.m olan 2 otaqlı 24 nömrəli mənzilə, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gənçəvi küçəsi, ev 17 A ünvanında 0,1333 ha torpaq sahəsində istifadədə olan ümumi sahəsi 176,9 kv.m, yaşayış sahəsi 117,2 kv.m, yardımçı sahəsi 59,7 kv.m olan 4 otaqlı fərdi yaşayış evinə, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsi, ev 5 ünvanında yerləşən ümumi sahəsi 57,4 kv.m olan 3 otaqlı 2 nömrəli mənzilə yönəldilməsinə, həmin əmlakların açıq hərracdan satılmasına və satışdan əldə edilən vəsaitin “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsini, daşınmaz əmlaklara tutma yönəldildikdən və onlar satıldıqdan sonra ipoteka qoyan Cavabdeh3 və onunla birlikdə yaşayan ailə üzvləri Cavabdeh6, Cavabdeh7. Cavabdeh8 qızı ünvan 1, mənzil 24 ünvanında yerləşən mənzildən, ipoteka qoyan Cavabdeh4 Bakı şəhəri, Sabunçu rayonu, Məhsəti Gəncəvi küçəsi, ev 5, mənzil 2 ünvanında yerləşən mənzildən, ipoteka qoyan Cavabdeh2 Bakı şəhəri, Sabunçu rayonu, Məhsəti Gəncəvi küçəsi 17 A saylı fərdi yaşayış evindən ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahələrindən çıxmadıqda, həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmaları və mənzillərin boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(007)-43/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2016-cı il tarixli 147907-1- 16313/2/1 saylı kredit müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixə Banka borclu olduğu 450629 (dörd yüz əlli min altı yüz iyirmi doqquz) ABŞ dolları məbləğində əsas borc, 40413,69 (qırx min dörd yüz on üç dollar 69 sent) ABŞ dolları məbləğində faiz borcu, 45000 (qırx beş min) ABŞ dolları məbləğində cərimə üzrə borc, ümumilikdə isə 536042,69 ABŞ dollar pul məbləği ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə, 30 (otuz) manat məhkəmə üçün və 90 (doxsan) manat ipotekanın qeydə alınması üçün ödənilmiş cəmi 120 (bir yüz iyirmi) manat məbləğində dövlət rüsumunun müştərək qaydada Cavabdeh1, Cavabdeh4 və "xxxx" Şırkətindən "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın ilkin satış qiyməti 350000 (üç yüz əlli min) manat məbləğində müəyyən edilməklə tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gənçəvi küçəsi, ev 17 A ünvanında yerləşən fərdi yaşayış evinə, ilkin satış qiyməti 62000 (altmış iki min) manat məbləğində müəyyən edilməklə Cavabdeh3 məxsus ünvan 1, mənzil 24 ünvanında yerləşən mənzilə və ilkin satış qiyməti 80000 (səksən min) manat məbləğində müəyyən edilməklə Cavabdeh4 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Məhsəti Gəncəvi küçəsi, ev 5, mənzil 2 ünvanında yerləşən mənzilə yönəldilməsi, Cavabdeh1, Cavabdeh4 və "xxxx" Şırkətindən tutulmalı olan məbləğ Bank qarşısında ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 44,2 kv.m, yaşayış sahəsi 29,33 kv.m, yardımçı sahəsi 14,87 kv.m olan 2 otaqlı 24 nömrəli mənzilə, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gənçəvi küçəsi, ev 17 A ünvanında 0,1333 ha torpaq sahəsində istifadədə olan, ümumi sahəsi 176,9 kv.m, yaşayış sahəsi 117,2 kv.m, yardımçı sahəsi 59,7 kv.m olan 4 otaqlı fərdi yaşayış evinə, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsi, ev 5 ünvanında yerləşən ümumi sahəsi 57,4 kv.m olan 3 otaqlı 2 nömrəli mənzilə yönəldilməsi və mənzillərin açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin “Bank VTB (Azərbaycan)” ASC-yə ödənilməsi, mənzilə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh3 və onunla birlikdə yaşayan ailə üzvləri Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 qızı ünvan 1, mənzil 24 ünvanında yerləşən mənzili, ipoteka qoyan Cavabdeh4 Bakı şəhəri, Sabunçu rayonu, Məhsəti Gəncəvi küçəsi, ev 5, mənzil 2 ünvanında yerləşən mənzili, ipoteka qoyan Cavabdeh2 Bakı şəhəri, Sabunçu rayonu, Məhsəti Gəncəvi küçəsi 17 A saylı fərdi yaşayış evini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda onlar mənzildən məcburi qaydada çıxarılması, və evin boşaldılması və iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6 Əkbər oğlu, Cavabdeh7, Cavabdeh8, Cavabdeh4 və "Cavabdeh5" MMC apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsində keçirilən məhkəmə iclasında cavabdeh qismində iştirak edərək, bir müddət bankın kredit üzrə mütəxəsisləri ilə aparılan danışıqlardan sonra əldə olunan qarşılıqlı razılaşmaya əsasən iddiaçı bankdan 1.000000 (bir milyon) manat məbləğində kredit əldə edilməliydi. Razılaşmaya baxmayaraq bank tərəfindən Cavabdeh1a 390.000 manat məbləğində kredit verilsə də sonradan yerdə qalan 610.0000 manat kredit verilməmişdir. Razılaşmaya əsasən ödənilməli kredit bütövlükdə əldə edilmədiyindən "Azər İnternational" şirkətinin mülkiyyətində və istifadəsində olan torpaq sahəsində qurduğu yeni istehsalat və xidmət sahəsini tam başa catdıra bilməmişdir. Kreditin hissə-hissə geri qaytarılması ilə bağlı ilkin razılaşma olmuşdur ki, banka hər ay 7.000 manat pul ödənilsin. Heç bir halda məhkəmənin qətnaməsini qanuni və əsaslı saymaq olmaz. Bundan başqa, bankdan krediti müqaviləsini manat olaraq bağlamışam və pulu da, manat olaraq götürmüşəm. İddiaçı isə xəbərim olmadan müqaviləni ABŞ dolları ilə tərtib edilmişdir. Bundan başqa, məhkmə tərəfindən əmlakı ipoteka ilə yüklü edilmiş cavabdehlərə məhkəmə prossesində iştirakı təmin edilməmiş və onların mövqeyi olmadan əsassız və qanunsuz qatnamə qəbul edilmişdir. Məhkəmə kolegiyasının iclasında iştirak edən cavabdehlər apelyasiya şikayətinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini və qətnamənin ləğv olunaraq, iddia tələbinin rədd olunmasını xahiş etmişdir.Apellyasiya şikayətində İddiaçı bankın cavabdehin xəbəri olmadan müqaviləni ABŞ dolları ilə tərtib etməsi dəlilinə aydınlıq gətirilməsi üçün kollegiyanın suallarına cavab olaraq Cavabdeh1 izahatında göstərmişdir ki, cavabdeh krediti manatla götürmək istəmiş, lakin bank ABŞ dolları ilə kredit verdiyini bildirmiş, onlar da razılaşıb ABŞ dolları ilə kredit götürmüşlər.Həmçinin Kredit müqaviləsindəki imza Cavabdeh1 özü tərəfindən icra olunmuşdur.Bundan əlavə Cavabdeh1 xx.xx.2020-ci il tarixli məhkəmə iclasında borcu ödəməkdən boyun qaçırmadıqlarını bildirmiş, bankla aralarında ödənişlə bağlı saziş bağlanacağı məqsədi ilə məhkəmə prossesinin təxirə salınmasını xahiş etmiş, lakin saziş bağlanmamışdır. Məhkəmə kolegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayəti heç bir dəlillə əsaslandırılmadığından apelyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. İş üzrə digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılsalar da məhkəmə iclasında iştirak etməmişlər.Kollegiya MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apelyasiya şikayətinin dəllillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (MM, maddə 386) Mülki Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq İddiaçı ilə Cavabdeh1 arasında 147907-1-16313/2/1 saylı xx.xx.2016-cı il tarixli kredit xətti müqaviləsi bağlanmış, müqaviləyə əsasən bank tərəfindən xx.xx.2020-ci il tarixədək Cavabdeh1 450629 (dörd yüz əlli min altı yüz iyirmi doqquz) ABŞ dolları məbləğində kredit verilmiş, cavabdeh isə aldığı krediti 52 (əlli iki) ay müddətinə, illik 14,5 (on dörd tam onda beş) faiz olmaqla ödəməyi öhdəsinə götürsə də, öhdəliyi lazımi qaydada və tam icra etməmiş, nəticədə banka əsas, faiz və cərimə borcu yaranmışdır. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, Cavabdeh5 və Cavabdeh4 qeyd olunan kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasını təmin etmək məqsədilə İddiaçı qarşısında zamin duraraq, öhdəlik icra edilmədiyi təqdirdə borclu ilə birgə məsuliyyəti öz üzərlərinə götürmüşlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470.1-ci maddəsinin tələblərinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.2-ci maddəsinin tələblərinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, borclu kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında icra etmədiyindən, zaminlər isə öhdəliyin icrası ilə bağlı borclu ilə birgə məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri və digər xərcləri ödəməlidirlər. Məhkəmə kollegiyası işin hallarını, habelə cavabdeh tərəfindən həyata keçirilmiş ödənişləri nəzərə alaraq hesab edir ki, 90578 ABŞ dolları cərimə borcu əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edildi ki, kredit müqaviləsi üzrə yaranan öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh3 məxsus olan ünvan 6 ünvanında yerləşən 24 nömrəli mənzil, Cavabdeh2 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Məhsəti Gəncəvi küçəsi, ev 17A ünvanında yerləşən fərdi yaşayış evi, Cavabdeh4 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsi, ev 5 ünvanında 2 nömrəli bankın xeyrinə girov (ipoteka) qoymuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ ipoteka qoyanın əşyası barəsində ipoteka saxlayanın əşya hüququdur və eyni zamanda borclunun ipoteka saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.3-cü maddəsinə əsasən girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılması, 269.4-cü maddəsinə əsasən isə ipoteka daşınmaz əşyalara, habelə rəsmi qaydada reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Eyni zamanda "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki halda ipoteka saxlayanın tələbinin ödənilməsi üçün iddiaçı banka ipoteka qoyulmuş Cavabdeh3 mülkiyyətində olan ünvanı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 44,2 kv.m, yaşayış sahəsi 29,33 kv.m, yardımçı sahəsi 14,87 kv.m olan 2 otaqlı 24 nömrəli mənzilə, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gənçəvi küçəsi, ev 17 A ünvanında 0,1333 ha torpaq sahəsində istifadədə olan, ümumi sahəsi 176,9 kv.m, yaşayış sahəsi 117,2 kv.m, yardımçı sahəsi 59,7 kv.m olan 4 otaqlı fərdi yaşayış evinə və Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsi, ev 5 ünvanında yerləşən ümumi sahəsi 57,4 kv.m olan 3 otaqlı 2 nömrəli mənzilə yönəldilməli, mənzillər açıq hərracda satılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda aşağıdakıları göstərməlidir: ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. ipoteka predmetinin təsviri; ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarından görünür ki, ekspert qiymətləndirilməsi prosesi zamanı Cavabdeh2 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsində yerləşən daşınmaz əmlak olaraq fərdi yaşayış evinin hazırkı dövrdə olan bazar dəyəri 350000 manat, Cavabdeh3 məxsus olan Bakı şəhəri, Nizami rayonu, Məmmədli Şərifli küçəsində yerləşən mənzilin hazırkı dövrdə olan bazar dəyəri 62000 manat, Cavabdeh4 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsində yerləşən mənzilin hazırkı dövrdə olan bazar dəyəri 80000 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyinə uyğun olaraq Cavabdeh2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gənçəvi küçəsi, ev 17 A ünvanında yerləşən fərdi yaşayış evi hərraca çıxarıldıqda, ilkin satış qiyməti 350000 (üç yüz əlli min) manat, Cavabdeh3 məxsus ünvan 1, mənzil 24 ünvanında yerləşən mənzil hərraca çıxarıldıqda, ilkin satış qiyməti 62000 (altmış iki min) manat, Cavabdeh4 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Məhsəti Gəncəvi küçəsi, ev 5, mənzil 2 ünvanında yerləşən mənzil hərraca çıxarıldıqda, ilkin satış qiyməti 80000 (səksən min) manat müəyyən edilməlidir. Məhkəmə, iddia tələbinin cavabdehlər Cavabdeh3 və onunla birlikdə yaşayan ailə üzvləri Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 qızının ünvan 1, mənzil 24 ünvanında yerləşən mənzildən, ipoteka qoyan Cavabdeh4 Bakı şəhəri, Sabunçu rayonu, Məhsəti Gəncəvi küçəsi, ev 5, mənzil 2 ünvanında yerləşən mənzildən, ipoteka qoyan Cavabdeh2 Bakı şəhəri, Sabunçu rayonu, Məhsəti Gəncəvi küçəsi 17 A saylı fərdi yaşayış evindən ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda onlar mənzildən məcburi qaydada çıxarılması və evin boşaldılması hissəsinə münasibət bildirərək qeyd etmək istəyir ki, tələb həmin hissədə də təmin edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. İş materiallarından da göründüyü kimi, ipoteka predmeti olan mənzillər məhz kreditin qaytarılması üçün ipoteka qoyulmuş və həmçinin ipoteka qoyanla birlikdə həmin evdə yaşayan ailə üzvləri evi tərk edəcəklərinə dair notarial qaydada öhdəlik götürmüşlər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, mənzilə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh3 və onunla birlikdə yaşayan ailə üzvləri Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 qızı ünvan 1, mənzil 24 ünvanında yerləşən mənzili, ipoteka qoyan Cavabdeh4 Bakı şəhəri, Sabunçu rayonu, Məhsəti Gəncəvi küçəsi, ev 5, mənzil 2 ünvanında yerləşən mənzili, ipoteka qoyan Cavabdeh2 Bakı şəhəri, Sabunçu rayonu, Məhsəti Gəncəvi küçəsi 17 A saylı fərdi yaşayış evini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda onlar mənzildən məcburi qaydada çıxarılmalı və ev boşaldılmalıdır. Məhkəmə kollegiyası, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq, iddia tələbini qismən əsaslı sayır və hesab edir ki, iddiaçı tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Məhkəmə kollegiyası, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq, iddia tələbinin qismən təmin edilməsi qənaətinə gəlir. Nəticə etibarilə məhkəmə hesab edir ki, "Bank VTB (Azərbaycan)" X12 ilə X4 arasında bağlanmış xx xxxx 2016-cı il tarixli 147907-1- 16313/2/1 saylı kredit müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixə Banka borclu olduğu 450629 (dörd yüz əlli min altı yüz iyirmi doqquz) ABŞ dolları məbləğində əsas borc, 40413,69 (qırx min dörd yüz on üç dollar 69 sent) ABŞ dolları məbləğində faiz borcu, 45000 (qırx beş min) ABŞ dolları məbləğində cərimə üzrə borc, ümumilikdə isə 536042,69 ABŞ dollar pul məbləği, 30 (otuz) manat məhkəmə üçün və 90 (doxsan) manat ipotekanın qeydə alınması üçün ödənilmiş cəmi 120 (bir yüz iyirmi) manat məbləğində dövlət rüsumu müştərək qaydada X1, X2 və "xxxx" Şırkətındən "Bank VTB (Azərbaycan)" X9 xeyrinə tutulmalı, tutmanın ilkin satış qiyməti 350000 (üç yüz əlli min) manat məbləğində müəyyən edilməklə tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gənçəvi küçəsi, ev 17 A ünvanında yerləşən fərdi yaşayış evinə, ilkin satış qiyməti 62000 (altmış iki min) manat məbləğində müəyyən edilməklə Cavabdeh3 məxsus ünvan 1, mənzil 24 ünvanında yerləşən mənzilə və ilkin satış qiyməti 80000 (səksən min) manat məbləğində müəyyən edilməklə Cavabdeh4 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Məhsəti Gəncəvi küçəsi, ev 5, mənzil 2 ünvanında yerləşən mənzilə yönəldilməli, X1, X2 və "xxxx" Şırkətındən tutulmalı olan məbləğ Bank qarşısında ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 44,2 kv.m, yaşayış sahəsi 29,33 kv.m, yardımçı sahəsi 14,87 kv.m olan 2 otaqlı 24 nömrəli mənzilə, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gənçəvi küçəsi, ev 17 A ünvanında 0,1333 ha torpaq sahəsində istifadədə olan, ümumi sahəsi 176,9 kv.m, yaşayış sahəsi 117,2 kv.m, yardımçı sahəsi 59,7 kv.m olan 4 otaqlı fərdi yaşayış evinə, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsi, ev 5 ünvanında yerləşən ümumi sahəsi 57,4 kv.m olan 3 otaqlı 2 nömrəli mənzilə yönəldilməli, mənzillər açıq hərracdan satılmalı və satışdan əldə edilən vəsait “Bank VTB (Azərbaycan)” ASC-yə ödənilməli, mənzilə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh3 və onunla birlikdə yaşayan ailə üzvləri Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 qızı ünvan 1, mənzil 24 ünvanında yerləşən mənzili, ipoteka qoyan Cavabdeh4 Bakı şəhəri, Sabunçu rayonu, Məhsəti Gəncəvi küçəsi, ev 5, mənzil 2 ünvanında yerləşən mənzili, ipoteka qoyan Cavabdeh2 Bakı şəhəri, Sabunçu rayonu, Məhsəti Gəncəvi küçəsi 17 A saylı fərdi yaşayış evini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda onlar mənzildən məcburi qaydada çıxarılmalı və ev boşaldılmalı və iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Konstitusiyanın həmin maddəsinin İİİ-cü hissəsinə görə, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. “Məhkəmə qətnamələri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı qərarının 10-cu bəndində göstərilir ki, qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər X1, X2 və "xxxx" Şırkətındən iddiaçının xeyrinə tutulmalı olan məbləğ ABŞ dolları ilə göstərilməsinə baxmayaraq, ödəniş gününə uyğun məzənnə nəzərə alınmaqla ondan tutulmalıdır. Apellyasiya şikayətində İddiaçı bankın cavabdehin xəbəri olmadan müqaviləni ABŞ dolları ilə tərtib etməsi dəlilinə aydınlıq gətirilməsi üçün kollegiyanın suallarına cavab olaraq Cavabdeh1 izahatında göstərmişdir ki, cavabdeh krediti manatla götürmək istəmiş, lakin bank ABŞ dolları ilə kredit verdiyini bildirmiş, onlar da razılaşıb ABŞ dolları ilə kredit götürmüşlər.Həmçinin Kredit müqaviləsindəki imza Cavabdeh1 özü tərəfindən icra olunmuşdur.Bundan əlavə Cavabdeh1 xx.xx.2020-ci il tarixli məhkəmə iclasında borcu ödəməkdən boyun qaçırmadıqlarını bildirmiş, bankla aralarında ödənişlə bağlı saziş bağlanacağı məqsədi ilə məhkəmə prossesinin təxirə salınmasını xahiş etmiş, lakin saziş bağlanmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(007)-43/2019 nömrəli qətnaməsi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6 Əkbər oğluna, Cavabdeh7, Cavabdeh8, Cavabdeh4 və "Cavabdeh5" MMC -yə münasibətdə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-4573/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4573/2020
18.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver